Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
T-killah
Aleksandr İvanoviç Tarasov (Taras və T-killah təxəllüsləri ilə tanınır; 30 aprel 1989, Moskva) — rus rep/hip-hop/R’n’B ifaçısı. 2010-cu ildə «Над землей» mahnısı ilə tanınmışdır. Bu mahnını o ilk dəfə duet şəklində məşhur müğənni - Anastasiya Koçetkova ilə ifa edir. == Həyatı == Aleksandr 30 aprel 1989-cu ildə Moskvada anadan olmuşdur. O, Daxili İşlər Nazirliyinin İqtisadi Təhlükəsizlik Akademiyasında, sonra isə Moskva İqtisadiyyat məktəbində təhsil alıb. Amma onun uşaqlıq arzularından biri musiqiçi olmaq idi. Buna görə də o musiqi təhsili alır. Səhnə təxəllüsü olan T-killah-ı Aleksandr eyniadlı içki ilə (tekila) uğursuz tanışlığından sonra götürüb. Aleksandrın əsas hobbiləri - musiqi və idman, xüsusilə - futbol və basketboldur. Aleksandr həmçinin boksla və 7 il ərzində peşəkar voleybolla məşğul olub.
Kaslar
Kassitlər — Cənubi Azərbaycanda və Luristanda məskunlaşmış qədim maldar tayfaları. Kassitlər özlərini "kaşşu" adlandırırmışlar. Mənbələrdə kassitlərin adı ilk dəfə e.ə. XXIII əsrdə çəkilir. Mənbələrdə kassitlərin məskunlaşdığı ərazi "Kaşşen" adlanır. Bir sıra Azərbaycan tarixçiləri hesab edirlər ki, antik müəlliflərin kaspiləri kassitlərlə qohumdurlar. Azərbaycan türklərinin etnogenezində mühüm rol oynamış türkmənşəli tayfalardan biri də kassilərdir (kaslar). Lakin Azərbaycanda yaşamış digər prototürk etnoslar kimi kassilər (kaslar) də uzun müddət tarixşünaslıqda elamdilli və ya hürridilli kimi tanınmışlar. Onların e.ə. V əsrdən adı çəkilən kaspilərlə qohumluğu güman edilir və yalnız elam dilində cəm bildirən "-p" şəkilçisinə görə kaspiləri elamdilli hesab edirdilər.
Qışlaq
Qışlaq (yataq) — sığırxana, yataq və yaşayış məskəni.Yaşayış məntəqələri AzərbaycandaQışlaq (Cəbrayıl) — Cəbrayıl rayonunda kənd. Qışlaq (Xocalı) — Xocalı rayonunda kənd. Qışlaq (Laçın) — Laçın rayonunda kənd. Qışlaq (Kələxan, Lerik) — Lerik rayonunun Kələxan kənd inzibati ərazi dairəsində kənd. Qışlaq (Piran, Lerik) — Lerik rayonunun Piran kənd inzibati ərazi dairəsində kənd. Qışlaq (Tülüconu, Lerik) — Lerik rayonunun Tülüconu kənd inzibati ərazi dairəsində kənd.Oxşar toponimlərAşağı Qışlaq — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Aydınqışlaq — Qəbələ rayonunda kənd. Böyük Qışlaq — Tovuz rayonunda kənd. Kolqışlaq — Ağdam rayonunda kənd. Qımılqışlaq Qızıl Qışlaq Nohurqışlaq — Qəbələ rayonunda kənd.
Gilah
Gilah—Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Yaşayış məntəqəsi ləzgilərin məskunlaşdığı kəndlərdəndir. Oykonim gilək etnoniminin bir qədər təhrifə uğramış formasıdır. == Coğrafiyası və iqlimi == Kənd Qusar maili düzənliyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 98 nəfər əhali yaşayır.
Islam
İslam (ərəb. الإسلام‎, əl-'islām) — monoteist ibrahimi dinlərdən biri.. == İslam dini == "İslam" adı, s-l-m (سلم) kökündən törəmişdir. Bu kökün ümumi olaraq qəbul edilən iki anlamı vardır: sülh (salam da bu kökdəndir); boyun əymək, itaət etmək (Allaha təslim olmaq).İslam tək olan Allaha (ərəb. الله‎) itaət etmək deməkdir. İslamın əsas ehkamı tövhid, nübuvvət və məaddır. Tövhid – Allahı ibadətə layiq olan yeganə haqq, məbud bilməkdir. Bu özündə həmçinin Allahın adil (ədalətli) olmasını ehtiva edir, yəni O, hər bir şeyi hikmət üzündən yaradır. Nübuvvət – sonuncusu Məhəmməd peyğəmbər olmaqla 124 000 peyğəmbərin Allah tərəfindən insanları haqqa dəvət etmək üçün seçdiyinə, eləcə də mələklərə və onların peyğəmbərlərə gətirdiyi vəhyə və bu kitablara iman gətirməkdir. Məad – hər bir insanın dünyasını dəyişməsinə və Qiyamət günü dirildilərək Allah qarşısında hesab verməsinə iman gətirmək.İslam dinini qəbul edənlər müsəlman adlanırlar.
Külah
Külah — Azərbaycanda tarixən mövcud olmuş baş geyim formalarından biri. == Haqqında == Farsca “papaq” mənasını bildirən külah oğuzlar arasında hələ ilk orta əsrlərdən məlum idi. Kəndlilər, şəhər yoxsulları “kulah-namad” adlanan oval formalı keçə külah, orta və yuxarı zümrələr isə konusvarı formalı hündür külah geyirdilər. Kitabi Dədə Qorqud dastanlarında kişi baş geyim kimi külah haqqında qeyd olunur ki, “...altı ögəc dərisindən, külah etsə, qulaqlarını örtməyən, qolu-budı xaranca, uzun baldırları incə, Qazan bəgün dayısı At ağızlu Aruz qoca çapar yetdi”. Bu mətndən bəlli olur ki, oğuzların külahı qoyun dərisindən, xüsusilə erkək qoyun dərisindən tikilərmiş. Külah tipli konusvarı baş geyiminə Təbriz miniatür məktəbinə mənsub olan incəsənət əsərlərində də tez-tez təsadüf edilir. Bu bir daha göstərir ki, XVI əsrdə Azərbaycan ərazisində külah kütləvi səciyyə daşımışdır. Hətta əsilzadə şəxslərə məxsus olan bəzi təsvirlərdə külahın ətrafına çalma sarındığı müşahidə olunur. Görünür, orta əsrlərdə külah parçadan tikilən baş geyimini də ifadə edirmiş. Son zamanlaradək Azərbaycanın bəzi etnoqrafik bölgələrində, xüsusilə Abşeronda “taskülah”, yaxud “şəbkülah” adı ilə bəlli olan kişi baş geyimi hələ dəbdən düşməmişdi.
Silah
Silah — insanların və ölkələrin bir başqa insana və ya ölkələyə qarşı müdafiə və müqavimət üçün istifadə etdiyi alətdir. Silahlardan həm də özünü müxtəlif yırtıcılardan və təhlükəli obyektlərdən qorumaq üçün istifadə edilir. == Silahın tarixi == İlk dəfə odlu silah XIV əsrdə Çində ixtira olundu. Daha sonra bu odlu silahlar Yaxın Şərqə, Avropaya və Afrikaya yayıldı. Hətta silahda istifadə olunan barıtı da çinlilər ixtira edib. Bu isə IX əsrdə ixtira olunub. == Silah növləri == Silahlar iki yerə bölünürlər: soyuq və odlu. === Soyuq silahlar === Soyuq silahlara bıçaq, şüşə parçası, kəsici alətlər, sağlamlığa zərər verə biləcək bütün bərk əşyalar və s. aiddirlər. Soyuq silahlar da iki yerə bölünürlər: cinayət məsuliyyəti daşıyan və daşımayan.
Visla
Vistula (pol. Wisła;alm. Weichsel‎) — Polşanın ən uzun və ən böyük çayıdır ki uzunluğu 1.047 km (651 mil)dir. Vistulanın su sahəsi 194,424 km ² dir ki 168,699 km ² Polşada ərazisində yerləşir (ölkəni yarıya bölür). Vistula, Polşanın cənubunda yerləşən Barania Qora dağından qaynaqlanır ki dəniz səthindən 1220 metr ucadır və Silesian Beskidz (Karpat dağlarının qərb hissəsində)dağ silsiləsində yerləşir.Vistula, burada Ağ kiçik Vistula (Biała Wisełka) və Qara kiçik Vistula (Czarna Wisełka) ilə başlanır. O, yol boyu bir neçə iri Polşa şəhərlərindən o cümlədən Krakov, Sandomierz, Varşava, Potsk, Votsoavek, Toruni, Bidqoşç, Şvyeçe, Qruconts, Tçev və Qdanskdan keçərkən geniş Polyak düzənliklər üzərində axınını davam edir.Vistula, bir delta və neçə qolları ilə Vistula laqununa boşalır və ya birbaşa Baltik dənizinin Qdansk körfəzinə daxil olur.
İştah
İştaha və ya İştah — insanın qida qəbuluna xüsusi emosional halı. İştaha qida maddələrinə tələbatın xoş emosiyaları əsasında baş verir. Həzm sisteminin fəaliyyətində də dəyişiklik olur. Bu zaman tüpürcək və mədə şirəsi ifraz olunur. Həzm orqanlarının fəaliyyətinin artması iştahanı artırır. İştaha, əsasən, həzm mərkəzinin və mərkəzi sinir sisteminin qıcıqlanmasından, habelə orqanizmin ümumi vəziyyətindən asılı olaraq törəyir. Şərti reflekslər iştahanın nizamlanmasında böyük rol oynayır. Normal iştaha üçün qida rejiminin, qidanın keyfiyyəti və miqdarının, həzm sistemi vəziyyətinin böyük əhəmiyyəti var. İştahanı saxlamaq üçün tez-tez və az miqdarda qidalanmaq lazımdır. Şirniyyat iştahanı azaldır.
Aşağı Qışlaq
Aşağı Qışlaq — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 55-XII saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Aşağı Qışlaq kəndi Kolanı kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Aşağı Qışlaq kənd Soveti yaradılmışdır. == Toponomikası == Dağətəyi ərazidədir. Tədqiqatçıların fikrincə, oykonimin ikinci komponenti olan qışlaq sözünü "qışlama" mənasında qəbul etmək olmaz. Çünki ərazidəki Aşağı Qışlaq və Yuxarı Qışlaq kəndləri qışlaq üçün əlverişli deyil. Bu ad kəngərlilərin qızıl qışlaq tayfasının tirələrindən (orta qışlaq, güllü qışlaq, yazlı qışlaq, yazı qışlaq və ya düz qışlaq) birinin adı ilə bağlıdır. Aşağı Qışlaq oykonimi etnotoponim kimi "adı çəkilən tayfanın, tirənin məskunlaşdığı ərazinin aşağı hissəsi" anlamındadır. == Əhalisi == Əhalisi 916 nəfərdir.
Baş Qışlaq
Baş Qışlaq (Zəncan) —
Böyük Qışlaq
Böyük Qışlaq — Azərbaycan Respublikasının Tovuz rayonunun Böyük Qışlaq kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Yerli əhalinin verdiyi məlumata görə, kəndi XVIII əsrin sonu, XIX əsrin əvvəllərində Qarabağdan köçüb gəlmiş ailələr qışlaq yerində salmışlar. Ona görə də kənd belə adlandırılmışdır. Böyük sözü isə kəndi eyniadlı digər yaşayış məntəqələrindən fərqləndirməyə xidmət edir. == Tarixi == === Tarixi abidələri === Böyük Qışlaq kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Əsrikçayın (Axıncaçayın qolu) sol sahilində, Murğuz silsiləsinin (Kicik Qafqaz) ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə Böyük Qışlaq kənd kitabxana filialı, Böyük Qışlaq kənd Mədəniyyət Evi, Böyük Qışlaq poçt şöbəsi (AZ6019) fəaliyyət göstərir. == Təhsil == Kənddə Gəray Nəsibov adına Böyük Qışlaq kənd tam orta məktəbi və Böyük Qışlaq Şamlıq kənd ümumi orta məktəbi fəaliyyət göstərir. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə Böyük Qışlaq kənd xəstəxanası yerləşir.
Cəliq (Qışlaq)
Cəliq (fars. جاليق‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 16 nəfər yaşayır (6 ailə).
Dağ Qışlaq
Dağ Qışlaq — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində kənd. 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. == Tarixi == Burada ilkin yaşayış XVI əsrə aid olduğu deyilir. Dağ Qışlaq kəndi Qışlaq qəsəbəsindən hündürdə yerləşdiyi üçün (kənd dağın ətəyində yerləşir) bura Dağ Qışlaq adlandırılıb. 1988-ci ilədək Xankəndi şəhərinin tərkibində olub. 1992-ci il martın 2-si kəndə hücum edilib. Hücum Xankəndidəki 366-cı moto-atıcı alay tərəfindən həyata keçirilib. Əvvəlcə şəhər istiqamətindən kəndə qradlar atılıb. Sonra isə əsgərlər kəndi tam mühasirəyə alıblar. Kənd camaatı isə onlarca kilometr qəth edərək Harov kəndinə pənah gətiriblər.
Dijlah TV
«Dijlah TV» (ərəb. «قناة دجلة الفضائية»‎) — Qərargahı Amman şəhərində yerləşən İraq peyk televiziya kanalı. Telekanal 2010-cu ildən ingilis və ərəb dillərində yayım edir. Telekanal İraqda ən çox izlənilən telekanallarından biridir. İraq siyasətçisi Məhəmməd Karbuli də bu telekanalı yaxından izləyir.
Güney Qışlaq
Güney Qışlaq (əvvəlki adı: Yuxarı Remeşin) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 55-XII saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Kükü kənd Sovetinin tərkibindəki Yuxarı Remeşin kəndi Remeşin kənd Sovetinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Qızıl Qışlaq kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Remeşin kəndi Güney Qışlaq kəndi adlandırılmışdır. == Tarixi == == Əhalisi == İvan İvanoviç Şopenin rəhbərliyi 1829-cu ilin aprel ayında başladılmış və 1832-ci ilin may ayında sona çatdırılmış əhalinin kameral siyahıyaalınmasının yekunlarına əsasən Erməni vilayətinin Naxçıvan əyalətinin Naxçıvan mahalında yerləşən Yuxarı Remeşin kəndində 9 evdə 17 nəfəri kişilər 18 əfəri isə qadınlar olmaqla 35 nəfər müsəlman yaşayırdı. Kənd əhalisinin sayı 544 nəfərdir.
Killan İsidore
Killan İsidore (17 oktyabr 1996) — Böyük Britaniyalı peşəkar kişi BMX velosipedçisi. Killan İsidore Böyük Britaniyanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Killan İsidore 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 33.046 saniyəlik nəticəsi ilə 56-cı yeri tutdu.
Kor qışlaq
Kor qışlaq-coğrafi adı Ağcabədi rayonunun Boyat kəndi yaxınlığında qeydə alınıb. == Tarixi == Yaşlı nəslin dediklərinə görə bir il çox bərk soyuq olur. Nəticədə qızılca xəstəliyi yayılır. Qışlaqda yaşayanların hamısı bu xəstəlikdən ölür. Elə o zamandan da həmin qışlaq el arasında Kor qışlaq adlanır. Qışlaq-mal-qaranın qışladığı əraziyə, otlağa deyirlər. O, maldarlıq təsərrüfatının meydana çıxması ilə əlaqədar yaranmışdır. Qarabağın ərazisi qoyunçuluğun qədim qışlaqları hesab edilir. Soyuqlarla bağlı olaraq mal-qara 7-8 ay qışlaqda qorunub saxlanır, otarılır.Qışlaqların təxminən 6 min illik yaşı var. Onlardan indi də heyvandarlıq təsərrüfatında geniş istifadə edilir.
Kosalar (Qışlaq)
Kosalar (fars. كوسالار‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 127 nəfər yaşayır (26 ailə).
Misbah Yəzdi
Məhəmmədtəği Misbah Yəzdi (1 yanvar 1934, Yəzd – 1 yanvar 2021, Tehran) — İranın islam alimi, müctəhid. == Həyatı == Təqi Misbah Yəzdi hicri şəmsi tarixi ilə 1313-cü ildə İranın Yəzd şəhərində dünyaya ğəlmişdir. O, ibtidai hövzə dərslərini Yəzd şəhərində aldıqdan sonra elmini təkmilləşdirmək üçün Nəcəf şəhərinə yollanmışdır, lakin bir çox problemlər üzündən ordan ayrılıb, təhsilini davam etdirmək üçün Qum şəhərinə gəlmişdir. 1331–1339-cu illərdə İmam Xomeyninin dərslərindən, Əllamə Təbatəbainin "əl-Mizan", İbn Sinanın "Şifa" və Molla Sədranın "Əsfar" kitablarından və təqribən 15 il Ayətullah Behcətin fiqh dərsindən bəhrələnmişdir. İmam Xomeyninin sürgündən sonra, Misbah Yəzdinin imam Xomeyni ilə əlaqəsi kəsilir. Bundan sonra Misbah Yəzdi elmi araşdırmalarını İslamın ictimai məslələrinə yönəltmişdir. Nümunə olaraq cihada, məhkəməyə və İslam hökumətinə aid məsələləri göstərmək olar. Həmçinin İslam inqilabında fəal iştirak etmiş şəhid Doktur Beheşti, şəhid Bahünər və Haşimi Rəfsəncani ilə sıx əməkdaşlıq etmişdir. Bu sırada iki böyük nəşriyyat "Besət və İntiqam"ın məsuliyyətini öz öhdəliyinə almışdır. Sonralar isə "Həqqani" mədrəsəsinin idarəçiliyində Ayətullah Cənnəti, şəhid Beheşti və şəhid Quddusi ilə əməkdaşlıq etmiş, təxminən on ilə yaxın adı çəkilən mədrəsədə fəlsəfə və Quran elmlərini tədris etmişdir.
Mislav Sever
Mislav Sever (d. 15 dekabr 1994) — Xorvatiyalı üzgüçü. Mislav Sever Xorvatiyanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Mislav Sever birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 49.61 saniyəlik nəticəsi ilə 119 üzgüçü arasında 34-cü oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Orta Qışlaq
Orta Qışlaq — Azərbaycan Respublikasının Ağdam rayonunun Üçoğlan kənd inzibati ərazi dairəsində kənd.
Qara Qışlaq
Qaraqışlaq (Zəngibasar) Qaraqışlaq (Soyuqbulaq) Qaraqışlaq (Salmas) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanının Mərkəzi bəxşinin Ləkistan qəsəbəsində yerləşib. Qaraqışlaq — Qərbi Azərbaycanda (indiki Ermənistanda) kənd.
Qışlaq (Culfa)
Qışlaq (fars. قشلاق‎) - İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 674 nəfər yaşayır (187 ailə).
Qışlaq (Cəbrayıl)
Qışlaq — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati-ərazi vahidində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 9 oktyabr 2020-ci ildə Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmən işğalından azad edilmişdir. == Toponimikası == Qışlaq oyk., sadə. Cəbrayıl rayonunun Süleymanlı inzibati ərazi vahidində kənddir. Qarabağ silsiləsinin ətəyindədir; Xocalı rayonunun Təzəbinə inzibati ərazi vahidində kənddir. Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi keçmiş qışlaq yerində salındığı üçün belə adlandırılmışdır; Laçın rayonunun Köhnəkənd inzibati ərazi vahidində kənddir. Qarabağ silsiləsinin c.-q. yamacındadır; Lerik rayonunun Siyov inzibati ərazi vahidində kənddir.