Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Klas-klas
Klas — Təkbaşına və ya bir neçə oyunçu ilə oynanılabilən uşaq oyunudur. Oyunçular müxtəlif variantlarda oynadıqları bu oyunda, yerə çəkilmiş rəqəmli xanalara hər hansı obyekti və obyekti almaq üçün çəkilmiş xanalarda tək ayaqla atlanır. Xanalara atılan obyekt əsasən yastı daşdan ibarət olur. Oyunun bir çox variantı olsa da əsas qaydası, atlanarkən xanaları bir-birindən ayıran xətləri tapdalamadan irəliləmək və obyketi təyin olunmuş rəqəmli xanaya düzgün atmaqdan ibarətdir.
Kidas
Kidas və ya Kidus — samur (lat. Martes zibellina) və meşə dələsinin (lat. Martes martes) qarışığı olan bir hibrid. Təbiətdə müşahidə edilirlər. == Təsviri == Kidasların ölçüləri valideynlərin ölçülərindən biraz böyükdür. Kürkün görünüşü və keyfiyyəti, bəzi hallarda daha çox bir samura bənzəyir, digər xüsusiyyətlərinə görə isə meşə dələsini xatırladır. Daha uzun bir quyruğu və boğaz nahiyyəsində sarı ləkələrə sahib olurlar. Bir həyat tərzində görə sanki samurdur. İstər samur istərsə meşə dələsi ilə çütləşsələrdə balaları olmur.
Kirs
Kirs (Kirov) — Rusiyada şəhər. Kirs (Qafan) — Zəngəzur mahalının Qafan rayonunda kənd.
Kvas
Kvas (ukr. , belar. , mak. və serb-xorv. квас; lang-sk|kysel', kyselica, parovec}}, pol. kwas, kisiel, żur, lit. gira, latış. kvass‎, est. kali) — turş ənənəvi slavyan içkisi. == Kvasın növləri == === Çörək kvası === ==== Tərkibi ==== Çörək – 0.5 kq, su – 5 ml, kişmiş – 1 x.
Kiss
Kiss — ABŞ rok qrupu. 1973-cü ildə Nyu-York şəhərində Pol Stenli və Cen Simons tərəfindən yaradılmışdır. Qrup, qlem rok və hard rok üslublarını birləşdirərək özünəməxsus musiqi kimliyi yaratmış və səhnə ifaları ilə şok-rok cərəyanının öncülərindən biri olmuşdur. Qrup, üzvlərinin səhnə makiyajı və geyimləri, həmçinin odla nəfəs alma, qan tüpürmə, dumanlı gitara, raket atışı kimi vizual effektlərlə dolu şouları ilə şöhrət qazanmışdır. Qrup, 1970-ci illərin ortalarında "Alive!" kimi canlı albomlarla böyük uğur qazanaraq ABŞ-ın ən populyar rok qruplarından birinə çevrilmişdir. Kiss fəaliyyəti ərzində "Strutter" (1974), "Deuce" (1974), "Black Diamond" (1974), "Rock and Roll All Nite" (1975), "Detroit Rock City" (1976), "Beth" (1976), "Calling Dr. Love" (1976), "Christine Sixteen" (1977), "Love Gun" (1977), "I Was Made for Lovin’ You" (1979), "I Love It Loud" (1982), "Lick It Up" (1983), "Heaven’s on Fire" (1984), "Forever" (1990), "Unholy" (1992), "God Gave Rock 'N' Roll to You II" (1992), "Psycho Circus" (1998) kimi mahnıları ilə tanınmışdır. Qrup, 1980-ci illərin əvvəllərində yaradıcı fərqliliklər səbəbindən Piter Kriss və Eys Frelinin ayrılması ilə üzv dəyişiklikləri yaşamış, lakin 1996-cı ildə orijinal üzvlərin yenidən birləşməsi ilə böyük bir nostalji dalğası əldə etmişdir. Bu geri qayıdış "Alive/Worldwide Tour" ilə zirvəyə çatmış və qrupun ən uğurlu turnelərindən biri olmuşdur. Kiss qrupunun musiqi təsiri və uğuru, dünya üzrə 75 milyondan çox albom satışı ilə ən çox satan qruplardan biri olaraq sübut olunmuşdur.
Krias
Krias (q.yun. Κρίασος) — qədim yunan mifologiyasında Arqosun oğlu, Arqos padşahı. Arqos padşahıdır.
Kia
"Kia Motors" — avtomobil şirkəti Koreyanın ilk velosiped və avtomobil istehsalçısıdır. == Tarixi == Kia Motors-un tarixi 1944-cü ildən, yəni Kyungsung Precision Industry şirkətinin yaradıldığı ildən başlayır. Həmin şirkət müasir Seulun ərazisində yerləşən Yanqdeunqpoda kiçik zavodda velosipedlər üçün ehtiyat hissələr hazırlamaqla məşğul olurdu. 1952-ci ilin yazında kompaniya ilk Koreya velosipedini yığdı, bundan sonra şirkətin adı dəyişdirilərək "Kia Industrial Company" qoyuldu. Kia adı Çin mənşəli "ki" sözündən yaranmışdır və "mənşə" mənasını verir, "a" isə "Asiya" qitəsini bildirir. Beləliklə Kia "Asiyadan gələn", "Asiya mənşəli" mənasını verir. Qərargahı Seulda yerləşir. Kia korporasiyası 1961-ci ilin oktyabrında Kia şirkəti С-100 motosikllərinin buraxılışını mənimsədi və bununla da Koreyanın motosikl sənayesinin inkişafının təməlini qoydu. Artıq növbəti ilin əvvəlində Kia üçtəkərli К360 yük motosikllərinin buraxılışına başladı. Onların istehsalı yalnız 12 ildən sonra dayandırıldı.
Kiş
Kiş — bu mənalarda gələ bilər: Kiş (Şumer) — Mesopotamiyada Babildən 18 km şimal-şərqdə qədim şəhər. Kiş (İran) — İranın Hörmüzgan ostanında şəhər, ostanın inzibati mərkəzi Kiş (Şəki) — Azərbaycan Respublikasının Şəki rayonunun inzibati ərazi vahidində kənd Kiş (Xocavənd) — Azərbaycan Respublikasının Xocavənd rayonunun inzibati ərazi vahidində kənd. Kiş çayı — Azərbaycan Respublikasının Şəki rayonunun inzibati ərazi vahidində çay.
Imagine Kids
Imagine Entertainment (əvvəllər Imagine Films Entertainment, həmçinin Imagine) — ABŞ kino şirkəti. Şirkət 1986-cı ildə Brayan Qreyzer və Ron Hovard tərəfindən birgə "Su pərisi" (1984) filminin uğurundan sonra əsası qoyulmuşdur. Şirkət digərləri ilə yanaşı, blokbaster filmləri olan "Apollo 13" (1995), "Ağıl oyunları" (2001) və "Da Vinçi şifrəsi" (2005) filmlərini istehsal etmişdir. "Imagine" şirkətinin "Imagine Features", "Imagine Television Studios", "Imagine Documentaries" və "Imagine Kids+Family" kimi törəmə şirkətləri var. Onun həmçinin, "Jax Media", "Jigsaw Productions" və "Marginal Mediaworks kimi törəmə şirkətləri var.
Kian Kianli
Kian Kianli (7 fevral 1965) — Avstriyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Kian Kianli Avstriyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 9-cu pillənin sahibi olub.
Kips Bey
Kips Bey (ing. Kips Bay, sözbəsöz tərcümədə "Kipsin buxtası" deməkdir) — Nyu-York şəhərinin Manhetten borosunun şərq hissəində yerləşən kvartal. O, şimaldan 34-cü küçə, şərqdən İst-River, cənubdan Şərqi 27-ci və/və ya 23-cü küçələr və qərbdən Üçüncü prospekt ilə əhatələnib. Kips Bey 10010 və 10016 əsas poçt kodları ilə Manhettenin 6-cı bölgəsinin bir hissəsidir. Nyu-York Polis Departamentinin 13 və 17-ci bölmələri tərəfindən patrul edilir.
Kirs (Kirov)
Kirs — Rusiya Federasiyasında yerləşən şəhər Kirov vilayətinə daxildir
Kirs (Qafan)
Kirs (erm. Քիրս; hal-hazırkı adı: Kitsk erm. Կիցք) — Ermənistan Respublikasının cənubunda Sünik mərzində yerləşən kənd. 1930-1995-ci illər aralığında Qafan rayonu inzibati-ərazi vahidinin tərkibinə daxil olan kənd Qafan şəhərindən 36 km şimal-qərbdə Kurud çayının (Qəhhar çayı) yuxarı axarında, Kurud kəndindən 3 km şimalda, Kirsdağın ətəyində yerləşir. == Ümumi məlumat == 1905-1906-cı illərdə erməni hücumuna məruz qalan kənd sakinləri, 1918-ci ildə yenidən ermənilərin hücumuna məruz qalırlar. Bu dəfə də kəndi tərk etmək məcburiyyətində qalan kirislilər Ordubada pənah aparırlar. 1922-ci ildə Ermənistanda sovet hökuməti qurulandan sonra kirslilərin təqribən yarısı geri qayıdaraq öz doğma kəndlərini təkrarən bərpa edirlər. 1933-cü ildə qonşu Kurud kəndi ilə birlikdə yaradılan Çirişin də daxil olduğu Kurud kolxozu 1965-ci ildə ləğv edilərək zorla Gığı heyvandarlıq sovxozuna birləşdirildi. Kənddəki qədim dövrə aid olan qəbiristanlıq , qazıntı zamanı tapılmış 3ədəd daş qoç və çoxlu zinyət əşyaları kəndin qədimliyini göstərir. == Əhalisi == Kənddə 1886-cı ildə 130 nəfər, 1897-ci ildə 56 nəfər, 1922-ci ildə 78 nəfər, 1926-cı ildə 77 nəfər, 1931-ci ildə 104 nəfər azərbaycanlı yaşamışdır.
Kisa hədisi
Ali-Əba və ya Kisa hədisi (ərəb. حديث الكساء‎) — Məhəmməd peyğəmbərin üstündə əbası olduğu halda əbanın altına Fatiməni, Əlini, Həsəni və Hüseyni alması və Əhzab surəsinin 33-cü ayəsini oxuması barəsindədir. == Sünni mənbələrində == Müsəlman, Sünnilərin ən mötəbər hesab etdikləri Səhihi-Müslim kitabında Peyğəmbərin zövcəsi Ayişədən nəql olunur: "Bir gün Peyğəmbər kürəyində əba ilə evdən çıxdı. Onu görən Həsən yanına getdi, Peyğəmbər ona əbasının altına girməsini söylədi. Sonra Hüseyn gəldi, Peyğəmbər onu da əbasının altına aldı. Daha sonra Fatimə gəldi, Peyğəmbər onu da əbasının altına aldı. Daha sonra Əli gəldi, Peyğəmbər onu da əbasının altına aldı. Sonra peyğəmbər "Ey əhli-beyt!
Kiss (albom)
Kiss — L'Arc~en~Ciel qrupunun albomudur.
Kiçik Kirs
Kiçik Kirs — Azərbaycan Respublikasında dağ. Qarabağ silsiləsində ən hündür zirvələrdən biridir. Şuşa rayonunun cənub-şərqində yerləşir. Zirvənin hündürlüyü bəzi mənbələrə görə 1800 metr, bəzi mənbələrə görə isə 2346 metrdir. "Virtual Qarabağ" saytında göstərilən xəritədə Kiçik Kirs dağın hündürlüyü 2346 m kimi göstərilir. == Toponimikası == Ərazidəki Böyük Kirs dağından (2725 m) alçaq olduğu üçün belə adlandırılmışdır.
Klas Arnoldson
Klas Arnoldson (21 oktyabr 1844 – 20 fevral 1916[…]) — İsveçli yazıçı, jurnalist və siyasətçi. == Həyatı == Dayanıqlılığı və pasifistliyi iəl bilinən Arnoldson 1908-ci ildə Nobel Sülh mükafatına layiq görülmüşdür. Arnoldson eyni zamanda İsveç Sülh və Arbitraj Dərnəyinin qurucu üzvü və başçısıdır.
Kras (İzer)
Kras (fr. Cras) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Riv kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38137. Kommunanın 2012-ci il üçün əhalisi 461 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 280 ilə 773 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 75 km cənub-şərqdə, Qrenobldan 24 km şimal-qərbdə yerləşir.
Milton-Kins
Milton Kins — Böyük Britaniyada, İngiltərədə şəhər.
Neyt Dias
Neyt Dias — 1985-ci ildə Amerikanın Koliforniya ştatında dünyaya gələn Neyt ilk təhsilini Tokay Orta Məktəbində alır.Sonralar qardaşı Nik Dias ilə birlikdə Sezar Qarsiyanın rəhbərliyi altında Braziliya ciu-citsusu ilə məşğul olmuş və qara kəmərə sahib olmuşdur. 2004-cü ildə MMA üzrə peşəkar döyüşlərə qoşulan Nate elədə güclü nəticə əldə etməmişdir, beləki o 27 döyüşün 10-nu rinqi məğlub tərk etməklə barışmışdır.
Nias adası
Nias adası (ind. Nias) — Hind okeanının şərq hissəsində yerləşən İndoneziya adasıdır. == Coğrafiyası == Ada təxminən Sumatra adasından 125 kilometr qərbdə yerləşmişdir. Simolue adasından 140 kilometr şimal-qərbdə və Bata arxipelaqından 80 kilometr cənub-şərqdə yerləşmişdir. Adanın ümumi sahəsi 4772 km² təşkil edir. Nias adasının təxmini uzunluğu 40 kilometr, eni isə 125 kilometr təşkil edir. Relyefi əsasən dağlıqdır. Təpələr və vulkan məşəli dağlar üstünlük təşkil edir. Onlardan ən hündürü dəniz səviyyəsindən 886 m yüksəklikdə yerləşmişdir. Adada bitən bitkilərə laterit torpaqlarda bitən Ekvator həmişəyaşıl meşələrini misal göstərmək olar.
Oliver Bias
Oliver Bias (15 iyun 2001-ci ildə anadan olub) — Bundesliqa təmsilçilərindən olan RB Leypziq klubunda müdafiəçi kimi çıxış edən peşəkar Almaniya futbolçusudur. == Klub karyerası == === Leypziq === Bias Erzgebirge Aue akademiyası vasitəsilə inkişaf etmişdir. Bias öz peşəkar karyerasında debütünü 2 avqust 2018-ci ildə Allsvenskan təmsilçisi olan Hakken klubuna qarşı oyunda etmişdir. O, 64-cü dəqiqədə İbrahima Konateni əvəz etmişdir. UEFA Avropa Liqasının təsnifat mərhələsi görüşündə Leypziq rəqibi ilə 1-1 hesabı ilə bərabərə qalmışdır. == Karyera statistikası == === Klub === 2 avqust 2018 tarixində yenilənib 1UEFA Avropa Liqası görüşləri daxildir. 2Almaniya Superkuboku görüşləri daxildir.
Patrisiya Kaas
Patrisiya Kaas (5 dekabr 1966[…]) — Fransız musiqiçisi. == Həyatı == 1966-cı ildə Fransada anadan olmuşdur. 13 yaşında musiqi yaradıcılığına başlamışdır. 2009 Avroviziya Mahnı Müsabiqəsində Fransanı Et s'il fallait le faire mahnısı ilə təmsil etmiş və səkkizinci olmuşdur. 1987-ci ildə ilk hit mahnısı Mademoiselle Chante le Blues ilə dünya səviyəsində məşhur oldu. İlk albomu Fransa, Belçika, İsveçrədə məşhurlaşdı. == Azərbaycan səfəri == 18 oktyabr 2017-ci ildə Heydər Əliyev Sarayında müğənninin konserti baş tutub. == Albomları == 1988 : Mademoiselle chante... 1990 : Scène de vie 1991 : Carnets de scène 1 1993 : Je te dis vous 1995 : Tour de charme 1 1997 : Dans ma chair 1997 : Black Coffee 1998 : Rendez-vous 1 1999 : Le Mot de passe 1999 : Christmas in Vienna VI 2000 : Long Box (Scène de vie, Je te dis vous, Dans ma chair & Le mot de passe) 2000 : Ce sera nous 1 2001 : Les indispensables de Patricia Kaas 1 2001 : Rien ne s'arrête/Best Of 1987–2001 2 2002 : Piano Bar 2003 : Sexe fort 2005 : Toute la musique...
Porfirio Dias
Porfirio Dias (isp. Porfirio Díaz; 15 sentyabr 1830[…], Oaxaka – 2 iyul 1915[…], Paris) Meksika Respublikasının 29-ci prezidenti, 1911-ci ildə Meksika inqilabı nəticəsində hakimiyyətdən devrilmişdir. == Həyatı == Porfirio Dias 4 illik fasilə ilə 30 müddətində Meksikanı diktator qaydaları ilə idarə etmişdir. Əslən Mələz olan Dias orta təbəqəli ailənin nümayəndəsi olmuşdur. 15 yaşında dini təhsil almaq üçün rahiblik məktəbinə getməyə başlamışdır. 1846-cı ildə Meksika-ABŞ müharibəsinin başlaması səbəbindən, təhsilini yarımçıq buraxır və orduya yazılır. 1849-cu ildə gələcək prezident Benito Juarezin məsləhəti ilə hüquq bölümündə təhsil almağa başlayır. Porfirio orduda əldə etdiyi uğurlarla tanınırdı, ABŞ ordusuna qarşı aparılan döyüşlərdə şücaəti onun şöhrətinin artmasına səbəb olmuşdur. Dias 1857-ci ildə ölkədə, baş verən vətəndaş qarşıdurmasındada iştirak etmişdir. Liberallarla mühafizəkarlar arasında aparılan 1857 - 1860-cı illəri əhatə edən Reform müharibəsində və Avstriya şahzadəsi Maximillanın, Meksikaya kral təyin edilməsinə qarşı, fransızlara qarşı başlayan müqavimət hərəkatında fəal iştirak etmişdir.
Prienli Bias
Prienli Biant (eləcə də Viant, Bias, Vias, Priendən olan Biant, q.yun. Βίας ο Πριηνεὺς; təq. e.ə. 600 – təq. e.ə. 530) — Qədim Yunanıstan müdriki və ictimai xadim, Yeddi müdrikdən biri.