MİNNET
MİRASYEDİ
OBASTAN VİKİ
Miras
Vərəsəlik (və ya "irs") — kiminsə ölümündən sonra onun qalan mülkiyyətinə malik olma prosesi. Vərəsəliklə alınan mülkiyyət "irsi mülkiyyət" adlanır. Vəfat edənin mülkiyyəti ya onun vəsiyyətnaməsi və ya məhkəmə qərarı ilə birdəfəlik yolla və tam şəkildə keçir. İrslə həmiçinin aristokrat titulu və mənəvi mədəniyyət də keçir. Xalqların və cəmiyyətlərin əvvəlki nəsillərin mədəniyyətinə irsən malik olmaları da qəbul edilib. Monarxiyalı dövlətlərdə dövlət hakimiyyətinin də nəsil irsi ilə keçməsi hüququ mövcuddur. a b C.E. Bosworth et al, ed (1993). "Mīrāth". Encylopaedia of Islam. 7 (second ed.).
Miras (dəqiqləşdirmə)
Miras — kiminsə ölümündən sonra onun qalan mülkiyyətinə malik olma prosesi. "Miras: Bakının sirri" — Çingiz Mehbalıyev tərəfindən yazılmış Azərbaycanda ilk milli intellektual detektiv janrında roman. Miras (film, 1993) — Bakı Toxuculuq Birliyinin keçmişindən və bugünkü işlərindən bəhs edən kinolent. Təbii miras, keçmişdən ötürülmüş fauna və flora, geologiya, landşaft və relyef formaları, eləcə də təbii sərvətlər; Mədəni miras, insanlar tərəfindən yaradılmış fiziki baxımdan toxunula bilən (heykəl, qurğu və s.) və toxunula bilməyən (əsasən intellektual mülkiyyət); Ərzaq mirası; Sənaye mirası, sənaye mədəniyyətindən qalan abidələr; Ənənələr, əcdadlardan qalma adət-ənənə, inanc və qaydalar; Virtual miras, informasiya-kommunikasiya texnologiyaları əsaslı işlər; Vəsiyyət, insanların öləndən sonra digərlərinə ötürdükləri maddi və mənəvi mülkiyyət; İrsiyyət, bioloji olaraq insanların fiziki xüsusiyyətlərinin ötürülməsi; Doğum haqqı, insanın doğulduğu xüsusiyyətlərə (yer, vaxt, ailə və s.) məxsus olduğu təbii hüquqlar; Qohumluq, müxtəlif canlıların (insan, heyvan, bitki və s.) genoloji kökləri arasında mövcud əlaqə qəsasında malik olduqları ümumilik.
Miras heykəli
Miras heykəli (türk. Miras Heykeli) — Türkiyənin paytaxtı olan Ankara şəhərində yerləşən heykəl. Türk heykəltaraş Metin Yurdanurun əsəridir. Türkiyənin paytaxtı Ankarada ilk mülki heykəl olması ilə tanınır. Heykəldə Molla Nəsrəddin het ximerası üzərində, arxaya oturmuş təsvir edilmişdir. 1979-cu ildə Ankara Böyükşəhər Bələdiyyəsi “şəhərin plastik elementlərlə təchiz edilməsi layihəsi”nin hazırlanması təşəbbüsü ilə çıxış edərək Ankaranın müxtəlif ərazilərini bəzəmək üçün bir sıra heykəltaraşlıq işlərini sifariş verib. Mətin Yurdanur başda olmaqla bir neçə heykəltaraşın hazırladığı bu əsərlər elə həmin il bələdiyyə orqanlarına təqdim olunub. Belə ki, bu layihə çərçivəsində Yurdanurun “Mirası” Ankara Dəmiryolu Vağzalının bağçasında, “Ellər” Abdi İpəkçi parkında, “Həmrəylik” isə Meydanda yerləşdirilib. Miras heykəli Anadolu ilə əlaqəli iki fərqli, lakin əhəmiyyətli mədəniyyət rəmzlərini birləşdirir. Beləliklə, müxtəlif dövrlərdə eyni torpaqda mövcud olmuş Anadolu sivilizasiyalarının birliyini və davamlılığını simvolizə etmək nəzərdə tutulur.
Miras: Bakının sirri
Miras (film, 1993)
Kinolent Bakı Toxuculuq Birliyinin keçmişindən və bugünkü işlərindən danışır. Film böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin adını daşıyan Bakı Toxuculuq Birliyinin sifarişi ilə çəkilmişdir. Rejissor: Nemət Rzayev Ssenari müəllifi: Nəriman Əbdülrəhmanlı Operator: Nemət Rzayev Səs operatoru: Şamil Kərimov Bakı Toxuculuq Birliyi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 356.
Miras (teleserial, 2018)
Miras (ing. Legacies) — Amerika fantastik dram televiziya serialıdır. Culi Plek tərəfindən İlk doğulmuşlar-ın spinoffu olaraq yaradılmış 25 oktyabr 2018-ci ildə The CW -də premyerası baş tutmuşdur. Vampirin gündəlikləri kainatının bir hissəsi olduğu üçün hər ikisindəki eləcədə Vampiri gündəliklərindəki personajlarını əks etdirir. Daniell Rouz Rassell İlk doğulmuşların son beşinci mövsümündə yaratdığı 17 yaşlı Houp Mayklson rolunu davam etdirir. Matt Davisdə Vampirin gündəlikləri-n dəki Alarik Saltzman rolunu yenidən canlandıraraq serialda yer alır. 2022-ci ilin may ayında dördüncü mövsümün son mövsümü olacağı açıqlandı. Miras Klaus Mayklson və Heyli Marşalın qızı olan və ən güclü vampir, canavar və cadugar nəslindən olan Houp Mayklsonun ətrafında cərəyan edir. İlk doğulmuşlar-dakı hadisələrdən iki il sonra 17 yaşlı Houp Salvatore Gənc və İstedadlılar Məktəbində oxuyur. Məktəb fövqəltəbii varlıqların öz qabiliyyətlərini və impulslarını idarə etməyi öyrənə biləcəyi bir cənnət təmin edir.
Miras: Bakının sirri (kitab)
Bornun mirası (film, 2012)
Bornun mirası (ing. The Bourne Legacy) — Ceyson Born film seriyasının spin-offu olan Tony Gilroy tərəfindən çəkilmiş döyüş filmidir və bu filmdəki hadisələr əvvəlki filmdəki hadisələrə paralel baş verir. Baş qəhrəman Aaron Kross rolunu Ceremi Renner canlandırmışdır. Film Erik Van Lastbaderin (Amerika yazıçısı Robert Ludlumun Ceyson Born seriyasını davam etdirən yaziicy) eyniadlı kitabının şərəfinə adlandırılmışdırsa da, həmin kitabdakı hadisələrə əsaslanaraq çəkilməmişdir. == Süjet xətti == Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş muzdlusu Ceyson Bornun sərgüzəştləri hələ başa çatmayıb. Born həddindən artıq təhlükəli olduğundan təşkilat ondan əl çəkmək fikrində deyil. Ancaq bu dəfə “Tredstoun layihəsi deyil, onunla əlaqəli olan “tam məxfi” möhürlü başqa layihədən danışılır. MKİ-nin sözügedən bölməsi haqqında məlumatların kütləvi informasiya vasitələrinə sızmasından sonra təşkilat onların fəaliyyətinə işarə edən bütün dəlilləri, o cümlədən insanları bir-bir aradan götürür. Adı “qara siyahıda” olan keçmiş məxfi agent Aaron Kross sağ qalmaq üçün bu mexanizmə qarşı mübarizəyə başlayır. Bu işdə ona bilavasitə layihədə iştirak edən cazibədar həkim Marta Şerinq köməkçi olacaq.
Miraslan Ağayev
Miraslan Bəkirli
Miraslan Bəkirli (azərb. Miraslan Məcnun oğlu Bəkirli‎; 17 mart 1955, Qızıl Şəfəq, Kalinino rayonu) — telejurnalist, yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Miraslan Bəkirli 17 mart 1955-ci ildə Qərbi Azərbaycanın Kalinino rayonunda (keçmiş Varantsovka, qədim adı isə Daşır olmuşdur), Qəzəl Şəfəq kəndində (keçmiş Cücəkənd) anadan olub. 1969-cu ildə Qızıl Şəfəq 8 illik, 1971-ci ildə İlməzli kənd orta məktəbini bitirmişdir. Bir il Qızıl Şəfəq sovxozunda fəhlə işləmiş, 1972-1977-ci illərdə BDU-nun (keçmiş ADU) geoloji-coğrafiya fakültəsini bitirmiş, Cəlilabad rayonunun Eçara, Maşlıq kəndlərində dövlət göndərişi ilə müəllim işləmişdir. 1980-i ildən 1988-ci il hadisələrinə qədər doğulduğu rayonda “Zarya” qəzetində işləmiş, sonra Sumqayıt şəhərinə köçüb gəlməyə məcbur olmuşdur. Sumqayıtda əvvəl 8 sayli məktəbdə müəllim, sonra 18saylı məktəbdə dərs hissə müdiri, 1990-cı ildə ilk müstəqil qəzetlərdən olan “Vətən səsi” qəzetində ədəbi işçi, şöbə müdiri kimi fəaliyyət göstərmişdir. 1992-ci ildən Azərbaycan Dövlət Televiziyasında böyük redaktor kimi çalışır. "Halallıq", "El deyimləri", "Yurd", "Yurd yeri" kimi etnoqrafik, tarixi, publisistik; "Ağrı", "Vətən qürbətdə qaldı", "Həsrət", "Durnalar qayıdanda" kimi verilişlərlə Qərbi Azərbaycan və işgalda olan torpaqlarımızla bağlı; Qarabağ müharibəsində isə döyüş movqelərindən "Qılınc qolun davamıdır", "Cəbhədən qayıtmışıq" silsilə verilişlər hazırlayıb. 1984-cu ildən bədii yazllarla müntəzəm olaraq ədəbi orqanlarda çap olunur.
Mirasolia
Tithonia (lat. Tithonia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Mirasəfli
Mirasəfli və ya Mirəsəbli — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd.
İspaniya mirası uğrunda müharibə
İspaniya mirası uğrunda müharibə (1701–1714) — XVIII əsrin əvvəllərində, 1700-cü ilin noyabrında vəfat edən və varisi olmayan İspaniya kralı II Karlın ölümü ilə başlanan ümumavropa müharibəsi. II Karl taxt-tacını daha sonra İspaniya Kralı V Filip olan Fransız kralı XIV Lüdovikin nəvəsi Anju hersoqu Filipə vəsiyyət etmişdi. Müharibə Müqəddəs Roma İmperatoru I Leopoldun sülaləsinin (Habsburqların da) İspan mülkləri hüququnu müdafiə etmək cəhdi ilə başladı. XIV Lüdovik torpaqlarını daha aqressiv şəkildə genişləndirməyə başladıqda, bəzi Avropa ölkələri (əsasən İngiltərə və Hollandiya Respublikası) Fransanın güclənməsinin qarşısını almaq üçün Müqəddəs Roma İmperiyasının tərəfini tutdu. Fransa və İspaniya arasındakı ittifaqda yeni dövlətlər əlavə ərazilər qazanmağa və ya mövcud torpaqlarını müdafiə etməyə çalışırdılar. Müharibə yalnız Avropada deyil, lokal qarşıdurmanın getdiyi və ingilis kolonistləri tərəfindən Kraliça Anna müharibəsi adlandırdıqları Şimali Amerikada da gedirdi. Müharibə on üç ildən bir az çox davam etdi. Müharibə hersoq De Villyar və hersoq Bervik (Fransa), hersoq Marlboro (İngiltərə) və Savoy şahzadəsi Yevgeni (Avstriya) kimi istedadlı sərkərdələri üzə çıxarıb məşhurlaşdırdı. Müharibə Utrext (1713) və Raştatt (1714) müqavilələrinin imzalanması ilə sona çatdı. Nəticədə V Filip İspaniya kralı olaraq qaldı, lakin Fransa taxt-tacına varis olmaq hüququnu itirdi və bu da İspaniya və Fransa sülalələrinin ittifaqını pozdu.

Digər lüğətlərdə