Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kamerton
Kamerton(alm. «kammer» – otaq, «ton» – səs‎) — müəyyən yüksəklikdəki səsi zəif harmonik əlavə səslərlə dəqiq və aydın səsləndirən kiçik portativ (yığcam, yüngül), adətən poladdan hazırlanan, ikidilli uzun çəngələ bənzər xüsusi cihaz. İfa praktikasında alətin köklənməsi üçün istifadə olunur. A kapella oxuyan zaman (müşayiətsiz) xorun rəhbəri səsin yüksəkliyini K. vasitəsilə tapır və xorda oxuyanlara göstərir (“xoru kökləyir”). Kamerton birinci oktavanın «lya» notunu səsləndirir. == Tarixi == Kamerton 1711-ci ildə İngilis ifaçısı John Shore tərəfindən icad edilmişdir. Metaldan hazırlanmış kiçik iki tərəfli çəngələ bənzəyirdi. Kamerton simlərə toxunduqda, simlər titrəməyə başlayır və titrəmə tezliyi saniyədə 420 Hz idi.
Kameron
Kameron Boys
Dav Kameron
Dav Oiviya Kameron (ing. Dove Olivia Cameron), doğum adı: Xloya Selesta Hosterman (ing. Chloe Celeste Hosterman; 15 yanvar 1996, Beynbric-Aylend[d], Vaşinqton, ABŞ) — ABŞ aktrisası və müğənnisi.
Kameron Boys
Kameron Boys (ing. Cameron Boyce, 28 may 1999, Los-Anceles, Kaliforniya – 6 iyul 2019, Los-Anceles, Kaliforniya) — ABŞ aktyoru və rəqqasıydı. == Həyatı == Kameron Boys 28 may 1999-cu ildə ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində dünyaya gəlmişdi. Breyk-dans rəqsi onun hobbisinə çevrilmiş və dörd dostu ilə birlikdə "X-MOB" adlı qrup yaratmışlar. Kameron Boysun ən yaxşı tanınan rolu "Dısney Channel" kanalındakı Cessi teleserialında Lyuk Ross roludur. Kameron Göstər özünü serialında qonaq oyunçu olaraq rəqs etmişdir. Ayrıca 2008-ci ildə çəkilən Güzgülər adlı qorxulu filmdə "Maykl Karson" personajını canlandırmışdı. Uğurlar, Çarli! adlı televiziya seralında "Dankan" personajını canlandıraraq poplulyarlıq əldə etmişdir.
Kameron Diaz
Kameron Mişel Diaz — (ing. Cameron Michelle Diaz; d. 30 avqust 1972, San-Diyeqo, Kaliforniya, ABŞ) - amerikalı kinoaktrisa və model. Diaz həmçinin "Şrek" animasiya filminin seriyalarında "Şahzadə Fiona" rolunu səsləndirməklə tanınır. 1994-cü ildə çəkilmiş "Maska" filmində oynadığı rol onun ekranlarda ilk çıxışı idi. == Həyatı == Kaliforniyada anadan olan Kameronun anası Emilio Diaz (1949-2008) burada idxal-ixrac agenti işləyir, atası isə "UNOCAL" neft şirkətinin işçisi kimi fəaliyyət göstərirdi. Diazın atası Kuba-Amerika əsilli idi və əsli İspaniya kubalılarından gəlmə idi (bəzi mənbələrdə isə atasının meksikalı olduğu qeyd olunur). Anası isə yarıingilis, yarıalman idi. Kameron və böyük bacısı sakit qızlar deyildilər. Onlar ağır musiqiyə qulaq asır, bütün vaxtlarını yerli oğlanlarla keçirir, cinsinə və yaş fərqinə baxmadan xətirlərinə dəyənin cavabını verməkdən çəkinmirdilər.
Kameron adası
Kameron adası (ing. Cameron Island) — Kanada Arktik arxipelaqına daxil olan ada. Kraliça Yelezaveta adaları qrupuna aiddir. Adada hazırda yaşayış yoxdur (2012). == Coğrafiya == Adanın sahəsi 1059 km², sahil xəttinin sahəsi isə 219 km-dir. Şimal-qərbdən cənub-şərqə uzunluğu 44 km, eni isə 20–30 km arasında dəyişir. Ada ərazisinin böyük hissəsini 20–60 m arası olan təpəliklər örtür. Relyefi cənub-şərqə doğru yüksəlir. Burada danın ən hündür zirvəsi olan Vilmot dağı yerləşir (Mt. Wilmot).
Xamerion
Kamerun
Kamerun (fr. Cameroun, ing. Cameroon), rəsmi olaraq Kamerun Respublikası (fr. République du Cameroun, ing. Republic of Cameroon) — Mərkəzi Afrikanın qərbində dövlət. Ölkənin sərhəd qonşularını (şimaldan saat istiqamətində) Nigeriya, Çad, Mərkəzi Afrika Respublikası, Konqo Respublikası, Qabon, Ekvatorial Qvineya və 402 km-lik sahil xətti ilə Atlantik okeanı təşkil edir. Ölkənin paytaxtı Yaundedir. == Tarixi == 15-ci əsrin əvvəllərində bölgəyə gələn portuqaliyalı işğalçılar burada koloniyalar qurmağa başladılar. Region xalqını kölə ticarətində istifadə etməyə başladılar. 1864-cü ildə alman müstəmləkəsi olan Kamerun, Almanlar tərəfindən zorla sərt bir sistemə söykənən, koloniyanın infrastrukturunu inkişaf etdirmək üçün layihələrə başladılar.
Ametron
Moruq (lat. Rubus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Azərbaycanda həm yabanı, həm də mədəni şəkildə yayılmışdır. Tünd-qırmızı rəngli, turşməzə meyvələri olur. Meyvələri qurudulan zaman bozumtul-qonur rəngə çevrilir. Ən əla keyfiyyətli meşə moruğu hesab olunur. Meşə moruğunun meyvələri xırda olsa da, çox şirəli, şirin və ətirlidir. Meyvələri avqust ayında yetişir. Moruğun meyvələrini günəşli quru havada, tam yetişən dövrdə yığmaq lazımdır. Qurudulması isə o qədər də isti olmayan sobalarda və ya xüsusi quruducularda aparılmalıdır.
Ensizyarpaq xamerion
Kapetron döyüşü
Kapetron və ya Kapetrou döyüşü — müasir Türkiyənin şimal-şərqində Həsənqala/Pasinlər adlanan ərazidə Bizans-Gürcü ordusu ilə Səlcuq türkləri arasında 1048-ci ildə baş vermiş döyüşdür. Bu düzənlik ərazi o dövrdə Kapetron adlanırdı. Bu döyüş şahzadə İbrahim Yınal rəhbərliyi altında səlcuqluların Bizans torpaqlarına əsas hücum əməliyyatlarının kulminasiyasıdır. Faktorların kombinasiyası göstərir ki, nizami Bizans ordusu türklərə qarşı müəyyən dezavantaja sahib idi: yerli tematik orduların ləğv edilməsi il bərabər, nizami ordunun böyük hissəsi Balkan yarımadasına Leo Tornikiosun qaldırdığı üsyanı yatırmaq üçün göndərilmişdi. Nəticədə Bizans komandanları Aaron və Katakalon Kekaumenos türklərə qarşı necə mübarizə aparmaq lazım olduğu məsələsində fikir birliyinə gələ bilmirdilər. Kekaumenos təcili formada önləyici hücum təşkil etməyin tərəfdarı ikən, Aaron qüvvə azlığına görə həlledici döyüşdən yayınmanın və kömək qüvvələrin gəlməsini gözləmənin tərəfdarı idi. İmperator IX Konstantin sonuncu variantı üstün tutdu və gürcü hökmdarı IV Liparitin köməyə gələcəyi vaxta qədər həlledici döyüşdən yayınmağı əmr etdi. Bu türk ordusuna ətraf Bizans ərazilərini yağmalamaq və istədikləri zaman həlledici hücuma keçmə imkanı verdi. Böyük maliyyə və ticarət mərkəzi olan Artse türklər tərəfindən ələ keçirildi və yağmalandı. Gürcülər gəldikdən sonra birləşdirilmiş Bizans-Gürcü ordusu Kapetronda (müasir Türkiyədə Həsənqala) döyüşə başladılar.
Aterton Martin
Aterton Martin — Dominikan ictimai və siyasi xadimi, aqronom və ekoloq. 1998-ci ildə o, planlaşdırılmış əsas mis mədən əməliyyatları nəticəsində tropik meşələri ekoloji təhlükələrdən qorumaq səylərinə görə Qoldman Ətraf Mühit Mükafatına layiq görülmüşdür. == Bioqrafiya == 1970-ci ildə Nyu-York ştatındakı Kornel Universitetini bitirib. Həmin vaxtdan o, iqtisadi inkişafı ətraf mühitin mühafizəsi ilə birləşdirməyə yönəlmiş uzunmüddətli layihələrin siyahısında iştirak etmişdir. 1970-ci illərdə o, ölkədəki bir sıra sol qüvvələrin, o cümlədən Dominika Birləşmiş Partiyasının, Xalq Demokratik Partiyasının və Dominika Azadlıq Hərəkatı Alyansının üzvü olub. 1979-cu ildə inqilabdan əvvəlki şəraitdə Dominika İşçi Partiyasından ayrılan Oliver Serafinanın koalisiya kabinetində Dominikanın Kənd Təsərrüfatı Naziri vəzifəsində çalışmışdır. Aterton Martin Dominikanın təbii sərvətlərini, xüsusən də yırtıcı mədənçiliklə mübarizədə mühüm fiqur olur. 1996-cı ildə Avstraliyanın Broken Hill Proprietary şirkəti mis hasilatı layihəsini təklif etdikdə Dominika Parlamenti mədən işlərinin inkişafı qanun layihəsini təsdiqləyir. Martin həmin vaxt Dominika Planlaşdırma və İnkişaf Korporasiyasının direktoru kimi dövlət qulluğunda olsa da, layihənin adanın ətraf mühitinə, iqtisadiyyatına və cəmiyyətinə mənfi təsirini izah edərək, əleyhinə kampaniya aparmasında mühüm rol oynayıb. Bu səbəbdən Martin hökumətdəki vəzifəsini itirir, həyatı və ailəsi təhlükə altına düşür.
Ceyms Kemeron
Ceyms Kemeron (d. 16 avqust, 1954, Kapuskasinq, Ontario) — Kanadalı kinorejissor, ssenarist, dərin-dəniz kəşfiyyatçısı, vizual rəssam və redaktordur. Çəkdiyi filmlərin arasında bunlar ən uğurlularıdır: Piranya II: Kürütökmə (1981), Terminator (1984), Yadlar (1986), Uçurum (1989), Terminator 2: Axirət günü (1991), Düzgün yalan (1994), Titanik (1997), Qaranlıq mələyi (2000–02) və Avatar (2009). Kinematoqrafiya tarixində ən gəlirli iki filmin (Titanik, Avatar) rejissorudur. Titanik 11, Avatar isə 3 "Oskar"a layiq görülüblər. 26 mart 2012 tarixində Kemeron Marian çökəkliyinə enmişdi, hansı ki, dünyanın ən dərin nöqtəsi sayılır. == Karyerası == Kameronun çəkdiyi filmlərdən səkkizi dünya prakatında 5,5 milyard dollardan çox gəlir gətirib. Onun atası mühəndis, anası isə rəssam olub. Bəlkə də, ona görə hər iki xüsusiyyəti özündə cəmləyib. Ailədə 5 uşaqdan ən böyüyü olub.
Devid Kemeron
Devid Vilyam Donald Kemeron (9 oktyabr 1966[…], Marlibon[d], Böyük London) — Böyük Britaniya siyasətçisi, 2005-ci ildən Böyük Britaniya Mühafizəkarlar Partiyasının lideri,Böyük Britaniyanın 75-ci Baş Naziri(11 may 2010 – 13 iyul 2016). == Həyatı == === Uşaqlığı və təhsili. Siyası fəaliyyətinin başlanğıcı === Kemeron aristokratik ailədən olan broker ailəsində anadan olub. Ailələri öz kökünü ingilis kralı IV Vilhelm və onun rəfiqəsi Doroti Cordandan götürür. İton kollecini və 1988-ci ildə Оksford Universitetiini bitirib. Orada siyasət, fəlsəfə və iqtisadiyyatı öyrənib. Oksfordda Londonun indiki meri, babası türk olan Boris Consonla yaxından tanış olub. Universiteti bitirdikdən sonra 1988–1993-cü illərdə Mühafizəkarlar Partiyasının tədqiqat şöbəsində fəaliyyətə baəlayır. Həmçinin o vaxtkı baş nazir Con Meycorun çıxışlarını hazırlayır və iqtisadi məsələlərlə məşğul olur. 1993-cü ildə Kemeron xarici işlər nazirliyində çalışır.
Kamerun Prezidenti
Kamerun Prezidenti == Tarixi == 1960-cı il yanvarın 1-də Kamerun, Fransadan dövlət müstəqilliyini elan etdi. 1960-cı il mayın 15-də Kamerun Prezidenti vəzifəsinə Fransız Kamerununun Baş naziri Əhmədu Ahico gətirildi. 1960-cı ildən 1965-ci ildə qədər Əhmədu Ahico Kamerunun Prezidenti vəzifəsini icra etdi. 1965-ci il martın 23-də Kamerun tarixində birinci dəfə Prezident seçimləri baş tutdu. Seçimlərin yeganə namizədi olan Əhmədu Ahico səslərin 100 faizini topladı və 5 il müddətinə Kamerun Prezidenti seçildi. 28 mart 1970-ci ildə Kamerunda növbəti dəfə Prezident seçimləri baş tutdu. Yenə seçimlərin yeganə namizədi olan Əhmədu Ahico səslərin 100 faizini topladı və yenidən 5 il müddətinə Kamerun Prezidenti seçildi. 1975-ci il aprelin 5-də Kamerunda üçüncü dəfə Prezident seçimləri baş tutdu. Seçimlərin yeganə namizədi olan Əhmədu Ahico səslərin 100 faizini topladı və üçüncü dəfə 5 il müddətinə Kamerun Prezidenti seçildi. 5 aprel 1980-cı ildə Kamerunda növbəti dəfə Prezident seçimləri baş tutdu.
Kamerun Respublikası
Kamerun (fr. Cameroun, ing. Cameroon), rəsmi olaraq Kamerun Respublikası (fr. République du Cameroun, ing. Republic of Cameroon) — Mərkəzi Afrikanın qərbində dövlət. Ölkənin sərhəd qonşularını (şimaldan saat istiqamətində) Nigeriya, Çad, Mərkəzi Afrika Respublikası, Konqo Respublikası, Qabon, Ekvatorial Qvineya və 402 km-lik sahil xətti ilə Atlantik okeanı təşkil edir. Ölkənin paytaxtı Yaundedir. == Tarixi == 15-ci əsrin əvvəllərində bölgəyə gələn portuqaliyalı işğalçılar burada koloniyalar qurmağa başladılar. Region xalqını kölə ticarətində istifadə etməyə başladılar. 1864-cü ildə alman müstəmləkəsi olan Kamerun, Almanlar tərəfindən zorla sərt bir sistemə söykənən, koloniyanın infrastrukturunu inkişaf etdirmək üçün layihələrə başladılar.
Kamerun bayrağı
Kamerun bayrağı — Kamerunun Dövlət bayrağı
Kamerun kolobus
== Kamerun Kolobusu == Qırmızı Kolobus cinsi olan primat ailəsinin meymun növündən biridir. == Təsnifat == Əvvəllər bu Qvineya Kolobusu ya da Qırmızı Kolobus bir alt növü hesab edilirdi. == Təsvir == BAşı qara,arxa qırmızı, ayaqları, yanaqları və qırmızı rəngli kuyruğu qara rəngdir. [1] == Yayılımı == Korup Milli Parkı, Kamerun, həmçinin Kross Milli Parkı,Nigeriya da daha çox rast gəlinir.[2] Dəniz səviyyəsindən 1400 metr yüksəklikdəki nəmli meşələrdə yayılmışdır. 20-dən 64-ə qədər sürüdə say təşkil edir.Əsasən yem olaraq yarpağı seçir.Təbiətin qorunması üzrə Beynəlxalq İttifaq bu növə "Kritik bir vəziyyətdə" müdafiə statusunu verdi. Qorunmasi üçün əsas ovçuluq yasaqlanmışdır. Bu növün böyük hissəsi Kamerun və Nigeriyada qorunan ərazilərdə yaşayır. == Xarici keçidlər == The IUCN Red List of Threatened Species.
Kamerun gerbi
Kamerun gerbi Afrika ölkəsi sayılan Kamerun tərəfindən istifadə edilən rəsmi dövlət gerbidir. Gerbin mərkəzi hissəsində yerləşən qalxan Kamerun bayrağının rənglərini ehtiva edir. Qalxanın mərkəzində üçbucaq meydana gətirən və 4095 m hündürlüyü ilə Qərbi Afrikanın ən yüksək dağı olan Kamerun dağını ifadə edən hissə qırmızı fonda olarkən, üçbucağın ayırdığı hissələrdən sol tərəf yaşıl fona, sağ tərəf isə sarı fona malikdir. Qırmızı fonda mavi rəngdə Kamerunun xəritəsi göstərilmiş, xəritənin üstündə yerləşdirilmiş olan qılıncın ucundakı tərəzilər isə Roma mifologiyasında ədalət ilahəsi kimi qəbul edilən Justitianı işarə edir. Qılıncın ən uc hissəsində isə yenə qırmızı fonda sarı beşguşəli ulduz yerləşdirilmişdir. Qalxanın arxa tərəfində diaqonal olaraq yerləşdirilmiş iki ədəd Fasce isə dövlət hakimiyyətini və respublika idarəetmə formasını simvollaşdırır. Qalxanın yuxarı hissəsində isə ikisi Fasceslərin üstündə, biri isə qalxanın yuxarı hissəsində yerləşdirilmiş olan və həm fransız, həm də ingilis dillərində yazılmış Sülh, İş, Vətən (Fr: Paix, Travail, Patrie) (İng: Peace, Work, Fatherland) kəlmələri yazılmışdır. Qalxanın alt hissəsindəki şüar zolağında isə həm fransız, həm də ingilis dillərində bu ölkənin bu dillərdəki rəsmi adı olan Kamerun Respublikası (Fr: République du Cameroun) (İng: Republic of Cameroon) yazılmışdır.
Alisa Merton
Alisa Merton — (13 sentyabr 1993, Frankfurt-Mayn, Hessen) - alman əsilli ingilis müğənni. == Həyatı == 13 sentyabr 1993-cü ildə Almaniyanın Frankfurt şəhərində anadan olmuşdur. Anası alman, atası irlandiyalıdır. Uşaq ikən atasının işi ilə əlaqədar olaraq, Kanadaya köçüblər və ilk addımlarını Kanadada atmışıdır. == Karyerası == 2017-ci ildə çıxatdığı "No Roots" mahnısı ilə dünyada məşhurlaşmışdır.
Merton Miller
Merton Miller (ing. Merton Howard Miller) (16 may 1923 - 3 iyun 2000) — amerikalı iqtisadçı. 1990-cı ildə Harri Markovits və Vilyam Şarpla birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Merton Miller Boston şəhərində vəkil Col Miller və evdar xanım Silviya Millerin övladı olaraq anadan olub. II Dünya müharibəsi dövründə Xəzinə Nazirliyinin vergi tədqiqatları bölməsində iqtisadçı olaraq işlədi və 1952-ci ildə Con Hopkins Universitetində iqtisadiyyat üzrə doktorluq dərəcəsinə yüksəldi. Doktorluq dərəcəsinə yüksəldikdən sonra ilk akademik vəzifəsini London İqtisadiyyat məktəbində köməkçi qonaq olaraq yerinə yetirdi. Merton Miller 1958-ci ildə Karnegi Texnologiya İnstitutunda (indiki Karnegi Mellon Universiteti) həmkarı Franko Modilyani ilə birgə "Kapital xərcləri, Təşkilati maliyyə və İnvestisiya nəzəriyyəsi" (ing. The Cost of Capital, Corporate Finance and the Theory of Investment) adlı bir məqalə yazmışdı. Bu məqalədə ənənəvi təşkilati maliyyə düşüncəsinə son nəticədə qarşı çıxırlar, ənənəvi yanaşmaya görə bir qurum düzgün borc/kapital nisbətini taparaq kapital xərclərini azalda bilər. Miller-Modilyani teoreminə görə isə düzgün nisbət yoxdur, beləliklə qurum idarəçiləri vergi borcunu azaldaraq, qurumun dəqiq kapitalını maksimallaşdırmağa çalışmalıdırlar.
Robert Merton
Robert Merton (ing. Robert Cox Merton) (d. 31 iyul 1944) — amerikalı iqtisadçı. 1997-ci ildə Mayron Şoulzla birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Robert Merton 31 iyul 1944-cü ildə ABŞ-nin Nyu York şəhərində sosioloq Robert K. Merton və Suzana Kerhart cütlüyünün övladı olaraq anadan olub. Kolumbiya Universitetinin riyaziyyat mühəndisliyi bölməsindən məzun olub. Robert Merton Kaliforniya Texnologiya İnstitutunda magistr, Massaçusets Texnologiya İnstitutunda isə doktorluq dərəcəsinə yüksəlmişdir. Daha sonra isə Massaçusets Texnologiya İnstitutunun Sloan İdarə məktəbi fakültəsində işləməyə başlamışdı.
Kameleon (Mortal Kombat)
Kameleon (ing. Khameleon) - "Mortal Kombat" oyun seriyasının personajlarından biridir.
Kamerun prezidentlərinin siyahısı
== Kamerun Respublikası ==
Kamerun–Nigeriya münasibətləri
Kamerun–Nigeriya münasibətləri — Kamerun Respublikası ilə Nigeriya Federativ Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Bakassi problemi == İki ölkə arasında əsas mübahisə predmeti Bakassi yarımadası ilə bağlıdır. Belə ki, bu ərazi Nigeriyaya məxsus olmuşdur. Lakin 22 noyabr 2007-ci ildə BMT-nin Beynəlxalq Məhkəməsi yarımadanın Kameruna verilməsi haqqında qərar çıxarmışdır. Ancaq buna baxmayaraq Nigeriya senatı bu qərarın ölkə konstitusiyasına zidd olduğunu bildirərək çıxarılan qərara əməl etmir.