Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Karnival Rou
Karnival Rou (ing. Carnival Row) – Orlando Blumun prodüserliyi ilə istehsal olunmuş ABŞ neo-nuar və fentezi teleserialı. Treyvis Biçemin "Karnival Rouda qətl" adlı film ssenarisinə əsaslanır. Serial 30 avqust 2019-cu ildə Prime Video vasitəsilə buraxılmış və 8 seriya davam etmişdir. 2019-cu ilin iyulunda ikinci mövsümü anons edilmişdir. Hekayə mifik varlıqlarla insanların birlikdə yaşadıqları şəhərdə cərəyan edir və irqlər arasındakı münasibətlər gərginləşməkdədir. Teleserialın baş rollarında Orlando Blum (Raykroft Filostreyt) və Kara Delevin (Viqnatte Stounmoss) çıxış edirlər. Digər rollarda Devid Qyasi, Karla Krom, İndira Varma, Tamzin Merçant və Skott Reyd çıxış edirlər. "Karnival Rou" əsasən tənqidçilərin mənfi rəylərini almışdır. == Məzmun == Hadisələr xaos mühitinin hökm sürdüyü Viktoriya dövründə baş verir.
Karnival Rou (teleserial, 2019)
Karnival Rou (ing. Carnival Row) – Orlando Blumun prodüserliyi ilə istehsal olunmuş ABŞ neo-nuar və fentezi teleserialı. Treyvis Biçemin "Karnival Rouda qətl" adlı film ssenarisinə əsaslanır. Serial 30 avqust 2019-cu ildə Prime Video vasitəsilə buraxılmış və 8 seriya davam etmişdir. 2019-cu ilin iyulunda ikinci mövsümü anons edilmişdir. Hekayə mifik varlıqlarla insanların birlikdə yaşadıqları şəhərdə cərəyan edir və irqlər arasındakı münasibətlər gərginləşməkdədir. Teleserialın baş rollarında Orlando Blum (Raykroft Filostreyt) və Kara Delevin (Viqnatte Stounmoss) çıxış edirlər. Digər rollarda Devid Qyasi, Karla Krom, İndira Varma, Tamzin Merçant və Skott Reyd çıxış edirlər. "Karnival Rou" əsasən tənqidçilərin mənfi rəylərini almışdır. == Məzmun == Hadisələr xaos mühitinin hökm sürdüyü Viktoriya dövründə baş verir.
Daniyal
Daniyal, həmçinin Dənyal və ya Daniel (ərəb. دانيال‎ Daniyal, İbranicə: דניאל Daniel, yun. Δανιήλ Daniil) — yəhudilər, xristianlar və müsəlmanlar tərəfindən peyğəmbər olaraq qəbul edilən şəxs. Quranda adı qeyd olunmasa da, islam alimlərinin əsərlərində ondan bəhs edilir. == Etimologiya == E.ə. IV və V əsrlərdə yaşayan Daniyal peyğəmbər e.ə. 606-cı ildə uşaq ikən əsir alınaraq israiloğulları ilə bərabər Babilə göndərilir. Babil kralı II Navuxodonosor (e.ə. 605-562) zamanında yaşadığı ehtimal olunan Daniyal peyğəmbərdən “Yəhudiləri Babil əsarətindən elmi və öncəgörmələri ilə qurtarmış peyğəmbər” olaraq bəhs edilir. == Həyatı və nəsli == === Uşaqlıq illəri === Belə bir əhvalat nəql edilir ki, Babil kralı yuxusunda israiloğullarının nəslindən olan bir oğlan uşağının onun taxtını sarsıdacağını görür.
Hanibal
Hannibal (E.ə 247, Karfagen, Tunis – E.ə 183-181, Vifiniya) — Karfagen sərkərdəsi == Həyatı == Hamilkar Barka İspaniya və başqa ərazilər uğrunda Roma ilə mübarizə apararkən 9 yaşlı oğlu Hannibalı məbədə aparıb orada mehrab önündə qatı düşmənləri olan Roma ilə ömrü boyu düşmən olacağına and içdirmişdi. Hannibal öz andına sadiq qaldı. Atası öləndən sonra qardaşı Hasdrubal romalılarla sülh tərəfdarı kimi saziş bağlayıb İspaniyadakı Saqunt şəhərini iki dövlət arasında sərhəd kimi qəbul etdi, lakin Hasdrubal öldürüldü. Hannibal əvvəl Saqunt şəhəri ətrafındakı qəbilə və tayfaları fəth etdi. Rəqiblərin 100 mindən çox əsgəri vardı. Saqunt şəhəri əhalisi bunu görüb müdafiə üçün Romaya elçi göndərdilər, lakin Roma senatı qərar çıxarana kimi Hannibal bu ispan şəhərini almaq qərarına gəldi. Döyüş zamanı ön cərgələrdə vuruşan Hannibal budundan ağır yara aldı. Bu hücumdan qəzəblənən romalılar Karfagen senatına elçi göndərib müqaviləni pozduqlarına görə Hannibalın onlara verilməsini tələb etdilər, fəqət rədd cavabı aldılar. Hannibal bu tələbə Saquntu 8 ay mühasirədə saxlayandan sonra almaqla cavab verdi. Bu xəbəri alan Roma bir-birinə dəydi.
Kaniyan
Kaniyan (Salmas)
Kannibal
Kannibalizm (fr. cannibale, isp. canibal) və ya Yamyamlıq — öz nəslindən olanı yemək. Kannibalizm yırtıcılara xas olan əlamətdir. Əsasən heyvanların qida catışmadıqda öz nəslinin nümayəndəsini yeməsinə deyilir. Yırtıcı balıqlar, pişiklər və digər heyvanlarda bu kimi hallara rast gəlinir. İnsanlarda kannibalizm qədim dövrlərdə mövcud olmuşdur. Təqribən 5 milyon il bundan əvvəl Cənubi Afrikada yaşamış avstralopiteklər (azərb. cənub meymunu‎) kannibal olmuşlar. Avstralopitekləri 2 milyon il bundan əvvəl əvəz etmiş və Afrikada qalıqları tapılmış bacarıqlı insanlar (lat.
Kapital
Kapital bu mənalara gələ bilər: Kapital — sərmayə. Kapital — Karl Marksın kitabı. Kapital Bank — Azərbaycanda bank.
Kanqal
Kanqal — Türkiyə ərazisində yetişdirilən it cinsi. Əsasən qoyun iti və qoruma istiqamətlidir. İt adını Sivasın Kanqal ilçəsindən götürülmüşdür. Dünyada müstəqil it cinsi olaraq tanınmada, Türkiyədə təmiz it cinsi hesab edilir. Üstəlik Türkiyə Kinoloji Federasiyası, o cümlədən Türkiyədə rəsmi Kanqal təşkilatlarının görə Ankara Kangal Dərnəyi itin müstəqil cins olması üçün cəhdlər göstərir. == Tarixi == Orta Asiyadan gələn Kanqlı (Kəngər) türk boyunun adı bağlıdır. Orxan Yılmaz "Kangal Köpeği / Tarihi-Tanıtımı-Yetiştirilmesi-Islahı" adlı kitabında "Kanqlı" türk boyunun Orta Asiyadan köç edərkən yanlarında üç şeyi gətirdiyini bildirir: at, it və qoyun. 2003-ci ilin 11 avqust tarixində kanqalla bağlı keçirilən I Beynəlxalq Kanqal Köpəyi Simpoziumunda bu cinsin Türküstandan Anadoluya gətirilməsi təstiqlənir. Kanqallar XVII əsrdən etibarən Osmanlı sarayında istifadə edilir və samson olarak adlandırıldı. Doğan Kartay həm "Türk Çoban Köpəyi Kanqal" kitabında, həm də I Beynəlxalq Kanqal Köpəyi Simpoziumunda bu itlərin həmcinin Yeniçərilər tərəfindən hərbi məqsədlərlə istifadə edildiyini birdirmişdir.
Kantal
Kantal (fr. Cantal; oks. Cantal ) — Fransanın Mərkəzi Cənub hissəsində departament.Overn rayonunun departamentlərindən biridir. Seriya Nömrəsi-15. İnzibati mərkəzi - Oriyak. Əhali sayı - 154.135 nəfər (şöbələri arasında 96-ci yeri tutur) (2010-cu il məlumatına görə). == Coğrafiyası == Şöbənin sahəsi 5726 km². == Tarixi == Kantal— 1790-ci ildə mart ayında Böyük Fransa İnqilabı zamanı yaradılmış, ilk 83 şöbədən biridir. Adı Lo və Qaronna çaylarından götürülüb. Keçmiş Overn vilayetində yerləşir.
Kaşiva
Kaşiva (yap. 柏市) — Yaponiyanın Kanto regionunda yerləşən Çiba prefekturasının şimal-qərbində şəhər.
Aanval
Aanval xüsusi olaraq Snort, Suricata və Syslog məlumatları ilə istifadə üçün nəzərdə tutulmuş kommersiya SIEM məhsuludur. Aanval 2003-cü ildən aktiv inkişaf mərhələsindədir və sənayedə ən uzun müddət işləyən Snort qabiliyyətli SIEM məhsullarından biri olaraq qalır. Aanval niderland dilində "hücum" deməkdir. == Tarix == Aanval 2003-cü ildə Loyal Moses tərəfindən yaradılmışdır, lakin 2004-cü ilin mart ayına qədər ictimaiyyətə təqdim edilməmişdir və C1-RA1008 özəl kommersiya lisenziyası ilə buraxılmışdır. Proqram təminatının bütün ömrü ona Aanvaldan əlavə OpenAanval və ya ComAanval da istinad edilmişdir. Aanval veb-brauzerdən AJAX üslubunda təhlükəsizlik hadisələrinin monitorinqini və hesabatını təmin edirdi. Aanval yaradılandan bəri o, Snort, Suricata və Syslog məlumatlarının normallaşdırılmasına xüsusi diqqət yetirməklə müdaxilənin aşkarlanması, korrelyasiya və təhlükənin idarə edilməsi konsoluna çevrilmişdir.
Aniva
Aniva (rus. Ани́ва) ya da Rutaka (yap. 留多加) — Rusiya Federasiyasında yerləşən şəhər. Saxalin vilayətinin tərkibinə daxildir.
Kanal
Kanal (lat. canalis – boru) — hidrotexnikada suyun basqınsız hərəkəti üçün çəkilən düzgün formalı süni məcra (su yolu). Təyinatdan asılı olaraq gəmiçilik kanalı, energetika kanalı, suvarma kanalı və s. növləri var. Gəmiçilik kanalı dəniz, göl və gəmi üzən çayları birləşdirmək, gəmi hərəkətini asanlaşdırmaq, su yollarını qısaltmaq və s. məqsədlərlə çəkilir. Energetika (derivasiya) kanalları su elektrik stansiyaları komplekslərinə daxildir. Suvarma kanalları əkin yerlərinin suvarılması üçündür, məs. Samur-Abşeron kanalı, Yuxarı Qarabağ kanalı, Yuxarı Şirvan kanalı. Kanalların en kəsiyi düzbucaqlı trapesiya, üçbucaqlı, yarımdairə və s.
Fiktiv kapital
Hanibal Qəzzafi
Hannibal əl-Qəddafi (20 sentyabr 1975, Tərabülüs əl-Qərb) — Muəmmər əl-Qəddafinin övladlarından biri. == Həyatı == Hannibal Qəzzafi 1976-cı ildə anadan olub. Hannibal Qəzzafi vaxtı ilə Liviya Milli Dəniz Nəqliyyatı Şirkətində çalışıb. 2005-ci ildə Parisdə hamilə qız dostuna zor tətbiq etməkdə və onu döyməkdə günahlandırılıb. 2008-ci ildə İsveçrənin Cenevrə şəhərində iki qulluqçusuna hücum çəkdikdən sonra həbs edilib. Mülk girovu qarşılığında azadlığa buraxıldıqdan sonra Liviya hökuməti bu ölkədə fəaliyyət göstərən İsveçrə şirkətlərini qovub, eyni zamanda İsveçrə mallarına sanksiya tətbiq etmişdir.
Kanibağ (Piranşəhr)
Kanibağ (fars. كاني باغ‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 312 nəfər yaşayır (53 ailə).
Kanikalə (Piranşəhr)
Kanikalə (fars. كاني كله‎‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 114 nəfər yaşayır (16 ailə).
Kanikan (Bicar)
Kanikan (fars. كاني كن‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 223 nəfər yaşayır (46 ailə). Əhalisini kürdlər təşkil edir.
Kaniyan (Salmas)
Kaniyan (fars. كانيان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,151 nəfər yaşayır (225 ailə).
Kaniyan (Urmiya)
Kaniyan (fars. ‎‎‎‎كسيان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.314 nəfər yaşayır (236 ailə).
Kaniçay (Qürvə)
Kaniçay (fars. كاني چاي‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 107 nəfər yaşayır (26 ailə). Əhalisini kürdlər təşkil edir.
Kapital (dəqiqləşdirmə)
Kapital bu mənalara gələ bilər: Kapital — sərmayə. Kapital — Karl Marksın kitabı. Kapital Bank — Azərbaycanda bank.
Kapital (kitab)
Kapital (alm. Das Kapital‎; tam adı: Kapital. Siyasi iqtisadın tənqidi (alm. Das Kapital. Kritik der politischen Ökonomie‎) — siyasi iqtisadiyyatın tənqidi olan kitab Karl Marksın ən mühüm əsərlərindən biridir. Üç cilddir. Marksın ölümündən sonra II və III cildləri dostu və həmkarı Fridrix Engels tərəfindən nəşr olunub. == Haqqında == 1859-cu ildə Marks özünün siyasi iqtisadiyyatla bağlı ilk ciddi tənqidi əsəri olan "Siyasi iqtisadiyyatın tənqidinə töhfə" (alm. Zur Kritik der Politischen Ökonomie‎) kitabını dərc etdirir. Bu əsər sadəcə onun daha sonra nəşr etmək niyyətində olduğu üç cildlik "Kapital" kitabının girişi kimi nəzərdə tutulmuşdu.
Kapital Bank
Kapital Bank — Azərbaycanda fəaliyyət göstərən kommersiya bankı. == Tarixçə == 1874-cü ilin 24 iyulunda Bakıda əmanət kassası yaradılıb. İlk əmanət kassaları Rusiya Dövlət Bankının Bakı şəhər şöbəsinin tərkibində fəaliyyət göstərirdi. Şöbənin icraçı rəhbəri İvan Samsonoviç Xandojevski adlı şəxs idi. Uçot Komitəsinin tərkibində isə Hacı Zeynalabdin Tağıyev, Hacı Baba Haşımov, Hacı Şıxəli Dadaşov kimi tanınmış azərbaycanlılar da təmsil olunurdu. Azərbaycan Demokratik Respublikası elan edildikdən sonra 30 sentyabr 1919-cu ildə Azərbaycanda Dövlət Bankının açılışı oldu, 1 dekabr 1919-cu ildə əmanət kassalarının fəaliyyəti də bərpa edildi. 1920-ci ilin 28 aprelində ADR-in süqutunun ardınca Azərbaycan İnqilab Komitəsinin 9 iyun 1920-ci il tarixli qərarı ilə Rusiya Dövlət Bankının Bakı şöbəsi ləğv edildi və bütün bank-kredit təşkilatları kimi bu qurum da yeni yaradılmış Xalq Bankına birləşdirildi. 1924-cü ilin yanvarında Azərbaycanda SSRİ Dövlət Bankının tərkibində fəaliyyət göstərən dövlət əmək əmanət kassaları yaradıldı. 1988-ci ildə həmin kassalar SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankına çevrildi. 11 fevral 1992-ci ildə bu bankın bazasında Azərbaycan Respublikasının Əmanət Bankı formalaşdırıldı.
Kapital bazarı
Kapital bazarı (rus. рынок капитала, ing. Capital market) — maliyyə bazarının uzunmüddətli pulların dövriyyədə olduğu hissəsi, yəni tədavül müddəti bir ildən çox olan vəsaitlər. Kapital bazarında sərbəst kapitalın yenidən bölüşdürülməsi və onların müxtəlif gəlirli maliyyə aktivlərinə investisiyası baş verir. Kapital bazarında vəsaitlərin (maliyyə resurslarının) tədavül formaları müxtəlif ola bilər: bank kreditləri (kreditlər); səhm; istiqrazlar; maliyyə törəmələri. Kapital bazarı əməliyyatları adətən maliyyə sektoru qurumları və ya hökumətlərin və korporasiyaların xəzinədarlıq departamentləri tərəfindən idarə olunur, lakin bəziləri birbaşa ictimaiyyətə açıq ola bilər. Məsələn, ABŞ-də internet bağlantısı olan istənilən ABŞ vətəndaşı TreasuryDirect hesabı yarada və ondan ilkin bazarda istiqraz almaq üçün istifadə edə bilər, baxmayaraq ki, fiziki şəxslərə satış satılan ümumi istiqrazların yalnız kiçik bir hissəsini təşkil edir. Müxtəlif özəl şirkətlər, şəxslərə təkrar bazarlarda səhmlər və bəzən hətta istiqrazlar almağa imkan verən brauzer əsaslı platformalar təqdim edir. Minlərlə belə sistemlər var ki, onların əksəriyyəti ümumi kapital bazarlarının yalnız kiçik bir hissəsinə xidmət edir. Sistemlərə ev sahibliyi edən təşkilatlara birjalar, investisiya bankları və dövlət qurumları daxildir.
Kia Carnival
Kia Carnival — 1998-ci ildən Cənubi Koreyanın avtomobil istehsalçısı olan Kia Corporation tərəfindən istehsal edilən miniven modelidir. Bəzi bazarlarda Sedona kimi də tanınır. 2007–2009-cu illər arasında Entourage modeli Şimali Amerikada Hyundai brendi altında satılmışdır.