Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kican
Ballıqaya (əvvəlki adı: Kican, daha əvvəl rusdilli mənbələrdə: Ballukaya) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Sırxavənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Kiçan kəndi Ağdam rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Ağdam rayonunun Kican kəndi Ballıqaya kəndi adlandırılmışdır. 1993-cü ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Ballıqaya kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 2023-cü il sentyabrın 19–20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Ballıqaya kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır. == Tarixi == 1992-ci Ağdərə rayonu ləğv edilib ərazisi qonşu rayonlar arasında bölüşdürüldükdən sonra kənd Ağdam rayonunun ərazisinə düşüb. 5 dekabr 2023-cü ildə yenidən Ağdərə rayonunun tərkibinə daxil edilib.
Kotan
Kotan - kənd təsərrüfatında yer şumlamaq üçün tətbiq olunan mexaniki alətdir. O işçi heyvanlara və ya maşınlara qoşularaq mexanikləşdirilmiş şəkildə işlədilə bilər. Kotanın bir çox üstün cəhətləri vardır. Onun əsas məqsədi yerin üst qatının çevrilməsindən ibarətdir.Bu yerin mübit hissəsinin yumşaq və daha məhsuldar olmasına və səpinin asanlaşdırılmasına şərait yaradır. Asılma növləri: Quraşdırılmış kotan traktorun arxa hissəinə sərt bağlanır, o 6 bəzən isə 7 dişli olur. Asılqanlı kotan traktorla əlaqəli olur, ancaq əl ilə hidravlik mexanizmin köməyi ilə qaldırılır. Təkərli kotan bir neçə təkərə malik olub ağırlığın böyük hissəsini öz üzərinə götürür. Dişlərinin sayı 6-20 arasında olur. Dişlərini quruluşu: Bir istiqamətdə düzülmüş dişlər, onlar ya sağ ya da sol tərəfə yönəlirlər. Bunlara çox vaxt arx tipli kotanlarda deyilirlər.
Kozan
Kozan (Sis) — Adana ilinin ilçəsi. == Əhali == 2018-cı ilin məlumatına görə ilçədə 130.495 nəfər yaşayır. Kozanın ilçə mərkəzi və kəndləri müsəlman türklərdən ibarətdir. Ancaq ilçədə az sayda Balkan köçərisi var.
Kuçan
Kuçan — İranın Rəzəvi Xorasan ostanında şəhər və Kuçan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 96953 nəfər və 25066 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti tatlar, kurmanclar və Xorasan türklərindən ibarətdir. Şəhərdə az sayda türkmənlər, ermənilər, mazandaranlılar, bəluclar, ərəblər və azərbaycanlılar da yaşayırlar.
Mocan
Mocan kəndi İranın Qum ostanında Xələcistan bölümünün(Baxş)ının Dəstcerd qəsəbəsində yerləşib.Kəndin əhalisi Xələclərdən ibarətdir və Xələc dilində danışırlar.
Qoçan
Kuçan — İranın Rəzəvi Xorasan ostanının şəhərlərindən və Qoçan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 96,953 nəfər və 25,066ailədən ibarət idi. Əhalisinin əksəriyyəti tatlar, kurmanclar və Xorasan türklərindən ibarətdir. Az sayda türkmənlər, ermənilər, mazandaranlılar, bəluclar, ərəblər və azərbaycanlılarda bu şəhərdə yaşayırlar.
Koça
Kiçan monastırı
Kiçan monastırı – Ağdam rayonunun Ballıqaya kəndi ərazisində yerləşən tarixi monastır kompleksi. Mənbələrdə həm də Anapat monastırı (erməni dilindən tərcümədə "səhra monastırı" və ya "düzənlik monastırı") adlandırılır. Kompleksə iki kilsə, böyük yemək zalı, narteks, rahib hücrələri və böyük qəbristanlıq daxildir. == Tarixi == Kompleks ərazisində aşkarlanmış ən qədim kitabə 1191-ci ilə aid olan xaç daşların birinin üzərində yerləşir. Bununla yanaşı Kiçan monastırında 10 kitabə oxunmuş və çap edilmişdir. Abidənin memarlıq xüsusiyyətlərini tədqiq etmiş professor Gülçöhrə Məmmədova qeyd edir ki, cənub və şimaldan əsas kilsə binasına yan otaqlar əlavə edilmiş tağtavanlı zal kilsələri sırf Qafqaz Albaniyasının memarlığı üçün xarakterik olub, qonşu xalqların memarlığında analoqa malik deyildir. Qarabağdakı xristian abidələrini tədqiq etmiş professor Şaqen Mkrtçyan isə Kiçan monastırından bəhs edərkən "onun memarlığı Artsak kilsə memarlığı üçün unikal xüsusiyyətə malikdir" deyə qeyd edir. G. Məmmədova yazır ki, Qafqaz Albaniyasında bu memarlıq formasının yaranması və inkişafı, erkən orta əsrlər dövründən birnefli zal kilsələrinin bütün ölkə ərazisində geniş yayılması, sonradan ölkədə xristianlığın tələblərinin dəyişməsinə uyğun olaraq kilsələrin də yeni dini tələblərə uyğunlaşdırılması ilə əlaqədardır. Tədqiqatçı göstərir ki, nalvari apsidaları, inşa texnikası və bir sıra digər xüsusiyyətlərinə görə, bu tip kilsələr V–VII əsrlər Qafqaz Albaniyası kilsələri ilə yaxındır. Əsas kompozisiyanın mürəkkəbləşdirilməsinə cəhd, yeni otaqların əlavə edilməsi və memarlıq elementlərinin artırılması isə IX–XI əsrlər xristian memarlığının ümumi inkişaf prinsiplərinə uyğundur.
Koman (Kəleybər)
Koman (fars. كمان‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 136 nəfər yaşayır (27 ailə).
Konan Dağıdıcı
Dağıdıcı Konan (ing. Conan the Destroyer) — 1984-cü ildə istehsal olunmuş ABŞ filmidir. Baş rolda Arnold Şvartsenegger iştirak edir. Filmə Universal Studios, Orion Pictures və Metro-Goldwyn-Mayer kimi film istehsal edən məşhur kompaniyalar distribütorlik etmişdir. Film Robert İrvin Hovardın "Barbar Konan" əsəri əsasında çəkilmişdir. == Məzmun == Baş verən hadisələr «Barbar Konan» hekayəsinin ardını davam etdirir. Konan və onun köməkçisi oğru olan Malek, Şadizaranın kraliçası Taramisin himayədarlığı altına keçirlər. Taramis Konanı Şahzadə Cennanı və onun cangüdəni Bombaatanı qorumaq üçün vəzifələndirir. Kraliça onları sehrli kristal və Daqotun buynuzunu axtarmaq üçün göndərir. Bunun əvəzində isə Taramis Konanın sevgilisi Valeriyanı yenidən həyata qaytaracaqdır.
Konan Oziriş
Tiago Miranda (port. Tiaqo Miranda; d. 5 yanvar 1989, Lissabon, Portuqaliya) və ya səhnə adı ilə Konan Oziriş (port. Conan Osíris) — Portuqaliya müğənnisi və bəstəkarı. O, 2019-cu ildə "Telemóveis" mahnısı ilə Portuqaliyanın RTP telekanalının Avroviziya üçün təşkil etdiyi Festival da Canção müsabiqəsinə qatılmış və ifa etdiyi mahnı ilə Portuqaliyada şöhrət qazanmışdır. Nəticədə Konan festivalda qalib gələrək həmin mahnı ilə Portuqaliyanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək hüququnu əldə etmişdir. == Musiqi karyerası == 2011-ci ildə ifaçı Cathedral adlı debüt albomu ilə musiqi karyerasını başlatmışdır. Bundan başqa isə Konanın 2014-cü ildə Silk mini-albomu, 2016-cı ildə Música, Normal və 2017-ci ildə isə Adoro Bolos albomları işıq üzü görmüşdür. 2019-cu ilin mart ayında keçirilən Portuqaliyanın Avroviziya milli seçim turunda "Telemóveis" mahnısı ilə qələbə qazanmışdır. O, həmin mahnı ilə ölkəsini Tel-Əvivdə keçirilən Avroviziya 2019-da təmsil etmişdir.
Kozan qalası
Kozan qalası və ya Sis qalası (türk. Kozan kalesi )- Türkiyə Respublikası Aralıq dənizi regionu Adana ilinin Kozan ilçəsində yerləşən tarixi qala.
Kucan (Hurand)
Kucan (fars. كوجان‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 23 nəfər yaşayır (4 ailə).
Kucan (Vərziqan)
Kucan (fars. كوجان‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 54 nəfər yaşayır (12 ailə).
Kuçan şəhristanı
Kuçan şəhristanı — İranın Rəzəvi Xorasan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Kuçan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 179613 nəfər və 45502 ailədən ibarət idi.
Leyli köçən
Leyli köçən və ya Leyliqaçan— İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd. == Tarixi == Culçayın sağ qolu olan Köçbəkçayın yaxınlığında yerləşirdi. Kəndin adı erməni mənbələrində Leyliqaçan kimi də göstərilir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Toponim Leyli şəxs adı ilə köçən feli sifətin birləşməsindən əmələ gəlmişdir. "Leylinin köçünün düşdüyü yer" mənasını verir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Mənbədə Leylikaçan kimidir. Kənd XIX əsrin ortalarında qışlaq əsasında yaranmışdır.
Mustafa Koçak
Mustafa Koçak (ən tezi 1 yanvar 1992 və ən geci 24 aprel 1993 və ya 1991, bilinmir, Türkiyə – 24 aprel 2020 və ya 28 aprel 2020, İzmir ili və ya İzmir) — Türkiyə siyasi məhbusu idi. 23 sentyabr 2017-ci ildə həbs edildi. Məhkəmədə şahid ifadələri sübut kimi qəbul edilərək ağırlaşdırılmış həbs cəzasına məhkum edildi. Şahid ifadəsinə əsasən "Konstutisyanı pozmaq" ittihamı ilə həbs cəzası alan Koçak, ədalətli mühakimə olunmaq üçün açlığa başladı. Bu, daha sonra açlıq aksiyasına çevrildi. O, aksiyadan 279 gün sonra 24 aprel 2020-ci ildə, İzmir Şakran həbsxanasında 29 kilo ağırlığında öldü. Mustafa 4 uşaqlı işçi təbəqədən olan bir ailənin uşağı idi. Uşaqlığını və gəncliyini ailəsinə kömək məqsədi ilə kərgərlikdən tutmuş səyyar səhər yeməkçisinə qədər müxtəlif işlərdə çalışdı. Koçak 2017-ci il sentyabrın 23-də həbs edildi və 2019-cu il iyulun 11-də İstanbul 27-ci Ağır Cəza Məhkəməsi tərəfindən ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edildi. Koçak qeyri-qanuni təşkilata silah verməkdə ittiham edildi və Konstitusiyanı pozmaqda təqsirli bilindi.
Qara kotan
Qara kotan - mürəkkəb quruluşa malik qədim şum aləti. Azərbaycanda VIII-IX əsrlərdə yaranmışdır. VIII-IX əsrlərdən məlum olan qara kotan əkinçilik texnikasının inkişafı baxımından təkmilləşmiş və yüksək məhsuldarlığa malik şum aləti hesab olunurdu. Qara kotanı digər şum alətlərindən fərqləndirən başlıca cəhət onun kəsilmiş torpaq layını aşırıb çevirməsindən ibarət idi. Əkinçilik təsərrüfatında qara kotanın yüksək şum aləti kimi dəyərləndirilməsi də məhz bununla, şum layını çevirməsi ilə bağlı idi. Kotan qoşqu heyvanlarına boyunduruq və «çatal» adlanan ağac yedəklər vasitəsilə qoşulurdu. Qara kotana, adətən, dörd boyun kəl, bəzən isə 6-8 boyun öküz və ya kəl qoşulurdu. XIX əsrin sonlarından başlayaraq, Azərbaycanın kənd təsərrüfatında təkmilləşdirilmiş yeni tipli metal kotanlar meydana çıxmışdır. Bundan sonra qara kotan tədricən təsərrüfat həyatından sıxışdırılıb çıxarılmağa başlamışdır. Əsasən, üç hissədən ibarətdir.
Qoçan şəhristanı
Qoçan şəhristanı— İranın Rəzəvi Xorasan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Qoçan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 179,613 nəfər və 45,502 ailədən ibarət idi.
Qran-Koran
Qran-Koran (fr. Grand-Corent) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Seyzeyra kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01177. 2010-ci ildə əhalinin sayı 161 nəfər təşkil edirdi.
Valentina Koqan
Valentina Koqan (d. 20 fevral 1980; Buenos-Ayres, Argentina) — Argentinanı təmsil edən həndbolçu. Valentina Koqan Argentina yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Argentina yığması, Rio-de-Janeyro Olimpiadasını sonuncu, 12-ci yerdə başa vurdu.
Koçani qalaları
Koçani qalaları — Şimali Makedoniyanın Koçani şəhərində yerləşən memarlıq abidələri kompleksi. Qalaların XVII əsrin ikinci yarısında tikilməsinə baxmayaraq, onları xalq arasında “orta əsr qalaları” da adlandırırdılar. == Tarixi == Koçana qalaları şəhər Osmanlı imperiyasının hakimiyyəti altında olduğu dövrdə tikilmişdir. Yaxın Şərq memarlığı qalaların dizayn və üslubuna böyük təsir göstərmişdir. Bugünkü tapıntılara görə, Koçani şəhərində və onun ətrafında üç qüllə də tikilib ki, onlardan ikisi şəhərdə - Koçana çayının hər iki sahilində, üçüncüsü isə Dolni-Podloq kəndində yerləşir. Qalalar eyni anda iki funksiyanı: həm yaşayış, həm də müdafiə funksiyasını yerinə yetirirdi. XIX əsrdə tikilmiş qalalardan birinin başında saat da var idi. 1957-ci ildə iki şəhər qalası mədəniyyət abidəsi statusunu aldı. Bu gün onlar Koçani şəhərində XVII əsrə aid yeganə tikililər olaraq qalır. == Təsviri == Şəhərin mərkəzində Koçan çayının sağ sahilində yerləşən qala sıx yaşayış massivində yerləşir və hündürlüyü 15,35 metrdir.
Kozan qətliamı
Kozan qətliamı — 1920-ci ildə Qaç-qaça hadisəsi zamanı ermənilərin indiki Türkiyənin Adana vilayətində Camili və Ağzıqaraca kəndlərində türklərə qarşı törətdiyi qətliam. Qaç-qaça hadisəsində Fransanın işğalçılıq etdiyi dövrdə Kozan regionundan İmamoğluna gedən Çamurdanzadələr ailəsinin qadın və uşaqları Ağa körpüsündə öldürülmüşdür. Kozan müftisi Hafiz Osmanın (Çamurdan) bacısı Əminə (Çamurdan) Xanım İmamoğlu yaxınlığında, Ağzıqaraca kəndi Ağanın körpüsü adlanan yerdə "namaz qılarkən" erməni dəstələri tərəfindən öldürülmüşdür. == İstinadlar == == Əlavə ədəbiyyat == Ahmet Cevdet ÇAMURDAN, Doğu Kilikya Olayları, İstanbul-197 Esat Uras, Tarihte Ermeniler ve Ermeni Meselesi, İstanbul 1987, s. 86-87.
Dağıdıcı Konan
Dağıdıcı Konan (ing. Conan the Destroyer) — 1984-cü ildə istehsal olunmuş ABŞ filmidir. Baş rolda Arnold Şvartsenegger iştirak edir. Filmə Universal Studios, Orion Pictures və Metro-Goldwyn-Mayer kimi film istehsal edən məşhur kompaniyalar distribütorlik etmişdir. Film Robert İrvin Hovardın "Barbar Konan" əsəri əsasında çəkilmişdir. == Məzmun == Baş verən hadisələr «Barbar Konan» hekayəsinin ardını davam etdirir. Konan və onun köməkçisi oğru olan Malek, Şadizaranın kraliçası Taramisin himayədarlığı altına keçirlər. Taramis Konanı Şahzadə Cennanı və onun cangüdəni Bombaatanı qorumaq üçün vəzifələndirir. Kraliça onları sehrli kristal və Daqotun buynuzunu axtarmaq üçün göndərir. Bunun əvəzində isə Taramis Konanın sevgilisi Valeriyanı yenidən həyata qaytaracaqdır.
İlhan Koman
İlhan Koman (türk. İlhan Koman; 17 iyun 1921, Ədirnə – 30 dekabr 1986, Stokholm) — Türk heykəltaraşı. 1951-1958-ci illərdə Memar Sinan İncəsənət Universitetində çalışdıqdan sonra 1959-cu ildə İsveçə köçən və burada Hulda adlı gəmisində yaşayan rəssam, elm və sənəti bir araya gətirən əsərləri ilə sənət aləmində özünəməxsus yer tutub. Buna görə də ona Türkiyənin Leonardo Da Vinçisi adını veriblər. Onun obrazlı abstraksiya sahəsində ən məşhur və ən çox danışılan əsəri Ağdəniz heykəlidir. İlhan Koman 1921-ci il iyunun 17-də Ədirnədə anadan olub. Atası həkim və əkinçiliklə məşğul olan Fuat bəy, anası isə Sevinc Ləman xanımdır. Onun ata tərəfi Mohaç döyüşündən sonra Konyadan köçürülərək Balkanlarda məskunlaşmış türklərdən idi. Ailəsi 1880-ci illərdə Yuqoslaviyadan Ədirnəyə köçüb. Ana tərəfdən babası II Mehmed Şərəf Aykut bəy, II Əbdülhəmid dövrü inqilabçılarından və Trakya Paşaeli Hüquqlarını Müdafiə Cəmiyyətinin qurucularından biri olub.