Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mars
Mars, şərqdə köhnəlmiş adı Mərrix — Günəş sisteminin Günəşə yaxınlığına görə dördüncü və kiçikliyinə görə Merkuridən sonra ikinci planeti. Adını Roma mifologiyasının müharibə tanrısından alan bu planetin səthində dəmir oksidinin geniş yayılması ona qırmızı görünüş verir və o, tez-tez "qırmızı planet" kimi təsvir edilir. Mars nazik atmosferi və həm ayın çarpışmadan sonra yaranan kraterləri, həm də Yerin vulkanları, dərələri, səhraları, qütb buz örtüklərini xatırladan səth xüsusiyyətləri olan terrestrial (əsasən silikat süxurları və metallardan ibarət) planetdir. Marsın fırlanma periodu və mövsümi dövrləri Yerinkinə oxşardır; oxunun mailliyi mövsümləri əmələ gətirir. Mars Günəş sistemində məlum ən hündür ikinci (planetdə birinci ən hündür) dağ — Olimp Dağının və ən böyük kanyonlardan biri Valles Marinerisin olduğu yerdir. Şimal Yarımkürəsindəki hamar Borealis hövzəsi planetin 40%-i əhatə edir və nəhəng bir çarpışmadan sonra yaranan xüsusiyyət ola bilər. Marsın iki peyki var: Fobos və Deymos. Kiçik və nizamsız formalaşmış peyklərdir. Bu peyklər Mars troyası 5261 Evrika kimi planet tərəfindən tutulmuş asteroidlər ola bilər.1965-ci ildə Mariner 4 tərəfindən edilən Mars flaybayından əvvəl bir çoxları planetin səthində suyun olmasını iddia edirdilər. Bu işıqlı və qaranlıq yerlərdə, xüsusilə qütb en dairələrində müşahidə edilən periodik müxtəlifliklərə əsaslanırdı; uzun qara cizgilər bəziləri tərəfindən maye su üçün suvarma kanalları hesab edildi.
Bruno Mars
Piter Cin Ernandes (d. 8 oktyabr 1985, Honolulu) — Bruno Mars adı ilə məşhur ABŞ müğənnisi, bəstəkar və prodüser. Peter Amerikanın Honolulu şəhərində anadan olmuşdur. Just The Way You Are və Grenade mahnılar ilə tanınan Bruno Mars Vokal, gitara, bateri alətlərində mükəmməl ifa bacarığına malikdir.
Deymos (Mars)
Deymos — Günəş sistemində Mars planetinin peykidir. == Kəşfi == 1877-ci ildə Amerika astronomu A. Holl kəşf etmişdir. İlk dəfə yaxın məsafədən şəklini 1977-ci ildə “Vikinq-1” KA çəkmişdir. == Xüsusiyyətləri == Planetin mərkəzindən orta məsafəsi 23,5 min km, dolanma dövrü 30 saat 21 dəqiqədir. Deymos düzgün olmayan formaya malikdir və bəzi asteroidlərin maddəsinə oxşayan dağ süxurunun və buzun karbonla zəngin qatışığından ibarətdir. Deymosun səthi dayaz kraterlərlə doldurulmuş (iki ən böyük kraterinin diametri təqr. 2 km-dir) və reqolitlə –xırda tozlu layla ör tülmüşdür. Deymosun ölçüsü 15×12,2×11 km, kütləsi təqribən 1,8×1015 kq. Bu parametrlər Deymosu asteroid hesab etməyə əsas verir. Onun orbiti Yupiterin təsiri ilə elə dəyişmişdir ki, sonralar Marsa yaxın keç dik də Deymos planetin cazibə sahəsi ilə tutulmuşdur.
MARS-500
MARS-500 missiyası 2007–2011-ci illər arasında Rusiya, Avropa Kosmik Agentliyi və Çin tərəfindən Mars planetinə gələcək ekipaj kosmos uçuşuna hazırlıq məqsədilə aparılan psixososial təcrid təcrübəsi idi. Eksperimentin obyekti Rusiya Elmlər Akademiyasının Moskvadakı Biotibbi Problemlər İnstitutunda (BTPİ) yerləşirdi.2007–2011-ci illər arasında üç müxtəlif könüllü ekipajı IBTPİ-də maket kosmik gəmidə yaşayıb işləyirdi. 520 günlük ekipaj missiyasını imitasiya etmək üçün nəzərdə tutulan eksperimentin son mərhələsi üç rusiyalı (Aleksey Sitev, Suxrob Kamolov, Aleksandr Smoleevski), fransız (Romen Çarlz) İtalyan (Dieqo Urbina) və Çin vətəndaşı (Yue Wang) ibarət ekipaj tərəfindən aparılıb.. Maket qurğu Yer-Mars kosmik gəmisini, eniş-enmə gəmisini və Marsın səthini simulyasiya etdi. Üç mərhələdə iştirak edən könüllülər arasında mühəndislik, tibb, biologiya və insanın kosmosa uçuşu sahəsində təcrübəsi olan peşəkarlar var idi. Təcrübə uzun müddətli, yaxından təcrid olunmasının fizioloji, sosial və psixoloji təsirləri haqqında mühüm məlumatlar verdi. == Layihənin icmalı == === Məqsəd === MARS-500 uzunmüddətli kosmik uçuşlara xas olan psixoloji, fizioloji və texnoloji problemləri öyrənmək üçün nəzərdə tutulmuşdu. Təcrübədə aradan qaldırılmalı olan digər maneələr arasında uzunmüddətli çəkisizliyin fizioloji təsirləri, resursların idarə edilməsinin effektivliyi və hermetik şəkildə bağlanmış mühitdə izolyasiyanın təsirləri araşdırıldı. MARS-500-ün rabitə sistemləri Marsa bağlı kosmik gəmiyə faktiki ötürmə vaxtını simulyasiya etmək üçün orta hesabla 13 dəqiqə gecikmə ilə dizayn edilmişdir. === Elmi məqsədlər === MARS-500-ün elmi məqsədləri ekipaj üçün tibbi və psixoloji dəstəyə xüsusi diqqət yetirməklə, potensial yaşayış mühiti dizaynlarının öyrənilməsini əhatə edirdi (onlar mütləq 7 aydan 10 aya kimi Marsa səyahət müddəti ərzində nisbətən məhdud tibbi imkanlara malik, nisbətən kiçik kosmik gəmidə saxlanılacaqdılar).
Mars (Auırqazı)
Mars (başq. Марс, rus. Марс) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Yeni Kəlsir kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 10 km, kənd sovetliyindən (Yeni Kəlsir): 4 km. ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 40 km.
Mars (Avurğazı)
Mars (başq. Марс, rus. Марс) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Yeni Kəlsir kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 10 km, kənd sovetliyindən (Yeni Kəlsir): 4 km. ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 40 km.
Mars (dəqiqləşdirmə)
Mars (planet) — Günəş sisteminin məsafəcə dördüncü və ölçücə Merkuridən sonra ikinci planeti. Mars (mifologiya) — Qədim Roma mifologiyasında fəlakət ilahəsi. Marsın peykləri — Marsın 2 ayı var. Fobos və Deymos.
Mars (mifologiya)
Mars — Qədim Roma mifologiyasında fəlakət tanrısı. Mars həm də əfsanəyə görə qədim yunan tanrılarından biri olub. Həmin tanrının adı çəkilən yerdə həmişə fəlakət üz verirmiş. Bundan qəzəblənən digər tanrılar onu Yerdən qovublar. Mars tanrısı isə dünyadan çıxıb gedib. Sonralar elə Mars planetinin də həmin tanrı olduğu güman edilir. Və həmin hadisədən sonra bu planetin qırmızı rəngə boyandığı güman edilir. O vaxtdan bəri bu planetə qırmızı planet, yəni hirsli planet adı verilmişdir. Mart ayının adı bu tanrının şərəfinə adlandırılmışdır. == İstinadlar == == Həmçinin bax == Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır.
Mars (planet)
Mars, şərqdə köhnəlmiş adı Mərrix — Günəş sisteminin Günəşə yaxınlığına görə dördüncü və kiçikliyinə görə Merkuridən sonra ikinci planeti. Adını Roma mifologiyasının müharibə tanrısından alan bu planetin səthində dəmir oksidinin geniş yayılması ona qırmızı görünüş verir və o, tez-tez "qırmızı planet" kimi təsvir edilir. Mars nazik atmosferi və həm ayın çarpışmadan sonra yaranan kraterləri, həm də Yerin vulkanları, dərələri, səhraları, qütb buz örtüklərini xatırladan səth xüsusiyyətləri olan terrestrial (əsasən silikat süxurları və metallardan ibarət) planetdir. Marsın fırlanma periodu və mövsümi dövrləri Yerinkinə oxşardır; oxunun mailliyi mövsümləri əmələ gətirir. Mars Günəş sistemində məlum ən hündür ikinci (planetdə birinci ən hündür) dağ — Olimp Dağının və ən böyük kanyonlardan biri Valles Marinerisin olduğu yerdir. Şimal Yarımkürəsindəki hamar Borealis hövzəsi planetin 40%-i əhatə edir və nəhəng bir çarpışmadan sonra yaranan xüsusiyyət ola bilər. Marsın iki peyki var: Fobos və Deymos. Kiçik və nizamsız formalaşmış peyklərdir. Bu peyklər Mars troyası 5261 Evrika kimi planet tərəfindən tutulmuş asteroidlər ola bilər.1965-ci ildə Mariner 4 tərəfindən edilən Mars flaybayından əvvəl bir çoxları planetin səthində suyun olmasını iddia edirdilər. Bu işıqlı və qaranlıq yerlərdə, xüsusilə qütb en dairələrində müşahidə edilən periodik müxtəlifliklərə əsaslanırdı; uzun qara cizgilər bəziləri tərəfindən maye su üçün suvarma kanalları hesab edildi.
Mars (şirkət)
Mars — uzun müddət saxlanıla bilən qida məhsulları istehsal edən Amerika şirkətidir. Daha çox şokolad batonları ilə məşhurdur, həmçinin ev heyvanları üçün yem, saqqız, içki, fast food, konservləşdirilmiş souslar istehsal edir. Əsas ticarət nişanları Mars, Snickers, Milky Way, Twix, Bounty, M&M's, Pedigree, Uncle Ben'sdir və korporasiya həmçinin alınmış Wrigley şirkətinin bir sıra ticarət nişanlarına da malikdir. Qərargahı — Makleyn şəhərində yerləşir (Virciniya). 2021-ci il üçün dünyanın ən böyük qənnadı şirkətidir. == Tarixi == Şirkət 1911-ci ildə Franklin Klarens Mars tərəfindən Vaşinqtonun Takoma şəhərində Mar-O-Bar Company adı ilə təsis edilib. 1920-ci ildə şirkət Minneapolisə (Minnesota) köçdü, burada Snickers (əvvəl şokolad qlazuru olmadan) və Milky Way batonları hazırlanır. 1924-cü ilə qədər satış 700.000 dollara çatmışdı. 1926-cı ildə Frank Mars şirkətin adını Mars Candies (sonralar Mars Incorporated) adlandırdı və 1928-ci ildə Çikaqonun ətrafında yeni bir fabrik tikdi. Böyük depressiya illərində şirkətin satışları dörd dəfə artdı, Mars Almond (badamlı baton), 3 Musketeers, Snickers (qlazurlu) kimi yeni məhsullar meydana çıxdı.
Mars planeti
Mars, şərqdə köhnəlmiş adı Mərrix — Günəş sisteminin Günəşə yaxınlığına görə dördüncü və kiçikliyinə görə Merkuridən sonra ikinci planeti. Adını Roma mifologiyasının müharibə tanrısından alan bu planetin səthində dəmir oksidinin geniş yayılması ona qırmızı görünüş verir və o, tez-tez "qırmızı planet" kimi təsvir edilir. Mars nazik atmosferi və həm ayın çarpışmadan sonra yaranan kraterləri, həm də Yerin vulkanları, dərələri, səhraları, qütb buz örtüklərini xatırladan səth xüsusiyyətləri olan terrestrial (əsasən silikat süxurları və metallardan ibarət) planetdir. Marsın fırlanma periodu və mövsümi dövrləri Yerinkinə oxşardır; oxunun mailliyi mövsümləri əmələ gətirir. Mars Günəş sistemində məlum ən hündür ikinci (planetdə birinci ən hündür) dağ — Olimp Dağının və ən böyük kanyonlardan biri Valles Marinerisin olduğu yerdir. Şimal Yarımkürəsindəki hamar Borealis hövzəsi planetin 40%-i əhatə edir və nəhəng bir çarpışmadan sonra yaranan xüsusiyyət ola bilər. Marsın iki peyki var: Fobos və Deymos. Kiçik və nizamsız formalaşmış peyklərdir. Bu peyklər Mars troyası 5261 Evrika kimi planet tərəfindən tutulmuş asteroidlər ola bilər.1965-ci ildə Mariner 4 tərəfindən edilən Mars flaybayından əvvəl bir çoxları planetin səthində suyun olmasını iddia edirdilər. Bu işıqlı və qaranlıq yerlərdə, xüsusilə qütb en dairələrində müşahidə edilən periodik müxtəlifliklərə əsaslanırdı; uzun qara cizgilər bəziləri tərəfindən maye su üçün suvarma kanalları hesab edildi.
Marş (1982)
== Məzmun == Film üç kənd musiqiçisinin başına gələn məzəli əhvalatlardan bəhs edir.
Marş gölü
Marş gölü (ing. Marsh Lake) — Kanadanın Yukon ərazisində yerləşən göl. Göl Yukon çayının mənbəsi sayılır.. Marş gölü Yukon çayının yuxarı axarında yerləşir, bu region "Cənubi Göllər" adını daşıyır və Yukon çayının başlanğıcı məhz buradadı. Həmçinin göl 1898-ci ildə Klondayk qızıl hərisliyi zamanı qızılaxtaranlar üçün tarixi yolun bir hissəsidir. 1883-ci ildə Yukon çayının tədqiqatçısı Frederik Svatka gölü Yel universitetinin paleontologiya professoru Çarlz Marşın şərəfinə adlandırıb. Əvvəl gölün Mad (ing. Mud Lake) adını daşıyırdı. Hər bahar fəslində aprelin sonunda və mayda göldə qu quşu bayramı keçirilir. Miqrasiya zamanı Cygnus buccinator və Amerika qu quşu növləri burada dayanırlar.
Marş torpaqlar
Marşı torpaqlar — dəniz sahilinin alçaq yerlərində, o cümlədən deltalarda dövrü olaraq qabarmalar və dəniz dalğalarının təsiri altında formalaşmış torpaq tipi. == Xüsusiyyəti == Bu torpaqlarda şoran bitkilər yayılmışdır. Torpaq profili zəif inkişaf etmişdir. Şoranlaşma və gilləşmə xarakterikdir. Mühit reaksiyası turşudan zəif qələviyə qədər dəyişir. Şoranlaşma sulfatlı-xloridli olub, səthdə duz bozartları yaranır.
Olimp (Mars)
Olimp dağı (lat. Mount Olympus) — Mars planetində yerləşən Günəş sisteminin ən hündür dağıdır. Dağın hündürlüyü 21 kilometrə yaxındır. Bu göstərici ilə Olimp Yer kürəsinin ən böyük dağı olan Everesti üç dəfə üstələyir. == Təsviri == Olimpin hündürlüyü, əsasən 21.2 km. Yer üzündə ən yüksək vulkan olan Mauna Kea (10.2 km) vulkanından iki dəfədən çoxudur. Dağın diametri təxminən 540 kilometrdir. O, 7 km yüksəkliyə qədər kənarları boyunca dik yamaclara malikdir. Bu nəhəng uçurumların meydana gəlməsinin səbəbləri hələ inandırıcı bir izahat tapmamışdır. Baxmayaraq ki, çoxları okean tərəfindən Marsda bir dəfə mövcud olan vulkan yamaclarının aşınma versiyasına meylli olmasını söyləmişlər.
Seylor Mars
Seylor Mars (セーラーマーズ, Sērā Māzu) — Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqasından personaj. Əsl adı Rey Hino (火野 レイ, Hino Rei) olan Seylor Mars Günəş sistemini qorumaq üçün yaradılmış Seylor döyüşçüləri komandasının üzvüdür. Seylor Mars Usaqi tərəfindən tapılmış 2-ci Seylor döyüşçüsüdür. Seylor döyüşçüləri komandasının Seylor Veneradan sonra ikinci lideridir. Rey atəşi idarə etməklə yanaşı, zehni bacarıqlara da sahibdir. "Seylor Mun" manqasından başqa Seylor Mars iki qısa manqada da yer almışdır. İlk belə manqası keçmişindən bəhs edən "Kasablanka xatirələri" manqasıdır. "Rey və Minakonun qız məktəbi döyüşü" manqasında isə hekayə Seylor Mars və Seylor Venera üzərində qurulmuşdur. == Profil == Rey ilk dəfə Hikava məbədində (火川神社, Hikawa Jinja, "Alov Çayı məbədi", ingilis versiyasında Albalı Təpəsi məbədi) miko kimi peyda olmuşdur və orada iki qarğası olduğu göstərilmişdir. Manqada bu iki qarğanın adının Fobos və Deymos (Mars planetinin iki peyki) olduğu bildirilmişdi.
Sten Marş
Sten Marş (ing. Stan Marsh) — Cənubi Park cizgi serialının 4 əsas personajından biri. Dublaj - Trey Parker. == Ailəsi == Sten Marş — 4 baş personajdan biri. Katolik. Klonu O biri kainatdan olan Sten Şelli Marş — Stenın 13-yaşlı bacı. Katolik. Rendi Marş — Stenın atası, geoloq. Katolik. Roy — 2-ci sezonun 12-ci seriyasında Stenın ögəy atası.
Kidoniya (Mars)
Kidoniya (lat. Cydonia) — Marsda həm elmi , həm də populyar marağa səbəb olan ərazi . Əraziyə Albedo xüsusiyyətinə əsasən Kidoniya adı verildi. Ərazi Asidaliya düzənlikləri və Ərəbistan relyef yüksək dağları ilə həmsərhəddir . Bu bölgədə yastı üstü masa dağlarına bənzər yerlər, kiçik təpələr, həmçinin qabarıq yerlər və bir-birinə kəsişən dərələr var. Onların hamısı bu bölgədə yerləşir və adları Cydonia Mensae, Cydonia Colles və Cydonia Labyrinthus adlanır . Marsın digər albedo xüsusiyyətləri kimi, Kidoniya adı da qədim Yunanıstandan götürülüb. Ad, Krit adasında yerləşən tarixi polis (şəhər dövləti), Kidoniya şəhərinin adından götürülüb (q.yun. Κυδωνία) . İnsan üzünə bənzəyən Marsdakı üz relyefi, Kidoniyada, Arandas və Bamberq kraterləri arasında yerləşir .
Marş (hərb)
Marş (it. marcia, fr.
Fars
Farslar — əsasən İranda yaşayan xalq. == Məskunlaşmaları və sayları == Dünyada sayları 2013-cü ilə olan təxminə əsasən 83 milyondan çoxdur. Onlardan 59 milyonu İranda, qalanları Türkiyədə, BƏƏ-də, İraqda, Qətərdə, Amerika Birləşmiş Ştatlarında, Almaniyada, Kanadada, Fransada, Böyük Britaniyada, Küveytdə, İsveçdə və digər ölkələrdə yaşayırlar. Fars dilində danışırlar. Dindarların əksəriyyəti şiə, azlığı sünni, bəhai, zərdüşti və sairədir. == Fars xalqının mənşəyi və "fars" sözünün mənası == Fars sözünə İlk dəfə e.ə. IX əsrə aid qədim Aşşur kitabələrində rast gəlinmişdir. Fars sözü qədim pəhləvi dilində "iti","cəld" anlamını ifadə edir. Farslar e.ə. II minillikdə Şərqi Avropa düzəngahlarından kütləvi şəkildə köç edərək Orta Asiyada, oradan da Fars körfəzinin şimal-şərq ərazilərdəki qədim yurdlarına qayıdaraq məskunlaşmışlar.
Kars
Qars (türk. Kars) — Türkiyənin şərqində yer alan şəhər. Qars ilinin inzibati mərkəzidir. Türkiyənin ən yüksəkdə yerləşən il mərkəzlərindən olan Qars kəndləri ilə birlikdə ümumi əhali sayı 100 mini keçən şəhərlərdəndir (şəhər mərkəzi: 102.001, ümumi 129.458). Mərkəz ilçəyə bağlı üç məhəllə və 70 kənd vardır. Müxtəlif etnosların birlikdə yaşadığı şəhərdır. Qars Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin 2023-cü il üçün Türkiyə Turizm Strategiyası 2023 və Turizm Strategiyası Hərəkət Planı əsasında nəzərdə tutulan 15 il mərkəzindən biridir. Bu layihə ilə hədəflənən il mərkəzlərini " mədəniyyət turizmi inkişaf etdiriləcək brend şəhərlər" elan edib inkişaflarını təmin etməkdir. == Tarixi hadisələr == 18 noyabr 1877-ci ildə Erməni könüllü silahlı dəstələri və yerli ermənilərin fəal iştirakı ilə general Hovhannes Lazaryanın qoşunları gecə yarısı gizli yollarla xəlvətcə Qarsa daxil oldular.
MARC
MARC (ing. Machine-Readable Cataloging, "maşın oxunaqlı kataloqlaşdırma") — maşın oxunaqlı kataloqlaşdırma qeydinin formatı. == Tarixi == MARC I proqramı ilk dəfə 1965–1966-cı illərdə ABŞ Konqres Kitabxanası tərəfindən kataloqlama məlumatlarını maşın oxunaqlı formada əldə etmək məqsədi ilə hazırlanmışdır. Oxşar işlər İngiltərənin Milli Kataloqlama Şurası tərəfindən İngiltərədə çap olunmuş İngilis Milli Biblioqrafiyasının (BNB MARC layihəsi) hazırlanmasında maşın tərəfindən oxunaqlı məlumatların istifadəsini təmin etmək üçün həyata keçirilmişdir. 1968-ci ildəki bu inkişaflar əsasında kommunikativ İngilis-Amerika formatı MARC yaradılmağa başladı (MARC II layihəsi). Yaradılışının məqsədi aşağıdakıları təmin etmək idi: kataloqlaşdırma və digər kitabxana tapşırıqlarının həllində rahatlıq, bütün növ sənədlərin milli biblioqrafik təsvirlərinə və avtomatlaşdırılmış sistemlərdə qeyd strukturunun istifadəsinə uyğunluğu.1971-ci ildə, MARC-nin ümumi bir versiyası beynəlxalq ISO 2709 standartı olaraq qəbul edildi. CMEA-da və daha sonra MDB-də ISO 2709 GOST 7.14–84 (ST SEV 4269–83) SIBID və GOST 7.14–98 SIBID olaraq uyğunlaşdırıldı. Bununla birlikdə, bu standartların hər ikisi (həm beynəlxalq orijinal, həm də rus dilində uyğunlaşma) çox ümumi idi və kitabxana işi üçün əhəmiyyətli detalları ehtiva etmədiyi üçün birbaşa tətbiq edilə bilməzdi. ISO 2709 haqqında demək olar ki, MARC ailənin demək olar ki, bütün formatları alt qrupları olmaqla, məlumat formatını müəyyənləşdirmək baxımından ona uyğundur, lakin eyni zamanda, qeydlərinin xüsusi sahələrini müəyyənləşdirmək baxımından ümumiyyətlə onun əhatəsindən kənara çıxırlar. == Orijinal formatın milli uyğunlaşmaları və ümumi standartların yaranması == 1970-ci illərdə formatın istifadəsi inkişaf prosesində.
MARF
MARF (Modular Audio Recognition Framework) - Java dilində yazılmış səs, danışıq, mətn və NLP alqoritmlərinin toplusundan ibarət açıq kodlu, modulyar tədqiqat framevorkudur. MARF modulyar olduğu üçün yeni alqoritmlər əlavə edilə, mövcüd framevork genişləndirilə bilər.
MTRŞ
Azərbaycan Respublikası Audiovizual Şurası (Milli Televiziya və Radio Şurasının xələfi) — Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 oktyabr taxirli Fərmanı ilə yaradılmışdır. Şuranın yaradılmasında məqsəd televiziya və radio yayımı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək və bu fəaliyyəti tənzimləməkdir. == Tarixi == === Milli Televziya və Radio Şurası === Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası Azərbaycan Respublikası Prezidentinin 05 oktyabr 2002-ci il tarixli 794 saylı Fərmanı ilə — televiziya və radio yayımı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək və bu fəaliyyəti tənzimləmək məqsədilə yaradılmışdır. Şuranın əsas vəzifəsi televiziya və radio yayımçılarının fəaliyyətini tənzimləmək, yayım zamanı ictimaiyyətin maraqlarını qorumaq, televiziya və radio yayımı haqqında qanunvericiliyə əməl edilməsi üzərində nəzarəti həyata keçirməkdir. Şuranın fəaliyyəti "Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə" ilə tənzimlənir. Şura öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və "Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə"ni rəhbər tutur. Şura dövlət büdcəsindən maliyyələşdirilir və öz fəaliyyətində müstəqildir. Şura Azərbaycan Respublikası Prezidenti tərəfindən 9 üzvdən ibarət tərkibdə yaradılır. Şura üzvlərindən üçü iki il, üçü dörd il, üç nəfəri isə altı il müddətinə təyin olunur. Üzvlərin təkrar təyin olunmaq hüququ vardır.
Maas
Maas - Niderland və Belçika ölkələri ərazisində yerləşir. Çay Belçika, Fransa və Niderlandın ərazisindən keçir. Uzunluğu 925 km, hövzənin sahəsi isə 36 min.kv.km-dir. == Maas çayı == Çay öz başlanğıcını Fransanın Lanqr platosundan götürür. Sedan və Şarlevil-Mezeraya istiqamətində şimala axır və sonda Belçikaya daxil olur. Namurda şimal-şərq istiqamətində qərbdə doğru Ardenlər və sonra Liega şimala doğru axır. Niderlandın ərazisində şimala Venloya qədər axır və sonra qərbə istiqamətlənir. Reyn çayının sağ qoludur. Çay delta yaradaraq Şimal dənizinə tökülür. == Qidalanması == Çay yağış və qar suları ilə qidalanır.
Мир ПК
"PC World" — ABŞ aylıq kompüter texnologiyası jurnalı. Jurnal 1983-cü ildən 2013-cü ilə qədər "International Data Group" tərəfindən nəşr olunmuşdur. 2013-cü ilin avqust ayından başlayaraq jurnalın çap versiyası dayandırılmış və onun redaksiya heyəti tamamilə onlayn formata keçmişdir. Jurnalın məqalələri fərdi kompüterlər, serverlər və iş stansiyaları üçün aparat və proqram təminatının işlənib hazırlanması, onların həm istehlakçı şəraitində, həm də müəssisələrdə tətbiqi məsələlərinin geniş spektrini əhatə edirdi. Publikasiyanın məzmunu müxtəlif ixtisaslara malik olan oxuculara yönəlmişdir == Tarixi == Jurnal 1982-ci ilin noyabrında "COMDEX"də elan edilmiş və ilk növbədə "Personal Computer World" adlandırılmışdır. Jurnal "VNU" və "Ziff Davis Publishing" daxil olmaqla naşirlər tərəfindən bir neçə dəfə yenidən satılmışdır.1999-cu ilin fevralında jurnal rekord tirajla 1 milyon nüsxə ilə nəşr olunmuşdur. Bu, o zaman belə rəqəmlərə nail olan ilk və yeganə kompüterlə bağlı jurnal idi.2013-cü ildə jurnalın sahibi "International Data Group" şirkəti "PC World" jurnalının 30 il davam etmiş nəşriyyatının dayandırıldığını elan etmişdir. 2013-cü ilin avqust nömrəsi "PC World" jurnalının çap olunan sonuncu nömrəsi idi. Jurnalın redaktorları fəaliyyətlərini onlayn formatda davam etdirmişdir.