Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Melkit Katolik Kilsəsi
Melkit Katolik Kilsəsi, və ya rəsmi adı ilə Mələki Rum Katolik Patriarxlığı (ərəb. بطريركيّة الروم الملكيّين الكاثوليك‎‎ [ərəbcədə ملكي “məlik aid olan” mənasını verər]) — Antioxiya Pravoslav Kilsəsinin rəhbərliyində daxili çəkişmələr nəticəsində XVIII əsrin əvvəllərində Roma Papasının hakimiyyətini tanıyan bir qrup rumi ortodokslardan ayrıldı.
Melilit
Melilit qrupu — minerallar Melilit qrupu - helenit-okermanit sülb məhlullar seriyasının aralıq üzvü. (Ca,Na)2 (Al, Mg) [(Si,Al)2O7]. Quruluşda [SiO4], [AlO4], [MgO4] tetraedrləri Ca-O ilə birləşən təbəqələr əmələ gətirir. Bəzən oksigen (OH)-la əvəz olunur. Sıranın son üzvlərinə aid olan minerallar nadir tapılır. Təbii melilit qrupu tərkibində, adətən, çoxlu dəmirli okermanit - Ca2Fe2+[Si2O7] olur. Tetraedr. Habitus lövhəvari, qısa sütunvari. İkiləşməsi {100} və {001} üzrə. Ayrılması {001} üzrə orta, {110} üzrə qeyri-mükəmməl.
Mullit
Mullit — mineral, Al4[6]Al4[4][O3(O0,5OHF)ïSi3AlO16]. Qatışıqları: Fe3+, Ti. Mullit - rombik. Habitus prizmatik. Ayrılması {010} üzrə orta. Rəngi rəngsiz, bənövşəyi, qırmızı. Sərtliyi 6. Xüsusi çəkisi 3,03. Lavalar içərisində olan fillit və gil süxurların ksenolitlərində, şlaklarda və odadavamlı məmu­lat­larda rast gəlinir. Geologiya terminlərinin izahlı lüğəti.
Məclis
Məclis (ərəb. مجلس‎ — majlis, hərfi mənası "toplanma yeri") — bir sıra əsasən müsəlman ölkəsinin (İran, Azərbaycan) və xalqlarının (krım-tatarlar) səlahiyyətli qanunverici orqanı (parlamenti). "Məclis" sözü Azərbaycan dilində ərəbcə "toplanma yeri" mənasını verən "مجلس" sözündən götürülmüşdür. XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə məhfil (مهفیل) adlandırılmışdır. Bu söz ərəbcə "toplanma" mənasını daşıyan "محفل" sözündən törəmişdir.
Məlcək
Məlcək — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Şamaxı r-nu Mirikənd i.ə.d.-də kənd. Dağətəyi ərazidədir. Kənd əhalisi 421 nəfərdir ki, onunda 210 nəfəri kişi, 211 nəfəri isə qadınlar təşkil edir., 94 təsərrüfatı var. Yaşayış məntəqəsi 19 əsrdə Cavad qəzasında yaşayan Qaravəlli Vahid bəyli elatının bir tirəsinin (52 ailə) Məlcək adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır.1886 ilin siyahıyaalma sənədlərində Şamaxı qəzasının Qoşun sahəsində Meysəri kənd icması daxilində Məlcək adlı kənd (19 ailə, 89 nəfər) qeydə alınmışdır. Məlcək türkdilli xalqların toponomiyasında “sığınacaq” mənasında işlənmişdir.
Məncil
Məncil — İranın Gilan ostanında yerləşən şəhər. Məncil şəhəri İranda öz külək turbinləri ilə məşhurdur. Bu şəhər tarixən Tarım vilayətinə daxil olaraq bir zamanlar bu bölgənin mərkəzi olubdur. Sonrakı dönəmlərdə qədim türk torpağı olan tarixi Tarım vilayəti bölünərək; Məncil şəhəri isə Gilan ostanına daxil edilibdir. Məncil Tehrandan 210 kilometr şimal-qərbdə, dəniz səviyyəsindən 314 metr yüksəklikdə və Ammarlı dağının qərbi ətəyində yerləşir.Ortalama illik yağıntı miqdarı burada 477 milimetr dir. Məncil Qızılüzən çayının şərq sahilindəki dağlıq ərazidədir. Burası çox küləkli bir bölgə olaraq, son illərdə Məncildə bölgənin küləklərindən elektrik enerjisi istehsal etmək üçün bir neçə külək stansiyası quraşdırılmışdır.Məncil küləyi bu şəhərin şöhrət amillərindən biridir ki, yazda və yayda tez-tez daha çox, payızda və qışda daha az kəskinləşir. Bu külək çoxdan yerlilər arasında Məncilin Yeddi Küləkləri olaraq bilinir və elə güclüdür ki, burada bol əkilən zeytun ağaclarını tez-tez bir yana əyir.Məncilə gəldikdə, şübhəsiz ki, hamımız yel və onun külək turbinlərini xatırlayırıq. Bu turbinlər yalnız təmiz enerji istehsalının ən böyük qaynaqlarından biri deyil, eləcə də bu şəhərə xüsusi bir şöhrət və gözəllik verir. Bu turbinlərin və Sefidrud suanbarının mövcüdluğu səbəbindən bu şəhər bölgənin alış-veriş mərkəzi kimi tanınır.
Məscid
Məscid (ərəb. مسجد‎ — "səcdə yeri") — İslam dinində müsəlmanların Allaha kütləvi və tək ibadətləri üçün nəzərdə tutulmuş memarlıq tikilisi. Məscid namaz qılınan məkanı ifadə edir. Xüsusi ərazidə olan günbəzli və minarəli bina üslubunda tikilir. Bir çox hallarda daxili həyətə malik olur. Minarələrin sayı birdən doqquzacan ola bilər. Daxili ibadət zalının divarları təsvirsiz olmalıdır. Ancaq divarlarda Qurandan ərəb dilində sətirlər yazıla bilər. Məscid Məkkə istiqamətində tikilməlidir. İbadət zalında Məkkə istiqamətindəki divarda mehrab adlanan boşluq olur.
Selkit
Selkit - Qədim Misir mifologiyasına görə əqrəb ilahə, tanrı Horun arvadı.
Elçin
Elçin — kişi adı, Türkiyədə qadın adı. Elçin Əfəndiyev — Azərbaycan Respublikası Baş Nazirinin müavini, Azərbaycanın xalq yazıçısı Elçin Səfərli — azərbaycanlı yazıçı, jurnalist. Elçin İsağa oğlu Quliyev — Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi — Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Musa oğlu Quliyev — kinorejissor, ssenari müəllifi. Elçin İbrahim oğlu Quliyev — 24 dekabr 1998-ci ildə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmiş hərbçi. Elçin Quliyev — Azərbaycan Milli Məclisinin V çağırış deputatı. Elçin Əliyev (dosent) — Elçin Qafarlı — Elçin Sultanov — Elçin Zeynalov (idmançı) — Elçin Cəfərov (idman xadimi) — Elçin Hüseynov (alim) — Elçin Əliməmmədov — Azərbaycan Silahlı Qüvvələrinin baş çavuşu, Vətən müharibəsinin şəhidi. Elçin Əhmədov (kiçik gizir) Elçin Əliyev (əsgər, 1995) — Vətən müharibəsi şəhidi. Elçin Əliyev (əsgər, 1997) — Vətən müharibəsi şəhidi.
Melfi
Melfi (it. Melfi) — İtaliyada kommuna.
Melia
Meliya (lat. Melia) — meliekimilər fəsiləsinə aid bitki cinsi.
Meyci
İmperator Meyci (yap. 明治天皇; 3 noyabr 1852 – 30 iyul 1912) — taxta 1867-ci ilin 3 apreldə çıxmış və ömrünün sonuna qədər Yaponiyanın 122-ci imperatoru olmuşdur. Onun həyatdakı adı Mutsihito (yap. 睦仁) adlanırdı. Yaponiyadan kənarda da onun adı "İmperator Musihito" olaraq qeydə alınmışdı. Yaponiyada vəfat etmiş imperatorları ölümündən öncəki adı ilə adlandırırlar. Onun 1852-ci ildə onun doğulduğu zaman Yaponiya dünyadan təcrid olunan, texniki baxımdan geri qalan, feodal qaydaları ilə idarə edilən ölkə olmuşdur. Bu feodal ölkəsi Tokuqava şoqunatı və dayme tərəfindən idarə olunurdu. O 1912-ci ildə dünyasını dəyişərkən Yaponiya vahid mərkəzdə birləşdirilmiş, siyasi, iqtisadi və sosial çevriliş baş vermiş, dünyanın super güclərindən birinə çevrilmişdir. "Nyu-York Tayms" qəzetində imperatorun dəfn mərasimi ilə bağlı yazılırdı: "Cənazənin önündəki ilə arxasındakı fərq heyrətamiz idi.
Meyit
Meyit, cəsəd və ya nəş ― ölən insanın bədəni. Eyni mənaya malik olan kadavra sözü ümumiyyətlə tibbi mənada işlənir. Cənazə mərasimi üçün hazırlanan meyitə cənazə deyilir. "Heyvan ölümü" mənasını verən leş sözü bəzən xüsusən mənfi konotasiya (uyğunlaşma) — insan cəsədi mənasında da istifadə edilir. Bundan əlavə, kadavra sözü tibbi məqsədlər üçün istifadə olunan heyvan ölüləri üçün də istifadə edilə bilər. Mərasimlərdə "Nəş" sözü xüsusilə seçilir. İslami cənazə mərasimlərində nəş sözünə əlavə olaraq mərhum sözü istifadə olunur. Ərəb mənşəli "rəhmətlik" sözü "Allahın rəhmətinə qovuşmuş, bağışlanmış" deməkdir. Bu mənada mərhum kəlməsi təkcə ölülərin cəsədini deyil, həm də axirətə gedəcəyinə inanılan ruh deməkdir və dəfn olunduqdan illər sonra da istifadə olunur. Kadavra sözü türkcəyə italyanca cadavere sözündən keçmişdir; cəsəd və nəş sözləri isə ərəb dili mənşəlidir.
Məlik
Məlik — ərəb dilində kral. Ərəb monarxlarının, xarici dillərə tərcümə olunmayan əmir, yaxud sultan kimi titullarından fərqli olaraq malik (məlik) sözü (titulu), adətən, kral kimi tərcümə edilir. Məlik Azərbaycanda vilayətlərə tabe olan mahalların başçılarına verilən ünvan idi.
Pelit
Pelit — <0,001 mm və ya <0,005 mm ölçülü hissəciklərdən təşkil olunmuş (mənşəyi və tərkibliindən asılı olmayaraq) çökmə süxurların ümumi adı. Hissəciklərinin ölçüləri <0,01 mm-dən kiçik olan dib çöküntüləri (lillər) də pelit adlanır. Pelit fraksiyası çökmə süxurların və dib çöküntülərinin ölçüləri <0,01 mm hissəciklərdən ibarət olan fraksiyası. Pelit quruluş çox kiçik ölçülü (<0,01 mm) hissəciklərindən (95%-dən çox) ibarət çökmə süxur quruluşu; gil və gil şistləri, argillit və mergellər, vulkanik tuflar və bəzi klastik süxurlar üçün səciyyəvidir. Pelitləşmə — kaliumlu çöl şpatlarının epimaqmatik proseslər, yaxud aşınma nəticəsində dəyişilməsinin ilk mərhələsi. Nəticədə pelit (kaolin və b.) yaranır, minerallar şəffavlığını itirir. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Əlçim
Əlçim — yuyulub didilərək təmizlənmiş yunu daranmış yunun asan əyirmək məqsədilə hazırlanan əl içi boyda yun. Yunu daramaq üçün xüsusi daraqdan (yun darağından) istifadə edirdilər. Didilib hazırlanmış yunu yun darağı ilə darıyır, daranma zamanı yun sümək və ya əlçim (əlçək, əlçin) şəklinə salınır.
Mərci
Mərcimək (cins)
Göy məscid
Göy məscid (Bakı)
Köndələlən mielit
Köndələlən mielit — nisbətən qısa müddətdə (bir neçə saatdan bir neçə günə kimi) başlayan onurğa beyninin müəyyən səviyyəsi ilə bağlı olan və struktur dəyişikliyi (məsələn, disk yırtığı) ilə müşahidə olunmayan sidik kisəsinə və bağırsaq funksiyasına nəzarətin pozulması ilə müşahidə edilən motor və sensor pozuntulardır. Bu DS-nin ilk təzahürü ola bilər, amma belə pasiyentlərin üçdə birində gələcəkdə heç bir həmlə müşahidə olunmur. Onurğa beyninin kəskin disfunksiyası olan hər bir şəxs təcili surətdə müayinədən keçməlidir, çünki onda cərrahi əməliyyatı tələb edən kompressiv zədələnmə ola bilər.
Melita Norvud
Melita Norvud (ing. Melita Stedman Norwood; 25 mart 1912, Bornmut, Dorset[d] – 2 iyun 2005, London) — Britaniya dövlət qulluqçusu, Böyük Britaniya Kommunist Partiyasının üzvü və KQB casusu. Anası britaniyalı, atası latviyalı olan Norvud Britaniya Əlvan Metallar Tədqiqat Assosiasiyasında işləyərkən atom silahlarının hazırlanması ilə bağlı dövlət sirlərini Sovet İttifaqına ötürməklə tanınır. SSRİ-yə ötürdüyü məlumatların yüksək strateji əhəmiyyətinə baxmayaraq, maddi mükafat almaqdan imtina edib. SSRİ-nin etdiyi pensiya təklifini rədd edib və iddia edib ki, onun məxfi işlərlə bağlı açıqlamaları ABŞ, Böyük Britaniya və Sovet İttifaqının iştirakı ilə üçüncü dünya müharibəsi ehtimalının qarşısını almağa kömək edib. Kristofer Endryunun həmmüəllifi olduğu Mitroxin Arxivi: KQB Avropada və Qərbdə kitabında o "həm KQB tarixində ən mühüm İngilis qadın agent, həm də Britaniyadakı Sovet casusları arasında ən uzun müddət xidmət edən" kimi təsvir edilib. O həmçinin Britaniya Kommunist Partiyası tərəfindən "əsl qəhrəman" və "sülh və sosializmin müdafiəsində ardıcıl döyüşçü" kimi təsvir edilir. O həmçinin Morning Star qəzetinin və onun sələfi Daily Worker-in ömürlük dəstəkçisi kimi tanınırdı. Populyar mədəniyyətdə o Norvudun həyatından ilhamlanan 2018-ci il casus dram filmi Qırmızı Yoandakı təsviri ilə tanınır.
Melita norwood
Melita Norvud (ing. Melita Stedman Norwood; 25 mart 1912, Bornmut, Dorset[d] – 2 iyun 2005, London) — Britaniya dövlət qulluqçusu, Böyük Britaniya Kommunist Partiyasının üzvü və KQB casusu. Anası britaniyalı, atası latviyalı olan Norvud Britaniya Əlvan Metallar Tədqiqat Assosiasiyasında işləyərkən atom silahlarının hazırlanması ilə bağlı dövlət sirlərini Sovet İttifaqına ötürməklə tanınır. SSRİ-yə ötürdüyü məlumatların yüksək strateji əhəmiyyətinə baxmayaraq, maddi mükafat almaqdan imtina edib. SSRİ-nin etdiyi pensiya təklifini rədd edib və iddia edib ki, onun məxfi işlərlə bağlı açıqlamaları ABŞ, Böyük Britaniya və Sovet İttifaqının iştirakı ilə üçüncü dünya müharibəsi ehtimalının qarşısını almağa kömək edib. Kristofer Endryunun həmmüəllifi olduğu Mitroxin Arxivi: KQB Avropada və Qərbdə kitabında o "həm KQB tarixində ən mühüm İngilis qadın agent, həm də Britaniyadakı Sovet casusları arasında ən uzun müddət xidmət edən" kimi təsvir edilib. O həmçinin Britaniya Kommunist Partiyası tərəfindən "əsl qəhrəman" və "sülh və sosializmin müdafiəsində ardıcıl döyüşçü" kimi təsvir edilir. O həmçinin Morning Star qəzetinin və onun sələfi Daily Worker-in ömürlük dəstəkçisi kimi tanınırdı. Populyar mədəniyyətdə o Norvudun həyatından ilhamlanan 2018-ci il casus dram filmi Qırmızı Yoandakı təsviri ilə tanınır.
Melvin Belli
Melvin Muron Belli (29 iyul 1907, Sonora[d], Kaliforniya – 9 iyul 1996, San-Fransisko, Kaliforniya) — məşhur amerikalı hüquqşünas, "Sazişlər kralı", tənqidçilər tərəfindən isə "Mübariz Melvin" kimi tanınır Ali təhsilini Berkli, Kaliforniya Universitetində almışdır. Onun çoxlu kitablarından biri "Müasir sınaqlar" (5 cild) sübutların təqdim etmə sahəsində klassik dərslik kimi qəbul olunur. Qrafik sübutların və şahid-ekspertlərin məhkəmədə təqdim edilməsi ümumi hüquq təcrübəsinə daxil olub. Çox vaxt onu "özündən razı" adlandırırdılar, çünki özünü çox tərifləyirdi. Melvin deyirdi: "Ola bilsin ki, məndən yaxşı hüquqşünas var, amma o vaxta kimi onunla məhkəmədə çəkişməmişik". Melvinin çoxlu ulduz-müştəriləri olmuşdur, o cümlədən Za Za Qabor, Errol Flinn, Məhəmməd Əli, Sirhan Sirhan, Çak Berri, Rolinq Stounz, Cim Baker, Tami Fey Baker, Marta Mitçel, Lana Terner, Toni Kertis, Mey Vest. Öz vəkil karyerası dövründə məhkəmə çəkişmələrində 600,000,000 dollar qazanmışdır.
Melvin Kalvin
Melvin Ellis Kalvin (8 aprel 1911[…], Sent-Pol – 8 yanvar 1997[…], Berkli, Kaliforniya) — 1961-ci ildə Kalvin dövrünü kəşf etməklə Kimya üzrə Nobel mükafatına layiq görüldüyü Endryu Benson və Ceyms Basşamla birlikdə tanınan amerikalı biokimyaçı. Karyerasının böyük hissəsini Berkli Kaliforniya Universitetində keçirib. Kalvin Minnesota ştatının Sent-Pol şəhərində Rusiya imperiyasından gələn yəhudi mühacirlər Elias Kalvin və Rouz Hervitsin ailəsində dünyaya göz açıb. O, uşaq ikən ailəsi Detroitə köçən Kalvin 1928-ci ildə burada orta məktəbi bitirir. Melvin Kalvin 1931-ci ildə Miçiqan Texnologiya Universitetində ali təhsilinin bakalvr pilləsini bitirdikdən sonra,1935-ci ildə kimya üzrə fəlsəfə doktorluğu elmi dərəcəsini Minnesota Universitetində qazanır. Növbəti dörd ili Mançester Universitetində postdoktorluq işinə həsr edir. 1942-ci ildə Meri Geneviv Cemtiqard ilə evlənən Kalvinin bu nikahdan iki qızı və bir oğlu dünyaya gəlir. 1937-ci ildə Berkli Kaliforniya Universitetində çalışmağa başlayan Kalvin 1947-ci ildə kimya professoru vəzifəsinə yüksəlir. Karbon-14 izotopundan istifadə edən Kalvin, Endryu Benson və Ceyms Basşam karbonun atmosfer karbon dioksidi kimi udulmasından karbohidratlara və digər üzvi birləşmələrə çevrilməsinə qədər fotosintez zamanı bitki vasitəsilə keçdiyi tam marşrutun xəritəsini tərtib etdilər.. Bunu etməklə, Kalvin, Benson və Basşam günəş işığının əvvəllər güman edildiyi kimi karbon dioksiddən çox, üzvi birləşmələrin istehsalını dəstəkləmək üçün bitkidəki xlorofillə təsir etdiyini göstərdi.
Melçor adası
Melçor adası (isp. Isla Melchor) — Çilinin Çonos arxipelaqına daxil olan ada. Sahəsi 863,5 km² təşkil edir. Sahəsinə görə çilinin 15-ci adasıdır. Maksimal hündürlüyü 1127 metrdir. Şərq sahilində kifayət qədər iri bir liman inşa edilmişdir.
Milli Məclis
Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir. Milli Məclisin hər çağırışının seçkiləri beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir. Milli Məclisdə hər il iki növbəti yaz və payız sessiyaları keçirilir. İlk dəfə 1918-ci il iyulun 21-də Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər keçirilməsi haqqında Əsasnamə təsdiqləndi. Qanuna əsasən, məclisin tərkibinə 120 nəfər daxil olmalı idi. Həmçinin, parlament seçkilərində 20 yaşı tamam olmuş hər iki cinsin nümayəndələri iştirak edə bilərdi. İstisna olaraq inzibati vəzifələr tutan şəxslər Milli Məclisə seçilə bilməzdilər, yalnız səs verə bilərdilər.