Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kave
Dəmirçi Kave (fars. کاوه آهنگر‎ - Kaveh Ahangar) — fars mifologiyasında mərhəmətsiz hökmdar Zöhhaka qarşı üsyan edən mifoloji qəhrəman. Kave haqqında əfsanə Əbülqasım Firdovsinin Şahnaməsində nəql edilir. Hekayənin digər baş qəhrəmanı olan Zöhhak həm Avestada, həm də antik dövr fars mifologiyasında yarı şeytan Babil çarı kimi təqdim edilir. Firdovsinin hekayəsində isə Zöhhak tiran kimi təqdim olunur və milliyyətcə ərəbdir, dəmirçi Kave isə ona qarşı xalq üsyanına rəhbərlik edir. O, öz dəmirçi önlüyünü nizənin ucuna taxaraq üsyançıları bu bayraq altında İranın birinci əfsanəvi hökmdarlar sülaləsi olan Peşdadilərin qanuni varisi Fəridunun yanına gətirir. Fəridun Kavenin bayrağını rifah bayrağı kimi qəbul edərək onu qızıl dördguşəli ulduzla, qiymətli daşlar və qırmızı, sarı, bənövşəyi rəngdə lentlərlə bəzəyir və onu "Dirəfşi Kaviyani" adlandırır. Bayrağın üzərindəki dördguşəli ulduz isə "Axtari Kaviyan" (Kavenin ulduzu) adlanır. "Dirəfşi Kaviyan" İranın ikinci əfsanəvi hökmdarlar sülaləsi olan Kəyyanilər sülaləsinin bayrağına çevrilir. Daha sonralar isə Arşakilər (e.ə.250 — 224) və Sasanilər (224 — 651) sülalələrinin dövründə İranın dövlət bayrağı kimi qəbul edilir.
Dəmirçi Kave
Dəmirçi Kave (fars. کاوه آهنگر‎ - Kaveh Ahangar) — fars mifologiyasında mərhəmətsiz hökmdar Zöhhaka qarşı üsyan edən mifoloji qəhrəman. Kave haqqında əfsanə Əbülqasım Firdovsinin Şahnaməsində nəql edilir. Hekayənin digər baş qəhrəmanı olan Zöhhak həm Avestada, həm də antik dövr fars mifologiyasında yarı şeytan Babil çarı kimi təqdim edilir. Firdovsinin hekayəsində isə Zöhhak tiran kimi təqdim olunur və milliyyətcə ərəbdir, dəmirçi Kave isə ona qarşı xalq üsyanına rəhbərlik edir. O, öz dəmirçi önlüyünü nizənin ucuna taxaraq üsyançıları bu bayraq altında İranın birinci əfsanəvi hökmdarlar sülaləsi olan Peşdadilərin qanuni varisi Fəridunun yanına gətirir. Fəridun Kavenin bayrağını rifah bayrağı kimi qəbul edərək onu qızıl dördguşəli ulduzla, qiymətli daşlar və qırmızı, sarı, bənövşəyi rəngdə lentlərlə bəzəyir və onu "Dirəfşi Kaviyani" adlandırır. Bayrağın üzərindəki dördguşəli ulduz isə "Axtari Kaviyan" (Kavenin ulduzu) adlanır. "Dirəfşi Kaviyan" İranın ikinci əfsanəvi hökmdarlar sülaləsi olan Kəyyanilər sülaləsinin bayrağına çevrilir. Daha sonralar isə Arşakilər (e.ə.250 — 224) və Sasanilər (224 — 651) sülalələrinin dövründə İranın dövlət bayrağı kimi qəbul edilir.
Lui-Jan Kalve
Lui-Jan Kalve (5 iyun 1942-ci ildə anadan olub) fransız dilçisidir. == Bioqrafiya == Dilçi Pier Gironun tələbəsi ola-ola Nitsa Universitetində tələbə olarkən Kalve 1964-cü ildə Union Nationale des Étudiants de France -ın milli bürosuna seçildi. Orada məlumata məsul idi və aylıq nəşrin baş redaktoru vəzifəsini tutdu 21.27 . Bundan sonra, Sorbonnada Andre Martine ilə birlikdə, bir tələbə kimi o, "Le système des sigles en français contemporain" ("Müasir Fransada Akronimlər Sistemi") adlı doktorluq dissertasiyasını müdafiə etdi və daha sonra "Langue, corps, société" ("Dil, Bədən, Cəmiyyət") adlı fərqli bir doktorluq dissertasiyasını müdafiə etdi. Kalve əvvəlcə Paris Dekart Universitetində, sonradan isə Eks-Marsel Universitetində 2012-ci ilə qədər bu vəzifədə işləyib. İlk nəşrindən ( Linguistique et colonialisme, ilk dəfə glottofagiya fikrini təqdim edəndə) o, linqvistik diskurs ilə dillərə xas müstəmləkəçi diskurs arasındakı əlaqələri, həm də dil və güc arasındakı əlaqələri təhlil etmişdir ( La Guerre des langues, 1987) və şəhərlərin linqvistik rolu ( Les Voix de la ville, 1994). Beləliklə, o, ən tanınmış nümayəndələrindən biri olan Fransız sosiodilçilik sahəsinin yaradılmasında iştirak etmişdir. Əsərləri iyirmidən çox dilə tərcümə olunub və o, dünyanın bir çox universitetlərində çıxış etməyə dəvət olunub. Bir neçə il, Payot nəşriyyatında Dillər və Cəmiyyətlər kolleksiyasının direktoru olan o, Silvən Oru, Andre Martine, Andre Şervel, Kristian Küksak, Tüllio Dö Moro, Ivan Fonagi, Pier Giro, Nensi Hyuston, Morris Svadeş, Jan-Didye Ürbən, Marina Yaqello kimi müəlliflərin əsərlərini çap etdirdi. Akademik fəaliyyətinə əlavə olaraq, Kalve həm də jurnalistdir və həftəlik Politique hebdo nəşrinə töhfə verir və bu nəşrdə mədəni hadisələrə, xüsusən də musiqiyə sosioloji və siyasi yanaşmadan baxır, əlavə olaraq etnik və dil azlıqları haqqında yazır.
Leqq-Kalve-Pertes xəstəliyi
Leqq-Kalve-Pertes xəstəliyi (ing. Legg-Calve-Perthes) – çox vaxt Pertes terminindən istifadə olunur. Bud sümüyünün başının osteoxondropatiyasıdır. Çox vaxt 5–10 yaşlı oğlanlarda olur, ayaqda ağrı və axsama yaranır.
Agave
Aqava (lat. Agave) — aqavakimilər fəsiləsinə aid bitki cinsi. Gövdəsiz çoxillik bitki olub, qısa ağaclaşmış gövdəsi vardır. Latınca "Agave" adlanır. Ən çox Amerika və Meksikada geniş yayılmışdır. Öz vətənində bitki çox iridir (3 m). Aqavalar ömründə bir dəfə çiçəkləyir. Buna görə də monokarp bitki adlanırlar. Ömrünün 6–10-cu ilində aqavanın mərkəzi yarpaqlarının arasında çiçək oxu əmələ gəlir, inkişaf edərək 10–12 m hündürlüyə qalxır. Saplağın üzərində 4000-ə qədər çiçək olur.
Eagle
Eagle — 1990-cı illərdə Chrysler və Mitsubishi-nin ortaq olaraq hazırladığı Mitsubishi əsaslı marka. 1999-cu ildə istehsalı dayandırılmışdır. Həmçinin 1966–1969-cu illər arasında Formula 1-də yarışmış markadır.
Haqvi
Haqvi (erm. Հագվի) — Ermənistan Respublikasının Loru mərzində kənd. Rusiya imperiyası zamanına aid rəsmi sənədlərdə kəndin adı Aqvi kimi də qeyd edilir. 7 noyabr 1995–ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995–ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu" na əsasən "Haqvi bələdiyyəsi"ni (erm. Հագվի համայնքի) təşkil edir. 12 – 21 oktyabr 2011–ci il siyahıyaalınmasına əsasən kəndin (de–yuri) daimi əhalisi 402 nəfərdir.
KATV1
KATV1 — Azərbaycanda kabel televiziyası və internet provayder şirkətidir. Bu brendi "AG Telekom" MMC təqdim edir. KATV1 brendi 2005-ci ildə yaradılıb. == Mükafatlar == "Humay” milli mükafatının 25-ci təqdimat mərasimində “AG Telekom” MMC "KATV1” kabel televiziya operatoruna "Azərbaycan televiziyasının inkişafına verdiyi töhvələrə görə, abunəçilərə göstərilən yüksək və keyfiyyətli xidmətinə görə" mükafat təqdim edilib.
Kalpe
Kalpe (isp. Calp) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 23,51 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 29909 nəfərə çatmışdır.
Kalva
Kalva — Azərbaycan Respublikasının Ağsu rayonunun Kalva kənd inzibati ərazi dairəsində kənd. Niyaldağ silsiləsinin ətəyindədir. Qədim türk kökənli kəndidir. Kəndin adı türkcəmizdəki "kalafa" sözündəndir ki, ("kalafa" sözündəki "kala" dilimizdəki "çala" sözüdür) bu da "çala, çökək, dərə yer" anlamındadır. Qədim Kalva dərəyaxasında yerləşdiyinə görə kəndə bu ad verilib. Kəndin adı haqqında bir çox rəvayətlər mövcuddur. Ümumiyyətlə, kəndə qıraqdan baxanda onun coğrafi mövqeyinə görə çalada, çökəkdə yerləşdiyi aydınca görünür. == Tarixi == Bəzi məlumatlara görə Kalvanın ən azı 8–10 əsrlik tarixi var. Belə ki, əvvəllər Şamaxı rayonunun tərkibində olmuş Kalva kəndində hələ xanlıqlar, bəyliklər dövründə yaşayış olub. Bundan başqa Kalvada yerləşən qədim məzarlıqdakı qəbirlərin 200–250 il bundan əvvələ, hətta daha qədim dövrlərə də aid olması aşkarlanıb.
Kanev
Kanev — Çerkassk vilayətində (Ukrayna) şəhər. == Tarixi == Müasir Kanev Ukraynanın Çərkəz vilayətində şəhərdir; əvvəlki adı Xan ev-Xanev, yəni "Xan şəhəri" deməkdir. Dneprin sağ sahilində liman, Taqança dəmiryol stansiyasından 45 km aralıda yerləşir. Xanevin adı tarix mənbələrində XII əsrdən çəkilir. Karamzin "Rus dövlətinin tarixi" əsərində Batı xanın hakimiyyəti illərində bu yerləri səyahətə çıxan italyan dövlətinin elçisi səfir Covanni de Polo Kartiniyə istinad edərək Kiyev yaxınlığında olan Xanev şəhərində moğolların yaşadığını göstərir. Qızıl Orda hökmranlığı dövründə dövlət məmurları olan xan baskaklarının (hərbi hakimləri) idarəsi yerləşən məntəqəyə çevrildi. (1239) Lakin Xanevin türk məskəni olma tarixi bundan daha qədimdir. Xanev tarixən poloves (qıpçaq) yurdu olmuşdur. Tarixi məlumatlardan aydın olur ki, şəhərin əhalisi döyüşkən, hərb işini sevən türk, qara klobuk, berendey və başqa türk qəbilələri hərbi-keşikçi sənəti ilə məşhur idilər; bu şəhər əsasən onların toplanış məntəqəsi idi. Belə ki, Xanevdə hərbi qüvvələr saxlanılırdı, şəhərdə türklərin möhkəm cəbbəxana ehtiyatı olarmış; buradan poloves çöllərinin dərinliklərinə aparan yollar və etibarlı strateji əhəmiyyətə malik olan Kanev uzun tarix boyunca keşikçi məntəqəsi rolu oynamışdı.
Kanqe
Kanqe (kor. 강계시) — Koreya Xalq Demokratik Respublikasının (Şimali Koreya) şimalında yerləşən şəhər, Çaqando vilayətinin inzibati mərkəzi. Şəhər yerləşdiyi yerə görə tarixən strateji əhəmiyyətə malikdir. == Tarixi == Koreya müharibəsi zamanı, Pxenyan şəhərindən qovulduqdan sonra Kim İr Sen və hökuməti müvəqqəti olaraq Kanqe şəhərinə köçmüşdür. == Coğrafiyası == Şəhər, Çanca çayı daxil olmaqla dörd çayın birləşdiyi yerdə yerləşir. == İnzibati bölgüsü == Şəhər 34 məhəlləyə və 2 kəndə bölünmüşdür: == İqlim == Orta illik hava temperaturu — 7,3 °C Havanın nisbi rütubətliyi — 72,6% Orta külək sürəti — 0,5 m/s == Nəqliyyat == Kanqe şəhəri digər şəhərlərə quru yolu, dəmiryolu və hava yolu ilə bağlı olan bir nəqliyyat mərkəzidir. Şəhər Kanqe və Manpo dəmiryolu xəttlərinin qovşağında yerləşir. Bundan əlavə olaraq, avtomobil yolları şəhəri paytaxt Pxenyana və KXDR-ın digər şəhərlərinə birləşdirir. Şəhər, hərbi və mülki məqsədli hava limanının yaxınlığında yerləşir. == Mədəniyyət == Şəhərdə Kanqe Təhsil Universiteti, Kanqe Texnologiya Universiteti və Kanqe Tibb Universiteti yerləşir.
Kağan
Xaqan (q.türk 𐰴𐰍𐰣) — erkən orta əsrlərdə bir çox türkdilli xalqlarda dövlət başçısının titulu. "Xaqan" termininə ilk dəfə çin salnamələrində rast gəlinir. Sonralar Kiyev knyazları da bu titulu qəbul etdilər. Monqol imperiyası dövründə isə bu titul "imperator" mənasında işlədildi. Monqol imperiyasında kaan şəklində idi. == İstifadəsi == Bu titula ilk dəfə qədim çin mənbələrində rast gəlinir. Onlar III yüzillikdə yaşayan syanbilərin ulu xanını belə adlandırırlar. 402-ci ildə jujanlar hun titulu olan şanyünün əvəzinə xaqanı qəbul etmişdilər. 551-ci ildə avarlar və göytürklər bu titulu jujanlardan aldılar. Göytürk xaqanlığı çökdükdən sonra digər türk xalqları — xəzərlər, uyğurlar, qarluqlar, kiməklər və qırğızlar xaqan titulundan istifadə etdilər.
Kağız
Kağız — məktub yazmaq, şəkil çəkmək və ya nəyi isə qablaşdırmaq üçün istifadə edilən xüsusi material. == Tarixi == Kağız Çinin dörd möhtəşəm (barıt, kompas, kağız və kitab çapı) kəşfindən biri sayılır. İlk kağız bizim eradan əvvəl II əsrdə Çində, ipəkdən hazırlanıb. Han sülaləsinin saray əyanı Çay Lon yazırdı ki, o, e.ə. 105-ci ildə tut ağacından kağız istehsal etmişdir. Çində ilk olaraq kağızdan bağlamalar və yazı yazmaq üçün istifadə edilirdi. Tan sülaləsi dövründə ilk tualet kağızı və kağız çay torba və qutucuqları meydana çıxır. Sun imperiyası dövründə ilk kağız pul əskinazı kəsilmişdir. İlk kağız fabriki 794-cü ildə Bağdadda Harun ər-Rəşidin vəzirinin oğlu İbn Fəzl tərəfindən qurulmuşdur. Belə bir fabrik 800-cü ildə Misirdə, 950-ci ildə isə Əndəlüsdə (İspaniya) inşa edilmişdir.
Kirvə
Kirvə sözünün bir neçə mənası ola bilər : Uşaq sünnət olunarkən onu tutan adam. Uşağın kirvəsi. Yaxın adama kişiyə müraciət məqamında işlədilir.
Valve
Valve Corporation — videooyunlar yaradan və nəşr edən ABŞ şirkətidir. 1996-cı ilin noyabrında buraxılan Half-Life oyununu yaratdıqdan sonra bütün dünyaya məşhur oldu. Mərkəzi ofisi Belvyu, Vaşinqtonda yerləşir. Microsoft şirkətində işlədikdən sonra Qeyb Nyuell və Mark Harrinqton 1996-cı ildə Valve Software şirkətini təsis edirlər. Quake mühərrikinə lisenziya aldıqdan sonra onlar Quiver (Half-Life-ın işçi adı) oyununun yaradılmasına başlayırlar. Ssenari üzərində işləmək üçün peşəkar yazıçı, fantast Mark Leydlou dəvət edilmişdir. Oyun ilk dəfə 1997-ci ildə E3-də nümayiş etdirilib və nümayiş etdirildiyi andan əsil hitə çevrilmişdir. Oyunu 1997-ci ildə buraxmaq planlaşdırsalar da reliz 31 oktyabr 1998-ci ildə oldu. Oyun bəyənildi və yaradıcılara məşhurluq gətirdi. Half-Life çıxdıqdan sonra Valve uzun müddət heç nə buraxmırdı.
Yahve
Yahve (ivr. ‏יַהְוֶה/𐤉𐤄𐤅𐤄‏‎, jahˈwe; mənası – "rəbb") — iudaizm və xristianlıqda tanrının çoxsaylı adlarından biri, Cənubi İsrail və Yəhudi çarlıqlarında milli tanrı. Onun dəqiq mənşəyi mübahisəli bir mövzudur, lakin onun mənşəyi erkən dəmir dövrünə, hətta tunc dövrünə qədər gedib çatır. Onun adı Kənan xalqının dininin baş tanrısı olan Elin adından törəmiş ola bilər, ancaq Yahvenin adının ən erkən münasib sadalanması Qədim Misir mətnlərindədir. Bu mətnlərdə Transiordaniyanın cənubunda yaşayan Şasu köçəri tayfasıdır. Ən qədim dini ədəbiyyat nümunələrində Yahve tipik bir Yaxın Şərq "döyüşçü tanrısı"dır, hansı ki, müqəddəs ordusunu İsrailin düşmənlərinə qarşı yürüdür. O, daha sonra İsrail və Yəhudi çarlıqlarının əsas tanrısına çevrilir. Vaxt keçdikcə saray və Yərusəlim məbədi Yahveni bütün kainatın hər bir ilah və ilahənin hər bir müsbət keyfiyyətini daşıyan tanrısı elan edir. Babiloniya sürgününün (e.ə. VI əsr) sonunda özgə tanrıların varlığı inkar edilir və Yahve bütün kainatın qurucusu, bütün dünyanın yeganə tanrısı hesab edilir.
Elektron kağız
Elektron kağız (e-kağız) – adi kağızda çapı imitasiya etmək üçün işlənib hazırlanmış və elektroforez hadisəsinə əsaslanan informasiyanın əksolunması texnologiyası. Görüntünü formalaşdırmaq üçün matrisin işıqlandırılmasına əsaslanan ənənəvi yastı maye-kristal displeylərdən fərqli olaraq, elektron kağız, adi kağız kimi, görüntünü qaytarılmış işıqda formalaşdırır. O, elektrik enerjisi sərf etmədən mətn və qrafik görüntünü yetərincə uzun müddətə saxlaya bilir, enerjidən yalnız görüntünün dəyişməsi zamanı istifadə olunur. Elektron kağızı rəqəmsal kağızdan (DIGITAL PAPER) fərqləndirmək lazımdır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 257 s.
Filippe Sayve
Filippe Sayve (2 iyul 1971, Lyej, Valloniya[d]) — Belçikanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Filippe Sayve Belçikanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 9-cu pillənin sahibi olub. Daha sonra Filippe Sayve Belçikanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub. Filippe Sayve Belçikanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 17-ci pillənin sahibi olub.
Kaede Nakamura
Kaede Nakamura (d. 3 avqust 1991) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Kalva bələdiyyəsi
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Kalvi (rayon)
Kalvi (fr. Calvi) — Fransanın Korsika regionun rayonlarından biri. Departamenti — Yuxarı Korsika. Suprefektura — Kalvi. Rayon əhalisi 2006-cı ildə 19 395 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 23 nəf / km². Rayon ərazisi — 861 km².
Kağan (Özbəkistan)
Kağan (özb. Kogon) — Özbəkistanın Buxara vilayətində şəhər. 1989-cu ildə əhalisi 48.054 nəfər imiş. Kağan keçmişdə Yeni Buxara (özb. Yangi Buxoro) kimi tanınarmış. == Tarix == Rus imperatorluğu yeni torpaqları imperiyanın mərkəzi ilə sürətli bir şəkildə çağdaş ticarət yolları ilə birləşdirməyə çalışırdı. Bu problemin ən yaxşı həlli dəmir yollarının tikintisi idi. Kağan dəmiryolu işçiləri üçün Rusiyanın Yeni Buxara kəndi kimi quruldu. 1888-ci ildə Transxəzər dəmir yolu xəttindəki stansiyalara və yollara qulluq göstərmək üçün Buxaradan 12 kilometr aralıda tikilən kənd, neçə ildən sonra bir növ səfirlik şəhərinə çevrildi. O dönəmlərdə yaşayış binalarının tikintisi üçün torpaq sahələri Buxara hökumətindən hər kvadrat sazen üçün təxminən 50 qəpik (3 Buxara tengəsi) qiymətinə satılırdı.
Kağız formatı
Kağız formatı və ya A formatları — beynəlxalq İSO standartlarına müvafiq olaraq, ən böyük ölçüsü A0, ən kiçik ölçüsü isə A10 sayılır; yəni A4 (210x297 mm), A0 (841x1189 mm), A10 (26x37 mm). Müvafiq olaraq digər nəşr formatları çap vərəqinin qatlanması ilə alınır. Tərəflərin uzunluğu 1:2 nisbətdə götürülür. == Ədəbiyyat == Əliquliyev R. M., Şükürlü S. F., Kazımova S. İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009. 201 s.
Kağız kağızağacı
Kağız kağızağacı (lat. Broussonetia papyrifera) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin kağızağac cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Çin və Yaponiyadır == Botaniki təsviri == Hündürlüyü 12 m-ə çatan, sıx çətirli ağac və ya koldur. İkievli bitkidir. Gövdəsinin qabığı qırmızımtıl-boz rəngdədir. Budaqları yoğun və nisbətən qısadır. Yarpağın uzunluğu 3–5 sm, eni 1–3 sm-ə çatıb, növbəli və ya spiral şəklində düzülmüş, tamkənarlı və ya üç dilimlidir. Yarpağın əsas hissəsi ürəkvari, dərin oyuğa malikdir. Yarpağın üst tərəfi, cod, tünd yaşıl, alt tərəfi isə hamar, gümüşü-boz rəngdə, yumşaq və sıx məxmərə oxşar tükcüklərlə örtülmüşdür. Yarpaq saplağı 2–5 sm uzunluqda olur.
Kağız kəsmə
Kağız kəsmə ― kağız dizaynı sənətidir. Bu sənət bütün dünyada fərqli mədəni üslublara uyğunlaşmaq üçün özünəməxsus şəkildə inkişaf etmişdir. Ən çox üslubun ortaq olduğu ənənəvi bir fərq, dizaynların kollajdakı kimi bir çox bitişik təbəqədən fərqli olaraq tək bir vərəqdən kəsilməsidir. == Tarixi == Çin rəsmisi Cai Lun, MT 105-ci ildə kağız icad etdikdən sonra MT 4-cü əsrdə Han sülaləsi dövründə kağız kəsmə sənəti meydana çıxdı. Ən qədim kağız Çində Sintszyan-Uyğur Muxtar Rayonunda tapılan 6-cı əsrin Altı Xanədanlığı dövrünə aid simmetrik bir dairədir. Sun və Tan sülalələri dövründə məşhur dekorativ sənət növü olaraq kağız kəsmə tətbiq olunmağa davam etdi. Səkkizinci və ya doqquzuncu əsrdə kağız kəsimi Qərbi Asiyada və XVI əsrdə Türkiyədə ortaya çıxdı. Kağız düzəltmə haqqında biliklər 13-cü əsrə qədər Avropaya çatmadı, buna görə kağız kəsmə yalnız bundan sonra həmin ərazilərdə yayılmışdır. Məsələn İsveçrə və Almaniyada yalnız 16-cı əsrdə kağız sənəti yayılmağa başladı. == Çində == Tszyançji (剪紙), Çində ənənəvi bir kağız kəsmə üslubudur və zəngin Çin naxışları üçün naxışların kəsilməsindən əmələ gəlmiş və daha sonra özlüyündə bir xalq sənətinə çevrilmişdir.