Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kasnı
Kasnı (lat. Cichorium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Acanthophyton Less.
Adi kasnı
Adi kasnı (lat. Cichorium intybus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin kasnı cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Çoxillik bitkidir. Gövdəsi dikduran, hündürlüyü 20-125 sm, aşağı hissədə tüklü, şırımlı, açıq budaqlıdır. Bəzi bölgələrdə çırtlıq (çırtdıq) adlandırılan bu bitkinin aşağı yarpaqları uzunsov-lansetvari, oyüqlu, lələkvarı bölümlü, hər iki tərəfdən nahamar-tüklüdür. Gövdəyanı yarpaqları seyrək, oturaq, gövdəni bürüyən, yuxarı yarpaqlar xırda, bütöv, lansetvari, ucubizdir. Səbətləri 10 mm yaxın uzunluqda, gövdə yarpaqların qoltuğunda tək-tək və ya dəstəşəklində yerləşir. Çiçəkləri mavi rəngdə, sarğıdan 2-3 dəfə uzundur. Toxumcaları 2-3 mm uzunluqda, tərsyumurtavari, açıq rəngdən qara rəngə kimi; kəkili çox qısa nazik pərdələrdən ibarətdir. == Yayılması == Böyük Qafqazın bütün rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışır.
Kasnı kökləri
== Xalq təbabətində istifadəsi == Xalq təbabətində kasnının (gül növü) köklərindən sulu dəmləmə və bişirmə hazırlayıb xroniki mədə-bağırsaq xəstəliklərində mədənin həzm prosesini yaxşılaşdıran, iştahanı və maddələr mübadiləsini artıran vasitə kimi və həmçinin öd yolları xəstəliklərində (sarılıqda) ödqovucu dərman kimi qəbul edirlər. Kasnının köklərindən hazırlanmış dəmləmə və kasnı arağı şəkər xəstəliyində, eləcə də malyariyaya qarşı işlədilir.
Marsel Kaşen
Marsel Kaşen (fr. Marcel Cachin; 20 sentyabr 1869[…] – 12 fevral 1958[…]) — Fransa siyasətçisi, kommunist. == Həyatı == Kaşen 1869-cu il sentyabrın 20-də Lamanş dənizi sahilində, Pempole şəhərciyinin Kot-dü-nor departamentində anadan olmuşdur. Kaşen ömrünün son günlərinədək tez-tez baş çəkdiyi doğma şəhərinin sadə adamları ilə sıx əlaqə saxlayırdı. Bretanın kəndliləri, dənizçiləri, balıqçıları Kaşeni nəvazişlə bizim "Marsel ata" adlandırırdılar. Kaşen onlarla breton dilində sərbəst danışırdı. Adamlar fəhlə hərəkatına müxtəlif yollarla qoşulurlar. Marsel Kaşenin də öz yolu var idi. Kaşenin özünün xatırladığı kimi, 1891-ci ilin əvvəllərində o, siyasətdən uzaq idi. Hər şeylə maraqlanan iste'dadlı gənc, o zaman Bordo universitetinin fəlsəfə fakültəsində boyük həvəslə oxuyurdu.
Vəzicikli kasnı
Vəzicikli kasnı (lat. Cichorium glandulosum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin kasnı cinsinə aid bitki növü.
Le-Kanne
Le-Kanne (fr. Le Cannet, oks. Lo Canet) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Qras dairəsi, Kannalar-1 kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Mujen kantonunun (Qrass dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 7,71 km², əhalisi — 42 531 nəfərdir (2006) artım tendensiyası ilə: 43 115 nəfər (2012), əhalinin sıxlığı 5592,1 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 42 754 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 568 nəfər.
Kane & Lynch
Kane & Lynch: Dead Men — IO Interactive tərəfindən yaradılan və üçüncü-şəxs atıcı janrında olan oyun. Kane & Lynch 2: Dog Days — IO Interactive tərəfindən yaradılan, Eidos Interactive və Square Enix (distribyutor olaraq) tərəfindən isə nəşr edilən üçüncü-şəxs atıcı janrında olan video-oyundur.
Nukina Kane
Nukina Kayoku (貫名 海屋, 3 yanvar 1778[…], Ama əyaləti[d], Nankaydo[d] – 21 iyun 1863, Şimoqamo[d]) və ya əsl adı ilə Nukina Kane – Yaponiya rəssamı, xəttatı, konfusiçi alimi. Nanqa üslubunda rəsmlər çəkmişdir. Ava əyalətində (indiki Tokuşima prefekturası) samuray ailəsində doğulmuşdur. Gənc yaşlarında xəttatlıq və Kano üslubunun rəssamlığını öyrənməyə başlamışdır. Daha sonra Koya dağında buddizm və Edo şəhərində konfusiçilik dərsləri almışdır. Zen rahibi Hidaka Tetsuodan Çin ədəbi rəssamlığını öyrənmək üçün Naqasakiyə səyahət etmişdir. Daha sonra Kiotoya köçmüş, burada konfusiçilik məktəbi açmış, rəssamlıq və yazıçılıq ilə məşğul olmuşdur. Ömrünün axırlarında Kiotonun ən yaxşı xəttatı hesab olunurdu. Yamamoto Bayitsu və Nakabayaşi Çikuto kimi rəssamların daxil olduğu sənətçi qruplaşmasının üzvü olmuşdur. Kayoku mühafizəkar Çin ədəbi ənənələrini izləmiş, peyzaj rəsmləri üçün Çin rəssamlığından təsirlənmişdir.
Kane-de-Salar
Kane-de-Salar (fr. Canet-de-Salars, oks. Canet) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Pon-de-Salar kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12050. Kommuna təxminən Parisdən 520 km cənubda, Tuluza şəhərindən 130 km şimal-şərqdə, Rodezdən isə 20 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 410 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 230 nəfərin (15-64 yaş arasında) 165 nəfəri iqtisadi cəhətdən fəal, 65 nəfər hərəkətsizdir (fəaliyyət göstərici 71,7%, 1999-cu ildə 65.3%).
Kane & Lynch (dəqiqləşdirmə)
Kane & Lynch: Dead Men — IO Interactive tərəfindən yaradılan və üçüncü-şəxs atıcı janrında olan oyun. Kane & Lynch 2: Dog Days — IO Interactive tərəfindən yaradılan, Eidos Interactive və Square Enix (distribyutor olaraq) tərəfindən isə nəşr edilən üçüncü-şəxs atıcı janrında olan video-oyundur.
Kane & Lynch: Dead Men
Kane & Lynch: Dead Men (azərb. Keyn və Linç: Ölümə məhkumlar‎) — IO Interactive tərəfindən yaradılan və üçüncü-şəxs atıcı janrında olan oyun. Geympleydə iki nəfər, bir-birindən xasiyyətcə tamamilə fərqli qəhrəmanların birgə hərəkətləri ideyası dayanır. PC ilə yanaşı oyun həmçinin PlayStation 3, Xbox 360 və mobil telefonlar üçün buraxılıb. Videooyun sənayəsində ən keyfiyyətli və təsirli oyunlardan biri olmuş və yüksək rəy alaraq ikinci hissəsi yaradılmışdır. == Oyun prosesi == Bütün birnəfərli oyun iki əsas qəhrəmanın sıx əməkdaşlığı ilə gedir. Oyun boyu oyunçu Keyni, süni intellekt isə Linçi idarə edir. Kane & Lynch-də həmçinin kooperativ oyun imkanı da var ki, burada qəhrəmanların hər ikisini oyunçular idarə edir. Fərdi kompüterdə birgə oyun ən azı bir Xbox 360 kontrolleri olduqda mümkündür. Yaradıcıların əsas ideyası qəhrəmanların xasiyyətini oyundakı hərəkət tərzinə keçirməkdir.
Kane & Lynch 2: Dog Days
Kane & Lynch 2: Dog Days (azərb. Keyn və Linç: İt günləri‎) — IO Interactive tərəfindən yaradılan, Eidos Interactive və Square Enix (distribyutor olaraq) tərəfindən isə nəşr edilən üçüncü-şəxs atıcı janrında olan video-oyundur. 2007-ci ildə çıxan Kane & Lynch: Dead Men oyununun davamıdır. Oyun PlayStation 3, Xbox 360 və Microsoft Windows platformalarında buraxılıb. Baş qəhrəmanlar cinayətkarlar - Keyn və Linçdir. Hadisələr Şanxay şəhərində cərəyan edir. == Maraqlı faktlar == Birinci mərhələdə küçədə, kiçik kompüter video-oyun mağazası var. Orada Mini Ninjas və Hitman seriyasından olan oyunlarında üzlüklərini görmək olar. Hər iki oyun IO Interecative tərəfindən yaradılıb. Oyundakı nəzər həvəskar kamera çəkilişi stilində yaradılıb.
Baznə
Baznə — İranın Mərkəzi ostanının Zərəndiyə şəhristanının Qara Kəhriz bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,900nəfər və 988 ailədən ibarət idi.
Kabinə
Kabinə — sərnişinlərin səyahət etdiyi kokpit və yük bölməsindən başqa təyyarələrdəki hissəyə verilən addır. Düz bir uçuş rejimi əsnasında təyyarənin qalxdığı hündürlükdə atmosfer təzyiqi çox aşağı olduğundan, sərnişinlərin oksigen dəstəyi olmadan səfəri davam etdirməsi qeyri-mümkündür. Buna görə kabinələrə süni şəkildə təzyiq edilir. Ticarət məqsədli hava nəqliyyatında kabin bütün təyyarələrdə müəyyən siniflərə bölünür. Xüsusiyyətləri aviaşirkətlərə görə fərqlənən bu səyahət siniflərindən ən çox yayılanları business class (biznes sinfi) və ekonom sinifləridir. Siniflərarası ayrılma bir panel və ya pərdə vasitəsilə həyata keçirilir. Oturma yerləri, istirahət zonaları, xidməti avadanlıqların saxlanıldığı yerlər, (mətbəx) tualetlər də kabinənin bir hissəsi hesab olunur.
Kalpe
Kalpe (isp. Calp) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 23,51 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 29909 nəfərə çatmışdır.
Kanev
Kanev — Çerkassk vilayətində (Ukrayna) şəhər. == Tarixi == Müasir Kanev Ukraynanın Çərkəz vilayətində şəhərdir; əvvəlki adı Xan ev-Xanev, yəni "Xan şəhəri" deməkdir. Dneprin sağ sahilində liman, Taqança dəmiryol stansiyasından 45 km aralıda yerləşir. Xanevin adı tarix mənbələrində XII əsrdən çəkilir. Karamzin "Rus dövlətinin tarixi" əsərində Batı xanın hakimiyyəti illərində bu yerləri səyahətə çıxan italyan dövlətinin elçisi səfir Covanni de Polo Kartiniyə istinad edərək Kiyev yaxınlığında olan Xanev şəhərində moğolların yaşadığını göstərir. Qızıl Orda hökmranlığı dövründə dövlət məmurları olan xan baskaklarının (hərbi hakimləri) idarəsi yerləşən məntəqəyə çevrildi. (1239) Lakin Xanevin türk məskəni olma tarixi bundan daha qədimdir. Xanev tarixən poloves (qıpçaq) yurdu olmuşdur. Tarixi məlumatlardan aydın olur ki, şəhərin əhalisi döyüşkən, hərb işini sevən türk, qara klobuk, berendey və başqa türk qəbilələri hərbi-keşikçi sənəti ilə məşhur idilər; bu şəhər əsasən onların toplanış məntəqəsi idi. Belə ki, Xanevdə hərbi qüvvələr saxlanılırdı, şəhərdə türklərin möhkəm cəbbəxana ehtiyatı olarmış; buradan poloves çöllərinin dərinliklərinə aparan yollar və etibarlı strateji əhəmiyyətə malik olan Kanev uzun tarix boyunca keşikçi məntəqəsi rolu oynamışdı.
Kanna
Kanna — İtaliyanın cənub-şərqində kənd. E.ə. 216-cı il avqustun 2-də həmin kəndin yaxınlığında Roma konsulları Terensi Varron və Emili Pavelin sərkərdəlik etdikləri Roma ordusu (80 min piyada və 6 minədək süvari) ilə Hannibalın sərkərdəlik etdiyi Karfagen ordusu (40 min piyada və 10 minədək süvari) arasında 2-ci Pun müharibəsinin ən iri döyüşü baş vermişdir.
Kanqe
Kanqe (kor. 강계시) — Koreya Xalq Demokratik Respublikasının (Şimali Koreya) şimalında yerləşən şəhər, Çaqando vilayətinin inzibati mərkəzi. Şəhər yerləşdiyi yerə görə tarixən strateji əhəmiyyətə malikdir. == Tarixi == Koreya müharibəsi zamanı, Pxenyan şəhərindən qovulduqdan sonra Kim İr Sen və hökuməti müvəqqəti olaraq Kanqe şəhərinə köçmüşdür. == Coğrafiyası == Şəhər, Çanca çayı daxil olmaqla dörd çayın birləşdiyi yerdə yerləşir. == İnzibati bölgüsü == Şəhər 34 məhəlləyə və 2 kəndə bölünmüşdür: == İqlim == Orta illik hava temperaturu — 7,3 °C Havanın nisbi rütubətliyi — 72,6% Orta külək sürəti — 0,5 m/s == Nəqliyyat == Kanqe şəhəri digər şəhərlərə quru yolu, dəmiryolu və hava yolu ilə bağlı olan bir nəqliyyat mərkəzidir. Şəhər Kanqe və Manpo dəmiryolu xəttlərinin qovşağında yerləşir. Bundan əlavə olaraq, avtomobil yolları şəhəri paytaxt Pxenyana və KXDR-ın digər şəhərlərinə birləşdirir. Şəhər, hərbi və mülki məqsədli hava limanının yaxınlığında yerləşir. == Mədəniyyət == Şəhərdə Kanqe Təhsil Universiteti, Kanqe Texnologiya Universiteti və Kanqe Tibb Universiteti yerləşir.
Kanser
Xərçəng xəstəliyi bədxassəli şiş (tumor) hüceyrələrinin əsl yerindən çıxaraq, orqanizmin digər hissələrinə hücum və yayılma potensialı və anormal hüceyrə bölünməsini əhatə edən xəstəliklər qrupudur. Bədxassəli neoplazma kimi də tanınır[mənbə göstərin]. == Əsas müalicə növləri == Şişin çıxarılması. Şiş hüceyrələri şişdən kənarda da tapıla bildiyi üçün o, bir kənar ilə çıxarılır. Məsələn, süd vəzi xərçəngində adətən bütün döş, eləcə də aksiller və körpücükaltı limfa düyünləri çıxarılır. Buna baxmayaraq, çıxarılan orqan və ya onun bir hissəsindən kənarda şiş hüceyrələri varsa, əməliyyat onların metastazlarının yaranmasına mane olmur. Üstəlik, birincil şiş çıxarıldıqdan sonra metastazların böyüməsi sürətlənir. Kimyaterapiya. Sürətlə bölünən hüceyrələri hədəf alan dərmanlar istifadə olunur. Dərmanlar DNT duplikasiyasını yatıra bilir, hüceyrə membranının ikiyə bölünməsinə mane olur və s, lakin şiş hüceyrələrindən başqa bir çox sağlam olanlar, məsələn, mədə epitel hüceyrələri orqanizmdə intensiv və sürətlə bölünür.
Kahinə
Kahinə (ərəb. الكاهنة‎; hərf. qabaqcadan xəbər verən qadın; 668 – 703) və ya Dihyə — Ores padşahlığının bərbər kraliçası, dini və hərbi lider. O, həmin dövrdə Numidiya kimi tanınan Məğribin müsəlmanlar tərəfindən işğalına qarşı yerli müqavimətə rəhbərlik etmiş, xüsusən də Meskiana döyüşündə Əməvi qüvvələrini məğlubiyyətə uğratmışdır. Kahinə döyüşdən bütün Məğribin mübahisəsiz hökmdarı olmuş, bu statusu Təbarka döyüşündə qəti şəkildə məğlub olunana qədər saxlamışdır. == Mənşəyi və dini == Onun şəxsi adı bunlardan biridir: Dəyə, Dəhiya, Dihyə, Dəhyə və ya Dəmyə. Onun titulu ərəbdilli mənbələrdə əl-Kahin' (rahib falçı) kimi qeyd edilmişdir. Bu, gələcəyi qabaqcadan görmək qabiliyyətinə görə onun müsəlman rəqibləri tərəfindən verilən ləqəb idi. O, 7-ci əsrin əvvəllərində Jrāwa Zenata qəbiləsində anadan olub. Beş il Aures dağlarından Qadames vahasına qədər (695-700) azad bir Berber dövlətini idarə etdi. Lakin Musa ibn Nusayrin komandanlığı olan ərəblər güclü bir ordu ilə geri qayıtdılar və onu məğlub etdilər.
Hüşnə (Nəmin)
Hüşnə (fars. هشنه‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 94 nəfər yaşayır (27 ailə).
Kaede Nakamura
Kaede Nakamura (d. 3 avqust 1991) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Kaiane Aldorino
Kaiane Aldorino — 2009-cu ilin Dünya Gözəli
Kamanə (Urmiya)
Kamanə (fars. كمانه‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 101 nəfər yaşayır (21 ailə).
Kamen (vulkan)
Kamen — Rusiyanın Kamçatka yarımadasında yerləşən sönmüş stratovulkan. Vulkan Şərqi vulkan qurşağında yerləşir. Konus formalı olub ən qədim vulkanlardan biri hesab olunur. == Ümumi məlumat == Kamen vulkanı Kamçatka yarımadasının mərkəzində, Klyoçevskaya Sopka və Bezımyannıy vulkanlarını arasında yerləşir. Kamen vulkanı yaxınlığında Şmidt və Boqdanoviş buzlaqları var. Ümumən vulkan Klyoçevskaya vulkan qrupuna daxildir. Dəniz səviyyəsindən 4585 metr yüksəkliyi olan Kamen Kamçatkanın ikinci ən hündür vulkan hesab olunur. Vulkan yamacı dikdir. Cənub-şərq hissəsində dərin sirk mövcuddur. Sirk 1000-1200 il əvvəl, uçqun nəticəsində meydana gəlmiş.
Kamen dağı
Kamen dağı — Rusiyanın Krasnoyarsk diyarı ərazisində yerləşən və hündürlüyü 1701 m olan zirvə. İnzibati cəhətdən Taymır və Evenk rayonları arasında yerləşir. Zirvə Putarana yaylası və Ortasibir alçaqdağlığının ən hündür nöqtəsi hesab edilir. Dağın ətəklərindən Xuta və Kotuy çayları başlanğıcını götürür. Zirvə 1971—1972-ci illərdə SSRİ EA Coğrafiya İnstitutu tərəfindən tətqiq edilmişdir.
Kamni Çasovıe
Kamni Çasovıe adası — Rusiyanın Kamçatka diyarı ərazisində Olyutorski rayonu ərazisinə daxildir. Oxot dənizinə daxil olan Qlubokaya körfəzində yerləşir. 1885-ci ildə Fridolf Fabian Höök adaları xəritəyə salmışdır. O, adaları Dva Çasovıe olaraq adlandırır. Daha sonra onların üç olması müəyyən edildikdən sonra müasir adını alır.