Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kadima
Kadima (ivr. קדימה, az. öncül) — İsraildəki siyasi partiyalardan biridir. Mərkəzçi bir partiyadır və liberal görüşə malikdir. Ariel Şaron tərəfindən qurulan partiyanın hazırkı lideri Şaul Mofazdır. Kadima partiyası başqa bir partiya ilə koalisiyaya girmək istəmir. İsrail sistemini gücləndirmək üçün siyasi sistemdə islahatlara ehtiyac olduğunu bildirir. Bundan əlavə, partiyanın fikrincə, Qüds böyük bir yəhudi yaşayış məskəni kimi İsrailin bir hissəsi olaraq qalmalıdır. Partiyanın ümumi prinsiplərində İsraildə yəhudilərin mütləqiyyətinin təmin edilməsinin vacib olduğu bildirilir. Partiya İsrail-Fələstin probleminin həlli olaraq iki dövlətli həll yolunu görür, bunun üçün də, partiya Fələstin sektorunun terrorizmdən təmizlənməsini, Fələstin xalqının əllərindəki silahların toplanılmasını və hücumların bitməsinin vacib olduğunu bildirir.
Kadmium
Kadmium (Cd) – D.İ.Mendeleyevin elementlərin dövri sistemində 48-ci element. Bitkilərdə kadmiumun miqdarı quru qalığa görə 0,001%-dir, bitki hüceyrələrində kadmiumun miqdarı kütləcə 10–6 %-dır. == Kadmium təbiətdə == Kadmium əsasən köklərdə daha az miqdarda isə gövdədə, qələmlərdə və yarpaqlarda əsasən damarlarında lokallaşır. Mühitdə kadmiumun mqidarı kəskin artdıqca onun kökləridə qatılığı yer üstü kütlədə olduğundan bir neçə dəfə çox olur. Müəyyən edilmişdir ki, xlorofill kadmiumu bitki toxumalarında toplamaq qabiliyyətinə malikdir. Kadmiumun bitkilərdə miqdarı artıq olduqda aşağıdakı görünən simptomlar baş verir – yarpaqların xlorozu, onların kənarlarında qırmızı-qonur rəng, həmçinin böyümənin ləngiməsi və kök sisteminin zədələnməsi. Kadmiumun fitozəhərliliyi həmçinin fotosintezə ləngidici təsir, karbon qazının transpirasiyası və fiksə olunmasının pozulması, həmçinin hüceyrə membranlarının keçiriciliyini dəyişməsi ilə əlaqədardır. Kadmiumun bioloji reduksiyanın effektiv və spesifik inhibitorudur. == Kadmiumun insan orqanizminə təsiri == Kadmium zəhərli metallara aiddir. Qida ilə orqanizmə daxil olan kadmiumun sorulması gedən nazik bağırsaqda orqanizmə daxil olan kadmiumun cəmi 5%-i adsorbsiya olunur.
Karmin
Karmin (qida qatqısı)
Kammin
Kammin (alm. Hochstift Cammin‎, pol. Kamień Pomorski) — həm 1140-1544-cü illərdə Pomeraniya hersoqluğunda mövcud olmuş keçmiş Roma Katolik kilsəsinin yeparxiyası, həm də 1248-1650-ci illərdə Kolobjeq bölgəsindəki Müqəddəs Roma İmperiyasının dünyəvi ərazisi (knyaz-yepiskopluq). Yeparxiya XII əsrdə Qriffin sülaləsinin nəzarətində olan əraziləri, yəni Rügen knyazlığı istisna və Penyaətrafı, Meklenburq-Strelitz hersoqluğu və şimaldakı Ukkermark və Noymark regionlarını əhatə edirdi. Yeparxiya, Polşa hökmdarı III Boleslavın göstərişi ilə 1124-1128-ci illərdə Bamberqli Otto tərəfindən Pomeraniyanın xristianlığa gətirilməsi dövründə yaradılmışdı, Pomeraniya zadəganlarının 1534-cü ildə lüteranlığı qəbul etməsi və Protestant Reformasiyası zamanı ləğv edildi. Son katolik yepiskop 1544-cü ildə vəfat etmişdi. Qərbdən şərqə doğru yeparxiya Şverin, Havelberq, Brandenburq, Lubuş, Poznan, Qnezno və Vlotslavek yeparxiyaları ilə həmsərhəd idi. Kamień Pomorskidəki kafedral kompleksi Polşanın tarixi abidəsi kimi siyahıya alınmışdır.
ADMİU
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və ya qısaca ADMİU – Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsidir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əsası 1923-cü ildə qoyulub. Təməlinin Azərbaycan Maarif Komissarlığının qərarı ilə yaradılmış Bakı Teatr Məktəbindən götürüb. 1945-ci ildə Teatr Məktəbinin bazasında Teatr İnstitutu yaradılıb. Bu ali təhsil ocağı 1968-ci ildən Azərbaycan Dövlət İncəsənət İnstitutu adlandırılıb. 1991-ci ildə İncəsənət İnstitutuna Universitet statusu verilib. Bu gün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti kimi fəaliyyət göstərən bu ali məktəbdə 5 fakültə, 21 kafedra mövcuddur, bakalavr pilləsində 21, magistratura pilləsində isə 20 ixtisas üzrə mütəxəssis hazırlanır. Universitetin rektoru Əməkdar incəsənət xadimi, professor Ceyran Mahmudovadır. == Tarixi == Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti öz əsasını 1923-cü ildə Azərbaycan Maarif Komissarlığının qərarı ilə yaradılmış Bakı Teatr Məktəbindən götürüb. O dövrdə M. F. Axundov adına Bakı Teatr Məktəbi təkcə Azərbaycan üçün deyil, Özbəkistan, Türkmənistan, Dağıstan, Krım və digər regionlar üçün də aktyor və rejissor kadrları hazırlayırdı.
Kadis
Kadis (fi. Gadir, yun. Gádeira, la. Gades, ər. کادیس ) — İspaniyanın cənub-qərbində, Əndəlüs bölgəsindəki Kadis əyalətinin paytaxtı, ada üzərində yerləşən şəhər. Madriddən 651 km, Sevilyadan 124 km, Uelvadan 219 km uzaqlıqdadır. Şəhər İspaniya donanmasına ev sahibliyi edir. Eyni zamanda Kadis rayonunun paytaxtıdır. Kadis şəhəri bir çox qədim abidəyə ev sahibliyi etdiyi üçün İspaniyanın əhəmiyyətli turistik şəhərlərindən biridir. == Adı == Kadis sözü finikiya dilində olan Gadir sözündən əmələ gəlmişdir və "divarlar" və ya "divarlarla əhatə olunan müdafiə" deməkdir.
Kamay
Kamay (Urmanay) —
Kamik
Kamik (lat. Camicus, q.yun. Καμικός) — Siciliyada yaşayan sikanların paytaxtı. Bu, yunan mifologiyasında Dedalın sikan padşahı Kokal üçün tikdiyi qaladır. Kamikin yeri müasir arxeoloqlar tərəfindən Sant-Ancelo-Muksaro olaraq müəyyən edilmişdir. Keçmiş istehkamlı yaşayış məntəqəsinin yalnız iki fraqmenti bu günə qədər qalmışdır. Buna baxmayaraq, yaxınlıqda aşkar edilmiş nekropol tunc dövründə burada böyük yaşayış məntəqəsinin mövcudluğundan xəbər verir.
Kamil
Kamil — Azərbaycanlı kişi adı. Kamil Cəlilov — mahir qaboy ustası, "Şöhrət" ordenli Azərbaycanın xalq artisti. Kamil Jordan — Fransız riyaziyyatçı; Kamil Nəsibov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Kamil Katibli — Azərbaycan Respublikası Nazirlər Kabineti Məxfi şöbənin müdiri Kamil Balakişiyev — Azərbaycan tibb elminin möhkəm dayaqlarından biri sayılan görkəmli alim Kamil Qurbanov — fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Kamil Qubuşov — Aktyor. Film səsləndirənlər. Filmlərdə iştirak edən. Kamil Vəli Nərimanoğlu — filologiya elmləri doktoru, Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin rəhbəri. Kamil Nəcəfzadə — Azərbaycan quruluşçu kino rəssamı. Kamil Zöhrabov — Aktyor. İkinci rejissor.
Madiy
Madiy (yunan: Μαδύης; e. ə. VII əsr – e. ə. VII əsr) – Ön Asiyada ağalıqları dövründə skiflərin hökmdarı. Madiy Skif çarlığının hökmdarı Prototinin oğludur. Madiyin Ön Asiyada hakimiyyətdə olduğu 28 il e.ə. VII əsrin II yarısına təsadüf etmişdir. Madiyin hakimiyyəti dövründə skiflər, madayları məğlub edərək, Ninevanı mühasirəyə aldılar. Bundan sonra Kiçik Asiyada bir neçə ardıcıl qələbə qazanan skiflər, kimmerləri də özlərinə tabe etdilər və Kiçik Asiyanın şərqi və Ön Asiyanın böyük bir regionunda (o Cümlədən Midiyada) hökmranlıqlarını bərqərar etdilər.
Ero kavaiy
Ero kavayi (エロ可愛い, əd. "erotik şirin") və ya erokava — populyar "şirinliyin" (kavaiy) əksinə Qərbin cinsəllik anlayışlarını özündə əks etdirən Yaponiya subkulturası. 2005-ci ildə ortaya çıxan termin "ero" ("erotik" sözünün qısaltması) və "şirin" mənasını verən "kavayi" sözlərinin birləşməsindən əmələ gəlmişdir.. == Tarix == Ero kavayi termini ilk dəfə Kumi Koda adlı müğənni tərəfindən istifadə olunmuşdur. Kumi Koda bu sözdən öz stili təsvir etmək üçün istifadə etmişdi.
Kadriya Temirbulatova
Qədriyə Teymurbulatova və ya Kadriya Temirbulatova (rus. Темирбула́това Кадрия Уразбаевна; d. 14 dekabr 1948, SSRİ, RSFSR, Dağıstan MSSR, Noqay rayonunun Terekli-Məktəb kəndi – ö. 30 iyun 1978, SSRİ, RSFSR) — görkəmli noqay şairi. == Həyatı == Qədriyə Orazbay qızı Teymurbulatova 14 dekabr 1948-ci ildə Rusiyanın Dağıstan MSSR-nın Noqay rayonunun Terekli-Məktəb kəndidində çoban ailəsində anadan olmuşdur. Qədriyəni 1954-cü ildə, hələ 5 yaşı tamam olmamış kəndlərindəki orta məktəbin birinci sinfinə aparırlar. Həmin illərdə uşaqlar 7 yaşından birinci sinifə qəbul edilirdilər. Ona görə də Qədriyə sinifdəkilərdən həm yaşca kiçik, boyca da balaçaymış. Buna baxmayaraq iti qavramasıyla, dərin zəkasıyla sinif yoldaşları arasında seçilərək müəllimlərinin sevimlisinə çevrilir. 1965-ci ildə Terekli-Məktəb kənd orta məktəbini bitirərək, Həmzət Sadasa adına Mahaçqala Dövlət Pedaqoji İnstitutunun Filalogiya fakültəsinə daxil olmuşdur.
Kadriye Nurmambet
Kadriye Nurmambet (rum. Kadriye Nurmambet, krımtat. Qadriye Nurmambet, 21 avqust 1933, Dobriç[d] – 31 yanvar 2023, Buxarest) — Rumıniyada krımtatar əsilli xalq mahnılarının ifaçısı və folklorşunas. Kadriye ölkədə Dobruca bülbülü adını almışdır. == Bioqrafiyası == Kadriye Nurmambet 21 avqust 1933-cü ildə Rumıniya krallığı, Doburca vilayəti ərazisində (indiki Dobriç, Bolqarıstan) krımtatatr ailəsində anadan olmuşdur. Onun atası artilleriya zabiti olmuşdur. Runımiya İkinci Dünya müharibəsinin əvvəllərində Cənubi Doburcanı Bolqarıstana güzəştə gedərkən, atası şimala, Mecidiyəyə köçür. Burada qarnizon komandiri vəzifəsində çalışır. O, Buxarest Universitetində hüquq fakültəsinə daxil olur. 1957-ci ildə isə universiteti bitirir.
Kalmık dili
Kalmık dili — Monqol dillərindən biridir. Əsasən Kalmıkiyada, qismən də Astraxan, Rostov və Stavropol vilayətlərində, həmçinin Qırğızıstanın İsıkgöl gölünün sahilin-də yayılmışdır. İki dialektə bölünür: derbet və torqut. Fonetik biçimində damaq sinharmonizmi mühüm rol oynayır. Dəfələrlə əlifbà dəyişmələrinə məruz qalmışdır. 1938-ci ildən kiril əlifbasına keçmişdir.
Kalmık xanlığı
Kalmık xanlığı (Torqout xanlığı; kalm. Хальмг хана улс) — XVII–XVIII əsrlərdə kalmıkların dövlətləri. == Tarixi == Xanlıq noyonların başçılığı ilə uluslardan təşkil olunmuşdu. Uluslar aymaklara və xotonlara bölünürdü. Bu bölümləri də zaysanqlar idarə edirdi. Xanlıqda məhkəmə zarqo, hakim zarquçu adlanırdı. Buxara xanlığında çəkişmələrdən istifadə edən Səfəvilər Xorasanı tutdular. Şah I Abbasa arxalanan Xarəzm feodalı Xoca Məhəmməd 1598-ci ildə Ürgəncdə möhkəmləndi. Kalmık tayfaları Mavərənnəhrdən sıxışdırıldı. === Qazax və kalmık əlaqələri === XV əsrdən XVI əsrin ikinci yarısına qədərki dövrdə Qazax-Kalmık münasibətləri haqqında bilgilər çox azdır.
Kamiya barı
Kamiya barı (神谷バー, Kamiya baa) – Yaponiyada açılmış ilk bar. 1880-ci ildən fəaliyyət göstərir. == Tarixi == Kamiya barı 1880-ci ildə Kamiya Denbey adlı pivəçi tərəfindən Tokionun Asakusa rayonunun Kaminari darvazası yaxınlığında qurulmuşdur. İlk adı Mikahaya sake dükkanı olsa da, 1912-ci ildə adı Kamiya barı olmuşdur. Bar şəhərin məşğul küçələrinin birində yerləşdiyi üçün populyar içki yerlərindən birinə çevrilmişdir. Tayzo Fucimoto 1914-cü ildə yazdığı "Yaponiyanın gecə həyatı" əsərində qeyd etmişdir ki, "Kamiya barı öz zavodlarında hazırladıqları çox ucuz likör təklif edirək müştərilərini məmnun edirdi". Kamiya barının müştəriləri ancaq pivə və viski deyil, barın denki bran (電気ブラン, denki buran, azərb. elektrik brendi‎) adlı xüsusi kokteylinin dadına baxırdılar. İlk dəfə 1882-ci ildə istehsal olunan kokteyl brendi, cin, şərab, kürasao, vermut və otlardan ibarədir. 1921-ci ildə barın yeni binası istifadəyə verilmişdir.
Karmin Krokko
Karmin Krokko (it. Carmine Crocco; 5 iyun 1830, Rionero-in-Vulture[d], Bazilikata – 18 iyun 1905 və ya 8 (21) iyun 1905, Portoferrayo[d], Toskana) — Donatello və ya Donatelli kimi tanınan italyan qulduru. == Həyatı == O, əvvəlcə Burbonda, sonra isə Cüzeppe Qaribaldinin dəstəsində mübarizə aparıb. Tezliklə İtaliyanın cənubunda iki min nəfərlik ordu formalaşdırıb və Burbon tərəfdə ən qorxulu, aparıcı liderlərdən olub. O, pusqu quraraq su təchizatının kəsilməsi, un anbarlarını dağıtmaqla, teleqraf məftillərinin qırılması və s. kimi özünün partizan taktikası ilə məşhurdur. Bu gün cənubi İtaliya əhalisinin çox hissəsi və xüsusilə də doğma rayonu Bazilikatanın əhalisi onu xalq qərəmanı sayır.
Kaşmir dili
Kəşmir dili — Hind Avropa və Hind İran dil ailələrinin Dard dilləri qrupunda iştirak edən və Hindistan və Pakistan sərhədində Kəşmir bölgəsində danışılan bir 7,1 milyon nəfər tərəfindən danışılmaqdadır. Hindistanın 22 rəsmi dillərindən biridir.
Kucula Kadfiz
Kucula Kadfiz (20-80) — Kuşan dövlətinin qurucusu, imperator. == Həyatı == Kucula, Kucula Kadfiz adıyla da anılan bizim earadan əvvəl I yüzildə dağınıq olan Yüəçi tayfalarını bir araya gətirən bir Kuşan şahzadəsidir. Şüphəsiz onun siyasi hərəkətləri gələcəkdə Kuşan İmperatorluğunun vücuda gətirilməsini sağlayacaqdır. Onun hökmdarlığı M.S. 30 və 80-ci illər arasında yarım əsri aşan bir zamana yayılmaqdadır. Rabatak qeydlərinə görə Kuşan İmperatoru I Kanişkanın babasıdır. Kucula Kadfizın kökəni haqqında qeydə dəyər bir bilgi yoxdur. Yüəçilər, Hun istilası sonrası qərbə doğru gerçəkləşən köç harəkətləri nəticəsiBəlx məntəqəsına gəldiklərində burada Böyük İskəndər fütühatı sonrası qurulan Qrəko-Baktrian dövlətinə son verdilər ancak Yunan mədəniyyətindən (daha sonraları Hind mədəniyyətindən də təsirlənəcəkdilər) böyük oranda etkiləndikləri için sikkələrdə yapılan çalışmalarda Kuculanın "Hərmaəus" və "Avgustus" adlarını da işləndiyını görə bilməkdəyik. Ayrıca Çuksada (Şimali Hindistan torpaqlarında bir bölgə) bizim eradan əvvəl 200 və miladdan sonra 400-cü illər arasında vassal dövlət statusunda yaşayan Hindu-İskit topluluğunun öndərlərindən Liaka Kusulaka və oğlu Patika Kusulakada bu ünvanları işlətmişdir. Yunan mədəniyyətinin anılan bölgədə etkisinin nə dərəcə olduğunun göstərməsi açısından qeydə dəyər bir bilgidir bu. Kucula Kadfisin iqbali ilə əlaqəli bilgilərə gec dönəm Xan (Çin) qaynaqlarında rastlanmaqdadır.
Lobelia kalmii
Lobelia kalmii (lat. Lobelia kalmii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinin firəngotu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Dortmanna kalmii (L.) Kuntze Rapuntium kalmii (L.) Chaz.
Kalmık layihəsi
Kalmık layihəsi — Sovet Rusiyanın Britaniya Hindistanına qəfil hücum planına verilən ad. Sovet Rusiyası lazım olacağı təqdirdə gözlənilmədən Britaniya Hindistanının şimal-qərb sərhədlərinə Tibetdən keçməklə hücum etməyi planlayırdı. Bu layihə Sovet Rusiyasının Böyük Britaniyanı və digər qərb imperialist dövlətlərini cənubi Asiyada problemlər çıxararaq qeyri-sabitlik yaratmaq cəhdlərinin bir parçası idi. Buna cavab olaraq da britaniyalılar Hindistandakı agentlərindən bir qismini Mərkəzi Asiyaya göndərərək bolşeviklərin planlarını öyrənməyə cəhd etmişdilər. Bu agentlərə misal olaraq F. M. Baileyi göstərmək olar. == Haqqında == Sovet Rusiyasının Böyük Britaniyaya və ingilis imperializminə qarşı mübarizədə yararlanmaq istədiyi şeylərdən başlıcası ona qarşı olan hərəkatları dəstəkləmək idi. Sovet Rusiyası düşünürdü ki, qərb imperializminə ziyan vura, Dünya inqilabını reallaşdıra bilmək, onun kapitalist sənayesinin dağılması üçün lazım olan şey bu böyük sənayenin Asiyadakı xammal qaynaqlarını dağıtmaqdır. Bunu isə yalnız Asiya xalqları ya bu imperialist dövlətlərə qarşı ayağa qaldırmaqla, ya da hazırda fəaliyyət göstərən milli hərəkatları dəstəkləməklə etmək mümkün idi. Lenin milli hərəkatlarla əməkdaşlıq edə bilmək üçün problem olan marksist yanaşmada dəyişikliklər etmək üçün çalışmalara başladı və ortodoks marksist tərəfdaşlarının fikrini dəyişdirməyə çalışdı. 1919-cu ildə onlar şərqşünas N. Z. Bravinin rəhbərliyi altında diplomatik missiyanı bölgəyə göndərdilər.
Hideki Kamiya
Hideki Kamiya (神谷 英樹, Kamiya Hideki, 19 dekabr 1970, Matsumoto, Naqano prefekturası) — Yaponiyalı videooyun dizayneri. Karyerasına 1994-cü ildə "Capcom" şirkətinə qoşularaq başlayıb. Onun rəhbərliyi ilə, şirkətin istehsalı olan videooyunlar "Resident Evil 2", "Devil May Cry", "Viewtiful Joe" və "Ōkami" ərsəyə gəlmişdir. 2004–2006-cı illərdə o, şirkətə məxsus olan "Clover Studio" oyun şirkətində çalışıb. Kamiya 2006-cı ildə şirkətdən ayrıldıqdan sonra keçmiş iş yoldaşları ilə birlikdə "PlatinumGames" oyun studiyasını təsis etmişdir. O, 2017-ci ildən 2023-cü ilə qədər bu şirkətdə vitse prezident vəsifəsini icra etmiş və daha sonra şirkətlə yollarını ayırmışdır. == İstinadlar == == Xarici keçidlər == PlatinumGames website Hideki Kamiya — X səhifəsi Hideki Kamiya — MobyGames saytında.
Dortmanna kalmii
Lobelia kalmii (lat. Lobelia kalmii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinin firəngotu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Dortmanna kalmii (L.) Kuntze Rapuntium kalmii (L.) Chaz.
Kadmium xlorid
Kadmium (II) xlorid (CdCl2) — qeyri-üzvi bir birləşmədir, kadmium metalının və xlorid turşusunun duzu, rəngsizkristallar, higroskopik, suda asanlıqla həll olunur, kristallohidratlar əmələ gətirir. == Fiziki xassələri == Kadmium (II) xlorid heksoqonal sistemin rəngsiz kristallarını, fəza qrupunu R-3m, hüceyrə parametrlərini a = 0.385 nm, c = 1.746 nm, Z = 3 əmələ gətirir. Sulu məhlulları hidrolizə görə turş reaksiya yaradır. Metalik kadmium(6000C-də kadmiumun~ 15%) kadmium xloridin ərintisində həll olunur. == Alınması == Metalik kadmiumun xlorid turşusunda həll edilməsi nəticəsində almaq olur: C d + 2 H C l → τ C d C l 2 + H 2 ↑ {\displaystyle {\mathsf {Cd+2HCl\ {\xrightarrow {\tau }}\ CdCl_{2}+H_{2}\uparrow }}} Kadmium oksidin xlorid turşusunda həll edilməsi: C d O + 2 H C l → C d C l 2 + H 2 O {\displaystyle {\mathsf {CdO+2HCl\ {\xrightarrow {}}\ CdCl_{2}+H_{2}O}}} Sadə maddələr arasındakı reaksiya nəticəsində: C d + C l 2 → 450 − 500 o C C d C l 2 {\displaystyle {\mathsf {Cd+Cl_{2}\ {\xrightarrow {450-500^{o}C}}\ CdCl_{2}}}} Kadmium oksidin və xlor qazı ilə reaksiyası nəticəsində: 2 C d O + 2 C l 2 → 500 − 600 o C 2 C d C l 2 + O 2 {\displaystyle {\mathsf {2CdO+2Cl_{2}\ {\xrightarrow {500-600^{o}C}}\ 2CdCl_{2}+O_{2}}}} == Kimyəvi xassələri == Kristallohidratların qızdırılması nəticəsində susuz duzları alınır: C d C l 2 ⋅ 2 , 5 H 2 O → 120 − 170 o C C d C l 2 + 2 , 5 H 2 O {\displaystyle {\mathsf {CdCl_{2}\cdot 2,5H_{2}O\ {\xrightarrow {120-170^{o}C}}\ CdCl_{2}+2,5H_{2}O}}} Hidrogen xloridlə və qələvi metal xloridlərlə kompleks yaradır: C d C l 2 + 2 H C l → H 2 [ C d C l 4 ] {\displaystyle {\mathsf {CdCl_{2}+2HCl\ {\xrightarrow {}}\ H_{2}[CdCl_{4}]}}} C d C l 2 + 2 K C l → K 2 [ C d C l 4 ] ↓ {\displaystyle {\mathsf {CdCl_{2}+2KCl\ {\xrightarrow {}}\ K_{2}[CdCl_{4}]\downarrow }}} Qaynar qatı sulfat turşusu ilə reaksiyaya daxil olur: C d C l 2 + H 2 S O 4 → 100 o C C d S O 4 + 2 H C l ↑ {\displaystyle {\mathsf {CdCl_{2}+H_{2}SO_{4}\ {\xrightarrow {100^{o}C}}\ CdSO_{4}+2HCl\uparrow }}} Qələvilərlə reksiyaya daxil olur: C d C l 2 + 2 N a O H → C d ( O H ) 2 + 2 N a C l {\displaystyle {\mathsf {CdCl_{2}+2NaOH\ {\xrightarrow {}}\ Cd(OH)_{2}+2NaCl}}} == Tədqiqi == Fotoreagentlərdə. Qalvanik elementlərdə elektrolitin tərkib hissəsi kimi. Üzvi sintezdə katalizator kimi. Sənayedə günəş panellərinin istehzalı zamanı. == İstinadlar == Справочник химика / Редкол.: Никольский Б.П. и др.. — 2-е изд., испр.
Rapuntium kalmii
Lobelia kalmii (lat. Lobelia kalmii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinin firəngotu cinsinə aid bitki növü. Dortmanna kalmii (L.) Kuntze Rapuntium kalmii (L.) Chaz.