Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şinci Muray
Şinci Muray (d. 1 dekabr 1979) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 5 oyun keçirib.
Kuray
Kuray (başq. ҡурай, [quˈrɑɪ], tatar. курай) - iki-yeddi barmaqyeri olan uzun bir açıq büllur flüt və başqırdlarının milli alətidir. Ən çox yayılmış kuray tipi, ürəklərdepistil və ya Kamçatka pleurospermum (Pleurospermum uralense) adlanan çırpınan bitkinin kökündən hazırlanmış bir qurudur. Bir qurayenin kökləri 2-3 metr uzunluğundadır. İyul ayında çiçəklər, sonra isə avqust-sentyabr aylarında qurur. Sentyabr ayında kəsilir və quru və qaranlıq yerdə saxlanılır. Uzunluğu bir bitkinin kökünü əhatə edən bir palmanın eni 8-10 dəfə ölçülür. İlk çuxur bitki üstündən dörd barmaqlıq məsafədə, bir-birindən iki barmaq məsafədə növbəti üç dəlik, dördüncü dəlikdən üç barmaqlıq aralıqda beşinci aralıkda aparılmalıdır. Bir quray uzunluğu təxminən 510-810 millimetrdir.
Murad
Murad — Azərbaycan kişi adı və təxəllüs. I Murad — Osmanlı Dövləti’nin üçüncü padşahı. II Murad — Osmanlı sultanı I Mehmedin oğlu III Murad — Osmanlı sultanı II Sultan Səlimin oğlu IV Murad — 1623–1640-cı illərdə Osmanlı sultan I Əhmədin oğlu V Murad — Osmanlı sultanı. Əbdülməsidin oğlu Murad Dadaşov — azərbaycanlı aktyor, aparıcı, şoumen. Murad Sebastatsi — erməni qulduru, dəstə başçısı, Ermənistanın milli qəhrəmanı. Murad Rəhimov — ABŞ Silahlı Qüvvələrinin Azərbaycan əsilli əsgəri. Murad bəy — Misir məmlüklərinin rəhbəri, süvari dəstəsinin komandiri. Murad Ömərov — texniki elmləri doktoru, professor.
Mural
Panno (fr. panneau, lat. pannus sözündən — "parça") — divarın və ya tavanın (plafon) tam və ya qismən örtülməsi üçün nəzərdə tutulmuş dekorativ xarakterli rəsm əsəri, yaxud barelyef, yonma, yapma və ya keramik kompozisiya. Bayır divarlarda freska texnikası ilə rəngli plitələrdən hazırlanmış pannoları bəzən mural adlandırırlar.
Muran
Rəhimli-i Muran (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Təzəkənd-i Muran (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Murya
Murya — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 1065 nəfərdir.
Murzay
Başqırdlar at və ya iri mal-qaranın dərisindən ustalıqla müxtəlif qablar düzəldirdilər. Bu qablar at südünün sağılması, saxlanması, kumıs hazırlanması və gəzdirilməsi üçün istifadə olunmuşdur. Məlumdur ki, başqırdların həyatında bir ərzaq kimi kumısın böyük əhəmiyyəti var. Onlar dəridən mehtərə (murtay), butulka (botlok), vedrə (baş künək) və başqa qabları böyük ustalıqla tikirlər. Bunların içərisində «haba» on çox tutumlu olub 6 ÷ 12 vedrə süd tutur. Başqırdlarda inək əmcəyinin dərisini emal etməklə qida məhsulu saxlamaq üçün düzəldilən dəri qab isə murzay adlanır.
Xuray
Xuray (Qusar) — Azərbaycanın Qusar rayonunda kənd. Xuray (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd.
Uray
Uray — Rusiya Federasiyasında yerləşən şəhər. Xantı-Mansi muxtar dairəsinə daxildir.
Dəllək Murad
Dəllək Murad (XVII əsr və ya XVIII əsr – XVIII əsr) – XVIII əsr aşıqlarından biri. == Həyatı == Dəllək Murad XVIII əsr aşıqlarındandır, doğum və ölüm tarixi dəqiq məlum deyil. Bəzi mənbələrdə onun XVII əsrdə yaşadığı qeyd olunur. Əsasən gəraylıları və qoşmaları ilə tanınıb. Qoşmalarında çoxlu sayda nəsihətlərə rast gəlmək olar. == Yaradıcılığı == == Mənbə == Azərbaycan Aşıqları və El Şairləri: I. Bakı: 1983, səh.147–151. Azərbaycan Ədəbiyyatı İnciləri/Bayatı, Qoşma, Təcnis. Bakı: 1988, səh.265. Telli saz ustadları. Bakı: 1964, səh.20–23.
Furay Sancin
Hiraqa Qennay (平賀 源内, 1728[…], Şido[d] – 24 yanvar 1780, Tenma-ço həbsxanası[d], Tokio) – Edo dövründə yaşamış Yaponiya polimatı. O, təbiətşünas, farmakoloq, ranqaku alimi, həkim, ixtiraçı, yazıçı, dulusçu və rəssam kimi tanınmışdır. Samuray ailəsində doğulsa da, özünü elmə və incəsənətə həsr etməyə qərar vermiş, ronin olmuşdur. == Təxəllüsləri == Qennay həyatı boyunca müxtəlif təxəllüslərlə tanınmışdır. Təbiətşünaslıq və rəssamlıqla məşğul olarkən Kyukey ("Göyərçin dərəsi"), yazıçılıqla məşğul olarkən isə Furay Sancin ("Külək sürən") və Tenciku Ronin ("Xaricdən gələn ronin") təxəllüslərindən istifadə etmişdir. Coruri əsərlərini isə Fukuuçi Kiqay təxəllüsü ilə imzalamışdır. İstifadə etdiyi digər təxəllüslərə Kuvazu Hinraku ("Heç nə yemədən yoxsulluğun dadını çıxarmaq") və Hinka Zeninay ("Kasıb ev, pul yoxdur") aiddir. Qennayın istifadə etdiyi təxəllüslər özünə tərif, istehza, hikkə, qayğısızlıq kimi xüsusiyyətlər daşıyır. == Həyatı == === 1728–1763 === Hiraqa Qennay 1728-ci ildə Sanuki əyalətinin Takamatsu hanında doğulmuşdur. Atası Şirayşi Mozaemon aşağı rütbəli samuray idi.
Fərid Murad
Fərid Murad (14 sentyabr 1936[…] – 4 sentyabr 2023) — əslən alban olan amerikalı həkim və farmakoloq, 1998-ci ildə tibb və fiziologiya üzrə azot oksidin ürək-damar sistemində siqnal molekul rolunun kəşfinə görə Nobel mükafatçısı olub. == Həyatı == Ferid Murad, 1936-cı ildə 14 sentyabr ABŞ-də İndiana ştatında, Whiting şəhərində anadan olub. 1958–1965-ci illərdə Klivlenddə Western Reserve Universitetində oxuyub və tibb üzrə fəlsəfə elmləri doktoru (PhD) adına layiq görülüb. 1975–81 — Vircinia Universitetində İç Xəstəliklər və Farmakologiya kafedrasının professoru 1971–81 — Vircinia Universitetində kliniki tədqiqat mərkəzinin direktoru 1973–81 — Vircinia Universitetində İç Xəstəliklər kafedrasında Kliniki Farmakologiya bölməsinin direktoru 1981–89 — Stanford Universitetində İç Xəstəliklər və Farmakologiya kafedrasının professoru 1981–86 — Palo Alto veteranlar administrasiyasında tibbi mərkəzin müdiri 1988 - Çikaqoda (İllinoys ştatı) Northwestern Universitində professor Farmakologiya kafedrasının professoru 1990–92 — Dünyaca ünlü Abbott Laoratories (İllinoys ştatında) əczaçı konsernində farmasevtik tədqiqat və inkişaf bölməsinin işçisi, vise-presidenti 1993–95 — CEO/President, Molecular Geriatrics Corporation, Lake Bluff, Illinois == Təqaüd və ödüllər == Ciba Award, 1988 Albert Lasker Basic Medical Research Award, 1996 == İstinadlar == == Həmçinin bax == Nobel mükafatı == Xarici keçidlər == Fərid Muradın Nobel Mühzairəsi (ingiliscə) Fərid Muradla müsahibə (ingiliscə) Mədəniyyət kanalı.
Hacı Murad
Hacı Murad (avar. XIажи Мурад; 1816, Xunzax, Avar Xanlığı — 5 may 1852, Qax) – Şimali Qafqaz xalqlarının əslən Dağıstanın Xunzax kəndindən olan görkəmli rəhbərlərindən biridir. Milliyətcə Avardır. Lev Tolstoyun eyniadlı əsərinin baş qəhrəmanıdır. == Həyatı == 1834-cü ildə qardaşı Osmanın Həmzət bəy Avarlıya qarşı təşkil etdiyi sui-qəsddə iştirak etməklə məşhurluq qazanmışdır. Sonralar rus ordusu və avarlar arasında aparılan danışıqlarda vasitəçi olmuşdur. 1836-cı ildə Hacı Murad Şeyx Şamillə gizli əlaqələr qurmaqda ittiham edilərək general Klüqenaunun əmri ilə həbs olunur və Temir-xan Şuraya göndərilir. Lakin, yolda qaçmağa müvəffəq olur. Həmin vaxtdan etibarən onu bütün avar kəndlərinin naibi təyin edən Şamilə xidmət etməyə başlayır. Hacı Murad o dövrün bütün hərbi əməliyyatlarında – xüsusilə də ruslara qarşı 1843-cü ildəki döyüşlərdə iştirak etmiş və vacib rol oynamışdır.
III Murad
III. Murad (osman. مراد ثالث) (4 iyul 1546, Manisa, Osmanlı imperiyası – 16 yanvar 1595, Konstantinopol, Osmanlı imperiyası), 12-ci Osmanlı padşahı və 91-ci İslam xəlifəsidir. Səltənəti zamanında Osmanlı dövlətinin sahəsi 19.902.000 km²-ə qədər yüksəlmişdir. 21 il hakimiyyətdə qalan III. Murad dönəmində 11 sədrəzəm, 7 şeyxülislam dəyişmişdir. Dövrün tarixi qaynaqlarında qərarsız, dinə və şeiriyyata düşkün olaraq təsvir olunan III. Muradın ətrafında həmişə rəmmal və münəccimlərin olduğu qeyd olunur. == Həyatı == === Şahzadəliyi === 4 iyul 1546 tarixində atası II Səlimin Manisa sancaqbəyliyi dövründə Manisanın Bozdağ yaylağında dünyaya gəlmişdir. Əsl adı Cecilia Baffo olan Venesiya əsilli Nurbanu Sultanın oğludur. İlk təhsilini Manisa sarayında aldı və 1557-ci ilin aprelində sünnət mərasimi burada keçirildi. Atasının 1558-ci ildə Qaraman əyalətinə göndərilməsi ilə onunla birlikdə getdi və babası Qanuni Sultan Süleymanın xeyir-duası ilə Akşehir sancaqbəyi seçildi. Burada ikən atası ilə əmisi Şahzadə Bəyazid arasında gedən Konya döyüşü əsnasında Konya qalasının mühafizəsi ilə vəzifələndirildi.
II Murad
II Murad ya da Qoca Murad (Osmanlı türkcəsi: مراد ثاني — Murād-ı sānī; iyun 1404, Amasya – 3 fevral 1451, Ədirnə) — 6. Osmanlı padşahıdır. Atası Sultan I Mehmed, anası isə Dulqədiroğlu Nəsrəddin bəyin qızı Əminə Xatundur. == Şahzadəliyi == Şahzadə Murad bəzi qaynaqlara görə 1402-ci ildə, bəzi qaynaqlara görə isə 1404-cü ildə Amasiyada dünyaya gəldi. Uşaqlıq illəri Amasiyada keçmişdir. 1410-cu ildə atası ilə birlikdə Bursaya gəldi və burda saray təhsilinə başladı. 1415-ci ildə lələsi Yörgüc Paşanın nəzarəti altında Amasiya sancaqbəyi təyin olundu. Bir il sonra İzmir və Manisa bölgəsində çıxan Börklücə Mustafa üsyanını yatırmış, 1418-ci ildə gələcəkdə lələsi olacaq Həmzə bəylə Candaroğullarına hücum etdi və Samsunu aldı. Atası I Mehmed Ədirnədə çıxdığı ovda ağır yaralanmış, ölüm yatağında ikən oğlu Şahzadə Muradı vəliəhd elan etmişdir. Bu səbəbdən dövlət adamları atasının vəfatı xəbərini gizlədərək Şahzadə Muradı dərhal Bursaya çağırdılar.
IV Murad
IV Murad (osman. مراد رابع Murād-i rābi‘; 27 iyul 1612, Konstantinopol – 8 (18) fevral 1640, Konstantinopol) — 17-ci Osmanlı padşahı və 96-cı İslam xəlifəsi. İrəvan və Bağdad fatehidir. IV Murad 27 iyul 1612-ci il tarixində İstanbulda Sultan I Əhmədin və əsl adı Anastasiya olan yunan əsilli Kösəm Sultanın oğlu olaraq dünyaya gəldi. Böyük qardaşı Gənc Osmanın Yeddiqüllə zindanlarında bir qrup yeniçəri tərəfindən öldürülməsi və daha sonra zorla taxta oturulan əmisi I Mustafanın müxtəlif intriqalarla yenidən devrilməsi nəticəsində 11 yaşında taxt-tac sahibi oldu. == Həyatı == === Şahzadəlik illəri === 27 iyul 1612 tarixində İstanbulda dünyaya gəlmişdir. İndiki Bəylərbəyi sarayının ərazisində yerləşən və vaxtilə II Səlimin qızı Gövhərxan Sultan üçün inşa etdirdiyi sarayda dünyaya gəlmişdir. I Əhməd və Mahpeykər Kösəm Sultanın oğludur. Şahzadəlik illəri haqqında mənbələrdə çox məlumat yoxdur. II Osman hadisələrindən sonra sədrəzəm Davud Paşanın tərtibiylə digər qardaşları ilə birlikdə Üsküdara aparılarkən sui-qəsdə məruz qalmış və saray ağalarının müdaxiləsiylə sui-qəsddən xilas olmuşdur.
I Murad
Hakimiyyət illəri:1362-1389 I Murad və ya Murad Hüdavəndigar (Osmanlı türkcəsi: مراد اول — Murād-i evvel) (d. 29 iyun 1326) — 3-cü Osmanlı sultanı. == Həyatı == Şəhzadəlik illəri 29 iyun 1326-cı ildə dünyaya gəldi. Atası 2-ci Osmanlı sultanı Qazi Orxan bəy, anası isə Yarhisar təkfurunun qızı Nilüfər Xatundur. Tarixi mənbələrdə və kitabələrdə "bəy, əmir-i-əzəm, xan, hüdavəndigar, padşah, sultan-üs-səlatin, məlik-ül-mülk" kimi ünvanlarla anılır. Osmanlı tarixində isə daha çox Murad Hüdavəndigar olaraq tanınır. Süleyman, Sultan, İbrahim, Xəlil və Qasım adlı qardaşları olsa da, bunlardan yalnız Süleymanla anaları bir idi. Taxt çıxdığı əsnada isə bu qardaşlarından yalnız Şahzadə İbrahim və Xəlil sağ idi. Atası Orxan bəy, İzmitin fəthinə çıxmadan öncə (1337) onu Bursa sancaqbəyi təyin etdi və 12 yaşlı Murad kiçik yaşlarından yanında olan Lələ Şahin ağayla birlikdə Bursaya göndərildi. İzmitin fəthinin ardından Əskişəhər sancaqbəyliyinə gətirildi.
Leyla Murad
Leyla Murad (ərəb. ليلى مراد‎); (17 fevral 1918 - 21 noyabr, 1995) — yəhudi mənşəli Misir müğənnisi və aktrisası, islam dinini qəbul edib. == İstinadlar == == Mənbə == ماهر حسن ، المصرى اليوم ، عدد 1987 ، 21 نوفمبر 2009. == Xarici keçidlər == Laila Mourad Video Music Clips زكى فطين عبد الوهاب يكشف أسرار ليلي مراد... Leyla Murad — IMDb səhifəsi.
Meray Keri
Meraya Keri (27 mart 1969, Hantinqton[d], Nyu-York ştatı) — amerikalı müğənni və aktrisa. == Şəxsi həyat == 2015-ci ildə Keri avstraliyalı milyarder Ceyms Pakerlə görüşməyə başladı və 21 yanvar 2016-cı ildə nişanlandıqlarını elan etdi. Oktyabrda isə onlar nişanı ləğv etdilər. 2016-cı ilin oktyabrında o, amerikalı xoreoqraf Bryan Tanaka ilə görüşməyə başladı. == Diskoqrafiya == === Studiya albomları === Mariah Carey (1990) Emotions (1991) Music Box (1993) Merry Christmas (1994) Daydream (1995) Butterfly (1997) Rainbow (1999) Charmbracelet (2002) The Emancipation of Mimi (2005) E=MC² (2008) Memoirs Of An Imperfect Angel (2009) Merry Christmas II You (2010) Me. I Am Mariah...
Miray Daner
Miray Daner — Türkiyə TV serial aktrisası. Fəaliyyətə 7 yaşında başlayan Daner "Papatyam" serialında 121 bölüm Metin Akpınarın nəvəsi "Qonca" rolunu canlandırdı. "Dərsimiz Atatürk" filmində Sabiha Gökçenin uşaqlığı rolunu oynayıb. İlk dəfə "Disney Channel"in Türkiyədə yayımlanan "Zil Çalınca" serialında baş rol ifa edib. "Medcezir" serialında Beren Beylice rolunu canlandıran aktrisa 2016-cı ildə Yağmur Taylan və Durul Taylanın rejissorluğu ilə çəkilmiş "Vətənim sənsən" serialında "Hilal" rolunu oynayaraq vətənpərvər gənc qız obrazını mükəmməl şəkildə yaratmışdır.
Moray laboratoriyası
Rəfiqə Nuray
Rəfiqə Nuray (1942, Xaçmaz rayonu) — Azərbaycan şairi. == Həyatı == 1942-ci ildə Xaçmaz rayonunda anadan olub. Bakıdakı 49 saylı orta məktəbi bitirib. İki il BDU-nun jurnalistika fakültəsində oxuduqdan sonra Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsilini davam etdirib. İnstitutu bitirdikdən sonra "Ədəbiyyat və incəsənət" qəzetində ədəbi işçi kimi çalışıb. 1971–1992-ci illərdə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında məsul katib, dublyaj şöbəsində böyük redaktor vəzifələrində işləyib.
Sivaslı Murad
Murad Sebastatsi (erm. Սեբաստացի Մուրադ) – erməni qulduru, dəstə başçısı, Ermənistanın milli qəhrəmanı. (1874 Sivas – 4 avqust 1918 Bakı). XIX əsrin sonunda Hnçak partiyasına qoşulur, ermənilərin Osmanlı hökumətinə qarşı keçirilən aksiyalarında iştrak edir. Sonradan Daşnaksütuna qoşulur. 1904-cü il Sasun üsyanı zamanı osmanlı ordusuna qarşı döyüşlərdə iştrak edir. Sasun üsyanı yatırıldıqdan sonra, öz dəstəsi ilə Van tərəfə çəkilir və Van ətrafındakı türk və kürd kəndlərinə basqınlar təşkil edir. 1905–1906-cı illərdə Zəngəzurda başına yığdığı ermənilərdən ibarət dəstə ilə Azərbaycan kəndlərinə hücum edir, kəndlər talan edilir, yandırılır, əhali kütləvi şəkildə qətlə yetirilir. 1908-ci il "gənc türklər inqlabından sonra erməni icmasının həyatında aktiv iştrak edir. 1916-cı ildə Ərzincanda erməni milli komitəsinə rəhbərlik edir.
Sultan Murad
Əbül Müzəffər Sultan Murad (31 iyul 1490, Təbriz – 1518, Şanlıurfa) — Ağqoyunlu hökmdarı, Uzun Həsən və I Fərrux Yasarın nəvəsi, Sultan Yaqubun oğlu, Baysunqurun qardaşı. == Həyatı == 31 iyul 1490-ci ildə Təbriz şəhərində dünyaya gəlmişdi. Həyatının ilk dövrləri Şirvanda gizlənərək keçmişdir. == Hakimiyyəti == Eybə Sultanın qardaşları tərəfindən 9 yaşında Şirvandan gətirilib taxta oturdulmuş, Sultan Məhəmmədin ordularını məğlub, torpaqlarını isə işğal edərək sonuncunu öldürtmüşdü. Daha sonra Əlvəndlə sülh müqaviləsi bağlamış, əllərində olan torpaqları, Qızılüzən çayı sərhəd olmaqla iki yerə bölüb idarə etməyə üstünlük vermişdilər. Belə ki, Ərəb İraqı, Əcəm iraqı, Fars və Kirman Muradın hakimiyyətində qaldı. == Hakimiyyətdən getməsi == 21 iyun 1503-cü ildə Şah İsmayılla Sultan Murad, Həmədan yaxınlığında Alma Qulağı adlanan yerdə üz-üzə gəldi. Sayca üstün olmasına baxmayaraq Sultan Muradın qoşunu darmadağın edildi. Eybə Sultanın qardaşı əsir düşdü, özü isə qaçdı. Buna baxmayaraq o, hələ 5 il də Bağdad və ətrafında hakimiyyətini davam etdirdi.
Mulay noyon
Mulay noyon (?-1313) — Qara tatar ağası, elxanlı sərkərdəsi. == Həyatı == Mulay noyon Diyarbəkr valisi təyin edilmişdi. Abaqa xanın əmiri idi.
Duran Duran
Duran Duran — 1978-ci ildə İngiltərənin Birminhem şəhərində qurulmuş İngilis New Wave musiqi qrupudur. Albomları dünya miqyasında 85 milyondan artıq satılmışdır. Qrupun qurucuları sintizatorda Nik Rodes, bas gitarada Con Teylor, barabanda Rocer Teylor, gitarada Endi Teylor və vokalda Saymon Le Bon'dur. Qrup heçvaxt dağılmamıştır. 1989–2001-ci illər arasında Uoren Kukkurulo grupa qoşulmuş, 1989–1991-ci illər arasında Sterlinq Kempbell barabançı olaraq qrupa daxil olmuştur.