KOVAN

1) arı pətəyi; 2) giliz
arı pətəyi, arı təknəsi, giliz
KOVALAMAK
KOVMAK
OBASTAN VİKİ
Cessi Roberta Kovan
Rita Taketsuru (竹鶴リタ, 14 dekabr 1896, Kirkintillox – 17 yanvar 1961, Yoiçi[d]) və ya əsl adı ilə Cessi Roberta Kovan – şotlandəsilli yaponiyalı iş qadını. O, "Yaponiya viskisinin anası" hesab olunur. == İlk illəri == Cessi Roberta Kovan 1896-cı ildə Şotlandiyanın Kirkintillox şəhərində həkim ailəsində doğulmuşdur. Onun İzabella və Luci adında iki bacısı, Kambell adlı bir qardaşı olmuşdur. Cessinin nişanlısı Birinci dünya müharibəsi zamanı Dəməşqdə öldürülmüş, atası isə 1918-ci ildə ürək tutmasından ölmüşdür. Buna görə müharibədən sonra ailə maddi problemlər yaşamağa başlamışdır. == Yaponiya == 1918-ci ildə onun ailəsinə qonaq olan və Şotlandiyaya viski sənayesini öyrənmək üçün gəlmiş yapon kimyaçı Masataka Taketsuru ilə tanış olmuşdur. Onlar 8 yanvar 1920-ci ildə Qlazqo şəhərində evlənmişdirlər. Cessi özünə Rita adını götürmüşdür. Evlilikdən 10 ay sonra onlar Yaponiyaya köçmüş və viski sənayesi ilə məşğul olmağa qərar vermişdirlər.