Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Milena Yesenka
Milena Yesenka (çex. Milena Jesenská 10 avqust 1896, Praqa, Sisleytaniya – 17 may 1944[…], Ravensburyuk həbs düşərgəsi) — Çex əsilli yazıçı, jurnalist və tərcüməçi. Frans Kafka ilə olan şəxsi münasibətləri ilə tanınmışdır. Frans Kafka tərəfindən 1920-ci ildə yazılmış Milenaya məktublar əsərində Kafka və Milena arasında qısa müdddət davam etmiş sevgi məktubları təsvir olunmuşdur. Siyasi fəaliyyəti səbəbindən 1944-cü ildə Nasist Almaniyası tərəfindən həbs edilərək Ravensbrük həbs düşərgəsinə göndərilmiş və elə həmin düşərgədə tutduğu böyrək çatışmazlığı səbəbindən 47 yaşında vəfat etmişdir. Milena Yesenka 1896-cı ilin 10 avqust tarixində Avstriya-Macarıstan imperiyasının Praqa şəhərində, kübar cəmiyyətə mənsub bir ailədə anadan olmuşdur. Elit cəmiyyətin şərtlərini və həyat standartlarından imtina etdiyi üçün atası ilə münasibətləri pisləşmiş və atası tərəfindən ruhi əsəb xəstəxanasına göndərilmişdir. Xəstəxanaya göndərilməsinin əsəs səbəblərindən biri də yəhudi-alman kökənli şəxsə (Ernst Pollak) aşiq olması və bu sevginin atası tərəfindən rədd edilməsi idi. Ruhi əsəb xəstəxanasında qaldığı bir il, Milenanın həyatının ən ağır dövrlərindən biri hesab olunur. Mənəvi sarsıntılar keçirdən yazıçı düşdüyü vəziyyətdən xilas olmaq üçün narkotik maddələr belə qəbul etməyə başlamışdır.
Lesemia
Adaçayı (lat. Salvia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Əhəmiyyəti == Sürvə çiçək qruplarında toplanan efir yağlarına görə becərilir. Onun çiçək qruplarında 0,11–0,3 % efir yağı vardır. Bu yağların tərkibinə linalilasetat (58–70 %), linalol (10–15 %) və başqa maddələr daxildir. Sürvə yağı və ondan hazırlanan məhsullar ətriyyat kosmetika sənayesində, qida və əczaçılıq sənayesində istifadə edilir. Sürvənin meyvələrində 31 %-ə qədər quruyan yağ vardır. İstehsal tullantılarından qiymətli ətir tənzimləyicisi – sklyarol alınır. Sürvə bitkisi gözəl bal verən bitkidir. == Yayılması == Sürvə elə də çox qədimdən becərilən bitki deyildir.
Ledenika
Ledenika (bolq. Леденика) — Bolqarıstanın şimal-qərbində mağara. Mağara Balkan dağlarında, Varsa şəhərinin 16 km-də yerləşir. Mağara daxili qeyri-adi mağara relyf formaları ilə məhşurdur. Mağaraya giriş dəniz səviyyəsindən 830 metr hündürlükdə, konusvari çökəkliyin dibində yerləşir. Ledenika mağarasının uzunluğu 320 metr olub 10 zaldan ibarətdir. 1961-ci ildə kəşf olunmuş və o ildən turistlərin ziyarətinə açıqdır. Antaraktidakı Qreyam Torpağındakı Ledenika piki bu mağaranın adını daşıyır. Mağara geoloji baxımdan pliosen epaxasında formalaşmışdır. == Ümumi məlumat == Mağara daxilində temperatur −7 °C, −15 °C, və mağaranın dərinliyində 8 °C olur.
Aleksandr Kleşenko
Aleksandr Aleksandroviç Kleşenko (rus. Алекса́ндр Алекса́ндрович Кле́щенко; 2 noyabr 1995, Vladiqafqaz) — Rusiya futbolçusu, Rusiyanın "Kuban Krasnodar" FK-nun müdafiəçisi. == Karyera == === Klub karyerası === Aleksandr Kleşenko 2012-ci ildən 2013-cü ilə qədər "Alaniya Vladiqafqaz" FK-da oynamışdır. O, 2013-2014-cü illərdə Rusiya Peşəkar Futbol Liqasında "Alaniya-D" FK-da çıxış etmiş və 17 oyun keçirmişdir. Kleşenko 2014-cü ilin avqust ayında "Kuban Krasnodar" FK-nun gənclər komandasında debüt etmişdir. O, 2014/15 mövsümündə 29 oyun keçirmiş və 3 qol vurmuşdur. Kleşenko "Kuban Krasnodar" FK-nun əsas hissəsindəki karyerasına 23 sentyabr 2015-ci ildə başlamış, debütünü "Şinnik Yaroslavl" FK-a qarşı etmişdir. Həmin ilin 23 sentyabr tarixində Kleşenko "Morodoviya Saransk" FK-a qarşı keçirilən oyunda Premyer Liqa debütünü etmişdir. == İstinadlar == == Xarici keçidlər == Rusiya Premyer Liqasındakı profili Aleksandr Kleşenko.
Nevenka Petriç
Nevenka Petriç (serb. Nevenka Petrić, d. 11 mart 1927, Maslovare, Yuqoslaviya Krallığı — ö. 27 dekabr 2015, Belqrad, Serbiya) — Serbiya yazıçısı, şairi və pedaqoqu. Partizanlara 14 yaşındaykən qatılmışdır. Yuqoslaviya yerli rəhbərliyində gənclər rəhbəri və daha sonra Sağlamlıq və Sosial Siyasət başçısı olmuşdur. Yuqoslaviya Qadın Məclisinin üzvü, Yuqoslaviya Qadınların Sosial Karyera Konfransı katibi (1961-1969) və Yuqoslaviya Ailə Planlaması Şurası (1968-1976) başçısı olmuşdur. Beynəlxalq Planlaşdırılmış Valideynlik Federasiyası Mərkəzi Şurasında Avropanı təmsil etmiş və o orqana aid olan Avropa Təhsil Komissiyası-nın prezidenti olmuşdur. Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu-nun araşdırma layihələrinə kömək etmişdir. Nevenka Petriç, 1927-ci ildin Mart ayının 11-də Maslovaredə (İndiki Bosniya və Herseqovina, Serb Respublikası) anadan olmuşdur.
Nikolay Lisenko
Nikolay Vitalyeviç Lısenko (ukr. Мико́ла Віта́лійович Ли́сенко; 10 (22) mart 1842[…] – 6 noyabr 1912[…], Kiyev) — Ukrayna bəstəkar, pianoçu, dirijor və ictimai xadimi. Hazırda Ukrayna milli mədəniyyətinin görkəmli nümayəndələrindən hesab olunur. Nikolay Lısenko əslən qədim kazak olan Lısenko nəslindəndir. Atası Vitali Romanoviç Lısenko 13-cü draqun alayında polkovnik olmuşdur. Ana, Olqa Yeremeyevna poltava mənşəlidir. Erkən yaşlarından Nikolay Taras Şevçenkonun və Ukraynanın xalq mahnılarının şeirlərini sevirdi, nənələri - Nikolay və Mariya Bulubaşini onda bu sevgini daha ds dərinləşdirmişlər. Ev tərbiyəsi başa çatdıqdan sonra Nikolay gimnaziyaya hazırlaşmaq üçün Kiyevə getdi, burada ilk öncə Veyl pansionatında, daha sonra isə Geduen pansionatında oxudu. 1855-ci ildə Nikolay 1859-cu ilin yazında gümüş medal ilə bitirdiyi ikinci Xarkov gimnaziyasına köçürülmüşdür. Gimnaziyadakı təhsil əsnasında, o, xüsusi olaraq musiqini (müəllimi - N.D.Dmitriyev) öyrəndi və tədricən Xarkovda pianoçu kimi tanındı.
Nikolay Lısenko
Nikolay Vitalyeviç Lısenko (ukr. Мико́ла Віта́лійович Ли́сенко; 10 (22) mart 1842[…] – 6 noyabr 1912[…], Kiyev) — Ukrayna bəstəkar, pianoçu, dirijor və ictimai xadimi. Hazırda Ukrayna milli mədəniyyətinin görkəmli nümayəndələrindən hesab olunur. Nikolay Lısenko əslən qədim kazak olan Lısenko nəslindəndir. Atası Vitali Romanoviç Lısenko 13-cü draqun alayında polkovnik olmuşdur. Ana, Olqa Yeremeyevna poltava mənşəlidir. Erkən yaşlarından Nikolay Taras Şevçenkonun və Ukraynanın xalq mahnılarının şeirlərini sevirdi, nənələri - Nikolay və Mariya Bulubaşini onda bu sevgini daha ds dərinləşdirmişlər. Ev tərbiyəsi başa çatdıqdan sonra Nikolay gimnaziyaya hazırlaşmaq üçün Kiyevə getdi, burada ilk öncə Veyl pansionatında, daha sonra isə Geduen pansionatında oxudu. 1855-ci ildə Nikolay 1859-cu ilin yazında gümüş medal ilə bitirdiyi ikinci Xarkov gimnaziyasına köçürülmüşdür. Gimnaziyadakı təhsil əsnasında, o, xüsusi olaraq musiqini (müəllimi - N.D.Dmitriyev) öyrəndi və tədricən Xarkovda pianoçu kimi tanındı.
Şerenka çubuqlucası
Şerenka çubuqlucası (lat. Philadelphus schrenkii) — hortenziyakimilər fəsiləsinin çubuqluca cinsinə aid bitki növü. Yabanı halda Çin və Koreyada yayılmışdır. Hündürlüyü 2-4 m, çətiri çox hallarda yumurtaşəkilli, yuxarı hissələrdə düz budaqlanan koldur. Zoğları tükcüklü, qabığı qəhvəyi, çox hallarda xırda, qara ziyilciklərə malikdir. Birillik və çox yaşlı budaqların qabığı qonur və ya sarımtıl-boz, soyulandır. Yarpaqları yumurtavari, enli ellips və ya uzunsov ellips formalı, tam kənarlı və ya bir qədər xırda, bir-birindən aralı dişli, nadir hallarda hər tərəfdən 10-15 dişli, qarşılıqlı və tökülən, üst tərəfdən çılpaq və ya seyrək tükcüklü, alt tərəfdən isə damarlar boyunca tükcüklü olur. May ayında çiçəkləyir. Çiçəkləri ağ, 3-4 sm diametrində, ətirlidir. Çiçək saplağı sıx tükcüklərlə örtülmüşdür.
Trofim Lısenko
Trofim Denisoviç Lısenko Ukrayna və Sovet aqronomu və bioloqudur. Biologiya- Miçurin aqrobiologiyasında yalançı elmi istiqamətin banisi və ən böyük nümayəndəsi, SSRİ Elmlər Akademiyasının (1939), Ukrayna Elmlər Akademiyasının (1934), VASXNİL-in akademikidir (1935). Sosialist Əməyi Qəhrəmanıdır (1945). Üç dəfə birinci dərəcəli Stalin mükafatı laureatıdır (1941, 1943, 1949). 1934-cü ildə elmi rəhbər, 1936-cı ildə isə Odessada Ümumittifaq Seleksiya və Genetika İnstitutunun direktoru təyin edilir. 1940-1965-ci illərdə SSRİ Elmlər Akademiyasının Genetika İnstitutunun direktoru olub.. Trofim Lısenko bir aqronom kimi bir sıra aqrotexniki üsulları (vernalizasiya, pambıq budanması, kartofun yay əkini) təklif və təbliğ etmişdir. Lısenkonun təklif etdiyi üsulların əksəriyyəti hələ sovet kənd təsərrüfatında geniş tətbiq olunduğu dövrdə də P.N. Konstantinov, A.A. Lyubişev, P.İ. Lisitsyn və başqaları tərəfindən tənqid edilmişdir. Lısenkonun nəzəriyyələrinin və aqronomik metodlarının ümumi çatışmazlıqlarını üzə çıxaran elmi rəqibləri də onu dünya elmi və təsərrüfat praktikasından ayrıldığına görə qınayırdılar. Bəzi üsullar (məsələn, macar entomoloqu Yablonovskinin təklif etdiyi Asproparthenis punctiventris ilə mübarizə üsulu) Lısenkodan çox-çox əvvəl məlum idi, lakin gözləntiləri doğrultmadı və ya köhnəlmişdi..
Lesemia coccinea
Salvia microphylla (lat. Salvia microphylla) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.
Lesnya döyüşü
== Giriş == 1713-cü ildə I Pyotr Rusiyanın paytaxtını Moskvadan Nevanın sahillərinə köçürdü. Rus ordusu Baltikyanı ərazilərdə irəliləyərək keçmiş rus şəhərləri Yam və Koporyeni İsveç qoşunlarından təmizlədi. Polşada Varşava və Krakovu da ələ keçirən XII Karl II Avqustu sülh bağlamağa məcbur etdi, barışığın şərtlərinə əsasən, II Avqust Polşa taxtını itirərək yanız Saksoniyanı öz əlində saxladı. I Pyotr Rusiyanın sərhədlərinə yaxınlaşan XII Karlın ordusu ilə əsas döyüşə girməyərək düşməni yorub taqətdən salmaq məqsədilə ölkənin içərilərinə çəkilməyə başlayaraq belorus Polesyesində möhkəmləndi. == Döyüşün gedişi == 1708-ci il sentyabrın 28-də Lesnya kəndi yaxınlığında Pyotr 11500 nəfərlik süvari qoşunu ilə XII Karla silah-sursat, ərzaq gətirərək general Levenqaupt başda olmaqla 16 minlik İsveç qoşunu qarşıladı. Bir neçə saat davam edən döyüşdən pərən-pərən düşən İsveç əsgərlərindən yalnız yeddi min nəfərə yaxını əsas ordu ilə birləşə bildi. I Pyotr Lesnya altındakı qələbəni "Poltava döyüşünün anası" adlandırmışdır. == Nəticə == Rus ordusu Lesnya kəndi yaxınlığında isveç qoşununu tam məğlubiyyətə düçar etdi və bu döyüş sonrakı il baş verən Poltava (1709) döyüşünə əsaslı şəkildə təsir etdi.
Ana Koloviç Lesoska
Ana Koloviç Lesoska (1980, Skopye) — 2011-ci ildən bəri nəsli kəsilməkdə olan Balkan vaşaqı da daxil olmaqla, nəsli kəsilməkdə olan növlərin qorunması üçün Mavrovski Milli Parkında hidroelektrik enerjisi üçün bəndlərin inşasına qarşı çıxan bir makedoniyalı bioloq. O, Şimali Makedoniya hökumətini milli parkda daha bənd tikintisini dayandırmağa razı salmağı bacarmış, bu da Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) kreditlərin vereilməsinin dayandırılmasına səbəb olmuşdur. Biyoloq Ana Koloviç Lesoska 2010-cu ildə Mavrovoda su elektrik stansiyalarının inşası planlarını öyrənir. Bunlara 33 metr hündürlüyündə Başkov-Most və 70 metr hündürlüyündə Lukovo-Polyus bəndinin inşası daxil olduğunu müəyyən edir. "Eko-Svest" Makedoniya Ətraf Tədqiqat Mərkəzinin icraçı direktoru olaraq, digər qeyri-hökumət təşkilatları və fəalları ilə əməkdaşlıq edərək "Mavrovonu Xilas et" kampaniyasını başladır. 2011-ci ilin noyabr ayında Avropa Yenidənqurma və İnkişaf Bankına, Başkov-Most layihəsi üçün lazımi ekoloji qiymətləndirmədən borc təsdiq etdiklərini izah edərək şikayət verdir. AYİB-ın direktorlar şurasında təmsilçiləri olan ölkələrin səfirlərini maliyyələşməyə son qoymağa çağırır. Lesoska, hökuməti AYİB və Dünya Bankını layihələri bağlamağa çağıran bir vəsatət qaldırır və təxminən 100.000 imza toplayır. 2013-cü ildə Ana Kolovic, Avropadakı vəhşi yaşamın və təbii yaşayış yerlərinin qorunması haqqında Bern Konvensiyasına şikayət edərək, Boskov-Most hidroelektrik layihəsinin "vaşaqın varlığına mənfi təsir göstərə biləcəyini" izah edir. 2015-ci ilin dekabrında Bern Konvensiyası AYİB və Dünya Bankını maliyyələşdirməni dayandırması haqqınnda təzyiq edir.
Leşanda Budda heykəli
Leşanda Budda (Mayterey) heykəli — Yer kürəsinin ən hündür Budda heykəllərindən biridir və minilliklər boyu, dünyanın ən hündür heykəltəraşlıq əsəri olmuşdur (Volqoqradda “Ana Vətən” yaranana qədər). Çinin Leşan şəhər dairəsinin Şizhonq rayonunda Sıçuan əyalətinin üç çayının qovuşduğu yerdə, Linqyunşan dağında qayanın qalınlığında oyulmuşdur. Buddanın (Maitreyin) üzü qarşıda yerləşən müqəddəs Emeyşan dağına çevrilir. Buddanın başı dağla bərabər hündürlüyə yüksəlir və ayaqları çaya dirənir. Buddaya münasibətdə cənub və şimal divarlarında bodhisattvanın 90-dan çox daş təsviri həkk olunub. Heykəlin yaradılması üzərində iş Tan imperiyası dövründə, 713-cü ildən başlayaraq 90 il davam etmişdi. Heykəlin hündürlüyü 71 m, başının hündürlüyü demək olar ki 15 m, çiyin aralığı demək olar ki 30 m, əl barmağının uzunluğu 8 m, ayaq barmağının uzunluğu 1,6 m, burnunun uzunluğu 5,5 m-dir. XVII əsrin ortalarına qədər, Böyük Buddanın bədəni başına qədər, əvvəl Böyük Təsvirin Pavilyonu adlanan 13 mərtəbəli "Dasyanqe" məbədi ilə gizlədilmişdi. Bu bina sonradan yanğın nəticəsində məhv olmuşdu. Böyük Budda heykəli YUNESKO-nun Ümumdünya irsi obyekti kimi tanınır.
Lenka Dürr
Lenka Dürr – Almaniyalı libero.1990-cu ildə Almaniyanın Memmingen şəhərində dünyaya gəlmişdir. == Karyerası == 2008-ci ildən etibarən Almaniya milli voleybol komandasının şərəfini qoruyur. 2007-ci ildə yeniyetmələr arasında dünya çempionatının qızıl medalını qazanmışdır. Karyerasının əksər hissəsini Rote Raben Vilsbiburq klubunda keçirmişdir. 2009-cu ildə isə dünya kubokunu bu səfər gənc milli komanda da qaldıraraq karyerasında daha bir mühüm titul qazanır. Həmçinin voleybolçu 2013-cü ildə Avropa çempionatının qızıl medalına yiyələnmişdir. Bundan sonra alman libero İqtisadçı klubunun diqqətinin çəkir və 2013-cü ildə Bakı klubuna transfer olunur. == Uğurları == === Klub === Almaniya 1.Bundesliqa Çempionluqlar 2007-08, 2009-10 Almaniya kuboku Çempionluqlar 2008-09 === Ölkə === Yeniyetmələrin dünya çempionatı 2007. Gənclərin dünya çempionatı 2009. Böyüklər Avropa çempionatı 2013.
Lenka Popkin
Lenka Popkin (d. 16 aprel 1978; Teplitse, Çexiya) — Çexiyanı təmsil edən batut gimnastı. Lenka Popkin, 2008-ci ildə Çexiyanı XXIX Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Lenka Popkin, 2008-ci ildə Çexiya bayrağı altında Çinin Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların təsnifat mərhələsində Popkin, 57.60 xal topladı və 16 idmançı sırasında 15-ci yeri tutaraq mübarizəni dayandırdı.
2016 Eseka qatar qəzası
2016 Eseka qatar qəzası — 21 oktyabr 2016-cı ildə Kamrail şəhərlərarası sərnişin qatarının Kamerunun paytaxtı olan Yaunde şəhərindən Kamerunun ən böyük şəhərlərindən biri olan Duala şəhərinə gedən relsinin Mərkəzi Regionun Eseka şəhəri yaxınlığında relsdən çıxıb qəzaya uğradığı qatar qəzasıdır. Qatar qəzası nəticəsində 79 nəfər həlak olub, 551 nəfər isə yaralanıb. Bəzi şəxslər hələ də qatar vaqonları nömrələrində qalıblar. Bu qəza 2007-ci ilin avqust ayında baş verən Benaleka qatar qəzasından bəri Afrika qitəsində baş verən ən dəhşətli dəmir yolu qəzası hesab olunur. == Arxa planda == Fransanın Bollor şirkətinin öhdəliyində olan Kamrail Sitarail, həmçinin Fransanın keçmiş müstəmləkələri olan Burkina-Faso və Kot-d’İvuarın dəmir yolu xidmətlərini yerinə yetirən müəssisə kimi fəaliyyət göstərir. 2016-cı ilin sentyabr ayında Sitaraildə körpü dağılandan sonra Sitarail qatarlarının qəzaya uğraması böyük diqqətə səbəb olmuşdur. Hadisə Qərbi Afrika ölkələri arasında beynəlxalq qatar sisteminin bağlanmasına səbəb olub. Bollor şirkətinin rəhbərlik qrupuna Fransalı məşhur milyarder Vinsent Bollor başçılıq edir. (Siril Bollorun oğludur, Bollor Nəqliyyat və Logistika şirkətinin direktoru və 2016-ci ilin yanvar ayından etibarən Kamrail şirkətinin sahibi) Həmçinin Bollor Qərbi Afrika Regional Dəmiryolu xəttinin tərtib edilməsi çərçivəsində Fransanın Qərbi Afrikada əlavə dəmir yolu xətlərinin inşası və istismarı ilə bağlı planlarının yaradıcısıdır. == Qəza == Hadisə iştirakçılarının yer aldığı və Kamrailə məxsus sərnişin qatarı paytaxt Yaundedən ölkənin ən böyük iqtisadi şəhəri olan Duala şəhərinə gedirmiş.
N.V.Lısenko adına Xarkov Opera və Balet Teatrı
N. V. Lısenko adına Xarkov Opera və Balet Teatrı (ukr. Харківський національний академічний театр опери та балету імені Миколи Лисенка) — ilk Ukrayna stasionar opera teatrı. Teatrın repertuarında ukrayna, rus, fransız və italyan dillərində opera tamaşaları, klassik və müasir balet tamaşaları var. Rımar küçəsi 21 ünvanındakı bina 1829-cu ildə naməlum memar tərəfindən tikilib. 1855-ci ildə sahibkar Zarudnı tərəfindən satın alındı ​​və tamaşalara ev sahibliyi etmək üçün yenidən quruldu. Sonra bina kommersiya klubunun mülkiyyətinə çevrildi və 1884–1885-ci illərdə opera binası (memar B. G. Mixalovski) üçün tamamilə yenidən quruldu. Bağ tərəfinə səhnə hissəsi əlavə edilib və tamaşa zalı Parisdəki Tüilri sarayının dövlət salonlarından birinin motivlərindən istifadə edilməklə Fransız İntibahı üslubunda bəzədilib. Zalın divarları boyunca boş antablaturlu Korinf ordeninin qoşalaşmış yivli sütunları vardır. Hər bir cüt sütunun üstündə yuxarı mərtəbənin eyvanını dəstəkləyən qanadlı qadın heykəlləri qoyulmuşdur. Balkonun kənarları və benuar qutuları dekorativ qəliblərlə bəzədilib.