KANTAR

kantara çekmek – götür qoy etmək, ölçüb-biçmək
qantar, qapan
KANSER
KANTİN
OBASTAN VİKİ
Meliton Kantariya
Meliton Kantariya (gürc. მელიტონ ქანთარია, rus. Мелитон Варламович Кантария; 5 oktyabr 1920, Cvari, Salencix bələdiyyəsi[d] – 27 dekabr 1993, Moskva) — Sovet ordusunun gürcü əsilli çavuşu. Mixail Yeqorov və Aleksey Berest ilə birlikdə 1945-ci ilə Reystağa Sovet bayrağını sancmışdır. Gürcüstandakı kiçik qəsəbələrdən biri olan Cvaridə (hazırda şəhərdir), kəndli ailəsində anadan olmuşdur. 1940-cı ilə qədər kolxozda işləmişdir. Həmin il Qırmızı Ordunun sıralarına qatılmışdır. İkinci Dünya müharibəsi dövründə 1-ci Belarusiya cəbhəsinin 756-cı atıcı alayının 150-ci tüfəng diviziyasında xidmət etmişdir. 1945-ci il aprelin 30-da Mixail Yeqorov və Aleksey Berest ilə birlikdə Reystağa Sovet bayrağını sancmışdır. 1946-cı ildə ordudan tərxis olundu.
Kantara qalası
Kantara qalası — Kiprdə Beşbarmaq dağlarında bir qaladır. Adanın şimal sahillərinə və Mesarya düzənliyinə nəzarət etmək üçün tikilmişdir. “Kantara” sözü ərəbcə “körpü” deməkdir. Adanın ən şərq qalasıdır və dəniz səviyyəsindən 630 metr yüksəklikdə, Şimali Kiprin Girniya dağlarının yamaclarında yerləşir. == Tarixi == Onun nə vaxt tikildiyi dəqiq bilinməsə də, əksər mənbələrə görə ərəb hücumları bitdikdən sonra 965-ci ildən sonra bizanslılar tərəfindən inşa edildiyi yazılır. Ancaq ingilis kralı I Riçardın adanı ələ keçirdiyi tarixə qədər qalayla bağlı heç bir qeyd aparılmamışdır. 1489-cu ildə ada venesiyalılar tərəfindən tutuldu. Bu tarixdən etibarən qala öz əhəmiyyətini itirməyə başladı. Beşbarmaq dağlarında Kantara, Müqəddəs Hilarion və Bufavento qalaları Venesiyalılar tərəfindən əhəmiyyətli hesab edilməməsi və əsgər çatışmazlığı səbəbindən tərk edildi. Bəzi mənbələrə görə, qala 1525-ci ildə tərk edilib.
Kantaron
Kantaron (fr. Cantaron) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Kont kantonu . Kommunanın sahəsi — 7,38 km², əhalisi — 1186 nəfərdir (2006) artım tendensiyası ilə: 1337 nəfər (2012), əhalinin sıxlığı 181,2 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 1288 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 1337 nəfər.

Digər lüğətlərdə