Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kurumlar
Kurumlar (rus. курумы, ing. kurums) — hamar zirvələrdə və dağ yamaclarında örtük şəklində yatan, bir qədər geniş sahələrdə, iri süxur parçalarının toplusu (daş dənizlər). Adətən meşələrin yuxarı sərhədindən yuxarıda yerləşib, yüksək dağlar üçün xasdır. Tədricən yamac aşağı sürüşərək daş çayı əmələ gətirə bilər. Termin Sibir, Orta və Mərkəzi Asiyanın bir sıra rayonlarında yayılmışdır. Bir sıra coğrafi adların tərkibinə daxil olur (məs; Karakorum dağları).
Əhmədu Kuruma
Əhmədu Kuruma (fr. Ahmadou Kourouma; 24 noyabr 1927[…] – 11 dekabr 2003[…]) — İvuar yazıçısı. Əsərlərini fransız dilində qələmə alıb. Əhmədu Kuruma 24 noyabr 1927-ci ildə anadan olmuşdu. Orta təhsilini Malidə, Bamako şəhərində almışdı. Əsgəri xidmətini Hind-Çində, Fransız ordusunda çəkmişdi (1950–1954). Ali təhsilini Lionda maaliyyə institutunda almışdı. 1960-cı ildə Kot-d'İvuar müstəqilliyini qazanandan sonra vətəninə dönmüşdü. Sonra rejimin prezidenti ilə münaqişəyə girmişdi. Ölkəni tərk edərək Əlcəzairdə (1964–1969), Kamerunda (1974–1984), Toqoda (1984–1994) yaşamışdı.