MORD
MORI
OBASTAN VİKİ
Mordov dilləri
Mordva dilləri — Ural dil ailəsinin fin-uqor dillərinin fin-volqa dilləri qrupuna aiddir. Mordov dilləri qrupuna iki dil daxildir — mokşan dili və erzyan dili. Mordov dilləri Rusiya ərazisində Mordoviyada, Çuvaşistanda, Tatarıstanda, Başqırdıstanda, həmçinin Nijeqorod, Orenburq, Penza, Ryazan, Samara, Saratov, Tambov və Ulyanov vilyaətlərində yayılıb. Mokşan və erzyan dilləri rus dili ilə yanaşı Mordoviya Respublikasının rəsmi dilləridir. Knyaz Kurbskinin bildirdiyuinə görə meşeralılar da mordov dillərinə aid imiş. == Danışanların sayı == Mordov dillərində danışan erzya, mokşa, şokşa, teryuxan və karatai xalqları ümumi mordva xalqı adı altında birləşirlər. Ona görə ümumi saylarını müəyyənləşdirmək çətin olur. Rusiyada 201-ci il əhalini siyaıya alınmasına görə 392 941 nəfər mordva dilini, 36 726 nəfər erzya-mordov dilini, 2025 nəfər mokşa-mordov dilini bildiklərini bildiriblər; 744 237 nəfər özləri mordva, 4767 nəfər mokşa, 57 008 nəfər erzya xalqına aid olduqlarını göstəriblər. == Həmçinin bax == Kiril qrafikalı əlifbalı dillər siyahısı == Ədəbiyyat == Орнатов П. Мордовская грамматика, составленная на наречии мордвы-мокши. — М., 1838; Шахматов А. А. Мордовский этнографический сборник.
Daniil Mordovtsev
Daniil Lukiç Mordovtsev (rus. Дании́л Луки́ч Мордо́вцев, 19.12.1830-23.6.1905)—Rusiya yazıçısı, tarixçisi. == Həyatı == == Yaradıcılığı == Daniil Mordovtsev materializm və sosializmin əleyhinə idi.
Mordovia Dövlət Məclisinin Sədrləri siyahısı
Mordovia Dövlət Məclisinin Sədrləri siyahısı.
Mordoviya
Mordoviya Respublikası (rus. Республика Мордовия, mokş. Мордовия Республиксь, erz. Мордовия Республикась) — Rusiya Federasiyası subyektlərindən biri. == Coğrafiya == Mordoviyanın torpaqlarının böyük bir qismi dağlıq ərazidir. Buna görə dağlarda qış turizimi fəaliyyətləri aparılır. Bu bölgədəki dağlar çox yüksək və dik yamaclara malikdir. Oka, Don və Volqa (İdil) çaylarının keçdiyi və özündə də Alatır, Sura kimi irili xırdalı çayların olduğu Mordoviyanın cənub-qərbində geniş düzənlikləri var. Bu düzənliklərdə Saransk, Kovylkino, Ruzajevka kimi şəhərlər qurulub.
Mordoviya Dövlət Universiteti
N.P.Oqaryov adına Mordoviya Dövlət Universiteti — Mordoviyanın ən iri ali təhsil, elm və mədəniyyət mərkəzi, Volqayanı bölgənin aparıcı universitetlərindən biri. Təhsil 11 fakültədə və 7 institutda 89 ixtisas üzrə aparılır. 33 bakalavr, 12 magistr proqramı həyata keçirilir. == Tanınmış alimləri == Davud Qədiməliyev - biologiya elmləri doktoru, professor.
Mordoviya Respublikası
Mordoviya Respublikası (rus. Республика Мордовия, mokş. Мордовия Республиксь, erz. Мордовия Республикась) — Rusiya Federasiyası subyektlərindən biri. == Coğrafiya == Mordoviyanın torpaqlarının böyük bir qismi dağlıq ərazidir. Buna görə dağlarda qış turizimi fəaliyyətləri aparılır. Bu bölgədəki dağlar çox yüksək və dik yamaclara malikdir. Oka, Don və Volqa (İdil) çaylarının keçdiyi və özündə də Alatır, Sura kimi irili xırdalı çayların olduğu Mordoviyanın cənub-qərbində geniş düzənlikləri var. Bu düzənliklərdə Saransk, Kovylkino, Ruzajevka kimi şəhərlər qurulub.
Mordoviya musiqisi
Mordoviya musiqisi — Rusiya tərkibindəki Mordoviyanın mokşa və erzyan xalqlarının instrumental yaradıcılığı. == Tarixi == Əkinçilik mahnıları (vesnyanka, kolyadka) mordva xalq yaradıcılığının qədim janrlarındandır. Xalq mahnılarına çoxsəslilik xasdır. Əsas məqamı pentanonikadır. Musiqi alətləri: tütək (nudi), skripka (karze), pila, qarmon, balalayka, gitara, bayan aiddir. Mordoviya professional musiqisi 1930-cu illərdən inkişa etməyə başlamışdır. Bəstəkarlardan L. Kiryukov, L. Voinov, Q. Bdovin və Q. Surayev-Korolyovun milli musiqinin inkişafına böyük xidmətləri var. Mordoviyada müğənnilərdən İ. Yaxşev, R. Bespalova, M. Antonova, V. Kiuşkin və başqaları tanınmışlar. Mordoviyada opera və balet teatrı, filarmoniya, "Umarina" mahnı və rəqs ansamblı, musiqi məktəbləri və s. fəaliyyət göstərir.
Mordoviya ədəbiyyatı
Mordoviya ədəbiyyatı — mordva xalqının mokşa və erzyan dillərində ədəbiyyatı. == Tarixi == Mordva ədəbiyyatının ilk yazılı nümunələri Rusiyada Oktyabr inqilabından sonra yaranmışdır. Bunlara Zaxar Dorofeyev, A. Doroqoyçenko, F. İ. Zavalişin və Y. P. Qriqoşinin yaradıcılığı aiddir. İnqilabdan sonra milli yazının yaradılması ilə ədəbiyyat əsl inkişaf yoluna çıxmışdır. 1930-cu illərdə Mixail Bezborodov, A. M. Lukyanov, A. D. Kutorkin, T. A. Raptanov və başqalarının peoma, povest, dram və romanları dərc olunmuşdur. İkinci Dünya müharibəsi illərində mordva yazıçıları vətənpərvər ruhlu şeir, hekayə və oçerklər yazmışlar. Müharibədən sonrakı illərdə Kuzma Abramov, A. D. Kutorkin, İ .D. Pinyayev, N. L. Erkay, S. S. Larionov, Y. M. Pinyasov, A. M. Moro və başqalarının şeir kitabları, roman və povestləri nəşr olunmuşdur. Mordva şair və yazıçılarının bəzi əsərləri Azərbaycan dilinə tərcümə edilmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Б. Е. Кирюшкин. Мордовская литература // Литературный энциклопедический словарь.
Mordoviyanın inzibati bölgüsü
== İnzibati-ərazi bölgüsü == Mordoviya Respublikasının Konsitutsiyası və "Mordoviya Respublikası İnzibati-Ərazi quruluşu məsələlərin həlli proseduru haqqında" qanuna əsasən Rusiya Federasiyasının subyekti aşağıdakı inzibati-ərazi vahidlərə bölünür: 3 respublika əhəmiyyətli şəhər (Saransk, Ruzayevka, Kovılkino). 22 rayon daxildir 342 kənd sovetliyi, 4 rayon əhəmiyyətli şəhər: (Ardatov, İnsar, Krasnoslobodsk, Temnikov), 13 işçi qəsəbə.Mordoviyanın inzibati mərkəzi Saransk şəhəridir. == Bələdiyyə quruluşu == Mordoviya Respublikası bələdiyyə strukturunun tərkibinə inzibati-ərazi vahidləri sərhədləri daxilində 1 yanvar 2018-ci ilədək 377 bələdiyyə daxildir, o cümlədən: 1 şəhər dairəsi, 22 rayonlar, hansıki daxildir: 16 şəhər tipli yaşayış məntəqəsi, 338 kənd tipli yaşayış məntəqəsi. == Tarixi == Mordoviyanın ayrı bir inzibati vahid olaraq 1928-ci ildə, orta Volqa vilayəti Mordoviya dairəsi kimi təşkil edilir. İlk əvvəllər dairə 23 rayona bölünürdü: Ardatovski, Atyaşev, Açadov, Bednodemyanov, Duben, Elnikov, Zubovo-Polyan, İnsar, Kovılkin, Kolzov, Koçkurov, Krasnolobod, Narovçat, Romodanov, Ruzayev, Rıbkin, Saransk, Staroşayqov Talızin, Temnikov, Tenquçev, Torbeev və Çamzin. 1930-cu ildə Mordoviya dairəi Mordoviya Muxtar Vilayətinə çevrilir. Bununla belə Bednodemyanov və Narovçat rayonları Penzen dairəsinə verilir. Arzamas dairəsindən isə İçalkov rayonu Mordoviya MV birləşdirilir. Üstəlik Talızin rayonun adı İqnatov olaraq dəyişdirilir. 1933-cü ildə tatarların kompakt yaşadığı ərazidə Lyambirski milli rayonu təşkil edilir.
Mordovya Arena
Mordovya Arena – Rusiyanın şəhəri Saranskda yerləşən, 2018 FİFA Dünya Kuboku üçün tikilən stadiondur. Mordovya Saransk klubu da öz ev oyunlarını burada keçirir. Stadion Mordovyanın əvvəllər ev oyunlarını oynadığı Start Arenanı da əvəzləmişdir. Tamaşaçı tutumu 43958 nəfərdir. Təsislərin ümumi sahəsi 122700 m²-dir. Arena şəhərin mərkəzi hissəsində yerləşir və əsas infrastrukturuna yaxın məsafədədir. Stadionun dizaynı Mordva xalqının qədim mifologiyasındakı əsas obrazı olan günəşin təsvirinə əsaslanır. Mundialdan sonra stadionun Saransk və Mordoviyanın ən böyük idman və asudə mərkəzi olacağı gözlənilir. == Tarixi == Saranskda yeni bir stadionun tikilmə qərarı Rusiyanın mundiala ev sahibliyi edəcəyinin təsdiqlənməmişdən əvvəl alınmışdı. Stadion 2010 ilə 2012-ci illər arasında inşa edilməliydi və iki önəmli tədbirə ev sahibliyi etməliydi: Spartakiada və Mordoviya xalqı ilə rus dövləti xalqları arasındakı minillik yubiley.
N.P.Oqaryov adına Mordoviya Dövlət Universiteti
N.P.Oqaryov adına Mordoviya Dövlət Universiteti — Mordoviyanın ən iri ali təhsil, elm və mədəniyyət mərkəzi, Volqayanı bölgənin aparıcı universitetlərindən biri. Təhsil 11 fakültədə və 7 institutda 89 ixtisas üzrə aparılır. 33 bakalavr, 12 magistr proqramı həyata keçirilir. == Tanınmış alimləri == Davud Qədiməliyev - biologiya elmləri doktoru, professor.
Urusovo (Mordoviya)
Urusovo (erz. Орозбие) — Rusiya Federasiyası, Mordoviya Respublikası, Ardatov rayonu ərazisində yerləşən kənd. == Coğrafiya == Kənd Muravlekke çayı sahilində, rayon mərkəzindən 26 km aralıda yerləşir. Ardatov dəmiryolu stansiyası ilə arasında məsafə isə 36 km-dir. == Adı == Ad bir antroponimdir. Xristianlığı qəbul edənə qədər mordoviyalılar arasında geniş yayılmış "Urus" ( Oroz ) adı ilə əlaqədardır. == Tarixi == 1624-ci ildə Alatır qəzası ərazisində, Novorleyski təpəsində, İvanovo kəndi olaraq qeyd edilir. 1671-ci ildə isə Urusovo kimi qeyd edilmişdir. 1863-cü ilə aid Simbirsk vilayətinin yaşayış məntəqələrinin siyahısında Urusovoda 154 həyət qeydə alınır. Bu dövrdə kənddə 1.357 nəfər yaşayırdı.
Çinyanovo (Mordoviya)
Çinyanovo (erz. Кендя) — Rusiya Federasiyası, Mordoviya Respublikası, Dubyonski rayonu ərazisində yerləşən kənd. Çinyanovo inzibati vahidliyinin mərkəzidir. == Coğrafiya == Kənd Kanskyakley çayı sahilində, rayon mərkəzindən 10 km aralıda yerləşir. Atyaşevo dəmiryolu stansiyası ilə arasında məsafə isə 27 km-dir. Şimal və şərq hissədən meşə ilə əhatə olunmuşdur. Cənubunda Krasnaya Luqa, qərbində isə Povodimovo kəndləri yerləşir. Povodimovo kəndinə Lenin küçəsi ilə birləşir. == Adı == Ad bir antroponimdir. Xristianlığı qəbul edənə qədər mordoviyalılar arasında geniş yayılmış "Çindyan" (Çindyans ) adı ilə əlaqədardır.

Digər lüğətlərdə

выла́мывание несоизмери́мо павли́ниться поня́тливость распотроши́ть сутя́жник ва́куумный клочкова́тый парафини́ровать подвя́зываться тяга́ть химиотерапе́вт air-curtain anthologize backbeat Daisy feather-bedded holocaustal post meridiem speech therapy weeping компоновка обвислый сенокос ясность