Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Limosa limosa
Böyük oxcüllüt (lat. Limosa limosa) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin oxcüllüt cinsinə aid heyvan növü. == Statusu == Nadirdir. == Kateqoriyası == (VU) Təhlükə həddindədir. == Genefond əhəmiyyəti == Azərbaycan faunasında cinsin 2 növündən biridir (amma 2-ci növ (L.lapponica) 5-10 ildə bir dəfə azıb gəlir). == Qısa təsviri == Göyərçindən az böyükdür. Rəngi əlvandır. Başı boz, beli qaramtıl, quyruğu qara, onun dibi isə ağdır. Qarın tərəfi köndələn zolaqlı bozdur. Havada olarkən qanadlarının üstündə bir ədəd enli ağ zolaq görünür və ayaqları quyruğundan çox geriyə çıxır.
Limonad
Limonad — adətən, qazlı olan şirin alqokolsuz içkidir. Sərinləşdirici xassəyə malikdir. Limondan hazırlandığına görə ona "Limonad" adı verilmişdir. Limonad ilk dəfə Fransada I Lüdovikin hakimiyyəti dövründə yaranmışdır. Limonad bütün dünya ölkələrində məşhurdur.
Limonit
Limonit — mineral, HFeO2×nH2O (n-4-dək). == Haqqında == Limonite - aqreqatı: stalaktitlər, salxımabənzər, qatranabənzər, torpaqvari, tozvari, oxrayabənzər, pizolitlər, oolitlər və b. Rəngi qonur, müxtəlif çalarlı, tünd-qonur, qara, sarı. Sıx sızma növünün sərtliyi 4-5,5. Xüsusi çəkisi 2,7-4,3. Səthdə və səthəyaxın şəraitdə əmələ gəlir. Sulfid yataqlarının oksidləşmə zonasında sulfidlər üzrə psevdomorfozlar əmələ gətirir. Aşınma qabığında Fe-lu süxurəmələgətirən minerallar üzrə psevdomorfozlar. Göl-bataqlıq filizləri limonitdən təşkil olunmuşdur. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti.
Limanda
Limanda — 1954-cü ildə ABŞ-də çəkilən film. == Məzmunu == Köhnə boksçu Terri Melloy (Marlon Brando) qardaşı Çarlinin istəyi ilə Conni Frendli adlı adamın yanında işə düzəlir. Conni mafiya adamıdır və qanunsuz işlərlə məşğul olur. Conni onlara xəyanət etmiş insanları aradan götürür. Bir gün Conninin adamları Terrinin qonşuluğunda yaşayan bir şəxsi qətlə yetirirlər. Terri bu qətlin şahidi olur, lakin heç kim qətlin kim tərəfindən həyata keçirildiyini deməyə cürət etmir. Keşiş Berri və qətlə yetirilən şəxsin bacısı Edi qatili axtarmağa baçlayırlar. Edinin görən Terridə ona qarşı sevgi yaranır. Terri Conni Frendliyə qarşı çıxır. == Film haqqında == 1954-cü ildə Elia Kazan tərəfindən çəkilmiş və hal-hazırda bütün dövrlərin ən yaxşı filmlərindən hesab olunan film… Rollarda Marlon Brando, Karl Malden, Eva Meri Seynt və b.
Limosa
Oxcüllüt (lat. Limosa) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinə aid heyvan cinsi.
Limon
Limon (lat. Citrus limon) — Sədokimilər fəsiləsinə aid bitki növü. == Ümumi məlumat == Limon çox faydalı bitkidir. Azərbaycanın subtropik rayonlarında (Lənkəran, Astara və s.) son illərdə müvəffəqiyyətlə becərilir və onun əkin sahələri ildən-ilə genişləndirilir. Limonun vətəni qədim Hindistan torpağıdır. Əfsanəvi hindli yoqları onu sağlamlığın qorunmasında universal bir vasitə sayırlar. Onların dediklərinə görə hər adam özünü gündə bir limon yeməyə və bir limonun şirəsini içməyə öyrətməlidir. Güman edilir ki, "limon" sözü malay dilində bu meyvəni adlandıran "lerno" sözündən əmələ gəlib. Çində isə bu bitkini "limunq" adlandırırlar və tərcümədə bu "analar üçün xeyirli" deməkdir. 18-ci əsrdə İngilis donanmasında uzun səfər zamanı matroslara gündə 30 q limon şirəsi qəbul etmək məcburi sayılırdı ki, bu da onları sinqa xəstəliyindən qoruyurdu.
Limonlu piroq
Limonlu yovşan
Limonlu yovşan (lat. Artemisia balchanorum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. == Təbii yayılması == Türkmənistanda, Azərbaycanda dağ yamaclarında bitir. == Botaniki təsviri == Limonlu yovşanın hündürlüyü 50-80 sm, diametri 50-60 sm olan mürəkkəbçiçəklilər fəsiləsindən olan çox budaqlanan yarımkoldur. Oduncaqlı çoxillik zoğlara malikdir. Yarpaqları 2-3 yerə lələkvari bölünmüşdür. Səbətləri oval-uzunsov, uzunsov süpürgədə yerləşir. Çiçəkləri ikicinslidir. Külək və həşəratların vasitəsilə çarpaz tozlanır. Çiçəkləməsi vegetasiyanın birinci ilində başlayır.
Limonlu çayı
Limonlu çayı (q.yun. Λάμος Lamos; lat. Lamus) və ya Gökler çayı ― qədim Kilikyada, müasir Türkiyənin Mersin ilində çay. Çay Tavr dağlarındakı Yüğlük dağından başlayır və Ərdəmli ilçəsindəki Limonlu (qədim Antakiya Lamotis) qəsəbəsi ərazisində Aralıq dənizinə tökülənə qədər dərin dərəsi boyu cənub-qərb istiqamətində axır. Hövzəsinin təxminən yarısında qərbdən qol olaraq Susama çayını qəbul edir. Limonlu qəsəbəsində, çayın mənsəbindən təxminən 500 metr qərbdə, sağ sahilindəki düz təpə üzərində orta əsrə aid Limonlu qülləsi yerləşir. Çayın üzərindən qüllənin altında yerləşən və ehtimal ki, daha əvvəlki bir Roma körpüsünün yerində tikilmiş, Osmanlı dövrünə aid körpü keçir. Qəsəbənin şimalında çaydan qədim Elaiussa Sebaste və Korikus şəhərlərinə su daşımış su kəmərinin qalıqları var. == Tarix == Çayın qədim adı Lamos (q.yun. Λάμος: lat.
Spilanthes limonica
Acmella brachyglossa (lat. Acmella brachyglossa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin acmella cinsinə aid bitki növü. == Sinonimləri == Ceratocephalus caespitosa (DC.) Kuntze Ceratocephalus caespitosus (DC.) Kuntze Spilanthes arrayana Gardner Spilanthes caespitosa DC. Spilanthes eggersii Hieron.
Vitezslav Pivonka
Vítězslav Pivoňka — Çexiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2014-cü ildən)
İftarlıq limonad
Iftarlıq Limonad (türk. İftarlık Gazoz) — rejissorluğunu və senaristliyini Yüksel Aksunun etdiyi, baş rollarda Cem Yılmaz və Berat Efe Parların olduğu 2016 komediya növündəki kinoteatr filmidir. Filmin premyerası 2016-cı ilin Yanvar ayının 28-də Kanyon AVM-də oldu. Film 2016-cı ilin Yanvar ayının 29-da viziona girdi. Film 5 həftə ərzində 307 fərqli kino salonunda nümayiş olunmuşdur. Ümumi 960.898 tamaşaçıyla 11.569.063 TL hasilat etmişdir. == Məzmun == 1970-ci illərin əvvələrində bir Egey qəsəbəsində ailəsi ilə birlikdə yaşayan Adəm ağıllı və müvəffəqiyyətli bir şagirddir. 5-ci sinfi bitirər bitirməz yay tətilini yaxşı qiymətləndirmək üçün ailəsinə Limonad satan Cibar Kamal Usta ilə işləmək istədiyini deyər. Güc-bəla icazə alan Adəm Limonad satanın çırağı olaraq Cibar Kamalın yanında işə başlayır. Ramazan ayının ilk günləridir, Adəm məsciddə oruc haqqında vəz edən müəllimin dediklərindən təsirlənər və oruc tutmağa qərar verir.
Artemisia limosa
Artemisia limosa (lat. Artemisia limosa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Carex limosa
Carex limosa (lat. Carex limosa) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin topalaqkimilər fəsiləsinin cil cinsinə aid bitki növü.
Emilia limosa
Emilia limosa (lat. Emilia limosa) — mürəkkəbçiçəklilər fəsiləsinin emilia cinsinə aid bitki növü.
Inula limosa
Inula limosa (lat. Inula limosa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü.
Limonu evkalipt
Corymbia citriodora (lat. Corymbia citriodora) — mərsinkimilər fəsiləsinin corymbia cinsinə aid bitki növü.
Limosa lapponica
Kiçik oxcüllüt (lat. Limosa lapponica) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin oxcüllüt cinsinə aid heyvan növü.
Lionda təqib
Lionda təqib — b.e. 177-ci ildə, Mark Avrelinin hakimiyyəti dövründə, Romanın Qalliya vilayətinin Luqdun şəhərində (indiki Lion, Fransa) xristianlara qarşı əfsanəvi təqib. Bu təqiblə bağlı heç bir tarixi hesab yoxdur və ən erkən mənbə hadisədən 150 il sonra yazılmış Yevsevinin "Kilsə tarixi" əsərinin V kitabıdır. VI əsrdə yaşamış Turlu Qriqori bu təqibləri müəllifi olduğu "Əzabkeşlərin şöhrət kitabı" əsərində qismən əhatə etmişdir. == Təqib == Liondakı təqib haqqında ən mühüm məlumat mənbəyi Yevsevinin "Kilsə tarixi" əsərində uzun fraqmentlər şəklində verilmiş yunanca məktubdur. Yevsevi əzabkeşlik çəkmiş xristianlar haqqında demək olar ki, bütün məlumatları özündə saxlamış, mətndə yalnız ritorik və didaktik hissələr buraxmışdır. Yevseviyə görə, məktub imperator Mark Avrelinin hakimiyyəti dövründə xristianlara qarşı genişmiqyaslı təqiblərin baş verdiyinin sübutu idi. Burada "möminlik döyüşçüləri"nin haqq və öz ruhları uğrunda apardıqları mübarizədən bəhs edilirdi. Məktubda istismarlar ətraflı təsvir edilmişdir. Əzabkeşlərin adları sonda verilmişdir.
Mentha limosa
Su nanəsi (lat. Mentha aquatica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. == Arealı == Avropa, Cənub-qərbi Asiyada və şimal-qərbi Afrikada bitir. == Qısa morfoloji təsviri == Çoxillik, uzun, sürünən zoğludur. Gövdəsi düz və ya qalxan, hündürlüyü 30-80 sm, budaqlı, demək olar ki, çılpaq və ya tüklənmiş bitkidir. Yarpaqları saplaqlı, 2-5 sm uzunluqda, 1-3 sm enində, uzunsov yumurtavari və ya elliptik, küt və ya ucubiz, kənarları mişarvari, zəif tüklü, yaşılbozumtul rəngdədir. Köbələri çoxçiçəklidir, 2-3 sayda gövdənin və budaqların təpəsində birləşərək kürəvari, oval və ya uzunsov başcıqlı çıçəkqrupunda yığılmışdır. Kasacıqları pırpızlaşmış tüklü, boruvari, tacı 6-8 mm uzunluqda, çəhrayıdır. Fındıqcıqları yumurtavari, xırda nöqtəlidir. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi ovalığının rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır.
Simona Abbate
Simona Abbate (22 avqust 1983) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Simona Abbate, İtaliya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Birləşmiş Krallıq yığmasını 11:8 hesabı ilə məğlub edən İtaliya yığması, London Olimpiadasını yeddinci pillədə başa vurdu.
Simona Baylz
Simona Baylz (d. 14 mart 1997; Kolumbus, Ohayo, Birləşmiş Ştatlar) — Birləşmiş Ştatları təmsil edən Afroameriкan əsilli idman gimnastı. Baylz 2016 Olimpiya Oyunlarında komanda, çoxnövçülük, dayaqla tullanma və döşəmə yarışlarında qızıl medal qazanıb. O, həmdə dirək ilə hərəkətlərdə bürünc medal qazanıb.
Simona Hankin
Simona Hankin (d. 28 fevral 1973) — Avstraliyanı təmsil edən su poloçusu. Simona Hankin, Avstraliya yığmasının heyətində 2000-ci ildə baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatılıb və qızıl medal qazanıb. == Karyerası == Simona Hankin, 2000-ci ildə Avstraliya yığması ilə birgə XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Birləşmiş Ştatlar yığmasını 4:3 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVII Yay Olimpiya Oyunlarının çempionu oldu.
Simona Kut
Simona Kut (12 noyabr 1980, Utrext, Utrext) — Niderlandı təmsil edən su poloçusu. == Karyerası == Simona Kut, Niderland yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasını 11:10 hesabı ilə məğlub edən Niderland yığması, XXIX Yay Olimpiya Oyunlarının qızıl medalına sahib oldu.
Tinca limosa
Lilbalıq (lat. Tinca tinca) — lilbalıq cinsinə aid balıq növü. Çəkikimilər fəsiləsinə aid balıq növüdür. == Morfoloji əlamətləri == D III–IV 8, A III 7, birinci qəlsəmə qövsündə 16–20 dişcik olur. Udlaq dişləri bir sırada yerləşir, adətən 4–5 və ya 5–4 olur. Lilbalığının bədəni pulcuqlarla və sıx seliklə örtülüdür. Pulcuqlar xırda olub, dəridə möhkəm yerləşmişdir. Yan xətt bədənin tam ortasında yerləşir. Orta hesabla hər sırada 100-ə yaxın pulcuq olur. Rəngi qidalanma şəraitindən asılıdır: yaşımtıl-gümüşü (qumsal şəffaf sularda) rəngdən bürünc çalarlı tünd-qonur (lil qruntlu su hövzələri) rəngə qədər olur.