Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Düşənbə
Düşənbə (tac. Душанбе — tərc. bazar ertəsi) — Tacikistan Respublikasının paytaxtı, respublika əhəmiyyətli şəhər. Şəhər ölkənin ən böyük elmi-mədəni, siyasi, iqtisadi, sənaye və inzibati mərkəzidir. Düşənbədə ölkənin ən yüksək hakimiyyət orqanları yerləşir. Respublika Prezidentinin Administrasiyası, Tacikistan Parlamenti və Prezident sarayı bu şəhərdə yerləşir. == Tarixi == " Düşənbə " adlı yaşayış məntəqəsi ilk dəfə olaraq XVII əsrin sonuna aid məxəzlərdə xatırlanır. Bu yaşayış məntəqəsi 1826-cı ildə " Düşənbə — Kurqan" adlanırdı. 1924-cü ildə Düşənbə (keçmişdə " Düşənbə — Bazar " (tac. Дюшамбе-Бозор) ) kəndi , Səriasya və Şahmənsur kəndləri ilə birləşdirilərək Düşənbə qışlağı yaradıldı.
Lüsonit
Lüsonit — mineral == Haqqında == Lüsonit - Cu3AsS4 - fasiləli lüsonit-famatinit izomorf sıranın kənar üzvü. Sb:As nisbəti 1:1-dir. Tetraedr. İkiləşmə polisintetik. Aqreqat dənəvər. Rəngi çəhrayı-boz, poladı-boz bənövşəyi çalarlı. Cizgisi qara. Parıltısı metallik. Sərtliyi 3-4. Xüsusi çəkisi 4,5.
Quşencə
Quşencə – Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Quşencə rayon mərkəzindən 10 km cənub qərbdə Dəvəbatan çayından və İsmayıllı-Qaraməryəm avtomobil yolundan 6 km aralı, Burnonuldağ silsiləsinin yamacında yerləşir. Əhalisi kənd təsərrüfatı və heyvandarlıqla məşğuldur. Kənddə vaxtı ilə şərab zavodu fəaliyyət göstərirdi. Hal hazırda kənddə orta məktəb, kitabxana, klub, tibb məntəqəsi, rabitə şöbəsi fəaliyyət göstərir. == Əhalisi == Əhalisi 2199 nəfərdir ki onunda 1110 nəfəri kişi, 1089 nəfəri qadındır.
Quşəncə
Quşencə – Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Quşencə rayon mərkəzindən 10 km cənub qərbdə Dəvəbatan çayından və İsmayıllı-Qaraməryəm avtomobil yolundan 6 km aralı, Burnonuldağ silsiləsinin yamacında yerləşir. Əhalisi kənd təsərrüfatı və heyvandarlıqla məşğuldur. Kənddə vaxtı ilə şərab zavodu fəaliyyət göstərirdi. Hal hazırda kənddə orta məktəb, kitabxana, klub, tibb məntəqəsi, rabitə şöbəsi fəaliyyət göstərir. == Əhalisi == Əhalisi 2199 nəfərdir ki onunda 1110 nəfəri kişi, 1089 nəfəri qadındır.
Lusekia
Söyüd (lat. Salix) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki xarakteristikası == Söyüd qışda yarpağını tökən, iri ölçülü ağac və ya xırda kol şəklində olan bitkidir. Yarpaqları uzunsov lansetvaridir, damarlanması lələkvaridir, saplağı qısadır. Çiçək sırğaları sallaq və ya dikdayanandır. Yarpaqlamadan əvvəl və ya sonra, yaxud yarpaqlama vaxtı çiçəkləyirlər. Nektarlı bitkilərdir. Cinsin yer kürəsində 600-dən artıq növü məlumdur. Qafqazda təqribən 25 növü, Azərbaycanda isə 15 növü bitir. Çox qədim cinsdir və onun qazıntı halında tapılmış nümunələri üçüncü dövrə aiddir.
Dusenia
Duseniella (lat. Duseniella) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Dusenia O.Hoffm. == Növləri == Duseniella patagonica (O.Hoffm.) K.Schum.
Lüsen
Lüsen— Bolzanonun təxminən 40 kilometr şimal-şərqində İtaliyanın şimalındakı Cənubi Tirol əyalətində bir bələdiyyə. == Coğrafiyası == 30 noyabr 2010-cu ilə görə əhalisi 1,543 nəfər və ərazisi 74.2 kvadrat kilometrdir. Lüsen aşağıdakı bələdiyyələrlə sərhədlənir: Brixen, Mareo, Natz-Sçabs, Rodenek, St. Lorenzen və San Martin de Tor. == Tarixi == Emblem zirehdə nizəli, at üstündə sola baxan cəngavəri ifadə edir. Emblem 1967-ci ildə qəbul edilmişdir, 1607-ci ildən Brixen hökuməti tərəfindən istifadə olunan silahlar bərpa edilir. == Cəmiyyət == === İstifadə dilinin yayılması === 2011-ci il əhalinin siyahıya alınmasına əsasən, əhalinin 97.77% -i alman dili, 1.39% italyan dili və 0.83% Ladin dilində birinci dil kimi danışırlar.
Bulbophyllum dusenii
Bulbophyllum dusenii (lat. Bulbophyllum dusenii) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum dusenii növü Braziliya üçün endemik növdür.
Busənik (Qəzvin)
Busənik — İranın Qəzvin ostanında kənd.. == Coğrafi yerləşməsi == Eyniadlı şəhristanının Ziyaabad bölgəsinin Qaqazan kəndistanında, Ziyadabad qəsəbəsindən 42 km. şimaldadır.
Dusenia patagonica
Düşənbə hadisələri
Düşənbə hadisələri (rus. Массовые беспорядки в Душанбе) — 1990-cu ilin 12–14 fevral tarixlərində Tacikistan Sovet Sosialist Respublikasının paytaxtı Düşənbə şəhərində yaşayan etnik ermənilər, ruslar və taciklərlərə qarşı tacik millətçilər tərəfindən gercəkləşdirilmiş poqrom. Hadisələr nəticəsində 26 nəfər həlak olmuş, 565 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Hadisələr müxtəlif mənbələrdə Sovet Sosialist Respublikaları İttifaqının dağılması ilə müşahidə olunan hökumət əleyhinə nümayişlər kimi də təqdim olunmuşdur.
Düşənbə şəhəri
Düşənbə (tac. Душанбе — tərc. bazar ertəsi) — Tacikistan Respublikasının paytaxtı, respublika əhəmiyyətli şəhər. Şəhər ölkənin ən böyük elmi-mədəni, siyasi, iqtisadi, sənaye və inzibati mərkəzidir. Düşənbədə ölkənin ən yüksək hakimiyyət orqanları yerləşir. Respublika Prezidentinin Administrasiyası, Tacikistan Parlamenti və Prezident sarayı bu şəhərdə yerləşir. == Tarixi == " Düşənbə " adlı yaşayış məntəqəsi ilk dəfə olaraq XVII əsrin sonuna aid məxəzlərdə xatırlanır. Bu yaşayış məntəqəsi 1826-cı ildə " Düşənbə — Kurqan" adlanırdı. 1924-cü ildə Düşənbə (keçmişdə " Düşənbə — Bazar " (tac. Дюшамбе-Бозор) ) kəndi , Səriasya və Şahmənsur kəndləri ilə birləşdirilərək Düşənbə qışlağı yaradıldı.
Mikania dusenii
Mikania dusenii (lat. Mikania dusenii) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid bitki növü.
Quşencə bələdiyyəsi
İsmayıllı bələdiyyələri — İsmayıllı rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Lusekia laurina
Dəfnəyarpaqlı söyüd (lat. Salix pentandra) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. == Təbii yayılması == Avrasiyanın meşə və çöl zonalarını əhatə edir. == Botaniki təsviri == Hündürlüyü 16 m-dək (bəzən 3- 5 m), gövdəsinin diametri 75 sm olan yumurtavari çətirli ağac və ya şaxələnmiş kiçik koldur. Cavan budaqları yapışqanlıdır, illik budaqları qara-qonur və ya sarımtıl rəngli, çılpaq və parlaqdır. Qoca gövdələrinin qabağı boz və ya tünd qonur, yarıqlı və pulcuqludur. Tumurcuqları yumurtavari, əyilmiş, hər iki tərəfi qonur, parlaqdır. Yalançı zoğları uzunsov və ya enli-yumurtavari, vəzicikli dişli, tez töküləndir. Yarpaqları möhkəm, dərili, üstü tünd yaşıl, parlaq, alt tərəfi açıq, yumurtavari-uzunsovdan enli-lansetvari, uzunluğu 5-13 sm, eni 2-4 sm, bünövrəsi küt, ucu iti, tamam çılpaqdır. Saplağı çılpaq, uzunluğu 0,2-1,4 sm-dir.
Amblostoma dusenii
Epidendrum tridactylum (lat. Epidendrum tridactylum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin epidendrum cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Amblostoma tridactylum (Lindl.) Rchb.f.
Kamille süsəni
Kamille süsəni (lat. Iris camillae Grossh.). Süsənkimilər – (İridaceae Juss.) fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU D2. Azərbaycanın dar arellı, nadir endemik növüdür. Regional IUCN Status: VU D2 == Qısa morfoloji təsviri == Çoxillik bitkisidir, kökümsovu qısa, sürünəndir, gövdə 10–25 (35) sm hündürlükdə, bir ədəd təpə çiçəyi var; yarpaqlar boz-göyümtül, dar – xətvaridir, 3–4 (5) mm enində, bəzən oraqvari əyilmiş, təpə yarpaqları otvari, pərdəli, lansetvari, itidir. Çiçəkyanlığının borucuğu yumurtalıqdan bir az uzundur, xaricdən 4–6 sm uzunluğunda, yuxarıya dartılmış, yumurtavari və ya enli – ellipsvaridir, ağımtıl-sarı, mavitəhər bənövşəyidir, sütuncuğun kənarı dartılmış, çiçəkyanlığının xarici tərəfindən qısadır, kürək hissəsi küt, xaricdən dişciklidir. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəkləmə, meyvə əmələ gətirmə dövrü aprel-may aylarına təsadüf edir. Mezokserofit, işıqsevəndir. Kökümsovlarla və toxumla çoxalır.
Medvedyev süsəni
Iris paradoxa f. choschab — Süsənkimilər – (İridaceae Juss.) fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU D2. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Kökümsovu qısa, sürünəndir. Gövdəsi 5—12 sm hündürlükdə, bir ədəd iri təpə çiçəklidir. Yarpaqları boz-göyümtül, ensiz – xətti, 2–3 mm enindədir. Təpə yarpaqları lansetvari, sivriləşmişdir. Çiçəkyanlığının borucuğu yumurtalıqdan qısadır, xarici hissələri xətti kürəkvari, qara – bənövşəyi, 3-4 sm uzunluğunda, 10–13 mm enində, daxildəkilər –iri, tərs –yumurtavari, ağ və ya mavi rəngli, göy-bənövşəyi damarlıdır.
Müsəlman süsəni
Müsəlman süsəni (lat. Iris spuria subsp. musulmanica) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinin iris spuria növünə aid bitki yarımnövü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir –NT. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Kökümsovu yoğun, sürünən, gövdə 40-60 (70) sm hündürlükdədir. Yarpaqlar xətvari, 10-15 mm enində, kökyanı yarpaqlar bəzən uzun olur. Təpə yarpaqları otşəkilli, kənarları ağ pərdəlidir. Çiçək qrupu 4-5 çiçəklidir. Çiçəkyanlığı 2,5-3 sm uzunluğunda, mavidir.
Prilipko süsəni
Iris spuria subsp. demetrii (lat. Iris spuria subsp. demetrii) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinin iris spuria növünə aid bitki yarımnövü.
Qafqaz süsəni
Qafqaz süsəni (lat. Iris caucasica) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir –NT. Azərbaycanın nadir, Qafqazın endemik növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir, soğanağı yumurtaşəkilli və ya uzunsov, 2-2,5 (3,5) sm enində, tünd-qəhvəyi, tutqun pərdəvari qınla örtülmüşdür. Gövdə 7-15 (20) sm hündürlükdə, 1-3 çiçəklidir. Yarpaqlar boz-yaşıl, göyümtül, qılıncvari, tədricən sivriləşmiş, oraqvari əyilmiş, kənarları ağ xətlə haşiyələnmiş, sıx, qısa kirpikciklidir, çiçəkyanlığının borucuğu 4-5 dəfə yumurtalıqdan uzundur. Çiçəkyanlığı 3,5 -4,5 (5) sm uzunluğunda, yaşılımtıl və ya mavitəhər sarı, qolğun, qıfvari, xarici hissədən enli, uzunsovdur, sütuncuğun hissələri çiçəkyanlığının xarici hissələrindən bir qədər qısa, enli, kütdür, qutucuq 3 sm uzunluğunda, silindrik, uzunsov, qısa buruncuqludur. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəkləmə, meyvə əmələ gətirmə dövrü aprelin ikinci yarısı - may aylarıdır.Mezokserofit, işıqsevəndir. Kökümsovlarla və toxumla çoxalır. Müxtəlifotlu qruplaşmalar əmələ gətirir.
Qatessi süsəni
Qatessi süsəni (lat. Iris gatesii) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü. == Ümumi məlumat == Qatessi süsəni qısaboylu tək çiçək açan bitkidir. Çiçəklərinin gözəl görünüşü var. 0-1600 m-də bitir, 4-5-ci aylarda çiçək açır. Toxum (32%) və soğanaqları ilə çoxaldılır. Yaşıllaşdırmada geniş istifadə oluna bilər.
Qrossheym süsəni
Qrossheym süsəni (lat. Iris grossheimii) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü. == Yayılması == Azərbaycanın Naxçıvan ərazisində, Ordubad rayonunun Şıxyurdu və Soyuqdağ yamaclarında, həmçinin Ermənistanda yayılıb. Dəniz səviyyəsindən 2400-3000 m yüksəklikdə orta və yuxarı dağlıq qurşaqların ortu yamaclarında bitir. Qeyd eilən ərazidə zəif yayıldığından çox az rast gəlinir. == Çoxalması == Toxumla və vegetativ yolla çoxalır. Antropogen amillər üzündən — çiçəklərinin toplanılması və bitkinin kökündən çıxarılması nəticəsində bitkinin azalması baş verib. Həvəskarlar tərəfindən becərilir, Azərbaycan Botanika İnstitutunun Botanika bağında introduksiya olunmuşdur. Mühafizəsi üçün xüsusi tədbirlər işlənib hazırlanmamışdır. Növün tam mühafizə edilməsi lazımdır.
Qurdqulağı süsəni
Qurdqulağı süsəni (lat. Iris lycotis Woronow.) — süsənkimilər (Iridaaceae) fəsiləsindən bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Təhlükəli həddə yaxın olanlar” kateqoriyasına aiddir –NT. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Kökümsovu yoğun, qısa, sürünən, gövdə 10-20 (25) sm hündürlükdədir, 1 iri təpə çiçəyi var. Yarpaqları yaşıl, dar-xətvari, 2-4 mm enində, bəzən oraqvari əyilmişdir. Təpə yarpaqları otvari-pərdəlidir, neştərşəkilli, sivridir. Çiçəkyanlığının borucuğu yumurtalığa bərabərdir. Çiçəkyanlığının xarici tərəfi aşağı bükülmüş, 4,5 -5,5 (8) sm uzunluğunda, enli- ellipsvari və ya enli-yumurtavari, dairəvi, tünd-qəhvəyi, mərkəzində iri məxməri ləkəli, aşağı yarısı yuxarıdan qara-bənövşəyi tükcüklü, daxili tərəfi yuxarı qalxmış, iri, 5,5-8 (3) uzunluqdadır. Sütuncuğun kənarları tünd-qırmızı, tutqun, kürək hissəsi dişciklidir.
Rayxenbax süsəni
Rayxenbax süsəni (lat. Iris reichenbachii) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü.