Spiridon Kediya
Spiridon Malxazoviç Kediya (gürc. სპირიდონ კედია;20 sentyabr 1884 – 1948, Paris) — Gürcü siyasətçisi, Gürcüstan Milli Demokrat Partiyasının yaradıcılarından biri.
Spiridon Kediya 1905-ci ildən etibarən siyasi həyatda fəal iştirak etməyə başlamışdır. Hökumət əleyhinə etirazlarda iştirak etdiyi üçün gimnaziyadan qovulmuşdur.
Müstəqillik şüarlarını elan edən, lakin tez tərk edən Gürcüstan federalistlərinin partiyasına qoşuldu. Kediya 1906-cı ildə həbsdən yayınaraq Fransaya getdi. Spiridon Kediya orta məktəbi Parisdə bitirib.
Spiridon Kediya 1907-ci ildə Paris Universitetində təhsil almağa başladı, ancaq xəstəlik üzündən təhsilini yarımçıq qoymaq məcburiyyətində qaldı. Daha sonra Monpelye Universitetinə daxil olaraq oradan məzun oldu. Təhsil aldığı müddətdə Gürcüstan Tələbələri Dərnəyinin üzvü idi.