Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fürer
Fürer (alm. Führer‎) — alman dilində söz, tərcüməsi "rəhbər", "lider", "öncül" deməkdir. Üçüncü reyxdə dövlət başçısının rəsmi vəzifəsi, həmçinin bir sonrakı ordu rütbələrinin söz birləşməsində bir hissəsi, şturmbanfürer, qruppanfürer və s. Fürer, Nasional Sosialist Alman Fəhlə Partiyasının və Üçüncü Alman İmperatorluğunun rəhbəri olduğu dövrdə, Adolf Hitlerin istifadə etmiş olduğu və "lider" mənası verən addır. Fürer, "tək xalk, tək imperatorluq və tək lider"(Ein Volk, ein Reich, ein Führer) devizinin tələb etdiyi şəkildə, bütün xalqın nümayəndəsi olmaqla bərabər, partiyanın və dövlətin rəhbəridir. Nasional Sosializmdə xalqın milli və sosial vahidliyinin bərabərliyini təmin etməkdə məsul şəxs olan Fürer, xalqın və dövlətin lehinə işlər həyata keçirməyə borcludur. Ciddi qərarlar qəbul edir. O, xalqın istədiklərini öz mənliyində hiss edərək həyata keçirdər və diqqət mərkəzinə götürər. Xalqının yol Ulusun yol göstərənidir və xalqı üçün fəaliyyət göstərir. Fürer, xalqının bir hissəsi olan insanların yaşadığı ölkə üçün ən yaxşı olanı etməlidir.
Kureş
Kureş Tuva Respublikasının ənənəvi güləşidir. Sibirin cənubunda yayılmışdır. Sözün Tuva ilə qardaş olan, yəni eyni olan türk dilləri ilə əlaqələri var, məsələn, bu idman türklərin yağlı güləşi və tatarların koraşı ilə eynidir. (hamısı qədim türk dilindən alınmışdır).
Künər
Künər vilayəti (puşt. کونړ, fars. کنر‎) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. == Coğrafiyası == Künər vilayətin sahəsi 4.942 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 407.8 min nəfər, inzibati mərkəzi Əsədabad şəhəridir. Vilayətin Pakistanla 175 km-lik sərhəddi var. == Əhalisinin etnik tərkibi == Əhalisinin 95%-ni puştunlar, 5%-ni nuristanilər və digər xalqların nümayəndələri təşkil edir. == İnzibati quruluşu == Vilayət inzibati cəhətdən Əsədabad, Mərəvara, Bar Künər, Danqam, Nari, Qaziabad, Şaygal və Şiltan, Vata Pur, Çapa Dara, Dara-i-Peç, Nərəng, Çavkay, Nurgal, Xas Künər və Sirkanay rayonlarına bölünür.
Küryer
Küryer (fr. Curières, oks. Curièiras) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Layol kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12088. Kommuna təxminən Parisdən 470 km cənubda, Tuluza şəhərindən 165 km şimal-şərqdə, Rodezdən isə 29 km şimal-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 254 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 172 nəfər (15-64 yaş) arasında 133 nəfər iqtisadi fəal, 39 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 77.3%, 1999-cu ildə 75.8%).
Kürək
Bel (lat. dorsum) — bədənin arxa hissəsi, boynun alt hissəsindən aşağı lumbara qədər uzanır. Bel onurğa, qabırğaların posterior parçaları, həmçinin onların üzərində yerləşən yumşaq toxumalar ilə formalaşır. Belin mərkəzində yuxarıdan aşağıya doğru nəzərə çarpan bir şırım olur və orada onurğa və fəqərə görünür. Hər iki tərəfdə bel boyunca işləyən əzələlərin laxtası ilə məhdudlaşır. Güclü bel əzələləri beş təbəqədən ibarətdir və onurğanı dəstəkləmək, uzatmaq və fırlatmaq, qabırğaları qaldırmaq və aşağı salmaq, çiyinləri və qolları hərəkət etdirməyə xidmət edir.
Kürə
Kürə — fəzanın verilmiş nöqtəsindən müsbət r məsafəsini aşmayan nöqtələr çoxluğudur. "r" kürənin radiusu adlanır. Kürə həmçinin yarımdairənin radiusu ətrafında fırlanmasından yaranan həndəsi cismdir. Bu diametr kürənin oxu adlanır. Kürənin səthi sfera adlanır.
Fedde Skurer
Fedde Skurer (d. 25 iyul 1898, Draxten – ö. 19 mart 1968, Herenven) — Niderlandlı yazıçı, jurnalist və siyasətçi. == Həyatı == İkinci dünya müharibəsi zamanı Amsterdamda, Hollandiya müqavimət hərəkatında iştirak etmişdir. O, 1935-1936-cı illərdə Şimali Hollandiyada bir il müddətində əyalət məclisinin üzvü vəzifəsində çalışıb. Müharibədən sonra o Frislandda qayıdır və jurnalistlik fəaliyyəti ilə məşğul olmağa başlayır. Frieslanddan olan əksər insanlar kimi, onun da ana dili friz dili idi..
Fenimor Kuper
Ceyms Fenimor Kuper (ing. James Fenimore Cooper; 15 sentyabr 1789 - 14 sentyabr 1851) — məşhur Amerika yazıçısı. Amerika romantizminin ilk görkəmli nümayəndələrindən biri olan Ceyms təkcə öz vətənində deyil, eləcə də dünyanın bir çox ölkələrində yaxşı tanınır. Macəra romanlarının və ovçu Natti (Nataniel) Bamponun sərgüzəştləri haqqında çoxsaylı əsərlərin müəllifidir. Həmin seriyadan olan "Sonuncu mogikan" əsəri onun yaradıcılığının zirvəsi hesab olunur. == Kuperədək Amerika... == ...İstiqlaliyyət uğrunda gedən müharibədə xalq kütlələri böyük qəhrəmanlıq göstərmiş, onların sayəsində qazanılan qələbədən isə iri torpaq və sənaye sahibləri öz mənafeləri üçün istifadə etmişdilər. Amerika burjua inqilabı torpaq və quldurluq məsələlərini heç də mübarizəyə qoşulanların arzuladıqları kimi həll edə bilməmişdi. Azadlıq, bərabərlik və torpaq gözləyən sadə amerikalılar aldadılmışdılar. Amerika romantizmini yaradan səbəblərdən biri bu idi.
Henri Kuper
Henri Kuper (ing. Henry Cooper) — Məşhur britaniyalı boksçu, ağır çəkidə sabiq çempion. == Həyatı == Henri Kuperin idmançı karyerası 1949-cu ildə başlayıb. O, 1954-cü ildə peşəkar boksa keçib. 1971-ci ildə Co Baqnerə məğlubiyyətdən sonra karyerasını başa vurub. Məşhur ağır çəkili boksçu İngiltərə Kuboku, Millətlər Birliyinin qalibi və Avropa çempionu olsa da, dünya çempionu adını qazana bilməyib. Kuper Böyük Britaniyanın ən güclü boksçularından sayılıb. O, 2000-ci ildə cəngavər elan edilib və boksçular arasında "ser" titulunun ilk sahibi olub. Kuper 2011-ci ilin 1 may tarixində Oksted şəhərində oğlunun mənzilində keçinib.
Kuber-Pedi
Kuber-Pedi (ing. Coober Pedy) — Avstraliyada ən kiçik yaşayış məntəqəsi olan unikal yeraltı şəhər. == Opal paytaxtı == Bu şəhər opal paytaxtı hesab edilir. Belə ki, dünya üzrə opal ehtiyatlarının 30%-i məhz burada yerləşir. Burada ilk opal daşı 1849-cu ildə tapılmışdı. == Əhalisi == Əhalisinin sayı 1695 nəfərdir (2011). Başqa çıxış yolları olmadıqları üçün insanların burada yer altında məskunlaşmasına səbəb olan amillər güclü külək və yüksək temperatur olmuşdur. == Məşğuliyyət == Şəhər əhalisinin böyük əksəriyyəti mədənçilərdir. Hazırda insanlar həmin mədənlərdə deyil, bütün müasir şəraitin olduğu adi evlərdə yaşayırlar. Burada yalnız yaşayış evləri deyil, həmçinin kilsə və qəbiristanlıq da var.
Kuper (Piranşəhr)
Kuper (fars. كوپر‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 909 nəfər yaşayır (149 ailə).
Künər vilayəti
Künər vilayəti (puşt. کونړ, fars. کنر‎) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. == Coğrafiyası == Künər vilayətin sahəsi 4.942 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 407.8 min nəfər, inzibati mərkəzi Əsədabad şəhəridir. Vilayətin Pakistanla 175 km-lik sərhəddi var. == Əhalisinin etnik tərkibi == Əhalisinin 95%-ni puştunlar, 5%-ni nuristanilər və digər xalqların nümayəndələri təşkil edir. == İnzibati quruluşu == Vilayət inzibati cəhətdən Əsədabad, Mərəvara, Bar Künər, Danqam, Nari, Qaziabad, Şaygal və Şiltan, Vata Pur, Çapa Dara, Dara-i-Peç, Nərəng, Çavkay, Nurgal, Xas Künər və Sirkanay rayonlarına bölünür.
Kürlər (Pərsabad)
Kürlər (fars. كورلار‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 250 nəfər yaşayır (47 ailə).
Kürək (alət)
Bel — dünyada geniş yayılmış kənd təsərrüfatı aləti. Bel aləti tətbiq sahəsindən və coğrafi yerdən, torpağın keyfiyyətindən asılı olaraq müxtəlif forma və quruluşa malik əmək alətlərindəndir. Ən’ənəvi qalaqlı bellər bir qayda olaraq, təpkəncli (bir saplı) düzəldilirdi. Forma etibarilə onlar xış gavahınını xatırladırdı. Bu tip bellər, əsasən, Azərbaycanın düzənlik rayonlarında, xüsusilə bağ-bostan kimi kiçik torpaq sahələrinin bellənməsində və çəltik zəmilərinin əkilib becərilməsində daha çox tətbiq olunurdu. Torpaq layının dərin qatlarını qazıb çevirə bildiyindən yumşaq torpaq sahələrini əkmək üçün «qalaqlı bel» bir növ xış və ya kotanı əvəz edirdi. Belin bu növü «şum beli» adlanır. Şumlama əməliyyatını yaxşı yerinə yetirə bilmək üçün onun qalağının sağ və ya sol küncləri «təpkən» adlanan qulaqcıqla tamamlanırdı. Bellərin zavodda kütləvi istehsal olunduğundan «zavod», yaxud «rus» beli XX əsrdə geniş yayıldı. == Azərbaycan ərazisində bel alətinin növləri == Quba-Xaçmaz bölgəsi əhalisi arasında bel «qazqır bel», «Quba beli», «Dərbənd beli», «ləzgi beli», Şirvanda «Navahı beli», Şəki-Zaqatala bölgəsində «Gülüstan beli», «Qarabağ beli», Naxçıvanda «Şərur beli», «Naxçıvan beli», Lənkəran-Astara bölgəsində «şuxm (şum) beli», «əyri bel», «xiling» və b.
Kürək (dəqiqləşdirmə)
Kürək
Kürək (texnika)
Kürək turbinlərdə, nasoslarda və kompressorlarda mediumun nəqlinə xidmət edir. Kürəyin alt və üst səthlərini əlaqələndirən divar cərəyan kanalının parametrlərini müəyyən edirlər. Onun ölçüsündən asılı olaraq kürəyin giriş və çıxışı arasında yaranan cərəyan impulsu müxtəlif olur. Bununla cərəyan kürəyə təsir edən qüvvə yaradır. Çarx üzrə yan-yana düzülmüş kürəklər tor əmələ gətirir. Rotor üzərinə bərkidilmiş və turbin daxilində yerləşdirilmiş kürəklər iş zamanı medium ilə maşının hərəkətli hissələri arasında güc ötürücüsü rolunu oynayır. Fırlanan kürəkli çarxdan fərqli olaraq yönəldici çarx gövdə ilə tərpənməz bərkidilir və reaksiya momentini gövdəyə ötürür. Kürəklər onları çarxda bərkitmək üçün ayaqdan və tətbiq sahəsindən asılı olaraq müəyyən qalınlıqlı lövhədən ibarətdir. Kürəyin profili kürəklərin tətbiq olunduğu güc maşınlarında sorma və sıxma tərəflərinin həndəsi formasıdır. O, kürəklər arasında cərəyan axınının parametrlərini müəyyən edir.
Kürək sümüyü
Kürək sümüyü (lat. scapula) — çiyin qurşağına aid, döş qəfəsinin arxasında yerləşən bir cüt sümük. İnsanda kürək sümüyü yastı, üçbucaq formaya malikdir, əmək aləti olan belə bənzəyir. Kürək sümüyü çiyin oynağını əmələ gətirən əsas sümük olub, xüsusi oynaq səthləri ilə körpücük sümüyü və bazu sümüyü ilə birləşmə əmələgətirir.
Kürən Erik
Kürən Erik (950, Norveç – 1003, Brattalid[d]) — Qrenlandiyanı kəşf edən Vikinq hökmdarı, Norveç mənşəli İslandiya Vikinqlərindən idi. Qrenlandiyada məskən salan ilk avropalı. 982-ci ildə öz adamları ilə qərbə üzərək tapdığı torpağı Green Land (Yaşıl torpaq,diyar) adlandırmışdır. == Qrenlandiyanın kəşfi == Torpaq üstündə düşən davaların birində adam öldürən Erik İslandiyanı tərk etdi. Bunun iki səbəbi var idi. 1) Məhkəmə qərarı ilə o İslandiyadan sürgün edilib 2) Öldürdüyü şəxsin yaxınlarının qisasından qorxaraq İslandiyanı tərk edib. 982-ci ildə İslandiyanı bir qrup köçərilərlə tərk edən Erik üzü qərbə gedərək Qrenlandiya adasını kəşf edir. 80%-i buzdan ibarət olan adanın Green Land (Yaşıl Torpaq, diyar) adlandırılmasının iki versiyası var: Birincidə 982-ci ildə Qrenlandiyanın iqlimi indikindən fərqlənirdi. İkinci versiyaya görə isə bu ad adaya daha çox insan cəlb etmək üçün verilmişdi. == İslandiyaya qayıtması == 986-cı ildə Kürən Erik yenidən İslandiyaya qayıdır.
Kürən atlanqaç
Kürən atlanqaç (lat. Elephantulus rufescens) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin atlanqaçlar dəstəsinin atlanqaçlar fəsiləsinin uzunqulaq atlanqaç cinsinə aid heyvan növü.
Kürən canavar
Kürən canavar (lat. Canis lupus rufus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinin adi canavar növünə aid heyvan yarımnövü.
Kürən günotu
Kürən günotu (lat. Hemerocallis fulva) — günotu cinsinə aid bitki növü. == Sinonim == Gloriosa luxurians Lour. ex B.A.Gomes Hemerocallis crocea Lam. Hemerocallis disticha var. kwanso (Regel) Nakai Hemerocallis flava Suter [Illegitimate] Hemerocallis fulva var. fulva fulva Hemerocallis fulva var. kwanso Regel Hemerocallis fulva f. kwanso (Regel) Kitam. Hemerocallis fulva var.
Kürən qaratoyuq
Kürən qaratoyuq (lat. Turdus naumanni) — qaratoyuq cinsinə aid quş növü. == Təsviri == Kürən qaratoyuq uzunluğu 23 sm-ə çatan və bir-birindən dəqiq fərqlənən iki yarımnövə malikdir: T. n. naumanni и T. n. eunomus. === T. n. naumanni === Bədəbinin yuxarı hissəsi qonur rəngdədir. Sinəsi və böyür tərəfləri qırmızı-qonur rəngli xalları olan ağ rəngdədir. Quyruğu qırmızı-qonur rəngdədir. Yarımnöv Mərkəzi və Şərqi Sibirin cənub hissələrində yuvalayır.
Kürən vağ
Kürən vağ (lat. Ardea purpurea) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinin əsl vağ cinsinə aid heyvan növü. == Qısa təsviri == Leylək formalı iri quşdur. Ayaqları, boynu və dimdiyi uzundur (10 sm). Dimdiyi düz və ucu biz kimidir. Bel tərəfi boz-qonur, qarın tərəfi qaramtıldır. Başı, boynu və döşü kürəndir. Qanadları çirkli-boz, amma ucları qaradır. Ayaqları və dimdiyi sarımtıl-bozdur. == Statusu == Nadirdir.
Kürən vaşaq
Kürən vaşaq (lat. Lynx rufus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin vaşaq cinsinə aid heyvan növü. Şimali Amerikada yaşayırlar. == Xarici görünüşü == Kürən vaşaq xarici görünüşcə tipik vaşaqdır, ancaq ölçüsü adi vaşaqdan iki dəfə kiçikdir. Ayaqları o qədər də uzun, pəncələri isə enli deyil. Quyruğu qısa olur. Bədəninin uzunluğu 60-80 sm, süysününün hündürlüyü 30-35 sm, kütləsi isə 6-11 kq olur.
Kürən xul
Kürən xul (lat. Neogobius pallasi) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin xul cinsinə aid heyvan növü. == Yayılması == Kürən xul balığı Qara dəniz, Azov dənizi və Xəzər dənizinin hövzələrində geniş yayılmışdır. Azərabaycanda Kür çayı hövzəsində bu balığa Ağstafa rayonundan Alazana qədər olan bütün çaylarda, Lənkəran, Astara çaylarında, Quba-Xaçmaz rayonlarının çaylarında və Araz çayında təsadüf edilir. Qafqazın dağ çaylarında, o cümlədən Kür çayının yuxarı axarında və qollarında Qafqaz çay xulu yarımnövü-''N.platyrostris constructor Nordman'' təsadüf edilmişdir. == Morfoloji əlamətləri == D VI-VII ,I 16 - 19, A 11-13 (15), squ (53) 56-68 (71)-dir. Bədəni uzunsov-silindrikdir, quyruğa doğru getdikcə nazikləşir. Başı enli, yanlardan basıqdır. Ağzı kiçikdir. Rostrumu kütdür, alt çənə önə çıxmır.