MOR
MORARMAK
OBASTAN VİKİ
Auqusto Morales
Auqusto Morales (14 iyun 1967) — Çilini təmsil edən stolüstü tennisçi. == Karyerası == Auqusto Morales Çilini 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 25-ci pillənin sahibi olub. Daha sonra Auqusto Morales Çilini 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 25-ci pillənin sahibi olub. Auqusto Morales Çilini 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
Cimmi Morales
Cimmi Ernesto Morales Kabrera (isp. Jimmy Ernesto Morales Cabrera; 18 mart 1969, Qvatemala) — 2016-ci ildən Qvatemala prezidenti. Qvatemala aktyoru, prodüseri və siyasi xadimi.
Evo Morales
Xuan Evo Morales Ayma (ing. Juan Evo Morales Ayma; 26 oktyabr 1959, Oruro[d]) — Boliviyalı siyasətçi və 2006–2019-cu illərdə Boliviyanın 80-cı Prezidenti olmuş kokalero fəalı. Ölkənin yerli əhalidən gəlmiş ilk prezidenti olaraq qəbul edilir. Onun hökumət kabinetinin üstündə durduğu əsas məsələlərə sol siyasətin tətbiq olunması, yoxsulluğun azaldılması və ABŞ və Boliviyadakı çoxmillətli korporasiyaların təsiri ilə mübarizə daxildir. Sosialist olan Morales Sosializm Hərəkatı (MAS) partiyasının rəhbəridir. İsallavinin Orinoka kantonundakı fermer aymara ailəsində dünyaya göz açan Moral məcburi hərbi xidmətdən əvvəl 1978-ci ildə Çapare əyalətinə köçərək orta təhsilini almışdır. O koka əkinçiliyi ilə məşğul olduğu bir müddətdə həmkarlar ittifaqnın üzvü olmuş, kampesino ("kənd işçiləri") birliyində yüksəlməyə başlamışdı. Bu adla o, ABŞ-nin Boliviyadakı narkotiklə mübari Bir hissəsi olaraq koka məhv etmək cəhdlərinə qarşı mübarizə apardı, bunları yerli And mədəniyyətinə qarşı imperialist bir təcavüz kimi qınadı. Onun hökumət əleyhinə birbaşa fəaliyyətində baş tutan etiraz aksiyaları çoxsaylı həbslərlə nəticələndi. Morales 1995-ci ildə seçki siyasətinə girdi, MAS-ın lideri oldu və 1997-ci ildə Konqresə seçildi.
Moralite
Moralite (fr. Moralité) — Qərbi Avropada XV-XVI əsrlərdə yaranmış nəsihətamiz teatr janrı. Moralitenin əsas iştirakçıları insanın qəlbinə hakim olmaq uğrunda bir-biri ilə mübarizə aparan, xeyir və şəri təcəssüm etdirən alleqorik personajlardır. Misteriyadan fərqli olaraq, moralitedə xristian əxlaqının təbliğində dini süjetlərdən istifadə edilmirdi. Moralitedə antifeodal tənqidi elementlər, bəzən ictimai satira olurdu.
Moralizm
Moralizm - 19-cu əsrdə yaranan və cəmiyyəti bir sıra əxlaqi prinsiplər, adətən ənənəvi davranışlar, həmçinin, "ədalət, azadlıq və bərabərlik" şüarı ilə ruhlandırmağa çalışan fəlsəfi cərəyan. Ailə birliyi və cinsi əxlaq kimi şəxsi məsələlər də daxil olmaqla, temperans hərəkatı kimi ictimai məsələlərlə əlaqəli olaraq Şimali Amerika və ingilis mədəniyyətinə təsir etdi. == Tarixi == Moralizmin köklərini araşdıran sosioloq Malkolm Votersə görə "moralizm orta-sinif protestantlar ilə protestant qruplar arasındakı bərabərləkçi, antiillektual evangelist qruplar arasındakı mübahisədən yaranmışdır".19-cu əsrdə abolisionizm və temperans moralizmin "əkiz sütunları"-na çevrilmişdir. Bu "əkiz sütunlar" ABŞ-dəki həm protestant, həm də katolik kilsəsində məşhurlaşmışdı. Kvakerlər kimi bəzi xristian məzhəblər tərəfindən önə çəkilən moralizm abolisionizmə dəstək kimi təzahür etdi.Moralizm qadınlara seçki hüququnun verilməsi, antiabort hərəkatlarının fəlsəfi əsasına çevrilmişdi.

Digər lüğətlərdə

гегелья́нствовать задуши́ться ля́пнуться му́скул пересла́ивать придуркова́тость слив ги́льдия демонетиза́ция за́данный обя́зываться стро́нций темля́чный aut vincere aut mori forecourt gun-director immixture machree marshal sexual politics вечор латифундия плясать табурет шаблонность