Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kastris
Kastri — Sent-Lüsiya dövlətinin paytaxtı və iqtisadi mərkəzi. Adanın şimal-qərbində, Port-Kastri körfəzinin kənarında və Viqi yarımadasında yerləşir. Burada adanın üçdə biri yaşayır, xarici ticarət əlaqələrinin 80 % keçir və əsas təşkilatlar və müəssisələr yerləşir. Əhalisi 60 200 nəfər (2003). Fransızlar tərəfindən XVIII əsrdə salınıb, üç dəfə 1785, 1812 və 1948 illərdə güclü yanğından zərər çəkib, ona görə də tarixi binaları yoxdur. Turizm inkişaf edib.
Kantri
ABŞ kantri musiqisinin kökləri Britaniya adalarının xalq musiqisinə dayanır. İngilis, irland, şotland və uels poeziyası, folkloru, balladası və dənizçi nəğmələri Birləşmiş Ştatlarda milli musiqi adı ilə meydana gələn ilkin nəğmələrin bir neçəsinin əsasını təşkil edir. Buna baxmayaraq, ötən 5 əsr ərzində musiqinin müxtəlif regional və etnik janrları Amerika musiqisinə dərindən təsir etmişdir. Meksikadakı, Almaniyadakı, Polşadakı, Fransadakı amerikalıların və bir neçə başqa qrupların hamısının yerli musiqinin inkişafında böyük təsirləri olmuşdur. == Mənşəyi == Bu günkü yerli musiqinin mənşəyi 18-ci əsr Cənubi Amerikası hesab oluna bilər, çünki çox saylı ingilisdilli mühacir həmin dövrdə bu regiona köçürdü. 19-cu əsrin əvvəllərinə qədər bu ingilis təşəbbüsçülərindən bəziləri Texas qədər uzaq qərbə köçdülər. Əsasən kənd, aqrar cəmiyyət olan Cənub getdikcə urbanizasiyalaşan və sənayeləşən Şimaldan mədəni cəhətdən bir qədər ayrıldı. Nəticə etibarilə, cənublular öz ata-baba yurdlarının xalq musiqisi ənənəsini qoruyub saxlamağa meyilli oldular. Cənub xalq mahnılarının adətən Britaniya adalarının ənənəvi musiqisinə əsaslanmasına baxmayaraq, onlar Cənubun müxtəlif bölgələrində rast gəlinən müəyyən etnik və sosial təsirlərə görə əhəmiyyətli dərəcədə dəyişikliyə məruz qalmışdır. 19-cu əsrin ortalarına qədər “kantri musiqissi”nə Birləşmiş Ştatların digər ərazilərində və Cənub boyunca regiondan regiona kəskin fərqlənən müxtəlif üslublu növlər daxil idi.
Kartlis Deda
Kartlis Deda (gürcücə: ქართლის დედა; "Gürcüstanın Anası") — Gürcüstan paytaxtı Tiflis şəhərinin simvolu hesab edilən heykəl. Tiflisin yaradılmasının 1500 illiyi münasibətilə, 1958-ci ildə Sololaki təpəsində ucaldılıb. Gürcü heykəltaraş Elquca Amaşukelinin yaratdığı bu alüminium heykəlin hündürlüyü 20 metrdir. Heykəl əynində gürcü milli geyimi olan qadın fiqurudur. Gürcü milli xarakterini sərgiləyən heykəlin bir əlində şəhərə dost kimi gələnlərə şərab süzmək üçün kuzə, digər əlində düşmən kimi gələnləri qarşılamaq üçün qılınc vardır.
Kartlis tsxovreba
"Kartlis tsxovreba" ( gürc. ქართლის ცხოვრება "Gürcülərin həyatı", yaxud "Kartli həyatı"), VIII əsr ərəfəsində yazılmağa başlamış və zaman-zaman – XIX əsrə qədər, əlavələr edilmiş gürcü əlyazmaları toplosu. == Quruluş == "Kartlis tsxovreba" iki hissəyə ayrılır: 1."Qədim Kartlis tsxovreba"; 2."Yeni Kartlis tsxovreba". "Qədim" Gürcüstanın XIV əsrə qədərki, "Yeni" isə Gürcüstanın XIV əsrdən XVIII əsrə qədərki tarixini əhatə edir. "Qədim Kartlis tsxovreba"nın XV—XVII əsrlərə aid bir neçə siyahısı qalmışdı. XVIII əsrdə çar VI Vaxtanq tərəfindən yaradılmış komissiya (Beri Eqnataşvili rəhbərliyi ilə) Gürcüstanın XIV—XVIII əsrlər tarixini tərtib etdi. XIX əsrdə "Kartlis tsxovreba"ya XVII—XVIII əsrlərə aid bir sıra tarixi mövzularda məqalələr də əlavə edildi. == İçindəkilər == "Kartlis tsxovreba"da başlıca olaraq Gürcüstanın siyasi tarixi təsvir edilir və bir çox hallarda orada yazılanlar qeyri-gürcü tarixçilərinin yazdıqları ilə üst-üstə düşür. "Qədim Kartlis tsxovreba" tarix mövzusunda 10 məqalədən ibarətdir. "Kartli çarlarının həyatı" — Leonti Mroveli , XI əsr.
Vilhelm Kanaris
Vilhelm Frans Kanaris (alm. Wilhelm Franz Canaris‎ 1 yanvar 1887 – 9 aprel 1945) — Almaniya hərbi xadimi, admiral, Nasist Almaniyasında hərbi kəşfiyyat və əks-kəşfiyyat xidmətinin rəhbəri (1935–1944). İkinci Dünya Müharibəsinin sonuna yaxın britaniyalılarla əməkdaşlıq edərək alman müqavimətində iştirak etmiş və yəhudiləri Üçüncü Reyxdən xilas etməyə səy göstərmişdir. 1945-ci il aprelin 9-da edam edilmişdir. 1887-ci il yanvarın 1-də Aplerbekdə (hazırda Dortmund şəhərinin bir rayonu) metallurgiya zavodunu idarəçisinin ailəsində anadan olmuşdur. Admiralın babası İoqan Yozef Kanaris Rur regionunda sənayenin öncüllərindən sayılır. Vilyamın özünün isə uşaqlıqdan dənizə böyük marağı var idi. 1938-ci ilə qədər özünü Yunan admiralı və azadlıq hərəkatının iştirakçısı Konstantin Kanarisin qohumu hesab edirdi. Sonradan əslində əcdadlarının Canarisi soyadı ilə Şimali İtaliyadan gələrək XVII əsrdə Almaniyada məskunlaşdığını və Lüteranlığa keçdiyini iddia edirdi. Bununla belə bir sıra tarixçilər hesab edir ki, Vilhelm Kanarisin Konstantin Kanaris ilə ümumi səcərəyə malik olması barədə yanılmamışdı, amma rəsmi ailə tarixi konyunktur səbəblərə görə dəyişdirilmişdir, çünki Almaniya Yunanıstana qarşı mübarizə aparan İtaliyanın müttəfiqi idi.
Kantri musiqisi
ABŞ kantri musiqisinin kökləri Britaniya adalarının xalq musiqisinə dayanır. İngilis, irland, şotland və uels poeziyası, folkloru, balladası və dənizçi nəğmələri Birləşmiş Ştatlarda milli musiqi adı ilə meydana gələn ilkin nəğmələrin bir neçəsinin əsasını təşkil edir. Buna baxmayaraq, ötən 5 əsr ərzində musiqinin müxtəlif regional və etnik janrları Amerika musiqisinə dərindən təsir etmişdir. Meksikadakı, Almaniyadakı, Polşadakı, Fransadakı amerikalıların və bir neçə başqa qrupların hamısının yerli musiqinin inkişafında böyük təsirləri olmuşdur. == Mənşəyi == Bu günkü yerli musiqinin mənşəyi 18-ci əsr Cənubi Amerikası hesab oluna bilər, çünki çox saylı ingilisdilli mühacir həmin dövrdə bu regiona köçürdü. 19-cu əsrin əvvəllərinə qədər bu ingilis təşəbbüsçülərindən bəziləri Texas qədər uzaq qərbə köçdülər. Əsasən kənd, aqrar cəmiyyət olan Cənub getdikcə urbanizasiyalaşan və sənayeləşən Şimaldan mədəni cəhətdən bir qədər ayrıldı. Nəticə etibarilə, cənublular öz ata-baba yurdlarının xalq musiqisi ənənəsini qoruyub saxlamağa meyilli oldular. Cənub xalq mahnılarının adətən Britaniya adalarının ənənəvi musiqisinə əsaslanmasına baxmayaraq, onlar Cənubun müxtəlif bölgələrində rast gəlinən müəyyən etnik və sosial təsirlərə görə əhəmiyyətli dərəcədə dəyişikliyə məruz qalmışdır. 19-cu əsrin ortalarına qədər “kantri musiqissi”nə Birləşmiş Ştatların digər ərazilərində və Cənub boyunca regiondan regiona kəskin fərqlənən müxtəlif üslublu növlər daxil idi.
Qabriela Santis
Qabriela Santis (d. 4 noyabr 1996) — Qvatemalalı üzgüçü. Qabriela Santis Qvatemalanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. Qabriela Santis birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 200 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 2:06.94 saniyəlik nəticəsi ilə 54 üzgüçü arasında 37-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Kanti Əbdürəhmanov
Kanti Əbdürəhmanov — Sovet Ordusunun çavuşu, Böyük Vətən müharibəsinin iştirakçısı, Rusiya Federasiyasının Qəhrəmanı (1996). == Bioqrafiya == 1916-cı ildə Şali kəndində (digər mənbələrə görə Arqun şəhərində, indiki Çeçenistan) anadan olmuşdur. Erkən yaşlarında valideynlərini itirir. Əvvəlcə rəncbər, sonra kolxozda işləyir. 1941-ci ilin sentyabrında Abdurəhmanov könüllü olaraq Fəhlə və Kəndli Qırmızı Ordusunda xidmətə gedir. 1942-ci ilin iyununda Daşkənddəki kiçik artilleriya komandirləri məktəbini bitir. Orta Asiya Hərbi Dairəsində xidmət edir, sonra taqım komandirinin köməkçisi olur. 1943-cü ilin oktyabrından Böyük Vətən müharibəsi cəbhələrində: Nevel, Qorodok və Vitebsk şəhərlərinin azad edilməsində, Belarus və Baltikyanı əməliyyatlarda, alman qoşunlarının Kurland qrupunun məğlub edilməsində iştirak etmişdir. Döyüşlərdə dəfələrlə yaralanmışdır. 1943-cü ilin dekabrında Vitebskin qərbindəki hücum döyüşlərindən birində, sovet piyadaları böyük bir alman atəşi altında yatarkən, Əbdürəhmanov hesablanmış şəkildə silahını birbaşa atəş nöqtəsinə tuşlayır və bir neçə dəqiq atışla bunkeri məhv edir.
Kanış Satbayev
Kanış Satbayev (31 mart (12 aprel) 1899 – 31 yanvar 1964, Moskva) — Qazaxıstan Elmlər Akademiyasının ilk prezidenti və prinsipial tərəfdarı, həmçinin də SSRİ metallogeniyasının təsisçilərindən biri. == Bioqrafiya == Satbayev Pavlodar vilayətinin Bayanaul rayonunda anadan olub. Satbayevin geologiya ilə maraqlanmağına Tomsk geoloqu Mixail Usov səbəb olub. 1921-ci ildə o, Tomsk Texnoloji İnstitutuna (indi Tomsk Politexnik Universiteti adlanır) daxil olub. 1926-ci ildə təhsilini başa vurduqdan sonra, Satbayev Qazaxıstana qayıdıb və ilk ixtisaslı Qazax dağ mühəndisi və geoloqu olub. O, 1964-ci ildə Moskvada dünyasını dəyişib və Almatıda dəfn olunub. == İrs == Kanış Satbayev 640-dan çox elmi əsərin müəllifidir. O, Qazaxıstanın mineral ehtiyatlarının araşdırılması mərkəzi olan Geologiya İnstitutu yaradıb. Satbayevin şərəfinə adlandırılıb: Karaqanda vilayətində Satbayev şəhəri Kanış Satbayev kanalı Satbayevite mineralı (6Al (OH)3×3v (O2OH)×2v O(OH)2) Satbayev adına Qazaxıstan Milli Texniki Universiteti Qazaxıstanda bir neçə küçə və məktəb Asteroid qurşağında 2402 Satbayev asteroidi == Biblioqrafiya == İngilis dilində nəşrlər Satpaev K.I. Program of Kazakh scientists // Moscow News. 1948.