Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kiev
Kiyev (ukr. Київ təlləfüzü Kıyiv [ˈkɪjiu̯]) — Ukraynanın paytaxtı və ən böyük şəhəri. Kiyev Ukraynanın mərkəzi hissəsinin şimalında, Dnepr çayının sahilində yerləşir. Şəhər şimaldan cənuba 50 km, qərbdən şərqə 56 km uzanır. Əhali sayına görə Moskva, London, Paris, Sankt-Peterburq, Berlin və Madriddən sonra Avropanın yeddinci böyük şəhəridir. == Toponimi == "Zaman illəri haqqında salnamə"yə görə ("Повесть временных лет") şəhərin adı Kiyevin baniləri hesab edilən üç qardaşdan böyüyü olan Kiyin adından yaranıb. Digər versiyaya görə, Kiyev şəhərinin əsası qədim türklər tərəfində qoyulub və "Kiyev" sözü türk dillərindəki "iki" və "ev" sözlərindən yaranıb. == Tarixi == Tarixi boyu Kiyev polyakların, Kiyev Rus dövlətinin, Kiyev knyazlığının, Ukrayna Xalq Respublikasının, Ukrayna dövlətinin, Ukrayna Sovet Sosialist Respublikasının paytaxtı olmuşdur. 1991-ci il 24 avqust tarixindən isə müstəqil Ukraynanın paytaxtıdır. == Əhalisi == Kiyev 10 inzibatı rayona bölünür, onlar Dneprin sağ və sol sahillərində yerləşirlər.
Kev
Elektron volt (eV) hissəciklər fizikasında istifadə olunan enerji vahididir. Hissəciklər fizikasında kütlə də elektron volt vasitəsilə ifadə olunur. Vahid 1912-ci ildə təklif edilmişdir, 1930-cu ildən istifadə olunur. Fizikada, kimyada və səhiyyədə istifadə olunur. == eV enerji vahidi kimi == Elektron x volt potensiala malik yerdən (x+1) volt potensiala malik yerə hərəkət etdikdə (və ya sürətləndikdə) elektronun qazandığı potensial enerji 1 elektron volt olur. 1 elektron volt= 1.602 176 565(35) × 10−19 coul Vahid çox kiçik olduğundan onun daha yüksək dərəcələrindən istifadə edilir: keV — (kilo yunan khilioi — min) — 103 elektron volt MeV — (meqa yunan megas — böyük) — 106 elektron volt GeV — (giqa yunan gigas — giqant) — 109 elektron volt TeV — (tera yunan teras — monstr) — 1012 elektron volt == eV/c2 kütlə vahidi kimi == Elektron volt vahidi enerji ilə yanaşı kütlə üçün də işlənir. Bu A. Eynşteynin (A. Einstein) E =mc2 formulundan alınır. Bu formulaya görə enerji kütlə ilə işıq sürəti kvadratının hasilinə bərabərdir. E = m ∗ c 2 {\displaystyle E=m*c^{2}} Buradan m = E / c 2 {\displaystyle m=E/c^{2}} Beləliklə 1 eV/c2 = 1.782 661 845(39) × 10−36 kg Məsələn, protonun kütləsi 938.272 046(21) MeV/c2 və ya 1.672 621 777(74)×10−27 kg Bəzən fizikaya aid ədəbiyyatda kütləni elektron volt ilə ifadə edəndə vahidin c2 hissəsi nəzərə alınmır. Belə ki, protonun kütləsi 938.272 046(21) MeV kimi də yazıla bilir.
Kiev Voyvodalığı
ACV-300 — həm zirehli döyüş maşını, həm də zirehli transportyor olaraq istifadə edilməsi məqsədilə Türkiyənin müdafiə sənayesi şirkəti olan FNSS tərəfindən hazırlanan tırtıllı zirehli döyüş maşını ailəsi. ACV adını Azərbaycan dilindəki “Zirehli Müharibə Maşını” (ZMM) sözünün ingilis dilindəki “Armored Combat Vehicle” qarşılığının qısaltmasından götürmüşdür. ACV-300, hazırlanarkən ABŞ istehsalı olan Təkmilləşdirilmiş Piyada Döyüş Maşını əsas götürülmüşdür. Texnika hal-hazırda Türkiyə, Malayziya və Birləşmiş Ərəb Əmirliklərinin silahlı qüvvələrində xidmət edir. Əməliyyat mənzili 490 km, maksimum sürəti 65 km/s təşkil edir. == Tarixi == FNSS şirkəti Quru Qoşunları Komandanlığının əməliyyat ehtiyaclarını ödəmək üçün AIFV texnikasını əsas götürərək ACV-300 modelini hazırlamışdır. İlk sınaq vasitəsi 1992-ci ildə hazırlanmışdır. Baza modeli olaraq götürülmüş AIFV texnikasının üstündə 25 mm-lik top və 7.62 mm-lik cütləşdirilmiş pulemyotla təchiz edilmiş bir adamlıq qüllə mövcuddur. FNSS Müdafiə Sənayesi tərəfindən yeni nəsil istehsal olunan ACV-lərə magistral yolda hərəkət etməsini asanlaşdıran rezin təkərlər quraşdırılmışdır. Bu yolla, nəqliyyat vasitəsinin mənzili artırılmış və daha yüksək yüklənmə və yedəkləmə qabiliyyətinə nail olunmuşdur.
Kanev
Kanev — Çerkassk vilayətində (Ukrayna) şəhər. == Tarixi == Müasir Kanev Ukraynanın Çərkəz vilayətində şəhərdir; əvvəlki adı Xan ev-Xanev, yəni "Xan şəhəri" deməkdir. Dneprin sağ sahilində liman, Taqança dəmiryol stansiyasından 45 km aralıda yerləşir. Xanevin adı tarix mənbələrində XII əsrdən çəkilir. Karamzin "Rus dövlətinin tarixi" əsərində Batı xanın hakimiyyəti illərində bu yerləri səyahətə çıxan italyan dövlətinin elçisi səfir Covanni de Polo Kartiniyə istinad edərək Kiyev yaxınlığında olan Xanev şəhərində moğolların yaşadığını göstərir. Qızıl Orda hökmranlığı dövründə dövlət məmurları olan xan baskaklarının (hərbi hakimləri) idarəsi yerləşən məntəqəyə çevrildi. (1239) Lakin Xanevin türk məskəni olma tarixi bundan daha qədimdir. Xanev tarixən poloves (qıpçaq) yurdu olmuşdur. Tarixi məlumatlardan aydın olur ki, şəhərin əhalisi döyüşkən, hərb işini sevən türk, qara klobuk, berendey və başqa türk qəbilələri hərbi-keşikçi sənəti ilə məşhur idilər; bu şəhər əsasən onların toplanış məntəqəsi idi. Belə ki, Xanevdə hərbi qüvvələr saxlanılırdı, şəhərdə türklərin möhkəm cəbbəxana ehtiyatı olarmış; buradan poloves çöllərinin dərinliklərinə aparan yollar və etibarlı strateji əhəmiyyətə malik olan Kanev uzun tarix boyunca keşikçi məntəqəsi rolu oynamışdı.
Kave
Dəmirçi Kave (fars. کاوه آهنگر‎ - Kaveh Ahangar) — fars mifologiyasında mərhəmətsiz hökmdar Zöhhaka qarşı üsyan edən mifoloji qəhrəman. Kave haqqında əfsanə Əbülqasım Firdovsinin Şahnaməsində nəql edilir. Hekayənin digər baş qəhrəmanı olan Zöhhak həm Avestada, həm də antik dövr fars mifologiyasında yarı şeytan Babil çarı kimi təqdim edilir. Firdovsinin hekayəsində isə Zöhhak tiran kimi təqdim olunur və milliyyətcə ərəbdir, dəmirçi Kave isə ona qarşı xalq üsyanına rəhbərlik edir. O, öz dəmirçi önlüyünü nizənin ucuna taxaraq üsyançıları bu bayraq altında İranın birinci əfsanəvi hökmdarlar sülaləsi olan Peşdadilərin qanuni varisi Fəridunun yanına gətirir. Fəridun Kavenin bayrağını rifah bayrağı kimi qəbul edərək onu qızıl dördguşəli ulduzla, qiymətli daşlar və qırmızı, sarı, bənövşəyi rəngdə lentlərlə bəzəyir və onu "Dirəfşi Kaviyani" adlandırır. Bayrağın üzərindəki dördguşəli ulduz isə "Axtari Kaviyan" (Kavenin ulduzu) adlanır. "Dirəfşi Kaviyan" İranın ikinci əfsanəvi hökmdarlar sülaləsi olan Kəyyanilər sülaləsinin bayrağına çevrilir. Daha sonralar isə Arşakilər (e.ə.250 — 224) və Sasanilər (224 — 651) sülalələrinin dövründə İranın dövlət bayrağı kimi qəbul edilir.
Keek
Keek — video vəziyyət yenilikləri yükləməyi təmin edən pulsuz bir online sosial şəbəkə xidməti.
Kiyev
Kiyev (ukr. Київ təlləfüzü Kıyiv [ˈkɪjiu̯]) — Ukraynanın paytaxtı və ən böyük şəhəri. Kiyev Ukraynanın mərkəzi hissəsinin şimalında, Dnepr çayının sahilində yerləşir. Şəhər şimaldan cənuba 50 km, qərbdən şərqə 56 km uzanır. Əhali sayına görə Moskva, London, Paris, Sankt-Peterburq, Berlin və Madriddən sonra Avropanın yeddinci böyük şəhəridir. == Toponimi == "Zaman illəri haqqında salnamə"yə görə ("Повесть временных лет") şəhərin adı Kiyevin baniləri hesab edilən üç qardaşdan böyüyü olan Kiyin adından yaranıb. Digər versiyaya görə, Kiyev şəhərinin əsası qədim türklər tərəfində qoyulub və "Kiyev" sözü türk dillərindəki "iki" və "ev" sözlərindən yaranıb. == Tarixi == Tarixi boyu Kiyev polyakların, Kiyev Rus dövlətinin, Kiyev knyazlığının, Ukrayna Xalq Respublikasının, Ukrayna dövlətinin, Ukrayna Sovet Sosialist Respublikasının paytaxtı olmuşdur. 1991-ci il 24 avqust tarixindən isə müstəqil Ukraynanın paytaxtıdır. == Əhalisi == Kiyev 10 inzibatı rayona bölünür, onlar Dneprin sağ və sol sahillərində yerləşirlər.
Klel
Klel (fr. Clelles) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38113. Kommunanın 2006-cı il üçün əhalisi 475 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 520 ilə 1 560 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 520 km cənub-şərqdə, Liondan 125 km cənub-şərqdə, Qrenobldan 45 km cənubda yerləşir.
Klet
Klet (təq. 25, Roma – 90-cı illər, Roma, Roma imperiyası) — əsasən Klet adıyla da tanınır, 76-88-ci illər aralığında Papalıq etmişdir. 3-cü Roma Papası olan Klet, papalıq vəzifəsinə Papa Lindən sonra gəlmişdir. Adının mənası Cleteus, Yunancadan "Kimsə" mənasındadır. Sonrakı zamanlarda Klet adını almış və beləcə Papalıq adı bu olmuşdur. == Papalıq dövrü == Papa olması tam dəqiq olmamaqla yanaşı, 76–88-ci illər aralığında davam edən 12 illik fəaliyyəti təxmin edilməkdədir. Papa Klet dövründə, Roma 25 hissəyə bölünmüşdü. Bəzi sənədlərə əsasən, Kletin bu bölgələrdə əhəmiyyətli rütbəsi və söz sahibliyi vardı. Bununla yanaşı, siyasətdə də geri qalmadığı yazılmaqdadır. 88-ci ildə, səbəbi bəlli olmayan bir xəstəliyə tutulması nəticəsində ölmüşdür.
Krem
Krem — tam yağlı süddən yağ hissəsinin ayrılması nəticəsində əldə edilən süd məhsuludur. Kərə yağı, xama, dondurma istehsalı üçün istifadə olunur, təzə istehlak olunur. == Krem istehsalı == Ayırıcıların ixtirasından əvvəl, çökmüş südün altda bir kranla xüsusi qablara boşaldılması ilə krem ​​əldə edilmişdir və buna görə ona "krem" adı verilmişdir. Ümumiyyətlə, qaymaq və xama yalnız istehsal üsulu ilə fərqlənən çökmüş südün üst təbəqəsidir. Qədim Slavlar müasir Ukrayna dilində də olduğu kimi ona "Vershki" deyirdilər. Süd sənayesi müəssisələrində krem, süd plazmasından daha yüngül süd yağından topları ayıran santrafujlu ayırıcılarda təzə inək südündən ​​istehsal olunur. Süd ilkin olaraq kiçik çirklərdən təmizlənir və qızdırılır. Ayrılma 40–45 °C temperaturda aparılır. Ayrılmış kremin yağ tərkibi tamburun fırlanma sürəti ilə tənzimlənə bilər, məhsulun son yağ tərkibi tam və ya yağsız süd əlavə edilərək standartlaşdırılır. Sonra krem ​​homogenləşdirilir və 85–88 °C-də 10–15 dəqiqə pasterizə edilir, 4–6 °C-yə qədər soyudulur və tökülür.
Krep
Krep - səhər yeməyi və ya desert kimi sevilir. Bütün millətlərin krep variasiyası var. Həmin millətlərin də krepləri özünəməxsus şəkildə, müxtəlif ərzaqlarla, şirin və ya qeyri-şirin, günün və ya ilin müəyyən vaxtında yemək adətləri var. == Pənkeyk == İngilislər və amerikalılar krepə pənkeyk deyirlər. Amerika pənkeykləri adətən qalın olur və xəmiri acıtmaqla hazırlanır. İngilis pənyekləri isə nazik olur və fransız krepinə bənzəyir. Şotlandların pənyekləri amerikan pənyrkləri kimidir. Amerikada bu pənyeklər əsasən səhər yeməyində yeyilir. İngilis və Amerika pənyekləri müxtəlif cemlər, siroplar, bal və başqa maye şirniyyatlarla yeyilir. == Blin == Rusların və bir sıra başqa slavyanların krepləridir.
Krevu
Krevu (fr. Crévoux, oks. Crevós) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Ambryon kantonuna daxildir. INSEE kodu — 05044. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 129 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edir. 1937-ci ildə xizək kurortu açıldı.
Krez
Krez (təq. e.ə. 596 – təq. e.ə. 546, Sardı[d], Manisa vilayəti) — (İslam qaynaqlarında keçən adıyla Karun) Kiçik Asiyadakı Lidiya dövlətinin sonuncu hökmdarı (e.ə. 560–546). Krezin var-dövləti haqqında çoxlu zərbi-məsəllər qoşulmuş, əfsanələr yaranmışdır. Qədimdə hesab edirdilər ki, ilk dəfə qızıl sikkə zərb etdirən elə Krez olmuşdur. E.ə. 546-cı ildə hökmdar Kirin başçılıq etdiyi fars qoşunları tərəfindən məğlub edilmiş və əsir düşmüşdü.
Rjev
Rjev — Rusiya Federasiyasında yerləşən şəhər. Tver vilayətinə daxildir.
Arev
Arev bu mənaları ifadə edə bilər: == Nəşrlər == Arev (qəzet) — Misir, Qahirədə gündəlik erməni dilində nəşr olunan erməni qəzeti. == Şəxslər == Arev Petrosyan (1972 təvəllüdlü) — Ermənistan rəssamı.
Dəmirçi Kave
Dəmirçi Kave (fars. کاوه آهنگر‎ - Kaveh Ahangar) — fars mifologiyasında mərhəmətsiz hökmdar Zöhhaka qarşı üsyan edən mifoloji qəhrəman. Kave haqqında əfsanə Əbülqasım Firdovsinin Şahnaməsində nəql edilir. Hekayənin digər baş qəhrəmanı olan Zöhhak həm Avestada, həm də antik dövr fars mifologiyasında yarı şeytan Babil çarı kimi təqdim edilir. Firdovsinin hekayəsində isə Zöhhak tiran kimi təqdim olunur və milliyyətcə ərəbdir, dəmirçi Kave isə ona qarşı xalq üsyanına rəhbərlik edir. O, öz dəmirçi önlüyünü nizənin ucuna taxaraq üsyançıları bu bayraq altında İranın birinci əfsanəvi hökmdarlar sülaləsi olan Peşdadilərin qanuni varisi Fəridunun yanına gətirir. Fəridun Kavenin bayrağını rifah bayrağı kimi qəbul edərək onu qızıl dördguşəli ulduzla, qiymətli daşlar və qırmızı, sarı, bənövşəyi rəngdə lentlərlə bəzəyir və onu "Dirəfşi Kaviyani" adlandırır. Bayrağın üzərindəki dördguşəli ulduz isə "Axtari Kaviyan" (Kavenin ulduzu) adlanır. "Dirəfşi Kaviyan" İranın ikinci əfsanəvi hökmdarlar sülaləsi olan Kəyyanilər sülaləsinin bayrağına çevrilir. Daha sonralar isə Arşakilər (e.ə.250 — 224) və Sasanilər (224 — 651) sülalələrinin dövründə İranın dövlət bayrağı kimi qəbul edilir.
G.Stev.
Qreta Stivenson (ing. Greta B. Stevenson Cone; 10 iyun 1911, Oklend – 18 dekabr 1990, London) — Yeni Zelandiya mikoloqu. == Elmi fəaliyyəti == Qreta Stivenson mikologiya üzrə ixtisaslaşmışdır. == Əsərləri == == Şərəfinə adlandırılmış taksonlar == Collybia stevensoniae E.Horak, 1971, nom. nov. [syn. Gymnopus readii (G.Stev.) J.L.Mata, 2006] Entoloma stevensoniae E.Horak, 1980, nom. nov. Hygrocybe stevensoniae T.W.May & A.E.Wood, 1995, nom. nov.
Kiyev Knyazlığı
Kiyev Rus dövləti, Kiyev knyazlığı və ya Qədim Rus — IX əsrdə müasir Ukrayna, Belarus və Qərbi Rusiya ərazisində Polyan və Vikinqlərin Şərqi Slavyan qəbiləsinin rəhbərliyi altında qurulan ilk Şərqi Slavyan dövləti. 10-cu əsrdə Bizansdan xristianlığı qəbul etdi və bir əsr sonra Qərb sülalələri ilə möhkəm əlaqələr quraraq Avropanın ən mədəni inkişaf etmiş ölkəsinə çevrildi. == Yaranması == Artıq VI–VIII əsrlərdə Şərq slavyanlarında əmlak bərabərsizliyi yaranda, ilk tayfa ittifaqları meydana çıxdı. Hələ VII əsrdə Dnepr çayı boyunda yaşayan Şərq slavyanları, Polyananın Şərqi Slavyan tayfası, Xəzər xaqanlığından asılı idi və ona xərac ödəyirdi. XI əsrdə Polyana ərazisinə varangiyalılar gəlməyə başladı və iki etnik qrupun mürəkkəb münasibətləri və ümumi maraqları nəticəsində Rus Polyana-Varyanq strukturu formalaşdı. Kiyev varangiyalıları hücum etməyə və qonşu slavyanlardan xərac almağa və Kiyev ilə Konstantinopol arasında ticarət əlaqələri qurmağa başlayırlar. Salnamələrə görə, artıq Şahzadə Oleq altında Kiyev dövləti Varangiyalılardan Yunanlara gedən marşruta nəzarət edirdi, bu yolla şimal slavyan tayfalarının istismarı üçün ekspedisiyalar edildi. İlk Kiyev knyazlarının fəaliyyəti əsasən ticarət və döyüşkən idi, lakin onların uğurları və Şərqi slavyanların və fin tayfalarının böyük ərazisinin Kiyevin hakimiyyəti altında birləşdirilməsi dövlətin sürətli inkişafına imkan verdi. Rusi qızıl dövrü Rus dövlətçiliyinin fəal şəkildə inkişaf etdiyi, mədəniyyət və ədəbiyyatın çiçəkləndiyi, əsasını Polyan torpaqları təşkil edən Böyük Vladimir və Yaroslav Müdriklərin hakimiyyəti dövrünə təsadüf edir. == Tarixi == XI əsrin axırları-XII əsrin əvvəllərində Kiyev dövləti geniş əraziyə malik olsa da, möhkəm əsaslı deyildi.
Kiyev Universiteti
Taras Şevçenko adına Kiyev Milli Universiteti (ukr. Київський національний університет імені Тараса Шевченка) – Ukraynanın Kiyev şəhərində yerləşən ali məktəbidir. Ukraynanın əsas və ən böyük ali məktəblərindən biri, həmçinin milli elm və mədəniyyət mərkəzi və Ukraynanın ən qədim universitetlərindən biridir. == Tarix == Universitet 8 noyabr 1833-cü ildə I Nikolayın fərmanı ilə fəaliyyətdə olmayan Vilenski universitetinin və Kremeneski liseyinin əsasında müq. Vladimirin Kiyev İmperator universiteti kimi yaradılmışdır. I Nikolay universitetin müvəqqəti nizamnaməsini və ştat cədvəlini təsdiq etmiş, hansına ki, müvafiq olaraq o yalnız maarif nazirinə yox, həm də dairə himayəçisinə tabe idi. Hər il universitet şurası tərəfindən fakültələrin dekanları, namizədlikləri nazir tərəfindən təsdiqləndiyi, seçilirdilər. Universitet Malorssiyada, 1804-cü ildə açılmış Xarkov İmperator universitetindən sonra, ikinci belə müəssisə və Rusiya imperiyasının sayca altıncı universiteti oldu. Universitetin təntənəli açılışı 1834-cü ilin 15 iyulunda Müqəddəs Vladimir günü olmuşdur. Elə həmin gün də birinci məşğələlər keçirilmişdir.
Kiyev funikulyoru
Kiyev funikulyoru — funikulyor Yuxarı Kiyev ilə Kiyev şəhərini əlaqələndirir. Odessa funikulyorundan sonra Ukrayna ərazisində ikinci funikulyordur. == Funikulyorun tarixi == 20 may 1905-ci ildə funikulyorun mexaniki qurğuların sınağı həysta keçirilir. Artıq növbəti gün sərnişinlərin daşınmasına başlanılır. İlk əvvəllər funikulyor hazırkı funikulyordan 40 metr qısa olmuşdur. 1928-ci ilin yayında kanatlardan birini dəyişərkən vaqon aşağıdakı vaqonla toqquşmuşdur. 1929-cu il təmiri zamanı Kiyev funikulyoru 40 metr uzadılmışdır. 1980-ci ilin ortalarında funikulyorda yeni təmirlər gedir. 2008-ci ildə funikulyorun təmiri ilə bağlı tender elan edilir. Maliyyə çatışmamazlığı səbəbindən illik təmirlə kifayətlənməli olurlar.
Kiyev kotleti
Kiyev kotleti (rus. Котлета по-киевски) — yağda qızardılmış toyuq filesindən, əsasən dairəvi şəkildə hazırlanan kotlet növü. == Ərzaqlar == toyuğun döş əti — 2 ədəd kərə yağı — 40 qr. sarımsaq, şüyüd, duz yumurta −2 ədəd suxarı qızartma üçün bitki yağı == Hazırlanması == Yumşaq kərə yağı doğranmış sarımsaq, şüyüd və duzla qarışdırılır. Kiçik uzunsov formada içliklər hazırlayırıq və soyuducuda dondururuq. Toyuğun döş əti yuyulur, dərisi çıxarılır və əti sümükdən ayrılır. Toyuğun iki döş ətindən 4 kiev kotleti hazırlamaq olar. Toyuq filesi mətbəx çəkiciylə döyülür və arasına əvvəlcədən dondurulmuş yağ bükülür. Hazır kotletlər yumurtaya sonra suxarıya, yenə yumurtaya və sonra suxarıya bulanaraq 7–8 dəqiqə ərzində frityurda bişirilir. Frityur əvəzinə dərin tava və bitki yağından istifadə etmək olar.
Kiyev metropoliteni
Kiyev metropoliteni (ukr. Київський метрополітен) — Ukraynanın paytaxtı Kiyev şəhərində yeraltı metropoliten xətlərini birləşdirən nəqliyyat sistemi. 6 noyabr 1960-cı ildə fəaliyyətə başlaması ilə SSRİ-də Moskva və Leninqrad metropolitenlərindən sonra üçüncüdür. == Ədəbiyyat == === Kitablar === Наше метро / А. Хорунжий, очерк на укр. яз. — Киев, Госполитиздат, 1960. — 54 с. (ukr.) Київський метрополiтен / сборник на укр. яз. — Киев, Киевское областное книжно-газетное издательство, 1962.
Kiyev teleqülləsi
Kiyev teleqülləsi (ukr. Київська телевежа) — Kiyevdə yerləşən 385 metr hündürlükdə metal şaquli yüksəksəviyyəli tikilidir. Bu dünyanın ən yüksək qapalı quruluşudur. Qüllə, V. N. Şimanovskinin adına İnstitutunun layihəsi ilə köhnə yəhudi qəbiristanlığının ərazisində tikilmişdir. Televiziya qülləsinin tikintisi 1968-ci ildən 1973-cü ilə qədər davam etdi. Qüllənin metal konstruksiyalarının kütləsi 2,7 min ton təşkil edir — ekskavator 35 kubmetr həcmli bir kəmər ilə çəkinin dartılmasını təmin edir. Qüllə tamamilə müxtəlif diametrli polad borulardan ibarətdir. Qüllənin alt hissəsi (bazası) prizmatik qəfəs hissəsini dəstəkləyən dörd meyilli dəstəkdən ibarətdir. Qüllənin mərkəzi hissəsində 4 metr diametrli şaquli boru var. Bu, bir lift mili kimi xidmət edir.
Kiyev vilayəti
Kiyev vilayəti (ukr. Київська область) — Ukraynanın şimalında yerləşən vilayət.
Kiyev voyvodalığı
Kiyev voyvodalığı (pol. Województwo kijowskie, ukr. Київське воєводство) 1471-1569-cu illərdə Böyük Litva Hersoqluğunun bir hissəsi və 1569-dan 1793-cü ilədək Polşa-Litva İttifaqının inzibati və yerli idarəetmə vahidi idi. 1471-ci ildə Kiyev knyazlığından sonra qurulan monarxiyadır. Liderin adı Voyvoda olub. Birinci voyvodası Martynas Goštautas (1471-1475), axırıncı voyvodası isə Antoni Protazy Potocki (1791-1793) olmuşdur. 1812-ci il statistikasına görə ərazisi 200.000 km² (77,220 sq mi), əhalisi isə 500.000 nəfər olmuşdur.