Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Legion
Roma legionu (lat. legio, legionis, lego — yığmaq, toplamaq) — Qədim Roma ordusunun əsas taktiki və təşkilati vahidi. E.ə. VIII əsrə qədər — bütün Roma ordusunun adı. E.ə. IV əsrə qədər legion 4200 piyadadan (3 min ağır və 1200 yüngül) və 300 süvaridən təşkil olunurdu. Lakin onun sayı dəyişirdi. Legion, döyüşdə taktiki müstəqilliyi olmayan senturiyalardan, və hərəsində 30 süvari olan 10 turmadan ibarət idi. Legionun düzülüşü erkən çağlarında 8–12 sıradan ibarət falanqa kimi idi və legionerlərin silahlanması və təcrübəsindən asılı idi. E.ə.
Lesnoe
Yaşayış məntəqələri
Leykoz
Leykoz, leykemiya və ya ağ qan xəstəliyi — sümük iliyi xəstəliyi olub, qan hüceyrələrinin, əsasən ağ qan hüceyrələrinin çoxalması ilə nəticələnən qan xərçəngi xəstəliyi. Qanın tərkibində sağlam leykositlərin, eritrositlərin və trombositlərin kəskin azalması baş verir. Bu bəla xalq arasında "ağ qan qırmızı qanı yeyir" ifadəsi ilə məşhurdur. Uşaq yaşlarında xərçəng xəstəliyinə tutulanların 35%-i leykoz xəstələridir. Leykozlarda onların formasından asılı olaraq, qanyaradıcı üzvlər, ilk növbədə, sümük iliyi, qaraciyər, dalaq, limfatik düyünlər və başqa üzvlərdəki letikulo-endoteli toxuması zədələnir. Xəstəlik zamanı qırmızı qanın törənməsi də pozulur, ona görə leykozun təxminən bütün formalarında bu və ya başqa dərəcədə anemiyaya rast gəlmək olar. Həmçinin qandakı eritrositlərin orqanizmdə yaranması zamanı və trombositlərdə zəifləmə nəticəsində qanı qatılaşdıran hüceyrələrdə azalma müşahidə olunur. Xəstəliyin kəskin dövründə qırmızı qan kürəciklərinin miqdarında azalma o dərəcəyə çatır ki, qanda ağarma baş verir. Qanda bu və ya başqa ağ qan elementlərinin üstünlüyündən asılı olaraq leykozlar limfoleykoza (limfatik elementlər), mieloleykoza (sümük iliyi elementləri) və retikulendotelioza (qanda ağ qan kürəciklərinin çoxluğu) ayrılır. Limfeleykozda çox vaxt bədxassəli qanazlığının əlamətləri görünür.
Lekos
Lekos — "leqlər"in əfsanəvi əcdadı və eponimi. "Qafqaz dağlıları haqqında məlumatlar toplusu"na görə, "Dağıstan dağlılarının əcdadı gürcü qəhrəmanı Lekosun adı, böyük ehtimalla, etnik lakla bağlıdır". Gürcüstan filoloqu A. V. Kiknadzeyə görə, Lekos indiki ləzgilərin əcdadıdır. == Etimologiya == Strabon leqləri gellərlə birlikdə "skiflər" adlandırır. Bunlar terminin elmi mənasında skiflər deyil. Mixail İxilov belə bir fikrə istinad edir ki, kadusilər bir neçə qohum tayfanın, o cümlədən gellərin və leqlərin ümumi adı olmuşdur. Klavdi Ptolemey "Coğrafiya" əsərində (VI kitab) kadusi və leqləri müəyyən etmiş, gellərin şimalda yaşadıqlarını bildirmişdir. Kay Brodersen bütün mövcud fraqmentləri müqayisə edərək, Plininin mətnindəki "leqlər" sözünün köçürmə zamanı itmiş ola biləcəyini təklif edir.
Akademik legion
Akademik legion (alm. Akademische Legion‎) — Avstriya imperiyasında 1848-1849-cu illər inqilabı zamanı hərbi əməliyyatlarda iştirak edən silahlı tələbə təşkilatı. Təşkilat 13 mart 1848-ci ildə Vyanada xalq üsyanının başlanmasından dərhal sonra yaradılmışdır. Akademik legion təqribən 4 min nəfərdən ibarət olmaqla, inqilabi ordunun nüvəsi olmuşdu. Liberal müxalifətin radikal demokratik qanadına bağlı olan Akademik legion Vyanada mart üsyanında, 1848-ci ilin mayında Vyanada silahlı üsyanlarda və 1848-ci ilin oktyabrında Vyanada silahlı üsyanda fəal iştirak etmişdir. Buna baxmayaraq, mütləqiyyətlə mübarizədə burjuaziya ilə fəhlə sinfi arasında aralıq mövqe tutan Akademik legion qeyri-sabit fəaliyyət göstərmişdir. Akademik legionun rəhbərliyi tərəddüd və siyasi kompromislərə meyl göstərmişdi. 1848-ci ilin iyun–avqust aylarında burjuaziya ilə birlikdə fəhlələrə qarşı çıxmışdır. Akademik legionun rəhbərliyi kəndlilərin tələblərinə məhəl qoymayaraq Avstriya imperiyalarında milli azadlıq hərəkatını yatırmağa yönəlmiş siyasətində liberal burjuaziyanı dəstəkləyirdi. İnqilabın məğlubiyyətindən sonra Akademik legion ləğv edilmiş, üzvlərinin çoxluğu ağ terrorun qurbanı olmuşdur.
Legion ədəbiyyatı
== Azərbaycanın Legion ədəbiyyatı haqqında == Cümhuriyyətsonrakı Azərbaycan ədəbiyyatını tədqiq edərkən mühacirət ədəbiyyatı ilə yanaşı legion ədəbiyyatı da Azərbaycan ədəbiyyatında bu və ya digər şəkildə öz əksini tapır. Mühacirətdə yaranan ədəbi-bədii nümunələrinin mövzu və problematikasını, əsasən vətən, xalq, milli məfkurə barədə düşüncələr yer alırdı ki, bu da Azərbaycanın milli müstəqilliyi, azadlığı uğrunda mübarizəni sönməyə qoymurdu. Azadlığın, müstəqilliyin milli ruhun Azərbaycan xalqının ideya-estetik, düşüncə-məfkurə yaddaşında yaşaması işində legion ədəbiyyatı özünəməxsus yer tutur. Məhdud dairədə yaranmasına və yayılmasına baxmayaraq legion ədəbiyyatı xalqı yenidən yaddaşına qaytardı; iyirmi il keçməsinə baxmayaraq xalqın azadlıq, müstəqillik duyğularını ifadə etdi, bolşevizmin əsarətinə, qadağalara, represiyyalara qarşı çıxdı. Bu cəhətdən Azərbaycan legion ədəbiyyatını siyası mühacirət dünyagörüşünün bədii əksetdirilməsi hesab etmək olar. Çünki legion ədəbiyyatı ideoloji, siyasi qidasını birbaşa siyasi mühacirətin nəzəri-ideoloji düşüncəsindən alırdı. == Legion ədəbiyyatının yaranmasında siyası məqamlar == Mühacirət ədəbiyyatı kimi, legion ədəbiyyatının da yaranması siyası proseslərlə bağlı idi. İkinci dünya müharibəsi illərində almanlara xeyli azərbaycanlı əsir düşmüş və yaxud şüurlu şəkildə almanlar tərəfə keçmişdilər. Azərbaycan legionerlərinin başçılarından olan F. Düdənginskinin verdiyi məlumatda deyilirdi. " Almaniya tərəfə keçən azəri türklərinin sayı 150 min, bütün türklərin və başqa qafqazlıların sayı isə milyona çatırdı".
Leskov adası
Leskov adası (ing. Leskov Island) — elə də böyük olmayan, Atlantik okeanın cənubunda yerləşən, Cənubi Sandviç adaları qrupuna daxil olan. İnzibati cəhətdən Böyük Britaniyanın Cənubi Georgiya və Cənubi Sandviç adalarına daxildir. == Şəkil == Leskov adası Cənubi Georgiyadan 520 km cənub-şərqdə qərarlaşır. Antarktidadan şimal-şərqdə yerləşir. Vısoki adası və Zavadovski adası ilə birlikdə Taverse arxipelaqını əmələ gətirir. Adanın sahəsi 0,3 km²-dir. Ada vulkanik məşhəllidir. Cənubi Sandviç adaları adalarından bir çox xüsusiyyətləri ilə seçilir. Bu ada bir xətt üzərində yerləşmir.
Nikolay Leskov
Nikolay Semyonoviç Leskov (rus. Никола́й Семёнович Леско́в; 16.2.1831-5.3.1895) — Rusiya yazıçısı, jurnalisti. İosif Brodskinin yaşadığı evi XIX əsrdə yunan knyazı Muruza tikdirib, həmin ev həm də oradakı fliqellərin birində məşhur rus yazıçısı Nikolay Leskovun yaşaması ilə tanınır.
XII legion
12-ci İldırımla silahlanmış legion (Legio duodetsima Fulminata) — Yuli Sezar tərəfindən e.ə.58-ci ildə yaradılan və Qall müharibələri zamanı, e.ə.49-cu ilədək onu müşayiət etmiş Roma legionu. Bu legionun eramızın 5-ci əsrində Fərat çayının Meliten şəhəri (müasir Malatya, Türkiyə) yaxınlığındakı hissəsini mühafizə etdiyi məlumdur. Legionun rəmzi ildırım idi. Sonrakı əsrlərdə legion daha çox yanlış olaraq "İldırımsaçan legion" (Legio Fulminatrix) adlandırılmışdır. 1930-cu illərdə Qobustanda XII Legionun əsgəri tərəfindən üzərində latın dilində "IMP DOMITIANO CAESARE AVG GERMANICO LVCIVS IVLIVS MAXIMVS LEGIONIS XII FVL" (tərc. "Lusius Yulius Maksimus, XII Fulminata Legionu, Müqəddəs Sezar Germanik Domisianın rəhbərliyi altında") sözləri yazılmış qaya parçası aşkar edilmişdir.
Lego
The Lego Group — Danimarka oyuncaq şirkəti. 1932-ci ildə yaradılmışdır. == Tarixi == The Lego Group 1932-ci ildən etibarən taxta oyuncaqlar düzəldən Ole Kirk Kristiansenin (1891–1958) emalatxanasında başladı. 1934-cü ildə o kompaniyasının adını leqo qoydu. Leqo adı "Leggodt" sözündən əmələ gəlmişdir. Sözün mənası "yaxşı oyun"dur.
Ləkə
Ləkə (teleserial, 2014) – 2013-cü il istehsalı Azərbaycan filmi. Ləkə (komiks) – 2017-ci il istehsalı Azərbaycan superqəhrəman komiksi.
Alfons Leqro
Alfons Leqro (fr. Alphonse Legros; 8 may 1837[…], Dijon, Kot-d’Or – 8 dekabr 1911[…], Uotford, Hartfordşir) — fransız rəssam və ofort peşəkarı; impressionizm cərəyanına bağlı idi. == Bioqrafiya == Verona şəhərində bir mühasibin ailəsində anadan olmuşdur. Onun məmləkətində rəsm çəkməyə başladı. Bir yeniyetmə kimi, dekorativ və sənətşünas Nikolado ilə oxuduğu Dijon Gözəl Sənətlər Məktəbinə daxil oldu. 1851-ci ildə Parisə getdi, lakin yolda Lyon şəhərindəki Müqəddəs Nik Nikki kilsəsinin şapelini çəkən rəssam Jean-Batista Baçot ilə oxuduğu Lyonda altı ay qaldı. İlk olaraq 1857-ci ildə Paris salonunda (Ata portreti) sərgiləndi. Bundan sonra, ciddi oyma ilə məşğul olmaq başladı. Parisdə Legros dekorativ sənətkar Çarles-Antoine Cambon ilə birlikdə təhsil aldı. 1855-ci ildə Gözəl Sənətlər Məktəbində axşam dərslərinə qatıldı.
Lekko əyaləti
Lekko əyaləti — İtaliyanın Lombardiya regionunda əyalət.
Lesko qanadı
Lesko qanadı (fr. Aile Lescot) — Luvr sarayının ən qədim yerüstü hissəsidir. Tikili 1546-1551-ci illərdə memar Pyer Leskonun layihəsi əsasında inşa edilmişdir. İtalyan manyerizminin təsiri altında inşa edilmiş Lesko qanadı Paris intibah stilini formalaşdırmaqla, sonradan yarnmış Fransa klassisizm memarlığı üçün təməl rolunu oynamışdır. == Tarixi == Kral I Fransiskin hakimiyyəti dövründə memar Pyer Lesko (1510-1578) Luvr sarayının inşa işlərinə başçı memar təyin edilir. I Fransiskin ölümündən sonra onun varisi II Henrix də Leskonun işləri davam etməsini təsdiqləyir. Bundan sonra Lesko ölümünə kimi Luvr sarayının inşa işlərinə rəhbərlik edir. Memar yalnız Lesko qanadı, Kral pavilyonu və Karre həyətinin cənub qanadının bir hissəsində inşaat işlərini tamamlaya bilir. Binada Lesko tərəfindən yaradılmış interyerlərdən yalnız Müdafiəçilər otağı (fr. Salle des Gardes) və II Henrix pilləkəni dövrümüzə çatmışdır.
Leşko burnu
Leşko burnu — Antarktidanın Palmera arxipelaqının Lej adası sahillərindən cənub-şərqdə yerləşən burundur. Burun Beripara buxtasından şimalda yerləşmişdir. Burun cənub-qərbi Bolqarıstanda yerləşən Leşko şəhərinin adını daşıyır. == Yerləşməsi == Neyt burnundan 8.95 km cənub-qərbdə, Baliya burnundan 2.45 km şimal-şərqdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir. == Xəritə == British Antarctic Territory. Scale 1:200000 topographic map. DOS 610 Series, Sheet W 64 60. Directorate of Overseas Surveys, UK, 1978. Antarctic Digital Database (ADD).
Manon Lesko
«Manon Lesko» — fransız yazıçı Antuan Fransua Prevonun, ilk dəfə 1731-ci ildə nəşr etdiyi, məşhur romanı.
"Fəxri Legion" ordeni
Fəxri Legion ordeni (fr. Ordre national de la Légion d'honneur) — Fransanın ən yüksək hərbi və mülki dövlət mükafatı. 19 may 1802-ci ildə Napoleon Bonapart tərəfindən təsis edilmişdir. Bu ordenlə təltif olunmuş azərbaycanlılar arasında general Əliağa Şıxlinski, Əhmədiyyə Cəbrayılov, rəssam Tahir Salahov, prezident İlham Əliyev və YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva da var. == Rütbələri və dərəcələri == Mükafat 3 rütbə və 3 dərəcəyə bölünür. === Rütbələr === Baş magistr (fr. Grand maître) — yalnız Fransa prezidentlərinə verilir. Böyük xaç (fr. Grand`croix) Böyük zabit (fr. Grand officier) === Dərəcələr === Komandor (fr.
Fəxri Legion Ordeni
Fəxri Legion ordeni (fr. Ordre national de la Légion d'honneur) — Fransanın ən yüksək hərbi və mülki dövlət mükafatı. 19 may 1802-ci ildə Napoleon Bonapart tərəfindən təsis edilmişdir. Bu ordenlə təltif olunmuş azərbaycanlılar arasında general Əliağa Şıxlinski, Əhmədiyyə Cəbrayılov, rəssam Tahir Salahov, prezident İlham Əliyev və YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva da var. == Rütbələri və dərəcələri == Mükafat 3 rütbə və 3 dərəcəyə bölünür. === Rütbələr === Baş magistr (fr. Grand maître) — yalnız Fransa prezidentlərinə verilir. Böyük xaç (fr. Grand`croix) Böyük zabit (fr. Grand officier) === Dərəcələr === Komandor (fr.
Lesnoe gölü (Tatarıstan)
Lesnoe gölü —Tatarıstanın Kamsk-Ustinski rayonu ərazisində yerləşən göl. Tatarıstan SSR Nazirlər Sovetinin 10 yanvar 1978-ci il № 25 və TatarıstanRespublikası Nazirlər Kabinetinin 29 dekabr 2005-ci № 644 saylı qərarı ilə yerli əhəmiyyətli təbiət abidəsi elan edilmişdir. == Coğrafiya == Bolşoe gölü karst məşhəllidir. Tatarıstanın Kamsk-Ustinski rayonunda, Bolşie Klari kəndindən 1,5 km cənub-şərqdə yerləşir. Su tutarı dairəvi formaya malikdir. Uzunluğu 80 metr, maksimal eni isə 60 metrdir. Su səthinin sahəsi 0,67 ha-dır. Orta dərinliyi 1 metr təşkil edir. == Hidrologiya == Su tutarının həcmi 12000 m³dir. Yeraltı sularla qıdalanır.
Manon Lesko (opera)
Manon Leska (it. Manon Lescaut) — Cakomo Puççininin İllika Luici və Marko Praqinin librettosu əsasında yazmış olduğu 4 pərdəli opera. Sayca Cakomo Puççininin on iki operasından ikincisi sayılır. Librettosu Antuan Fransua Prevonun eyniadlı romanı əsnasında yazılmışdır. Əsərin ilk premyerası 1 fevral 1893-cü ildə Turində olmuşdur. Operadakı hadisələr XVIII əsrdə, Fransa və onun Amerikadakı müstəmləkələrindən birində baş verir. == Personajlar == == I Pərdə == Fransanın şimalında yerləşən Amyen şəhərinin poçtunun həyəti. Manon bura qardaşı kral qvardiyasının serjantı Lesko ilə birlikdə gəlir. Burada təsadüfən Manon tələbə de Qrie ilə tanış olur. Manon deyir ki, onun ailəsi onu monastra göndərmişdir və qardaşı ona bu yolçuluqda yoldaşlıq edir.
Ləkə (komiks)
Ləkə – Fuad İsayevin yazdığı və çəkdiyi, Rəsul Həsənovun isə dizayneri olduğu, 2017-ci ilin noyabr ayında nəşr edilmiş Azərbaycan komiksi. Komiks Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyindən qeydiyyatdan keçmiş ilk komiksdir. == Məzmun == "Ləkə" komiksi fövqəltəbii güclərə malik azərbaycanlı bir şəxsin macəraları haqqındadır. Qəhrəman Royal Babayevdir. Komiksdə hadisələr Bakıda cərəyan edir. Əsər 16 yaşdan yuxarı oxuyucular üçün nəzərdə tutulub. == İstehsal == Komiksin müəllifi Fuad İsayev Beynəlxalq münasibətlər fakültəsinin tələbəsidir. 3 ildir ki, "Ləkə"-nin üzərində işlədiyini deyir: Ləkə bəzi mənbələrdə Azərbaycanın "ilk komiksi" olaraq göstərilir, fəqət, bundan əvvəl 2015-ci ildə bir qrup şəxs "Külək adam" adlanan komiks hazırlayıb. Lakin ortaya çıxan maddi çətinliklər onları bu işə fasilə verməyə vadar edib.
Peter Leko
Peter Leko (mac. 'Lékó Péter', 8 sentyabr 1979, Subotiça, Yuqoslaviya Sosialist Federativ Respublikası) — Macar şahmatçısı, qrosmeyster. İlk dəfə 1999-cu ildə FİDE Dünya Çempionatında iştirak edib və dörddə bir finala qədər irəliləyib. 2000-ci ildəki Dünya Çempionatında isə üçünçü raundda Xalifman tərəfindən məğlub edilmişdir. 2002-ci ilin iyununda keçirilən Dortmund Chess Meeting turniri iki hissədən ibarət idi. Hər qrupdan ilk iki yeri şahmatçılar daha sonra ən güclünü müəyyən etməli idi.Leko B qrupundan final matçlarına vəsiqə qazandı və daha sonra Aleksey Şirov üzərində qələbə qazanaraq finalda Veselin Topalovla görüşdü. Həmin oyunda 2.5-1.5 hesabı ilə qələbə qazanaraq Vladimir Kramniklə matç oynamaq hüququ əldə etdi. Bu uğur Macar komandasının Olimpiadada gümüş medal qazanması ilı əvəz olundu. 2003-cü ildə keçirilən Linares turnirinin qalibi oldu. Kramniklə Klassik Dünya Çempionatının matçın nəticəsi 7:7 oldu və Kramnik öz titulunun qorumuş oldu.
Lesnoe gölü (Laişevski rayonu)
Lesnoe gölü —Tatarıstanın Laişevski rayonu ərazisində yerləşən göl. == Coğrafiya == Lesnoe gölü karst məşhəllidir. Tatarıstanın Laişevski rayonunda, Bolşie Kabanı kəndindən 6,0 km şimal-şərqdə yerləşir. Su tutarı uzunsov formaya malikdir. Uzunluğu 470 metr, maksimal eni isə 100 metrdir. Su səthinin sahəsi 1,65 ha-dır. Orta dərinliyi 5 metr, maksimal dərinliyi 12 m təşkil edir. == Hidrologiya == Su tutarının həcmi 120 min m³-dir. Qıdalanması qarışıqdır. Yeraltı və yağış suları ilə qıdalanır.
Melkoe gölü (Qrehem-Bell)
Melkoe gölü — Frans-İosif Torpağı arxipelaqının daxil olan, Qrehem-Bell adasına daxil olan Xolmistıy yarımadasının şimal-qərbində yerləşən göl. İnzibati cəhətdən Rusiyanın Arxangelsk vilayəti ərazisinə daxildir. Adanın ən böyük gölüdür. Sahəsi 2,9 km² təşkil edir. Adada yerləşən sahəsinə görə ikinci göl isə Şimal gölüdür. Gölə üç çay tökülür və biri isə başlayır. Dibi qumluqdur.
Sonuncu legion (film, 2007)
Sonuncu Legion (ing. Last Legion) – 2007-ci ildə rejissor Daq Lefler tərəfindən çəkilən tarixi filmdir. 476-cı il.Qərbi Romanın süqutu ilə quldarlığın ləğv olunduğu il. Qərbi Romanın 12 yaşında sonuncu hökmdarı olan Romul Avqust və onun müəllimi Ambrosinus (ona əsl adı Merlindir) Kapri adasına məhkum edilirlər. Romul adadan misri qılınc tapır.Bu qılınc nə vaxtsa Yuli Sezara məxsus olub.Rəvayətə görə, misri qılınc səmadan düşüb. Misiri qılıncla kim bacarsa, onda o imperator olacaq.Əvvəllər Roulun yanında çalışmış mühafizəkarlar (Mira və Aurelius) onu adadan xilas edirlər və birlikdə Britaniya adasına gedirlər ki, çoxlu legionlar toplasınlar.Lakin onları düşmənlər təüib edir.Düşməmlər mühafizəkarların üzərinə hücuma keçirlər.Bu zaman doqquzuncu legionun əsgərləri mühafizəkarlarla birlikdə vuruşurlar və sonda qalib gəlirlər.Qələbədən sonra Romul Avqust qılıncı daşın üzərinə atır və müharibənin qurtardırığını söyləyir. Bu hadisələrdən sonra Romul Avqust Pendraqon adını qəbul edir. Mina və Aurelius evlənirlər. Bu film tarixi filmdir. Kolin Fört – Aurelius Tomas Sanqster – Romul Avqust Ayşvariya Ray – Mira Ben Kinqsli – Ambosinus Con Hanna – Nestor Rupert Frend – Demetrius İen Qlend – Orest (Romulun atası) Rejissor: Daq Lefler Operator: Marko Pentakorvo Musiqi: Patrik Doyl Prodüserlər: Tarak Ben Ammar, Ceyms Kleyton, Kris Karlinq, Dino De Laurentis Ssenaristlər: Cez Battervorf,Tom Battervorf, Karlo Karley " Sonuncu Legion " filmi4 ölkə ərazisində çəkilmişdir: Fransa, Böyük Britaniya, İtaliya və Tunis.