Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Küplər vadisi
Küplər vadisi — Laosun Xienq Kxuanq əyalətində məskunlaşmamış rayon Dəniz səviyyəsindən 1000 m hündürlükdə təpələrin zirvəsinə naməlum mənşəli, hündürlüyü 1–3,5 m, diametrləri isə təqribən 1 m olan nəhəng bardaqlar səpələnmişdir və onların ən irisinin çəkisi 6 tondur. Onlar daha çox küpəgirən qarının daş həvəngdəstəsinə oxşayırlar. Bardaqlar elə süxurların daşlarından hazırlanmışlar ki, onlara bu ərazidə rast gəlmək mümkün deyil. Bardaqlar haqda çox az şey məlumdur. Onları kimin və hansı məqsədlə hazırladığı və bura necə düşdükləri heç kimə məlum deyil. Güman olunur ki, bardaqlarda nəhəng putalarda olduğu kimi, qədimdə ölülərin cəsədlərini yandırırlarmış. Digər fərziyyəyə görə onlardan düyü, yaxud şərab saxlamaq məqsədi ilə istifadə edilib. Fərziyyələrin heç biri inandırıcı deyil. Bir şey dəqiqdir: nəhəng daşların ən azı 2500–3000 il yaşı var. Hind-Çində müharibələr zamanı bardaqların çoxu amerikan bombaları tərəfindən zədələnmişlər.
Buklet
Buklet (fransızca-bouclette-üzük) — qrafik dizaynda istifadə olunan materialdır. Məqsədi müştərinin məhsulu, şirkəti tanıması və lazım olduqda əlaqə saxlamasını təmin etməkdir. Buklet hər hansı üsulla iki və ya daha çox sayda qatlanmış bir vərəqlik çap materialı şəklində olur. Əsasən sərgi və yarmarkalar da paylanılır. Bukletdə uzun və mürəkkəb mətnlərdənsə şəkillərə daha çox yer verilir. Stadart ölçüsü A4 100x210 mm olur. == Ədəbiyyat == Kitabxana – informasiya terminlərinin qısa lüğəti. Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010. 144 s.
Dublet
Dublet — hər hansı bir şeyin ikinci nüsxəsi, iki eyni şeydən biri. == Dubletlər == Dildəki dubletləri sinonimlərlə və antonimlərlə eyniləşdirmək olmaz. Onlar daha çox sinonimlərə oxşayır, amma onların eyni deyildir. Məlumdur ki, bəzi terminlər bir neçə elmə aid olur. Dublet termini də bir neçə elmə aiddir. Dublet sözü fransız sözü olub, "cüt,qoşa" deməkdir. Bu anlayış isə müxtəlif sahələrə aiddir: 1)Hərbdə qoşalüləli silahdan eyni vaxtda atılan güllə; 2)Muzeylərdə saxlanılan eksponatların düzəldilmiş oxşarı(rəsm əsərlərinin surəti); 3)Zərgərlikdə bahalı bəzək əşyalarının saxtası; 4)Fizikada atomların spektr xətlərinin ikiyə bölünməsi; 5)Musiqidə eyni kökdə qoşa registr. Bizi maraqlandıran dilçilikdəki dublet terminidir. Bu termin dilçilikdə də eyni anlayış ifadə edir. Məna və səs təşkili etibarilə eyni olan sözlərdən biri digərinin dubleti adlanır.
Kotlet
Kotlet (fr. côtelette) — yağda qızardılmış ət tikələrindən, əsasən dairəvi şəkildə hazırlanan yemək növü. Ən məşhur növü Kiyev kotletidir.
Kuprey
Kuprey (lat. Bos sauveli) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin əsl öküz cinsinə aid heyvan növü. Kupreyin hündürlüyü 190 santimetrə, çəkisi 900 kiloqrama qədər olur. Təbii şəraitdə ilk dəfə Kupreyləri 1969-cu ildə şəkili çəkilmişdir.
Kuprit
Kuprit – Cu2O - Kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn == Xassələri == Rəng – müxtəlif çalarlı qırmızıdan göyümtül-qurğuşunu - bozadək; Mineralın cizgisinin rəngi – qəhvəyi-qırmızı, qırmızı; Parıltı – almaz, yarımmetal parıltısından tutqun parıltıyadək; Şəffaflıq – nazik qırıntıları yarımşəffafdır, şəffaf kristalları nadir tapılır; Sıxlıq – 5,85-6,15; Sərtlik – 3,5-4; Kövrəkdir; Ayrılma – {111} üzrə aydın; Sınıqlar – qeyri-düzgün, qabıqlı; Morfologiya – kristallar: oktaedrik, rombododekaedrik, heksaedrik; Mineral aqreqatları: sıx, dənəvər, torpaqvari, tükşəkilli (xalkotrixit) əmələgəlmələr, püruzlar, bəzən druzalar. == Mənşəyi və yayılması == Ekzogen mənşəlidir. Mis sulfidlərinin aşınma məhsulu kimi filiz yataqlarının oksidləşmə zonası və xüsusilə sementləşmə zonası üçün səciyyəvidir. Mineralın tapıntıları bəzi çökmə süxurlarda – əhəngdaşlarında, dolomitlərdə və b. qeyd edilir. Birlikdə rast gəldiyi minerallar: sərbəst mis, malaxit, azurit, xalkozin, xalkantit, broşantit və b. Mineralın tapıldığı yerlər: Şessi (Fransa); Qumeşev, Turyin, Mednorudyanski (Rusiya); Cezkazqan (Qazaxıstan); Sumeb (Namibiya); Çukikamata (Çili); Bisbi (ABŞ). Azərbaycanda Katsdağ, Filizçay, Cixix-Saqator, Gədəbəy, Ağdərə yataqlarında, Çıraqdərə-Toğanalı filiz sahəsi obyektlərində, Balaca - və Böyük Qoşqaçay hövzələrində və b. qeyd edilir.
Küsnət
Küsnət (Quba) — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Küsnət (Qəbələ) — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Küsnətqazma — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd.
Tualet
Tualet və ya Ayaqyolu — İlk tualetin nə vaxt yarandığı bilinmir. Oturacaqlı tualetin eradan 2600 il əvvəl Şumer çariçasına aid olduğu iddia edilir. Şotlandiya ərazisindən isə 5000 il yaşı olan stulabənzər tualetin qalıqları tapılmışdır. E.ə. 2100-cü ilə aid tualetə Misirdə, daha sonralar isə Parisdə və Hindistan yarımadasında da rast gəlinmişdir.Romada ilk ictimai tualet təkcə ehtiyacları ödəmək üçün deyil, həm də fəlsəfi söhbətlər aparmaq üçün əlverişli yer olmuşdur. Daş stullar formasında olan tualetlərdə ilk olaraq nökərlər oturub daşı isidir, sonra isə varlı romalılar öz təbii ehtiyaclarını burada ödəyirdi. Bu tualetlərin xüsusi kanallara çıxışı var idi ki, onları da su yuyub aparırdı. Roma tualetlərindən ancaq imkanlı romalılar istifadə edirdi. Yerdə qalan əhali isə tualet ehtiyaclarını küçədə ödəyirdilər. Tualeti əvəz edən Roma küçələrini təmizləmək üçün xüsusi pullu xidmətçilər var idi.
Kulen
Kulen (Serb-Xorvat. kulen və ya kulin) paprika və digər ədviyyatlarla bol olan sous ilə hazırlanmış və hisə verilmiş donuz əti kolbasasıdır. Voyevodina (Serbiya), həmçinin Slavonya və Baranya(Xorvatiya) geniş yayılmışdır. “Sirem kuleni” və “Baran kuleni” coğrafi mənşə ilə əlaqəli olub, Avropa Birliyində qeydiyyatdan keçmiş məhsullardır. Slavonya kuleni isə 2007-ci ildən etibarən rəsmi olaraq Xorvatiyanın qeyri-maddi mədəni irsinin bir elementi olaraq tanınır. Kulen xüsusi bayramlarda süfrəyə verilir: Milad, Pasxa, toy, il dönümləri, uşaqların vəftiz edilməsi və s. Hər il Bački Petrovacda Kulen regional festivalı keçirilir. == Sirem kuleni == Sirem kuleni, Serbiyanın Voyevodina bölgəsinin ənənəvi ev kolbasasıdır, hər bir ailə və hər bir sənaye istehsalçısı üçün (əsasən ədviyyat növləri və həcmi nisbətləri) fərqlidir. Bu növ haqqında ilk yazılı məlumat 1852-ci ildə Vyanada nəşr olunan kitabda yer alır. Sözün mənşəyi yunan dilində “κόλον” - kök bağırsaq mənasını verir.
Kuleş
Kuleş - əsasə təkibi buğda və sala olan şorbadır. Vilyam Poxlyobnikin kulinariya kitabında kuleş sala ilə bişirilən nadir kaşalardan biridir (Belarusiyanın milli şorbası). Bəzi ölkələrdə bu şorbaya soğan əlavə edilir (Ukrayna və Cənubi Rusiya). == Yayıdlığı regionlar == Kuleş əsasən cənubi Rusiya regionunda xüsusilə Ukrayna-Rusiya sərhəddində, Belqradda, Voronej əyalətində, Rostov əyalətinin qərb hissəsində və Stavropolda, həmçinin Rusiyanın cənub, cənub-şərq hissəsində, Ukraynanın Çernoqoriya və Bryanda yayılmışdır. == Şorbanın adının mənası == Əhalinin əksər hissəsi onu kuleş adlandırır. Ancaq əksər insanlar xüsusilə Ukrayna və Rus dilində onu "pereverteni" adlandırır. Hal-hazırda Ukrayna əhalisi bu sözün mənasını belə bilmir. Əslində bu söz Avstriya mənşəli sözdür. Kyoleş alman dilində "millət" deməkdir. == Ədəbiyyat == Азбука домашнього господарювання.
Kulot
Kulot (fr. cul sözündən götürülmüşdür = sağrı deməkdir) XIIV-XVIII əsrlərdə fransız zadəgan və əsilzadələrinə məxsus geyim - dizlikli şalvar və ya bric. Kulot geyim dizdən bir qədər aşağıya qədər olan dar bir tuman ya şalvar olub, məxmər, ipək (zadəgan və aristokratlar üçün) və ya adi kətan və yun parçadan (sənətkarlar üçün) eləcə də dəridən (süvarilər, əsgərlər üçün) tikilir.
Külək
Külək — havanın üfüqi istiqamətdə hərəkətidir. Külək nəticəsində istilik və rütubət bir sahədən digərinə aparılır. Barik qradiyentin təsiri altında əmələ gələn külək təzyiq yüksək olan sahədən təzyiq aşağı olan sahəyə doğru əsir, istiqaməti və sürəti ilə səciyyələnir. Havanın kütləsinin yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru hərəkətinə külək deyilir. Külək çox vaxt əsdiyi cəhətin adı ilə adlanır. Küləyin güc və istiqamətini flüger cihazı ilə, sürətini (m/san və ya km/saat) isə anemometrlə təyin edirlər. Küləyin gücü sürəti ilə düz mütənasibdir. Küləyin rumblar üzrə təkrarlanmasına "külək gülü" deyilir. Külək gülünə görə hakim küləyi təyin etmək olar. Küləyin əsdiyi təzyiq qurşaqları arasında təzyiq fərqi nə qədər böyük və mərkəzlər bir-birinə nə qədər yaxın olarsa, külək də bir o qədər güclü əsər.
Kümlə
Kümlə — İranın Gilan ostanında yerləşən şəhər. Kümlə əhalisinin əksəriyyətini giləklər təşkil edir.
Kütlə
Kütlə (fiziki kəmiyyət) - hər-hansı cismin fiziki çəkisi. Kütlə (sosiologiya) - insan çoxluğu.
Aleksey Kapler
Aleksey Yakovleviç Kapler (11 oktyabr, 1904, Kiyev, Ukrayna-11 sentyabr, 1979, Moskva, Rusiya) ssenari müəllifi. == Həyatı == Aleksey Yakovleviç Kapler 11 oktyabr 1904-cü ildə Kiyevdə anadan olub. 1920-ci ildən Kiyev teatrlarında aktyor və rejissor işləmişdir. Həmçinin həmkarları ilə birgə Kiyevdə eksperimental teatr olan "Arlekin" teatrını açmışdır. Kinoda 1926-cı ildən fəaliyət göstərmişdir. Aktyor kimi Rusiya istehsalı olan "Şinel" (1926) filmində çəkilib. "Tələbə qız" (1930), "Donbass" (1931) filmlərinin rejissoru, "3 yoldaş" (1935), "Mədənçilər" (1937), "Dəmir mələk" (1942), "Mavi quş" (1976) filmlərinin ssenari müəllifidir. 1939-cu ildən isə ÜDKİ-də dərs demişdir. 1943-cü ildə səbəbsiz olaraq repressiya edilmiş və yalnız 1954-cü ildə azadlığa buraxılmışdır. SSRİ dövlət mükafatı laureatı (1941), Rusiya əməkdar incəsənət xadimi (1969) Aleksey Kapler 11 sentyabr 1979-cu ildə vəfat edib.
Black Bullet
Black Bullet (ブラック・ブレット, Burakku Buretto, azərb. Qara güllə‎) — Saki Ukayın rəssamlığı ilə Şiden Kanzaki tərəfindən yazılan və ASCII Media Works nəşriyyatının Dengeki Bunko imprinti altında nəşr olunmuş ranobe seriyası. 10 iyul 2011-ci ildən nəşr olunur və 2014-cü ilin aprelinə qədər 7 cildi buraxılmışdır. Manqa adaptasiyası 27 avqust 2012-ci ildə ASCII Media Works nəşriyyatının "Dengeki Maoh" jurnalında nəşr olunmağa başlamışdır. 6 oktyabr 2013-cü ildə Dengeki Bunko imprintinin "Autumn Festival 2013" tədbirində Kinema Citrus və Orange studiyaları anime serialı adaptasiyası çəkəcəklərini anons etmişdir. Anime 8 aprel 2014-cü ildən 1 iyul 2014-cü ilə kimi yayımlanmışdır. Yaponiyadan xaricdə isə Crunchyroll vasitəsilə nümayiş etdirilmişdir. "Black Bullet" üç ölkədə lisenziyalaşdırılmışdır: anime Şimali Amerikada Sentai Filmworks tərəfindən, Böyük Britaniyada Animatsu Entertainment tərəfindən, Avstraliyada Hanabee tərəfindən lisenziyalaşdırılmışdır. Manqa və ranobe Şimali Amerikada Yen Press tərəfindən nəşr olunur. == Məzmun == 2021-ci ildə qastreya adlı parazit virusu bütün dünyada yayılır və bütün bəşəriyyətə böyük fəlakət üz verir.
Java applet
Java-applet-Java proqramlaşdırma dilində bayt-kod formasında yazılmış tətbiqi proqram.Java- appletlər veb-brauzerdə Java virtual maşınından (JVM )istifadə edilməklə,yaxud apletləri testləmək üçün avtonom AppletViewer alətində yerinə yetirilir.Java-apler 1995-ci ildə Java dilinin ilk versiyasında tətbiq olunub.Adətən Java dilində yazılsa da,Java-apletlər Java bayt-koduna kompilyasiya olunan başqa proqramlaşdırma dillərində də (məsələn,Jython) yazıla bilər. Veb-proqramlara HTML dilinin verə bilmədiyi interaktiv imkanlar əlavə etmək üçün apletlərdən istifadə olunur.Java bayt-kodu platformadan asılı olmadığından Java apletlər bir çox platformaların (Microsoft Windows,UNİX,Apple Mac OS və GNU/Linux daxil olmaqla)brauzerləri tərəfindən plaginlərin köməyi ilə yerinə yetirilə bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. “Bakı” nəşriyyatı, 2017, 996 s.
Kepler-138
Kepler-138, həmçinin KOI-314 olaraq da bilinir, Yerdən 218 işıq ili uzaqlıqda, Lira bürcündə yerləşən qırmızı cırtdandır[ O, NASA-nın Kepler Missiyasının ulduzlarından keçə biləcək planetləri aşkar etmək üçün istifadə etdiyi peyk olan Kepler kosmik gəmisinin görmə sahəsində yerləşir. Ulduz üç təsdiqlənmiş planetə ev sahibliyi edir, o cümlədən bu günə qədər kəşf edilmiş ölçülən kütlə və ölçüyə malik ən aşağı kütləli planet Kepler-138bref name = "Jontof-Hutter">Jontof-Hutter, D; Rowe, J; və b. "Mass of the Mars-sized Exoplanet Kepler-138b from Transit Timing". Nature. 522 (7556). 18 June 2015: 321–323. arXiv:1506.07067. Bibcode:2015Natur.522..321J. doi:10.1038/nature14494. PMID 26085271.</ref>, kütləsi Marsınki ilə müqayisə oluna bilər. Kepler-138d, Yerdən daha yüngül olmasına baxmayaraq, qaz cırtdanı allowing for a measurement of their masses and confirmation as real planets given that the masses were significantly below the deuterium burning limits.
Kepler-1649
Kepler-1649 (KOI-3138) Qu bürcündəki tək ulduzdur. Günəşdən 302 işıq ili məsafəsində yerləşir. == Xüsusiyyətləri == Ulduz görünən böyüklüyü təxminən 16 m olan qırmızı cırtdandır, infraqırmızı işıqda isə daha parlaqdır: J filtrində onun parlaqlığı 13,38 m, K filtrində isə 12,59 m təşkil edir. M5 V spektral sinfinə məxsusdur. Ulduzun kütləsi 0,2 günəş kütləsi, radiusu 0,23 günəş radiusudur. Səthinin temperaturu 3240 Kelvin olaraq qiymətləndirilir.. Onun parlaqlığı Günəşin parlaqlığından təxminən 194 dəfə azdır..
Kepler-1649C
Kepler-1649c, Keplerin kosmik teleskopu tərəfindən kəşf edilmiş planet sisteminin ən kənar planeti olan qırmızı cırtdan ulduz Kepler-1649-un yaşayış zonası daxilində fırlanan, ehtimal ki, səthi qayalıq olan Yer ölçüsündə ekzoplanetdir. O, Yerdən təqribən 301 işıq ili (92 pc) uzaqlıqda yerləşir və Qu quşu bürcündədir.Kepler-1649c öz ulduzunun orbitindəki dövrəsini təqribən 19,53 günlük orbital dövrə ilə başa çatdırır (yəni bu ekzoplanetin bir ili Yer vaxtı ilə 19,53 günə bərabərdir) və öz ulduzundan təqribən 0,0649 AU (9,710,000 km; 6,030,000 mil) uzaqda yerləşir, həmçinin onun kütləsi Yer planetindən 1,2 dəfə, radiusu isə Yer planetindən 1,02 dəfə çoxdur. Kütləsinin və radiosunun Yer ilə müqayisəsinə əsasən o çox güman ki Yer planetinə bənzəyir baxmayaraq ki, onun ulduzuna yaxın olması onun qabarma və çəkilmə nəticəsində öz ulduzuna bağlı ola biləcəyini bildirir. Kepler-1649c-nin Yerin Günəşdən aldığı radiasiya miqdarının təxminən dörddə üçünü öz ulduzundan aldığı təxmin edilir. 2017-ci ildə SETI-nin K2 Elm Ofisinin direktoru Jeff Coughlin onu Kepler Kosmik Teleskopu tərəfindən indiyə qədər tapılan "Yerə ən oxşar planet" kimi təsvir edib. Keplerin robotetter alqoritmi ilə planet əvvəlcə yanlış müsbət hesab edilmişdir. Kepler Yanlış Müsbət İşçi Qrupu 15 aprel 2020-ci ildə bərpasını dərc etdirmişdir. Onun ilk elmi təsviri 2020-ci ilin aprelində ilk müəllif Endryu Vanderburqla birlikdə The Astrophysical Journal Letters jurnalında dərc edilmişdir. == Fiziki xüsusiyyətləri == === Kütlə, radius və temperatur === Ölçüsünə görə Yer planetinə çox oxşayan bu ekzoplanet NASA tərəfindən qayalı planet kimi müəyyən edilmişdir, lakin radiusu Yer planetindən 1,06 dəfə böyükdür. === Ev sahibi ulduz === Kepler-1649 – orbitində yalnız iki təsdiqlənmiş planet vardır, digər planet isə Kepler-1649b adlanır.
Kepler-20e
Kepler-20e — Yer planeti kimi yaşayış üçün yararlı olan planet Planet NASA-nın "Kepler" kosmos teleskopu tərəfindən 2011-ci ildə kəşf edilmişdir. Kepler-20e indiyə qədər kəşf edilən planetlər arasında Yerə ən çox oxşayan planetlərdən biridir. Günəşin ölçülərinə bərabər olan bir ulduzun ətrafında fırlanır.
Kepler-20f
Kepler-20f — Yer planeti kimi yaşayış üçün yararlı olan planet Planet NASA-nın "Kepler" kosmos teleskopu tərəfindən 2011-ci ildə kəşf edilmişdir. Kepler-20f indiyə qədər kəşf edilən planetlər arasında Yerə ən çox oxşayan planetlərdən biridir. Günəşin ölçülərinə bərabər olan bir ulduzun ətrafında fırlanır.
Kepler-22b
Kepler-22b — Yer planeti kimi yaşayış üçün yararlı olan planet.Planet NASA-nın "Kepler" kosmos teleskopu tərəfindən 2011-ci ildə tapılmışdır. Kepler-22b indiyə qədər kəşf edilən planetlər arasında Yerə ən çox oxşayan planetdir. Yerdən 600 işıq ili uzaqlığındadır. Günəşin ölçülərinə bərabər olan bir ulduzun ətrafında fırlanır.
Kepler-42
Kepler-42, əvvəllər KOI-961 kimi tanınan, Cygnus bürcündə və Günəşdən təxminən 131 işıq ili uzaqlıqda yerləşən qırmızı cırtdandır. Onun üç məlum günəşdənkənar planeti var, bunların hamısı radius baxımından Yerdən daha kiçikdir və çox güman ki, kütləcə də. == Xüsusiyyətlər == Kepler-42-nin kütləsinin Günəşdən 0,13 dəfə, radiusunun isə Günəşdən 0,17 dəfə, yəni qaz nəhəngi Yupiterdən cəmi 1,7 dəfə böyük olduğu təxmin edilir. Kiçik radius və buna görə də səth sahəsinə görə Kepler-42-nin parlaqlığı Günəşin parlaqlığının yalnız 0,24%-ni təşkil edir. Onun metallığı Günəşin üçdə birinə bərabərdir. Kepler-42 431±8 mas/il kimi nəzərəçarpan düzgün hərəkətə malikdir. Kiçik ölçüsü və aşağı temperaturu səbəbindən ulduzun yaşayış zonası Yerin Günəşə olduğundan daha çox ulduza yaxındır. == Planet sistemi == Üç tranzit planetdən ibarət olan planet sistemi 2011-ci ilin fevralında kəşf edilmiş və Kepler Kosmik Teleskopu vasitəsilə 10 yanvar 2012-ci ildə təsdiq edilmişdir. Bu planetlərin radiusları təxminən Marsdan Veneraya qədərdir. Kepler-42 sistemi Yer radiusu və ya daha kiçik planetləri ehtiva edən yalnız ikinci məlum sistemdir (birincisi solda təsvir edilən Kepler-20 sistemi idi).
Kepler-56
Kepler-56 — təxminən 3060 işıq ili (940 pc) uzaqlıqda olan Cygnus bürcündə yer alan qırmızı nəhəngdir[6], kütləsi Günəşdən bir qədər böyükdür. == Planet sistemi == 2012-ci ildə elm adamları keçid üsulu ilə Kepler-56 ətrafında 2 planetli planet sistemi kəşf etdilər. Asterseysmoloji tədqiqatlar Kepler-56b və Kepler-56c-nin orbitlərinin müştərək olduğunu, lakin ev sahibi ulduzun ekvatoruna təxminən 45° yanlış hizalandığını ortaya qoydu. Bundan əlavə, sonrakı radial sürət ölçmələri qravitasiya pozucusunun sübutunu göstərdi. 2016-cı ildə təxribatlara üçüncü, tranzit olmayan planetin səbəb olduğu təsdiqləndi.Planet sistemi çox yığcamdır, lakin dinamik olaraq sabitdir.Genişlənən ulduz müvafiq olaraq 130 və 155 milyon il sonra Kepler-56b və Kepler-56c-ni yeyəcək.