MURÇƏ
MURƏVVƏQ
OBASTAN VİKİ
Murdar (Həştrud)
Murdar (fars. مهردار‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 306 nəfər yaşayır (50 ailə).
Boyayıcı murdarça
Dаur murdarçası
Həmişəyaşıl murdarça
Həmişəyaşıl murdarça (lat. Rhamnus alaternus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin murdarça cinsinə aid bitki növü. == Təbii yayılması == Aralıq dənizyanı ölkələrində, Balkanda və Kiçik Asiyada təbii halda yayılıb. == Botaniki təsviri == Hündürlüyü 3 m-ə çatan qollu-budaqlı həmişəyaşıl koldur. Zoğları qırmızımtıl və ya tünd-yaşıl rəngdədir. Yarpaqlarının uzunluğu 2-6 sm, eni 1-3 sm, üstdən tünd-yaşıl, altdan açıq-yaşıldır, yan damarları 3-4 cütdür. Çiçəkləri beş üzvlüdür, zəngvari, sarımtıl-yaşıl rəngli, ikievli, sadə və ya zəif şaxələnmiş qısa saplaqlı çiçək qrupunda yerləşir. Meyvəsi üç çəyirdəkli, az ətlidir, əvvəl qırmızı, yetişdikdə isə qara rəngli olur. Mart-aprel aylarında çiçəkləyir, iyul-avqust aylarında meyvə verir. == Ekologiyası == Rütubət sevən bitkidir.
Kürəkvariyarpaqlı murdarça
Kürəkvariyarpaqlı murdarça (lat. Rhamnus spathulifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin murdarça cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda, İranda, Kiçik Asiyada təbii halda yayılmışdır == Botaniki təsviri == Budaqları tikanlı ağac və ya kol bitkisidir. Bitkinin hündürlüyü 8 metrə çatır. Yarpaqları ellepsvari və ya lansetvaridir, uzunluğu 2,5-7 sm, eni 7-25 mm-dir. Çiçəkləri poliqam və ya ikievli sarı və ya ağ olub kiçik qruplarla, bəzən də tək yerləşir. May-iyun aylarında çiçəkləyir. Meyvəsi qara rəngli olub, yeməli deyil. Kökündə boyoq maddəsi, alkaloidlər vardır. Meyvəsində 2-4 möhkəm toxumları yerləşir.
Murdarça
Murdarça (lat. Rhamnus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinə aid bitki cinsi. Dərman, boya, aşıayıcı əhəmiyyətə malikdir. Meyvələrində pektin maddələri, kitrə, piqmentlər, acı maddələr, qabığında isə aşı maddələri vardır. Xalq təbabətində meyvələrindən başqa qabığı da işlətmə dərmanı məqsədilə istifadə edilir. Təzə (tər) yarpaqlarında 422,7–742,2 mq%, qurumuş yarpaqlarda isə 1140–1257 mq% C vitamini vardır. Toxumlarında 8–12%-ə qədər yağ vardır. Azərbaycan florasında 5 növü vardır ki, bunlardan biri də mədəni şəraitdə becərilir. MNB-da 3 növün kolleksiyası becərilir.
Murdarçakimilər
Murdarçakimilər (lat. Rhamnaceae) — bitkilər aləminin astraçiçəklilər dəstəsinə aid bitki fəsiləsi.
Murdarçayabənzər çaytikanı
Murdarçayabənzər çaytikanı (lat. Hippophae rhamnoides) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin i̇ydəkimilər fəsiləsinin çaytikanı cinsinə aid bitki növü. Məlum olan 3 növündən biri Azərbaycanda bitir. Çaytikanı Orta Asiyada, Sibirdə, Qafqazda və Rusiyanın avropa hissəsində çay vadilərində, çəmənliklərdə, meşə yaxınlıqlarında, hündür dağlarda təsadüf edilir. Azərbaycanın Samur çayı vadisində, Quba-Xaçmaz, Şəki-Zaqatala, Naxçıvan, Lənkəran zonalarında dəniz səthindən 2000 m hündürlüyə qədər yerlərdə kolluqlar və ağac şəklində bitir. Çaytikanı meyvəsi giləmeyvəyə oxşayır. Sentyabr-oktyabr aylarında yetişir. Meyvə saplağı möhkəm olduğu üçün yetişmiş meyvələri bütün qış fəslində (mart aprel ayına kimi) ağacda qala bilir. Meyvələri qızılı-sarı və ya çəhrayı-qırmızı rəngdə olur, dadı turşməzədir. Meyvəsi bir toxumludur.
Murdarçayarpaq çaytikanı
Murdarçaçiçəklilər
Pallas murdarçası
Pallas murdarçası (lat. Rhamnus pallasii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin murdarça cinsinə aid bitki növü. == Təbii yayılması == Şimali Qafqazda təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1-2 m olan alçaq boylu koldur. Gövdəsi çoxlu tikanlı budaqlardan ibarətdir. Yarpaqları ensiz, xətvari, neştərvari, eni 1,5-5 mm, saplaqlı, ucu biz, alt tərəfi ensizdir. Yarpaq saplağı qısadır. Çiçəkləri 4 hissəli, yaşımtıl rənglidir, yarpaqların qoltuğundan çıxan 10-12 ədəd çiçək qrupunda yerləşir. Ləçəkləri xırdadır və ya yoxdur. Sütuncuğu 2-3 bölümlüdür.
Xırdayarpaq murdarça
İmeretin murdarçası
İmeretin murdarçası (lat. Rhamnus imeretina) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin murdarça cinsinə aid bitki növü.
İriyarpaqlı murdarça
İriçiçəkli murdarça
== Ümumi yayılması == İranda (Gilan) təbii halda rast gəlinir. Azərbaycanda yayılması: Qusar (Samur çayı kənarı), Lənkaran (Ələzə¬pin Apu kəndləri ətrafı), Lerik (Siov kəndi) rayonlarında təbii halda yayılmışdır. == Statusu == Azərbaycanın nadir və relikt bir bitkisidir. CR A1abc; B1ab(i,iii). == Bitdiyi yer == Əsasən aşağı dağ qurşağında qarışıq enliyarpaq meşələrdə çay kənarlarında rast gəlinir. == Təbii ehtiyatı == Azərbaycanda dar bir arealda yayılmışdır. == Bioloji xüsusiyyətləri == Təbiətdə hündürlüyü 6 m-dək olan kol və ya kiçik ağacdır. Bitkinin gövdəsinin qabığı tünd boz və ya qara rəngdə olur. Bitkinin cavan zoğlarının rəngi məxməri yaşıl olur. Yaşlı budaqları isə yaş-lımtıl boz rəngdə olur.
İshal murdarçası
İşlədici murdarça (lat. Rhamnus cathartica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin murdarça cinsinə aid bitki növü. == Təbii yayılması == Dünyanın bir sıra ölkələrində rast gəlmək mümkündür. == Botaniki təsviri == Hündürlüyü 3 m-ə çatan, şaxələnmiş budaqlara malik kol bitkisidir. Cavan zoğların qabığı gümüşü-boz rəngli olub, sonradan qonur-qara rəng alır. Budaqlarının ucları düz tikanlidir. Üzbəüz yarpaqları saplaqlı, yumurtavari və ya ellipsvari, bir az ucu biz, parlaq, üç cüt qövsvari yan damarcıqlıdır, kənarları isə dişlidir. Yarpaqların qoltuqlarında 10-15 ədəd dəstələrlə çətirlərə yığılmış dörd hissəli, yaşılımtıl-sarı çiçəkləri yerləşir. Maydan iyunadək çiçəkləyir. Çiçəklərdən noxud ölçüsündə, əvvəlcə yaşıl, sonra qaralan yumru meyvələr-senokarp çəyirdəklər inkişaf edir.
İşlədici murdarça
İşlədici murdarça (lat. Rhamnus cathartica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin murdarça cinsinə aid bitki növü. == Təbii yayılması == Dünyanın bir sıra ölkələrində rast gəlmək mümkündür. == Botaniki təsviri == Hündürlüyü 3 m-ə çatan, şaxələnmiş budaqlara malik kol bitkisidir. Cavan zoğların qabığı gümüşü-boz rəngli olub, sonradan qonur-qara rəng alır. Budaqlarının ucları düz tikanlidir. Üzbəüz yarpaqları saplaqlı, yumurtavari və ya ellipsvari, bir az ucu biz, parlaq, üç cüt qövsvari yan damarcıqlıdır, kənarları isə dişlidir. Yarpaqların qoltuqlarında 10-15 ədəd dəstələrlə çətirlərə yığılmış dörd hissəli, yaşılımtıl-sarı çiçəkləri yerləşir. Maydan iyunadək çiçəkləyir. Çiçəklərdən noxud ölçüsündə, əvvəlcə yaşıl, sonra qaralan yumru meyvələr-senokarp çəyirdəklər inkişaf edir.
Daur murdarçası
Daur murdarçası (lat. Rhamnus davurica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin murdarça cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii halda Monqolustan, Çin, Koreyada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 10 m-ə çatan ağacdır. Ağacın qabığı tünd, qaramtıl-qonur rənglidir, nisbətən yaşlı ağaclarda çatlar əmələ gəlir.Cavan budaqlar tüklü yaşıldır, sonralar boz və ya açıq qəhvəyi rəngli olur. Budaqların ucunda adətən iri tumurcuq yerləşir. Yarpaqlar qarşı-qarşıya və ya növbəli yerləşir, üst səthi parlaq, yaşıl rənglidir, alt tərəfi boz- yaşıl, çılpaq və ya damar boyu tükcüklüdür. Uzunsov oval və ya oval formalı olub, eni 5-10 sm-dir, kənarı dişlidir. Çiçəklər yaşımtıl sarıdır, zəngşəkillidir, uzunluğu 4-6 mm-dir. Meyvəsi şarşəkilli çəyirdəkdir, tünd göy rəngdədir, diametri 5-7 mm-dir.

Digər lüğətlərdə