Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Alazeya
Alazeya (rus. Алазе́я; saxa Алаһыай) — Rusiyanın Saxa Respublikasının şimal-şərqində çay. Uzunluğu 1,590 kilometr, hövzəsinin sahəsi 64,7 min km2-dir. Alazeya yaylasının cənubundan başlanır. Kolıma düzənliyinə axıb Şərqi Sibir dənizinə tökülür. Əsas qolu Rossoxa çayıdır. Sentyabrdan maya qədər donmuş olur. Hövzəsində çoxlu göl var. == İstinadlar == == Əlavə ədəbiyyat == Алазея // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.).
Qareyka
Qareyka (rus. Гарейка, başq. Гәрәй) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Nijnekarışev kənd şurasının tərkibindədir. 2010-cu ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndin əhalisi 39 nəfərdir. Kənd, rayon mərkəzindən 18 kilometr, ən yaxın dəmiryolu stansiyasından isə 51 kilometr uzaqlıqdadır. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə marilər (60%) tatarlar (35%) üstünlük təşkil edir.
Lazika
Lazika - Gürcüstanda Qara dəniz sahilində inşası nəzərdə tutulan yeni şəhər. Gürcüstanda keçirilən parlament seçkilərində qalib gəlmiş Bidzina İvanişvili “Forbes” jurnalına müsahibəsində Mixail Saakaşvilinin “Arzular şəhəri”nin layihədən çox anekdota bənzədiyini, bunun ona çox gülməli gəldiyini söyləyib. Gürcüstanın regional inkişaf və infrastruktur naziri vəzifəsinə namizəd olan keçmiş futbolçu Kaxa Kaladze isə bildirib ki, Gürcüstan prezidenti Mixail Saakaşvilinin “Arzular şəhəri” adlandırdığı Lazika şəhərinin tikintisi davam etdirilməyəcək.
Layka
Layka (rus. Лайка, hərfi mənada "hürən", təq. 1954, Moskva, RSFSR, SSRİ – 3 noyabr 1957, Sputnik-2) — Yerətrafı orbitə çıxan ilk heyvan və Sovet kosmos iti. Adi küçə iti olan Layka kosmosa gedən ilk canlılardan biri idi. O, 1957-ci il noyabrın 3-də Sputnik-2 adı altında kosmosa göndərilən R-7 raketinin sakini kimi seçilmişdi. Kosmosa göndərilən vaxt onun təqribən 3 yaşı var idi. Bəzi alimlər fikirləşirdilər ki, insanlar kosmosa getsələr orada məhv olarlar. Buna görə də, kosmosa it göndərmək fikrində idilər. Həmin vaxtlarda kosmik uçuşların canlılara təsirinə dair məlumat az olduğuna görə Laykanın yaşama ehtimalının çox az olacağı düşünülürdü. Layka çox güman ki, R-7 raketi ilə onun yerləşdiyi hissənin ayrılması anında baş vermiş qəza səbəbilə meydana gələn hipertermiya (həddən artıq istilik) nəticəsində qalxışdan sonrakı bir neçə saat içində ölmüşdür.
Alazeya yaylası
Alazeya yaylası (rus. Алазе́я; saxa Алаһыай) — Rusiyanın Saxa Respublikasında İndigirka, Kolıma, Alazeya, Ojogina çayları arasında yayla. Uzunluğu 300 kilometr, orta hündürlüyü 350 metrdir. Alazeya çayının dalğalı səthində mütləq hündürlük 400–954 metr olan yastı zirvəli tək-tək massivlər və silsilələr var. 450 metr hündürlüyə qədər seyrək qaraşam meşələri, yuxarılar isə sidr koluqları və tundradır. Bataqlıq çoxdur.
Yevgeni Lazuka
Yevgeni Lazuka (19 aprel 1989) — Belarusu və Azərbaycanı təmsil edən üzgüçü. Yevgeni Lazuka Belarusu 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə o, 100 metr məsafəyə batteflay üsulu ilə üzmə turnirinin təsnifat mərhələsində 54.54 saniyə nəticə göstərdi və 42-ci pillənin sahibi olub. Yevgeni Lazuka 2013-cü ildə İndoneziyada baş tutan III İslam Həmrəyliyi Oyunlarında bir gümüş və bir bürünc medala sahib oldu. Daha sonra Yevgeni Lazuka Azərbaycanı 2012-ci ildə Birləşmiş Krallıqın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə o, 100 metr məsafəyə batteflay üsulula üzmə turnirinin təsnifat mərhələsində 52.86 saniyə nəticə göstərdi və 38-ci pillənin sahibi olub.
Lazika Yayıncılık
Lazika Yayıncılık və ya köhnə adı ilə Lazika Yayın Kolektifi — 2011-ci ildə İstanbulda təsis edilmiş, laz dili ədəbiyyatı və dili üzrə nəşrlər edən nəşriyyat təşkilatı. Yarandığı gündən bəri "Lazika Yayın Kolektifi" 5-i türk, qalanı isə laz dilində olmaqla 80-dən çox kitab nəşr etmişdir. Lazcadan türkcəyə rəsmi olaraq tərcümə edilmiş ilk kitab olan "Balaca şahzadə" bu nəşriyyatda çap olunmuşdur. Nəşriyyatın nəşr etdiyi mövzulara laz dili dərslikləri, lüğətlər, uşaq kitabları və tərcümələr daxildir. Nəşriyyat Şərqi Qara dəniz regionunda TÜYAP kitab sərgisi və şənlik və festivallarda stendlər açır.
Lazika (planlaşdırılmış şəhər)
Lazika - Gürcüstanda Qara dəniz sahilində inşası nəzərdə tutulan yeni şəhər. Gürcüstanda keçirilən parlament seçkilərində qalib gəlmiş Bidzina İvanişvili “Forbes” jurnalına müsahibəsində Mixail Saakaşvilinin “Arzular şəhəri”nin layihədən çox anekdota bənzədiyini, bunun ona çox gülməli gəldiyini söyləyib. Gürcüstanın regional inkişaf və infrastruktur naziri vəzifəsinə namizəd olan keçmiş futbolçu Kaxa Kaladze isə bildirib ki, Gürcüstan prezidenti Mixail Saakaşvilinin “Arzular şəhəri” adlandırdığı Lazika şəhərinin tikintisi davam etdirilməyəcək.