Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kollektor
Korrektura
Korrektura – [lat. correction, corectio – təshih etmə] sözünün aşağıdakı mənaları var: mətnin yığımı zamanı buraxılmış durğu işarələrinin və orfoqrafiya səhvlərinin düzəldilməsi; mətbəədə yığılmış mətn (nabor) səhvlərinin düzəldilməsi, təshih edilməsi; yığılan mətndən (nabordan) çıxarılan nüsxə; səhvləri düzəltmək üçün yığılmış mətndən çıxardılan nüsxə. Korrektura işarələri – yığılmış mətndə buraxılmış səhvləri təshih etmək və çapda olan qüsurları göstərmək üçün işlədilən xüsusi işarələr. Korrektor – [lat. corrector – təshih edən] mətbəədə, qəzetdə, kitabda, jurnalda və. s-də səhvlərin düzəldilməsini korrektura edən – korrektura ilə məşğul olan adam. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s.
Fəxrəddin Məmmədov (prorektor)
Fəxrəddin Məmmədov (8 sentyabr 1950 - 15 oktyabr 2021) — Gəncə Dövlət Universitetinin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, texniki elmlər üzrə fəlsəfə doktoru, dosent. == Həyatı == Fəxrəddin Məmmədov 1950-ci ildə anadan olub. === Təhsili === 1967–1973-cü illərdə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində riyaziyyatçı, riyaziyyat müəllimi ixtisasında təhsil almışdır. == Fəaliyyəti == 1973-cü ildən Azərbaycan EA-nın Riyaziyyat və Mexanika Elmi Tədqiqat İnstitutunda kiçik elmi işçi, 1977-ci ildən Zaq. DMSS-də hesablama mərkəzində riyaziyyatçı mühəndis, 1980-ci ildən AKTA-nın (ADAU) hesablama mərkəzində riyaziyyatçı-proqramlaşdırıcı işləyib. 1990-cı ildə namizədlik dissertasiyası müdafiə edərək texniki elmlər namizədi elmi dərəcəsi almışdır. 1990-cı ildən isə AKTA-nın Ali riyaziyyat kafedrasında asistent, 2001-ci ildən dosent vəzifəsində çalışıb. 2002-ci ildən Gəncə Dövlət Universitetinin İnformatika kafedrasında dosent işləyib. 2007-ci ildən Riyaziyyat-informatika fakültəsində tədris işləri üzrə dekan müavini, 2011-ci ildən dekan işləyib. 8 aprel 2014-cü ildən Gəncə Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsinə təyin olunmuşdur.
Neft və qaz üçün kollektor olan süxurlar
Neft və qaz üçün kollektor olan süxurlar - Neftin və qazın Yer qabığında hər hansı bir məsaməli mühitdəki (süxurdakı) təbii yığımına neft və qaz yatağı deyilir. Bu tərifdən göründüyü kimi, neft və qaz yatağının yaranması üçün süxurların məsaməli olması mühüm şərtlərdən biridir. Bütün dünyada indiyə kimi müəyyən edilmiş neft yataqlarının 99,99%-i çökmə süxurlarda yerləşir. Məlum olduğu kimi, öz mənşəyinə görə süxurlar çökmə, maqmatik və metamorfik olur. Çökmə süxurlar Yer qabığının üst hissəsi üçün səciyyəvi olan termodinamik şəraitdəki süxurlardır. Belə süxurlar çöküntünün sudan kimyəvi, yaxud mexaniki çökməsi, orqanizmlərin suda və quruda həyat fəaliyyəti, müxtəlif süxurların fiziki və kimyəvi aşınma məhsullarının yenidən çökdürülməsi və s. nəticəsində əmələ gəlir. Çökmə süxurlar ən çox dənizlərdə yaranır. Belə ki, dağları, təpələri əmələ gətirən süxurlar külək, su və digər amillərin təsiri nəticəsində dağılıb, müxtəlif ölçülü parçalar və qırpıntılar əmələ gəlir. Çaylar bu süxur parçalarını və qırıntılarını gətirib dənizlərə tökür.