Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kuniya Dayni
Kuniya Dayni (12 oktyabr 1944, Kobe) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 44 oyun keçirib.
Kunoy adası
Kunoy(far. Kunoy) — Farer adalarına daxil olan ada. 2013-cü il məlumatına görə adada 135 nəfər yaşayır. Sahəsi 35.5 km²-dır. Ən yüksək nöqtəsi hündürlüyü 830 m-dir. == Şəxsiyyətləri == Simun av Skardi — farerli şair, siyasətçi və yazışı. Farer adalarının himnini yazmışdır.
Kuşıy (Əbyəlil)
Kuşıy kəndi (başq. Ҡушый) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Dövlət kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Kuşıy kəndinin milli tərkibi: başqırdlar 98%. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askorovo): 9 km., kənd sovetliyindən (Dövlət): 3 km. ən yaxın dəmiryol stansiyasından (Maqnitaqorsk stansiyası): 38 km. == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
Mila Kunis
Milena Markovna Kunis (ukr. Мілена Марківна Куніс; 14 avqust 1983, Çernovtsı, Ukrayna SSR, SSRİ) — ABŞ aktrisası. 14 yaşında olarkən çəkildiyi "That '70s Show" teleserialı ilə məşhurlaşıb. O, 1999-cu ildən etibarən "Qriffinlər" animasiya sitkomunda Meq personajını səsləndirir. Mila Markovna Kunis 14 avqust 1983-cü ildə Ukrayna SSR-nin Çernovtsı şəhərində yəhudi ailəsində dünyaya gəlib. Onun anası Elvira aptek işlədən fizika müəllimi, atası Mark Kunis isə taksi sürücüsü olub. Kunis 1991-ci ildə 7 yaşında ikən valideynləri ilə birlikdə ABŞ-nin Los-Anceles şəhərinə köçüb.
Yunıy boğazı
Yunıy boğazı (rus. Пролив Юный ) - Komsomoles (ada)sını Pioner adasından ayırır. Şimal Buzlu okeanına daxil olan Kara dənizində yerləşir. Uzunluğu 60 km ,eni 4–24 km , dərinliyi 220 m təşkil edir. Sahilləri sıldırımlı və qayalıdır, buzla örtülüdür. Boğazda Paputnıy, Kaplya, Buyan və Povaratnıy adaları vardır. Sahillərində Festivalnıy , Otkrıtıy (Komsomoleç), Ojıdannıy və Xolmıstıy (Pioner) burnuları vardır. Boğaza İlistaya çayı axır . Boğaz 1932-ci ildə əraziyə təşkil edilən ekspedisiya zamanı sovet gənclərinin şərəfinə adlandırılmışdır.
Udon no Kuni no Kiniro Kemari
Poco's Udon World (azərb. Pokonun udon dünyası‎), Yaponiyada tanınan adı ilə Udon no Kuni no Kiniro Kemari (うどんの国の金色毛鞠, azərb. Udon ölkəsinin qızıl tük yumurcağı‎) və ya qısaca Udonnokuni — Nodoka Şinomaru tərəfindən yazılan manqa seriyası. 2012-ci ilin iyununda Shinchosha nəşriyyatının "Monthly Comic @ Bunch" jurnalında nəşr olunmağa başlamışdır və 15 fevral 2019-cu ildə kimi 12 tankobon cildi buraxılmışdır. Liden Films studiyası tərəfindən anime serialı adaptasiyası istehsal olunmuş və 9 oktyabr 2016-cı ildə yayımlanmağa başlamışdır. Sota Tavara Tokioda işləyən veb-dizaynerdir. Bir gün boya-başa çatdığı Kaqavada ailəsinə məxsus udon restoranını ziyarət etdiyində kiçik oğlan uşağı ilə rastlaşır. Lakin tezliklə onun tanuki (Yaponiya yenotu) olduğunu, sehr vasitəsilə özünü oğlan kimi maskaladığını kəşf edir. Əvvəlcə qarşılaşdığı vəziyyəti qəbul etməkdə çətinlik çəkən Sota sonda onun qayğısına qalmağa qərar verir və ona Poko adını verir. Manqa bu ikilinin başına gələn gündəlik macəralardan bəhs edir.
Cuniyə
Cuniyə (ərəb. جونية‎) — Livanın qərbində şəhər, Kisrəvan—Cübeyl mühafəzəsinin inzibati mərkəzi. == Əhalisi == Əhalisi 102,2 min (2012). == Coğrafiyası == Aralıq dənizi sahilində, dağlarlaəhatə olunmuş Cuniya buxtasında, Beyrutdan 20 km şimadadırdadır. Nəqliyyat qovşağıdır. Port. Paytaxt Beyrutu ölkənin şimalı ilə birləşdirən sahil avtomobil yolu Cuniyədən keçir. == Tarixi == Vətəndaş müharibəsinin başlamasından sonra (1975) sürətlə inkişaf etmişdir. == Memarlığı == Cuniyə turizm mərkəzidir; sahil boyunca çox saylı hotellər, restoranlar, əyləncə kompleksləri (o cümlədən Yaxın Şərqdə ən iri kazinolardan biri “Kazino dü Liban”) var. Şəhərin görməli yeri ətrafında 20-dək monastır və kilsənin (ən qədimi Paduyalı Müqəddəs Antoni kilsəsi, 1628) yerləşdiyi Müqəddəs Məryəm heykəlidir (tunc, 19-cu əsrin sonları).
Dunay
Dunay çayı (rum. Dunărea, mac. Duna, alm. Donau‎, serb. Дунав, slovak. Dunaj, bolq. Дунав, xorv. Dunav, ukr. Дунай, lat. Danubius, Danuvius, q.yun.
Dunit
Dunit — demək olar ki, təmamilə olivindən (>90%) ibarət, olivinitlər – dunit ailəsindən olan tam kristallik ultraəsasi dərinlik süxuru. == Haqqında == Tərkibində adətən 3–12% fayalit komponenti olur. Aksessor minerallardan yüksəkxromlu idiomorf xrom-şpinelid (5%-dək) iştirak edir. Adətən qismən serpentinləşmiş olur. Panidiomorf dənəvər, serpentinləşmiş növü isə ilgəkvari quruluşda olur. Qırışıqlıq əyalətlərdə dunit – qarsburkit və dunit – piroksinit-qabbro komplekslərində, qədim platformalarda isə təbəqələşmiş intruzivlərdə və həlqəvi qələvi-ultraəsasi komplekslərdə yayılmışdır. Növ müxtəlifliyi: tərkibinə görə – hortonolitli, qranatlı, xromitli, enstatitli dunit, ferrodunit; əmələgəlmə şəraitlərinə görə – törəmə dunitlər. == Həmçinin bax == Olivin Süxur Aksessor minerallar == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006.
Furiy
Furiy (fr. Fourilles) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Şantel kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03116. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 207 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 122 nəfər (15-64 yaş) arasında 83 nəfər iqtisadi fəal, 39 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 68.0%, 1999-cu ildə 73.1%). Fəal olan 83 nəfərdən 74 nəfər (41 kişi və 33 qadın) işləyir, 9 nəfər işsizdir (4 kişi və 5 qadın). 39 hərəkətsiz 7 nəfər arasında şagird və ya tələbə, 21 nəfər - təqaüdçü, 11nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Günay
Günay — Azərbaycanda geniş yayılmış qız adı. Günay Malikqızı — jurnalist. Günay Ağakişiyeva — Avropa Çempionatının bürünc mükafatçısı. Günay Qaraağac — Türk dil alimi Günay Məmmədzadə — Azərbaycan şahmatçısı. Digər Günay (qəzet) — Orxan Fikrətoğlunun qəzeti.
Güney
Güney — Şimal (Quzey) səmtinə əks olan coğrafi səmt. Kəndlər Güney Qışlaq — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Güney (Qaraqoyunlu) — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Karvansaray (İcevan) rayonunda kənd. Güney — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Sevan rayonu ərazisində kənd. Güney — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu ərazisində qışlaq. Güney — Qars quberniyasının Qars qəzasında, indi Amasiya rayonunda dağ. Güney — Göyçə mahalında dağ silsiləsi. Adı dəyişdirilib Sevan qoyulmuşdur. Güney (Xudabəndə) Şəxslər Yılmaz Güney — Zaza və kürd əsilli türk aktyor, rejissor, ssenarist və yazıçı.
Kaunia
Kaunia (lat. Kaunia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Kaunia camataguiensis (Hieron.) R.M.King & H.Rob. Kaunia endyta (B.L.Rob.) R.M.King & H.Rob. Kaunia eucosmoides (B.L.Rob.) R.M.King & H.Rob. Kaunia grossidentata (Hieron.) R.M.King & H.Rob. Kaunia gynoximorpha (Rusby ex B.L.Rob.) R.M.King & H.Rob. Kaunia hosanensis (B.L.Rob.) R.M.King & H.Rob. Kaunia ignorata (Hieron.) R.M.King & H.Rob. Kaunia lasiophthalma (Griseb.) R.M.King & H.Rob.
Keniya
Keniya (suah. Kenya; ing. Kenya) və ya rəsmi adı ilə Keniya Respublikası (suah. Jamhuri ya Kenya, ing. Republic of Kenya) — Şərqi Afrikada dövlət. Keniya şərqdən Somali, şimaldan Efiopiya, şimal-qərbdən Cənubi Sudan, qərbdən Uqanda, cənubdan Tanzaniya ilə həmsərhəddir. Cənub-şərqdən isə Hind okeanı ilə əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Nayrobi, ümumi sahəsi 580,367 kvadrat kilometr, əhalisinin sayı 47 milyon nəfərdən çoxdur. Keniya 12 dekabr 1963-cü ildə Birləşmiş Krallıqdan müstəqillik əldə etmişdir. Dünyanın ən korrupsiyalaşmış ölkələrinin “Transparency İnternational” tərəfindən hazırlanan cədvəlində Keniya 154-cü yeri tutur.
Konik
Konik və ya Polşa koniki — Polşada yetişdirilən elə də iri olmayan atlar cinsinə daxildir. Belə hesab edilir ki, Polşa konikləri daha çox XIX əsrdə nəsli kəsilmiş Tarpanların təsirinə məruz qalmışdır. == Tarixi == Polşada 20-ci əsrin əvvəllərində təsərrüfat işlərində "Konik" adlı cinsdən istifadə edilirdi. Hansı ki, bu cinsin ərsəyə gəlməsinə qədər Tarpandan istifadə olunmuşdur. Bu cins struktur baxımından (Fenotip) Tarpana bənzər idi. Tarpanın yox olmasından sonra, Polşanın Belovejskaya Puşa adlı bölgəsində kəndli təsərrüfatlarından atlar yığılırdı (onların çoxu ya Tarpan idi və ya onun törəmələri olurdu). Süni şəkildə də olsa belə demək olarsa Tarpanoid at cinsi bərpa edilir. Birinci Dünya müharibəsi dövründə bu atlar rus və alman qoşunları üçün mühüm nəqliyyat heyvanları hesab edilirdi və Panje atları adlandırılırdı. Onlar xarici görünüş baxımından Tarxanlara bənzəyir və Avropanın meşə-çöl şəraitinə uyğunlaşdırılmışdılar. Nümunələrin bir hissəsi təbiətə buraxılmışdır.
Kubey
Kubey (v. 272) — 260-cı ildən 272-ci ilədək qəbilə başçısı idi. Huçuquanın hakimiyyəti dövründə Sağ Müdrik şahzadə idi. Qardaşı Baonun dövründə isə Sol Müdrik şahzadə oldu. Şərqi Xan imperiyasının dağılmasından sonra Tiefu konfederasiyasını qurdu və müstəqilləşdi. Kubeyin ölümündən sonra Tiefu konfederasiyası qərb və şərq qollarına ayrıldı.
Kubin
Kubin — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Masallı rayonunun Hişgədərə kənd inzibati ərazi vahidinin Kubin kəndi Miyanku kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir. == Toponimikası == Yaşayış məntəqəsinin adı talış dilindəki ku "dağ" və bin "alt", "dib" komponentlərindən yaranmışdır (Dağdibi kəndi). == Əhalisi == Əhalisi 561 nəfərdir.
Kuhin
Kuhin (azərb. Köhün Gədiyi, کؤهون گَدیگی‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Kuhin bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,398 nəfər və 388 ailədən ibarət idi. Əhalisi azərbaycan türklərindən ibarətdir və azərbaycan türkcəsində danışırlar.
Kəniz
Konkubina (lat. concubina con — birgə, və cubare — uzanmaq) — Qədim Romada kəniz ya odaliska, maddi və şəxsi cəhətdən asılı, və ya kölə olan daimi məşuqə, aşna, "nikahdan kənar arvad", "yataq yığışdıran qadın", aşağı təbəqədən olan birgə yaşayışa cəlb olunmuş subay qadınlara deyilirdi. Bu münasibətdən dünyaya gələn uşaqlara qanundan və ya nikahdan kənar uşaqlar deyilirdi.. Çoxarvadlılıqda olduğundan fərqli olaraq konkubinaların uşaqları ata mülkünə vərəsəlik hüququna malik deyildilər. Konkubina ilə münasibət toy mərasimi olmadan qurulurdu. Konkubinalar digər bir kişi ilə münasibət qura bilərdi ki, bu zaman onun əvvəlki partnyoru bu halla razılaşmalı olurdu. Konkubinalar fahişə sayılmadıqlarına görə onlar kurtizanka ola bilməzdilər. Roma hüququna görə kişi və qadın münasibətləri evlilik olmadan da mümkün idi. Bu münasibət konkubinat (lat. concubitus cinsi əlaqə, intim münasibət mənasını verir) adlanırdı.
Kuhnia
Brickellia (lat. Brickellia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Barroetea A.Gray Bulbostylis DC. Clavigera DC. Coleosanthus Cass. Ismaria Raf. Kuhnia L. Phanerostylis (A.Gray) R.M.King & H.Rob.
Qunib
Qunib (avar. Гъуниб) — Dağıstanda kənd, Qunib rayonunun inzibati mərkəzi. Tərkibində yeganə yaşayış məntəqəsi Qunib kəndi olan Qunib kənd inzibati ərazi dairəsini təşkil edir. Qunib Mahaçqaladan 172 km cənub-qərbdə, təxminən 1500 m yüksəklikdə, Qunib yaylasında yerləşir. Kənd 1862-ci ildə rus hərbi istehkamının tikintisi ilə əlaqədar yaranmışdır. İstehkam yaylanın zirvəsində yerləşən və 1859-cu ildə dağıdılmış keçmiş Qunib kəndinin (avarca Quni-meer — daş yığını) adı ilə adlandırılmışdır. İstehkam Qunib rayonunun mərkəzi idi. 1895-ci ildə burada Samur alayının və Terek-Dağıstan qalası artilleriyaçılarının kazarmaları, habelə dövlət qulluqçuları, tacirlər və istefada olan hərbçilərin 29 evi, pravoslav kilsəsi və poçt məntəqəsi yerləşirdi. Keçmiş Qunib kəndi Şeyx Şamilin alınmaz qalası idi və 25 avqust 1859-cu ildə ruslar tərəfindən ələ keçirilmişdi. 1928–1937-ci illərdə və 1963-cü ildən eyniadlı rayonun inzibati mərkəzidir.
Keney
Keney ( q.yun. Καινεύς, lat. Caeneus ) — qədim yunan mifologiyasında personaj, lapiflərdən biri. Arqonavtların yürüşündə, Kalidon ovunda və xüsusilə Pirifoyun toyunda lapitlərin kentavrlarla döyüşündə iştirak etmişdir. Antifan və Ararın "Keney" komediyaları yaxşı məlumdur.
Dunay-Tisa-Dunay kanalı
Dunay-Tisa-Dunay kanalı — Serbiyada melorativ obyektlər sistemi. Dünyada ən iri sisteümlərdən biri. Magistral və gəmiçilik üçün əlverişli olan kanalların ümumi uzunluğu 930 kilometrdir. Sistem ümumilikdə 12700 km² ərazini əhatə edir. Dunay və Tisa çayları arasındakı ərzini əhatə edir. Baçka və Banat regionlarını əhatə edir. O bir neçə kanal şəbəkəsindən ibarətdir:Böyük Baç kanalı və Kiçik Baç kanalı. Orta su sərfiyyatı - 4000 m³/s. == Texniki xüsusiyyətləri == Kanalların inşası zamanı 127 milyon m³ suxur çıxarılmışdır. Bu isə Süveyş kanalının tikintisi zamanı çıxarılan suxurlardan daha çoxdur.
Guney Azərbaycan
Cənubi Azərbaycan ya da Güney Azərbaycan (az.-əski. گونئی آذربایجان‎) və ya sadəcə Azərbaycan (az.-əski. آذربایجان‎) və ya bölgənin İran ərazisində yerləşdiyinə görə digər adı İran Azərbaycanı (az.-əski. ایران آذربایجانی‎) — İran İslam Respublikasının şimal-qərbində, İraq Respublikası, Türkiyə Respublikası, Naxçıvan Muxtar Respublikası, Ermənistan Respublikası və Azərbaycan Respublikası ilə olan sərhədində yerləşən tarixi ərazi. İran Azərbaycanı rəsmi şəkildə 4 inzibati ərazi vahidinə bölünmüşdür – Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil və Zəncan ostanları. Həmçinin Gilan ostanının şimalında yerləşən Astara şəhristanı və Kürdüstan ostanının şimal-şərqində yerləşən Bicar şəhristanının bir hissəsi bəzi tarixi dövrlərdə Cənubi Azərbaycan torpaqları sırasında olmuşdur. Bölgədə əsasən Azərbaycan türkləri yaşayır. Buna baxmayaraq, bölgənin ərazilərində kürd, erməni, tat, talış, aysor və fars azlıqlar da yaşayır. == Coğrafiya == === Sərhədləri === Cənubi Azərbaycan İran İslam Respublikasının şimal-qərb hissəsində yerləşir. Şimalda Azərbaycan Respublikası ilə sərhədi Araz çayı, Muğan düzü və Talış dağlarından keçir.
Hüseynabad (Kuhin)
Hüseynabad (fars. حسين اباد‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 944 nəfər yaşayır (241 ailə).
Kenay yarımadası
Kenay — (ing. Kenai Peninsula) — Alyaska ştatının cənub sahillərində yerləşir. Yarımada öz adını. Kuk körfəzinin rus variantı olan Kenay körfəzindən göTürmüşdür. Yarımada 240 km uzunluğa malikdir. Qərbdən Kuk körfəzi, şərqdən isə Şahzadə Vilhelm boğazı onun sahillərini yuyur. Yarımada haqqında ilk məlumatı 1789-cı ildə rus araşdırmaçısı Qerasim İzmaylov vermişdir. Yarınadanın daxili ilə şimaldan cənuba Kenay sıra dağları uzanır. Ərazini əhəmiyyətli hissəsi Milli par ərazisi olaraq qorunur. Yarımadada bir necə yaşayış məntəqəsi vardır ki, onlardan ən irisi Kenaydır.