Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dua Lipa
Dua Lipa (22 avqust 1995, Vestminster[d], Böyük London) — alban əsilli ingilis müğənni və bəstəkar. Model olaraq çalışdıqdan sonra 2014-cü ildə Warner Bros. şirkəti ilə müqavilə bağlayaraq 2017-ci ildə Dua Lipa adlı albomunu çıxardı. Albom Böyük Britaniya sıralamasında üçüncü yerə yüksəldi. == Həyatı == Lipa, 22 avqust 1995-ci ildə Londonda doğulub. Adı "Dua" alban dilində "Səni sevirəm", "istəyirəm" və ya "ehtiyacım var" mənasına gəlir. Ailəsi Kosovalı albanlardır. Silviya Yonq Teatr Məktəbində oxumuşdur. 15 yaşında olarkən Londona dönüb və dostları ilə yaşamağa başlamışdır. Dönməkdə məqsədi musiqi karyerası yaratmaq idi.
LiSA
Lisa (Fransız musiqiçi)
Lida
Lida (belar. Ліда, lit. Lyda, pol. Lida) — Belarusda şəhər. Qrodno vilayətində yerləşən böyük sənaye şəhəri, Lida rayonunun inzibati mərkəzi. Şəhər ölkənin əsas avtomobil və dəmir yollarının kəsişməsində yerləşdiyinə görə, böyük strateji əhəmiyyətə malikdir. Lida şəhəri Polşadan 120 km, Litvadan 35 km, Qrodno şəhərindən 110 km, paytaxt Minsk şəhərindən isə 164 km məsafədə yerləşir.
Lifa
Suquha Kiriqaya (桐ヶ谷 直葉, Kirigaya Suguha) – Reki Kavahara tərəfindən yazılmış "Sword Art Online" ranobe seriyasının personajlarından biri. Əsasən ranobe dünyasındakı ALfheim Online oyununda istifadə etdiyi Lifa (リーファ, Rīfa) oyunçu adı ilə tanınır. Lifa seriyanın protaqonisti Kiritonun xalaqızısı və ögey bacısıdır. Hekayənin birinci arkında Kirito Sword Art Online oyununda tələyə düşdükdən sonra Lifa qardaşının düşdüyü dünyanı daha yaxşı dərk etmək üçün ALfheim Online oyununu oynamağa başlayır. Anası Lifaya Kiritonun əslində onun bioloji qardaşı olmadığını açıqladıqdan sonra Lifa ona qarşı romantik hislər bəsləməyə başlayır, lakin Kiritonun Asunaya vurulduğunu öyrənib kədərlənir. Personaj tənqidçilərin müsbət rəylərini almış, təsviri və cazibədarlığı təriflənmişdir. == Hekayə == Suquha və ya qısaca Suqu real həyatda Kazutonun "bacı"sıdır; əslində onun xalaqızısıdır. Belə ki, Kazutonun anası bacısının qızını kiçik yaşda ikən övladlığa götürmüş, onu Kazutonun bacısı kimi böyütmüşdür. Nə Kazuto, nə də Suquha yaxın vaxta qədər bundan xəbər tutmamışdırlar. Suquha çalışqan qızdır, həyatındakı tənhalıqdan qurtulmaq üçün 8 ildir ki, kendo ilə məşğul olur.
Lima
Lima Perunun paytaxtı.Şəhər sakit okeandan 12 km şərqdə Kallau çayının limanında yerləşir.Lima 21-ci əsrin ən sıx şəhərlərindən biridir.Əhalisinin sayı 7.368.069 nəfərdir.
Lira
Lira (yun. λύρα , lat. lyra) – simli-dartımlı musiqi aləti. (Xordofon) Qədim dövrlərdən günümüzə qədər gəlib çatmış və müxtəlif ölkələrdə yayılmışdır. == Antik dövr == Qədim Yunanıstan və Qədim Romada lira sözü geniş mənada istifadə olunur və lira ailəsinə—xelis (q.yun. χέλυς, lat. chelys, chelis hərf. tısbağa), barbit (q.yun. βάρβιτον, βάρβιτος, lat. barbitos, barbitus), Forminqa (q.yun.
Lita
Litva litası, lita (lit. litas, çox sayda litai, litų) — 1922-1940 və 1993-cü ildən Litvanın pul vahidi. 100 sentdən ibarətdir (lit. centas, çox sayda centai, centų). ISO 4217 sistemində beynəlxalq kodu LTL. == Tarixi == Birinci dünya müharibəsindən sonra müstəqil Litva Respublikası ərazisində digər dövlətlərin valyutaları dövriyyədə idi. Milli pul vahidi olan lit dövriyyəyə 2 oktyabr 1922-ci il tarixindən buraxıldı. Litva SSRİ tərkibinə qatıldıqdan sonra (1940), 25 mart 1941-ci ildən lit SSRİ rublu ilə əvəz edildi. Lit yenidən dövriyyəyə ikinci müstəqillik dövründə, 25 iyun 1993-cü il tarixindən buraxıldı. == Valyuta kursu rejimi == 25 iyun 1993-cü ildən 31 yanvar 2002-ci ilədək lit ABŞ dollarına 4:1 nisbəti ilə bağlanmışdı, 1 fevral 2002-ci ildən isə avroya 3,4528:1 nisbəti ilə bağlandı. Bu nisbət Litvada avronun istifadəsinə qədər qalacaqdır.
Liva
Liva — iki alaydan ibarət hərbi birləşməyə və bu birləşmənin komandirinə verilən ad. Liva rəsmi qeydlərdə "mirliva" kimi də xatırlanır. Osmanlı ordusunun rütbələrinı görə, miralayın rütbəsi qalxanda liva, livanın rütbəsi qalxanda ferik olurdu. Livalara "paşa" da deyilirdi, "səadəttlü " isə rütbə kimi istifadə olunurdu. Ölkənin mülkiyyə sinfindən olan mütəsərrüf idarəsində hissəsi də liva adlanırdı, lakin bunun əvəzinə daha çox sancaqdan istifadə edilirdi.
Liza
Liza (lat. Liza) — kefallar fəsiləsinə aid balıq cinsi.
Lupa
Lupa və ya zərrəbin — bir neçə linzadan ibarət olan, xırda predmetlərin yaxınlaşdıraraq müşahidəsi üçün nəzərdə tutulmuş optik sistem. İnsan fəaliyyətinin bir çox sahələrində — biologiya, tibb, arxeologiya, bank və zərgərlik işi, kriminalistika, saat və radio elektron texnikasının təmiri zamanı, həmçinin filateliya, numizmatika və bonistikada istifadə olunur. == Filateliyada == Lupa filatelistlər tərəfindən geniş istifadə olunur. Şəklin xırda detallarına baxmaq üçün 3–4 bölünən lupa kifayətdir. Filatelistlər əsasən qatlanan lupalara üstünlük verir. Bəziləri isə binokulyar cərrahi lupalardan istifadə edirlər .
Lila
Turanqa Lila (ing. Turanga Leela) — "Futurama" cizgi serialının personajlarından biri. Keti Saqal tərəfindən səsləndirilib. Lila Planet Ekspres Gəmisinin kapitanı və pilotudur. Serialın baş qəhrəmanı Fray ilə sonralar nişanlanır. Personaj fransız bəstəkar Olivye Messianın "Turangalîla-Symphonie" əsərinin adını daşıyır. O, həmişə bacarıqlı, məsuliyyəti öz üzərinə götürən və qrupun qalan hissəsini ardıcıl olaraq təhlükədən xilas edən yeganə personajlardan biridir. Ancaq o, özünə çox inanmır, çünki onun yalnız bir gözü var və buna görə uşaq ikən zorbalığa məruz qalıb. Əvvəlcə özünün yadplaneti olduğunu düşünür, lakin sonralar kanalizasiyada mutasiyaya uğramış insanlardan biri olduğunu öyrənir.
IPA
Beynəlxalq fonetik əlifba, səsləri göstərən standart əlifba
Lima Lima (aerobatika eskadronu)
Lima Lima Uçuş Komandası (ing. Lima Lima Flight Team) ABŞ-nin İllinoys ştatında bazalaşan mülki aerobatika eskadronudur. Uçuşlar üçün 6 ədəd Beechcraft T-34 Mentor təyyarəsinin daha güclü mühərrikə məxsus versiyasını istifadə olunur. T-34 təyyarələri hərbi aerobatika komandalarında istifadə olunan təyyarələrdən daha aşağı sürətə sahib olduğuna görə şou zamanı "ölü vaxt" olmur.
Adriana Lima
Adriana Lima (12 iyun 1981, Salvador, Baiya) — Braziliyalı model. == Həyatı == Əsl adı Adriana Franseska Limadır. 12 iyun 1981-ci ildə Braziliyada, Salvador, Bahia şəhərində anadan olub. Atası Nelson Torres, anası Maria da Graça Limadır. Adriananın uşaqlığı çox çətin keçib, belə ki, atası anasıyla onu hələ 6 aylıq olarkən atıb getmişdir. Əvvəllər atası ilə münasibətləri gərgin olmasına baxmayaraq, mətbuatın verdiyi məlumatlara görə hal-hazırda onların münasibətləri normallaşmaq üzrədir. == Karyerası == Baxmayaraq ki, məktəbdə oxuduğu vaxt bir çox gözəllik müsabiqələrində qalib gəlmişdi, Adriana Limanın heç vaxt model olmaq kimi bir fikri olmamışdır. Amma ən yaxın rəfiqəsi model məktəbində oxumaq istədiyi və tək getmək istəmədiyi üçün Adriana da onunla modellik məktəbinə sənədlərini verdi. Hər iki qız şəkillərini müsabiqəyə göndərdilər, amma yalnız Adriana müsabiqədən keçə bildi. Tezliklə - 15 yaşında Adriana Ford şirkətinin "Dünyanın super modeli" yarışmasına qatılaraq birinci yerə çıxdı.
Anna-Liza
Anna-Liza (30 mart 1933, Oslo – 21 mart 2018, Oslo) — Norveç doğumlu Amerikalı qadın aktrisadır. Amerikan istehsalı film ve seriallarda yer almışdır.
Apple Lisa
Apple Lisa Apple Computer (hazırkı Apple) şirkəti tərəfindən istehsal edilən stolüstü kompüterdir. Bu kompüterin dizaynına 1978-ci ildən başlanılmasına baxmayaraq satışa 1980-ci ildə çıxarılmış. Kompüter tarixində Lisa ilk grafik istifadəçi araüzünə (GUİ) sahib olan əməliyyat sistemi kimi tanınır. Bu kompüterin istehsalında Apple Competers-in məqsədi individual istifadə üçün ucuz həllin hazırlanması idi. 1982-ci ilə qədər layihəyə Stiv Cobs rəhbərlik etmişdir. Daha sonra o bu layihədən uzaqlaşdırıldı və Macintosh layihəsinin rəhbərliyi ona tapşırıldı. Lisa-ların son versiyası üzərində bəzi dəyişikliklər aparılaraq Macintosh XL adı ilə satışa çıxarılmışdır. Macintosh bəzi göstəricilərinə görə Lisa-ya bənzəsə də onun davamçısı deyil. Lisa bir çox göstəricilərinə görə Macintoshdan üstündür. Bunlara əməli yaddaş, paralel prosesləmə, ekran qoruyucusu, kalkulyator, 2MB RAMın istifadəsi və s.
Breyv Lifa
Breyv Lifa (5 sentyabr 1995) — Malavili üzgüçü. Breyv Lifa Malavini 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Breyv Lifa birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 28.54 saniyəlik nəticəsi ilə 83-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Emanuelle Lima
Emanuelle Lima (d. 3 may 1996) — Braziliyanı təmsil edən bədii gimnast. Emanuelle Lima 2016-cı ildə Braziliyanı XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Lima həmdə 2015-ci ildə Pan Amerika Oyunlarında iki qızıl və bir gümüş medal qazanıb. == Karyerası == Emanuelle Lima 2016-cı ildə Braziliya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Morqana Qmaç, Cessika Mayer, Qabrielle da Silva və Fransielle Pereyra ilə birgə təsnifat mərhələsində 32.649 xal topladı və 9-cu yeri tutaraq mübarizəni dayandırdı.
Fortuna Liqa
Fortuna Liqa - Çex Respublikasının ən yüksək futbol liqasıdır. Liqada 18 komandadan biri çempionluğundan sonra UEFA Çempionlar Liqasına, 2 -ci və 3 -cü sıradakı komanda isə UEFA Avropa Liqasına çıxır. Liqanın sonunda son iki yerin sahibləri Çex 2 - ci Liqasına düşür.
La Liqa
La Liqa (isp. Liga de Fútbol Profesional, LaLiga) — İspaniya peşəkar futbol liqası. İlk dəfə 1929-cu ildə keçirilmişdir və "Barselona" mövsümün qalibi olmuşdur.Liqadakı ən titullu klub "Real Madrid"dir. Hər il 20 komandanın oynadığı liqada son 3 yeri tutan klub Sequndaya düşür. İlk 4 klub isə UEFA Çempionlar Liqasına çıxır. 4–7-ci yerləri tutan klublar isə UEFA Avropa Liqasına çıxır. La liqanın ən məhsuldar oyunçusu "Barselona"da oynayan Argentinalı ulduz Lionel Messidir. 2015-ci ilə qədər BBVA sponsorluq edirdi. Daha sonra isə Electronic Arts sponsor oldu. İcraçı direktor isə Javier Gomez Morinadır .
LiSA (müğənni)
Risa Oribe (織部 里沙, Oribe Risa, d. 24 iyun 1987) və ya səhnə adı ilə LiSA (Live Is Smile Always ifadəsinin qısaltması) — Aniplex şirkəti üçün fəaliyyət göstərən Yaponiya pop müğənnisi və söz yazıçısı. Yaponiyanın Gifu prefekturasının Seki şəhərində anadan olmuşdur. Erkən yaşlarda musiqiçi olmağa qərar vermiş və musiqi karyerasına Chucky adlı indi qrupunda başlamışdır. Musiqi qrupunun 2008-ci ildə fəaliyyətini dayandırmasından sonra LiSA solo karyerasını davam etdirmək üçün Tokio şəhərinə köçmüşdür. 2010-cu ildə əsas debütünü etmişdir: uydurma Girls Dead Monster qrupunun iki vokalistindən biri kimi "Angel Beats!" anime serialı üçün mahnılar ifa etmişdir. 2011-ci ilin aprelində "Letters to U" adlı mini-albomunu buraxaraq solo debütünü etmişdir. LiSA 2010-cu ilin avqustunda Animelo Summer Live festivalında, 2012-ci ildə isə Anime Expo tədbirində çıxış etmişdir. Anime Festival Asia tədbirinin daimi qonağıdır. LiSA-nın mahnıları "Sword Art Online", "Fate/Zero" və "Demon Slayer" kimi bir çox anime seriallarında səsləndirilmişdir.
Lida qalası
Lida qalası (belar. Лідскі замак, lit. Lydos pilis) — Litva knyazlığının Böyük Şahzadəsi Qediminas tərəfindən 14-cü əsrin əvvələrində Tevton ordeninini genişlənməsinə qarşı torpaqlarını müdafiə etmək üçün tikdirilmiş qala. Bu müdafiə zəncirindəki digər qalalara Qrodno, Novoqrudok, Krevo, Myadininkay və Trakai də daxil idi. Müasir Belarusiyanın Lida şəhəri bu qalanın ətrafında böyüdü. Lida qalası dəniz səviyyəsindən 141 metr (463 ft) yüksəkdə yerləşir.Qala üçün seçilmiş yer təbii olaraq şərqdən qərbə Kamenka və Lida çayları tərəfindən qorunur. Qala divarlarının bərpası 1323, 1324 və 1325-ci illərdə aparılmışdır. Sonradan divarların fasadı qırmızı kərpiclə üzlənir. Qalada iki qüllə və 1533-cü ildə divarların xaricinə köçürülmüş bir kilsə vardı. Hər iki qüllənin yuxarı mərtəbələrində yaşanılırdı.
Lima Universiteti
Lima Universiteti (isp. Universidad de Lima) — Perunun paytaxtı Lima şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == Universitetin əsası 25 aprel 1962-ci ildə qoyulmuşdur.
Lima qrupu
Lima qrupu (isp. Grupo de Lima) — Venesuelada baş qaldıran siyasi böhranı aradan qaldırmaq məqsədi ilə təşkil olunmuş beynəlxalq təşkilat. Təşkilat adını aldığı Perunun Lima şəhərində 8 avqust 2017-ci ildə təşkil olunmuşdur. == İştirakçı dövlətlər == Qrupun tərkibinə Cənubi və Mərkəzi Amerika bir çox dövlətləri, həmçinin Kanada və Sent-Lüsiya daxildir. Uruqvay, Barbados, Qrenada, Yamayka, həmçinin ABŞ və Avropa İttifaqı təşkilata öz dəstəyini bildirmiş amma ona üzv olmamışlar.
Lima şəhəri
Lima Perunun paytaxtı.Şəhər sakit okeandan 12 km şərqdə Kallau çayının limanında yerləşir.Lima 21-ci əsrin ən sıx şəhərlərindən biridir.Əhalisinin sayı 7.368.069 nəfərdir.
РИА Новости
RİA Novosti — Rusiyanın dövlət informasiya agentliyi. 2013-cü ildə ləğv olunaraq onun bazasında “Rossiya Seqodnya” (Rusiya bu gün) beynəlxalq informasiya agentliyi yaradılır. İnformasiya agentliyinin əsas fəaliyyət istiqamətinin Rusiya Federasiyasının dövlət siyasətini və ictimai həyatını xaricdə işıqlandırmaqdır. Dünyanın ən böyük media holdinqlərindən biri sayılır, mərkəzi qərargahı Moskva şəhərində yerləşir.