Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ləğv mədəniyyəti
İmtina mədəniyyəti və ya ləğv mədəniyyəti — qəbuledilməz şəkildə hərəkət etdiyi və ya danışdığı hesab edilən bəzi şəxslərin kənarlaşdırıldığı, boykot edildiyi və ya uzaqlaşdırıldığı, 2010-cu illərin sonu və 2020-ci illərin əvvəllərinə aid olan mədəni fenomen ifadə. Bu "uzaqlaşdırma" sosial mediada və ya şəxsən sosial və ya peşəkar dairələrə — məşhurların iştirakı ilə baş verən məşhur hadisələrə şamil edilə bilər. Bu fenomenə məruz qalanlardan "imtina edildiyi" deyilir. İmtina mədəniyyəti termini 2010-cu illərin sonu və 2020-ci illərin əvvəllərində istifadə olunmağa başlandı və əsasən mənfi mənalara sahibdir. "Çağırış mədəniyyəti" termini bəziləri tərəfindən eyni anlayış üçün daha müsbət söz kimi istifadə olunur. Bəzi tənqidçilər iddia edirlər ki, imtina mədəniyyəti ictimai diskursa soyuq təsir göstərir, səmərəsizdir, real sosial dəyişiklik gətirmir, dözümsüzlük yaradır və kiberzorakılığa səbəb olur. Digərləri isə iddia edirlər ki, "imtina" çağırışları söz azadlığının formalarından biridir və onlar hesabatlılığı təşviq edir və hüquqlarından məhrum edilmiş insanlara söz haqqı verir. Yenə də başqaları imtina mədəniyyətinin aktual bir fenomen olub-olmadığını sual altına alır, oxşar boykot formalarının imtina mədəniyyəti termininin yaranmasından çox əvvəl mövcud olduğunu iddia edir. Bəzi ictimai xadimlərin karyeraları geniş şəkildə "imtina" olaraq xarakterizə edilən boykotlardan təsirlənsə də, bundan şikayətlənən digərləri karyeralarını uğurla davam etdirdilər. Təxminən 2015-ci ilə qədər, bir insanı və ya işi dəstəkləməyi dayandırmaq üçün bəzən ciddi, bəzən də zarafatla şəxsi qərara istinad etmək üçün imtina anlayışı Qara Twitter-də geniş yayılmışdı.
Lego
The Lego Group — Danimarka oyuncaq şirkəti. 1932-ci ildə yaradılmışdır. The Lego Group 1932-ci ildən etibarən taxta oyuncaqlar düzəldən Ole Kirk Kristiansenin (1891–1958) emalatxanasında başladı. 1934-cü ildə o kompaniyasının adını leqo qoydu. Leqo adı "Leggodt" sözündən əmələ gəlmişdir. Sözün mənası "yaxşı oyun"dur.
Lev
Lev — ad. Bu adı olan tanınmışlar Lev Brovarski — Lev Slutskin — Digər Lev (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd.
Xilafətin ləğvi
Xilafətin ləğvi — dünyada sonuncu tanınmış xilafət olan Osmanlı xilafətinin Türkiyə Böyük Millət Məclisinin 3 mart 1924-cü il tarixli fərmanı ilə ləğv edilməsi. Bu proses Atatürkün Osmanlı imperiyasının Türkiyə Cümhuriyyəti ilə əvəzlənməsindən sonra həyata keçirdiyi islahatlardan biri idi. II Əbdülməcid sonuncu Osmanlı xəlifəsi kimi taxtdan salınmışdı. Xəlifə nominal olaraq dünyadakı bütün müsəlmanların ali dini və siyasi lideri idi. Hadisədən əvvəlki illərdə, davam edən Türkiyə İstiqlaliyyət müharibəsi zamanı xilafətin qeyri-müəyyən gələcəyi dünya miqyasında sünni islam icması arasında kəskin reaksiyalara səbəb olmuşdu. Xilafətin ləğv edilməsi ehtimalına Hindistandakı Xilafət hərəkatı fəal şəkildə qarşı çıxmış, bütün müsəlman dünyasında qızğın müzakirələrə səbəb olmuşdu. Xilafətin ləğvi Osmanlı sultanlığının ləğvindən 18 aydan az bir müddət sonra baş vermişdi. Osmanlı sultanlığının ləğvi Nafi, Basheer. The Abolition of the caliphate: causes and consequences // The Different aspects of Islamic culture, v. 6, pt.
Dark Leg
Leq çarlığı
Leq çarlığı — III əsrin əvvəllərində Qafqaz Albaniyasının ictimai-siyasi həyatında mühüm rol oynayan bəzi vilayətlərdə ayrı-ayrı çarlıqların meydana gəlməsi müşahidə olunur. Tarixi mənbələrdə həmin dövrdə Albaniya ərazisində mövcüd olmuş iki qüdrətli çarlığın adı çəkilir. Bunlar "Leglərin ölkəsi" ("Lezgan") və "Maskutların ölkəsi" ("Maskut") adları ilə gös-tərilən çarlıq-lardır. İndiki Müşkür ərazisində yaradılmış Maskut o qədər də böyük deyildi. Onunla müqayisədə Lezgan həm əhalisinin sayına, həm də ərazisinə görə xeyli böyük idi. Qədim mənbələrdə göstərildiyi kimi, onu hel, leg, gel, kirk, sul, çur və digər ləzgi tayfalarını birləşdirən, daha güçlü tayfa olan lezglər araya gətirmişdi və çarlığa da onların adı verilmişdi. "Lezgan" lezglərin (ləzgilərin) ölkəsi deməkdir. Orta əsr ərəb tarixçilərinin al-Lakz adlandırdıqları bu çarlıq cənubdan Şirvanla, cənubi-qərbdən Şəki vilayəti ilə həmsərhəd idi. Tarixçilər göstərirlər ki, XI əsrə kimi Maskut çarlığı Lezganın təsiri altında olmuş, sonra Şirvanın tərkibinə daxil edilmişdi. Bu vaxt Lezgan özü də iki yerə bölünür və tarixi ədəbiyyatda Qərbi Lezgan və Şərgi Lezgan terminləri peyda olur.
Lev (Kəlbəcər)
Lev — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Lev kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfinndən işğal edilib. Kənd 2020-ci il 25 noyabrda işğaldan azad edilib. ının sahilində, Burovar silsiləsinin ətəyindədir. Tam adi Levkənddir. Kəndin adı oradakı Lev (və ya Leh) adlı qədim qalanın adındandır. Qala Tərtər çayının sahilində, sıldırım qaya üstündədir. Xalq arasında qala Lev (Ləkərqişlaq) Loktim də adlanır. Qalanın adi XII əsrdən məlumdur. Bəzi tədqiqatlara görə, lev/ldv fars dilindəki bb sözündən olub “dodaq”, məcazi mənada “dag çixintisi, irəli çixmiş qaya” mənasındadır.
Lev Bardukov
Lev Bordukov (13 mart 1913 – 1967) — Aktyor. Lev Bordukov 1913-cü ildə Moskvada dünyaya gəlib. O, ilkin yaradıcılığa 16 yaşından başlayıb. 1929-1932-ci illərdə Moskvada Fəhlə Teatrının aktyoru olub. İlk dəfə 1933-cü ildə Almaniyada fəhlələrin ağır vəziyyətindən, kommunistlərin kapitalistlərə qarşı mübarizəsindən bəhs edən "Günəş Qərbdə çıxır" filminə çəkilib. 1933-cü ildə Moskva İncəsənət Teatrına aktyor kimi qəbul olunub. Buradakı fəaliyyəti 1941-ci ildə İkinci Dünya müharibəsinə çağırılana qədər davam edib. 43-cü ilə qədər Böyük Vətən müharibəsində iştirak edir, ancaq qəfil dəyən güllədən ağır yaralanır və orduya yararsız biri kimi tərxis olunur. Müharibədən qayıdandan sonra Mərkəzi Nəqliyyat Teatrının və Teatr Studiyasının səhnəsində çıxış etməyə başlayır. Levin çılğın xarakteri, yüksək ədalət hissi müharibədən sonra onu ölkədə baş verən daxili çəkişmələrin içərisinə doğru çəkir.
Lev Berq
Lev Semyonoviç Berq (1876-1950) — rus coğrafiyaşünası. L.N.Berq 1876-cı ildə Moldoviyanın Bender şəhərində anadan olmuşdur. O, Kişinyovda gimnaziyanı qızıl medalla bitirmiş, 1894-cü ildə Moskva Universitetinin fizika-riyaziyyat fakültəsinin təbiət bölməsinə daxil olmuşdur. Ixtiologiya (balıqları öyrənən sahə) sahəsilə xüsusi maraqlanan Berq 1898-ci ildə universiteti bitirərək Qərbi Sibir göllərini öyrənməyi yola düşür. Özündən əvvəlki tədqiqatçılardan fərqli olaraq Sibir göllərinin səviyyəsinin qalxdığını müəyyən edib. Hərtərəfli biliyə malik olmasını nəzərə alaraq Berq haqqında müəllimi belə yazır: "Bütün bunları öyrənməyi və ciddi fikirləşməyi o nə vaxt çatdırırdı." Görkəmli alim göllərin öyrənilməsində xüsusilə maraqlı olmuşdur. Universiteti qurtarmaqla o, bir neçə il ərzində Aral dənizini, səhraların relyefini, İssık-Kul, Balxaş, Qərbi Sibir göllərini öyrənmişdir. Yazılmış əsərlər içərisində "Aral dənizi" kitabı xüsusi elmi əhəmiyyətə malikdir. Ilk dəfə olaraq Berq bu gölün müxtəlif dərinliklərində temperaturu öyrənmiş, axın istiqamətini, tərkibini müəyyən etmişdir. Ilk dəfə olaraq Aral gölündə müəyyən etdiyi duran dalğaları müəyyən etmiş və onu magistr dissertasiya müdafiəsinə təqdim etmişdir.
Lev Bordukov
Lev Bordukov (13 mart 1913 – 1967) — Aktyor. Lev Bordukov 1913-cü ildə Moskvada dünyaya gəlib. O, ilkin yaradıcılığa 16 yaşından başlayıb. 1929-1932-ci illərdə Moskvada Fəhlə Teatrının aktyoru olub. İlk dəfə 1933-cü ildə Almaniyada fəhlələrin ağır vəziyyətindən, kommunistlərin kapitalistlərə qarşı mübarizəsindən bəhs edən "Günəş Qərbdə çıxır" filminə çəkilib. 1933-cü ildə Moskva İncəsənət Teatrına aktyor kimi qəbul olunub. Buradakı fəaliyyəti 1941-ci ildə İkinci Dünya müharibəsinə çağırılana qədər davam edib. 43-cü ilə qədər Böyük Vətən müharibəsində iştirak edir, ancaq qəfil dəyən güllədən ağır yaralanır və orduya yararsız biri kimi tərxis olunur. Müharibədən qayıdandan sonra Mərkəzi Nəqliyyat Teatrının və Teatr Studiyasının səhnəsində çıxış etməyə başlayır. Levin çılğın xarakteri, yüksək ədalət hissi müharibədən sonra onu ölkədə baş verən daxili çəkişmələrin içərisinə doğru çəkir.
Lev Borisov
Lev İvanoviç Borisov — Rusiyanın Xalq artisti, teatr və kino aktyoru Lev İvanoviç Borisov 8 dekabr 1933-cü ildə anadan olub. Boris Şukin adına teatr məktəbini bitirib, 1987-ci ildə M.N.Yermolova adına Moskva Dram Teatrının aktyoru olub. Yaradıcı karyerası dövründə 90-dan çox filmdə çəkilib. 50-ci illərdə “Yetkinlik attestatı” (1954) filmimdə onuncu sinif şagirdi kimi debüt edib. Aktyora “Banditski Peterburq” (“Canilərin Peterburqu”) (2000-2003) teleserialında oynadığı Antibiotik adlı kriminal avtoritetin rolu böyük uğur qazandırıb. Sonuncu kino işləri arasında “Əjdaha sindromu” (2011), “Qorqona əməliyyatı” (2011) göstərmək olar. Rusiyanın Xalq artisti, teatr və kino aktyoru Lev Borisov 15 yanvar 2011-ci ildə çərşənbə axşamı Moskvada 78 yaşında dünyasını dəyişib.
Lev Brovarski
Brovarski Zaqatalanın Simurq klubunun baş məşqçisi Roman Pokoranın "Karpatı"da uzun müddət komanda yoldaşı və kapitanı olub. O, 1969-cu ildə, 20 yaşında ikən Lvov təmsilçisinin kapitanı kimi SSRİ kubokunu başı üzərinə qaldırıb. Pokora da həmin vaxt "Karpatı"nın heyətində yer alsa da, qələbə qazandıqları final oyununda ehtiyatda qalıb. Lev Brovarski bu komandada oyun sayına görə (412) rekordçudur. Lvov futbolunun tarixində ən yaxşı futbolçu sayılan Brovarski SSRİ yığmasında da çıxış edib. O, 1990-cı ildə İtaliyada keçirilən dünya çempionatının final mərhələsində 1/4 finala çıxan Kamerun yığmasının baş məşqçisi Valeri Nepomnyaşının köməkçisi olub. Brovarski SSRİ-nin əməkdar idman ustası, Ukraynanın əməkdar məşqçisi adını daşıyıb. Qeyd edək ki, "Karpatı" ötən 2008-ci ilin noyabrında Brovarskinin 60 illik yubileyində geydiyi 6 nömrəli formanı əbədiləşdirib. O, həmin vaxt Ukrayna prezidenti Viktor Yuşenkonun qərarı ilə dövlət mükafatına layiq görülüb. Ukraynanın "Karpatı" klubunun sabiq məşqçisi Lev Brovarski 2009-cu ildə vəfat edib.
Lev Dovator
Lev Mixayloviç Dovator (rus. Лев Миха́йлович Дова́тор; 20 fevral 1903 – 19 dekabr 1941) — İkinci dünya müharibəsində həlak olan general-mayor. Ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. 1903-cü ilin 20 fevralında Xotinoda kəndli yəhudi ailəsində anadan olmuşdur. Almaniyanın SSRİ-yə hücumu zamanı Qırmızı ordunun 36-cı atlı dəstəsinin başçısı heyət başçısı vəzifəsinə gətirilmişdir. Tezliklə atlı dəstənin komandiri olmuşdur. 1941-ci ilin avqust-sentyabr aylarında dəstəsi Smolensk yaxınlığında alman qüvvələrini cəsarətlə məğlub etmişdir. Moskva uğrunda döyüşlərdə Lev Dovator 2-ci Gözətçi Atlı Dəstə Korpusunun komandiri olaraq Volokolamskdan almanların hücumunu dəf etmişdir. 1941-ci ilin 19 dekabrında Ruza yaxınlığında gedən döyüşdə həlak olmuşdur. Ölümündən iki gün sonra ona Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir.
Lev Durov
Lev Konstantinoviç Durov (rus. Лев Константинович Дуров; 23 dekabr 1931, Moskva - 20 avqust 2015, Moskva) — Sovet və Rusiya teatr və kino aktyoru, teatr rejissoru, pedaqoq, SSRİ xalq artisti (1990). Qocalar-quldurlar (film, 1971) Baharın on yeddi anı (film, 1973) Al çiçək (film, 1977) Qorxma, mən səninləyəm Papaq (film, 2007) Qorxma, mən səninləyəm!
Lev Karaxan
Lev Mixayloviç Karaxan (erm. Լևոն Միքայելի Կարախանյան, rus. Лев Михайлович Карахан; 20 yanvar (1 fevral) 1889 və ya 1889, Tiflis – 20 sentyabr 1937 və ya 1937, Moskva) — erməniəsilli SSRİ diplomatı. RSFSR və SSRİ xarici işlər komissarının müavini, Polşa, Çin və Türkiyədə RSFSR və SSRİ-nin diplomatik təmsilçisi olmuşdur. Капица М. С. Л. Карахан (1889–1937), в кн.: Видные советские коммунисты — участники китайской революции. — М., 1970. Раскольников Ф. Ф. На боевых постах. — М., 1964. Деятели СССР и революционного движения России. Энциклопедический словарь Гранат.
Lev Karsavin
Lev Platonoviç Karsavin (d. 1882 - ö. 1952) — Rus filosofu, şair, tarixçi. Lev Platonoviç Karsavin 13 dekabr 1882-ci ildə Sankt-Peterburq şəhərində anadan olmuşdu.Sankt-Peterburq Dövlət Universitetində oxumuşdu. Lev Karsavin 20 iyul 1952-ci ildə vəfat edib. Карсавин, Лев Платонович: Биография. Библиография. Высказывания Arxivləşdirilib 2008-03-21 at the Wayback Machine Лев Карсавин (1882—1952): биография и тексты Arxivləşdirilib 2011-06-17 at the Wayback Machine Лев Карсавин. Метафизика любви — Документальный фильм (Россия, 2007). Режиссёр Олег Бараев.
Lev Kleyn
Lev Samuiloviç Kleyn (rus. Лев Самуи́лович Клейн; 1 iyul 1927, Vitebsk – 7 noyabr 2019, Sankt-Peterburq) — sovet və rus tarixçisi, arxeoloq, mədəniyyət antropoloqu, filoloq, elm tarixçisi. Tarix elmləri doktoru, professor. Sankt-Peterburqdakı Avropa Universitetinin qurucularından biridir. Tələbəlik illərində, Nikolay Marrın müəllif olduğu və o vaxt hakim olan "Yafəs dilləri nəzəriyyəsini"nə qarşı çıxırdı, aspiranturaya daxil olduqdan sonra isə Kiyev Rus dövlətinin mənşəyi məsələsində Sovet arxeoloqlarının fikirlərinə hakim olan antinormanizmə qarşıydı. İyirmi il Leninqrad Universitetinin arxeologiya şöbəsində dərs keçirdi. Nəzəri arxeologiyanın əsasları üzərində işləyirdi; nəzəriyyə və tarixşünaslıq mövzularına aid işləri təkçə Sovet İttifaqında deyil, həm də Qərbdə də fəal şəkildə nəşr edilirdi. 1981-ci ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi alimə qarşı cinayət işi başlatdı və o, məhkum edildi. 1982-ci ildə sərbəst buraxıldıqdan sonra Kleyn akademik dərəcəsindən və fəxri addan məhrum edildi, onu işə qəbul etmirdilər və dərs deməyə icazə verilmirdi. Yalnız yenidənqurma illərində xaricdə müəllimlik etməyə başladı və SSRİ-nin dağılmasından sonra Sankt-Peterburq Dövlət Universitetində professor oldu və 1997-ci ilə qədər Avropa Universitetində dərs deyirdi.
Lev Landau
Lev Davidoviç Landau (rus. Лев Дави́дович Ланда́у; 9 (22) yanvar 1908, Bakı, Rusiya imperiyası – 1 aprel 1968[…], Moskva, SSRİ) — nəzəri fizikanın bir çox sahələrinə fundamental elmi töhfələr bəxş etmiş sovet fiziki. Onun elmi nailiyyətləri arasında kvant mexanikasında sıxlıq matrisi metodunun kəşfi, diamaqnetizmin kvant nəzəriyyəsi, ifrat axıcılıq nəzəriyyəsi, ikinci növ faza keçidləri, ifrat keçiriciliyin Qinzburq – Landau nəzəriyyəsi, plazma fizikasında Landau sönməsinin izahı, kvant elektrodinamikasında Landau qütbü, və iki-komponentli neytrinoların nəzəriyyəsi misal göstərilə bilər. Landau ifrataxıcılığın riyazi nəzəriyyəsinin kəşfinə görə 1962-ci ildə fizika üzrə Nobel mükafatına layiq görülmüşdür. Landau 1908-ci ilin 22 Yanvar tarixində Bakıda yəhudi ailəsində anadan olmuşdur (atası David Lvoviç Landau, anası Lyubov Venyaminovna Qarkavi). Hələ çox erkən yaşlarında riyaziyyatda nümayiş etdirdiyi qeyr-adi istedad sonralar onun barəsində nə vaxtsa riyaziyyatı bilməməsini xatırlamadığını deməsi kimi xatırlanmışdır. Landau 13 yaşında gimnaziyanı bitirmiş, universitetə yaşı çatmadığından, Baki İqtisadiyyat Texnukumuna qəbul olunmuşdur. 1922-ci ildə cəmi 14 yaşında ikən Bakı Dövlət Universitetinə qəbul olunmuşdur. Burada o eyni zamanda iki fakültədə, Fizika-riyaziyyat və Kimya ixtisasları üzrə təhsil almışdır. 1924-cü ildə Leninqrad Universitetinin fizika fakültəsinə göndərilmiş və buranı 1927-ci ildə bitirmişdir.
Lev Vıqotski
Lev Semyonoviç Vıqotski (rus. Лев Семёнович Выготский; 17 noyabr 1896, Orşa, Mogilyov quberniyası[d] – 10 iyun 1934[…], Moskva) — görkəmli sovet psixoloqu. Vıqotski ilk dəfə mühitin uşağın psixikasına təsirinin konkret mexanizmini göstərmişdir. Belə vacib mexanizmi o, interiorizasiyada görürdü. Göstərirdi ki, hər bir ali psixi funksiya iki dəfə təzahür edir. I dəfə xarici – interpsixika kimi, II dəfə daxili – intrapsixi kimi. Vıqotski psixi inkişafa uyğun olaraq yeni yaş dövrlərini müəyyənləşdirir. Dövrləşmənin kriteriyası kimi Vıqotski mənalılığı və dinamikanı ayırır. O, inkişaf və təlim arasındakı qarşılıqlı əlaqəni araşdırarkən yaxın inkişaf zonası ideyasını irəli sürür. Göstərir ki, təlim inkişafetdirici ola bilər.
Lev Yaşin
Lev Yaşin (21 oktyabr 1929[…] və ya 22 oktyabr 1929, Moskva, RSFSR, SSRİ – 20 mart 1990, Moskva, RSFSR, SSRİ) — əfsanəvi sovet futbol qapıçısı, 5-qat SSRİ çempionu, "Qızıl top" mükafatını almış yeganə qapıçı. Sovet futbolunun görkəmli şəxsiyyətlərindən olan Lev İvanoviç Yaşin 22 oktyabr 1929-cu ildə Moskvada doğulub. O, futbolçu karyerası ərzində yalnız "Dinamo" (Moskva) klubunda çıxış edib. 1949-cu ildən "Dinamo" (Moskva) klubunda oynamağa başlayan qapıçı 5 il sonra SSRİ yığmasına cəlb olunub. O, 1956-cı il Melburn Yay Olimpiya Oyunlarında və 1960-cı il Avropa çempionatında qızıl medal qazanıb. 1954–1959-cu illərdə Dinamo Moskva klubunda azərbaycanlı futbolçulardan Ələkbər Məmmədovla, 1966-cı il dünya çempionatında isə yığmanın tərkibində Anatoli Banişevski ilə birgə çıxış edib. 1963-cü ildə ona Avropanın ən yaxşı futbolçusu üçün müəyyənləşdirilən "Qızıl top" mükafatı verilib. 1986-cı ildə olimpiya ordeninə və bundan 2 il sonra FİFA-nın qızıl ordeninə layiq görülüb. 1971-ci il mayın 27-də futbolçu karyerasını başa vurduqdan sonra o, bir müddət uşaq və yeniyetmələrdən ibarət komandalarda məşqçi kimi çalışıb. İntensiv siqaret çəkməsi ilə əlaqədar damarlarının tutulması üzündən 50 yaşından sonra onun sol ayağında qanqrena başlayıb.
Lev Çerepanov
Lev Şaumyan
Lev Stepanoviç Şaumyan (25 aprel 1904, Tiflis – 24 may 1971, Moskva) — sovet jurnalisti, müəllim. 1904-cü ildə Tiflisdə doğulmuşdur. Bakı döyüşündə iştirak etmiş, 26 Bakı komissarı ilə birgə həbs olunmuşdu. 1919-cu ildə Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, 1919–1920-ci ildə Tiflis və Bakıda bolşeviklər üçün gizli fəaliyyətdə olmuş, 1922–1923-cü illərdə Y. M. Sverdlov adına Kommunizm institutunu bitirmiş, evlənmişdir. 1924–1932-ci illərdə Volqoqradda partiya şöbəsində çalışmışdır. 1948-ci ildə Sov.İKP MK yüksək təhsil mərkəzini bitirmişdir. 1932–1946cı illərdə jurnalistika fəaliyyətinə başlamış, 1941–1946cı illərdə "Ural fəhləsi" qəzetinin baş redaktoru olmuşdur. 1949-cu ildə "Sovet ensiklopediyası"nda işləməyə başlamış, 1954-cü ildə Böyük Sovet Ensiklopediyasının baş redaktorlarından olmuşdur.
Lev Şerba
Lev Şerba (belar. Леў Уладзіміравіч Шчэрба; 20 fevral (3 mart) 1880, Sankt-Peterburq – 26 dekabr 1944[…], Moskva) — Rus və Sovet dilçisi, SSRİ Elmlər Akademiyasının (1943) və RSFSR Pedaqoji Elmlər Akademiyasının (1944) akademiki, psixolinqvistikanın, leksikoqrafiyanın və fonologiyanın inkişafına böyük töhfə vermişdir. Fonem nəzəriyyəsinin banilərindən biridir. Rus, slavyan və fransız dillərində ümumi dilçilik üzrə mütəxəssis. Lev Vladimiroviç Şerba, Minsk quberniyasının İqumen şəhərində anadan olub (bəzən səhvən, valideynlərinin onun doğumundan əvvəl köçdüyü Peterburq şəhəri doğum yeri kimi göstərilir), lakin Kiyevdə böyümüş, burada 2-ci Kiyev gimnaziyasını qızıl medalla bitirmişdir. 1898-ci ildə Kiyev Universitetinin təbiət fakültəsinə daxil olmuşdur. 1899-cu ildə valideynləri Sankt-Peterburqa köçdükdən sonra Sankt-Peterburq İmperator Universitetinin Tarix və Filologiya fakültəsinə keçmişdir. İvan Aleksandroviç Boduen de Kurtenenin tələbəsi olmuşdur. 1903-cü ildə "Fonetikada psixiki element" kompozisiyasına görə Sankt-Peterburq Universitetini qızıl medalla bitirmişdir. 1906–1908-ci illərdə Avropada yaşamış, Leypsiq, Paris, Praqada qrammatikanı, müqayisəli-tarixi dilçilik və fonetikanı öyrənmiş, Toskana və Lusatiya (xüsusən Mujakovski) ləhcələrini araşdırmışdır.
Lev Əsgərov
Əsgərov Lev Mabudoviç (1 sentyabr 1940 və ya 1 oktyabr 1942, Artyom – 30 aprel 2023, Bakı) — nasir, publisist, 2000-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.[mənbə göstərin] Lev Əsgərov 1942-ci il oktyabrın 1-də Bakı yaxınlığındakı Artyom qəsəbəsində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra neft sənayesində fəhləlik etmişdir. Ordu sıralarında hərbi xidmətdə olmuşdur (1959–1962). İlk yazıları "Sovetskiy voin" jurnalında və "Za rodinu" qəzetində çıxmışdır. Ordudan tərxis edilib Kazan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır (1962–1967). "Bakinskiy raboçiy", "Trud" qəzetlərinin xüsusi müxbiri (1967–1973), Krasnovodski vilayət partiya komitəsinin birinci katibinin köməkçisi (1973–1975), Bakı Radio zavodunun "İmpuls" qəzetinin redaktoru, Ümumittifaq müəllifləri hüquq cəmiyyətinin respublika şöbəsinin rəis müavini (1976–1982), Azərbaycan Respublikası kitabsevərlər cəmiyyətinin məsul katibi (1982–1985), Dostluq Cəmiyyətində "Sovet Azərbaycanı" jurnalının baş redaktoru (1987-ci ildən) olmuşdur. Rus dilində yazıb-yaradır, hekayə, povest və məqalələri dövri mətbuatda dərc olunmuşdur. "Mavi dirəklər" (1973), "Zapiski" (1981), "Xüsusi əlaməti yoxdur" (1986) kitablarında oçerk, hekayə və povestləri toplanmışdır. Lev Əsgərov 30 aprel 2023-cü ildə dünyasını dəyişmişdir. Голубые вёрсты: Рассказы и очерки.
Lev Maneviç
Maneviç Lev Yefimoviç (1898-1945) — Sovet İttifaqı Qəhrəmanı Maneviç Lev Yefimoviç 20 avqust 1898-ci ildə Belorusiyanın Mogilyov vilayətinin Çausı rayonunda dünyaya göz açıb. Lev Yefimoviç uşaq ikən öz valideynləri ilə Bakıya gəlmiş və şəhərin Qara şəhər adlanan hissəsində oxumuş və sonra zavodda işləmişdir. M.Frunze adına Hərbi Akademiyanı və Jukoski adına Hərbi Hava Akademiyasını bitirmişdir. Hərbi rütbəsi polkovnik olub. Lev Maneviçin sonrakı həyatı hərbi xidmətə həsr olunmuşdur. İkinci dünya müharibəsi illərində antifaşist istiqamətində hərbi kəşfiyyatçı olmuş və həbs edilərək polkovnik Starostin adı ilə hərbi düşərgədə (Almaniyada) saxlanılırdı. 1943-cü ildə İtaliya əks-kəşfiyyatçıları tərəfindən hitlerçilərə verilmişdir. Mauthauzen, Melk və Ebenze hərbi əsir düşərgələrində saxlanılmışdır. Amerikanlar tərəfindən azad olunduqdan sonra vərəm xəstəliyindən 12 may 1945-ci ildə vəfat etmişdir. 1945-ci ilin bayramı günlərində hərbi düşərgədə məhv edilmişdir.
Ləqəb və Adların Ləğvi Haqqında Qanun
Ləqəb və Adların Ləğvi Haqqında Qanun Türkiyədə 26 noyabr 1934-cü il tarixli 2590 nömrəli qəbul edilmiş qanundur. Türkiyənin Rəsmi Qəzetində (2867 saylı, 3-cü cild, 6-cı səhifə) 29 noyabr 1934-cü ildə nəşr edilmişdir. Türkiyə Böyük Millət Məclisində köhnəlmiş olmasına görə müzakirə edilmişdir. Qanuna görə: Maddə 1 - Ağa, Hacı, Hafiz, Xoca, Molla, Əfəndi, Bəy, Bəyəfəndi, Paşa, Xanım, Xanıməfəndi və Həzrətləri kimi ləqəb və adlar ləğv edilmişdir. Kişi və qadın vətəndaşlar qanun qarşısında və rəsmi sənədlərdə yalnız adları ilə qeyd olunmalıdır. Maddə 2 - Mülki, rütbə və rəsmi nişanlar və medallar ləğv edilmişdir və bu nişanların və medalların istifadəsi qadağandır. Müharibə medalları istisnadır. Türklər xarici dövlət nişanələrini üstlərində daşıya bilməzlər. Maddə 3 - Hərbi rütbələrdən adın əvvələ gəlməsi şərti ilə quru qoşunlarında və hava qüvvələrində xidmət edən Müşir, Birinci Ferik, Ferik ve Liva rütbəli şəxslərə General, dənizdə xidmət edən Birinci Ferik, Ferik və Liva rütbəli şəxslərə Admiral adı verilir. General və Admiralların dərəcələrini göstərən rütbələrlə hərbi dəniz zabitlərinin və digər hərbi birləşmələrdə xidmət edənlərin dərəcələrini göstərən rütbələrlə təltif edilməsi Ali Hərbi Şuranın qərarı və Deputatlar Şurasının təsdiqi ilə müəyyən edilir.