Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Maluma
Maluma — Juan Luis Londoño Arias (28 yanvar 1994-cü ildə anadan olub) Kolombiyalı müğənnidir. "Felices los 4", "Borro Cassette", "El Perdedor" ve "Corazón" sinqlları "Billboard Hot Latin Songs" siyahısında ilk 10-luqda yer almışdır.
Matsum.
Nindzo Matsumura (14 fevral 1856 və ya 1856, İbaraki prefekturası – 4 may 1928 və ya 1928, Tokio[d]) — Yaponiya botaniki. == Biblioqrafiya == Nindzo Matsumura 9 yanvar 1856-cı ildə Xitati əyalətində anadan olmuşdur. 1923-cü ilin noyabrında iflic olan Nindzo Matsumura 4 may 1928-ci ildə vəfat etmişdir. == Bəzi elmi əsərləri == Matsumura N. Nippon shokubutsumeii; or nomenclature of japanese plants in Latin, Japanese and Chinese. — Tokio, 1884. — 209 p. Matsumura N. Cryptogamae japonicae iconibus illustratae. — Tokyo, 1899–1901. Matsumura N. Index plantarum japonicarum. — Tokioni, 1904–1912.
Malus
Alma (lat. Malus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. == Ümumi məlumat == Azərbaycanda almanın üç yüzə qədər müxtəlif növü və çeşidi vardır. Bunlardan altmışı sənaye üçün əhəmiyyətlidir. Digər şirəli meyvələrdən almanın üstünlüyü odur ki, onu bütün il boyu saxlayıb istifadə etmək mümkündür. Almanın yetişmə fəsli aşağıdakı kimidir: yay (iyul, avqust), payız (sentyabr, oktyabr), qış (noyabrdan fevral ayına qədər). Eyni sort alma iqlim şəraitindən asılı olaraq yetişmə dövrünü dəyişə bilər. Almanın növündən və sortundan asılı olaraq rəngi, dadı və ətri müxtəlif olur. Almadan təbii halda istifadə etməklə yanaşı, bir sıra qiymətli konservləşdirilmiş məhsullar – kompot, mürəbbə, povidlo, şirə, püre və s. hazırlanır.
Mazım
Mazım — Azərbaycanın Balakən rayonu ərazisində və Gürcüstanın ərazisində çay. Qanıx (Alazan) çayının qoludur. Mənbəyini Mxol Rosso dağının yamacından (2300 m. yüksəklikdən) alır. Üzərində SES qurulmuşdur. Bu çayın adı qədim gürcü mənbələrində Matsis tsxalı formasında qeyd olunmuşdur. Udinlər bu çayı Matsixe adlandırırlar. Tədqiqatçıların fikrincə, yerli azərbaycanlılar bu hidronimi Mazım kimi tələffüz etmişlər. Hidronim udin dilindəki matsı (ağ) və xe (çay) sözlərindən ibarət olub, "ağ çay" mənasındadır.
Amin Maaluf
Amin Maaluf (d. 1949 fevral) (fr. Amin Maalouf, ərəb. أمين معلوف‎) — əsərlərini fransızca qələmə alan livanlı yazıçı. Əslən livanlı olan fransız yazıçısı Amin Maaluf 1949-cu ildə Beyrutda doğulub. Ali təhsilini iqtisadçı ixtisası üzrə bitirdikdən sonra jurnalistika ilə məşğul olmağa başlayıb. 1975-ci ilə — vətəndaş müharibəsinin başlayana kimi Livanda jurnalistlik edib. Bu ildən etibarən o, Parisə köçüb. Bir çox nəşriyyatlara rəhbərlik edən yazıçı qəzetlərdə publisistik yazılar yazmaqla bərabər, vaxtının əksər hissəsini öz kitablarını yazmağa ayırıb. 1983-cü ildə çap edilən ilk kitabı — "Ərəblərin gözüylə xaç yürüşləri" (Les Croisades vues par les Arabes) onun dünyada tanınmasına səbəb olub.
Dendrobium amplum
Dendrobium amplum (lat. Dendrobium amplum) — səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü.
Epidendrum mancum
Epidendrum mancum (lat. Epidendrum mancum) — səhləbkimilər fəsiləsinin epidendrum cinsinə aid bitki növü.
Epigeneium amplum
Dendrobium amplum (lat. Dendrobium amplum) — səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü.
Eupatorium amplum
Ageratina ampla (lat. Ageratina ampla) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü. == Sinonimləri == Eupatorium amplum Benth.
Frits Maxlup
Frits Maxlup (alm. Fritz Machlup‎; 15 dekabr 1902, Viner-Noyştadt[d], Aşağı Avstriya[d] – 30 yanvar 1983, Prinstom, Nyu Cersi) — avstriyalı və amerikalı iqtisadçı. == Bioqrafiyası == Vyana Universitetində təhsil alıb. O, 1923-cü ildə Lüdviq fon Mizesin rəhbərliyi altında doktorluq dissertasiyası müdafiə etmişdir. 1933-cü ildə Hitlerin Almaniyada hakimiyyətə gəlməsi ilə əlaqədar ABŞ-yə mühacirət etmiş, 1940-cı ildə ABŞ vətəndaşlığını almışdır. Buffalo, Cons Hopkins və Prinston universitetlərində dərs deyirdi. Beynəlxalq İqtisadiyyat Assosiasiyasının prezidenti (1971–1974), 1966-cı ildə Amerika İqtisadi Assosiasiyasının prezidenti olmuşdur. Bernard Xarms mükafatı laureatı (1974). == Biblioqrafiyası == Махлуп Ф. Производство и распространение знаний в США. — М.: Прогресс, 1966. — 462 с.
Fəxri Müslüm
Quliyev Fəxri Müslüm oğlu (10 aprel 1948, Düzrəsullu, Gədəbəy rayonu) — Azərbaycanlı şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2003), Prezident mukafatçısı (2010–2011), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2003), iqtisad üzrə fəlsəfə doktoru (2012), Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının dosenti (2015) == Həyatı == Quliyev Fəxri Müslüm oğlu 10 aprel 1948-ci ildə Gədəbəy rayonunun Şınıx bölgəsinin Düz Rəsullu kəndində anadan olmuşdur. Düz Rəsullu kənd orta məktəbində 8-ci sinifə qədər həmin məktəbin dəyərli müəllimlərindən dərs almış, sonradan təhsilini Tovuz rayonunda A. S. Puşkin adına şəhər orta məktəbində davam etdirmiş və 1966-cı ildə həmin məktəbi bitirmişdir. 1967–1969-cu illərdə hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra 1971-ci ildə Bakı Yeyinti Sənaye Texnikumunu bitirmişdir. 1976-cı ildə Azərbaycan Xalq Təsərrüfatı (hal-hazır ki, Azərbaycan Dövlət İqtisad Universiteti) insitututnun maliyyə fakültəsini bitirmişdir. Fəxri Müslüm, Tovuz rayonunun Yekallar kəndinin sakini, XIX əsrin axırlarında Xankəndinin pristavı olmuş Tanrıverdi kişinin qız nəvəsidir. Uşaqlıq dövrünün əksər hissəsini Yekallarda Tanrıverdi kişinin qardaşı (Tanrıverdi kişi 1913-cü ildə dünyasını dəyişmişdir) Qulam kişinin, eləcə də onun oğlu Həmid Suleymanovun evində keçirmişdir. == İş fəaliyyəti == Fəxri Müslüm Quliyev, əmək fəaliyyətinə Bakı Yeyinti Sənaye Texnikumunda oxuyarkən 1970-ci ildən gözətçi vəzifəsilə başlamışdır. O,1971–1973-cü illərdə Bakı Tütün Kombinatında "Texnoloq", 1973–1977-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Naziriyinin Normativ Tədqiqat İdarəsində "Böyük iqtisadçı", 1977–1997-ci illərdə Azərbaycan Respublikası Əmanət Bankında "Təftişçi", "Böyük təftişçi", "Kassalarla hesablaşma şöbəsinin rəisi", "Nağdsız hesablaşmalar və yığım idarəsinin rəis müavini", "Pul dövriyyəsi və kassa əməliyyatı idarəsinin rəisi", 1997–1999-cu illərdə "AZAL" Səhmdar Kommersiya Bankında şöbə rəisi, 1999–2005-ci illərdə Azərbaycan Hava Yolları QSC-də müfəttiş-mühasib və baş mühasib vəzifələrində çalışmışdır. == Pedaqoji fəaliyyəti == Fəxri Müslüm Quliyev pedoqoji fəaliyyətə 2005-ci ildən Milli Aviasiya Akademiyasının "Beynəlxalq İqtisadi Münasibətlər" kafedrasının müəllimi kimi başlamışdır.
Magnum opus
Magnum opus (lat. böyük iş) — yazıçının, rəssamın və ya bəstəkarın ən yaxşı, ən iddialı əsəri belə adlandırılır. Əlkimyada fəaliyyətin ən son nöqtəsi, yekunu-fəlsəfə daşının və həyat eliksirinin hazırlanması da bu anlayışla adlandırılır.
Maqnum Foto
Maqnum Foto — beynəlxalq foto agentliyi. Nyu-York, Paris, London və Tokioda ofisləri olan agentlik 1947-ci ildə başda Anri Kartye-Bresson olmaqla müharibə fotoqrafları Robert Kapa, Devid Seymur və Corc Rocer tərəfindən yaradılmışdır. == Yaranması == Agentlik 1947-ci ildə Parisdə Robert Kapanın ideyası əsasında Robert Kapa, Anri Kartye-Bresson, Devid Seymur, Corc Rocer, Uilyam Vandivert, Rita Vandivert və Mariya Eyzner tərəfindən yaradılıb. Rita Vandivert agentliyin ilk prezidenti və Nyu-York ofisinin rəhbəri seçildi. Mariya Eyzner Paris ofisinə rəhbər təyin edildi. Plana görə, C.Rocer Afrika və Yaxın Şərq, A.Kartye-Bresson Cənubi və Şərqi Asiya, D.Seymur və U.Vandivert Avropa və ABŞ-dən fotolar çəkməli idilər. R.Kapa isə haranı və hansı hadisəni çəkəcəyini sərbəst şəkildə seçməli idi. Maqnum üzvləri tərəfindən yaradılan ilk fotoqrafiya koorporasiyadır. Heyət fotoqraflara dəstək göstərir və onların müəlliflik hüquqlarını müdafiə edirdi. == Yeni üzvlərin seçilməsi == Maqnumun yeni yarandığı illərdə üzvlük ümumi xarakter daşıyırdı və Robert Kapanın şəxsi dəvəti ilə qəbul edilirdi.
Muğancıq Müslüm
Muğancıq Müslüm — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Şərur rayonunun Qarxun i.ə.v. də kənd . Düzənlikdədir.Yaşayış məntəqəsi Müslüm adlı şəxsin başçılığı ilə muğanlı tayvasına məxsus ailələrin məskunlaşması nəticəsində yaranmışdır.Oykonim "Müslümə məxsus muğanlılar" və ya "Müslümə məxsus muğanlılardan bir barça" mənasindadır. == Əhalisi == Əhalisi 888 nəfərdir.(2009 - cu il)Naxçıvanda Şərur rayonunun Muğancıq kəndi üç tayfadan (Çölməkçi, İrzalı, Məşədiməmmədli) ibarət olmuşdur.
Müslüm Eldarov
Müslüm Ömər oğlu Eldarov (1956, Bakı – 2003) — Heykəltəraş, rəngkar, qrafik ustası. Londonda Azərbaycan Mədəniyyət Mərkəzi və onun tərkibində "Humay" qalerayasının (1997) təsisçisi. == Həyatı == Müslüm Eldarov 1956-cı ildə Bakı şəhərində anadan olub. 1971–1975-ci ilərdə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil almış, 1975–1981-ci illərdə Rusiya Rəssamlıq Akademiyasında(Sankt-Peterburq şəhərində) təhsilini davam etdirmişdir. 1982–1986-cı illərdə SSRİ xalq rəssamı, heykəltaraş M. K. Anikuşinın aspiranturasında oxumuşdur. Bundan əlavə, Müslüm 80-ci illərin ortalarında vüsət almış yaradıcı gənclərin geniş hərəkatının ən parlaq nümayəndələrindən idi. O, Azərbaycan ziyaları üçün yeni ideya mənbəyinə çevrilimiş, 1986-cı ildə açılmış Azərbaycanda ilk qeyri-formal mədəniyyət təşkilatının – Yaradıcı Gənclər Assosiasiyasının yaradılmasında iştirak etmiş və sonralar rəhbərlərindən biri olmuşdur. Müslüm Eldarov nəinki Azərbaycanda, həm də onun hüdudlarından kənarda milli mədəniyyətimizin tanınmasında böyük işlər görmüşdür. 1995-ci ildə Londonda Azərbaycan Mədəniyyət Mərkəzini və onun tərkibində "Humay" qalerayasını (1997) təsis etmişdir. Müslüm Eldarov Avrasiya məkanında enerji sahəsinə həsr olunmuş ən sanballı nəşrlərdən hesab olunan Beynəlxalq regional "Caspian" jurnalının (1995) nəşrinə başlamışdır.
Müslüm Gürsəs
Müslüm Gürsəs (türk. Müslüm Gürses; 7 may 1953, Halfeti[d], Şanlıurfa ili – 3 mart 2013, İstanbul, Türkiyə) — Türkiyəli musiqiçi. == Həyatı == === Uşaqlığı === 5 İyul 1953-cü ildə Şanlıurfanın Halfeti ərazisinin Fıstıqözü kəndində kərpic bir evdə dünyaya gelmişdir.Anasının adı Əminədir.Atası Mehmet Ağbaş rəncbərlik edər, türkü söyləməyi sevər, bağlama çalardı. Ağbaş cütlüyünün Müslümdən sonra Əhməd adında bir oğlan, Zeyno adında bir qız uşaqları oldu. Müslüm Gürsəsin uşaqlığının ilk illəri Şanlıurfada keçib. Gürsəs üç yaşında ikən iqtisadi səbəblərdən ötrü ailəsi ilə Adanaya köçüb. === Sənətdə ilk illəri === Müslüm Gürsəs müğənniliyə 1965-ci ildə, kiçik yaşda Adanada bir çay baxçasında musiqilər söyləyərək başladı, eyni zamanda Xalq evinə də getdi. Dərzi köməkçiliyi edirdi, o illərdə bir restoranda səhnəyə çıxdı. Ayrıca ibtidadi məktəbdən məzun olduqdan sonra 14 yaşında ikən, 1967-ci ildə Adana Ailə Çay Baxçasında hazırlanmış yarışmaya qatıldı və birinci oldu. Səsiylə uşaq yaşlarında diqqət çəkən Gürsəs özü ilə edilmiş bir reportajda o zamanla bağlı bunları söyləmişdir: Soyadını da orada işləyərkən “Gürsəs“ olaraq dəyişdirdilər.
Müslüm Hacimətov
Müslüm Məmməd oğlu Hacımətov - Müslüm Məmməd oğlu Hacımətov 1931-ci ildə Qusarda anadan olmuşdur. Qırmızı Əmək Bayrağı" ordeni, SSRİ-nin Əlaçı neftçisi fəxri adı, Azərbaycan Republikası Prezidentinin fərdi təqaüdü ilə mükafatlandırılmışdır. == Həyatı == Müslüm Məmməd oğlu Hacımətov 1931-ci ildə Qusarda anadan olmuşdur. Orta məktəbin 8-ci sinfini və Bakı şəhərində 1li sənət məktəbini bitirmişdir. 1951—1968-ci illərdə Gürganeft trestinin Qazma İdarəsində (indiki Neft Daşları DQİİ) qazmaçı köməkçisi, qazmaçı-buruq ustası işləmişdir. 1968—1971-ci illərdə Suriya Ərəb Respublikasında buruq ustası, 1971—1978-ci illərdə Neft Daşlan DQİİ-də buruq ustası, 1978—1981-ci illərdə İraq Ərəb Respublikasında buruq ustası, 1981—1996-cı illərdə Neft Daşları DQİİ-də və 1996-2004-cü illərdə Bayıl limanı Qİİ-də buruq ustası işləmişdir. Müslüm Hacımətov qiyabi olaraq 1961-ci ildə fərqlənmə diplomu ilə Bakı neft texnikumunu, 1976-cı ildə Azərbaycab Dövlət Neft və Sənaye Universitetini (indiki ADNA) bitirmişdir. Dünyada ilk dəniz şəhərinin, Neft Daşlarının bünövrəsini qoyanlardan, onun ilk fatehlərindən biri olan məşhur buruq ustası Müslüm Hacımətovun sinəsi tarixdir, ensiklopediyadır, dəniz şəhərinin 55 illik tarixi onun yaddaşındadır. == Əmək fəaliyyətyi == 1951-ci ildə Neft Daşlarına ilk gələn cəsurlar arasında 1 saylı sənət məktəbinin məzunu Müslüm Məmməd oğlu Hacımətov da var idi. O, ilk əmək fəaliyyətinə Neft Daşlarında yeddinci dərəcəli qazmaçı kimi başlamışdı.
Müslüm Hacımətov
Müslüm Məmməd oğlu Hacımətov - Müslüm Məmməd oğlu Hacımətov 1931-ci ildə Qusarda anadan olmuşdur. Qırmızı Əmək Bayrağı" ordeni, SSRİ-nin Əlaçı neftçisi fəxri adı, Azərbaycan Republikası Prezidentinin fərdi təqaüdü ilə mükafatlandırılmışdır. == Həyatı == Müslüm Məmməd oğlu Hacımətov 1931-ci ildə Qusarda anadan olmuşdur. Orta məktəbin 8-ci sinfini və Bakı şəhərində 1li sənət məktəbini bitirmişdir. 1951—1968-ci illərdə Gürganeft trestinin Qazma İdarəsində (indiki Neft Daşları DQİİ) qazmaçı köməkçisi, qazmaçı-buruq ustası işləmişdir. 1968—1971-ci illərdə Suriya Ərəb Respublikasında buruq ustası, 1971—1978-ci illərdə Neft Daşlan DQİİ-də buruq ustası, 1978—1981-ci illərdə İraq Ərəb Respublikasında buruq ustası, 1981—1996-cı illərdə Neft Daşları DQİİ-də və 1996-2004-cü illərdə Bayıl limanı Qİİ-də buruq ustası işləmişdir. Müslüm Hacımətov qiyabi olaraq 1961-ci ildə fərqlənmə diplomu ilə Bakı neft texnikumunu, 1976-cı ildə Azərbaycab Dövlət Neft və Sənaye Universitetini (indiki ADNA) bitirmişdir. Dünyada ilk dəniz şəhərinin, Neft Daşlarının bünövrəsini qoyanlardan, onun ilk fatehlərindən biri olan məşhur buruq ustası Müslüm Hacımətovun sinəsi tarixdir, ensiklopediyadır, dəniz şəhərinin 55 illik tarixi onun yaddaşındadır. == Əmək fəaliyyətyi == 1951-ci ildə Neft Daşlarına ilk gələn cəsurlar arasında 1 saylı sənət məktəbinin məzunu Müslüm Məmməd oğlu Hacımətov da var idi. O, ilk əmək fəaliyyətinə Neft Daşlarında yeddinci dərəcəli qazmaçı kimi başlamışdı.
Müslüm Maqomayev
Müslüm Maqomayev (bəstəkar) — Azərbaycan bəstəkarı, müğənni Müslüm Maqomayevin babası. Müslüm Maqomayev (müğənni) — müğənni, bəstəkar Müslüm Maqomayevin nəvəsi.
Müslüm Məmmədov
Müslüm Məmmədov (deputat) — Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı.
Müslüm Oğuz
Müslüm Oğuz— Müslüm Oğuz –Türkiyə yazıçısı, publisisti və ictimai xadimi,Türkiyə Yazarlar Birliyinin və və İLESAM-ın üzvü. == Həyatı və fəaliyyəti == Müslüm Oğuz 1951-cı ildə Türkiyə Cümhuriyyətinin Iğdır qəzasının Araz çayı sahilindəki Hakmehmet kəndində anadan olmuşdur. Atası Hacı Bəhram xırda ticarətlə məşğul olmuşdur. İbtidai təhsilini doğulduğu kənddə almış, Iğdır liseyini (1968), daha sonra İstanbul Univer¬sitetinin Ədəbiyyat fakültəsinin tarix bölümünü bitirmişdir (1974). İznik (1976-1979), Babaeski (1979-1982) və Qarsda (1982-1987) tarix müəllim kimi fəaliyyət göstərmişdir. Bir müddət Qars Milli Təhsil şöbəsinin müdiri, Qars Xalq Təhsili başqanı (1984) vəzifəsini icra etmişdir. Qars (1987) və Manisa (1989) şəhərlərində Kültür ve Turizm müdiri vəzifələrində çalışmışdır. 2003-cü ilin sentyabr ayından təqaüdə çıxmışdır. === Yaradıcılığı === Yaradıcılığa universitet illərində başlayan yazarın şeir, hekayə və məqalələri Türkiyənin “Hergün”, “Bursa Hakimiyet”, “Tohum”, “Yeni Nesil, “Doğuş Edebiyat”, “Hüryurt” “İlimiz” “Nilüfer” (Elazığ), “Yeşil Iğdır” kimi dərgi və qəzetlərində yayınlanmışdır. Elmi araşdırmaları içərisində 1920-1921-ci illərdə Türkiyədə köç və köçmən məsələləri ilə bağlı yazılar xüsusi yer tutur.
Müslüm Vəliyev
Müslüm Vəliağa oğlu Vəliyev (3 iyul 2001; Şüvəlan, Bakı, Azərbaycan — 28 sentyabr 2020; Qarabağ, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == Müslüm Vəliyev 3 iyul 2001-ci ildə Bakı şəhərinin Şüvəlan qəsəbəsində dünyaya göz açmışdır. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olmuşdur. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Ordusunun əsgəri olan Müslüm Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 28 sentyabr 2020-ci ildə döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. Qala qəbiristanlığında torpağa tapşırılmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Müslüm Vəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Müslüm Vəliyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Müslüm Vəliyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Müslüm Vəliyev Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Müslüm İbrahimov
İbrahimov Müslüm Azad oğlu — dosent, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin idarə heyətinin üzvü. == Həyatı == 1974-cü ildə Azərbaycan Respublikası Bakı şəhərində anadan olmuşdur. 1991-ci ildə Baki şəhəri orta məktəbini, 1997-ci ildə K.A.Timiryazev adına Rusiya Dövlət Aqrar Universitetini və orada 2000-ci ildə aspiranturanı biritmişdir. Iqtisad elmləri namizədidir. Aspiranturada təhsil alan zaman Azərbaycan Respublikasının səfirin təhsil məsələləri üzrə müşavirin köməkcisi kimi fəaliyyət göstərib. 2001-ci ildə Baki şəhər Icra Hakimiyyətinin "Bakimühəndistikinti" 32 nömrəli trestin direktorun iqtisadi məsələlər üzrə müavini işləmişdir. 2002-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Iqtisadiyyat Institutunun böyük elmi işcisi sonra isə 2003-cü ildə Azərbaycan Milli Elmər Akademiyasının şöbə və sektor müdürləri vəzifələrinə kecirilən seckilərlə əlaqədar olaraq "Sənaye və investisiya siyasəti" şöbəsinin müdiri, "Beynəlxalq iqtisadi münasibərlər" kafedrasının baş müəllimidir və eyni zamanda Universitetin Elmi-Metodiki şuranın və Elmi Seminarın üzvü secilmişdir. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin idarə heyətinin üzvüdür. Elmi-tədqiqat maraqları: milli iqtisadiyyatla beynəlxalq iqtisadiyyatın dialektikası, aqrar-sənaye kompleksinin problemlərinin araşdırılması, stoxastik iqtisadi-riyazi modellərin iqtisadi münasibətlər sferasında tədbiqi problemləri və sair. 50-dən cox elmi məqalələr və məruzənin tezislərin o cümlədən Rusiya Federasiyasında cap olunmuş iki monoqrafiyasının müəllifidir.
Saleh Müslüm
Saleh Müslüm Məhəmməd (kürd. Salih Muslim Mihemed‎; ərəb. صالح مسلم محمد‎‎, translit. Ṣāliḥ Muslim Muḥammad) — Şimali və Şərqi Suriya Muxtar Administrasiyasının (Rojava) əsas partiyası olan Demokratik Birlik Partiyasının (PYD) keçmiş həmsədri. Demokratik Dəyişikliklər üzrə Milli Koordinasiya Komitəsinin koordinator müavini olaraq, Suriyadakı vətəndaş müharibəsi dövründə ən öncül kürd nümayandə olmuşdur. == Həyatı == === İlk illəri === Suriya vətəndaşı olan Saleh Müslüm Məhəmməd 1951-ci ildə Kobani şəhərinə yaxın bir kənddə anadan olmuşdur. O, Suriyada təhsil aldıqdan sonra 1970-ci ildən 1977-ci ilə qədər İstanbul Texniki Universitetinin Kimya Mühəndisliyi fakültəsində təhsil alır. Qısa bir müddət Londonda, 1978–1990 illərdə isə Səudiyyə Ərəbistanında çalışır və 1993-cü ildə Hələbdə mühəndislik ofisi açır.Saleh Müslüm 1998-ci ildə İraqdakı Kürdüstan Demokratik Partiyasının (KDP) Suriya qolu olan Suriya üzrə Kürdüstan Demokratik Partiyasına (KDP-S) qoşulur. O, partiyanın hədəflərini yerinə yetirməməsindən məyus olması səbəbindən 2003-cü ildə partiyanı tərk edir. === Demokratik Birlik Partiyası (PYD) === Saleh Müslüm 2003-cü ildə yeni qurulan Demokratik Birlik Partiyasına (PYD) qoşulur, icra şurasının üzvü olur və 2010-cu ildə partiyanın sədri seçilir.
Typhlodromus macrum
Typhlodromus macrum (lat. Typhlodromus macrum) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. == İstinadlar == Typhlodromus macrum Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.