Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vуkоvаr
Vуkоvаr (xorv. Vukovar) — Xorvatiyanın şərqində, Vuka və Dunay çaylarının qovşağında yerləşən Vukovarsko-Srеmskаya inzibati bölgəsinin mərkəzi şəhəridir. Ölkənin ən böyük çay limanı olan şəhərin əhalisi 26,468 (2011) nəfərdir. Bosniya müharibəsi zamanı şəhər serblərin hücumlarının şahidi olmuşdur.
Karolina Kurkova
Karolina İsela Kurkova (çex. Karolína Isela Kurková; 28 fevral 1984, Deçin) — Çexiya aktrisası və fotomodeli.
Ravşana Kurkova
Ravşana Kurkova (özb. Ravshana Kurkova; d. 22 avqust 1980, Daşkənd, SSRİ) — rusiyalı teatr və kino aktrisası, prodüser, model. Ravşana Kurkova (qızlıq soyadı Matçanova) 1980-ci il avqustun 22-də Daşkənddə, aktyor ailəsində anadan olub. Onun atası Bəhram Matçanov "İlhom" teatrında aktyor, anası Rano Kubaeva isə kinoaktrisa və rejissor idi. Dayısı Rauf Kubaev rejissor və ssenarist olub. Ravşana uşaqlıda balerina olmaq istəyirdi, lakin boyu balerina üçün hündür olduğundan, onu o zamanlar bütün Orta Asiyada ən nüfuzlu musiqi məktəblərindən biri olan, Daşkənddəki Uspenski adına musiqi məktəbinə qoyublar. 1992-ci ildə, 12 yaşında ikən "Özbəkfilm" kinostudiyasında istehsal olunmuş "Qıjıların sirri" (özb. «Kirk Kulok Siri») filmində çəkilir. Bir müddət sonra Ravşananın valideynləri ayrılır və o, anası ilə birlikdə Moskvaya köçür.
Kilovat-saat
Kilovatt-saat (kVt • saat) — elektroenergetikada hasil olunan elektrik enerjisinin və eləcə də məişətdə, təsərrüfatda sərf olunan elektrik enerjisinin miqdarını müəyyən etmək üçün müəyyən edilmiş ölçü vahidi. 1 k V t ⋅ s a a t = ( 3600 s a n . ) [ k V t ] = 3600 [ s a n . ] [ k J s ] = 3600 k i l o c o u l ( k J ) = 3.6 m e q a c o u l ( M J ) {\displaystyle \mathrm {1kVt\cdot saat} =(3600\,\mathrm {san.} )\lbrack \mathrm {kVt} \rbrack =3600\,\lbrack \mathrm {san.} \rbrack {\Bigg \lbrack }{\frac {\mathrm {kJ} }{\mathrm {s} }}{\Bigg \rbrack }=3600\,\mathrm {kilocoul(kJ)} =3.6\,\mathrm {meqacoul(MJ)} } Kilovatt-saat dedikdə bir saat ərzində istifadə olunan enerjinin miqdarı nəzərdə tutulur. == 1kVt • saata görülən iş == 20 Vatt gücə malik notbuk 50 saat; 200 Vatt gücə malik notbuk 5 saat; 140 Vatt gücə malik televizor 7 saat işləmə imkanına malikdir. 65 Vatt gücə malik müasir televizor aparatı 15 saat işləmə imkanına malikdir. 2400 Vatt gücə malik tozsovuran aparatı 25 dəqiqə işləmə imkanına malikdir. 1400 Vatt gücə malik fen aparatı 45 dəqiqə çalışma imkanına malikdir. 1kVt • saat enerji ilə 80 kq çəkiyə malik insan 10 km məsafə qət edə bilir (1 kcal = 4,184 kJ = 4184 kVt • san = 1,162 kVt • saat). 10 kWh enerji hasil etmək üçün 1 m³ təbi qaz, 1 l neft, 1 l benzin, 1 kg kömür, 2 kg odun 10 saat 1 m² səthə düşən günəş şüası tələb olunur.
Kekova adası
Kekova adası (türk. Kekova) — Türkiyə sahillərində yerləşən ada. == Coğrafiyası == Kekova adası Aralıq dənizində, Kaş şəhərindən bir qədər aralıda yerləşir. Adanın sahəsi 4,5 km²-dir. Adada təxmini olaraq 1850-ci ildən bəri yaşayış yoxdur. İnzibati baxımından eyni adlı dairəyə daxildir. dairənin sahəsi 260 km²-dir. Dairəyə Kekova adasından əlavə Kaleköy və Uçaız kəndləri daxildir. Bura Simen və Teymus qalıqlarında başqa antik dövrə aid olan Aperlai və Dolixiste şəhərlərinin xarabalıqlarıda daxildir. == Tarixi == Adanın şimal hissəsində b.e II əsrində zəlzələdən dağılmış dolixiste şəhərinin su altındakı qalıqları bu gündə qalır.
Tamara Kokova
Tamara Kokova — Aktrisa, Rusiyanın Əməkdar artisti. Tamara Kokova 15 mart 1934-cü ildə Kabarda-Balkariya Sovet Respublikasının Nalçik şəhərində dünyaya gəlib. 1958-ci Anatoli Lunaçarski adına teatr incəsənəti universitetini bitirib. 1959-cu ildən "Gürcüstan-film" kinostudiyasının, 1961-ci ildən isə Dövlət aktyor Teatrının aktrisası olub. 1971-ci ildən RSFSR-in əməkdar artistidir. Aktrisa karyerasınn böyük hissəsində Qafqaz filmlərinə çəkilib.O cümlədən Azərbaycan filmlərində də maraqlı obrazlar yaradıb. Ən yaddaqalan obrazı, şübhəsiz ki, "Bir qalanın sirri" filmindəki Mətanət obrazıdır.Aktrisa film karyerasına yaşadığı ağır avtoqəza nəticəsində son qoymuşdur. Hazırda həyat yoldaşı vəkil Mark Voznesenskiy ilə Moskvada yaşayır. Sevimli şərfim (film, 1956) Bir məhəllədən iki nəfər (film, 1957) Fatimə (film, 1958) Bir qalanın sirri (film, 1959) Uçqun (film, 1959) Həmzə (film, 1961) Zümrad (film, 1962) Öz qəlbindən soruş (film, 1964) İyirmialtılar (film, 1966) Ağ royal (film, 1966) Torpaq. Dəniz.
İrina Jukova
İrina Jukova (22 noyabr 1974, Çerkasi) - Ukraynalı karyerasını başa vurmuş voleybolçu. 1974-cü il təvəllüdlü və 178 sm boyu olan İrina Jukova ölkəsinin yığmasının da şərəfini qoruyur. Ukraynalı voleybolçu Avropa kubokunda mübarizəyə ilk dəfə "Ximvolokno Çerkası"nin heyətində "ayaq basıb". O, daha sonra "Modena" (2001-2003), "Foppapedretti" (2003-2005), "Kruq Çerkası" (2006-2007), və "Zariçye-Odinçeva" (2007-2009) klublarının heyətində qitənin müxtəlif kubok yarışlarının iştirakçısı olub. 4 dəfə Çempionlar Liqasının "Dördlər finalı"nda qüvvəsini sınayan Jukova "Berqamo" və "Modena"nın heyətində Çempionlar Liqasının qızıl medalını qazanıb. Bundan əlavə, bir dəfə fəxri kürsünün ikinci pilləsinə yüksəlib və 1 dəfə dördüncü olub. O, həmçinin Rusiya, İtaliya və 5 qat Ukrayna çempionudur. 2010-cu ilin mayında Rabitə Bakı klubu ilə müqavilə bağlayıb.