Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Benin
Benin Respublikası (fr. République du Bénin; yor. Orílẹ̀-èdè Olómìnira ilẹ̀ Benin), Benin (fr. Bénin; yor. Benin — Qərbi Afrikada dövlət, rəsmi adı Benin Respublikası. 1975-ci ilədək Daqomeya) — Qərbi Afrikada dövlət. Benin körfəzinə və Qvineya körfəzinə çıxışı var. Şimalda Burkina Faso və Niger, şərqdə – Nigeriya, qərbdə Toqo ilə həmsərhəddir. Paytaxtı — Porto-Novo, ancaq hökumət ölkənin ən böyük şəhəri olan Kotonuda yerləşir. == Tarix == === Ən qədim dövrlərdən XIX əsrin sonlarınadək === Müasir Benin dövlətinin şimalında qurma tayfaları məskunlaşmışdı, sonralar onlar müasir Nigeriya ərazisindən gələn barba tayfaları tərəfindən sıxışdırıldılar.
Kecin
Kecin (fars. كجين‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 17 nəfər yaşayır (5 ailə).
Kəbin
Nikah, kəbin, izdivac — evlənmənin qanuni şəklə salınması. Azərbaycan Respublikasında nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Ailə dövlətin himayəsindədir. Azərbaycanda ailə-nikah hüquqları ailə və nikah haqqında Azərbaycan Respublikasının Ailə Məcəlləsində öz əksini tapmışdır; bu məcəllə Azərbaycan Respublikasının Konstitusiyasında qoyulmuş qaydalara əsasən nikahı tənzimləyir. Azərbaycanın Əsas Qanununun 34-cü maddəsinə uyğun olaraq "nikah qarşılıqlı razılıq əsasında bağlanır", "nikah dövlətin himayəsi altındadır", "ər və arvadın hüquqları bərabərdir". Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Azərbaycan Respublikasında nikah bağlamaq üçün aşağı yaş həddi kişilər və qadınlar üçün 18 yaş müəyyən olunur. Ər-arvadın soyad seçmək hüququ - Ər-arvad öz arzuları ilə onlardan birinin soyadını özləri üçün ümumi soyad seçə , yaxud onlardan hər biri nikahdan əvvəlki soyadını saxlaya və ya öz ərinin (arvadının) soyadını öz soyadı ilə birləşdirə bilər Mütə — İslamın bəzi məzhəblərində evlənməsi qadağan olmayan qadın və kişi arasında bağlanmış müvəqqəti nikah. Böyük Britaniyada 1836-cı ildən 2012-ci ilədək axşam saat 6-dan səhər saat 8-dək nikah bağlamaq qadağan edilmişdir.
Kənan
Kənan (finik. kĕnaʿan, ivr. ‏כְּנַעַן‏‎ , ərəb. کنعان‎) — Bərəkətli Hilalın qərb hissəsidir. Bu ad Finikiya sözündən və dilindən törəyib. Tarixi qaynaqlarda "Kənan diyarı" olaraq adlandırılan yer, hal-hazırda Fələstin və İsrailin yerləşdiyi torpaqlardır. Bu torpaqlar tarix boyunca bir çox peyğəmbərin yaşadığı, xalqlarını Allahın varlığına və birliyinə dəvət etdiyi, üzərində bir çox müqəddəs yerlərin yerləşdiyi mübarək torpaqlardır. Buna görə də, Kənan diyarı hər üç İlahi dinin mənsubları (müsəlmanlar, yəhudilər və xristianlar) üçün də müqəddəs torpaqlardır. Üç ilahi dinin mənsublarını bir yerə toplayan bu müqəddəs məkan, dinlərindəki ortaq yönləri tanıdıqları və bir olan Allaha inandıqları üçün bir-birlərinə sevgi və hörmət duymalarına səbəb olması baxımından da son dərəcə əhəmiyyətlidir. Kənan diyarı olaraq ifadə olunan torpaqlarda və əlbəttə bütün dünyada eyni peyğəmbərlərə iman edənlərin bir yerdə təhlükəsizlik, sevgi və dinclik içində yaşamaları, bütün möminlərin könüldən istəyəcəkləri, bundan sevinc və xoşbəxtlik duyacaqları bir vəziyyətdir.
Kəniz
Konkubina (lat. concubina con — birgə, və cubare — uzanmaq) — Qədim Romada kəniz ya odaliska, maddi və şəxsi cəhətdən asılı, və ya kölə olan daimi məşuqə, aşna, "nikahdan kənar arvad", "yataq yığışdıran qadın", aşağı təbəqədən olan birgə yaşayışa cəlb olunmuş subay qadınlara deyilirdi. Bu münasibətdən dünyaya gələn uşaqlara qanundan və ya nikahdan kənar uşaqlar deyilirdi.. Çoxarvadlılıqda olduğundan fərqli olaraq konkubinaların uşaqları ata mülkünə vərəsəlik hüququna malik deyildilər. Konkubina ilə münasibət toy mərasimi olmadan qurulurdu. Konkubinalar digər bir kişi ilə münasibət qura bilərdi ki, bu zaman onun əvvəlki partnyoru bu halla razılaşmalı olurdu. Konkubinalar fahişə sayılmadıqlarına görə onlar kurtizanka ola bilməzdilər. Roma hüququna görə kişi və qadın münasibətləri evlilik olmadan da mümkün idi. Bu münasibət konkubinat (lat. concubitus cinsi əlaqə, intim münasibət mənasını verir) adlanırdı.
Lenin
Vladimir İliç Ulyanov və ya qısaca Lenin (rus. Влади́мир Ильи́ч Ле́нин, 22 aprel 1870[…], Simbirsk, Simbirsk quberniyası[d], Rusiya imperiyası – 21 yanvar 1924[…]) — rus inqilabçısı, marksist, publisist, leninizm nəzəriyyəsinin yaradıcısı, SSRİ-in qurucusu. Vladimir Lenin tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. Lenin (həqiqi soyadı Ulyanov) Vladimir İliç KP (B) partiyasının və Sovetlərin qurucusudur. Vladimir İliç Ulyanov Simbirskdə xalq məktəbi inspektorunun — İlya Nikolayeviç Ulyanovun (1831–1886) ailəsində anadan olmuşdur. Onun atasının şəxsi (qeyri-irsi) dvoryanlığı olmuşdur. Leninin ailəsi çoxmillətli olmuşdur və onun kökündə bir neçə millətlilik özünü daha qabarıq göstərir — çuvaş, kalmık, rus, alman, yəhudi, isveç. Lenin ata tərəfindən babası Nikolay Vasilyeviç Ulyanov milliyyətcə çuvaş olmuşdur. Daha sonralar atası milliyyətcə kalmık, anası isə bəzi məlumatlara görə rus olan Anna Alekseyevna Smirnova ilə evlənmişdir. Nikolay Ulyanovun ölümündən sonra isə İlya Ulyanovun qayğısına onun böyük qardaşı Vasili Ulyanov qalmışdır.
Cenin
Cenin (ərəb. جنين‎) — Fələstin Muxtariyyətinin İordan çayının qərb sahilində yerləşən şəhəri, Fələstin Milli Administrasiyasının (PNA) eyni adlı vilayətinin inzibati mərkəzi. Roma dövründə qəsəbə samariyalı Ginae kəndi kimi tanınırdı. 12-ci əsrdə Yakut əl-Həməvi Cenini "çoxlu bulaqlar olan kiçik gözəl şəhər" kimi təsvir etmişdir. Osmanlı imperiyası dövründə Cenin eyniadlı naxiyanın (nahiyənin) mərkəzi idi, 1596-cı il siyahıyaalınmasına görə burada 8 təsərrüfat var idi. 1882-ci ildə əhalisi 3 minə yaxın idi, 2 ailə xristian, qalanları müsəlman idi. 1922-ci ildə əhalinin sayı 2637 nəfər idi, onlardan 7 yəhudi, 108 xristian, 215 hindu və sikx, qalanları isə müsəlman idi. Şəhər 1930-cu illərdə Fələstinin İngiltərənin nəzarəti altında olduğu zaman şöhrət qazanmışdı. 1938-ci ilin yayında yerli ərəb Cenində ingilis müstəmləkəçi məmurunu öldürdü. Qətldə şübhəli bilinən yaraqlı qaçmaq istəyərkən tutularaq güllələnib.
Knin
Knin (xorv. Knin) — Xorvatiyanın Şibenik-Knin qraflığında, Dalmatiya diyarnın iç bölgəsində yerləşən şəhər. Şəhər Krka çayının mənbəyinin yaxınlığında olub Zaqreb ilə Split arasındakı qovşağın və dəmiryol xətləri üzərindədir. Knin şəhərinin əhəmiyyəti tarixdə iki dəfə artmışdır. Həm orta əsrlərin Xorvatiya Krallığının, həm də XX əsrin sonunda Krayina Serb Respublikasının paytaxtı olmuşdur. Orta əsrlərdə şəhər macarca Tinin, italyanca Tenin, latınca Tinum adlanmışdır. Tinum sözü indi də bir yepiskop titulu adı kimi işlənməkdədir. Knin şəhəri Dalmatiya diyarında yerləşmiş olub sahil şəhəri Şibenikdən 56 km uzaqlıqdadır. Şəhərin yaxınlığında Knin meşəsi, Krka çayı, Dinar Alp dağları yerləşir. Şəhərin başlıca futbol klubu 1913-cü ildə qurulmuş "Dinara" FK-dır.
Kenin-Lopsan Monquş
Kenin-Lopsan Monquş (tıva Моңгуш Бора-Хөө оглу Кенин-Лопсаң 10 aprel 1925, Xonderqey[d] – 10 fevral 2022) — şair, nəsr yazıçısı, tərcüməçi, etnoqraf, tarix elmləri doktoru, Tıva Respublikasının Xalq Yazıçısı (1991), Tıva Muxtar Sovet Sosialist Respublikasının əməkdar mədəniyyət işçisi (1980), RSFSR-ın əməkdar mədəniyyət işçisi (1985), Tıva Respublikasının əməkdar elm xadimi (2004), Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, Ənənəvi Mədəniyyət Tədqiqatçısı və Təbliğatçısı, "Dungur" Şamanlar Respublika Cəmiyyətinin prezidenti, uluslararası "Şamanizmin Yaşayan Xəzinəsi" titulunun sahibi. Kenin-Lopsan Monquş 10 aprel 1925-ci ildə Tuva Xalq Respublikasının Cun-Xemçik rayonunun Çaş-Tal kəndində anadan olmuşdur. Ailənin altıncı uşaqdır. 2 nömrəli Qızıl Milli Məktəbinin ilk məzunlarından biridir. Leninqrad Dövlət Universitetinin Şərq şöbəsini bitirib (1952). SSRİ Elmlər Akademiyasının Leninqrad Etnoqrafiya İnstitutunda "Tıva şamanizmi poetikası və süjetləri" (1982) mövzusunda namizədlik dissertasiyasını, "Tuva şamanizminin şaman folklor materiallarına əsaslanan etnoqrafik tədqiqi problemləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edir. Sankt-Peterburqda,Rusiya Elmlər Akademiyasının Böyük Pyotr adına Antropologiya və Etnoqrafiya Muzeyində "Şaman folkloru materialları əsasında Tıva şamanlığının öyrənilməsinin etnoqrafik problemləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edir. Qızıl Pedaqoji Məktəbində Tuva dili və ədəbiyyatı müəllimi, Tıva Kitab Nəşriyyat Evində redaktor, 1964-cü ildən "Aldan Maadır" adına Respublika Diyarşünaslıq muzeyində aparıcı tədqiqatçı işləmişdir. Onun Novosibirskdə SSRİ Elmlər Akademiyasının Sibir bölməsinin Tarix, filologiya və filosofiya İnstitutunda yayınlanmış “Tıva şamanlığının ayin praktikası və folkloru. XIX yüzilliyin sonu – XX yüzilliyin başlanğıcı” monoqrafiyası böyük populyarlıq qazanmışdır.
Duqlas Kenni
Duqlas Kenni (ing. Douglas Kenney; 10 dekabr 1946 – 27 avqust 1980, Kauai adası, Havay) — amerikalı komediyaçı. Məşhur yumor jurnalı olan "National Lampoon"-un yaradıcısı və yazıçısı. Həmçinin "Animal House" və "Caddyshack" kimi kult filmlərin də ssenari müəllifi və istehsalçısı idi. Duqlas Kenni 10 dekabr, 1946-cı ildə Floridada dünyaya gəlmişdi. Daha uşaq yaşlarında olarkən ailənin sevimlisi olan böyük qardaşı vəfat edir. Bu hadisədən sonra Duqlas özünü daim ölmüş qardaşının kölgəsində hiss edir və buna görə də ailəsi ilə arasında müəyyən problemlər yaranır. İlk təhsilini katolik məktəbində alan Duqlas Kenni daha sonradan Harvard Universitetində təhsilini davam edir. Burada o, öz yaxın dostu Henri Bird ilə birlikdə universitein yumor jurnalı olan The Harvard Lampoon jurnalını yaradır. Henri ilə birgə parodiya romanları və zarafatlar yazan Duqlas daha sonradan məşhurluq qazanacaq National Lampoon jurnalının əsasını da burada qoyur.
Kanin Kamen
Kanin Kamen — Kanin yarımadasının şimalında, yaylaya bənzər tirə. İnzibati baxımdan Rusiya, Arxangelsk vilayəti, Nenets Muxtar Dairəsi ərazisinə daxildir. Kanin Kamen Timanski tirəsinin davamını təşkil edir. Tirə kristalik şistdən təşkil olunmuşdur. Onun maksimal hündürlüyü 241 metrdir. Şimal-qərb qutaracağı Kanin Nos, cənub-şərq qutaracağı isə Mikulkin Nos burnunu əmələ gətirir.
Kanin Nos
Kanin Nos — Rusiyanın Nenets Muxtar Dairəsi ərazisində, Ağ dəniz ilə Barens dənizi arasında yerləşən burun. Sahilləri sıldırımlıdır. burada hündürlük 15-20 m arasında dəyişir. Kanin yarımadasının şimal-qərb nöqtəsini təkil edir. Ərazi tundra bitkiləri ilə örtülüdür. Maralçılıq inkişaf etmişdir. Burunda 1915-ci ildə Hidrometeoloji stansiya quraşdırılmışdır. Eyni adlı mayakda 1915-ci ildə inşa edilmişdir və bu gündə fəaliyyət göstərir. Orta illik temperatur −0,5° C təkil edir. Ən soyuq ay fevral, ən isti ay isə avqustdur.
Kanin yarımadası
Kanin yarımadası — Nenets Muxtar Dairəsi ərazisinə daxil olan. Barens dənizinin Çyoş buxtası ilə Ağ dənizi arasında yerləşir. Doqquz min il əvvəl Kanin yarımadası Kande Nos adası olmuşdur. Vaxtı ilə ada ilə materik arasında olan boğaz qumla dolmuş və ada yarımadaya çerilmişdir. Yarımadanın sahəsi 10,5 min. km², şimaldan cənuba uzunluğu 300 km-dir. Yarımdanın şimal sahəsinin böyük hissəsini Kanin Kamen tirəsi təşkil edir. Tirə çimal-qərbdən cənub-şərqə doğru uzanır. Yarımadanın maksimal hündürlüyü 242 metrdir. Şimal-qərb qutaracağı Kanin Nos, cənub-şərq qutaracağı isə Mikulkin Nos adlanır.
Kevin Bikner
Kevin Bikner (23 sentyabr 1996) — ABŞ-lı tramplindən xizəklə tullanan. O, 19 mart 2017-ci ildə Vikersundda 244.5 m məsafəyə tullanaraq ölkə rekordunu yeniləmişdir.
Kevin Borg
Kevin Borg (9 iyun 1986) — Maltalı müğənnidir. Idol 2008 İsveç qalibi.
Kevin Borq
Kevin Borg (9 iyun 1986) — Maltalı müğənnidir. Idol 2008 İsveç qalibi.
Kevin Conas
Pol Kevin Conas II (ing. Paul Kevin Jonas II; 5 noyabr 1987) — amerikalı müğənni və aktyor, Jonas Brothers qrupunun ifaçısı.
Kevin Durant
Kevin Ueyn Durant (ing. Kevin Wayne Durant; 29 sentyabr 1988) — Amerikalı peşəkar basketbol oyunçusu. Milli Basketbol Asossasiyası komandalarından olan Foniks Sansda forma geyir. "Durantula" və "KD" kimi ləqəbləri olan Durant, yaxın hücumçu və uzaq hücumçu mövqelərində oynayır. Karyerası dövründə bir NBA Çempionu, bir NBA Finalları Ən Dəyərli Oyunçu Mükafatı, bir NBA Ən Dəyərli Oyunçu Mükafatı, bir NBA All-Star oyunu Ən Dəyərli Oyunçu Mükafatı, dörd NBA basket sayı Lideri, bir NBA İlin Gənc Oyunçusu və iki "Olimpiya Oyunları qızılı" mükafatları var. Durant həmçinin səkkiz dəfə "All-Star" heyətinə düşüb və bunların yeddisində də NBA İlin ən yaxşı beşliyinə seçilib. Lisey karyerasının ardından Texas Universitetində bir mövsüm forma geyən Durant, buradakı gənclər liqasında "İlin kollec liqası" oyunçusu seçildi. Universitet karyerasının ardından 2007 NBA Seçmələrinə qatıldı və Sietl Supersoniks tərəfindən seçildi. Bundan sonra Durantın komandası olan Supersoniks Oklahoma şəhərinə daşındı və adı Oklahoma-Siti Tander olaraq dəyişdirildi. 2012-ci ildə komandası ilə bərabər karyerasında ilk dəfə NBA Finallarına yüksəldi, ancaq Mayami Hitə beş oyun sonrası 4–1 məğlub oldular.
Kevin Fayqi
Kevin Fayqi (2 iyun 1973, Boston) – amerikalı film prodüseri və Marvel Studios-un prezidenti. Fayqi tərəfindən istehsal olunan filmlər ümumilikdə bütün dünyada 10 milyard $ gəlir əldə etmişdir. Fayqi həyatının 10 ilini Nyu-Cersidə keçirib. Babası 1950-ci illərdə televiziya prodüseri olub, "Yol göstərən işıq" və "Dünya dönən kimi" sabun operalarında işləyib. Liseyi bitirəndən sonra sevimli rejissorları Robert Zemekis, Ron Hovard və Corc Lukasın da oxuduğu Cənubi Kaliforniya Universitetinə müraciət edib. İlk beş müraciəti rədd olunsa da, altıncı cəhddə universitetə qəbul olunub. Onun ilk işləri Louren Şoler Donnerə "Sizə məktub var" və "Vulkan" filmlərində kömək etmək olub. 2000-ci ildə Marvel tərəfindən prodüser kimi işə alınıb. İlk İks-adamlar filminin istehsalı zamanı Donner onun Marvel kainatı sahəsində biliklərinə görə Fayqini prodüser təyin edib. Avi Arad onun fəaliyyətindən təsirlənib və Fayqi Marvel Studios üçün işləməyə başlayıb.
Kevin Filips
Kevin Fillips — karyerasını bitirmiş ingilis futbolçu. Hücumçu mövqeyində oynayırdı. 1999–2000 mövsümündə Sanderlend klubunda atdığı 30 qola görə Qızıl buts mükafatını qazanmışdır.
Kevin Fillips
Kevin Fillips — karyerasını bitirmiş ingilis futbolçu. Hücumçu mövqeyində oynayırdı. 1999–2000 mövsümündə Sanderlend klubunda atdığı 30 qola görə Qızıl buts mükafatını qazanmışdır.
Kevin Hart
Kevin Hart (6 iyul 1979, Filadelfiya, Pensilvaniya və ya ABŞ) — Amerikalı komediyaçı, aktyor və prodüser. Kevin Darnell Hart 6 iyul 1979-cu ildə ABŞ-nin Pensilvaniya ştatının Filadelfiya şəhərində doğulub. Atası kokain aludəçisi idi və Hartın uşaqlıq illəri ərzində həbsxanaya girib çıxıb. Hart anası Nensi Hart tərəfindən tək böyüdülüb. Robert Hart adlı qardaşı var. 14 aprel 2013-cü ildə sərxoş vəziyyətdə avtomobil sürdüyü üçün Kaliforniyada həbs edilib.
Kevin Karter
Kevin Karter (ing. Kevin Carter; 13 sentyabr 1960, Yohannesburq, Transvaal[d] – 27 iyul 1994[…], Yohannesburq) — Cənubi Afrika Respublikasından (CAR) olan fotojurnalist və 1993-cü ildə Sudanda aclığı təsvir etdiyi fotoya görə Pulitser mükafatının sahibi. O, 1990-1994-cü illərdə Cənubi Afrikada fəaliyyət göstərmiş “Bang-Bang Club”un üzvü olmuşdur. 33 yaşında intihar etmişdir. Onun hekayəsi 2010-cu ildə çəkilmiş “Bang-Bang Club” filmində nümayiş olunmuşdur. Bu filmdə onun obrazını Teylor Kits canlandırmışdır. Kevin Karter Yohannesburq şəhərində anadan olmuşdur. Karter orta sinfə məxsus rayonda böyümüşdür. Bu rayonda ancaq ağdərili insanlar yaşamışdır. O, uşaqlıqda bu rayonda qeyri-qanuni yaşayan qaradərililərin həbs edilməsi üçün həyata keçirilən bir sıra polis reydlərinin şahidi olmuşdur.
Kevin Klayn
Kevin Delani Klayn (24 oktyabr 1947[…], Sent-Luis, Missuri) — ABŞ kino aktyoru.
Kevin Kostner
Kevin Kostner (18 yanvar 1955[…], Linvud[d], Kaliforniya) — ABŞ aktyoru. Kevin Maykl Kostner 1955-ci il yanvarın 18-də Kaliforniya ştatında ortabab bir ailədə doğulub. Anası Şaron Kostner səhiyyə işçisi, atası Vilyam isə çilingər idi. Kevin Kostner yeniyetmə illərində xarici görünüşünə görə çox utanırdı: kök, 1,85 metr boyuna görə belini əyib gəzən, böyük burnunu eynəyin altında gizlətməyə çalışan yöndəmsiz oğlan məktəbdə gülüş hədəfi idi. Onun qız dostu da yox idi. Nəhayət ki, dərdini atasına açır. O, isə oğluna güclü bədənə sahib olmaq üçün idmanla məşğul olmağı məsləhət görür. Həmin gündən qonşu qızlar hər səhər pəncərədən tövşüyə-tövşüyə qaçan Kevinə tamaşa edib gülürdülər. Həddən artıq təvazökar və hissiyatlı Kevin pərtliyini gizlədib, bəxtinin üzünə güləcəyi günü gözləyirdi: Yəqin, yaxşı iş tapandan və böyük bir evim olandan sonra məni sevən tapılacaq deyə düşünürdü. Məktəbi birtəhər başa vurub biznes kollecinə daxil olanda tarım və qamətli bədəni, geniş çiyinləri və məsum, dumduru mavi gözləri olan Kevini kurs qızları gözaltı edir, amma Kevinin içindəki o qorxaq uşaq hələ də qalırdı.