Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kabare
Kabare hər cür aktual mövzuya istehzalı, iynəli, satirik münasibətlə yanaşan, sosial tənqidə üz tutan teatr növüdür. Xüsusilə siyasi və sosial mövzulara diqqət yetirən kabaredə melodiyalar, rəqslər, eskizlər, monoloqlar, dialoqlar və hətta açıq şoular və qısametrajlı filmlər də yer alır. Kabare yumoristik və əyləncəli olsa da, əsasən ciddi teatr janrlarından biri hesab olunur. Kabare sözü fransızca meyxana mənasını verən cabaret sözündən götürülmüşdür.
Kabar
Kabar — Xəzər tayfalarının tərkibinə daxil olan tayfa. Kabar tayfasının adı əsasında yaranmış etnotoponimlər Azərbaycan və indiki Ermənistan ərazisində kifayət qədər yayılmışdır. Bu tayfa haqqında ilk məlumatı Konstantin Baqranarodnı vermişdir. O, bu tayfanın xəzərlərdən çıxdığını bildirmişdir. Q.Qeybullayev bu etnonimin tərkibində ar sözünü ayırır. ar(ər) türk sözü kişi, ər, qəhrəman mənasındadır. Kabarlar Azərbaycanda kabarli və ya kəbirli adları altında yaşamışlar. Onların yaşadığı əsas areallardan biri də Qarabağ olmuşdur. Azərbaycanda Balakən və Tərtər rayonlarında Kəbirli adlı iki kənd vardır. Ermənistanın yeni Bəyazid uyezdində Kalar, Şərur-Dərələyəzdə Kəbirli (Kəbirlidağ), Dağlıq Qarabağda X1X əsrdə Kabirli –qışlaq adı, Kabarrı yeri toponimləri qeydəalınmışdır.
Kabale (rayon)
Kabale — Uqandanın Qərb bölgəsində rayon. Mərkəzi Kabale şəhəridir. Yerli dildə "kabale" kiçik bir daş mənasının verdiyi üçün, Kabale bəzən "Kastoun" (ing. Kastone) da adlandırılır. == Yer == Kabale rayonu şimaldan Rukunqiri rayonu, şimal-şərqdən Rukiqa rayonu, şərq və cənubdan Ruanda, qərbdən isə Rubanda və Kanunqu rayonları ilə həmsərhəddir. Kabale, Uqandanın paytaxtı Kampaladan cənub-qərbdə, yol ilə təxminən 420 kilometr (260 mil) məsafədə yerləşir. == Əhali == 1991-ci il milli siyahıyaalması nəticəsində rayon əhalisi 417 200 nəfər olaraq qiymətləndirilmişdir. 2012-ci ildə əhalinin sayı 498 300 nəfər olmuşdur.
Kamarə (Qürvə)
Kamarə (fars. كمره‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 95 nəfər yaşayır (22 ailə). Əhalisini kürdlər təşkil edir.
Besiana Kadare
Besiana Kadare (alb. Besiana Kadare; 1972, Tirana) — Alban diplomatı. Fövqəladə və Səlahiyyətli Səfir. 2021-ci ildən Albaniyanın YUNESKO yanında daimi nümayəndəsi. Keçmişdə Albaniyanın BMT-dəki daimi nümayəndəsi və Kubada qeyri-rezident səfiri (2016–2021), Albaniyanın YUNESKO yanında daimi nümayəndəsi (2011–2016) olmuşdur. == Bioqrafiyası == 1972-ci ildə anadan olub. Yazıçılar İsmayıl (1936–2024) və Helena Kadare adlı yazıçıların (1943-cü il doğumlu) övladıdır. O, Paris IV Sorbonna Universitetində Müasir və Müqayisəli Ədəbiyyat üzrə magistr dərəcəsinə və Müasir İxtisas Ədəbiyyatı üzrə bakalavr dərəcəsinə malikdir. O, Nyu-Yorkda Albaniyanın Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında Daimi Nümayəndəliyində birinci katib vəzifəsində çalışıb. 2005-ci ildə ABŞ Beynəlxalq İnkişaf Agentliyində (USAID) işləyib.
Rok Mark Kristian Kabore
Rok Mark Kristian Kabore (fr. Roch Marc Christian Kaboré; 25 aprel 1957, Uaqaduqu) — Burkina Fasonun keçmiş Prezidenti vəzifəsində çalışan siyasətçi. Kabore səsvermənin ilk turunda səs çoxluğu qazanaraq 2015-ci ilin noyabr ayında keçirilmiş ümumi seçkilərdə Burkina-Faso Prezidenti seçildi. Vəzifəyə gəldikdən sonra hərbi fəaliyyəti olmayan 49 ildə ilk prezident oldu. Kabore siyasi fəaliyyətindən öncə bankir idi. 24 yanvar 2022-ci ildə, 2022-ci ildə Burkina Faso dövlət çevrilişi zamanı Kabore ordu tərəfindən devrildi və həbs edildi. Bu açıqlamadan sonra hərbçilər parlamentin, hökumətin və konstitusiyanın buraxıldığını bəyan ediblər. Kabore o zaman Yuxarı Volta adlandırılan indiki Burkina-Faso paytaxtı Uaqaduquda anadan olub. O, keçmiş hökumət naziri və Qərbi Afrika Dövlətləri Mərkəzi Bankının keçmiş sədr müavini Bila Çarlz Kaborenin oğludur. 1962–1968-ci illərdə ibtidai təhsilini almışdır.
Babarı
Babarı (az.-əski. بابارێ‎, fars. بابارود‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 59 nəfər yaşayır (25 ailə).
Babirə
Aşağı Babirə (Mərənd)
Dacare
Dacare (駄洒落, azərb. "söz oyunu"‎) – yapon dilində oxşar sözlərlə edilən, zarafat üçün nəzərdə tutulmuş söz oyunu. Yapon dilində omonimlər çox olduğundan söz oyunları etmək asandır. Hətta sözlər omonim olmasa belə, oxşardırsa, vəziyyətdən istifadə edərək dacare etmək mümkündür. Dacare rəsmi danışıqlarda istifadə olunmasa da, bir çox yapon gündəlik söhbətdə və yazıda dacaredən istifadə etməyi sevir. Hətta müasir dövrün e-mail mədəniyyətində belə dacarelərə rast gəlmək mümkündür. Dacare ən çox kabuki, kyoqen, rakuqo kimi ənənəvi teatr sənətlərində rast gəlinir. Tanka stilində olan ənənəvi yapon poezisiyasında bir sözün bir neçə məna daşıması xüsusiyyətindən tez-tez olunmasının da decare ilə əlaqəsi var. Poeziyada bu cür bacarıq şairin yaradıcılığının və ənənəvi biliklərinin göstəricisi hesab olunur. Danışıqda dacare yumor və hazırcavablıq xüsusiyyəti daşıyan istehza və fikirdir.
Harare
Harare (ing. Harare, 1982-dək Solsberi) — Zimbabvenin paytaxtı və ən böyük şəhəri. Əhalisi 2006-cı ilin hesablamalarına görə 1 600 000 nəfər, şəhərətrafı ilə birlikdə 2 800 000 nəfərdir. Şəhərin əsası 1890-cı ildə ingilislər tərəfindən hərbi istehkam kimi qoyulmuş və sonradan Böyük Britaniyanın baş naziri olan 3-cü Solsberi markizinin şərəfinə Fort Solsberi adlandırılmış və daha sonra sadəcə Solsberi adlanmağa başlamışdır. 1923-cü ildə şəhər Britaniya Cənubi Rodeziyasının paytaxtı olmuşdur. 1965-ci ildə müstəqilliyin elanından sonra Zimbabvenin paytaxtı olmuş və 1982-ci ildə isə şəhərin adı dəyişdirilərək Harare adlandırılmışdır. == İqtisadiyyatı == Şəhər, iqtisadi həyatın olduqca canlı olduğu bir şəhərdir. Bu ölkədən bütün dünyaya, tütün, qarğıdalı, pambıq və.s. satılır. Ölkədə tekstil sənayesi inkişaf etmişdir.
Kabanes
Kabanes (fr. Cabanès, oks. Cabanas) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Nosel kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12041. Kommuna təxminən Parisdən 520 km cənubda, Tuluza şəhərindən 95 km şimal-şərqdə, Rodezdən isə 29 km cənub-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 237 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 123 yaşda olan (15-64 yaş arasında) 90 nəfər iqtisadi fəal, 33 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 73,2%, 1999-cu ildə 63.0%) idi.
Kabarda
Kabarda (kab.-çərk. Къэбэрдей) — Şimali Qafqazın mərkəzi hissəsindəki tarixi bölgə. == Lokalizasiyası == Müxtəlif tarixi dövrlərdə "Kabarda" adlanan ərazi həmişə eyni ərazini əhatə edə bilməzdi və tarixi əsərlərin müəllifləri tez-tez Şimali Qafqaz xəritəsindəki yerini öz tərzlərində yazırdılar. Kabarda əhalisi və sərhədləri haqqında bir çox məlumat rus salnamələrində qorunub saxlanılmışdır. Böyük Rəsm Kitabına görə (XVI əsrin sonlarından etibarən Rusiya və qonşu dövlətlərin xəritəsinin təsviri) Kabarda, Terekin sol sahilində Ardan və Qızıl çayları arasında (müasir Ardon) yerləşirdi (müasir Arqudan?). == Tarixi == Tarixi Kabarda ərazisində tapılan ən qədim mədəniyyət abidələri e.ə.IV minillikdə mövcud olan Maykop mədəniyyətinə aiddir. Müasir tədqiqatçılar Adıgey-Abxaz xalqlarının bu mədəniyyətin daşıyıcılarının törəmələri olduğunu təsbit etmişlər. Müvafiq olaraq, bu mədəniyyətin daşıyıcıları Şimali Qafqaz mədəniyyətlərində sonradan yaranmış — Şimali Qafqaz, Kuban və Koban mədəniyyətlərində iz buraxdılar.. I minilliyin ortalarında Çərkəzlərin çoxu Hunlar tərəfindən kənara çəkildi. Qədim rus salnamələrində Kabardiyalılar öncə Kasoqlar, sonra isə Pyatiqorsk Çərkəzləri adlanırdı.
Kabarqa
Müşk maralı, Qabarğa və ya Sibir geyiki (lat. Moschus moschiferus) — qabarğalar (Moschidae) fəsiləsinə aid maralabənzər gövşəyən heyvan növü. == Etimologiya == Vasili Radlova görə rus dilindəki Кабарга sözü Teleüt, Şor və Sağay dillərindəki Tabırğa sözündən gəlib.. Bu türk mənşəli sözdür. == Təsnifatı == Qabarğa növünün 4-6 yarımnövü var. Bəzi təsnifatlarda bu yarımnövlər ayrıca növ kimi göstərilir. Qabarğanın bədəninin uzunluğu 1 m, quyruğunun uzunluğu 4—6 sm, süysününün hündürlüyü 70 sm-ə qədər, kütləsi isə 11—18 kq olur. Qabarğanın buynuzları olmur. == Coğrafiyası == Qabarğa Himalay və Tibet dağlarının şərqindən Şərqi Sibir, Koreya və Saxalinə kimi olan sıldırım qayalıqları və iynəyarpaqlı meşələr olan ərazılərdə yayılmışdır. Təqribən dəniz səviyyəsindən 600–900 m, nadir hallarda 1600 m yüksəklikdə yaşayır.
Kabinə
Kabinə — sərnişinlərin səyahət etdiyi kokpit və yük bölməsindən başqa təyyarələrdəki hissəyə verilən addır. Düz bir uçuş rejimi əsnasında təyyarənin qalxdığı hündürlükdə atmosfer təzyiqi çox aşağı olduğundan, sərnişinlərin oksigen dəstəyi olmadan səfəri davam etdirməsi qeyri-mümkündür. Buna görə kabinələrə süni şəkildə təzyiq edilir. Ticarət məqsədli hava nəqliyyatında kabin bütün təyyarələrdə müəyyən siniflərə bölünür. Xüsusiyyətləri aviaşirkətlərə görə fərqlənən bu səyahət siniflərindən ən çox yayılanları business class (biznes sinfi) və ekonom sinifləridir. Siniflərarası ayrılma bir panel və ya pərdə vasitəsilə həyata keçirilir. Oturma yerləri, istirahət zonaları, xidməti avadanlıqların saxlanıldığı yerlər, (mətbəx) tualetlər də kabinənin bir hissəsi hesab olunur.
Kahard
Kahard kəndi, İranın Həmədan ostanında, Rəzən şəhristanının Mərkəzi bəxşi və Rəzən qəsəbəsində yerləşib. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, bu kəndin 1,411 nəfər əhalisi və 301 ailəsi var.
Kalara
Kalara — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 11 km məsafədə yerləşir. Kəndin qədim adı Kalalı //Kalaley olmuşdur. 1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Kelare kimi qeyd edilir . Toponim türk dilində «dayaz dərə» mənasında işlənən kol sözü ilə, «hüdud», «sərhəd» mənasında işlənən ara sözünün birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir. Erm. SSR AS RH-nin 1. XII. 1949 - cu il fərmanı ilə adı dəyişdirilib Qukasavan qoyulmuşdur. == Əhalisi == Kənddə ermənilərlə yanaşı 1897-ci ildə 6 nəfər, 1926-cı ildə 5 nəfər azərbaycanlı yaşamışdır .
Kamara
Kamara — Afrika ölkələrində daha çox işlədilən soyad. Məhəmməd Kamara — Liferinq klubunda çıxış edən Mali futbolçusu. Mahdi Kamara — Sent-Etyen klubunda çıxış edən Fransa futbolçusu. Boubakar Kamara — Marsel klubunda çıxış edən Fransa futbolçusu. Kader Kamara — Qvineya futbolçusu. Xuan Kamara — İspaniya futbolçusu. Titi Kamara — Qvineya futbolçusu. Anri Kamara — Seneqal futbolçusu. Laye Kamara — Qvineya yazıçısı. Babakar Kamara — Seneqal basketbolçusu.
Kamares
Kamares (fr. Camarès, oks. Lo Pont de Camarés) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Kamares kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12044. Kommuna təxminən Parisdən 570 km cənubda, Tuluza şəhərindən 120 km şimal-şərqdə, Rodezdən isə 65 km cənub-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 975 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 589 nəfər (15-64 yaş) arasında 414 nəfər iqtisadi cəhətdən, 175 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 70.3%, 1999-cu ildə 69.9%).
Kamarq
Kamarq (fr. Camargue) — Fransanın cənubunda, Ron çayının mənsəbində yerləşən bataqlıq ərazi. Bu ərazi bir deltadır. 930 km² ərazini əhatə edən bölgədə br necə təbiət qoruğu yerləşir. Ərazisi əsasən şoran, qamışla zəngin bataqlıqlar, dəniz laqunları və qumlu adacıqlardan ibarətdir. Ron çayının iki qolu sayəsində 3 hissəyə bölünür: Kiçik Kamarq (fr. Petite Camargue): Kiçik Rondan qərbdə; Plan du Bourg (fr. Plan du Bourg): Böyük Rondan şərqdə; Böyük Kamarq — iki qol arasındakı sahə. === Maraqlı fakt === Kamarq — elmi-fantastika yazıçısı Maykl Murkokun The History of the Runestaff kitabının əsas personajlarından biri olan qraf Brassın yaşadığı yerdir. Murkoksun əsərinə görə, Kamarq qədim dövrlərdən etibarən toxunulmazdır və nüvə müharibəsinin qeyri-adi iqlim və coğrafi şəraitlərdən yaranan fəlakətli nəticələrindən qaçmışdır.
Kambar
Kanart
Kanart adi təyyarələrdən fərqli olaraq, əsas daşıyıcı qanadların arxada və üfüqi stabilizatorun qabaqda olduğu sabit qanadlı təyyarə modelidir. Ön tərəfdə daşımaq və ya nəzarət etmək üçün istifadə olunan səthlərə də kanart deyilir. == Xüsusiyyətləri == === Faydaları === Kanart dizaynları kanart tipinə görə müxtəlif üstünlüklərə malikdir. İki növ kanart var; Nəzarət kanartı, daşıyıcı kanart. Nəzarət kanartı, təyyarə qabaqda olan kanartlar daşınmanı bölüşmür, yalnız nəzarət səthlərindən ibarətdir. Bəzi təyyarələrdə daşınmanın bir hissəsi daşıyıcı kanart öz üstünə götürür. Bu vəziyyətdə, qaldırmanın kvadratından asılı olaraq induksiyalı sürüklənmə azalır. Sürütlənmə qüvvəsinin azaldılması çəkidən, dolayı yolla görə mühərrikdən, yanacaqdan qənaəti təmin edir. Kanart təyyarələrin saxlanma itkisi (Stall) xüsusiyyətləri də müsbətdir, çünki kanartlar əsas daşıyıcı qanadlardan əvvəl saxlanma itkisinə məruz qalırlar. Beləliklə, saxlanma itirildikdən sonra burun aşağı moment əldə edilir.
Karate
= Dərəcələr = Karatedə dərəcəni kəmərlər təmsil edir.Bunlar ağ, sarı, narıncı, yaşıl, göy, qəhvəyi və qaradır.Dərəcələr ''Kyu" adlanır.Qara kəmərdə isə alınan dərəcələr dan adlanır. 1-ci dan,2-ci dan və s. 10 kyu və 10 dan dərəcəsi vardır. === Karate, tam adı karate-do (Yaponca: kara - "boş", te - "əl", do - "yol", yəni "boş əlli yol") - yapon əlbəyaxa döyüş sənəti. 1929-cu ildə Funakosi Gitin tərəfindən dzen buddizmin təsiri altında yaradılmışdır. === Karatenin vətəni Yaponiyanın Okinava adasıdır. XX əsrin əvvəllərində adanın ağır iqtisadi vəziyyəti okinavalıların digər yapon adalarına köçməsinə gətirib çıxarmış, onlar isə öz növbəsində bu idmanın bütün Yaponiyaya yayılmasına yol açmışlar. Karate hazırda olimpiya oyunları siyahısında olan idman növlərindən biridir. Karatenin bir çox növü mövcuddur.Bunlardan biri Goju-ryu;Shotokahan və s.
Katara
Katara (çin. 卡塔拉 Kǎ Tǎ Lā) — Avatar: Aanq haqqında əfsanə cizgi serialının, eyni adlı Netflix serialının və Sonuncu hava maqı filminin əsas personajlardan biri; Korra əfsanəsi cizgi serialın personajı. Birinci serialın əvvəlində Katara Cənub qütbdə tək bir su maqı idi. == Yaradılması və konsepsiyası == Yayılmamış pilot seriyasında Kataranın adı Kaya (ing. Kya) idi. Nickelodeon-un hüquq şöhbəsi həmin adın Kya: Dark Lineage video oyunuda artıq işləndiyini öyrənəndə ona veto qoymuşdu. Bundan sonra Kanna adı təklif olunub, amma o daha sonra Kataranın nənəsi üçün işlənilib. Kia isə Kataranın anası olub. Bundan başqa, orijinal konsepsiyada baş personajların yaşı aşağı olmalı idi. Lakin sonra, icraçı prodüsser Erik Kolmen Nickelodeon yetkinləşmə süjeti istəmədiyini xəbər vermişdi.
Kambre
Kambre (fr. Cambrai, pikard Kimbré) — Fransanın şimalında, O-de-Frans bölgəsində, Nor departamentində, eyniadlı kantonun mərkəzində yerləşən şəhər və kommuna . Şəhər Lilldən 52 km və Arrasdan 36 km məsafədə Şeldt çayı üzərində yerləşir. Kommunanın mərkəzində Kambre-Dui və Byuzini-Somen xətlərində Kambre qatar stansiyası yerləşir.
Dübarə (Urmiya)
Dübarə (‎‎fars. گرديك‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 276 nəfər yaşayır (41 ailə).
Kamanə (Urmiya)
Kamanə (fars. كمانه‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 101 nəfər yaşayır (21 ailə).