Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Almanların kralı
Romalıların kralı (lat. Rex Romanorum; alm. König der Römer‎) — Müqəddəs Roma İmperiyasında II Henrixin (1002–1024, 1014-cü ildən imperator) dövründən kürfürstlər tərəfindən seçildikdən sonra alman zadəganlar tərəfindən istifadə edilən titul idi. Bu titul əsasən Müqəddəs Roma İmperiyasının imperatoru titulu ilə eynilik təşkil edirdi və uzun müddət papanın tacqoyma mərasimindən asılı idi. Titul əvvəlcə imperiya reqaliyasını və papanın əli ilə imperator titulunu almamış hər hansı seçilmiş alman kralını bildirir. Daha sonra bu titul imperatorluğun varisi üçün — hakimiyyətdə olan imperatorun sağlığında və ya imperatorun ölümündən sonra — istifadə olunmağa başladı. 1508-ci ildə imperatorların papa tərəfindən taclandırılması tələbinin ləğvi ilə bu titul funksional olaraq köhnəldi, lakin 1806-cı ildə imperiyanın sonuna qədər imperatorun rəsmi titullarının bir hissəsi kimi istifadə olunmağa davam etdi. Rəsmi titul zamanla fərqli olub. Otto və davamçılarının dövründə Frankların Kralı (alm. König der Franken‎, lat.
Avtomobil kranı
Avtomobil kranı — relssiz və ya relslə hərəkət edən avtomobillərə quraşdırılmış kranlardır. Tikinti işlərində tırtıllı gediş mexanizminə malik olan avtomobillərdə quraşdırılmış kranlardan və kiçik məsafədə yerdəyişmə imkanına malik səyyar kranlardan da istifadə olunur. Hal hazırda avtomobil kranlarının layihələndirilməsində ferma strukturlu və ya teleskop tipli kranlara üstünlük verilir (şəkil 1). Bu kranların yükqaldırma qabiliyyəti maks. 1000t-a çatır. Automobil kranlarında hərəkətli hissə üçün adi avtomobil və ya onlarla oxşar olan quruluşlar tətbiq tapır. Bu kranların üstünlükləri onların qısa zamanda yığıla bilməsidir. Buna görə də, avtomobil kranları dəyişən tapşırıqlar üçün qısa zamanda uyğunlaşdırıla bilir.
Bavariya kralı
Bavariya kralı — krallığın ləğv edildiyi 1805-ci ildən 1918-ci ilə qədər Bavariya Krallığı kimi tanınan regionda Bavariyanın irsi Vittelsbax sülaləsi hökmdarlarına məxsus bir titul idi. == Tarixi == Napoleon ilə Müqəddəs Roma İmperatoru II Frans arasında 26 dekabr 1805-ci ildə bağlanmış Pressburq müqaviləsinin şərtlərinə əsasən, Napoleona müttəfiq olan bir neçə hersoqluq krallıq statusuna yüksəlmişdi. Bunlardan ən güclülərindən biri Bavariya hersoqu IV Maksimilian İosif idi və bu müqavilədən sonra 1 yanvar 1806-cı ildə o, rəsmi olaraq Bavariya kralı I Maksimilian İosif titulunu aldı. O, Vittelsbax sülaləsinin Pfalz-Birkenfeld qolunun üzvü idi. Maksimilianın varisləri alman millətçiliyinə müqavimət göstərdilər və Bavariya rəhbərləri tədricən Almaniya ittifaqında Prussiya və ya Avstriya tərəfindən təhlükə hiss edən kiçik dövlətlərin himayədarına çevrildi. Dini əlaqələr və cənubi alman dili Avstriya-Prussiya müharibəsində məğlub olana qədər dövləti daha çox Avstriya ilə əlaqələndirdi. Kral II Lüdviq 22 avqust 1866-cı ildə Prussiya ilə ittifaq imzaladı və faktiki olaraq Bavariyanın müstəqilliyindən imtina etdi. 23 noyabr 1870-ci il tarixli müqavilə ilə Bavariya yeni Alman İmperiyasına birləşdirildi, lakin nisbətən böyük dərəcədə öz muxtariyyətini qorudu. Bavariya kralları titullarını qoruyub saxladılar, ayrıca diplomatik və hərbi korpuslar saxladılar. Birinci Dünya Müharibəsi başa çatdıqdan sonra 1918-ci ilin noyabrında Almaniya İmperiyası ləğv edildikdə, Bavariyanın sonuncu kralı III Lüdviq də taxtdan salındı.
Dəniz kralı
Dəniz kralı (Qədim skan. Sækonung) - Qədim Skandinaviyada güclü dəniz qulduru vikinqlərə verilən ad. Dəniz kralları əsasən ya hökmdarların övladları ya da "torpaqsız hökmdarlar" olurdu. Torpaqsız hökmdarlar bəzən o qədər güclənirdi ki, dənizdən başqa ölkələri işğal edib özlərini kral elan edə bilirdilər. İsveç kralı Östeni yandıraraq hökmdar olan dəniz kralı Sölve yaxud «Danların əməlləri» əsərində adı keçən İsveç kralı Huqleiki öldürən dəniz kralı Haki buna nümunə göstərilə bilər. Snorri Sturlusonun Nəzm Eddasında bəzi dəniz krallarının adları keçir.
Futbol kralı
Futbol kralı (türk. Gol kralı) — Türk yazıçı Əziz Nesinin satirik romanıdır. Əsərdə sadəlövh, utancaq bir gəncin - Səidin həyatından, məhəbbətindən bəhs edilir. O, öz məhəbbətinə qovuşmaq naminə futbol ulduzu olmağa çalışır və məqsədinə çatır. Romanda idman dünyasındakı çirkli işlər, "futbol xəstəliyi" satirik qələmlə təsvir olunmuşdur. == Qısa məzmunu == == Personajlar == Səid Kürənoğlu (orijinalda Səid Sarıoğlu) Sevim Atəşfəşan Divar Əhməd Doktor Rəfiq Bərrin xanım Madmuazel Anjel Hasib Atəşfəşan Məchurə Atəşfəşan Çərənçi Dündar Kəmənd Erol Tompson İspan Aysel == Maraqlı məlumatlar == Əsərin türk dilindəki orijinal adı "Qol kralı"dır (Bəzi nəşrlərdə "Qol kralı Səid Hopsəid" də qeyd olunur). Əsər Azərbaycan dilinə İsmayıl Şıxlı və Elçin Şıxlı tərəfindən tərcümə olunmuş, 1988-ci ildə "Gənclik" nəşriyyatı tərəfindən çap edilmişdir. Roman əsasında 1980-ci ildə "Qol kralı" komediya filmi çəkilmiş, baş rolu Kamal Sunal ifa etmişdir.
Mario Dragi
Mario Dragi (it. Mario Draghi; 3 sentyabr 1947[…], Roma) — 13 fevral 2021-ci ildən etibarən İtaliya Baş naziri olan italyan iqtisadçı, bankir, akademik və dövlət xadimi.İtaliyada akademik iqtisadçı olaraq fəaliyyətdən sonra, Dragi 1980-ci illərdə Vaşinqtonda Dünya Bankında çalışdı və 1991-ci ildə Romaya qayıdaraq İtaliya Xəzinədarlığının baş direktoru oldu. On ildən sonra "Goldman Sachs"-a qoşulmaq üçün bu postu tərk etdi və 2006-cı ildə İtaliya Bankının sədri təyin olunana qədər orada qaldı. Sədr fəaliyyəti 2008-ci il böhranı ilə üst-üstə düşdü və bununla mübarizə aparmaq üçün seçildi. Maliyyə Sabitliyi Forumunu əvəz edən qlobal standart quram olan Maliyyə Sabitliyi Şurasının ilk sədri. 2011-ci ildə Avropa Şurası tərəfindən Avropa Mərkəzi Bankının Prezidenti vəzifəsinə təyin olunandan sonra bu postu tərk etdi. Avrozona böhranı zamanı quruma başçılıq etdi və avronun düşüşünün qarşısını almaq üçün "lazım olan hər şeyi" etməyə hazır olacağını söyləməklə bütün dünya gündəmində məşhurlaşdı. 2014-cü ildə Dragi "Forbes" jurnalı tərəfindən dünyanın ən güclü səkkizinci adamı olaraq siyahıya alındı. 2015-ci ildə "Fortune" jurnalı onu "dünyanın ən böyük ikinci lideri" olaraq sıraladı. "Time 100" illik siyahısında üç dəfə siyahıya alınan yeganə italyandır.
Mario Draqi
Mario Dragi (it. Mario Draghi; 3 sentyabr 1947[…], Roma) — 13 fevral 2021-ci ildən etibarən İtaliya Baş naziri olan italyan iqtisadçı, bankir, akademik və dövlət xadimi.İtaliyada akademik iqtisadçı olaraq fəaliyyətdən sonra, Dragi 1980-ci illərdə Vaşinqtonda Dünya Bankında çalışdı və 1991-ci ildə Romaya qayıdaraq İtaliya Xəzinədarlığının baş direktoru oldu. On ildən sonra "Goldman Sachs"-a qoşulmaq üçün bu postu tərk etdi və 2006-cı ildə İtaliya Bankının sədri təyin olunana qədər orada qaldı. Sədr fəaliyyəti 2008-ci il böhranı ilə üst-üstə düşdü və bununla mübarizə aparmaq üçün seçildi. Maliyyə Sabitliyi Forumunu əvəz edən qlobal standart quram olan Maliyyə Sabitliyi Şurasının ilk sədri. 2011-ci ildə Avropa Şurası tərəfindən Avropa Mərkəzi Bankının Prezidenti vəzifəsinə təyin olunandan sonra bu postu tərk etdi. Avrozona böhranı zamanı quruma başçılıq etdi və avronun düşüşünün qarşısını almaq üçün "lazım olan hər şeyi" etməyə hazır olacağını söyləməklə bütün dünya gündəmində məşhurlaşdı. 2014-cü ildə Dragi "Forbes" jurnalı tərəfindən dünyanın ən güclü səkkizinci adamı olaraq siyahıya alındı. 2015-ci ildə "Fortune" jurnalı onu "dünyanın ən böyük ikinci lideri" olaraq sıraladı. "Time 100" illik siyahısında üç dəfə siyahıya alınan yeganə italyandır.
Melissa tragi
Melittis melissophyllum (lat. Melittis melissophyllum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin melittis cinsinə aid bitki növü. == Sinonimləri == Melissa sylvestris Lam. Melissa tragi Garsault [Invalid] Melittis grandiflora Sm. Melittis hispanica Klokov Melittis kerneriana Klokov Melittis melissifolium Salisb. Melittis melissophyllum var. grandiflora (Sm.) Nyman Melittis melissophyllum subsp. melissophyllum Oenonea melissifolia Bubani == Yarımnövləri == Melittis melissophyllum subsp. albida (Guss.) P.W.Ball Melittis melissophyllum subsp. carpatica (Klokov) P.W.Ball Melittis melissophyllum subsp.
Norveç kralı
Norveç kralı (norv. Kung av Norge) - Norveç konstitusiyasına əsasən dövlət başçısı. Hazırda bu titulun daşıyıcısı Qlüksburqlar sülaləsinin nümayəndəsi V Haralddır. == Tarix == Adətən Norveç krallığının başlanğıcı 872-ci il götürülür. Məhz bu ildə baş verən Hafrsfyord döyüşündə qələbə qazanan I Harald Gözəlsaçlı kiçik krallıqları öz hakimiyyəti altında birləşdirdi. O ildən bəri fasiləsiz olaraq mövcud olan krallıq Avropanın ilk dövlətlərindəndir. Uzunmüddətli mövcudluğu dövründə krallıq bir çox sülalə tərəfindən idarə olunmuşdur. Onlardan ən əsas ları I Haraldın sülaləsi(872—970), Sverre(1184—1319), və Oldenburq sülaləri (1450—1481, 1483—1533, 1537—1814, və 1905-ci ildən), həmçinin Qolşteyn-Qotyorn (1814—1818) və Şlezviq-Qolşteyn-Zondenburq-Qlükaburq (1905-ci ildən) qollarıdır. 1130-1240-cı illər arasında Norveçdə baş verən vətəndaş müharibəsi çərçivəsində mərkəzi hakimiyyət uğrunda bir neçə ailə mübarizə aparırdı. Bu döbrdə taxta oturan bəzi hökmdarlar ənənəvi olaraq kral hesab edilmirlər.
Romalıların kralı
Romalıların kralı (lat. Rex Romanorum; alm. König der Römer‎) — Müqəddəs Roma İmperiyasında II Henrixin (1002–1024, 1014-cü ildən imperator) dövründən kürfürstlər tərəfindən seçildikdən sonra alman zadəganlar tərəfindən istifadə edilən titul idi. Bu titul əsasən Müqəddəs Roma İmperiyasının imperatoru titulu ilə eynilik təşkil edirdi və uzun müddət papanın tacqoyma mərasimindən asılı idi. Titul əvvəlcə imperiya reqaliyasını və papanın əli ilə imperator titulunu almamış hər hansı seçilmiş alman kralını bildirir. Daha sonra bu titul imperatorluğun varisi üçün — hakimiyyətdə olan imperatorun sağlığında və ya imperatorun ölümündən sonra — istifadə olunmağa başladı. 1508-ci ildə imperatorların papa tərəfindən taclandırılması tələbinin ləğvi ilə bu titul funksional olaraq köhnəldi, lakin 1806-cı ildə imperiyanın sonuna qədər imperatorun rəsmi titullarının bir hissəsi kimi istifadə olunmağa davam etdi. Rəsmi titul zamanla fərqli olub. Otto və davamçılarının dövründə Frankların Kralı (alm. König der Franken‎, lat.
Tut arağı
Tut arağı — Zaqafqaziyanın bir sıra regionları üçün ənənəvi olan güclü spirtli içkidir. Bu fermentləşdirilmiş tut şirəsinin distillə məhsuludur. Alkoqolun miqdarı 40–80% arasındadır. İçkinin bəzi növləri bir neçə il çəlləkdə saxlanılır. == Coğrafiyası və istehsal tarixi == Tut arağı Zaqafqaziya regionunun böyük bir hissəsi, xüsusən Azərbaycan üçün ənənəvi içkidir. Tarixən Qarabağ tut meyvəsindən arağın ən aktiv istehsal olunan ərazilərindən biri olmuşdur: tut arağının xeyli sayda sənaye və ev istehsalı növləri var ki, burada istehsal olunur . Tut arağının hazırlanma tarixi əsrlərlə ölçülür. Onun istehsalının həcmində bir qədər azalma 19-cu əsrdə rus arağının o vaxta qədər Rusiya imperiyasının tərkibinə daxil olan müvafiq Zaqafqaziya ərazilərində geniş yayılmasından sonra baş verdi. Buna baxmayaraq, həm Ermənistanda, həm də Azərbaycanda tut ağacından hazırlanan ənənəvi güclü içki çox geniş yayılmışdır. Maraqlıdır ki, bu ölkələrin sakinləri çox vaxt ona müalicəvi xüsusiyyətlər aid edirlər .
İordaniya Kralı
== Kralların siyahısı ==
İsveç kralı
İsveç kralı (isv. Kung av Sverige) — İsveçin dövlət başçısı. Hazırda yalnız təmsilçi və diplomatik funksiyaları yerinə yetirir (1975-ci il Konstitusiyasına uyğun). Hazırda İsveç, 4 əsas qanundan ibarət olan Konstitusiyada təsbit edilən demokratiya və konstitusiyalı monarxiyadır. Kral və kral ailəsinin üzvləri İsveçdə və xaricdə müxtəlif rəsmi, qeyri-rəsmi və digər nümayəndəlik vəzifələrini icra edirlər. Hazırda İsveç kralı 15 sentyabr 1973-cü ildə babası Qustav VI Adolfun ölümündən sonra XVI Karl Qustavdır. == Konstutsion hüquq və səlahiyyətləri == 1 yanvar 1975-ci ildə qüvvəyə minmiş ölkənin yeni Konstitusiyasına görə bütün icra hakimiyyəti hökumətə və parlamentə verildi. Baş nazirin namizədliyi və vəzifədən azad edilməsinə görə məsuliyyət Riksdağın sədrinə verildi və Baş nazir istədiyi digər nazirləri təyin və vəzifədən azad etdi. Riksdaq tərəfindən qəbul edilmiş qanun sənədləri kral sanksiyası olmadan qanuna çevrilə bilər: baş nazir və ya başqa bir nazir bunları "hökumət adından" imzalayır. 1917-ci ildə yazılmamış presedent qurulduğuna baxmayaraq, V Qustav parlamentarizm ideyasını dəstəkləməkdən başqa bir şansının olmadığını söylədi və Baş nazir Nils Edenə gizli məsləhətçilərlə məsləhətləşmələri dayandıracağını və ölkənin siyasətinə qarışmayacağını vəd etdi; 1971-ci ildə dörd əsas partiya tərəfindən müəyyən edilmiş müddətdə bir kompromis əldə edildi və monarxiyanın rolu və onun konstitusiya hüquqları mövzusunda İsveçdəki siyasi müzakirələrdə əksəriyyətin konsensusuna təsir göstərməyə davam edir.
İtaliya kralı
İtaliya kralı (it. Re d'Italia; lat. Rex Italiae) — Qərbi Roma İmperiyasının süqutundan sonra İtaliya krallığının hökmdarına verilən titul. Bu titulun ilk sahibi V əsrin sonlarında yaşamış barbar hərbi lider Odoakr, ardınca V əsrin ortalarına qədər Ostroqot kralları oldu. VIII əsrdə Frankların İtaliyanı zəbt etməsi ilə Karolinqlər bu titulu özlərinə götürdülər. Bu titul orta əsrlər boyu sonrakı Müqəddəs Roma İmperatorları tərəfindən qorunub saxlanılmışdır. Bu titula iddia edən sonuncu imperator XVI əsrdə V Karl olub. Bu dövrdə titulun sahibləri Lombardiyanın Dəmir Tacı ilə taclanırdılar. İtaliya krallığı 1805–1814-cü illərdə yenidən bərpa edildi və Napoleon yeganə kralı oldu. Yalnız 1860-cı illərdə İtaliyanın birləşməsindən sonra bütün İtaliya yarımadasını əhatə edən müstəqil İtaliya Krallığı bərpa olundu.
Əcəm İraqı
Əcəm İraqı və ya İraq-i Əcəm (fars. عراقِ عجم‎ İraq-i Əcəm, ərəb. عراق العجم‎ İraq əl-Əcəm) — İranın qərbində tarixi bir bölgədir. Bu gün İran sərhədləri daxilində qalır. Qərbdən Zaqros dağları şərqdən Kəvir səhrası, şimaldan Əlborz dağlarına dayanır. Kirmanşah, Həmedan, İsfahan, Rey, Qəzvin və Kaşan, Qum, Təfriş bu bölgənin əsas şəhərləri olmuşdur. Əvvəlcə İslamdan əvvəlki dövrlərdə Midiya ərazisi olaraq bilinən bölgə, dağlıq yerləşməsi səbəbindən ilk İslam coğrafiyaçıları tərəfindən Cibal ("dağ, təpə") olaraq tanınmışdır. 11-12-ci əsrlərdə, Səlcuq dövründə bu ad tədricən tərk edildi və ərazini Mesopotamiyadakı İraq-i ərəbindən ("Ərəb İraqı") fərqləndiməl üçün İraq-i Əcəm ("Əcəm İraqı") adlandırıldı.Orta əsr tarixçisi və coğrafiyaşünası Yaqut əl-Həməvinin dediyinə görə, bu adlandırma Səlcuq sultanlarının həm İraqı, həm də Cibalı idarə etdiyi və bununla da "sultan əl-İraq" adlandığı zaman başlamışdır. Lakin bir müddət sonra Cibaldakı Həmədan şəhəri onların paytaxtına çevrildi və nəticədə bölgə Əcəm (keçmişdə ərəb olmayanlara, xüsusən farslara deyilirdi) İraqı kimi tanınmağa başladı. 13-cü əsrdə Monqolların İrana hücumundan sonra Cibal adı tamamilə köhnəlmişdi.
Ərəb İraqı
Cənubi Mesopotamiya və ya Aşağı Mesopotamiya — Mesopotamiyada tarixi region. İraqın Həmrin dağlarından Bəsrə körfəzi yaxınlığındakı Fao yarımadasına qədər allüvial düzənliyində yerləşir. Orta əsrlərdə bu region həm də Səvad və əl-Cəzirə əl-sfliyə ("Aşağı Cəzirə") kimi tanınırdı. Növbəti dövrlərdə region "Əcəm İraqı" adlanan Cibaldan fərqli olaraq əl-İraq əl-Ərəbi ("Ərəb İraqı") adlanmışdır. Cənubi Mesopotamiya Şumer və Babilistanın vətəni idi.
Buz Kralı
Buz Kralı (həmçinin Saymon Petrikov kimi bilinir) — "Macəra zamanı" cizgi serialındakı personajlardan biri. Tom Kenni tərəfindən səsləndirilmişdir. Başlanğıcda personaj həmişə şahzadələri ələ keçirməyə çalışan pis niyyətli bir sehrbaz kimi təqdim edildi. Növbəti mövsümlərdə məlum oldu ki, onun bu cür şeylər etməsinin səbəbi ona buz güclər qazandıran başına taxtığı tacdır. Üçüncü mövsümdə onun bir vaxtlar Saymon Petrikov adlı normal insan olduğu və tac taxdıqdan sonra dəli olduğu üzə çıxır.
Kraq dağı
Babadağ (qədim dövrlərdə: Kraq dağı, yun. Κράγκος, lat. Cragus/Cragos/Kragus) və ya Baba dağı — Türkiyənin cənub-qərbində, Muğla ilindəki Fəthiyə rayonunda dağ. Dağın zirvəsinin dəniz səviyyəsindən hündürlüyü – 1,969 metr (6,460 ft). İkinci zirvə olan Qaratəpənin (türk. Karatepe) dəniz səviyyəsindən hündürlüyü – 1,400 metr (4,600 ft). Bu iki zirvənin arasında bir vadi yerləşir. Buna görə də Babadağ bəzən dağ silsiləsi də adlanır. Dağın əksər hissəsi əhəngdaşından ibarətdir. Dağın yamacında endemik bitkilər olan Acer undulatum və Livan sidri kimi müxtəlif bitkilər yerləşir.
Antonio (Portuqaliya kralı)
Antonio (port. António de Portugal) (d. 1531 - ö. 26 avqust 1595) — Portuqaliya kralı. Atası I Manuelin oğlu Lüdovik, anası isə onun məşuqələrindən Yolanda Qomesdir. Ailəsinin rəsmi nigahı olmadığı üçün onun 33 gün davam edən səltənəti bir çox tarixçi tərəfindən qəbul edilməmişdir. İspaniya kralı II Filiplə apardığı taxt mübarizəsində məğlub olsa da, 1583-cü ilə qədər öz taxt iddiasını davam etdirdi. == Həyatı == == Mənbə == Ester Kosovski (1995). Etica Na Comunicacao. Mauad Editora Ltda.
Ed (Şotlandiya kralı)
Ağ Ed (ing. Áed the White), Ed mak Exdax (şot.kelt Áed mac Echdach), Ed Find (şot.kelt Áed Find; VIII əsr – 778) — Dal Riada kralı (768–778). == Həyatı == Ağ Ed 733-cü ildə vəfat edən III Eoxaydın oğlu idi. Atasının ölümündən çox keçməmiş Dal Riada krallığı piktlərdən asılı vəziyyətə düşmüşdür. Ağ Ed haqda ilk məlumat 768-ci ilə təsadüf edir. "Olster annalları" əsərinə görə, Ağ Edin ordusu ilə pikt kralı I Kiniodun ordusu arasında bir döyüş baş vermişdir. Bu dövrdə Dal Riada özünü piktlərdən azad etmişdir. "Alba krallarının salnaməsi" əsəri Ağ Edin bir çox qanunlar qəbul etdiyini və bu qanunların I Domnallın (Donald) hakimiyyəti dövründə bütün Şotlandiyaya şamil edildiyi haqda məlumat verir, ancaq bu qanunların məzmunu naməlumdur. Ağ Ed 778-ci ildə vəfat etmişdir və Dal Riada taxtını qardaşı II Fergüsə buraxmışdır. == Mənbə == === Ədəbiyyat === Anderson, Alan Orr.
Edqar (İngiltərə kralı)
Edqar (943 və ya 944, Uesseks krallığı[d] – 8 iyul 975[…], Uinçester) — İngiltərə kralı. Kral I Edmundun birinci həyat yoldaşı Elfqitadan olan kiçik oğlu. 959-ci ildə Mersiya və Nortumbriya zadəganları tərəfindən kral elan edilmişdir. == İstinadlar == == Xarici keçidlər == Anqlo-Sakson tarixçəsi K. Rıjov, "Dünyanın bütün monarxları", Qərbi Avropa.
Eqbert (Uesseks kralı)
Eqbert (VIII əsr, Uesseks krallığı[d] – 839, Uesseks krallığı[d]) — 802-839-cu illər arasında Uesseks kralı. O, 829-cu ildə Mersiyanı məğlub etmişdir və buna görə də İngiltərə kralı hesab edilə bilər.
Filip (Belçika kralı)
Flip (Fransız dili: Philippe Léopold Louis Marie, Holland dili: Filip(s) Leopold Lodewijk Maria; d. 15 aprel 1960, Belvedere qalası, Laeken yaxınları) — II Albert və Kraliça Paolanın böyük oğlu. VII Belçika kralı. Flip , 1978–1981-ci illərdə Belçika Kral Hərbi Akademiyasında təhsil almışdır. 26 sentyabr 1980-ci ildə ona baş leytenant rütbəsi verilmişdir. Flip bundan sonrakı təhsilini, Oksfordda Triniti Kollecində davam etdirdi vəKaliforniya ştatının Stanford Universitetindəki aspirantura məktəbinə qatıldı və Siyasət elmləri dərəcəsi ilə 1985-ci ildə məzun oldu. 4 dekabr 1999-cu ildə Şahzadə Filipp Mathilde d'Udekem d'Acoz ilə, Brüsseldə Saint Michel kafedralında evləndi. Cütlüyün 4 övladı var. 20 ildir ki, Belçika Kraliyyət taxtında oturan atası Kral II Albert, Belçikanın müstəqillik günündə taxtını oğluna, Şahzadə Filippə verəcəyini açıqladı.Flip, 21 iyul 2013-cü il tarixində Belçikanın Kralı elan edildi.
Kastiliya kralı Alfonso
Kastiliya kralı Alfonso (ing. Alfonso, King of Castile) — İngiltərə yazıçısı Metyu Lüis tərəfindən yazılmış tarixi faciə. 1801-ci ilin noyabrında nəşr olunmuş və ilk dəfə gələn il Kral teatrında səhnələşdirilmişdir. Əsərin hadisələri XIV əsrdə yaşamış Kastiliya kralı XI Alfonso dövründə cərəyan edir. Orijinal tamaşanın aktyor heyətinə Alfonso rolunda Çarlz Mürrey, Orsino rolunda Corc Frederik Kuk, Sezario rolunda Henri Conston, Amelroza rolunda Nanet Conston və Otilliya rolunda Harriyet Litçfild aid idi. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Macdonald, David Lorne. Monk Lewis: A Critical Biography. University of Toronto Press, 2000. Nicoll, Allardyce. A History of Early Nineteenth Century Drama 1800-1850.
Lüdovik (Kipr kralı)
Lüdovik (yun. Λουδοβίκος της Γενεύης) (5 iyun 1436, 1 aprel 1437 və ya 5 iyun 1436, Cenevrə, Cenevrə kantonu[d] – aprel 1482, 16 iyul 1482 və ya avqust 1482, Ripay qəsri[d]) — Kipr kralı. Atası Savoyya hersoqu Lüdovik, anası isə Kipr kralı Yanoşun qızı Annadır. Doğum tarixi və uşaqlıq illəriylə bağlı yetərli məlumat yoxdur. Haqqındakı ilk məlumata görə, 14 dekabr 1444-cü ildə Stirlinq qalasında Şotlandiya kralı I Ceymsin qızı Anabellayla evlənmişdir. Ancaq cütlüyün toy mərasimi heç vaxt baş tutmadı. Belə ki, 1458-ci ildə nikah ləğv edilmişdir. 7 oktyabr 1458-ci ildə Lüdovik Kipr kraliçası Şarlottayla evləndi və Kipr kralı oldu. Ancaq çox keçmədən xanımıyla birlikdə adadan qaçmağa məcbur oldular və qalan ömürlərini Romada keçirdilər. == Mənbə == Hill, George (1948).
Arali
Arali Tiflis quberniyasının Axalsix qəzasında (indi Adıgün rayonunda) kənd adı. == Toponimkası == Arali - Tiflis quberniyasının Axalsix qəzasında (indi Adıgün rayonunda) kənd adı. Axısqa türklərindən ibarət əhalisi 1944-cü ildə deportasiya olunmuşdur.Azərbaycanda Ərəş qəzasında Aral kənd, Şimali Qafqazda Kaytak-Tabasaran dairəsində Arallar - Göytəpə kənd, Dağıstan dairəsinin Kürə nahiyəsində Aral (Yenkicə) kənd və Teymurxan şura dairəsində Aral dağ və kənd adları ilə mənaca eynidir. XVII əsrdə Tiflis əyalətinin Ağcaqala nahiyəsində Aral tayfasının adı çəkilir. Mənşəcə Afşar tayfasının bir qoludur. Azərbaycanda Aral kəndi (Ağdaş rayonu), qaraqalpaqlarda isə Aral tayfası vardır.
Araqlı
Araqlı (türk. Araklı) — Trabzon ilinin ilçəsi.
Arazi
Movses Melikoviç Harutunyan (erm: Մովսես Մելիքի Հարությունյան) və ya Arazi (erm: Արազի; 20 mart (1 aprel) 1878, Şüləver, Tiflis quberniyası – 21 dekabr 1964, İrəvan[…]) — erməni yazıçı. == Həyatı == Movses Harutunyan və ya təxəllüsüylə desək Arazi, 1 aprel 1878-ci ildə indiki Gürcüstan Respublikası ərazisində olan Şaumyani kəndində anadan olmuşdur. 1925-ci ilə qədər bu kəndin adı Şuləver (Şulaver) olmuşdur. Orta təhsilini Tiflisdə tamamladıqdan sonra, 1898-ci ildə Peterburq Texnologiya İnstitutunda təhsil almağa başlayır. Tələbə hərəkatlarına qoşulduğu üçün həbs edilərək 1901–1905-ci illərdə Şimali Qafqaza sürgün edilir. 1906-cı ildən etibarən isən aktiv olaraq yazıçı kimi fəaliyyətə başlayır. Erməni proletar nəsrinin banilərindən hesab edilən Arazinin "Son yuxu" (1912), "Günəş", "Yaralı quş" (1913), "Qanlı çiçək"(1916) kimi hekayələrində burjua cəmiyyəti tənqid edilir. O, "Yoldaş Mukuç" (1924), "Qorxudulmuş Hanes" (1927), "Minbaşlı" (1931) kimi əsərləri sosializm quruculuğundan bəhs edən əsərlər yazmışdır. Arazinin 1959-cu ildə yazdığı "İsrael Ori" tarixi romanı XVII–XVIII əsrdə ermənilərin azadlıq mübarizəsindən, erməni-rus münasibətlərindən bəhs edir. Arazinin 1925-ci ildə yazdığı "Düşmənin mahnısı" hekayəsində isə azərbaycanlı kəndlilərinin inqilabdan əvvəlki ağır həyatından bəhs edilir.
Arazı
Arazı — Araz ətrafı rayonlarda, o cümlədən Naxçıvan Muxtar Respublikasının Ordubad, Culfa, Şərur, Babək və Kəngərli rayonlarının toy şənliklərində ifa olunan qədim yallı növlərindəndir. Bu yallının digər adı Papuro da adlanır. Asta və sürətlə ifa olunmaqla iki hissədən ibarət bu yallını qadınlar və kişilər qarışıq şəkildə çeçələ barmaqları ilə çiyin səviyyəsində bir-birindən tutaraq ifa edirlər. İfaçılar sağ ayaqlarını daban üstə qarşıya sola qoyur, sağ ayağı da cəld çox da hündür olmayaraq qarşıya sola atırlar. Naxçıvan Muxtar Respublikasının Ordubad, Culfa, Şərur, Sədərək, Babək rayonlarında, eləcə də Naxçıvan şəhərində keçirilən mədəni-kütləvi tədbirlərdə toy və bayram mərasimlərində folklor rəqs kollektivləri tərəfindən maraqla ifa olunur.
Bradi
Bradi — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 443 nəfərdir. == Toponimiyası == XIX əsrdə Bradi (indiki Yuxarı Bradi) kəndindən çıxmış bir qrup ailənin məskunlaşması nəticəsində yaranmışdır. Toponimin ikinci komponenti Talış dilində bur (hündür, yüksək) və di (kənd) sözlərindən ibarət olub (-a bitişdirici sait), "yüksəklikdə yerləşən kənd" deməkdir. Birinci komponent isə kəndin coğrafi mövqeyini göstərir. Oykonim "Bradi kəndinin aşağı hissəsi" deməkdir. == Tarixi == 29 mart 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Dəstər kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Bradi kəndi Bradi kəndi adlandırılmışdır.
Bravi
Bravi (təkdə: bravo; bəzən bravolar kimi də tərcümə olunur) — XVI–XVII əsrlərdə şimali İtaliyanın kəndli lordları və ya donları tərəfindən öz maraqlarını qorumaq üçün muzdla tutduqları qatillər və ya kobud əsgərlər. Bu söz, güman ki, latın dilindəki pravus (pis, yaman, bəla deməkdir) və ispanca bravo (zorakılıq, aqressiv, qəddar, impulsiv mənasında) sözlərindən götürülmüşdür. Bravilərin zorba insanlar üzərindəki hökmranlığı və insanları qorxutmaları onlara şöhrət və nüfuz gətirmişdir. Bu barədə Alesandro Manzoninin "Nişanlılar" (1827) adlı tarixi romanında xüsusi qeyd olunmuşdur. Həmin əsər XIX əsr italyan ədəbiyyatının ən məşhur əsərlərindən biri hesab olunur. Yerli tarixə dair araşdırmaları nəticəsində bravilərə qarşı müxtəlif xəbərdarlıqların dərc edildiyi vaxtları aşkar etməsi, Manzoniyə, bravilərin İtaliyada ən azından 1583-cü ildən 1632-ci ilə qədər mövcud olduğunu müəyyən eləməyə imkan verirdi. == "Nişanlılar" əsərindəki bravilər == Əsərdə Don Rodriqo tərəfindən saxlanılmış bravilərə Qriqnapoko, Qriso, Montanarolo, Sfreciato, Squinternotto, Tanabuso və Tira-dritto daxil idi. Biondino və Karlottonun silahlı və ya silahsız olması aydın deyildi. l'Innominato üçün işləyən Nibbionun əmri altında çox sayda bravi olsa da, onların çoxunun adı bizə məlum deyil.
Qarğı
Qarğı (lat. Arundo) - qırtıckimilər fəsiləsinə aid bitki cinsi.