Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Moros
Moros (yun. πικρόχολος) qədim yunan mifologiyasında fəlakət tanrısı. Eyni zamanda Ereb ilə Niktanın oğlu və Tanatın qardaşıdır.
Köröş-Maroş Milli Parkı
Köröş-Maroş Milli Parkı (ing. Körös-Maros National Park, mac. Körös–Maros Nemzeti Park) — Macarıstanın 10 milli parkından biri. Cənubi Alfölddə Bekeş əyalətində yerləşir. == Coğrafiyası == 1997-ci ildə quşların mühafizəsi üçün yaradılmışdır. Payız mövsümündə Feyer gölünün ətrafında quşların köçünü müşahidə etmək olar. Göl on minlərlə durnaların və ördəklərin sığınacağıdır.
Boros
Adam Boroş (mac. Boros Ádám; 19 noyabr 1900[…], Budapeşt – 2 yanvar 1973, Budapeşt) — Macarıstan botaniki. == Elmi fəaliyyəti == Adam Boroş toxumlu bitkilər, mamırkimilər üzrə ixtisaslaşmışdır. === Təsnif etdiyi bəzi növlər === Funaria hungarica Boros Cyndrichia mongolica Boros Hieracium praebiharicum Boros Marsupella hungarica Boros et Vajda == Əsərləri == Boros Á. Közép-és Nyugatmagyarország Sphagnum-lápjai növényföldrajzi szempontból / / A Debreczeni Tisza István tudományos társaság honismertető bizottságának kiadványai .- 1925–1926 .- II kötet, 5 fűzet .- P. 3–26. (Proceedings of the committee for the home geographical researches of the count Stephen Tisza scientifical society of Debrecen) Boros Á. A bustyaházai Csere-erdő florája / / Scripta Bot. Musei Transsilvanici, Cluj .- 1944 .- Vol. 3 .- P. 15–20. == Şərəfinə adlandırılmış taksonlar == Rosa borosiana Degen Pinus borosianus Lyka Pulsatilla borosiana Wagner Melampyrum borosianum Soó Mentha borosiana Trautmann Sorbus borosianus Kárpáti Z. Placidum Adami Borosi Szatala. == İstinadlar == == Ədəbiyyat == Мигаль А. В., Шевера М. В. Борош Адам / Энциклопедия Современной Украины. — Киев: 2004 .- Т. 3 .- С. 369–370.
Morso
Morso — Laqunanın yerli adı olub Xəzər dənizinin Lənkəran ovalığı sahilboyunda qum tirələri ilə dənizdən ayrılmış qapalı dayaz su sahəsinə deyilir. Adətən Morsoya çay töküldüyündən suyu çox da şor olmur. Məsələn, Lənkəran şəhərindən şimalda yerləşən Gamışovan gölü Morsodur.
Toros
Toros – (rus. торос, ing. ice hummock) su höv­zələrinin / dəniz , çay, göl/ buz örtü­yündə, buz sahələrinin bir- birinə, eləcə də sahilə təzyiqi /sıxıl­ması/ və onların kənarlarının qırıl­ması nəti-cəsində əmələ gəlmiş və üst-üstə toplanmış buz parçaları.
Morus
Tut (lat. Morus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinə aid bitki cinsi.
Moos
Moos və ya Mustafa Əl-Əlemi (ərəb. مصطفى العلمي ‎;fr. Moustaphe Al-Alamy) (29 avqust 1974, Tuluza) — fransız müğənni və bəstəkardır. Moos Moustaphe olaraq 29 avqust 1974-cü ildə Fransanın Tuluza şəhərində mərakeşli mühacir ailəsində anadan olub. Moos 1999-cu ildə çıxardığı Le Crabe Est Érotique albomu və Délicate Chatte, Au Nom De La Rose mahnıları ilə həm AB ölkələrində, həm də Fransada böyük uğur qazandı. Moos-un hit mahnısı Au Nom De La Rose 13 aprel 1999-cu ildə Fransada buraxıldı.
Adam Boroş
Adam Boroş (mac. Boros Ádám; 19 noyabr 1900[…], Budapeşt – 2 yanvar 1973, Budapeşt) — Macarıstan botaniki. == Elmi fəaliyyəti == Adam Boroş toxumlu bitkilər, mamırkimilər üzrə ixtisaslaşmışdır. === Təsnif etdiyi bəzi növlər === Funaria hungarica Boros Cyndrichia mongolica Boros Hieracium praebiharicum Boros Marsupella hungarica Boros et Vajda == Əsərləri == Boros Á. Közép-és Nyugatmagyarország Sphagnum-lápjai növényföldrajzi szempontból / / A Debreczeni Tisza István tudományos társaság honismertető bizottságának kiadványai .- 1925–1926 .- II kötet, 5 fűzet .- P. 3–26. (Proceedings of the committee for the home geographical researches of the count Stephen Tisza scientifical society of Debrecen) Boros Á. A bustyaházai Csere-erdő florája / / Scripta Bot. Musei Transsilvanici, Cluj .- 1944 .- Vol. 3 .- P. 15–20. == Şərəfinə adlandırılmış taksonlar == Rosa borosiana Degen Pinus borosianus Lyka Pulsatilla borosiana Wagner Melampyrum borosianum Soó Mentha borosiana Trautmann Sorbus borosianus Kárpáti Z. Placidum Adami Borosi Szatala. == İstinadlar == == Ədəbiyyat == Мигаль А. В., Шевера М. В. Борош Адам / Энциклопедия Современной Украины. — Киев: 2004 .- Т. 3 .- С. 369–370.
Corc Soros
Corc Soros (12 avqust 1930[…], Budapeşt) — Amerikalı maliyyəçi, investor, iş adamı, siyasi fəal və filantropdur. "Açıq cəmiyyət" nəzəriyyəsinin tanınmış təmsilçisi, eyni adlı institutun qurucusu və bazar fundamentalizmi nəzəriyyəsinin düşmənidir. Fəaliyyəti bir sıra ölkələrdə birmənalı qarşılanmır. Maliyyə möhtəkiri kimi də ad çıxaran Corcun ləqəbi "İngiltərə bankını dağıdan şəxs"dir. Nüfuzlu "Forbes" jurnalının tərtib etdiyi dünyanın ən zəngin şəxsləri arasında onun adı 29-cu sırada göstərilib. C. Sorosun sərvəti 29 milyard $ məbləğində qiymətləndirilir. Tanınmış filantrop 1979-cu ildən indiyə qədər xeyriyyə işlərinə 6 milyard dollar xərcləyib. Hal-hazırda o, "Soros" İdarəetmə Fondunun sədri və Açıq Cəmiyyət İnstitutunun rəhbəridir. Həmçinin, o, ABŞ-nin Xarici Əlaqələr Komissiyasının Direktorlar Şurasının keçmiş üzvüdür. Digər tərəfdən, C. Soros Amerika İnkişaf Mərkəzinin üç qurucusundan biridir.
Ded Moroz
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Foros çimərlikləri
Foros çimərlikləri — Ukraynanın Krım yarımadası, Foros şəhər tipli qəsəbəsinin sahillərinini əhatə edən çimərliklər. Sahil və dənizin dibi əsasən çınqıl daşlarınddan təşkil olunmuşdur. Buna səbəb iki dəniz cərəyanının toqquşduğu ərazi olmasıdır. Bu cərəyanlar səbəbindən suyun temperaturu 1 gün ərzində dəyişə bilir. Sahil ərazisində dərinlik 3-6 metr arasında dəyişir. Forosda yerləşən çimərliklər: Yaşıl adlanan əsas çimərlik qəsəbənin mərkəzi sahil hissəsində; «Foros sanatoriyası» yaxınlığında «Narıncı çimərlik»; «Narıncı çimərlikdən» bir qədər aralıda «Soyuq çimərlik»; «Tixoya buxtasında» isə eyni adlı çimərlik; Çexov bunrnu yaxınlığında vəhşi çimərlik; Terleski pansionatının çimərlikləri Foros çinərliyi; «Derevyaşka» və ya nudist çimərliyi; bir neçə özəl çimərliklər. == Mənbə == Крым экскурсионный. Путеводитель. 50 популярных маршрутов. Харьков.
Jeno Boroş
Jeno Boroş (14 noyabr 1950 – 3 may 2023) — Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2010-cu ilə qədər)O, 1970–1975-ci illərdə Korvinus Universitetini bitirib. 1976–1981-ci illərdə Praqadakı (Çexoslovakiya) səfirliyin mətbuat attaşesi, sonra 1984-cü ilə qədər Xarici İşlər Nazirliyində Çexoslovakiya müxbiri olub. 1984–1988-ci illər arasında o, ilk olaraq Bratislavadakı Baş Konsulluqda, 1990–1993-cü illərdə isə orada baş konsul olub. 1993-cü il yanvarın 1-də müstəqillik qazanan Slovakiyadakı ilk Macarıstanın səfiri olub. O, uzun müddət, təxminən səkkiz il Slovakiya missiyasına rəhbərlik edib və onun əməyinə görə bir sıra mükafatlar alıb. 2002-ci ilə qədər Xarici İşlər Nazirliyində şöbə müdiri, 2002–2005-ci illərdə Xarici İşlər Nazirliyinin dövlət katibinin müavini. 30 noyabr 2005-ci ildən 2008-ci ilə qədər Berndəki xarici nümayəndəliyə rəhbərlik edib. 2008-ci ildə o, birbaşa Azərbaycana göndərildi: dekabrın 19-da o, etimadnaməsini Bakıda təqdim etdi. Burada Macarıstan və Azərbaycan arasında əlaqələrin açılışı olduğu üçün Macarıstan çox keçməmiş səfirlik yaratmışdı. 31 iyul 2010-cu ildə geri çağırılıb.
Moris Allays
Moris Allays (fr. Maurice Allais) (d. 31 may 1911, Paris, Fransa – ö. 9 oktyabr 2010, St.Kloud, Fransa) — fransız iqtisadçı. İqtisadiyyat və fizika sahəsindəki işləri ilə tanınır. 1988-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. == Həyatı == Moris Allays Parisdə anadan olub. Moris Allays Yüksək Təhsil Məktəbində (fr. École nationale supérieure des mines) müəllimlik etmişdir. == Elmi işləri == Moris Allays iqtisadiyyat elminin qərar nəzəriyyəsi və monetarizm sahələrindəki işləri ilə tanınır.
Moris Beli
Moris Beli (fr. Maurice Beeli; 21 oktyabr 1879 – 17 mart 1957) — Belçika botaniki. == Elmi fəaliyyəti == Moris Beli mikologiya üzrə ixtisaslaşmışdır. == Əsərləri == == Şərəfinə adlandırılmış taksonlar == Agaricus beelii Heinem., 1956 Favolus beelii Hendr., 1948 [syn. Polyporus melanopus (Pers.) Fr., 1821] Leucocoprinus beelianus Heinem., 1977 Marasmius beelianus Şablon:Singer, 1964 Sorosporium beelii Zundel, 1938 Tylopilus beelii Heinem. & Gooss.-Font., 1951 == İstinadlar == == Ədəbiyyat == Fraiture, A. Quelques grandes figures de la mycologie belge (неопр.) // Revue du Cercle de Mycologie de Bruxelles. — 2006. — Т. 6. — С. 17—40.
Moris Bukay
Moris Bukay (fr. Maurice Bucaille, Fransızca tələffüz: [moris bykaj]; 19 iyul 1920, Pon-Levek, Fransa — 17 fevral 1998) — fransız həkimi, Fransa misirşünaslıq cəmiyyətinin üzvü və yazıçı. == Həyatı == Moris Bukay 19 iyul 1920-ci ildə Fransanın Pon-Levek şəhərində Moris və Mariya Bukayın ailəsində dünyaya gəlmişdir. 1945-1982-ci illərdə qastroenteroloq işləmiş, 1973-cü ildən Səudiyyə Ərəbistanı kralı Feysəlin ailəsinin və Misir prezidenti Ənvər Sadatın ailə üzvlərinin həkimi olmuşdur. == İncil, Quran və elm == 1976-cı ildə müsəlman dünyasında geniş populyarlığa malik "İncil, Quran və elm" kitabını nəşr etdirdi. Bu kitabda Bukay iddia edirdi ki, Quranda bir çox elmi kəşflər barədə yazılıb. Kitab dərhal məşhurlaşdı, milyonlarla nüsxəsi satıldı və dünyanın bir çox dillərinə tərcümə edildi. Bukay iddia edirdi ki, İncildən fərqli olaraq, Quran elmi faktlarla həmahəngdir və İslamda din və elm daim "iki bacı" kimi olub. Bu kitaba görə, İncildə dərin elmi səhvlər olsa da, Quranda bir dənə də olsun bu cür səhv yoxdur. Bukayın fikrincə, Quranda təbiət hadisələrinin təsviri müasir elmi təsəvvürlərə tam uyğun gəlir.
Moris Byukay
Moris Bukay (fr. Maurice Bucaille, Fransızca tələffüz: [moris bykaj]; 19 iyul 1920, Pon-Levek, Fransa — 17 fevral 1998) — fransız həkimi, Fransa misirşünaslıq cəmiyyətinin üzvü və yazıçı. == Həyatı == Moris Bukay 19 iyul 1920-ci ildə Fransanın Pon-Levek şəhərində Moris və Mariya Bukayın ailəsində dünyaya gəlmişdir. 1945-1982-ci illərdə qastroenteroloq işləmiş, 1973-cü ildən Səudiyyə Ərəbistanı kralı Feysəlin ailəsinin və Misir prezidenti Ənvər Sadatın ailə üzvlərinin həkimi olmuşdur. == İncil, Quran və elm == 1976-cı ildə müsəlman dünyasında geniş populyarlığa malik "İncil, Quran və elm" kitabını nəşr etdirdi. Bu kitabda Bukay iddia edirdi ki, Quranda bir çox elmi kəşflər barədə yazılıb. Kitab dərhal məşhurlaşdı, milyonlarla nüsxəsi satıldı və dünyanın bir çox dillərinə tərcümə edildi. Bukay iddia edirdi ki, İncildən fərqli olaraq, Quran elmi faktlarla həmahəngdir və İslamda din və elm daim "iki bacı" kimi olub. Bu kitaba görə, İncildə dərin elmi səhvlər olsa da, Quranda bir dənə də olsun bu cür səhv yoxdur. Bukayın fikrincə, Quranda təbiət hadisələrinin təsviri müasir elmi təsəvvürlərə tam uyğun gəlir.
Moris Drüon
Moris Drüon de Reynyak (fr. Maurice Druon de Reyniac; 23 aprel 1918[…], Paris – 14 aprel 2009[…], Paris) — Fransız yazıçı, Fransa Müqavimət Hərəkatının iştirakçısı, Fransanın mədəniyyət naziri (1973-1974). == Həyatı == Moris Drüonun atası, mənşəcə litvalı yəhudi olan Lazar Kessel 1899-cu ildə Rusiyanın Orenburq şəhərində doğulmuş və 1908-ci ildə ailəsi ilə birlikdə Fransaya mühacirət etmişdir. Lazar Kessel 21 yaşında intihar edəndən sonra, Morisin anası notarius Rene Drüona ərə getmişdir. Drüonun uşaqlığı Normandiyada keçmişdir. 1937-1939-cu illərdə Parisdə ədəbiyyat fakültəsində və Siyasi Elmlər Məktəbində təhsil almışdır. İkinci dünya müharibəsi illərində Fransa Müqavimət Hərəkatında iştirak etmiş, hərbi müxbir işləmişdir. 1973-1974-cü illərdə Fransanın mədəniyyət naziri vəzifəsində çalışmışdır. 1966-cı ildə Fransa Akademiyasının üzvü (yazıçı Jorj Duamelin olümündən sonra boşalmış yerə) seçilmişdir. 1985–1999-cu illərdə Fransa Akademiyasının daimi katibi vəzifəsini icra etmişdir.
Moris Fabbri
Moris Albertoviç Fabbri (it. Moris Fabbri; ən geci 1885 – ən tezi 1934, Bakı) — italyan-azərbaycan əsilli Rusiya və Sovet rəssamı, kitab illüstratoru, qrafik, muzey işçisi. İlkin rus avanqardının iştirakçısı və Mixail Larionov qrupunun üzvü olub. Osmanlı İmperiyası tərəfindən I Dünya Müharibəsi iştirakçısı idi. Moris Fabbri təxmini 1885-ci ildə italyan kişi və azərbaycanlı qadının nikahından dünyaya gəlmişdir. Fabbri çox da cəlbedici olmayan bir sifətə malik idi: arıq, uzun, qıvrım, qarasaçlı. O, rus dilində ləhcə ilə danışar və qrammatik səhvlərlə yazardı ("rus dilini bilmədən aydın fikir söyləmək mənə çox çətindir" – deyərdi). Vərəm xəstəsi idi. 1910-cu ilin əvvəllərində Fabbri Moskvada Memarlıq və Rəssamlıq məktəbinə daxil olur. O, bu məktəbdə oxuyarkən həm ödənişlə bağlı, həm də dolanışacaqla bağlı maddi sıxıntılar yaşadı.
Moris Geri
Moris Geri (fr. Maurice Gehri) — 1921-ci ildə Yalova Qırğını zamanı Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi olmuş isveçrəli. Antanta dövlətləri tərəfindən yaradılmış komissiya ilə birlikdə o, hadisələrin humanitar araşdırmasında iştirak etmiş və bu barədə bir hesabat yazmışdır.
Moris Jarr
Moris Jarr (Maurice Jarre; 13 sentyabr 1924[…] – 28 mart 2009[…], Malibu[d], Kaliforniya) — bəstəkar. == Həyatı == 13 sentyabr 1924-cü ildə Fransanın Lion şəhərində dünyaya göz açmışdır. O, 1952-ci ildə ilk bəstəsini etmişdir. 1960-cı ilin ortalarında ABŞ-də məskunlaşmışdır. Moris Jarr "Allahın elçisi Məhəmməd" (The Message) filminin musiqisini də bəstələmişdir. 3 övlad atası olan Moris Jarr sonuncu dəfə Berlin festifalında musiqidəki nəaliyyətlərinə görə, "Qızıl ayı" mükafatına layiq görülmüşdür. Moris Jarr filmlər üçün bəstələdiyi musiqilərinə görə 3 dəfə Oskar mükafatı almışdır. Xərçəng xəstəliyindən əziyyət çəkən bəstəkar 29 mart 2009-cu ildə səhər dünyasını dəyişmişdir.
Moris Meterlink
Moris Polidor Mari Bernar Meterlink — (fr. Maurice (Mooris) Polydore Marie Bernard Maeterlinck; 29 avqust 1862[…], Gent – 6 may 1949[…], Nitsa) — fransız dilində yazan Belçika şairi, dramaturqu və filosofu, məşhur "Mavi quş" fəlsəfi pyes-pritçanın müəllifi, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1911). == Həyatı == Belçika dramaturqu və esseisti Moris Polidor Mari Bernar Meterlink imkanlı flamand ailəsinin övladı idi. İlk təhsilini yezuit kollecində almışdı. Kiçik yaşlarında hər şeydən çox poeziya ilə maraqlanırdı. Ailədə əsasən fransızca danışıldığından Meterlink də yazmağa başlayarkən bu dilə üstünlük vermişdi. Valideynləri onun ailə ənənəsini davam etdirərək hüquqşünas olmasını istəyirdilər. Meterlink ata-anasının iradəsinə qarşı çıxmamışdı. Gent universitetinin hüquq fakültəsini biritmişdi. Lakin 1885-ci ildə təcrübə keçmək üçün getdiyi Parisdə bütün vaxtını və gücünü ədəbi məşğələlərə sərf etmişdi.
Morus alba
Ağ tut (lat. Morus alba) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin tut cinsinə aid bitki növü. Azərbaycanda tut ağacının bir çox növləri yayılıb, eyni zamanda qiymətli bitki kimi respublikanın əksər rayonlarında çox qədimdən becərilir. Abşeronda qara və ağ tut daha geniş becərilir. Dərman məqsədilə tut ağacının yarpaqlarından, meyvələrindən və bəzi qabıqlarından və budaqlarından istifadə olunur. Ağ tut yarpaqlarında 0,75 % üzvi turşular, 50–60 mq % askorbin turşusu, 1,5 %–2 % şəkərli maddələr, 2–3 % aşı maddələri vardır. Meyvələrində 23–24 % şəkər, 2,5 % üzvi turşular, 70–80 mq % askorbin turşusu, pektin maddələri və s. müəyyən edilmişdir. Ağ tut ağacının hündürlüyü 20 m-ə çatır. Qara xartutun ağacı isə bir qədər xırda olur.
Morus bassanus
Şimal oluşası (lat. Morus bassanus) — morus cinsinə aid quş növü.
Morus nigra
Qara tut (lat. Morus nigra) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin tut cinsinə aid bitki növü. Qara tuta Xartut da deyilir. Tutun Azərbaycanda və Orta Asiyada keyfiyyətli və iri meyvəsi olan növ müxtəliflikləri vardır. Xartutun meyvəsi tünd qara, qırmızı və ya tünd bənövşəyi rəngdə, turşa-şirin dadlı və ətirlidir. Xartutun tərkibində 9% şəkər, 2,86% üzvi turşu, 2,03% zülal, 0,36% zülalsız azotlu maddələr, 0,55% pektin maddəsi vardır. Xartutdan mürəbbə, şirə və jele hazırlanır == Təbii yayılması == Təbii hаldа İrаn, Qаzахıstаn, Rоstоv-Dоn, Əfqаnıstаn və Оrtа Аsiyа ölkələrində çох gеniş yаyılmışdır. == Botaniki təsviri == Hündürlüyü 10-15 m-ə çаtаn, çətiri nisbətən sаllаq budаqlаrа mаlik аğаcdır. Cаvаn budаqlаrı qısа, yоğun, sərt, nаrın tükcüklərlə örtülmüşdür. Yаrpаğı yumurtаşəkilli, tаm kənаrlı və yа 2-3 dilimli, uzunluğu 7-9 sm, еni 3-4 sm-ə çаtır.
Morus rubra
Qırmızı tut (lat. Morus rubra) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin tut cinsinə aid bitki növü. == Təbii yayılması == Bu növ əsasən Şimali Amerika, Orta Asiya, Avropa, Zaqafqaziya, Belarusiyada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 15-20 m olan ağacdır. Qabığı qəhvəyi-boz, cavan budaqları isə sarımtıl-boz rəngdə olur. Çətiri nisbətən aşağı sallanmış yarımşarşəkillidir. Yarpaqları yumurtavarı, bəzən isə yumru, üstdən parlaq, altdan isə xırda tüklərlə örtülür. Yarpağın kənarı iti dişli, uc hissəsi iti oxşəkilli, bəzən tam, bəzən isə 3-7 dilimlidir. Yarpaq ayası 5-7 sm, saplağı isə 0,5-1,5 sm uzunluqda olur. Yarpaqlar cod və kobuddur.