Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hayla
Hayla — lirik folklor nümunələridir. Forma etibarilə bayatıları xatırladır. Zaqatala-Balakən tərəflərdə geniş yayılmışdır. Xalqımızın həyatı, məişəti, məhəbbət duyğuları, vətən sevgisi, ailə münasibətləri, tarixi, tarixinin müxtəlif hadisələri burada bədii şəkildə öz əksini tapmışdır. Hayla adından da göründüyü kimi “çağır”, “səslə”, “hayla” anlamını verir. Bəzən “Tala mahnıları” da deyilir. Haylaları qədim türk tayfalarından olan hunlarla da bağlayırlar. Haylaları musiqi aləti tənbur vasitəsilə və sərbəst ifadə etmişlər. Haylaların toplanması və nəşri sahəsində də xeyli işlər görülmüşdür. Ə.Cəfərzadə, A.Məmmədli, M.Allahmanlı haylalarla bağlı fikirlər söyləmişlər.
Layla
Layla — körpə uşağı yatırmaq üçün beşik başında oxunan nəğməyə deyilir. Laylalar bayatı şəklində olur. Lakin çox vaxt ona nəqərat hissəsi də əlavə edilir və "laylay", "balam" ifadələri təkrarlanır. Məsələn: Layla beşiyim, layla, evim eşiyim layla. Sən get şirin yuxuya, Çəkim keşiyin layla. == Qarabağdan toplanmış laylalar == Laylay uşağı yuxuya getməsi üçün müəyyən bir avaz üstündə oxunan bayatılardır. Bu bayatılarda uşağın gələcəyi ilə bağlı arzular – ailə qurması, xəstəliklərdən uzaq olması, bolluq-bərəkət içində yaşaması ifadə olunur, bəzən körpənin valideynləri öyülür, bəzən də laylanı deyən şəxsin öz həyatında baş verən uğursuzluqlar, çətinlikləri ilə bağlı məqamlar dilə gətirilir. Qarabağdan tolanmış bayatılarda da bu kimi hallarla çox üzləşirik: Nərgizi üzüm, layla, Yaxana düzüm, layla. Sən böyü, mən qocalım, Toyunda süzüm, layla (AFA.Qarabağ folkloru, V cild., 2000: səh. 371) Laylay qolum, qanadım, Laylay gələcək adım.
Yayla
Yayla və ya Dağlıq plato — Dəniz səviyyəsindən 500 metrdən çox hündürlüyü olan düzənliklərə yaylalar deyilir. Denudasiya mənşəlidir. Denudasiya prosesləri nəticəsində alçalmış dağ silsilələrinin və dəniz səviyyəsindən yüksəkdə yerləşmiş düzənlik sahələrin növbələşməsi ilə səciyyələnir. Düzənliklər quru iqlim şəraitində dağların uçulma məhsullarının dağarası çökəklərdə toplanmasından və ya çökəyin vulkan materialları (lava, vulan külü) ilə dolmasından əmələ gəlir (məsələn, Anadolu yaylası, Şərqi Pamir, Burqund yaylası, Qarabağ vulkanik yaylası və s). Ən hündür yayla Himalay dağ sistemində yerləşən Tibet yaylasıdır. ASE, V cild, Bakı, 1981, səh.
Ayla
Ayla — qadın adı. Ayla Erduran — Türk skripkaçı. Ayla Fişer — Avstraliyalı aktrisa və yazıçı. Ayla Çəlik — Türkiyəli müğənni və söz yazarı. == Həmçinin bax == Ayla (film, 2017) — rejissoru Can Ulkay, ssenaristi Yiğit Güralpın 2017-ci il Türkiyə və Cənubi Koreyanın birgə istehsalı olan film.
Kala
Kala (gül) — gül növlərindən biri
Karla Bruni
Karla Bruni (23 dekabr 1967, Turin, İtaliya) — İtaliya mənşəli fotomodel və müğənni. Fransa Respublikasının keçmiş birinci xanımıdır. Fransa Prezidenti Nikolya Sarkozinin üçüncü arvadıdır.
Karla Diaz
Karla Diaz (isp. Carla Díaz; 19 iyul 1998, Madrid) — ispaniyalı aktrisa və rəqqasə. == Bioqrafiya == Diaz 19 iyul 1998-ci ildə Madrid şəhərində anadan olmuşdur. Ailəsi uşaqlığından bəri rəqs məktəbi işlədir. Diazın rəqsə olan marağı da bu məktəbdən yaranmışdır. Diaz aktrisalıq fəaliyyətinə 2007-ci ildə - 9 yaşında televiziya reklamına çəkilərək başladı. İlk böyük televiziya rolunu 2011-ci ildə yayımlanan "Punta Escarlata" serialında Patrisia Rozas olaraq aldı. Həmçinin "Tierra de lobos" (2010-2014) serialında dörd bacının ən kiçiyi olaraq, "El Príncipe" (2014-2016) serialında Ben Barek bacılarının ən kiçiyi olaraq, "Seis hermanas" (2015-2017) serialında isə altı bacının ən kiçiyi olaraq rol aldı. 2020-ci ilin iyul ayında gənc dram janrında "Elite" serialının dördüncü mövsümündə Ari rolunu canlandırdı.
Karla Kvint
Karla Kvint (d. 22 sentyabr 1972) — Niderlandı təmsil edən su poloçusu. == Karyerası == Karla Kvint, Niderland yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 4:5 hesabı ilə məğlub olan Niderland yığması, Sidney Olimpiadasını dördüncü pillədə başa vurdu.
Karla Peterson
Karla Peterson (isp. Carla Peterson; doğ. 6 aprel 1974, Kordova) — tanınmış Argentina teatr və kino aktrisası, bir çox Argentina seriallarında çəkilib. == Həyatı == Karla Peterson 6 aprel 1974-cü ildə Kordova şəhərində anadan olmuşdu və orada 3 il yaşamışdı. Onun atası aviasiya təlimatçısı, anası isə vəkil idi. Karla üç bacı arasında (bacıları İsveçdə yaşayırlar - Karlanın ailəsi isveçlidir) yaşça ən böyüyüdür. O özünü tanıyandan həmişə aktrisa olmaq arzusunda idi.
Karla Qucino
Karla Qucino (ing. Carla Gugino, 29 avqust 1971, Florida, ABŞ) — amerikalı aktrisa. Əsasən "Günahlar şəhəri" filmindəki Lusill roluna görə tanınır. == Həyatı == Karla Qucino 29 avqust 1971-ci ildə ABŞ-nin Florida ştatında dünyaya gəlib. İtalyan mənşəli amerikalıların ailəsində dünyaya göz açan aktrisa davamlı olaraq anası ilə birlikdə Kaliforniyanın şəhərlərində yaşamalı olub. 15 yaşı olanda onlar San-Diyeqoda yaşayırdılar. Bu zaman model karyerasına başlamaq istəyən Karla Nyu-Yorka getməyi qərara alır. Ancaq boyu hündür olmadığı üçün bu iş perspektiv vəd etmədi və o, Los-Ancelesə köçdü. Xalasının məsləhəti ilə Karla aktyorluq məharəti kurslarına getməyə başladı. Anası isə onu Los-Ancelesə altı aylıq oxumağa göndərmişdi və artıq San-Diyeqoya qayıtmasında israr edirdi.
Kaylaş Satyarti
Kaylaş Satyarti (hind. कैलाश सत्यार्थी, ing. Kailash Satyarthi; d. 11 yanvar 1954-cü il, Vidişa, Madxya-Pradeş, Hindistan) — uşaq hüquqları uğrunda Hindistan fəalı, Nobel sülh mükafatı laureatı (2014). O, Baçpan Baçao Andolan, Uşaq Əməyinə Qarşı Qlobal Yürüş, Təhsil üçün Qlobal Kampaniya və Kaylaş Satyarti Uşaq Fondu da daxil olmaqla bir çox ictimai fəal təşkilatların təsisçisidir. Kaylaş və onun Baçpan Baçao Andolandakı komandası Hindistanda 86 mindən çox uşağı uşaq əməyindən, köləlikdən və insan alverindən azad edib. 1998-ci ildə Satyarti uşaq əməyinin ən sərt formalarına qarşı qlobal tələbi irəli sürmək üçün 103 ölkəni əhatə edən 80.000 km (təqribən 49.710 mil) uzunluğundakı Uşaq Əməyinə Qarşı Qlobal Yürüş təşkil etdi və ona rəhbərlik etdi. Bu, istismar edilən uşaqlar adına indiyə qədər ən böyük ictimai hərəkatlardan birinə çevrildi. Uşaqların və gənclərin də daxil olduğu yürüş iştirakçılarının tələbləri (xüsusən də məcburi əmək üçün insan alverindən, istismardan, cinsi zorakılıqdan, qanunsuz orqan transplantasiyasından, silahlı münaqişədən və s. qurbanlar) uşaq əməyinin ən pis formaları haqqında BƏT-in 182 saylı Konvensiyasının layihəsində öz əksini tapmışdır.
Kayli Cenner
Kayli Kristen Cenner (ing. Kylie Kristen Jenner; 10 avqust 1997[…], Los-Anceles, Los-Anceles dairəsi, Kaliforniya, ABŞ) — amerikalı model və iş qadını. Kylie Cosmetics adlı makiyaj markası və KylieSkin adlı dəri qulluq məhsulları markasının qurucusu və sahibidir. E! televiziya kanalında göstərilən Keeping Up with the Kardashians ailə realiti şoularında rol alır. 2019-cu ildə Forbes jurnalının açıqladığı siyahıda 1 milyard dollar sərvəti ilə dünyanın ən gənc milyarderi olmuşdur. == Həyatı == Brus Cenner və Kris Cennerin qızıdır. Kendal Cennerin kiçik bacısıdır və Kourti Kardaşyan, Kim Kardaşyan, Kloi Kardaşyan və Rob Kardaşyan adında 4 ögey bacı və qardaşı, ata tərəfindən isə 4 ögey bacı və qardaşı var. Kayli də ailədəki digər üzvlər kimi məşhur amerikalı gənc media şəxsiyyəti və modeldir. Hər dönəm şou-biznesdə çox danışılan və dünya üzrə geniş kütlə tərəfindən izlənən Kim Kardaşyanın ögey bacısıdır.
Kayli Minouq
Kayli Enn Minouq, AO, OBE (ing. Kylie Ann Minogue [ˈkaɪliː mɨˈnoʊɡ], eyni zamanda mononim kimi Kylie; 28 may 1968[…], Melburn) — Avstraliyalı pop müğənni, mahnı müəllifi və aktrisadır. Tez-tez dəyişikliyi ilə tanınan və kommersiya baxımından ən uğurlu Avstraliya ifaçısıdır. Mətbuatda onu Avstraliya musiqi səhnəsinin "pop şahzadəsi" və "stil ikonu" adlandırırlar. Minouq 1980-ci illərin ortalarında Avstraliyanın "Qonşular" serialında çəkilməklə məşhurluq qazanır. 1980-ci illərin sonlarında PWL studiyası ilə müqavilə imzalayaraq musiqi karyerasına başladı. Prodüserlər ilə əməkdaşlıq illərində müğənni babblqam və dans-pop üslubunda dörd studiya albomu buraxdı. İlk üç albomu və "The Loco-Motion", "Hand on Your Heart", "Better the Devil You Know" və "Step Back in Time" sinqlları Avstraliya və Britaniya hit-paradlarının ilk onluğuna daxil oldu. Deconstruction Records səsyazma studiyasının dəstəyi ilə PWL dən ayrılan Minouq Kylie Minogue albomunu buraxdı. 1997-ci ildə elektron rəqs musiqisi üslubunda Rok elementləri olan Impossible Princess adlı eksperimental albom buraxdı.
Kayli Vatson
Kaylr Yang
Kaylr Yang (ing. T.Cuyler Young) — 30 mart 1934-də İranın Rəşt şəhərində anadan olub. 1963-cü ildə Toronto Universitetinin Yaxın Şərq Tədqiqatları üzrə Professoru və Royal Ontario Muzeyinin Yaxın Şərq və Asiya Mədəniyyətləri şöbəsinin müdiri olmuşdur. Uzun müddət ərzində İranda, İraqda və Türkiyədə arxeoloji qazıntılar aparmışdır. 1986-cı ildə o, Misir Qalereyasının dizaynı və yaradılmasına rəhbərlik etdiyi yeddi il müddətində Royal Ontario Muzeyinin direktoru oldu. O, Pensilvaniya Universitetində təqaüdə qədər dərs deməyə davam etdi. 7 fevral 2006-cı ildə öldü .
Kaylr Yanq
Kaylr Yang (ing. T.Cuyler Young) — 30 mart 1934-də İranın Rəşt şəhərində anadan olub. 1963-cü ildə Toronto Universitetinin Yaxın Şərq Tədqiqatları üzrə Professoru və Royal Ontario Muzeyinin Yaxın Şərq və Asiya Mədəniyyətləri şöbəsinin müdiri olmuşdur. Uzun müddət ərzində İranda, İraqda və Türkiyədə arxeoloji qazıntılar aparmışdır. 1986-cı ildə o, Misir Qalereyasının dizaynı və yaradılmasına rəhbərlik etdiyi yeddi il müddətində Royal Ontario Muzeyinin direktoru oldu. O, Pensilvaniya Universitetində təqaüdə qədər dərs deməyə davam etdi. 7 fevral 2006-cı ildə öldü .
Kayra Xan
Keyla çayı
Keyla çayı (est. Keila jõgi) — Estoniyanın şimal-qərbində axan çay. Yurudan cənubda yerləşən Raplamaa vilayətinin Loosalu bataqlığından başlayır və kiçik kənd yeri Keyla-Yola tərəflərdə Fin körfəzinə tökülür. Çayın uzunluğu 111.8 km, hövzəsinin sahəsi 669.3 km²-dir. Keyla, Fin körfəzinin ən uzun çayıdır. Əsas qolları Atla və Maydladır. Keyla şəlaləsi dənizdən gələn balıqların miqrasiyasına faktiki olaraq maneə olur.
Layla Takidir
Yayla (Krım)
Yayla (ümumtürk. «yay» — «yay»; türk. yaylak — yüksək dağlıqlda yerləşən yaylaq) — Krım dağlarının meşə örtüyündən məhrum olan yayla hissəsi. Əsasən yay otlaq sahəsi kimi istifadə olunur. Ərazinin yetərincə horizontal vəziyyətdə olması diqqəti cəlb edir. Münbit torpaq örtüyünə və yay aylarında yüksək rütubətə malik olmasına görə otlaq sahəsi kimi geniş istifadə olunur. Digər dağ silsilələrindən fərqli olaraq Yayla şiş uclu deyil Dağ zirvəsi boyu asanlıqla cığırlar və hətta yol belə çəkmək mümkündür. Yaylada çobanlar bütün mövsümü asanlıqda qala bilirlər. Yayla sözü türk mənşəlidir. Məsələn krımtat.
Yayla (dəqiqləşdirmə)
Yayla Yayla — Şəki rayonu ərazisində dağ. Hün. 3343 m. Yayla (Krım) Yayla (Gürcüstan) — Gürcüstanın Zalqa rayonunda kənd.
Yusuf Kalla
Məhəmməd Yusuf Kalla (d. 15 may 1942, Vatampone[d]) — 2004-cü ildən 2009-cu ilədək və 2014-cü ildən indiyədək ölkənin vitse-prezidenti olmuş İndoneziya siyasətçisidir. 2009-cu il prezident seçkilərində Qolkar partiyasından prezidentliyə namizədliyi uğursuz oldu. 2009-cu ildən Kalla İndoneziya Qızıl Xaç Cəmiyyətinin sədri vəzifəsində çalışıb. 2014-cü il prezident seçkilərində Kalla Coko Vidodo özunu namizəd elan etmədən əvvəl 2012-ci il sorğusuna gorə prezidentliyə namizəd olan Aburizal Bakri və əvvəldən irəli sürülən ən yaxşı seçicilər arasında populyar oldu. O, İndoneziyanın ardıcıl olmayan iki dəfə seçilmiş vitse-prezidenti kimi ilk şəxsdir.
Şayla Abdullah
Şayla Abdullah (ing. Şayla Abdullah; 1971, Kəraçi) — Pakistan-Amerika yazıçısı və dizayneri. Şaila Abdullah İngilis dili üzrə Patra Buhari Mükafatı, Qızıl Qələm Mükafatı, Oxucu Baxışları Mükafatı, Yazı İncəsənəti Mükafatı və Hobson Fondundan qrant almışdır. Cayenne Divarından Kənarda Norumbega Fiction Awards-ın ən yüksək mükafatı olan Görkəmli Bədii Ədəbiyyat Münsiflər Heyəti Mükafatını aldı. Onun kitablarına “Zəfəran yuxuları”, “Kayen divarından kənar” və üç uşaq kitabı daxildir: “Rani Göy qurşağının axtarışında”, “Dostum Suhana” və “Markonun bələdçisi”. O, həmçinin xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün kitablar yazmışdır. 2014-cü ilin əvvəlində Vaşinqton və Li Universitetindən bir araşdırma qrupu apardıqları araşdırmada, Saffron Dreams-dən 3000 sözlük bir keçidin oxumağın insanı daha az irqçi edə biləcəyini müəyyən etdilər. Roma Açıq Təhsil Məlumat Bazası tərəfindən İmmiqrasiya Ədəbiyyatının 50 Ən Böyük Əsərindən 1-i seçildi. Beyond the cayenne wall : collection of short stories, Lincoln, NE : iUniverse, 2005. ISBN 9780595370092 Saffron dreams : a novel, Ann Arbor, MI : Modern History Press, 2010.
Şayla Staylz
Şayla Staylz (23 sentyabr 1982, Armstronq[d], Britaniya Kolumbiyası – 10 noyabr 2017, Armstronq[d], Britaniya Kolumbiyası) — Kanadalı pornoqrafik film aktrisası. Şayla Staylz Kanadanın Britaniya Kolumbiyası əyalətində kiçik bir şəhər olan Armstronqda anadan olub. O, alman mühacir ailəsinin qızı idi. Orta məktəbi doğulduğu Armstronqda bitirib. Orta məktəbi bitirdikdən sonra o, sekslə dolanmaq qərarına gəlib. Sonra onun cinsi qabiliyyətləri böyüklər agentliyinin kəşfiyyatçısı Erik Everhard tərəfindən aşkar edildi. Karyerasını inkişaf etdirmək üçün Vankuverə köçdü. Burada o, canlı söhbət və böyüklər saytlarında iş tapdı. Özünə sonradan istifadə edəcəyi "Şayla Staylz" səhnə adını seçdi. Bundan əlavə, striptizlə məşğul olmağa başladı.
Kala (şirniyyat)
Kala — Asan və tez hazırlanan vaflili şirniyyat. == Tərkibi == Yumurta — 4 ədəd, şəkər tozu — 200q, ərinmiş kərə yağı — 50q, un — nə qədər apararsa, 1 qabartma tozu, 1 vanil == Hazırlanma qaydası == Kala hazırlamaq üçün yumurta və şəkər tozu birlikdə çalınır, üzərinə ərinmiş kərə yağı əlavə olunub köpüklənənə qədər çalınır. Sonradan həlməşik (orta qatiliqda olan kütlə) şəklə düşənə qədər çalınır, üzərinə qabardıcı toz və vanil əlavə edilir. Alınmış kütlə vafli üçün nəzərdə tutulmuş xüsusi aparat vasitəsilə bişirilir və istənilən şəklə (boru, buket və s.) salınır.
«Кара-коюнлу» (ковёр)