Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mürdad
Mürdad (fars. مرداد‎) — İran və Əfqanıstanın rəsmi təqviminin beşinci ayı. Mürdad ayında 31 gün var. Bu ay adətən 23 iyulda başlayıb 22 avqustda sona çatır (bəzi illərdə 22 iyulda başlayıb 21 avqustda bitir). Mürdad yayın ikinci ayıdır.
Murdar (Həştrud)
Murdar (fars. مهردار‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 306 nəfər yaşayır (50 ailə).
Murda
Önder Doğan (30 yanvar 1984; Amsterdam, Hollandiya) – türk əsilli hollandiyalı reper və bəstəkardır. O, Hollandiyanın Amsterdam şəhərində anadan olub. O, bir müddət İspaniya'nın Madrid şəhərində yaşayıb. Daha sonra Hollandiyaya qayıtdı və musiqi ilə maraqlandı və 2008-ci ildə ilk EP-ni buraxdı. Murda; Bizzey, Kraantje Pappie və Ronnie Flex də daxil olmaqla bir çox məşhur adlar və Hollandiyalı hip-hop sənətçiləri ilə işləmişdir. Ezhel ilə YouTube vasitəsilə tanış olduq və Doğan bundan sonra karyerasını Türkiyədə davam etdirmək qərarına gəldi. Onun "Aya" mahnısı YouTube video paylaşım saytında 140 milyon dəfə izlənilib. Daha sonra Ezhel və Murda yanvarda "Come in My Next Life" adlı daha bir mahnını, daha sonra isə "Made In Turkey" adlı başqa mahnını buraxdılar.
Alva Mürdal
Alva Myurdal (31 yanvar 1902[…], Uppsala[d][…] – 1 fevral 1986[…], Danderyud[d], Stokholm leni[d]) — İsveçli diplomat, nazir və siyasətçi. 1982-ci ildə meksikalı Alfonso Qarsiya Robleslə birlikdə Nobel sülh mükafatına layiq görülmüşdür. == Həyatı == 1949–1950-ci illərdə BMT-də Sosial Rifah Şöbəsinin rəhbəri olmuşdur. 1951-ci ildə UNESCO Sosial Elmlər Şöbəsinin rəhbərliyinə təyin olundu. 1955-1961-ci illərdə Hindistan, Myanmar və Seylonda əvvəlcə konsul, daha sonra isə səfirlik etdi. 1961-ci ildə İsveç xarici işlər nazirinə silahsızlandırma məsələsində məsləhətçi oldu. Növbəti ildə İsveç Sosial-Demokrat Fəhlə Partiyasından parlamentə millət vəkili seçildi və Cenevrə Silahsızlandırma Konfransında İsveç heyətində rəhbərlik etdi. 1966-cı ildə silahsızlandırma və kilsə məsələlərindən məsul dövlət naziri oldu və 1973-cü ilə kimi bu vəzifəsində qaldı. Silahsızlandırma mövzusunda bir sıra yazılar yazan Alva Myurdal 1982-ci ildə Nobel sülh mükafatına layiq görüldü. Bundan başqa həyat yoldaşı olan məşhur iqtisadçı Qunnar Myurdalla birlikdə 1970-ci ildə Qərbi Almaniya Sülh mükafatına layiq görülmüşdür.
Sex Murder Party
Sex Murder Party — Böyük Britaniyanın virtual musiqi qrupu olan Gorillaz-ın sayca beşinci studiya albomu "Humanz"-da səsləndirilmiş mahnı. Bu mahnıda Çikaqodan olan haus musiqiçisi Ceymi Prinsipl(en) və Yamaykadan olan repçi Zebra Katz(en) xüsusi qonaq qismində çıxış edir.
Burdur
Burdur — Türkiyənin Burdur ilinin inzibati mərkəzi.
Burlar
Bur sözü alman və bur dilində "fermer" mənasına gəlir. Cənubi Afrikada bu deyim niderland dilli Keyp sakinlərinə yönəldilir.
Gurdağ
Gurdağ – Ordubad rayonu ərazisində dağ (hünd. 2741,0 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Səfərdərə yüksəkliyindən (3826,4 m) cənub-qərbə ayrılan Xoşkeşin qolunun suayırıcısında zirvə. Parağaçay qəsəbəsindən 2 km-dək şərqdə, Artım dağından 600 m şimal-şərqdədir. Mehri-Ordubad batolitinin Orta Eosen yaşlı qabbro-qranit formasiyasına aid qabbro və qabbro-dioritlərindən təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Zəngəzur qalxma zonasının cənub-qərb kənar hissəsində yerləşir.
Kürdan
Lurlar
Lurlar — Qərbi İranda yaşayan xalqdır. Dilləri Hind-Avropa dil ailəsinin Hind-İran qrupuna aiddir. Dillərinə ən yaxın dil fars dilidir. İranda məskunlaşmış lurlar dil baxımından iki qrupa ayrılır: Şimali lur dilində danışanlar Luristan ostanının mərkəzi və cənubunda, Xuzistan ostanının şimalında, Həmədan ostanının cənubunda, Mərkəzi ostanın cənubunda, İlam ostanında və saylarının təxminən 1.767 milyon (2010-ci il) nəfər olduğu ehtimal olunur . Cənubi lur dilində danışanlar Kohgiluyə və Boyer-Əhməd ostanında, Xuzistan ostanının şərqində, Fars ostanının şimali-qərbində (lurların yarımqrupu olan mamasani və şuli tayfaları) və Şiraz şəhərində məskunlaşmışlar və saylarının təxminən 916 min (2010-cu il) nəfər olduğu ehtimal olunur .
Mordad
Mürdad (fars. مرداد‎) — İran və Əfqanıstanın rəsmi təqviminin beşinci ayı. Mürdad ayında 31 gün var. Bu ay adətən 23 iyulda başlayıb 22 avqustda sona çatır (bəzi illərdə 22 iyulda başlayıb 21 avqustda bitir). Mürdad yayın ikinci ayıdır.
Muadan
Muadan (fr. Moydans, oks. Moidans) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Rozan kantonuna daxildir. INSEE kodu — 05091. 2008-ci ildə əhalinin sayı 50 nəfər təşkil edirdi. 2007-ci ildə 29 yaşda (15–64 yaş arasında) 23 nəfər iqtisadi fəal, 6 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 79,3%, 1999-cu ildə 82,1%). Aktiv olan 23 nəfərdən 21 nəfəri (14 kişi və 7 qadın), 2 nəfər işsiz (1 kişi və 1 qadın) idi.
Murdarça
Murdarça (lat. Rhamnus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinə aid bitki cinsi. Dərman, boya, aşıayıcı əhəmiyyətə malikdir. Meyvələrində pektin maddələri, kitrə, piqmentlər, acı maddələr, qabığında isə aşı maddələri vardır. Xalq təbabətində meyvələrindən başqa qabığı da işlətmə dərmanı məqsədilə istifadə edilir. Təzə (tər) yarpaqlarında 422,7–742,2 mq%, qurumuş yarpaqlarda isə 1140–1257 mq% C vitamini vardır. Toxumlarında 8–12%-ə qədər yağ vardır. Azərbaycan florasında 5 növü vardır ki, bunlardan biri də mədəni şəraitdə becərilir. MNB-da 3 növün kolleksiyası becərilir.
Muridae
Siçanlar (lat. Muridae) — gəmiricilər dəstəsinə aid məməli heyvan fəsiləsi.
Murzay
Başqırdlar at və ya iri mal-qaranın dərisindən ustalıqla müxtəlif qablar düzəldirdilər. Bu qablar at südünün sağılması, saxlanması, kumıs hazırlanması və gəzdirilməsi üçün istifadə olunmuşdur. Məlumdur ki, başqırdların həyatında bir ərzaq kimi kumısın böyük əhəmiyyəti var. Onlar dəridən mehtərə (murtay), butulka (botlok), vedrə (baş künək) və başqa qabları böyük ustalıqla tikirlər. Bunların içərisində «haba» on çox tutumlu olub 6 ÷ 12 vedrə süd tutur. Başqırdlarda inək əmcəyinin dərisini emal etməklə qida məhsulu saxlamaq üçün düzəldilən dəri qab isə murzay adlanır.
Muxtar
Muxtar — Azərbaycan kişi adı və təxəllüs. Muxtar Səqəfi — Hüseyn ibn Əlinin Kərbəla döyüşündəki ölümünün intiqamını almaq üçün İraqın Kufə şəhərində Əməvi xəlifəliyinə qarşı üsyana başçılıq edən mübahisəli bir erkən İslam inqilabçısı Muxtar Qasımov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Muxtar Maniyev — Azərbaycanın görkəmli kino aktyoru, Azərbaycanın xalq artisti (2000). Muxtar Həmzəyev (alim) — psixologiya elmləri doktoru, professor. Muxtar Şaxanov — tanınmış qazax yazıçısı, hüquqşünası, Qazaxıstanın Qırğızıstandakı səfiri Muxtar İbadov — aktyor, inzibatçı. Yaşayış məntəqələri Muxtar (Xocalı) — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində kənd.
Möhrdar
Möhrdar, yaxud möhrdar-i möhr-i hümayun – "əlahəzrət möhürünün mühafizəçisi". "Təzkirət əl-mülük"də göstərildiyi kimi, ilk dövrlərdə möhrdar böyük hörmət sahibi sayılırdı. O, vəzirlərin, mustoufilərin, kələntərlərin təyinatları (rəqəm) haqqında fərmanlara, həmçinin də əmirlərə, hakimlərə və b. bağışlanan soyurqallara, tiyullara aid olan sənədlərə "əlahəzrətin möhürünü" basırdı. İskəndər bəy Münşi belə bir xəbər verir ki, II Şah İsmayıl taxta çıxdıqdan sonra şahzadə İbrahim mirzəyə müraciə edərək deyir: "Sən cənnətməkan şah (yəni I Şah Təhmasib) üçün oğul kimi idin, bütünlüklə onun xidmətində olmusan və indi mənə qardaş kimisən. Eşikağasıbaşı (vəzifəsi) sənə yaraşmır". Buna görə də şah onu möhrdar təyin edir ki, "həmişə onun qarşısında oturub söhbəti və danışığı ilə onu şərəfyab etsin".
Məcdar
Məcdar (fars. مجدر‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 332 nəfər yaşayır (60 ailə).
Mərdan
Mərdan — Azərbaycanlı adı. Mərdan Mehdizadə — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Mərdan Muradxanov — azərbaycanlı pedaqoq-alim, professor Mərdan Feyzullayev — "Tərəqqi" medalı laureatı Mərdan Musayev — Sovet İttifaqı Qəhrəmanı (03.06.1944). Mərdan Camalov — Mərdan Cəlilov — Tanınmış azərbaycanlı alim. Təxəllüs Orxan Mərdan — Prodüser, Rejissor, Ssenarist.
Qurdlar
Canavar (lat. Canis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinə aid heyvan cinsi. Qurdun qidası ilin mövsümündən asılı olaraq müxtəlif növ gəmiricilər, quşlar, sürünənlər, onların yumurtaları, qurbağalar, kərtənkələlər, xırda yırtıcılar və kənd təsərrüfatı heyvanları təşkil edir. Yuvalarını qayalıqlarda və suya yaxın yerlərdə düzəldirlər. Farscadan gələn Canavar sözü (جانور) fars dilində "Qurd" yox, "qulyabani, xoxan, bədheybət varlıq, monster" anlamını daşıyır, lakin Azərbaycan dilinə "qurd" anlamında daxil olub. Qurd indiki anlamında (köpəkkimilərdən bir yırtıcı heyvan) sözü birinci dəfə "Divanü Lüğat-it-Türk"də (1072–1074 illər) قُرتْ [kurt] şəklində istifadə olunub və yazarın bildirdiyinə görə, qurd sözünü bu anlamda ancaq oğuzlar işlədir, başqa türk dillərində isə bu söz yalnız soxulcan anlamını daşıyır. Bəzi mənbələrə görə, qədim Türk xalqı, canavardan qorxduğu üçün, onun adını (Börü) çəkmək istəmirdilər. Bunun uğursuzluq gətirildiyinə inanırdılar. Bu səbəblə, ona kiçik bir həşəratın, soğulcanın adını — qurd adını qoydular. Beləcə, qorxusuz şəkildə onun adını səsləndirə bilirdilər.
Turdaş
Turdaş — Rumıniyada neolit dövrünə aid arxeoloji mədəniyyət. Tapıldığı eyni adlı kəndin adı ilə adlandırılmışdır. Turdaş mədəniyyəti tayfaları ibtidai əkinçilik və maldarlıqla məşğul olmuş, koma və qazmalarda, sonralar yürüstü evlərdə yaşamışlar. Mikrolitlər, daş baltalar, mis əşyalar və gil qablara təsadüf edilmişdir. Ölülər yaşayış yerində dəfn olunmuşdur. Məskənlərin birində (Tartariya) üzərində şumerlərdən əvvəl Mesopotamiyada mövcud olmuş yazı işarələri olan 3 gil lövhə tapılmışdır.
Vardar
Vardar (mak. Vardar, yun. Αξιός) — Makedoniyanın ən uzun, Yunanıstanın əsas çaylarından biri. Uzunluğu — 388 km, hövzəsi isə 24 438 км²-dir. Çayın mənbəyi Vrutok kəndi yaxınlığında yerləşir. Mənsəbinin hündürlüyü 683 metrdir. Vardar çayının hövzəsi demək olar ki, Makedoniya ərazisinin üçdə iki hissəsini əhatə edir. Vardar çayı demək olar ki, bütünlüklə dağlıq ərazidən axır. Çayın keçdiyi ərazilərdə ölkənin ən münbüt torpaqların yayılmışdır. Vardar sözünün dəqiq mənşəyi haqqında məlumat yoxdur.
Çubdar
Çubdar (fars. چوبدر‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə neçə nəfərin yaşaması naməlumdur.
Marder
Marder ("Marder" – "Sansara") – Almaniyanın piyada döyüş maşını (PDM).
Death Note Another Note: The Los Angeles BB Murder Cases
Death Note Another Note: The Los Angeles BB Murder Cases (yap. アナザーノート — ロサンゼルスBB連続殺人事件) — Death Note manqasının prikvelı olan Nisio İsinin ranobesi.
Dündar bəy
Dündar bəy (1210 – 1288) — Süleyman Şahın oğlu, Ərtoğrul Qazinin qardaşı və Osman Qazinin əmisi olmuşdur. 80 yaşına yaxın olarkən Osman Qazi tərəfindən şəxsən öldürülmüş və bu hadisə, Osmanlı imperiyasında idarəetmədə sülalə üzvlərinin nüfuz sahibi olmaq üçün bir-birlərini öldürmələrinin başlanğıcını qoymuşdur. Dündar bəyin öldürülməsini bir çox Osmanlı tarixçisi müxtəlif şəkildə nəql etmişdir. Nəşridəki rəvayətə görə; Biləcikdə Təkfurun əyləncəsinə qatılan Osman Qaziyə, Təkfur əlini öpdürmək istəmiş və bunu edən Osman Qazi özünün qürurunun Təkfur tərəfindən alçaldıldığını düşünmüşdür. Bu alçaldıcı davranışı unutmayan Osman Qazi, bəyliyinin başçısı olduqdan təkfurdan intiqam almaq istəmiş və təkfura qarşı hərbi kampaniyaya başlamışdır. Dündar bəy isə Osman Qazinin bu səfərinə qarşı çıxaraq "Germiyanoğulları və ətrafdakı kafirlər onsuz da bizə qarşı düşməndir və bu təkfuru da bizə qarşı çevirsən, onda bizim yaşayış yerimiz olmayacaq" demişdir. Bu sözlər Osman Qazini qəzəbləndirmiş və Osman Qazi Dündar bəyi kamanının taxtası vuraraq öldürmüşdür. Son dövr Osmanlı tarixçilərindən Xeyrullah Əfəndi isə hadisəni belə izah etmişdir: Dündar bəylə Osman Qazi arasında müntəzəm bir qarşıdurma yaşanmış və Dündar bəy istəmədən Osman Qazinin bəyliyini qəbul etməli olmuş və buna görə də mütəmadi şəkildə Osmana qarşı mövqe tutmuş, hətta Biləcik Təkfuru ilə də bu mövzuda razılığa gəlmiş və Osmana qarşı sui-qəsd hazırlamağa cəhd etmişdir. Onun bu cəhdi Osman Qazi tərəfindən öyrənilmiş və Dündar bəyin əfvi qəbul edilmədiyi üçün öldürüldüyünü bildirmişdir.