Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Minmi
Minmi (lat. Minmi) — Ankylosauria qrupuna daxil olan, kiçik ölçülü dinozavr cinsi. Onlar Təbaşir dövrü 119–113 milyon il əvvəl yaşamışlar. Cənub yarımkürrəsində bronirovanlara aid tapılan ilk tapıntı olmuşdur. Ralf Molnar tərəfindən 1980-ci ildə qeydə alınmışdır. 2011-ci ildə onun həmkarları tərəfindən Minmi ankilozavrlara daxil edilirdi. Tapılan tapıntı — Minmi Crossing növü adlanır. Avstraliyada aşkarlanan tapıntılar iki yaxşı qalmış skelet və bir necə sümük qalıqlarından ibarətdir. Onların üzəri müxtəlif ölçülü və formalı donqarlarla örtülü olmuşdur. Bu donqarlar hətta quyruqlarının üzərində belə mövcud olmuşdur.
Qımız
Qımız və ya kumıs (rus. кумыс) — madyan südünün fermentasiya edilməsi ilə əldə edilən ənənəvi içki. Qırğızlar, başqırdlar, qazaxlar, monqollar, yakutlar və özbəklər arasında bu gün də əhəmiyyətli bir içkidir. Qımız həmçinin Baltik macarları tərəfindən istifadə edilərdi.. Türklərdən və türklərin hakimiyyəti altında olan millətlərdən başqa dünyanın heç bir yerində qımızdan içki kimi istifadə olunmamışdır. Məhz buna görə də V. Eberxardt yazırdı ki, "qımız içilən sahələrdə türklər yaşamışlar". Qımız dünyanın ən qədim içki növlərindən biridir. Onun ilk dəfə harada və kim tərəfindən düzəldilməsi barədə məlumat yoxdur, lakin alimlər belə hesab edir ki, qımız atın əhilləşdirilməsi ilə birlikdə meydana çıxmışdır. Qımız barədə yazılı məlumatlara qədim Çin və qədim yunan mənbələrində rast gəlinir. Çin mənbələrində türklərin heyvandarlıqla məşğul olduğu, bəslədikləri heyvanların ətini yediklərini, südündən qımız düzəltdikləri qeyd olunur.
İzmir
İzmir — Türkiyənin ən böyük üçüncü şəhəri. İzmir ilinin mərkəzində yerləşir. 2017 TÜİK məlumatlarına görə, İzmirin əhalisi 4.279.677 nəfərdir. Anadolu yarımadasının qərbində, Egey Dənizi bölgəsinin ortasında yer alan və İzmir körfəzi ətrafında yerləşən şəhər, hər il İzmir Beynəlxalq Sərgisini təşkil edən mühüm bir liman şəhəridir. Ərazisi olaraq ölkənin iyirmi üçüncü böyük ilidir. Qərbində Egey dənizi və Egey adaları, cənubunda Aydın, şimalında Balıkəsir, şərqində isə Manisa yerləşmişdir. İzmirin qərbində dənizi, çimərlikləri və termal mərkəzləri ilə məşhur olan Qaraburun yarımadası uzanır. Qədim Dünya dövrünün ən məşhur şəhərləri arasında yerləşən Efes, Roma İmperiyası dövründə dünyanın ən böyük şəhərlərindən biri idi. Bütün İoniya mədəniyyətinin zənginliklərini özündə saxlayan Efes, sıx bədii tədbirlərlə də adını eşitdirirdi. Bu məqsədlə də bu şəhərə "Gözəl İzmir", "Qədim İzmir" və ya "la Perle de l'Ionie" (İoniyanın İncisi) adlanırdı.
İzmit
İzmit ― Türkiyədə şəhər. 2008-ci il məlumatına əsasən əhalisinin sayı 373 034 nəfərdir. Araşdırmalar nəticəsində məlum olub ki, insanlar İzmit və ətraflarında təxminən eramızdan əvvəl 3000-ci ildən bəri yaşayırlar. Qədim dövrlərdə İzmitin yerləşdiyi yer Bitiniya adlanan bölgədə idi. İzmitin eramızdan əvvəl 12-ci əsrə qədərki dövrləri onun qaranlıq dövrləridir. Eramızdan əvvəl 12-ci əsrdə frigiyalılar burada məskun idilər, lakin siyasi təşkilat qura bilmədiklərindən burada uzun müddət hökmranlıq edə bilmədilər. Bitiniya padşahının ölümündən sonra onun yerinə böyük oğlu Nikomed gəldi. Nikomed qarət nəticəsində indiki İzmitin yerləşdiyi bölgədə Astakozla üzbəüz yeni daha təhlükəsiz şəhər qurdu. Nikomedia adlanırdı və Bitiniyanın paytaxtı oldu. Strabonun əsərində ( Coğrafiya , XII, 52-53) Nikomediya kimi qeyd olunan şəhərin adı türk mənbələrində Harizmi Nikumudiya, Şerif el-İdrisi Nikumudiyye və İbnül-İbruziyyə kimi qeyd olunur.
Bizsiz Dünya
Bizsiz Dünya — təbiətə və ətraf mühitə həsr edilmiş kitab. Müqəddəs Martin mətbuatında nəşr edilmişdir.
Miomir Muqoşa
Miomir Muqoşa (d. 23 iyul 1950, Çetinye, Monteneqro, Yuqoslaviya) — Monteneqronun paytaxtı Podqoritsa şəhərinin meri (2000-ci ildən). 23 iyul 1950-ci ildə Çetinye şəhərində anadan olmuşdur. İbtidai və orta təhsilini Podqoritsa şəhərində almışdır. Belqrad Universitetinin tibb fakültəsini bitirmişdir. 2000-ci ildən Monteneqronun paytaxtı Podqoritsa şəhərinin meridir.
Qurd qırmız
Qırmız böcək
Qırmız böcəyi
Kamalpaşa (İzmir)
Kamalpaşa (türk. Kemalpaşa) — İzmir ilinin ilçəsi. İzmirin şimalında yer alır. İl mərkəzinə uzaqlığı 77 km-dir. İlçənin qərbində Bornova və Buca, cənubunda Torbalı və Bayındır ilçələri, şimalında və şərqində isə Manisa ili yerləşir. İlçənin sahəsi 681 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 107,556 nəfərdir.
Karaburun (İzmir)
Qaraburun (türk. Karaburun) — İzmir ilinin ilçəsi. İzmirin şimalında yer alır. İl mərkəzinə uzaqlığı 60 km-dir. İlçənin cənubunda Urla ilçəsi; qərbində, şimalında və şərqində Egey dənizi yerləşir. İlçənin sahəsi 421 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 10,759 nəfərdir.
Kemalpaşa (İzmir)
Kamalpaşa (türk. Kemalpaşa) — İzmir ilinin ilçəsi. İzmirin şimalında yer alır. İl mərkəzinə uzaqlığı 77 km-dir. İlçənin qərbində Bornova və Buca, cənubunda Torbalı və Bayındır ilçələri, şimalında və şərqində isə Manisa ili yerləşir. İlçənin sahəsi 681 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 107,556 nəfərdir.
Kiraz (İzmir)
Kiraz (türk. Kiraz) — İzmir ilinin ilçəsi. İzmirin şərqində yer alır. İl mərkəzinə uzaqlığı 142 km-dir. İlçənin qərbində Ödəmiş, cənub-qərbində Bəydağ ilçələri, cənub-şərqində Aydın ili, şərqində və şimalında Manisa ili yerləşir. İlçənin sahəsi 573 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 43,925 nəfərdir.
Konak (İzmir)
Konak (türk. Konak) — İzmir ilinin ilçəsi. Şəhər mərkəzində yerləşir. İlçənin şimal-şərqində Bayraqlı, şərqində Bornova, cənubunda Buca və Qarabağlar, qərbində Balçova ilçələri, şimalında isə İzmir körfəzi yerləşir. İlçənin sahəsi 24 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 351,572 nəfərdir.
Menderes (İzmir)
Menderes (türk. Menderes) — İzmir ilinin ilçəsi. İzmirin cənubunda yer alır. İl mərkəzinə uzaqlığı 18 km-dir. İlçənin qərbində Səfərihisar, şimalında Qaziemir və Qarabağlar, şimal-şərqində Buca, şərqində Torbalı, cənub-şərqində Səlcuq ilçələri, cənubunda isə Egey dənizi yerləşir. İlçənin sahəsi 777 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 97,123 nəfərdir.
Miami Heat
Mayami Hit — Florida ştatının Mayami şəhərini təmsil edən peşəkar basketbol klubu. NBA-da Şərq Konfransında mübarizə aparır.
Qarabağlar (İzmir)
Qarabağlar (türk. Karabağlar) — İzmir ilinin ilçəsi. Şəhər mərkəzində yerləşir. İlçənin şimalında Konak, şərqində Buca və Qaziemir, cənubunda Menderes, qərbində Gözəlbağça və Səfərihisar, şimal-qərbində Balçova və Narlıdərə ilçələri yerləşir. İlçənin sahəsi 89 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 480,925 nəfərdir.
Qaraburun (İzmir)
Qaraburun (türk. Karaburun) — İzmir ilinin ilçəsi. İzmirin şimalında yer alır. İl mərkəzinə uzaqlığı 60 km-dir. İlçənin cənubunda Urla ilçəsi; qərbində, şimalında və şərqində Egey dənizi yerləşir. İlçənin sahəsi 421 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 10,759 nəfərdir.
Qınıq (İzmir)
Qınıq (türk. Kınık) — İzmir ilinin ilçəsi. İzmirin şimalında yer alır. İl mərkəzinə uzaqlığı 77 km-dir. İlçənin qərbində və şimalında Berqama ilçəsi, şərqində və cənubunda isə Manisa ili yerləşir. İlçənin sahəsi 479 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 28,802 nəfərdir.
Səlcuq (İzmir)
Səlcuq (türk. Selçuk) — İzmir ilinin ilçəsi. İzmirin cənubunda yer alır. İl mərkəzinə uzaqlığı 56 km-dir. İlçənin şimalında Menderes və Torbalı, şimal-şərqində Tirə ilçələri, şərqində və cənubunda Aydın ili, qərbində isə Egey dənizi yerləşir. İlçənin sahəsi 317 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 36,824 nəfərdir.
Çeşmə (İzmir)
Çeşmə (türk. Çeşme) — İzmir ilinin ilçəsi. İzmirin qərbində yer alır. İl mərkəzinə uzaqlığı 90 km-dir. İlçənin şərqində Urla ilçəsi, şimalında, qərbində və cənubunda Egey dənizi yerləşir. İlçənin sahəsi 285 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 44,363 nəfərdir.
İzmir Körfəzi
İzmir körfəzi (türk. İzmir Körfezi) — Egey dənizinə daxil olan körfəz. Körfəzin cənub-şərq sahilində Türkiyənin ən çox məskunlaşdığı üçüncü şəhəri İzmir yerləşir. Geoloji cəhətdən İzmir çöküntüsünə aiddir. Körfəzdə bir çox ada vardır. Onlardan ən böyüyü Uzunada və Hekim adalarıdır. Urla yarımadası və Uzunada vastəsi ilə İzmir körfəzindən Gülbahçe körfəzi ilə ayrılmışdır. Türkiyənin ən böyük çaylarından olan Gediz şərqdən körfəzə tökülür. Antik dövrdə Germeia körfəzi kimi tanınırdı. Körfəzə giriş Yunanıstanın Lesbos adasından 30 kilometr cənubdandır.
İzmir aqorası
Smirna aqorası və ya İzmir aqorası — Smirna şəhərində (indiki İzmir, Türkiyə) yerləşən qədim Roma aqorası. Eramızdan əvvəl 4-cü əsrdə yunanlar tərəfindən inşa edilmiş aqora eramızdan əvvəl 178-ci ildə zəlzələ nəticəsində dağılmışdır. Roma İmperatoru Mark Avreli onun yenidən qurulmasını əmr etmişdir. Tarixi məkanın qazıntı işləri 1933-cu ildə başlamışdır. 2020-ci ildə Smirna aqorası, "Tarixi liman şəhəri İzmir" proyekti çərçivəsində UNESCO ümumdünya irsi siyahısına əlavə olundu.
İzmir bombası
İzmir bombası (İzmir ləhcəsində qısaca bomba) və ya ingilis dilli mənbələrdə pralinli içli qurabiyə (ing. Praline Stuffed Cookies) — adətən şokolad yağı ilə doldurulan türk mətbəxinə aid qurabiyə. Qurabiyənin adı onun İzmir şəhərindən gəldiyini ifadə edir. O, ilk öncə İzmirdə yayımlanıb, halbuki Türkiyənin müxtəlif KİV-lərində onun mənşəyi haqqında fərqli məlumat verilir. Google Trends verdiyi məlumata görə, 2020-ci ildə İzmir bombası resepti Türkiyədə 6-cı ən çox axtarılan resept idi. Şirniyyatın mənşəyi Osmanlı mətbəxində mövcud olan mürəbbəli məcidiyyə adlı ərik mürəbbə ilə doldurulmuş qurabiyədən gəlməsinin deyilir. İzmir bombası sosial şəbəkələrdə geniş şəkildə reklam olduğuna görə yayımlanıb. İzmirin Alsancak məhəlləsində yerləşən "Çelebi Unlu Mamulleri" adlı şirniyyat evi iddia edir ki, qurabiyənin orijinal resepti ona aiddir. Ənənəvi şokoladlı bombasından başqa həmçinin püstəli, kokoslu, karamelli, ağ şokoladlı, albalılı və s. növ bombalar mövcuddur.
Seyithan İzsiz
Seyithan İzsiz (1976, Çatağ[d], Van ili) — iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının müstəqil deputatı. Seyithan İzsiz 1976-cı ildə Van ilinin Çatağ ilçəsində anadan olub. İstanbul Universiteti İqtisadiyyat və İdarəetmə Bölməsindən məzun olub. İstanbul Gelişim Universitetində siyasi elmlər üzrə magistr dərəcəsi alıb. Uzun illər iş adamı olaraq çalışıb. Van Federasiyasının prezidenti, Bəylikdüzüdə Könüllülər Vəqfinin qurucu prezidenti və İstanbul Şərqi — Cənub-Şərqi Üst Çatı Platformasının qurucu üzvü olub. Həmçinin İstanbul Ticarət Palatasının Şura üzvü və Komitə sədrinin müavini vəzifələrində çalışıb. Siyasi fəaliyyəti ərzində AK Partiya və İYİ Partiyanın üzvü olub. 2014-cü ildə İstanbul BB Məclis üzvü seçilib. 2023-cü ildə İYİ Partiyanın namizədi olaraq İstanbul ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib.