Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dəmir ledi
Marqaret Hilda Tetçer (ing. Margaret Hilda Thatcher; 13 oktyabr 1925[…], Qrantem[d], Linkolnşir qraflığı[d][…] – 8 aprel 2013[…], Rits oteli[d], Vestminster borosu[…]) — Britaniyalı siyasətçi. Birləşmiş Krallıqda ən uzun müddət vəzifədə qalmış baş nazir və ölkənin yeganə qadın baş naziri. Yaxın tarixdə ölkəyə ən çox təsir edən insanlardan olub. Tətbiq etdiyi siyasətlər səbəbi ilə həm böyük dəstək görüb, həm də ciddi müxalifətlə qarşılaşmışdı. Gəncliyində parlaq bir tələbə olduğu kimi mühafizəkar tələbə cəmiyyətində siyasi tədbirlərdə də iştirak edirdi. Mühafizəkar partiyaya gənc yaşda üzv oldu. Zəngin bir iş adamı ilə ailəli olmuşdur. Tetçer 1975–1990-cı illər arasında Mühafizəkarlar Partiyasına rəhbərlik etmiş, 1979–1990-cı illərdə isə baş nazir olmuşdur. Ümumi siyasi yolu liberal-mühafizəkar istiqamətində idi.
Ledi Marion
Ledi Marion ya da Marian, Maid Marian (Bakirə Marian) kimi də tanınır. Robin Qudun sevgilisi olan əsilzadə xanımdır. Bəzi şeirlərdə çoban olaraq xatırlanır. Kral Riçardın qayıtmasından sonra Robinlə evlənmişdir. Köhnə hekayələrdə Klorinda kimi də xatırlanır.
Ledi Peç
Ledi Peç (əsl adı: Ledi Araseli Peç Martin; ing. Leydy Pech; 1965) — meksikalı arıçı və mayalı ekoloqu. 2020-ci ildə Yukatan yarımadasında transgen soya paxlasının əkilməsi əleyhinə işinə görə Qoldman Ətraf Mühit Mükafatına layiq görülmüşdür. == Bioqrafiya == === Arıçılıq işi === Ledi Peç əsasən arıçılıqla məşğuldur. O, bir neçə icmada ənənəvi Maya mədəniyyətinin bir hissəsi kimi əsrlər boyu becərilən Melipona beecheii adlı amansız arı növünü saxlayır. Melipona beecheii pətəklərini içi boş oduncuqlarının içərisində qurur. Əksər arıçılar Apis mellifera növlərindən istifadə etməyə üstünlük versə də, Peç və onun icması yerli olaraq Xunaan Kab (Bal Xanımı) kimi tanınan bölgədə bu növün melipona çeşidindən istifadə ənənəsini saxlamaq üçün M. beecheii-dən istifadə edir. Ledi Peç ənənəvi üsulla bal yetişdirdiyi iki hektar torpaq sahəsinə malikdir. Peç təşkilatı arıların yetişdirilməsi və onların ballarının toplanması ilə bağlı kollektiv iş vasitəsilə icma hissini inkişaf etdirməyə çalışır. O, ailələrin birlikdə işlədiyi və sağ qalmaq üçün bir-birini dəstəklədiyi yaxınlıqdakı İç-Ek icmasını təqlid etməyi hədəfləyir.
Ledi Qaqa
Stefani Coann Ancelina Cermanotta (ing. Stefani Joanne Angelina Germanotta; 28 mart 1986[…], Manhetten, Nyu-York ştatı) — əsasən Ledi Qaqa (ing. Lady Gaga) adı ilə tanınan ABŞ müğənni, bəstəkar və aktrisası. == Həyatı == Hələ də yaşadığı Nyu Yorkda doğulub böyüdü və musiqi həyatına addım atmazdan əvvəl Katolik bir qız məktəbini bitirdi, sonra Nyu York Universitetində təhsil aldı. Mahnı oxumağa Manhettenda bir rok musiqi səhnəsində başladı. 2007-ci ildə "Streamline Records" şirkəti ilə müqavilə imzaladı. Buradakı ilk dövründə digər sənətçilər üçün mahnı yazan Qaqa , bir müddət sonra Akonın marağını çəkdi. Qaqanın musiqi və vokal qabiliyyətini bəyənən Akon, onu yeni qurduğu "Kon Live Distribution" adlı musiqi şirkətinin heyətinə qatdı. Sənətçinin avqust 2008-ci ildə çıxan ilk studiya albomu "The Fame" tənqidçilərdən müsbət rəylər aldı və dünya ümumisindəki siyahılarda birinci oldu. Albomdan çıxan "Just Dance" və "Poker Face" sinqlları beynəlxalq nailiyyətlər əldə edərək başda Billboard Hot 100 olmaq üzrə bir çox ölkədə bir nömrəyə yüksəldi.
Ledi Qodiva
Ledi Qodiva (ing. Godiva, latınlaşmış qədim ingiliscə Godgyfu, Godgifu sözündən — "Tanrının bəxş etdiyi"; 980–1067) — Mersiya qrafı Leofrikin həyat yoldaşı olmuş anqlosakson qrafinyası. Əfsanəyə görə, ərinin öz təbəələri üzərinə qoyulan hədsiz sayda vergiləri azaltması üçün Böyük Britaniyada yerləşən Koventri şəhərinin küçələrini at üstündə çılpaq şəkildə gəzmişdir. == Əfsanə == Əfsanəyə görə, Qodiva Leofrikin həyat yoldaşı olub. Ledi Qodiva qrafın təbəələrinin vergilərin çoxluğundan əziyyət çəkdiyini görüb, ərini vergilərin sayını azaltmaq üçün razı salmağa çalışmışdır. Bir dəfə növbəti məclislərin birində hədsiz sərxoş olan Leofrik öz həyat yoldaşının Koventri şəhərinin küçələrini çılpaq keçəcəyi təqdirdə vergilərin sayını azaldacağını bildirir. O əmin idi ki, bu cür şərt Qodiva üçün qəbuledilməzdir. Amma Qodiva bu addımı atır. Onu çox sevən və hörmət bəsləyən şəhərin bütün sakinləri təyin olunmuş gündə evlərinin bütün qapı və pəncərələrini bağlamışdılar. Bu cür nəzərə çarpmayan şəkildə Qodiva bütün şəhərdən keçir.
Ledi Slim
Ledi Süzan
Ledi Süzan (ing. Lady Susan) — 1794-cü ildə yazılmış, lakin 1871-ci ilə qədər nəşr olunmamış ingilis yazıçısı Ceyn Ostinin qısa epistolyar romanıdır. Müəllifin sağlığında heç vaxt çap olunmayıb. == Roman haqqında == Roman epistolyar üslubda yazılıb. Mürəkkəb bir hekayə və mürəkkəb personajlardan bəhs edir. Məktublarla yazılmış roman Ostenin çətin karyerasının lap əvvəlində yazılmışdır. Gənc qız heyrətamiz bir hekayə yazdı, bu da onun yaşı üçün xarakterik deyil. Hekayənin hər bir qəhrəmanının xarakterinə və xüsusiyyətlərinə dərin psixologizm və ətraflı məlumat çoxlarını heyrətə gətirir. Görünür, yazıçı ümumiyyətlə kitab nəşr etməyi planlaşdırmayıb. Ceyn Ostin, digər əsərlərindən fərqli olaraq, bunu heç vaxt nəşriyyatlara təklif etməyib.
Bədi
Əl-Bədi, Allahın 99 adından biri
Ladi
Ladi (rus. лади, ing.
Ladı
Ladı - xovsuz xalça növü. Bu texnika da palaz texnikasının bir növü hesab edilə bilər. Lakin bu texnika palaz toxunma texnologiyasında xeyli fərqlənir. Ladının toxunuşu zamanı hər dəfə arğac-ərişlərin arasından müəyyən say əsasında keçirilir. Ladını toxumaq üçün yer hanasından (sadə toxucu dəzgah) istifadə edirlər. Digər xalça növlərindən fərqli olaraq şəddə və xalça məmulatı olan örkən kimi ladı da əvvəllər evdə deyil həyətdə torpağın üstündə yer hanasını üfüqi vəziyyətdə uzatmaqla toxunurdu. Ladının ənənəvi mərkəzləri Qazax və Xızı hesab olunur. Bu gün ladının əsas istehsal mərkəzləri Yardımlının, Lerikin, Astaranın dağ kəndlərində yerləşir. Ladı rəngli arğac sapların müəyyən hesabla ərişdən keçirilməsi yolu ilə hazırlanır. Nəticədə məmulatın daralan və genişlənən naxışlar şəklində bədii xüsusiyyətləri üzə çıxır.
Lodi
Lodi (it. Lodi) — İtaliyanın Lombardiya regionunda şəhər.
Ləki
Ləki — Azərbaycan Respublikasının Ağdaş rayonu inzibati-ərazi vahidində qəsəbə. == Toponimikası == Qəsəbənin adı Lək adlı Oğuz qəbiləsindən gəlir. Tatarıstanda da eyniadlı kənd mövcuddur. == Ümumi məlumat == Ləki qəsəbəsi Bakı-Tbilisi dəmir yolu magistralının və Bakı-Qazax şose yolunun üzərində yerləşir. Həm Ağdaşın, həm də Qəbələ rayonunun müəssisə və təsərrüfatlarının ünvanlarına gələn poçt, tikinti materialları və müxtəlif əşya və avadanlıqlar Ləki dəmiryol stansiyasında qəbul edilib sahiblərinə çatdırıldığından, Ləki həm də, bu iki rayonun giriş qapısı hesab edilir. Qəsəbədə 1883-cü ildə əsası qoyulan dəmiryol stansiyası, Ləki pambıqtəmizləmə zavodu, qabların sinkləşdirilməsi zavodu, gübrə zavodu, habelə neft məhsulları bazası, taxıl qəbulu məntəqəsi, orta məktəb, yeddi illik uşaq musiqi məktəbi, iki uşaq bağçası, poliklinika, və sair ictimai-iaşə və məişət obyektləri yerləşir. == Əhalisi == 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən inzibati cəhətdən Bakı quberniyasının Ərəş qəzasına daxil olan Ləki kəndində əsasən etnik azərbaycanlılardan ibarət hər iki cinsdən toplam 2.601 nəfər əhali yaşayırdı.Hazırda Ləki qəsəbəsinin əhalisinin sayı 3900 nəfərdən çoxdur. Əhalinin 98 %-indən çoxunu azərbaycanlılar, qalanını isə ləzgi, rus və s. millətlər təşkil edir. Qəsəbə əhalisi Ağdaş rayonunu əhalisinin 4.04 faizini təşkil edir.
Sədi
Sədi — ad. Sədi Şirazi — orta əsr fars ədəbiyyatı, qəzəl janrının ən görkəmli nümayəndəsi. Sədi Sani Qarabaği — XIX əsr Azərbaycan şairi.
Vedi
Böyük Vedi (1946-cı ildən Vedi) — Ermənistanda şəhər, Vedi rayonunun mərkəzi. == Etimologiyası == Şəhərin adı ərəb dilindəki Vadi (ərəb. وادي‎) sözündən yaranıb. Toponim fərqləndirici əlamət bildirən böyük və ərəb dilində "iki dağ arasında olan uzun çuxur dərə", "bir çayın axdığı yer, çay yatağı", "çöl, səhra", "sahə", "məkan, yer" mənalarında işlənən vadi sözlərindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir. Yaşayış məntəqəsinin adı erməni dilinə kalka edilərək Medz (böyük) Vedi formasında işlədilir. == Tarixi == Böyük Vedi — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda yaşayış məntəqəsi şəhər tipli qəsəbə. Vedi rayonunun mərkəzi. Vedibasar çayının yanında yerləşir.
Vədi
Vədi (ərəb. وديع‎) — ərəb mənşəli ad.
LED
LED (ing. Light Emitting Diode) (Tərcüməsi: İşıq Yayan Diod) yarım-keçirici, diod əsaslı, işıq yayan bir elektronik cihazdır. 1920-ci illərdə Rusiyada icad edildi və 1962-ci ildə Amerikada praktik olaraq tətbiq oluna bilən elektronik komponent halına gətirildi. Oleg Vladimirovich Losev adlı bir radio texniki radio qəbuledicilərində istifadə olunan diodların işıq yaydığını gördü və 1927-ci ildə bir Rus qəzetində LED haqqında kəşflərini nəşr etdi. İlk əvvəllər yalnız zəif qüvvətli qırmızı işıq verə bilirdilər amma müasir LEDlər, ultrabənövşəyi, infraqırmızı kimi müxtəlif dalğa ölçülərində, yüksək parlaqlıqda işıqverə bilir. Çox az enerji istifadə etməsi, uzun ömrü, möhkəmliyi, kiçik ölçüsü və sürətli açılıb bağlana bilinməsi kimi ənənəvi işıq qaynaqlarına görə bir sıra üstünlüklərə malikdir. Ancaq, nisbətən bahalıdır. LED, müxtəlif sahələrdə tətbiq olunur == Tarix == Bərk dioddan işıq emissiyası haqqında ilk məlum hesabat 1907-ci ildə Marconi Laboratoriyasının britaniyalı eksperimentatoru Henry Round tərəfindən hazırlanmışdır. Aparatın katodunda sarı, yaşıl və narıncı parıltının göründüyünü qeyd etmişdir. Daha sonra, 1923-cü ildə məlum oldu ki, bu maddələrdən elektrik cərəyanı keçərsə, işıq meydana gələcək.
Albaniya leki
Albaniya leki və ya Lek (alb. Leku Shqiptar; cəm lekë) — Albaniyanın rəsmi pul vahidi.
Aşağı Ləki
Aşağı Ləki — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağdaş rayonunun Aşağı Ləki kəndi Orta Ləki kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Aşağı Ləki kənd inzibati-ərazi vahidi yaradılmışdır. == Toponimikası == Oykonim "Aşağıda yerləşən Ləki kəndi" deməkdir. Etnotoponimdir. == Coğrafiyası və iqlimi == Kənd rayon mərkəzindən 17 km cənubda, Ləki dəmiryolu stansiyasından 8 km, Türyançayın sağ sahilindən 4 km aralı, Şirvan düzündə yerləşir.
Bağçacıq (Vedi)
Bağçacıq — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. == Tarixi == İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd olmuşdur. Rayon mərkəzindən 22–23 km şimal-şərqdə, Vedi çayının yanında yerləşirdi. 1590-cı il tarixli "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1590-cı ildə və 1728-ci ilə aid mənbələrdə çəkilir. == Toponimi == Toponim bağça sözünə -cıq şəkilçisinin birləşməsindən əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. == Əhalisi == 1828–1832-ci illərdə kəndin Azərbaycan türklərindən ibarət əhalisi qovulmuşdur. Bir neçə ildən sonra onun bir hissəsi geri qayıdaraq yenidən məskunlaşmışdır.
Bolqar levi
Bolqarıstan levi (bolq. лев) — Bolqarıstanın pul vahidi. 100 stotinkaya bərabərdir. Qədim bolqar dilində "lev", "aslan" deməkdir. 1 sentyabr 2016-cı il tarixinə aid məzənnədə 1 bolqar levi 0.570744 ABŞ dollarına bərabərdir.
Böyük Vedi
Böyük Vedi (1946-cı ildən Vedi) — Ermənistanda şəhər, Vedi rayonunun mərkəzi. == Etimologiyası == Şəhərin adı ərəb dilindəki Vadi (ərəb. وادي‎) sözündən yaranıb. Toponim fərqləndirici əlamət bildirən böyük və ərəb dilində "iki dağ arasında olan uzun çuxur dərə", "bir çayın axdığı yer, çay yatağı", "çöl, səhra", "sahə", "məkan, yer" mənalarında işlənən vadi sözlərindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir. Yaşayış məntəqəsinin adı erməni dilinə kalka edilərək Medz (böyük) Vedi formasında işlədilir. == Tarixi == Böyük Vedi — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda yaşayış məntəqəsi şəhər tipli qəsəbə. Vedi rayonunun mərkəzi. Vedibasar çayının yanında yerləşir.
Bədi (islam)
Əl-Bədi (ər. البديع) — Allahın adlarından biri. Bütün varlıqları, həyat yoldaşı və nümunəsi olmadan, sənətkaranə bir şəkildə yaradan, misilsiz, heyrət verici aləmlər icad edən, heç bir bənzəri olmayan şeylər ortaya qoyan deməkdir. Səcdə surəsi (32), 7: " Yaratdığı hər şeyi gözəl yaradan və insanı yaratmağa palçıqdan başlayan Odur. " Bəqərə surəsi (2) , 117 : "O, göyləri və yeri yoxdan var edicisidir və O, bir işin olmasını murad edincə , ona yalnız :" Ol! "Deyər, o da dərhal olar . " Allah (cc), " Mən yer üzündə bir xəlifə yaradacağam " (Bəqərə surəsi (2), 30.) buyurdu və yerləri, göyləri yaratmamışdan əvvəl o, "Ərş" ı sular üzərindəykən , gələcək insanların taleyini yazdı … Sonra Öz nurundan "Ya Məhəmməd ! Sen olmasan Cənnəti yaratmazdım , sən olmasan Cəhənnəmi yaratmazdım , sən olmasan dünyanı yaratmazdım !" (Üsulu -i Hədisi və qanunvericilik — ı Aliyyü'l — Kari Tərcüməsi, Əhməd Serdaroğlu , shf. 99.) buyurduğu Sevgili Peyğəmbərimizin nurunu yaratdı. O "nur " ilə " eşq" üfürüləcəkdir aləmlərə dostlar ; eşq üfürüləcəkdir.
Bədi Nişaburi
Bədi Nişaburi (fars. بدیع نیشابوری‎) (həmçinin "Şəhidlərin iftixarı") — Bab və Bəhaullahın tərəfdarı olan Əbdül-Məcid Nişapurinin oğlu. Bədi ən çox Bəhaullahın Nasirəddin Şaha ünvanladığı Lövhü şaha çatdırması, bu zaman işgəncəyə məruz qalması və 17 yaşında öldürülməsinə görə tanınır. O həmçinin Bəhaullahın qabaqcıl həvarilərindən biridir. == Səfərləri == Bədinin atası bəhai olmasına baxmayaraq, Bədi əvvəlcə qətiyyən bu yeni dindən təsirlənməmişdi. O asi və üsyankar təbiətli bir gənc idi və atası onu "ailənin naümidi" kimi təsvir edirdi. Bəhaullahın sadiq tərəfdarı Nəbili-Əzəm ilə görüşdə ondan Bəhaullahın nazil etdiyi şeirlər eşidir və ağlamağa başlayır. Təhsilini başa vuran kimi nəyi vardısa geridə buraxıb Bağdada doğru piyada səfərə çıxır, harada ki, əhəmiyyətli sayda bəhailər təqib altında idilər. Nəhayət o Mosuldan çıxaraq Bağdaddan keçməklə o zaman Osmanlının məhbəs şəhəri olan Əkkaya yollanır.Mühafizlər bəhailərin Əkkaya girişini əngəllədikləri üçün Bədi qiyafəsini dəyişərək su daşıyan kimi görünür və mühafizlərdən sıyrıla bilir. Sonra o dərhal məscidə yollanır, orada Əbdül-Bəhanı tanıyır və ona yazılı bir qeyd verir.
Bədi Xeyri
Bədi Xeyri (ərəb. بديع خيري‎; 17 avqust 1893 və ya 1893 – 1966[…] və ya 1 fevral 1966) — Misir dramaturqu.
Cedi Osman
Cedi Osman, (d. 8 aprel, 1995, Oxrid, Makedoniya), NBA müntəzəm çempionatının Şərq Konfransında mübarizə aparan Klivlend Kavalers forması geyən türk peşəkar basketbolçu. Boyu 2.03 m olan basketbolçu əsasən yaxın hücumçu mövqeyində oynayır. 2015-ci ildə NBA seçmələrində Minnesota Timbervulvz tərəfindən 2-ci mərhələdə, birinci sırada seçildi. Daha sonra seçmələrin gerçəkləşdiyi 25 iyun günü, eyni gecə baş tutan mübadilə ilə Klivlend Kavalers komandasına keçdi. == Həyatı == Atası türk, anası bosniyalı olan Cedi, 1995-ci ildə Makedoniyanın Oxrid şəhərində dünyaya gəldi. 1999-cu ildə ailəsi ilə birlikdə Bosniya və Herseqovinanın Sarayevo şəhərinə köçdü. Hərəkətli və hiperaktiv bir uşaq olan Cedini ailəsi altı yaşındaykən "KK Bosniya" klubuna yazdı. Sarayevoda bir gün klubda basketbol oynarkən, Avroliqa komandası Anadolu Efesinin skoutları tərəfindən seyr edilərək kəşf edildi və 13 yaşındaykən ailəsi ilə birlikdə İstanbula gətirildi. Türkiyəyə köçən və Türkiyə vətəndaşı olan Cedi, 2007-ci ildən etibarən Anadolu Efesin alt yaş qrupunda forma geyməyə başladı.