munts-metal
muradçiçəkli
OBASTAN VİKİ
Hacı Murad
Hacı Murad (avar. XIажи Мурад; 1795, Xunzax – 5 may 1852, Nuxa) – Şimali Qafqaz xalqlarının əslən Dağıstanın Xunzax kəndindən olan görkəmli rəhbərlərindən biridir. Milliyətcə Avardır. Lev Tolstoyun eyniadlı əsərinin baş qəhrəmanıdır. == Həyatı == 1834-cü ildə qardaşı Osmanın Həmzət bəy Avarlıya qarşı təşkil etdiyi sui-qəsddə iştirak etməklə məşhurluq qazanmışdır. Sonralar rus ordusu və avarlar arasında aparılan danışıqlarda vasitəçi olmuşdur. 1836-cı ildə Hacı Murad Şeyx Şamillə gizli əlaqələr qurmaqda ittiham edilərək general Klüqenaunun əmri ilə həbs olunur və Temir-xan Şuraya göndərilir. Lakin, yolda qaçmağa müvəffəq olur. Həmin vaxtdan etibarən onu bütün avar kəndlərinin naibi təyin edən Şamilə xidmət etməyə başlayır. Hacı Murad o dövrün bütün hərbi əməliyyatlarında – xüsusilə də ruslara qarşı 1843-cü ildəki döyüşlərdə iştirak etmiş və vacib rol oynamışdır.
III Murad
III. Murad (osman. مراد ثالث) (4 iyul 1546, Manisa, Osmanlı imperiyası – 16 yanvar 1595, İstanbul, Osmanlı imperiyası), 12-ci Osmanlı padşahı və 91-ci İslam xəlifəsidir. Səltənəti zamanında Osmanlı dövlətinin sahəsi 19.902.000 km²-ə qədər yüksəlmişdir. 21 il hakimiyyətdə qalan III. Murad dönəmində 11 sədrəzəm, 7 şeyxülislam dəyişmişdir. Dövrün tarixi qaynaqlarında qərarsız, dinə və şeiriyyata düşkün olaraq təsvir olunan III. Muradın ətrafında həmişə rəmmal və münəccimlərin olduğu qeyd olunur. == Həyatı == === Şahzadəliyi === 4 iyul 1546 tarixində atası II Səlimin Manisa sancaqbəyliyi dövründə Manisanın Bozdağ yaylağında dünyaya gəlmişdir. Əsl adı Cecilia Baffo olan Venesiya əsilli Nurbanu Sultanın oğludur. İlk təhsilini Manisa sarayında aldı və 1557-ci ilin aprelində sünnət mərasimi burada keçirildi. Atasının 1558-ci ildə Qaraman əyalətinə göndərilməsi ilə onunla birlikdə getdi və babası Qanuni Sultan Süleymanın xeyir-duası ilə Akşehir sancaqbəyi seçildi. Burada ikən atası ilə əmisi Şahzadə Bəyazid arasında gedən Konya döyüşü əsnasında Konya qalasının mühafizəsi ilə vəzifələndirildi.
II Murad
II Murad ya da Qoca Murad (Osmanlı türkcəsi: مراد ثاني — Murād-ı sānī; iyun 1404, Amasya – 3 fevral 1451, Ədirnə) — 6. Osmanlı padşahıdır. Atası Sultan I Mehmed, anası isə Dulqədiroğlu Nəsrəddin bəyin qızı Əminə Xatundur. == Şahzadəliyi == Şahzadə Murad bəzi qaynaqlara görə 1402-ci ildə, bəzi qaynaqlara görə isə 1404-cü ildə Amasiyada dünyaya gəldi. Uşaqlıq illəri Amasiyada keçmişdir. 1410-cu ildə atası ilə birlikdə Bursaya gəldi və burda saray təhsilinə başladı. 1415-ci ildə lələsi Yörgüc Paşanın nəzarəti altında Amasiya sancaqbəyi təyin olundu. Bir il sonra İzmir və Manisa bölgəsində çıxan Börklücə Mustafa üsyanını yatırmış, 1418-ci ildə gələcəkdə lələsi olacaq Həmzə bəylə Candaroğullarına hücum etdi və Samsunu aldı. Atası I Mehmed Ədirnədə çıxdığı ovda ağır yaralanmış, ölüm yatağında ikən oğlu Şahzadə Muradı vəliəhd elan etmişdir. Bu səbəbdən dövlət adamları atasının vəfatı xəbərini gizlədərək Şahzadə Muradı dərhal Bursaya çağırdılar.
IV Murad
IV Murad (osman. مراد رابع Murād-i rābi‘; 27 iyul 1612, Konstantinopol – 8 (18) fevral 1640, Konstantinopol) — 17-ci Osmanlı padşahı və 96-cı İslam xəlifəsi. İrəvan və Bağdad fatehidir. IV Murad 27 iyul 1612-ci il tarixində İstanbulda Sultan I Əhmədin və əsl adı Anastasiya olan yunan əsilli Kösəm Sultanın oğlu olaraq dünyaya gəldi. Böyük qardaşı Gənc Osmanın Yeddiqüllə zindanlarında bir qrup yeniçəri tərəfindən öldürülməsi və daha sonra zorla taxta oturulan əmisi I Mustafanın müxtəlif intriqalarla yenidən devrilməsi nəticəsində 11 yaşında taxt-tac sahibi oldu. == Həyatı == === Şahzadəlik illəri === 27 iyul 1612 tarixində İstanbulda dünyaya gəlmişdir. İndiki Bəylərbəyi sarayının ərazisində yerləşən və vaxtilə II Səlimin qızı Gövhərxan Sultan üçün inşa etdirdiyi sarayda dünyaya gəlmişdir. I Əhməd və Mahpeykər Kösəm Sultanın oğludur. Şahzadəlik illəri haqqında mənbələrdə çox məlumat yoxdur. II Osman hadisələrindən sonra sədrəzəm Davud Paşanın tərtibiylə digər qardaşları ilə birlikdə Üsküdara aparılarkən sui-qəsdə məruz qalmış və saray ağalarının müdaxiləsiylə sui-qəsddən xilas olmuşdur.
I Murad
I Murad və ya Murad Hüdavəndigar (Osmanlı türkcəsi: مراد اول — Murād-i evvel) (d. 29 iyun 1326) — 3-cü Osmanlı sultanı. == Həyatı == === Şahzadəlik illəri === 29 iyun 1326-cı ildə dünyaya gəldi. Atası 2-ci Osmanlı sultanı Qazi Orxan bəy, anası isə Yarhisar təkfurunun qızı Nilüfər Xatundur. Tarixi mənbələrdə və kitabələrdə "bəy, əmir-i-əzəm, xan, hüdavəndigar, padşah, sultan-üs-səlatin, məlik-ül-mülk" kimi ünvanlarla anılır. Osmanlı tarixində isə daha çox Murad Hüdavəndigar olaraq tanınır. Süleyman, Sultan, İbrahim, Xəlil və Qasım adlı qardaşları olsa da, bunlardan yalnız Süleymanla anaları bir idi. Taxt çıxdığı əsnada isə bu qardaşlarından yalnız Şahzadə İbrahim və Xəlil sağ idi. Atası Orxan bəy, İzmitin fəthinə çıxmadan öncə (1337) onu Bursa sancaqbəyi təyin etdi və 12 yaşlı Murad kiçik yaşlarından yanında olan Lələ Şahin ağayla birlikdə Bursaya göndərildi. İzmitin fəthinin ardından Əskişəhər sancaqbəyliyinə gətirildi.
Leyla Murad
Leyla Murad (ərəb. ليلى مراد‎); (17 fevral 1918 – 21 noyabr, 1995) — yəhudi mənşəli Misir müğənnisi və aktrisası, islam dinini qəbul edib. == İstinadlar == == Mənbə == ماهر حسن ، المصرى اليوم ، عدد 1987 ، 21 نوفمبر 2009. == Xarici keçidlər == Laila Mourad Video Music Clips زكى فطين عبد الوهاب يكشف أسرار ليلي مراد… Leyla Murad — IMDb səhifəsi.
Murad
Murad — Azərbaycan kişi adı və təxəllüs. I Murad — Osmanlı Dövləti’nin üçüncü padşahı. II Murad — Osmanlı sultanı I Mehmedin oğlu III Murad — Osmanlı sultanı II Sultan Səlimin oğlu IV Murad — 1623–1640-cı illərdə Osmanlı sultan I Əhmədin oğlu V Murad — Osmanlı sultanı. Əbdülməsidin oğlu Murad Dadaşov — azərbaycanlı aktyor, aparıcı, şoumen. Murad Sebastatsi — erməni qulduru, dəstə başçısı, Ermənistanın milli qəhrəmanı. Murad Rəhimov — ABŞ Silahlı Qüvvələrinin Azərbaycan əsilli əsgəri. Murad bəy — Misir məmlüklərinin rəhbəri, süvari dəstəsinin komandiri. Murad Ömərov — texniki elmləri doktoru, professor.
Murad Musayev
Murad Musayev (futbolçu)
Murad Məmmədli
Murad Məmmədov
Murad Məmmədov (güləşçi)
Murad Nağıyev
Murad Nefesov
Murad Niyazlı
Aşıq Murad Niyazlı (tam adı:Murad Babaxan oğlu Həsənov; 1933, Aşağı Şorca, Basarkeçər rayonu – 20 yanvar 2005, Şəmkir rayonu) — XX əsrdə tanınmış ustad aşıq, şair. == Həyatı == Aşıq Murad Niyazlı 1933-cü ildə Göyçə mahalının Aşağı Şorca kəndində "Niyazlılar" tayfasında doğulmuşdur. Muradın atası 1941-ci ildə Böyük Vətən Müharibəsinə könüllü getmişdir. Muradın anası Tamam 1942-ci ildə Göyçə mahalından köçərək uşaqlarını da götürüb Şəmkirin Dəllər Cəyir kəndindəki qohumlarının yanında məskunlaşıblar. Aşıq Murad Niyazlı Şəmkirdə yaşayarkən 1949-cu ildən əvvəlcə Aşıq Əsədin, ordu sıralarından qayıtdıqdan sonra isə 1954-1959-cu illərdə Aşıq Əsədin qardaşı Aşıq Məhəmməd Rzayevin yetirməsi olmuşdur. Murad Niyazlının sənətkartək yetişməsində Morullu Aşıq Teymurun da xidmətləri az olmamışdır. 1952-1954-cü illərdə hərbi xidmətdə olub. Aşıqların IV qurultayında İdarə Heyətinin üzvü seçilmişdir. 1990-cı ildə Türkiyədə keçirilən folklor festivalının qalibi kimi tanınan Murad Niyazlı 1960-cı illərdən Şəmkir rayon mədəniyyət şöbəsinin nəzdində fəaliyyət göstərən aşıqlar ansamblına rəhbərlik edib.Qardşı Aşıq Mirzə Niyazlı, İdris Həmzəyev, Oqtay Hüseynov və digər şəyirdləri olub. Murad Niyazlı 2005-ci il yanvarın 20-də Şəmkir rayonunda vəfat etmiş Dəllər Cəyir kənd qəbirsanlığında dəfn edilmişdir.
Murad Nəbibəyov
Murad Osmann
Murad Yusupoviç Osmanov ( rus. Мурад Юсупович Османов; 15 may 1985, Kaspiysk, Dağıstan MSSR) — peşəkar olaraq Murad Osmann kimi tanınan, Moskvada yaşayan bir rus fotoqrafdır. Həyat yoldaşı Natalia Zakharova ilə onun "Follow Me To"seriyası var. == Həyatı == Osmann 1985-ci ildə Rusiyanın Dağıstan dağlarında anadan olub. 1990-cı ildə, beş yaşında olanda ailəsi Moskvaya köçdü. 2001-ci ildə London İmperial Kollecində mülki mühəndislik təhsili almaq üçün İngiltərəyə getdi. Osmann ən çox Məni izlə layihəsi ilə məşhurdur.O buna 2011-ci ildə Barselona şəhərində sevgilisi Nataliya Zakarova ilə başlayıb.Osmannın hazırda instagram hesabında 4 milyondan çox izləyicisi var. 2015-ci il 6 İyunda Osmann və Zakarova evləndilər.Onların iki toyu keçirildi biri Moskvada digəri isə Muradın doğulduğu Dağıstanda0 == Kitablar == 2015-ci ildə Skyhorse Nəşriyyatı Follow Me To: A Journey (a life)Around the World Through the Eyes of Two Ordinary Travelers by Murad Osmann and Nataly Zakharova kitabını nəşr etdi.
Murad Paranuk
Murad Salehoviç Paranuk (rus. Мурат Салихович Паранук; 5 may 1912, Kuban vilayəti[d] – 4 iyul 1970, Maykop, Krasnodar diyarı) — adıgey-sovet şairi. O, adıgey dilində ilk yazılı şeirin müəllifi hesab olunur. == Həyatı == Murad Paranuk 5 may 1912-ci ildə Rusiya imperiyasına bağlı Kuban vilayətinin (indiki Adıgeya) Pçeqatlukay kəndində anadan olmuşdur. O, 1930–1933-cü illərdə Krasnodar Pedaqoji İnstitutunda təhsil alıb. Paranuk 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş, müharibədən orden və medallarla qayıtmışdır. O, 4 iyul 1970-ci ildə vəfat etmişdir. == Yaradıcılığı == Murad Paranuk 1931-ci ildə adıge dilində ilk "Uraza" şeirini yazıb nəşr etdirmişdir. O, 1934-cü ildə "Ayıq ol" şeirini yazmışdır. "Şeirlər" (1940), “Şeir və poemalar" (1950), "Səadət nəğməsi" (1955), "Könül səsi" (1961), "Sakit səhər" (1966), "Düma" (1968) lirik toplularının müəllifidir.
Murad Qasımzadə
Qasımzadə Murad Salman oğlu (15 mart 1915, Dədəli, Qaryagin qəzası – 22 noyabr 2010, Bakı) — azərbaycanlı polkovnik-mühəndis, texnika elmləri doktoru (1971), professor (1973). == Həyatı == Murad Salman oğlu 15 mart 1915-ci ildə Qaryagin qəzasının (hazırkı Füzuli rayonu) Dədəli kəndində anadan olmuşdu. Orta məktəbi bitirəndən sonra ali məktəbə qəbul olmuşdu. İnformasiya-ölçmə texnikası sahəsində tanınmış alimdir. Polkovnik-mühəndis, texnika elmləri doktoru (1971), professordur (1973). M. Qasımzadə S. M. Kirov adına Xəzər Ali Hərbi Dəniz məktəbində kafedra rəisi (1955–1961) işləmişdi. 1961-ci ildən ömrünün sonunadək İ. Q. Yesman adına Azərbaycan Elmi-Tədqiqat Energetika İnstitutunda informasiya-ölçü sistemləri laborotoriyasının rəhbəri vəzifəsində çalışmışdı. Əsas əsərləri energetika sistemlərinin avtomatlaşdırılması üçün informasiya-ölçü sistemlərinin işlənib, Hazırlanmasına aiddir. Keçmiş SSRİ-də elektrokinetik çeviricilər sahəsində ilk tədqiqatları M. Qasımzadə aparmışdır. Avtomatik idarəetmə üzrə Beynəlxalq Federasiyasının 6-cı konqresində (Boston, 1975) və Ümumdünya Elektrotexnika konqresində (Moskva, 1977) iştirak etmişdir.
Murad Quliyev
Murad Qurbanov
Murad Rzayev
Rzayev Murad Yunis oğlu (7 dekabr 1947, Ağdam) — "Qarabağ bülbülləri" ansamblının bədii rəhbəri. == Həyat və Yaradıcılığı == Murad Rzayev 1947-ci ildə Ağdam şəhərində ziyalı ailəsində anadan olub. 1954-cü ildə 3№-li orta məktəbdə təhsil alıb. Hələ orta məktəbdə oxuyarkən Güllücə kəndində fəhlə işləmiş, elə balaca vaxtlarından da Ağdam rayon Xalq Teatrında bir çox tamaşalarda rollar oynamış, Respublika"Teatr Cəmiyyəti"nin fəxri fərmanına və diplomlarına layiq görülmüşdür. 1964-cü ildə orta məktəbi bitirib və həmin il Üzeyir Hacıbəyov adına Ağdam Musiqi Texnikomunun xor-dirijorluğu şöbəsinə daxil olub. 1968-ci ildə texnikomu bitirib və hərbi xidmətə yollanıb. 1970-ci ildən, 1971-ci ilin may ayına kimi Ağdam Rayon Mədəniyyət evində bədii rəhbər vəzifəsində çalışıb. Rayonda ilk dəfə olaraq müəllim və şagirdlərdən ibarət xor-qrupu və estrada orkestiri yaratmışdır. 1971-ci ilin may ayında Ağdam Rayon Komsomol Komitəsi bürosunun qərarına əsasən Ağdam Rayon Pioner və Məktəblilər Evinin (indiki Uşaq Yaradıcılıq Mərkəzi) müdiri vəzifəsinə təyin olunub. Hazırda da həmin vəzifədə çalışır.
Murad Rzazadə
Murad Rəhimli
Murad Rəhimov
Murad Rəhimov (ing. Mourad Ragimov) — ABŞ Silahlı Qüvvələrinin Azərbaycan əsilli əsgəri, ABŞ ordusunun kapralı,ABŞ fəxri xiyabanında dəfn edilmiş yeganə Azərbaycanlı hərbçi. == Həyatı == Murad Rəhimov 1984-cü ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycanın tanınmış opera müğənnisi Sona Aslanova'nın nəvəsi idi. Murad Amerikaya ailəsi ilə birlikdə dörd yaşı olan zaman köçür. Orta təhsilini burada alan Murad 6 yaşında məktəbdən çıxıb kollecə daxil olmaq üçün kurslara yazılır. Murad ABŞ ordusunda xidmət etmək üçün ilk niyyətini ailəsinə bildirir. Ailənin razılığını aldıqdan sonra Murad ABŞ ordusunda xidmətə başlayır. Murad Rəhimov 2003-cü ildə Birləşmiş Ştatların İraqa müdaxiləsindən bir neçə ay sonra orduya yazılıb San-Diyeqoda hərbi düşərgədə təlimlərə başlamışdı. 2004-cü ilin fevral ayında onun xidmət etdiyi birləşmə təlimlər üçün Havay adalarına yerləşdirilmişdi.
Murad Rəsulov
Murad Sebastatsi
Murad Sebastatsi (erm. Սեբաստացի Մուրադ) – erməni qulduru, dəstə başçısı, Ermənistanın milli qəhrəmanı. (1874 Sivas – 4 avqust 1918 Bakı). XIX əsrin sonunda Hnçak partiyasına qoşulur, ermənilərin Osmanlı hökumətinə qarşı keçirilən aksiyalarında iştrak edir. Sonradan Daşnaksütuna qoşulur. 1904-cü il Sasun üsyanı zamanı osmanlı ordusuna qarşı döyüşlərdə iştrak edir. Sasun üsyanı yatırıldıqdan sonra, öz dəstəsi ilə Van tərəfə çəkilir və Van ətrafındakı türk və kürd kəndlərinə basqınlar təşkil edir. 1905–1906-cı illərdə Zəngəzurda başına yığdığı ermənilərdən ibarət dəstə ilə Azərbaycan kəndlərinə hücum edir, kəndlər talan edilir, yandırılır, əhali kütləvi şəkildə qətlə yetirilir. 1908-ci il "gənc türklər inqlabından sonra erməni icmasının həyatında aktiv iştrak edir. 1916-cı ildə Ərzincanda erməni milli komitəsinə rəhbərlik edir.
Habil Muradov
Hacı-Murad Cussati
Hacı-Murad Cussati (oset. Дзуццаты Хадзы-Мурат; 1 yanvar 1935, Kornis[d], Cənubi Osetiya Muxtar Vilayəti – 1 iyun 2000, Vladiqafqaz) — XX əsrin altmışıncı illərinin Sovet və Cənubi Osetiya şairi, tərcüməçi, ədəbiyyatşünas və ictimai xadimi. Kosta Xetaqurov adına Cənubi Osetiya Mükafatı laureatı (1988). == Bioqrafiyası == 1935-ci ildə Cənubi Osetiya Muxtar Vilayətinin Kornis kəndində kəndli ailəsində anadan olmuşdur İlk şeirlərini 1947-ci ildə 12 yaşında ikən Cənubi Osetiya dövri nəşrlərinin səhifələrində nəşr etdirmişdir.. 1952-ci ildə orta məktəbi doğma kəndində qızıl medalla bitirir. Elə həmin il M. Qorki adına Moskva Ədəbiyyat İnstitutuna daxil olur. Eyni ildə Yevgeni Yevtuşenko, Robert Rojdestvenski və Bella Axmadulina ilə birlikdə oxuyur.. 1956-cı ildə ilk şeir toplusunu olan "İlk söz" (oset. «Фыццаг ныхас») kitabını nəşr etdirir. 1957-ci ildə ali təhsil aldıqdan sonra Cənubi Osetiyaya qayıdır və burada İriston kitab nəşriyyatında redaktor işləməyə başlayır.
Hacı-Murad Muquyev
Hacı-Murad Muquyev (3 aprel 1893, Çernoyarskaya[d], Terek vilayəti – 3 noyabr 1968, Moskva) — sovet yazıçısı. == Bioqrafiyası == Hacı-Murad Muquyev Çernoyarskaya kəndində bir osetin-kazak ailəsində anadan olmuşdur. Tiflisdə realnı və ticarət məktəbində oxuyur. Sonra hərbi süvari məktəbinə daxil olur və 1914-cü ildə orabı bitirir. Yasavul rütbəsi ilə Birinci Dünya müharibəsinin Qafqaz və İran cəbhələrində iştirak etmişdir. 1917-ci ilin sentyabrından 1918-ci ilin iyununadək Aleksey Gegeçkorinin Qırmızı Qvardiya dəstəsinin hərbi mütəxəssisi olur. 1918-ci ildə gələcək yazıçı Sovet İttifaqı Kommunist Partiyası üzvlüyünə qəbul edilir. Vətəndaş müharibəsi zamanı Qırmızı Orduda xidmət edir. 1918-ci ilin iyunundan 1919-cu ilin fevralınadək Qorsk Atçılıq Diviziyasının dəstə komandiri olur. 1919-cu ilin mart-sentyabr aylarında XI Ordunun təbliğat şöbəsinin müdiri, 1919-cu ilin sentyabrından 1920-ci ilin sentyabrınadək XI Ordunun qərargahının siyasi agentliyinin və kəşfiyyatının rəhbəri olur.
Hacı Murad (dəqiqləşdirmə)
Hacı Murad — Hacı Murad (roman) — Hacı Murad (opera) — Hacı Murad (operetta) — Hacı Murad Yagizarov — Azərbaycan teatr və kino aktyoru.
Hacı Murad (roman)
"Hacı Murad" - Lev Tolstoy tərəfindən 1896-1904-cü illərdə dram janrında yazılmış qısa roman. İlk dəfə 1912-ci ildə, Tolstoyun ölümündən iki il sonra nəşr edilib, kitab şəklində isə 1917-ci ildə oxuculara təqdim olunub. Tolstoyun axırıncı romanıdır. Kitab baş qəhrəman avar Hacı Muradın şəxsi ədavətinə görə hər zaman döyüşdüyü ruslarla əlbirlik etməyindən bəhs edir. == Məzmun == Çar Rusiyası Qafqazı ilhaq etsə də, bölgə xalqları işğalçılarla mübarizəni davam etdirir. Ruslara qarşı döyüşən Hacı Muradla Şeyx Şamil arasında düşmənçilik yaranır və həqiqi düşmən bu ixtilafdan yararlanmaq istəyir. Son nəticədə Hacı Murad işğalçıların tərəfinə keçir. == Yazılması haqqında == Qardaşı Serqeyə yazdığı məktublardan aydın olur ki, Tolstoy ilk dəfə Hacı Murad haqqında Qafqazda xidmət edərkən eşidib. Romanın əvvəlində təsvir olunan qanqal əslində Tolstoyun qaldığı yerin yanında yetişir və Tolstoy bunu görərkən Hacı Muradı xatırlayır və onun haqqında yazmağı fikirləşir. Romanı yazarkən Tolstoyun yaşlı illəri olduğundan sağlığı xeyli zəifləmişdi.
Hacı Murad Yagizarov
Hacı Murad Hacı Əhməd oğlu Yagizarov (18 iyul 1939, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1982), Azərbaycan SSR Dövlət mükafatı laureatı, Humay mükafatçısı, Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru, Şamaxı xanı Mahmud ağanın nəticəsi. == Həyatı == Hacı Murad Hacı Əhməd oğlu Yagizarov 18 iyul 1939-cu ildə Bakıda anadan olub. Hələ məktəbdə oxuduğu dövrdə dram dərnəyində çıxış etmişdir. Çıxışı izləyən görkəmli aktyor Ələsgər Ələkbərov ona Teatr İnstitutuna daxil olmağı məsləhət görür. M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində Məhərrəm Haşımovun kursunda təhsil alıb (1958–1962). 1962-ci ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işləyir. == Mükafatları == "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1 iyun 1974 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1 dekabr 1982 Azərbaycan SSR Dövlət mükafatı — 1986 "Qızıl Dərviş" mükafatı — 1996 "Şöhrət" ordeni — 28 oktyabr 2009 "Şərəf" ordeni — 1 avqust 2019 == Soyadı == Yagizarov (Yegiazarov tamam başqa şəcərəyə aid soyaddır) soyadı yalnız onun nəslinə mənsubdur. Aktyorun ulu babası Şamaxı xanı Mahmud ağa Əliyev, babası İsmayıl bəy isə tanınmış vəkil olmuşdur. Vaxtilə aktyorun Dağıstanın Buynaksk şəhərindən olan atasını varlı olduqları üçün 1917-ci ilin sosialist inqilabından sonra onun bütün ailəsini Sibirə sürgün ediblər. Xeyli cəhd göstərəndən sonra, atası Hacı Əhməd Moskvada rəhbər şəxslərdən birinin qəbuluna düşərək ailəsini azad etdirə bilib.
Hacı Murad Yegizarov
Hacı Murad Hacı Əhməd oğlu Yagizarov (18 iyul 1939, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1982), Azərbaycan SSR Dövlət mükafatı laureatı, Humay mükafatçısı, Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru, Şamaxı xanı Mahmud ağanın nəticəsi. == Həyatı == Hacı Murad Hacı Əhməd oğlu Yagizarov 18 iyul 1939-cu ildə Bakıda anadan olub. Hələ məktəbdə oxuduğu dövrdə dram dərnəyində çıxış etmişdir. Çıxışı izləyən görkəmli aktyor Ələsgər Ələkbərov ona Teatr İnstitutuna daxil olmağı məsləhət görür. M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində Məhərrəm Haşımovun kursunda təhsil alıb (1958–1962). 1962-ci ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işləyir. == Mükafatları == "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1 iyun 1974 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1 dekabr 1982 Azərbaycan SSR Dövlət mükafatı — 1986 "Qızıl Dərviş" mükafatı — 1996 "Şöhrət" ordeni — 28 oktyabr 2009 "Şərəf" ordeni — 1 avqust 2019 == Soyadı == Yagizarov (Yegiazarov tamam başqa şəcərəyə aid soyaddır) soyadı yalnız onun nəslinə mənsubdur. Aktyorun ulu babası Şamaxı xanı Mahmud ağa Əliyev, babası İsmayıl bəy isə tanınmış vəkil olmuşdur. Vaxtilə aktyorun Dağıstanın Buynaksk şəhərindən olan atasını varlı olduqları üçün 1917-ci ilin sosialist inqilabından sonra onun bütün ailəsini Sibirə sürgün ediblər. Xeyli cəhd göstərəndən sonra, atası Hacı Əhməd Moskvada rəhbər şəxslərdən birinin qəbuluna düşərək ailəsini azad etdirə bilib.
Hacı Muradın nəşinin oğurlanması
Hacı Muradın nəşinin oğurlanması — Azərbaycanın Qax rayonunda dəfn edilmiş Şeyx Şamilin naibi Hacı Muradın sümüklərinin oğurlanması hadisəsi. Hadisənin 31 may 2019-cu il tarixində baş verdiyi ehtimal edilir. Çıxarılmış qalıqlar, iyunun 2-də öz vətənində Dağıstanın Xunzax rayonunda dəfn edilməsi haqda məlumatlar yayılıb. Azərbaycanın rəsmi dövlət orqanları bununla bağlı bir bəyanat verməsələrdə, Hacı Muradın məzarının yanında təxminən 1 metrə yaxın daş döşəmənin sökülməsi, orada qazıntı aparılması iddianın əsassız olmadığını göstərir. == Təkrar dəfn == Hacı Murad 5 may 1852-ci ildə Qaxın Tanqıt kəndi yaxınlığında kazaklar tərəfindən mühasirəyə alınır. 11 saatlıq döyüşdən sonra Hacı Murad və silahdaşları öldürülür. Hacı Muradın başı kəsilərək Tiflisə canişin Y.Vorontsova göndərilir. Bir müddət Tiflis yanğınsöndürmə deposunda saxlanılan baş sonradan Çar I Nikolayın əmri ilə görkəmli rus anatomu və cərrahı N.N.Piroqova göndərilir. N.N.Piroqov tərəfindən mumiyalandıqdan sonra başı Sankt-Peterburq Hərbi-Tibb Akademiyasının muzeyində nümayiş etdirilir. Uzun illər Hacı Muradın kəlləsinin Azərbaycanda olan məzarında basdırılma məsələsi müzakirə olunur.
Hikmət Muradov
Hikmət Muradov (tam adı: Hikmət Oqtay oğlu Muradov ; d. 1969, Bakı, Azərbaycan SSR - ö. 1991, Xocalı, Azərbaycan) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == 23 yanvar 1969-cu ildə Bakı şəhərində doğulmuşdur. 1976-1986-cı illərdə 190 saylı orta məktəbdə təhsil almışdır. Həmin il Krasnokustk Mülki Aviasiya Məktəbinə daxil olur. 1991-ci ildə buranı fərqlənmə diplomu ilə bitirir. Daha sonra Hikmət Yevlax hava yollarında ikinci pilot kimi fəaliyyətə başlayır. == Döyüşlərdə iştirakı == Hikmət AN-2 təyyarəsi ilə dəfələrlə müharibə gedən əraziyə uçuşlar etmişdi. O, döyüşçülərimizə ərzaq, silah-sursat daşınmasında misilsiz işlər görmüşdü.
Hümaşah Sultan (III Muradın qızı)
Hümaşah Sultan (1580) — Osmanlı sultanı III Muradın qızı. == Həyatı == Hümaşah Sultanın Manisada doğulduğu bilindiyi üçün onun Səfiyyə Sultanın qızı olduğu təxmin edilir. Lakin onun nə doğum və vəfat tarixi, nə dəqiq adı, nə də ərinin kim olduğu aydın deyil. Osmanlı yazıçısı Entoni Alderson onu "Hüma" adlandırır və qeyd edir ki, o, ardıcıl olaraq Lalə Qara Mustafa Paşa (Sokolloviç) və Nişar Mustafazadə Mehmed Paşa ilə evli olub. == Mədniyyətdə == Hümaşah Türk tarixi dram teleserialı olan "Möhtəşəm Yüz İl Kösəm"-də III Murad və Səfiyyə Sultanın qızı olaraq təsvir edilmişdir. Rolu türkiyəli aktrisa Vildan Atasever canlandırıb. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Alderson. The Structure of the Ottoman Dynasty (PDF) (ingilis). Oksford: Clarendon Press. 1956.
Hüseyn Fərhad oğlu Muradov
Hüseyn Muradov
Hüseyn Muradov (aktyor)
Hüseyn Muradov (əsgər)
Kənan Muradov
Mahir Muradov
Mahir Cümşüd oğlu Muradov (25 iyul 1956, Bakı – 5 yanvar 2023, Bakı) — Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi == Həyatı == Mahir Muradov 25 iyul 1956-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1982-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə 1973-cü ildən başlamışdır. Həmin ildən 1979-cu ilədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi orqanlarında çalışmışdır. 1979-cu ildən 1983-cü ilədək "Xəzərneftqazdonanma" İdarəsində müxtəlif vəzifələrdə çalışmışdır. 1983-cü ildən başlayaraq 2012-ci ilədək Prokurorluq orqanlarında stajor, böyük müstəntiq, şöbə prokuroru, prokuror vəzifələrində işləmişdır. 2004-cü ildən 2012-ci ilə qədər Bakı şəhəri Nizami rayon prokuroru vəzifəsində çalışmışdır. 16 oktyabr 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunmuşdur. Ailəlidir, üç övladı var. 5 yanvar 2023-cü ildə vəfat etmişdir.
Mahrux Muradova
Mahrux Xəlil qızı Muradova (Ərdəbil – 2002) — tanınmış müğənni. == Həyatı == Ərdəbil şəhərində, molla ailəsində anadan olub. 1943-ci ildən Azərbaycanda yaşayırdı. Yasamal qəbristanlığda dəfn edilib. == Sənəti == Əvvəlcədən "Lalə" qızlar ansamblın solisti, sonra isə Azərbaycan Dövlət Filarmoniyasının solisti. Repertuarında həm bəstəkar mahnıları (Ş. Əbdülkərimov "Bala gəlin", Ə. Tağıyev "Külək" və digərləri), həm də xalq mahnıları ("Məryəmcan", "Sarı köynək"), muğam və təsnifləri var idi. Nəğmələri Ə. Quliyevin rəhbərliyi ilə, Baba Salahovun adına "Araz" ansamblları ilə oxuyub. 1990-cı illərdə azadlıqdan sonra Azərbaycan dövlət televizyasında xüsusi musiqili verlişə çəkilib. Musiqili verlişdə "Əziz dostum","Qaragilə","Ayrılıq" ,"Anam yadıma düşdü" ,"Aman təklik əlindən" və "Zabul Segah" muğamını ifa etmişdir. Mahrux Muradovanın ifasında Mahur, Şur və Cahargah təsnifləri ilə val buraxılıb (1975).
Mailə Muradxanlı
Mailə Muradxanlı (tam adı: Muradxanova Mailə Balabəy qızı; 22 oktyabr 1940, Salyan, Salyan rayonu – 12 iyun 2010, Bakı) — tərcüməçi, dramaturq, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1988), Azərbaycan Jurnalistlər İttifaqının üzvü (1965), Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatı laureatı (1967), Azərbaycanın Əməkdar jurnalisti (1989). == Həyatı == Mailə Muradxanlı 1940-cı il oktyabrın 22-də Salyan şəhərində müəllim ailəsində anadan olmuşdur. 1946-cı ildə ailəliklə Bakıya köçmüşlər. Burada Maştağa qəsəbəsindəki 187 saylı orta məktəbi bitirmişdir (1947-1957). ADU-nun filologiya fakültəsinin jurnalistika bölməsində təhsilini davam etdirmişdir (1957-1962). Əmək fəaliyyətinə təyinatla göndərildiyi Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində radionun uşaq verilişləri şöbəsinin kiçik redaktoru kimi başlamış, redaktor (1962-1967), ədəbi dram verilişləri baş redaksiyasında, incəsənət, bədii ədəbiyyat şöbələrində müdir (1967-1972), ədəbi-dram verilişləri baş redaksiyasında baş redaktor vəzifəsində işləmiş (1972-1994), televiziyanın ədəbi dram verilişləri Baş redaksiyasında baş redaktor olmuşdur (1994-2010). Ədəbi aləmə sovet və xarici ölkə yazıçılarından doğma dilə etdiyi tərcümələri və dövri mətbuatda çıxan oçerkləri ilə daxil olmuşdur (1962). "Azərbaycan", "Azərbaycan qadını" jurnallarında, "Kommunist", "Ədəbiyyat və incəsənət" qəzetlərində müntəzəm çıxış etmişdir. Onun "Qınamayın məni" pyesi Sumqayıtda tamaşaya qoyulmuşdur (1990). Tərcümə etdiyi Əhməd-Əbubəkrin "Dulusçunun hekayəti", Orxan Kamalın "Yad qızı", A.Koşutanın "Vətənə dönmək istəyirəm", Bernard Şounun "Sezar və Kleopatra", Evripidin "İfigeniyalı Avlitdə", Brextin "Kurja ana və ya sərbəst qadın" pyesləri respublikanın dram teatrlarında göstərilmişdir.
Mailə Muradxanova
Mailə Muradxanlı (tam adı: Muradxanova Mailə Balabəy qızı; 22 oktyabr 1940, Salyan, Salyan rayonu – 12 iyun 2010, Bakı) — tərcüməçi, dramaturq, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1988), Azərbaycan Jurnalistlər İttifaqının üzvü (1965), Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatı laureatı (1967), Azərbaycanın Əməkdar jurnalisti (1989). == Həyatı == Mailə Muradxanlı 1940-cı il oktyabrın 22-də Salyan şəhərində müəllim ailəsində anadan olmuşdur. 1946-cı ildə ailəliklə Bakıya köçmüşlər. Burada Maştağa qəsəbəsindəki 187 saylı orta məktəbi bitirmişdir (1947-1957). ADU-nun filologiya fakültəsinin jurnalistika bölməsində təhsilini davam etdirmişdir (1957-1962). Əmək fəaliyyətinə təyinatla göndərildiyi Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində radionun uşaq verilişləri şöbəsinin kiçik redaktoru kimi başlamış, redaktor (1962-1967), ədəbi dram verilişləri baş redaksiyasında, incəsənət, bədii ədəbiyyat şöbələrində müdir (1967-1972), ədəbi-dram verilişləri baş redaksiyasında baş redaktor vəzifəsində işləmiş (1972-1994), televiziyanın ədəbi dram verilişləri Baş redaksiyasında baş redaktor olmuşdur (1994-2010). Ədəbi aləmə sovet və xarici ölkə yazıçılarından doğma dilə etdiyi tərcümələri və dövri mətbuatda çıxan oçerkləri ilə daxil olmuşdur (1962). "Azərbaycan", "Azərbaycan qadını" jurnallarında, "Kommunist", "Ədəbiyyat və incəsənət" qəzetlərində müntəzəm çıxış etmişdir. Onun "Qınamayın məni" pyesi Sumqayıtda tamaşaya qoyulmuşdur (1990). Tərcümə etdiyi Əhməd-Əbubəkrin "Dulusçunun hekayəti", Orxan Kamalın "Yad qızı", A.Koşutanın "Vətənə dönmək istəyirəm", Bernard Şounun "Sezar və Kleopatra", Evripidin "İfigeniyalı Avlitdə", Brextin "Kurja ana və ya sərbəst qadın" pyesləri respublikanın dram teatrlarında göstərilmişdir.

Digər lüğətlərdə