Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Magnolia
Maqnoliya (lat. Magnolia) — maqnoliyakimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == == Xarici keçidlər == Maqnoliya:The Plant List saytında takson barədə məlumat.
Maqnolid
Maqnolid (lat. Magnoliids, Magnoliidae və ya Magnolianae) — çiçəkli bitkilər qrupuna aid klad.
Magnolia grandiflora
İriçiçək maqnoliya (lat. Magnolia grandiflora) — maqnoliya cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Şərqi Аsiyаdır. Çin, Yаpоniyа, Cənubi Аmеrikа, Yеni Zеllаndiyа və digər subtrоpik iqlimli ölkələrin bаğ və pаrklаrındа bеcərilir. == Botaniki təsviri == Hündürlüyü 30 m-ə, diаmеtri isə 10 m-ə çаtаn, həmişəyаşıl, sıхyаrpаqlı, еnli yumurtаvаri və yа gеniş pirаmidаl çətirə mаlik аğаcdır. Gövdələri yоğun, düz оlmаqlа, bоz və yа аçıq qоnur rəngli, 1-2 sm qаlınlıqdа qаbıqlа örtülmüşdür. Zоğ və tumurcuqlаrı nаrıncı rəngli sıх tükcüklərlə əhаtə оlunmuşdur. Yаrpаqlаrı tərs-yumurtаvаri və yа еnsiz, еllips fоrmаlı, uzunluğu 12-25 sm, еni isə 4-5 sm-dir. Tаmkənаrlı, dərivаri, pаrlаq yаrpаqlаrı аşаğı tərəfdən tünd nаrıncı rəngli qısa tükcüklərlə örtülü, bəzən isə çılpаq оlur. Sаplаğı 2,5-5 sm uzunluqdаdır.
Magnolia officinalis
Magnolia officinalis — maqnoliya cinsinə aid bitki növü.
Magnolia soulangeana
Magnolia soulangeana — maqnoliyakimilər fəsiləsinin maqnoliya cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Şərqi Аsiyа və Şimаli Аmеrikаdır. == Botaniki təsviri == Hündürlüyü 1-3 m-ə qədər оlаn kiçik аğаc və yахud iri kоldur. Çiçəkləri yаrpаqlаr əmələ gələnə qədər, yаrpаqlаrlа еyni vахtdа аçılır. Çiçəkləri iri, əsasən 10-20 sm (4-8 düym), ağ, çəhrayı və tünd qırmızının müxtəlif çalarları, ətirlidir. Çiçəklərdən bəziləri şarşəkilli, digərləri isə kasavaridir. Yarpaqları növbəli, sadə, parlaq, tünd yaşıl, ovaldır. == Еkоlоgiyаsı == Şахtаyа və qurаqlığа dаvаmlıdır. Qаrа dəniz sаhili bоyuncа subtrоpik bölgələrdə, yаşıllıqlаrdа tеz-tеz təsаdüf edilir. Şəhərin əlvеrişsiz şərаitinə, qаzа və tüstüyə dаvаmlıdır.
Magnolia virginiana
Virciniya maqnoliyası (lat. Magnolia virginiana) — maqnoliya cinsinə aid bitki növü.
Magnolia × soulangeana
Magnolia soulangeana — maqnoliyakimilər fəsiləsinin maqnoliya cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Şərqi Аsiyа və Şimаli Аmеrikаdır. == Botaniki təsviri == Hündürlüyü 1-3 m-ə qədər оlаn kiçik аğаc və yахud iri kоldur. Çiçəkləri yаrpаqlаr əmələ gələnə qədər, yаrpаqlаrlа еyni vахtdа аçılır. Çiçəkləri iri, əsasən 10-20 sm (4-8 düym), ağ, çəhrayı və tünd qırmızının müxtəlif çalarları, ətirlidir. Çiçəklərdən bəziləri şarşəkilli, digərləri isə kasavaridir. Yarpaqları növbəli, sadə, parlaq, tünd yaşıl, ovaldır. == Еkоlоgiyаsı == Şахtаyа və qurаqlığа dаvаmlıdır. Qаrа dəniz sаhili bоyuncа subtrоpik bölgələrdə, yаşıllıqlаrdа tеz-tеz təsаdüf edilir. Şəhərin əlvеrişsiz şərаitinə, qаzа və tüstüyə dаvаmlıdır.
Maqnolia denudata
Magnolia denudata — Çinin müxtəlif ərazilərində rast gəlinən ağacdır. Bu ağac eramızın 600-cü illərindən başlayaraq Buddistlərin bağlarında əkilməyə başlamışdır. Bu ağacın çiçəkləri həddən artıq ağ rəngdə olduğundan onu təmizlik simvolu kimi qəbul edərək imperatorlar öz bağlarında, gəzməyə çıxdıqları yolların kənarlarında əkməyı əmr edirdilər. Elə o vaxtdan bu ağacı şəhərlərin ən görmli yerlərində, parklarda əkməyə başlamışlarş İndi bu ağac Şanxay şəhərinin ağacı hesab edilir. Bu ağac şəhərin havasına çox dözümlüdür. Həşəratlar da onun üzərinə az qonur. Odur ki, bu ağac şəhərin, xüsusilə ekoloji problemləri olan şəhərin əsl ağacı ola bilər.
Magnolia Hotel (Hyuston)
Magnolia Hotel - Texas ştatının Hyuston şəhərində yerləşən mehmanxanadır. 1926-cı ildən 1927-ci ilə qədər Hyustonda ən yüksək bina idi.
Maqnetit
Maqnetit – FeFe2O4 — Kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn. == Növ müxtəliflikləri == Titanlı-, xromlu-, vanadiumlu- və b. maqnetitlər. == Xassələri == Rəng – dəmiri-qara; Mineralın cizgisinin rəngi – qara; Parıltı – metal, bəzən yarımmetal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 4,9-5,2; Sərtlik – 5,5-6; Kövrəkdir; Ayrılma – yoxdur; Bölünmə – nadir hallarda {111} üzrə; Başqa xassələr – güclü, bəzən polyar maqnit xassəsi təzahür edir; Morfologiya – kristallar: oktaedrik, nisbətən az rombododekaedrik; İkiləşmə: {111} – şpinel qanunu üzrə; Mineral aqreqatları: dənəvər, sıx, radial -şüalı, böyrəkvarı, hisə (dudaya) bənzər kütlələr, xrizotil-asbest, bitki qalıqları və s. üzrə psevdomorfozalar. == Mənşəyi və yayılması == Poligen mineraldır. Ən iri yığınları maqmatik, kontakt-metasomatik və regional-metamorfik proseslər nəticəsində əmələ gəlir. Maqmatik mənşəli maqnetitə əsasən qabbro, norit, piroksenit, anortozitlərdə və aksessor mineral kimi müxtəlif püskürmə süxürlarında (ultraəsasidən turşadək) rast gəlinir. Həmçinin karbonatitlərdə, bəzən peqmatitlərdə qeyd edilir.
Maqnezit
Maqnezit – Mg [CO3] — triqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Növ müxtəliflikləri == Ferromaqnezit (7,5%-dək FeO). == Xassələri == Rəng – ağ, bozumtul, sarımtıl, qəhvəyi, bəzən rəngsiz; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə; Şəffaflıq – şəffaf, bəzən qeyri-şəffaf; Sıxlıq – 2,9-3,1; Sərtlik – 4,0-4,5; Kövrəkdir; Ayrılma – romboedr {1011} üzrə mükəmməl; Sınıqlar – pilləli; sıx farforabənzər aqre-qatlarında – qabıqvari; Morfologiya – kristallar: nadir rast gələn romboedrik; Mineral aqreqatları: massiv, sıx, dənəvər, farforabənzər, torpaqvari. == Mənşəyi və yayılması == Hidrotermal maqnezit dolomit və dolomitləşmiş əhəngdaşlarının metasomatik əvəzlənməsi məhsuludur. Hiperbazitlərin hidrotermal dəyişilmə prosesində isti karbonat məhlullarının təsiri zamanı olivin və piroksenlərin hesabına əmələ gəlir. Mineralın infiltrasion yataqları ultraəsasi süxur massivlərinin kimyəvi aşınması zamanı formalaşır. Çökmə maqnezit duz- və gips saxlayan süxur qatlarında qeyd edilir. Mineralın metamorfik əmələgəlmələri kristallik magnezial şistlər üçün adidir. Birlikdə rast gəldiyi minerallar: dolomit, kalsit, kvars, xalsedon, opal, barit, talk, serpentin, gips, halit və b.
Maqnoliya
Maqnoliya (lat. Magnolia) — maqnoliyakimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == == Xarici keçidlər == Maqnoliya:The Plant List saytında takson barədə məlumat.
Maqnit
Maqnit (yun. λίθος μαγνησ maqnesiya daşı) və ya Dəmirqapan — Maqnesiya kiçik Asiyada Türkiyənin şəhərində maqnetit tapılmış yer adıdır. Maqnit bir cisim olub başqalarını maqnetik olaraq cəzb və ya itələmək qabiliyətinə malikdir. Maqnetik cəzbetmə təbii fenomendir. Bu haqqda maqnetizmdə məlumat verilir: Daimi maqnit ferromaqnitdən hazırlanmış məmul olub qalıcı maqnit xassəsini uzun müddət saxlaya bilir. Daimi maqnitlərin səciyyəvi sahəsi — 1 Т-ə qədərdir (10 kQs). Elektromaqnit elektrik cərəyanı keçdikdə maqnit sahəsi yaradan qurğudur. Adətən bu böyük maqnit keçiriciliyinə malik olan, daxilində dəmir içlik yerləşdirlmiş solenoid dolağından ibarətdir. Səciyyəvi maqnit sahəsi 1,5–2 T arasında olur.
Amblyseius magnoliae
Amblyseius magnoliae (lat. Amblyseius magnoliae) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius magnoliae Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Zanbaqçiçək maqnoliya
Mərkəzi və Qərbi Çində yayılmışdır. Avropada 1790-cı ildən becərilir. 2-3 m hündürlükdə şar formalı koldur. Açıq boz rəngli, hamar qabıqla örtülmüşdür. Cavan zoğlarının uc hissələri əvvəlcə tüklü olur, sonradan çılpaqlaşır, qışa yaxın dövrdə isə tünd yaşıl, çox işıq olan tərəfdə isə qonur rəngli olub, tək-tək mərciməklərə malikdir. Yarpaqları enli-ellipsvari və ya tərs- yumurtavaridir. Təpə tərəfdən tünd yaşıl, alt tərəfdən açıq yaşıl rəngli, yaxşı gözəçarpan damarlanmaya malik, uzunluğu 15-20 sm, eni isə 8-10 sm-ə çatır. Çiçəkləri ensiz piyaləvari formalı, qoxusuz xaricdən qırmızımtıl, daxildən isə ağ rəngdə olub, qısa və yoğun çiçək saplağı üzərində yerləşmişdir. Çiçəkyanlıqları 6-9 hissədən ibarətdir. Xarici ləçəkləri neştərşəkilli olub, uzunluğu 2-3 sm, eni isə 0,8-1 sm-ə bərabərdir.
İriçiçək maqnoliya
İriçiçək maqnoliya (lat. Magnolia grandiflora) — maqnoliya cinsinə aid bitki növü. Vətəni Şərqi Аsiyаdır. Çin, Yаpоniyа, Cənubi Аmеrikа, Yеni Zеllаndiyа və digər subtrоpik iqlimli ölkələrin bаğ və pаrklаrındа bеcərilir. Hündürlüyü 30 m-ə, diаmеtri isə 10 m-ə çаtаn, həmişəyаşıl, sıхyаrpаqlı, еnli yumurtаvаri və yа gеniş pirаmidаl çətirə mаlik аğаcdır. Gövdələri yоğun, düz оlmаqlа, bоz və yа аçıq qоnur rəngli, 1-2 sm qаlınlıqdа qаbıqlа örtülmüşdür. Zоğ və tumurcuqlаrı nаrıncı rəngli sıх tükcüklərlə əhаtə оlunmuşdur. Yаrpаqlаrı tərs-yumurtаvаri və yа еnsiz, еllips fоrmаlı, uzunluğu 12-25 sm, еni isə 4-5 sm-dir. Tаmkənаrlı, dərivаri, pаrlаq yаrpаqlаrı аşаğı tərəfdən tünd nаrıncı rəngli qısa tükcüklərlə örtülü, bəzən isə çılpаq оlur. Sаplаğı 2,5-5 sm uzunluqdаdır.
Maqnoliya (film)
Maqnoliya (ing. Magnolia) — Pol Tomas Andersonun rejissorluğu ilə 1999-cu ildə çəkilmiş ABŞ istehsalı epik, psixoloji dram filmi. San Fernando vadisində keçən film, ölmək üzrə olan bir ata, onun gənc arvadı, onun dayəsi, məşhur itmiş oğlu, aşiq polis, dahi uşaq, əvvəllər vunderkind olmuş bir adam, veriliş aparıcısı və onun qızı daxil olmaqla bir-birləri ilə əlaqəsi olan insanların həyatından bəhs edir. Tom Kruz filmdəki performansına görə 2000-ci ildə "Qızıl Qlobus" mükafatına layiq görülüb.
Monolit (bina)
"Monolit" Azərbaycanın paytaxtında, Bakı şəhərində çoxmərtəbəli bir binadır. Binanın cənub fasadı İstiqlaliyyət küçəsinə (əvvəlki Kommunistiçeskaya), şimal — Əhməd Cavad küçəsinə (əvvəlki Əliheydar Qarayev), əsas şərqə — Azərbaycan prospektinə (keçmiş Hüsü Hacıyev küçəsi) baxır. 1940-cı ildə memar Konstantin Sençixin tərəfindən inşa edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin əmrinə əsasən "Monolit" Azərbaycanda yerli əhəmiyyətli tarix və mədəniyyət memarlıq abidəsidir. Başlanğıcda binanın yerində şəhərin zibil yeri var idi [3]. 19-cu əsrin sonunda bu yerdə bir-birinə möhkəm sarılmış bir və iki mərtəbəli kiçik evlər meydana çıxdı [4]. İyirminci əsrin 30-cu illərinin əvvəllərində bu ərazidə böyük bir yaşayış binası tikilməsinə qərar alıdı. Bu baxımdan burada yerləşən xarab olan evlər sökülməyə başlandı. Sahədə kəşfiyyat işləri və geoloji tədqiqat aparılmağa başlandı. Planlaşdırılan tikinti yerində nəhəng monolitik bir qayanın çıxdığını aşkar edən çox sayda kəşfiyyat quyusu qazıldı.
Monolit nüvə
Monolit nüvə — tək fayldan ibarət olan əməliyyat sistemi nüvəsidir.
Maqnit anomaliyası
Maqnit anomaliyası (rus. магнитная аномалия, ing. magnetic anomaly) — yerin maqnit sahəsi kəmiyyətinin onun normal kəmiyyətindən kənara çıxması.
Maqnit diski
Maqnit diski (İng.magnetic disk, ru. магнитный диск)-qoruyucu korpusa (sərt disk) və ya zərfə (yumşaq disk) yerləşdirilmiş çoxlu sayda kiçik seqmentlərin (maqnit domenlərin) maqnit sahəsinin gərginliyini dəyişməyə imkan verən maqnit materialla ötürülmüş disk. Sahənin dəyişməsi – maqnit materialın (informasiya daşıyıcısının) hissəciklərinin maqnit polyarlığının dəyişməsidir ki, bundan da informasiyanın ikilik formada kodlaşdırılması üçün istifadə olunur (bir polyarlıq 1-i, əksi isə 0-ı təmsil edir). Polyarlığın dəyişməsi, disksürənin oxuma-yazma başcığının diskin səthi üzərindən yüksək sürətlə keçməsi ilə yerinə yetirilir. Maqnit diski öz xassələri səbəbindən elektromaqnit sahəsi mənbələrinin təsirindən qorunmalıdır ki, ona yazılmış informasiya korlanmasın və ya dağılmasın. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Maqnit ekvatoru
Maqnit induksiyası
Maqnit induksiyası – maqnit sahəsinin qüvvə xarakteristikasıdır. Vahidi törəmə vahid olan Tesladır. == Maqnitostatika == Bio-Savar qanunu: B → ( r → ) = μ 0 ∫ L 1 I ( r → 1 ) d L 1 → × ( r → − r → 1 ) | r → − r → 1 | 3 , {\displaystyle {\vec {B}}({\vec {r}})=\mu _{0}\int \limits _{L_{1}}{\frac {I({\vec {r}}_{1}){\vec {dL_{1}}}\times ({\vec {r}}-{\vec {r}}_{1})}{|{\vec {r}}-{\vec {r}}_{1}|^{3}}},} B → ( r → ) = μ 0 ∫ j → ( r → 1 ) d V 1 × ( r → − r → 1 ) | r → − r → 1 | 3 , {\displaystyle {\vec {B}}({\vec {r}})=\mu _{0}\int {\frac {{\vec {j}}({\vec {r}}_{1})dV_{1}\times ({\vec {r}}-{\vec {r}}_{1})}{|{\vec {r}}-{\vec {r}}_{1}|^{3}}},} == Maqnit sirkulyasiyası haqqında Amper qanunu == ∮ ∂ S B → ⋅ d l → = μ 0 I S ≡ μ 0 ∫ S j → ⋅ d S → , {\displaystyle \oint \limits _{\partial S}{\vec {B}}\cdot {\vec {dl}}=\mu _{0}I_{S}\equiv \mu _{0}\int \limits _{S}{\vec {j}}\cdot {\vec {dS}},} r o t B → ≡ ∇ → × B → = μ 0 j → . {\displaystyle \mathrm {rot} \,{\vec {B}}\equiv {\vec {\nabla }}\times {\vec {B}}=\mu _{0}{\vec {j}}.} == Xarici keçidlər == Crowell, B., "Electromagnetism". Nave, R., "Magnetic Field".
Maqnit lenti
Maqnit lenti - tape ~ магнитная лента ~ manyetik bant – üzərinə verilənlərin yazıldığı maqnit materialla örtülmüş nazik maylar zolaq. Lentdən istifadə etmək üçün verilənlərin saxlanması qurğusu iki dolama (sarğı) çarxına və oxuma-yazma başcığına malik olmalıdır. Lent kəsilməz informasiya daşıyıcısı olduğundan, başcıq isə dərhal lazım olan yerə “adlaya” bilmədiyindən, lentdən oxuma, yaxud lentə yazma diskdə olduğu kimi ixtiyari deyil, ardıcıl aparılmalıdır. Maqnit lent kartrici - tape cartridge ~ кассета магнитной ленты ~ bant kartuşu ~ müəyyən dərəcədə audiokassetə bənzəyən və içərisində maqnit lenti olan modul. Qabaqlar maqnit lent kartriclərindən sərt disklərdə saxlanılan informasiyanın üzünü çıxarmaq üçün istifadə edilirdi. 1952-ci ildə “IBM System 701” kompüterlərində informasiyanın saxlanması, yazılması və əldə olunması üçün maqnit lentlərindən istifadə olunmuşdur. Bu lentlər daha sonra geniş yayılmış və kompakt-kasetlər formasında istifadə olunmağa başlamışdır. Maqnit lent qurğusu – tape drive ~ накопитель на магнитной ленте ~ teyp sürücü ~ maqnit lentində oxuma-yazma əməliyyatına yerinə yetirmək üçün lenti hərəkət etdirən qurğu. Tar file – UNIX əməliyyat sistemində: tar (“tape archive” – “lent arxivi”) proqramı vasitəsilə bir faylda birləşdirilmiş fayllar toplusu. (Hazırda tar fayllar lentdə deyil, demək olar ki, həmişə diskdə saxlanılır.) tar faylı açmaq, yəni ona toplanmış faylları çıxartmaq üçün aşağıdakı komandadan istifadə olunur: % tar –xvf filename.tar ZIP fayllardan fərqli olaraq, tar sıxılmış fayl deyil; belə ki, tar fayllar çox zaman başqa utulit (compress) vasitəsilə sıxılmış olur.
Maqnit sahəsi
Maqnit sahəsi — materiyanın elə növüdür ki, onun aşkara çıxması bu sahəyə gətirilmiş və müəyyən qaydada istiqamətlənmiş elektrik cərəyanına təsir edən mexaniki qüvvə ilə xarakterizə olunur. Elektrik və cazibə sahələri kimi maqnit sahəsinin də özünəməxsus xarakterik xüsusiyyəti vardır. Bu xüsusiyyət ondan ibarətdir ki, o, sahəyə nisbətən müəyyən qaydada istiqamətlənmiş elektrik cərəyanına mexaniki qüvvə ilə təsir edir. Bu xassəyə ancaq maqnit sahəsi malikdir, elektrik və cazibə sahələri bu xassəyə malik deyildir. Maqnit sahəsinə gətirilmiş cərəyanlı naqil hərəkət edirsə, deməli bu hərəkətin əmələ gəlməsinə maqnit sahəsi enerjiyə malikdir. Enerji isə materiyasız mövcud deyil. Deməli o, həm də kütləyə malik olmalıdır. Buradan aydın olur ki, maqnit sahəsi də maddidir. Başqa sahələr kimi maqnit sahəsinin də kütləsini təyin etmək hələ də mümkün olmamışdır. Maqnit sahəsini xarakterizə edən kəmiyyət, maqnit sahəsinin intensivliyidir.