Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Liman
Liman və ya port – sahilyanı yarımqapalı su hövzələri. Onlar şirinsulu və dəniz ekosistemləri arasında ekoton kimi özünü göstərir. Liman müxtəlif tipli gəmilərin sahilə yaxınlaşmaq üçün yan aldıqları xüsusi hazırlanmış dənizkənarı yerdir. == Limanlar və ekologiya == Limanlar iqtisadi cəhətdən yüksək əhəmiyyətə malik olmalarına baxmayaraq, ekoloji cəhətdən müəyyən fəsadlara səbəb olurlar. Limanlar adətən litoral zonaya daxil olur və qabarma-çəkilmələrə məruz qalır. Limanlar yüksək məhsuldar olur. Onlar biogen maddələrin "tələsi" hesab olunur. Bütün il ərzində dənizlərdə avtotroflar – makrofitlər (bataqlıq və dəniz otları, yosunlar), dib yosunları, fitoplankton aktiv olur. Onlar cavan (körpə) balıqların yemləmə yeridir. Limanlar insanın təsərrüfat fəaliyyəti altına düşdükdə su mühitinin çirklənməsi nəticəsində məhsuldarlığını itirir.
Liman (Lənkəran)
Liman (əvvəlki adı: Port İliç) — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində şəhər. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lənkəran rayonunun Port İliç şəhər inzibati-ərazi vahidi tərkibindəki Port İliç şəhəri Liman şəhəri, Port İliç şəhər inzibati-ərazi vahidi Liman şəhər inzibati-ərazi vahidi adlandırılmışdır. == Tarixi == 1921-ci ildə Lənkəran şəhərinin şimalında, dəniz gəmilərinin yan aldığı buxtada yerləşən yaşayış məntəqəsinin yerində qəsəbə salınmışdır. Əvvəlki illərdə buradakı buxta Xəzər dənizinin şimalı ilə cənubu arasında hərəkət edən gəmilərin dayanacaq yeri idi. 1924-cü ildə isə qəsəbə Vladimir İliç Leninin adına Port İliç adlandırılmışdır. 1971-ci ildə şəhər statusunu almışdır. 5 oktyabr 1999-cu ildən adı dəyişdirilərək Liman adlandırılmışdır. == Coğrafiyası və iqlimi == Liman şəhəri Lənkəran şəhərindən 12 km şimalda, Xəzər dənizi sahilində yerləşir. == Əhalisi == 1989-cu ildə SSRİ-də həyata keçirilmiş siyahıyaalmanın nəticələrinə görə burada 14056 nəfər əhali yaşayırdı. == Yolları == 13 sentyabr 2013-cü ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Liman-Nərimanabad-Balıqçılar avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Lənkəran Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 2 milyon manat ayrılmışdır.
Liman (coğrafiya)
Liman (yun. λιμένας — havan, buxta) — Sahil boyunda qurunun tədricən dayazlaşdığı yerlərdə, dəniz suyunun geniş çay mənsəblərini basması nəticəsində əmələ gələn dayaz dəniz körfəzinə liman deyilir. Daşqınlar zamanı dəniz suyu basmış liman açıq dənizə geniş şəkildə açılarsa buna quba deyilir. Limanın suyu şirin çay suyu ilə duzlu dəniz suyu qarışdıqdan təşkil olunduğundan elədə şor olmur. Ancaq limana az miqdarda çay suyu axdığı zaman suyu şorlaşır.
Liman (dəniz)
Liman və ya port – sahilyanı yarımqapalı su hövzələri. Onlar şirinsulu və dəniz ekosistemləri arasında ekoton kimi özünü göstərir. Liman müxtəlif tipli gəmilərin sahilə yaxınlaşmaq üçün yan aldıqları xüsusi hazırlanmış dənizkənarı yerdir. == Limanlar və ekologiya == Limanlar iqtisadi cəhətdən yüksək əhəmiyyətə malik olmalarına baxmayaraq, ekoloji cəhətdən müəyyən fəsadlara səbəb olurlar. Limanlar adətən litoral zonaya daxil olur və qabarma-çəkilmələrə məruz qalır. Limanlar yüksək məhsuldar olur. Onlar biogen maddələrin "tələsi" hesab olunur. Bütün il ərzində dənizlərdə avtotroflar – makrofitlər (bataqlıq və dəniz otları, yosunlar), dib yosunları, fitoplankton aktiv olur. Onlar cavan (körpə) balıqların yemləmə yeridir. Limanlar insanın təsərrüfat fəaliyyəti altına düşdükdə su mühitinin çirklənməsi nəticəsində məhsuldarlığını itirir.
Liman (dəqiqləşdirmə)
Liman — sahilyanı yarımqapalı su hövzəsi. Liman (coğrafiya)Yaşayış məntəqələriLiman (Lənkəran) — Azərbaycanın Lənkəran rayonu ərazisində şəhər. Liman (Şabran) — Azərbaycanın Şabran rayonu ərazisində kənd.
Liman (kommuna)
Liman (fr. Limans, oks. Limans) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Forkalkye kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04104. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 334 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 230 nəfərin (15-64 yaş arasında) 108-i iqtisadi cəhətdən, 122-i fəaliyyətsizdir (fəaliyyət göstəricisi 47.0%, 1999-cu ildə 52.9%). Aktiv fəaliyyət göstərən 108 nəfərdən (50 kişi və 42 qadın), 16 nəfər işsizdir (7 kişi və 9 qadın).
Liman (Şabran)
Liman — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd.
Liman bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Liman şəhəri
Liman (əvvəlki adı: Port İliç) — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində şəhər. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lənkəran rayonunun Port İliç şəhər inzibati-ərazi vahidi tərkibindəki Port İliç şəhəri Liman şəhəri, Port İliç şəhər inzibati-ərazi vahidi Liman şəhər inzibati-ərazi vahidi adlandırılmışdır. == Tarixi == 1921-ci ildə Lənkəran şəhərinin şimalında, dəniz gəmilərinin yan aldığı buxtada yerləşən yaşayış məntəqəsinin yerində qəsəbə salınmışdır. Əvvəlki illərdə buradakı buxta Xəzər dənizinin şimalı ilə cənubu arasında hərəkət edən gəmilərin dayanacaq yeri idi. 1924-cü ildə isə qəsəbə Vladimir İliç Leninin adına Port İliç adlandırılmışdır. 1971-ci ildə şəhər statusunu almışdır. 5 oktyabr 1999-cu ildən adı dəyişdirilərək Liman adlandırılmışdır. == Coğrafiyası və iqlimi == Liman şəhəri Lənkəran şəhərindən 12 km şimalda, Xəzər dənizi sahilində yerləşir. == Əhalisi == 1989-cu ildə SSRİ-də həyata keçirilmiş siyahıyaalmanın nəticələrinə görə burada 14056 nəfər əhali yaşayırdı. == Yolları == 13 sentyabr 2013-cü ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Liman-Nərimanabad-Balıqçılar avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Lənkəran Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 2 milyon manat ayrılmışdır.
Taman (liman)
Taman — Taman yarımadasında, Krasnodar diyarının Temryukski rayonunun Taman kəndindən uzaq olmayan Volna kəndində, Jelezny Rog burnu yaxınlığındakı dəniz limanıdır. Taman dəniz limanı ixrac üçün müxtəlif yüklərin daşınması ilə məşğuldur. Limanda neft və neft məhsulları, mayeləşdirilmiş karbohidrogen qazları, ammonyak, taxıl, kömür, gübrələr, dəmir filizi, kükürd, polad məmulatları, konteynerlərdə yüklərin daşınması üçün terminallar tikilmiş və tikilməkdədir. 2015-ci ildə limanın yük dövriyyəsi 12,3 milyon ton (artım 20,8%) təşkil edib ki, bu da onu Rusiya Federasiyasının limanları arasında 15-ci yerə yüksəldib. Liman terminallarının tikintisi başa çatdıqdan sonra yük dövriyyəsi 70 milyon tona çatmalıdır ki, bu da limanı Rusiyada ikinci və ya üçüncü yerə çevirəcək. "Taman" həm Taman yarımadası, həm də Krım vasitəsilə yüklərin daşınmasına imkan verən Krım körpüsü ilə eyni olan nəqliyyat yanaşmalarından istifadə edir. Limana yaxınlaşmalarda dərinliklər 20–25 metrdir. Limana dedveyti 220 min tona qədər, uzunluğu 300 m-ə qədər, eni 50 m-ə qədər, yanalmalarda 14 m-ə qədər, TLU-da isə 21 m-ə qədər olan gəmilər daxil ola bilər. Liman Azov-Qara dəniz hövzəsinin nəqliyyat və logistika imkanlarının inkişafı və "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin yaradılması üçün nəzərdə tutulub. == Tarixi və fəaliyyətləri == Taman limanı hələ də tikilir, lakin artıq beynəlxalq nəqliyyat üçün açıqdır.
Laman
Laman (Lerik) — Azərbaycanın Lerik rayonunda kənd. Laman (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd.
Likan
Canavar adam (yun. λυκάνθρωπος, ing. Werewolf, alm. Werwolf‎, ukr. Вовкулака, fr. loup-garou) – insandan canavara (və yaxud əksinə) çevrilmək xüsusiyyətinə malik olan mifik varlıq. Qurd adam bütöv ay sırasında qurd kimi qorxunc bir bədheybətə dönüşən əfsanəvi insandır. Bir insanın bir heyvan şəklində, xüsusən də canavar şəklində olması, canavar əfsanəsinin mənşəyi üçün kifayət qədər bir izah deyil. Ümumiyyətlə bir canavar tərəfindən dişlənmə və ya müəyyən bir ayda doğulma kimi tanınır. Qurd adam hekayələri uzun müddətdir müxtəlif mənbələrdə və cəmiyyətlərdə tapılmışdır.
Limon
Limon (lat. Citrus limon) — Sədokimilər fəsiləsinə aid bitki növü. == Ümumi məlumat == Limon çox faydalı bitkidir. Azərbaycanın subtropik rayonlarında (Lənkəran, Astara və s.) son illərdə müvəffəqiyyətlə becərilir və onun əkin sahələri ildən-ilə genişləndirilir. Limonun vətəni qədim Hindistan torpağıdır. Əfsanəvi hindli yoqları onu sağlamlığın qorunmasında universal bir vasitə sayırlar. Onların dediklərinə görə hər adam özünü gündə bir limon yeməyə və bir limonun şirəsini içməyə öyrətməlidir. Güman edilir ki, "limon" sözü malay dilində bu meyvəni adlandıran "lerno" sözündən əmələ gəlib. Çində isə bu bitkini "limunq" adlandırırlar və tərcümədə bu "analar üçün xeyirli" deməkdir. 18-ci əsrdə İngilis donanmasında uzun səfər zamanı matroslara gündə 30 q limon şirəsi qəbul etmək məcburi sayılırdı ki, bu da onları sinqa xəstəliyindən qoruyurdu.
Livan
Livan (ərəb. لبنان‎‎) və ya rəsmi adı ilə Livan Respublikası (ərəb. الجمهوريّة اللبنانيّة‎‎) — Yaxın Şərqdə dövlət. Şimal və şərqdən Suriya, cənubdan İsraillə həmsərhəddir. Qərbdən isə Aralıq dənizinə çıxışı vardır və bu dəniz vasitəsilə Kiprlə su sərhəddinə malikdir. Paytaxtı və ən böyük şəhəri Beyrut, ümumi sahəsi 10,452 kvadrat kilometrdir. Livanı bəzən Yaxın Şərqin İsveçrəsi də adlandırırlar. == Coğrafiyası == Livan Respublikasının ərazisi 10.452 km² — dir . Ərazisinin böyüklüyünə görə dünyada 161-ci yeri tutur. Şimal-şərqdəki Biqa vadisindən başqa bütün ərazisi dağlıq ərazilərdir.
Lima
Lima Perunun paytaxtı.Şəhər sakit okeandan 12 km şərqdə Kallau çayının limanında yerləşir.Lima 21-ci əsrin ən sıx şəhərlərindən biridir.Əhalisinin sayı 7.368.069 nəfərdir.
İman
İman (İran) — İranda kənd. İmanşahlı — Qərbi Azərbaycanın Qəmərli rayonu ərazisində kənd. İmanşəhr — İranın İsfahan ostanının Fəlavərcan şəhristanının Mərkəzi bəxşində şəhər.
Ağ liman(roman)
Ağ liman — Povest 1970-ci ildə xalq yazıçısı Anar Rzayev tərəfindən qələmə alınmışdır. == Haqqında == Anar Rzayevin yaradıcılığında povest janrı önəmli yerlərdən birini tutmaqdadır. Onun elə ilk iri həcmli əsəri də "Ağ liman" povesti olmuşdur. Bu povest Anar Rzayevin yaradıcılığında yeni bir səhifənin başlanğıcıdır "Ağ liman" əsəri Moskvada (1973, 1980, 1988), Polşada (1978), Macarıstanda (1972), Bolqarıstanda (1973), Türkiyədə (1991), Özbəkistanda (1978), Qazaxıstanda (1976), İranda, Slovakiyada, Çexiyada, Gürcüstanda, Misirdə və bir sıra ölkələrdə çap olunmuşdur. == Məzmunu == “Ağ Liman” povesti obrazlardan biri olan Nemətin yuxusu ilə başlayır. Nemət nəşriyyatda işləyən tərcüməçidir. və həyatda gördüyü hər bir şeyi dərindən müşahidə etmək bacarığı var. Nemət yuxusunda stansiyadadır, ailəsi və pişiyi ilə Bakıya getmək üçün altı ədəd qatar bileti almağı gözləyir. Bilet almaq növbəsi Nemetə çatır və Xəzinədar Səfdər dayı Nemətə Bakıya getmək üçün lazım olan biletləri vermək istəmir və bir neçə səbəb gətirir. O, Nemətin paltarlarının Bakıya getməyə uyğun hesab etmir və ona bir bilet verir.
Ağ liman (roman)

Balta-Liman konvensiyası
Balta-Limanı ticarət konvensiyası — Osmanlı imparatorluğu ilə İngiltərə arasında 16 avqust 1838-ci il tarixində İstanbulun Balta-Limanı mahalında imzalanmış ticarət müqaviləsi.Osmanlı imperiyası 1826-cı ildən bəri ehtiyac duyduğu yerli xammalın xarici tacirlər tərəfindən ixrac edilməsinin qarşısını alan yed-i vahid (inhisar) sistemini tətbiq etdi. Bu sistem Böyük Britaniyanın mənafeyinə uyğun deyildi və ingilislər onlara Osmanlı ərazilərində imtiyazlar vermək üçün Osmanlı imperiyasına təzyiqlər göstərirdilər. Osmanlı dövlət xadimi,diplomatı Mustafa Rəşid paşa, Misir valisi Kavalalı Mehmet Əli paşanın qiyamını yatırmaq üçün İngilislərdən kömək istədi. Bu yardım qarşılığında, ingilislər Balta-Limanida bir dövlət malikanəsində Böyük Britaniyaya böyük ticarət imtiyazları verən ticarət konvensiyasının imzalanmasını istədilər. Konvensiya 8 oktyabr 1838-ci ildə kraliça I Viktoriya tərəfindən, bir ay sonra sultan II Mahmud tərəfindən təsdiq edildi. == Tarixi == Britaniya imperiyası Osmanlı ərazilərində sərbəst ticarət hüququnu almaq üçün uzun müddət mübarizə aparmışdır. Lakin hər dəfə ingilislərin cəhdləri uğursuzluğa düçar olurdu. XIX əsrin əvvəllərində dərin siyasi və iqtisadi böhran keçirən Osmanlı imperiyası böyük dövlərin güclü təzyiqinə tam gətirə bilmirdi. Həmçinin ölkənin daxili vəziyyəti də Osmanlı dövlətinin xarici təzyiqə müqavimət göstərməsinə imkan vermirdi. 1830-cu illərdə xüsusən Osmanlının ən böyük əyaləti olan Misirdə müstəqillik meyllləri Sultan II Mahmudu ingilislərə güzəştə getməyə məcbur etdi.
Liman Bradford Smit
Liman Bradford Smit (ing. Lyman Bradford Smith; 11 sentyabr 1904 Vinçester, Massaçusets – 4 may 1997 Manhattan, Kanzas) – ABŞ botaniki.
Lima Lima (aerobatika eskadronu)
Lima Lima Uçuş Komandası (ing. Lima Lima Flight Team) ABŞ-nin İllinoys ştatında bazalaşan mülki aerobatika eskadronudur. Uçuşlar üçün 6 ədəd Beechcraft T-34 Mentor təyyarəsinin daha güclü mühərrikə məxsus versiyasını istifadə olunur. T-34 təyyarələri hərbi aerobatika komandalarında istifadə olunan təyyarələrdən daha aşağı sürətə sahib olduğuna görə şou zamanı "ölü vaxt" olmur.
Acianthera limae
Acianthera limae (lat. Acianthera limae) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin acianthera cinsinə aid bitki növü.
Alsancak limanı
İzmir limanı və Alsancak limanı — Türkiyənin İzmir şəhərində yerləşən dəniz limanı. İzmir körfəzində yerləşir. == Tarixi == İzmir Osmanlı İmperiyasının əhəmiyyətli liman şəhəri idi və burada ilk tikintilər 1869-cu ildə inşa olunmağa başlandı. Limanın özü 1955-1959-cu illər arasında tikildi. Liman ilk öncə Türkiyə Dəmir Yollarına məxsus idi. 1960-cı ildə isə DenizBank (dəniz işlərinə cavabdeh olan dövlət bankı) tərəfindən alındı. 1 yanvar 1989-cu ildə Türkiyə Dövlət Dəmir Yollarına geri təhvil verildi. 2007-ci ildə limanı özəlləşdirmə prosesi getsə də, hüquqi səbəblərə görə özəlləşdirmə dayandırıldı. 2017-ci ilin mart ayında Mayami limanı ilə qardaşlaşmış olundular. 2018-ci ildə liman infrastrukturu Türkiyə Sərvət Fonduna (türk.
Bakı limanı
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı' (abr. BDTL) — 1902-ci ildə təsis edilmiş və o vaxtdan Xəzər dənizi limanlarının ən böyüyü və ən əhəmiyyətlisi hesab olunur. 2015-ci il 18 mart tarixində Bakı Limanı yenidən qurulmuş və Qapalı Səhmdar Cəmiyyəti (QSC) yaradılmışdır. == Tarixi == Bakı limanı Xəzər dənizinin ən qədim limanıdır və Azərbaycanın dövlət quruculuğu tarixinin bir çox mərhələsində mövcud olmuşdur. Əsrlər boyu Bakı Limanı qədim İpək Yolu, eləcə də, Şimali Avropa və Rusiyanı Orta Şərq və Cənubi Asiya ilə birləşdirən Şimal-Cənub nəqliyyat dəhlizi üzərində yerləşərək Şərq və Qərb arasında körpü rolunda çıxış etmişdir. Daha sonra bu marşrut Rusiya, Avropa, Hindistan və digər ölkələrdən olan xarici tacirlər tərəfindən istifadə edilib. On beşinci əsrin ortalarında Volqa-Don və Xəzər dənizi ticarət marşrutu üzrə Şərqi Avropanı Hindistan ilə birləşdirən yeni ticarət marşrutu kəşf edildi. Bu kəşf bugünkü Bakı Limanının Xəzər dənizi ticarətində, eləcə də, beynəlxalq dəniz ticarətində əsas mərkəz kimi əhəmiyyətini artırmışdır. Əvvəlki əsrlərdə dəniz ticarəti Bakı şəhərinin ən əsas fəaliyyəti olmasına baxmayaraq, Bakı Limanına edilən rəsmi tarixi istinadlara 1564-cü ildən rast gəlinir. 1564-cü ildə Səfəvi hökmdarı I Şah Təhmasibin əmri ilə Şeyx Zahid Bakı Limanının "birinci naziri" təyin edildi.
Bastiya limanı
Bastiya — Korsika regionunda əsas ticarət şəhəridir. Yuxarı Korsika departamentinində yerləşir. Əhalisi 42,9 min nəfərdir (2005). Bastiya adanın ən ucqar nöqtəsi Kors burnunun sahillərində yerləşməklə, Korsikanın əsas iqtisadi mərkəzi hesab edilir. Aralıq dənizi iqlim tipinə malik olub, qışda temperatur-8°С , yayda isə 23°С olur (bəzən illik orta temperatur 15°С). İllik yağıntıların miqdarı isə illik-700 mm-dir. == Bastiyanın ətrafı == Ənənəvi olaraq yay fəslində şəhər əhalisi-şəhərdən 16 km aralıda Bastiyanın cənubuna La-Manş sahillərinə gəlirlər. Sahillər şam meşələri ilə əhatə olunub. Bura plajlarda restoranlar çoxluq təşkil edir. Ancaq demək olar ki, dəniz sahilləri çirklənmişdir.