KAHVALTI
KAHVERENGİ
OBASTAN VİKİ
Adnan Kahveçi
Adnan Kahveci (tam adı: Adnan Kahveçi, türk. Adnan Kahveci; 20 fevral 1949, Trabzon – 5 fevral 1993, Bolu) — elektrik mühəndisliyi üzrə professor, sabiq Türkiyə deputatı, sabiq maliyyə və gömrük naziri. == Həyatı == 1949-cu ildə Trabzonun Körpübaşı mahalı Beşköy diyarının Yılmazlar kəndində anadan olmuşdur. İbtidai məktəb illərində "Milliyyət" qəzetinin keçirdiyi yarışmada birinci olmuşdur. Təhsilinə İstanbul Kabataş Liseyində davam etmişdir. 1966-cı ildə cari ilin birincisi kmii məzun olmuşdur. Universitetə qəbul imtahanında birinci olmuş və İstanbul Universitetinə daxil olmuşdur. Təhsilinə ABŞ-də İndianadakı Purdue Universitetində davam edərək elektrik mühəndisi ixtisası üzrə məzun olmuşdur. Missuri Universitetində doktorluq dissertasiyasını müdafiə etmişdir. Bu universitetdə bir müddət akademik işlərinə davam etdikdən sonra Türkiyəyə qayıdaraq Boğaziçi Universitetində pedaqoji fəaliyyətə başlamışdır.
Nihat Kahveçi
Nihat Kahveçi 2002-ci ilin yanvarından İspaniya klublarının şərəfini qoruyub. O, 4,5 il "Real-Sosyedad"da, 3 il isə "Vilyareal"da çıxış edib. Ümumilikdə "La Liga"da 195 oyuna çıxan forvard 75 qol vurub. 2009-cu ilin iyununda 7,5 ildən sonra "Beşiktaş"a qayıdıb. "Beşiktaş" onu sonuncu klubu "Vilyareal"dan 5,5 milyon avroya alıb. Kahveçi ilə müqavilə 3 illikdir. Anlaşmaya əsasən, futbolçu hər il 3 milyon avro alacaq. Qeyd edək ki, 2000-ci ildən Türkiyə millisinə çağırılan Nihat 62 oyunda 17 qol vurub.
İrfan Can Kahveci
İrfan Can Kahveci (15 iyul 1995) — Türk futbolçusu. "Fənərbaxça" klubunun Yarımmüdafiəçisidir.
İrfan Kahveçi
İrfan Can Kahveci (15 iyul 1995) — Türkiyəli peşəkar futbolçu. Türkiə Super Liqasında mübarizə aparan "Fənərbaxça" klubunun və Türkiyə milli komandasının mərkəz yarımmüdafiəçisi. == Klub karyerası == === Gənclərbirliyi === "Gənclərbirliyi" klubunun yetirməsidir. "Gənclərbirliyi" klubunun gənclər heyətində oynadıqdan sonra 2014–15 mövsümündə əsas komandada debüt edir. Türkiyə Super Liqasında ilk qolunu, 9 noyabr 2014 tarixində "Kasımpaşa" klubuna qarşı oyunda vurur. Debüt mövsümündə ümumi 30 oyunda meydana çıxıb 6 qol vurur. "Gənclərbirliyi"ndə keçirdiyi ikinci mövsumdə, bütün yarışlarda 33 oyunda meydanda olub 3 dəfə qol ilə fərqlənir. === İstanbul Başakşehir === 26 dekabr 2016-cı ildə Kahveci, "İstanbul Başakşehir" klubu ilə 4,5 illik müqavilə imzalayır.Futbolçu 2 dekabr 2020-ci ildə UEFA Çempionlar Liqasında "RB Leypsiq" klubuna qarşı oyunda het-trik edir, lakin komandası oyunda 3–4 hesabı ilə məğlub olur. Bu het-trik ilə o, Ronaldo və Qaret Beyldən sonra Çempionlar Liqasında komandası məğlub olsada het-trik edən üçüncü futbolçu olur. === Fənərbaxça === 31 yanvar 2021-ci ildə "Fənərbaxça" klubu, öz rəsmi Twitter hesabında Kahveçinin komandaya qoşulduğunu elan edir.