Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Markem adası
Markem adası (ing. Markham Island) — Ross dənizində yerləşən elə də böyük olmayan ada. Ada Viktoriya Torpağının sahilində yerləşən Terra Nova körfəzində Oskar burnundan bir qədər aralıda yerləşir. Ada 1900-ci ilin fevralında Britaniya ekspedisiyası tərəfindən kəşf edilmişdir. Ekspedisiyaya Karsten Borhqevink rəhbərlik etmişdir. Adanı Borhqevink Klement Narkemin şərəfinə adlandırmışdır. O, Merkemlə əvvəllər yaşanmış narazılığı aradan qaldırmaq məqsədi ilə bu addımı atsa da jest qəbul olunmamışdır..
Markem boğazı
Markem boğazı — Rusiyanın Arxangelsk vilayətinə daxil olan olan Frans-İosif Torpağı arxipelaqının şərqində, Luici, Çamp adalarını Kyoltiş, Nansen, Alcer, Bromic və Nyukomb adalarından ayıran boğaz. 1874-cü ildə Veyprext-Payerin Avstriya-Macarıstan qütb ekspedisiyası tərəfindən aşkar edilmiş və xəritəyə salınmışdır. Qütb tədqiqatçısı Albert Hastinqs Markemin adını daşıyır. Boğaz Britaniya boğazında başlanılır və Avstriya boğazında bitir. İngilis qütb tədqiqatçısı Federik Cekson "Arktikada bir min gün" adlı gündəliyində Markem boğazının girişinin təsvirini verir. onun gündəliyindəki yazıları 25 aprel 1895-ci il (dördüncü gün) tarixində başlayır. Onun məlumatına görə, təxminən səkkiz mil boğazın daha dərinliyinə girən Ceksonun ekspedisiyası, toros buzunun üstünündən şimal-qərbə doğru görünən bir ərazini aşkarlayır. Ertəsi gün, 26 aprel tarixində, Markem boğazını əhatə edən adalara vizual baxış keçirilir. 1896-cı ildə Ceksonun araşdırmalarının nəticələri "English Mechanics and the World of Science" adlı britaniya jurnalının səhifələrində müzakirə edilir. Ceksona görə, o xəritələrdəki Markem boğazının xəttini tamamilə dəyişdirməli idi.
Markem dağı
Markem dağı (ing. Mount Markham) — Antarktida ərazisində yerləşən Transantarktika dağlarının Kraliça Elizavet silsiləsində yerləşən ən hündür zirvə. Onun hündürlüyü 4350 metr təşkil edir. == Coğrafiya == Dağ Şərqi Antarktidanın Şelkton sahili ərazisində yerləşir. Təqribi olaraq Kerkpatrik dağından 175 km şimal-qərbdə, Elizabet dağından isə 148 km şimal-qərbdə yerləşir. Markem dağı öz növbəsində uzanan dağ massividir. Dağın üç zirvəsi mövcuddur. Ən yüksək pik 4351 netrdir. Dağ massivi Britaniya Antarktida ekspedisiyası zamanı kəşf edilmişdir. Eksoedisiyaya rəhbərlik Robert Skott etmişdir.
MARİƏM
MARİƏM (CARICC) – Narkotik vasitələrin, psixotrop maddələrin və onların hazırlanması üçün xammalın qanunsuz dövriyyəsi ilə mübarizə üzrə Mərkəzi Asiya Regional İnformasiya və Əlaqələndirmə Mərkəzi (Central Asian Regional Information and Coordination Centre for Combating Illicit Trafficking of Narcotic Drugs, Psychotropic Substances and their Precursors)Əfqanıstandan yayılan narkotiklərin qarşısını almaq məqsədilə Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (BMT NCİ – UNODC) Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan ilə birlikdə MARİƏM-in yaradılması üzrə layihəni həyata keçirir. Qazaxıstanın Almatı şəhərində yerləşən Mərkəzin məqsədləri narkotiklər sahəsində qeyri-qanuni əməllər üzrə məlumat mübadiləsinin təmin edilməsi və bu əməllərin qarşısını almağa yönələn birgə əməliyyatların təşkili və həyata keçirilməsinə yardım göstərməkdən ibarətdir. Mərkəz üzv ölkələrdə narkotiklərlə mübarizə aparan və bu sahədə əməliyyat-axtarış fəaliyyətinin subyekti olan yəni, polis, milli təhlükəsizlik, gömrük, sərhəd xidməti orqanları ilə əməkdaşlıq edir. Mərkəzin şəxsi heyəti yuxarıda qeyd olunan orqanların əməkdaşları sırasından açıq müsabiqə yolu ilə beynəlxalq komisiya tərəfindən müəyyən edilir. Bundan başqa hər bir üzv ölkə, habelə müşahidəçi statusuna malik olan digər ölkə və yaxud səlahiyyətli beynəlxalq təşkilat Mərkəzə səlahiyyətli nümayəndə (əlaqələndərici zabit) ezam etməklə əməliyyat məlumatının mübadiləsi və birgə əməliyyatların təşkilində güclü mexanizm qurmuş olurlar. Bu mexanizmi daha da gücləndirmək məqsədi ilə İnterpol, Avropol, Ümumdünya Gömrük Təşkilatı və sair təşkilatlarla sıx əlaqələr qurulmaqdadır. MARİƏM-in hüquqi bazasını "MARİƏM-in yaradılması haqqında Razılaşma" təşkil edir. Həmin Razılaşma üzv ölkələrin prezidentləri tərəfindən imzalandıqdan və Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistanın ali qanunvericilik orqanları tərəfindən ratifikasiya edildikdən sonra 22 mart 2009-cu il tarixdə qüvvəyə minmişdir.. Rusiya həmin razılaşmanı 9 mart 2011-ci il tarixində ratifikasiya etmişdir. MARİƏM-in xüsusiyyətləri ondan ibarətdir ki, o, heç bir siyasi, hərbi, iqtisadi və yaxud hər hansi qurumdan asılı deyil, bütün əlaqədar orqanlarla (polis, milli təhlükəsizlik orqanları, gömrük, sərhəd xidməti) əməkdaşliq edir və onlara xidmət göstərir, narkotik vasitələrlə mübarizə sahəsində marağı olan hər bir ölkə MARİƏM-ə üzv ola bilər.
Makemo
Makemo (fr. Makemo) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). == Coğrafiya == Atollun sahəsi 56 km²-dir. Daxilində böyük laqun vardır. Laqunun sahəsi bütün arxipelaqda üçüncü ən böyük laqundur. Onun eni 5 – 8 km, uzunluğu isə 65 km təşkil edir. == İnzibati bölgüsü == Makemo, Haraiki, Şimali Marutea, Katiu, Taunake, Hiti, Cənubi Tepoto, Raroia, Takume, Taenqa və Nihiru adaları Makemo kommunasını əmələ gətirir. İnzibati baxımından Tamotu-Qambe regionuna daxildir. == Tarixi == Taenqa ilk dəfə 1803-cü ildə ingilis dənizçisi Con Bayers tərəfindən kəşf edilir. Birinci Rus Antarktika ekspedisiyası zamanı ada Kutuzov atolu adlandırılır.
Marker
Marker — özünün mürəkkəb mənbəsi olan qələm və adətən keçə kimi bir məsaməli, preslenmiş liflərdən hazırlanmış bir ucu var
Mayhem
Mayhem — Norveç blək-metal qrupu. 1984-cü ildə, Yevronimus tərəfindən quruldu. Möhkəm bir Venom fanatı olan Euronymous qrupun adını Venom'un Mayhem With Mercy adlı mahnısından təsirlənərək qoymuşdur. Qrup, həqiqi mənada black metalı formalaşdıran bir qrup kimi qəbul edilir. Sonraki illərdə Norveç'də qurulan black metal qrupları Mayhem'in stilinə oxşadıb black metal yaratmağa çalışmışlar. == Tarixi == Qrupa üzv axtaran Euronymous ilə birlikdə, bas gitarada Necrobutcher, bateri də Manheim çıxış edərək qrupun ilk heyətini yaratmış oldu. İlk çıxardıqları Pure Fucking Armageddon demosunda vokalları Euronymous öz üzərinə götürdü. Ancaq vokalının bəs etməməsi ve pis olduğu səbəbiylə, digər qrup üzvlərinin təkidi ilə qrupa yeni bir vokalist axtarmağa başlandı. Bundan sonra Maniac adlı bir solist öz istəyi ilə qrupa girdi. Deathcrush adlı albomda vokalları o etdi ama bir müddət sonra bəzi anlaşılmazlıqlar nəticəsində Euronymous tərəfindən qrupdan çıxarıldı, eyni şəkildə yetərsiz olan Manheim qrupdan qovuldu.
Marke
Marke — İtaliyanın 1948-ci il Konstitusiyası ilə qismən regional muxtariyyət verilmiş 20 regionundan biridir. Ankona şəhəri region mərkəzidir. == Coğrafi mövqeyi == Tətil diyarları və incə qumlu çimərlikləri ilə dünyaca məşhur region Apenin Dağları ilə Adriatik dənizi arasında uzanır. Adriatik dənizinə baxan qisimi daha çox dağlıq və təpələrlə əhatəlidir. == Əhalisi == 1.560.785 milyon nəfərdir. == Sahəsi == 9.694 km²-dir.
Android Market
Google Play — Google-nin İos əməliyyat sistemi üçün inkişaf etdirdiyi bir paket idarəçisi və elektronik platformasıdır. == Proqram təminatının hazırlanması == Android üçün proqramlar Dalvik virtual maşınında qeyri-standart bayt-kodda yazılmış proqramdır. Android üçün proqramların hazırlamasını Java (Java 1.6) dilində aparmaq olar. Eclipse üçün plaqin mövcuddur — Android Development Tools Eclipse 3.3 versiyası üçün nəzərdə tutulmuş (ADT) — 3.5. IntelliJ IDEA üçün də plaqin mövcuddur. (Android-proqramların hazırlmasını yüngülləşdirmək üçün nəzərdə tutulmuşdur). Mümkün kitabxanalar: Bionic — libc-lə uyuşmaz standart funksiyaların kitabxanasıdır. SSL — şifrləmə. Media Framework (PacketVideo OpenCORE, MPEG-4, H.264, MP3, AAC, AMR, JPEG, PNG). Surface Manager.
Diskursiv marker
Diskursiv marker — Diskurs markeri diskursun axını və strukturunun idarə edilməsində rol oynayan söz və ya ifadədir. Onların əsas funksiyası nitq və ya cümlə səviyyəsində deyil, diskurs səviyyəsində (nitq ardıcıllığı) olduğundan, diskursiv markerlər sintaksisdən nisbətən müstəqildir və adətən cümlənin şərti həqiqət qiymətini dəyişmir. Diskursiv markerlərə misal olaraq o, yaxşı, indi, onda, bilirsiniz və mən nəzərdə tuturam hissəcikləri və belə ki, və, lakin, və və ya diskursiv bağlayıcıları daxildir. "Diskurs markeri" termini Deborah Şiffrin tərəfindən 1987-ci ildə "Diskurs markerləri" kitabında populyarlaşdı. == İstifadəsi == İngilis dilində istifadə olunan ümumi diskursiv markerlərə “siz bilirsiniz”, “əslində”, “əsasən”, “bəyəndim”, “mən demək istəyirəm”, “yaxşı” və “belə” daxildir. Məlumatlar göstərir ki, diskursiv markerlər çox vaxt zərflər ("yaxşı") və ya ön söz birləşmələri ("əslində") kimi müxtəlif söz siniflərindən gəlir. Sərbəst konstruksiyadan diskursiv markerə aparan prosesi qrammatikləşdirmə üzrə tədqiqat və resurslar vasitəsilə izləmək olar. Ənənəvi olaraq, diskurs markerləri hesab edilən bəzi sözlər və ya ifadələr “doldurucu” və ya “ifadəçi” kimi qəbul edilirdi: heç bir funksiyası olmayan söz və ya ifadələr. İndi onlara təhlilin müxtəlif səviyyələrində funksiyalar verilir: mövzunun dəyişdirilməsi, yenidən formalaşdırılması, müzakirənin planlaşdırılması, vurğulanması, arxa kanal. Yael Maşler diskurs markerlərini dörd geniş kateqoriyaya ayırdı: şəxsiyyətlərarası, istinad, struktur və idrak.
Emma Makkey
Emma Maki (ing. Emma Mackey; 4 yanvar 1996, Le-Man[d]) — fransız-britaniyalı aktrisa. "Seks tərbiyəsi" teleserialında Meyv Uayli rolunu canlandırmaqla məşhurluq qazanıb. == Həyatı == Emma Maki 4 yanvar 1996-cı ildə Fransanın Le-Man şəhərində anadan olub. Məktəb direktoru olan atası Filipp fransızdır, anası Reyçel isə britaniyalıdır.Maki Sablé-sür-Sart kommunasında böyüyüb. 2013-cü ildə Nantes Kollecində Yüksək Fəxri diplomla bakalavr dərəcəsini almışdı, daha sonra Lids Universitetində ingilis dili və ədəbiyyatını öyrənmək üçün İngiltərəyə köçdü. Təhsilini 2016-cı ildə bitirdi. Hal hazırda Londonda yaşayır.
Fransiya Markes
Fransiya Markes (isp. Francia Elena Márquez Mina) — Kolumbiyada insan haqları və ətraf mühit üzrə afro-kolumbiyalı fəal. 2019-cu ildə BBC Fransiya Markesi həmin il üçün 100 Qadın siyahısına daxil edir. == Bioqrafiyası == Əsasən Afrika əsilli əhalisi olan Kauka departamentinin şimalındakı Suares bələdiyyəsinə aid Yolombo kəndində anadan olub. O, 13 yaşında bənd tikintisi onun icmasını təhdid edəndə fəal olUR. Santiaqo de Cali Universitetində hüquq təhsili almır. İki uşağın anası olan Fransiya Markes çoxmillətli korporasiyalar tərəfindən hüquqlarına və torpaqlarına edilən hücumlara qarşı La Tomenin Afro-Kolumbiyalı icmasının mübarizəsində liderə çevrilir. 2009-cu ildə onun iştirakı ilə başlayan müqavimət prosesi yerli sakinlərin bu ərazidən zorla çıxarılmasının qarşısını alıb. 2013-cü ildə o, 12 dekabr 2016-cı ilə qədər üzvü olduğu La Toma İcma Şurasının üzvü olur. Kolumbiyada sülh prosesinə qatılan, hökumətin Kubadakı Kolumbiya İnqilabçı Silahlı Qüvvələri qrupu ilə danışıqlarına dəvət edilir. Həm də geniş şəkildə feminist aktivist kimi tanınır.
Jan Mankes
Jan Mankes (15 avqust 1889, Meppel – 23 aprel 1920, Eerbeek) — holland rəssam. İşlədiyi mövzular avtoportretlər, mənzərə, quş və digər heyvanlar olmuşdur. Təhsilini Haaqadakı Kral İncəsənət Akademiyasında almış, Kris Lebau, Jan Şouten və Herman Veldhuisin tələbəsi olmuşdur. Karyerası boyunca təqribən 200 tablo, 100 eskiz yaratmışdır. 30 yaşında vərəm xəstəliyindən vəfat etmişdir. Əsərləri Hollandiya’dakı Şerinqa Realizm Muzeyi, Arnhem Müasir İncəsənət Muzeyi və Belveder Heerenven Muzeyində sərgilənir.
Magnum opus
Magnum opus (lat. böyük iş) — yazıçının, rəssamın və ya bəstəkarın ən yaxşı, ən iddialı əsəri belə adlandırılır. Əlkimyada fəaliyyətin ən son nöqtəsi, yekunu-fəlsəfə daşının və həyat eliksirinin hazırlanması da bu anlayışla adlandırılır.
Maqbet Bünyatov
Maqbet Zeynalov (25 dekabr 1937, Zərdab rayonu) — "Əməkdar mədəniyyət işçisi", Akademik Milli Dram Teatrının direktoru (2006–2010). == Həyatı == Maqbet Zeynal oğlu Bünyatov 25 dekabr 1937-ci ildə Zərdab rayonun Seyidlər kəndində, ziyalı ailəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra, təhsilini Göyçay mexanikləşdirmə texnikumunda davam etdirmişdir. Texnik- mexanik ixtisası alaraq, bir müddət kolxozda işlədikdən sonra hərbi qulluğa çağırılmışdır. Hərbi xidmətdən tərxis olunduqdan sonra,Sumqayıt şəhərində əmək fəaliyyətinə başlamışdır. Sonra, 1964-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsinə daxil olmuş və 1970-ci ildə həmin İnstitutu bitirmişdir. İxtisası üzrə əmək fəaliyyətinə Mədəniyyət Nazirliyi sistemində, sıravi işçidən direktor və bədii rəhbər vəzifəsinədək çalışmışdır. 1966-cı ildən 1974-cü ilədək Azərbaycan Dövlət Kukla teatrında bilet satışı üzrə müvəkkildən direktor müavini vəzifəsinədək yüksəlmişdir. 1974-cü ildən 1979-cu ilədək Azərbaycan Dövlət Musiqili Komediya Teatrında sərəncamçı direktor, 1979-cu ildən 1987-ci ilədək Akademik Dram Teatrında direktor müavini, 1987-ci ildən 2003-cü ilədək Bakı Dövlət Sirkinin bədii rəhbər-direktoru vəzifəsində işləmişdir. Mədəniyyət Nazirliyinin xətti ilə bəzi dövlət səviyyəli tədbirlərin həyata keçirilməsində (Azərbaycan, Rusiya, Ukrayna, Özbəkistan, Qazaxıstan və s.) yaxından və fəal iştirak etmişdir.
Maqbet Məmmədov
Maqbet Məmmədov (9 iyun 1937, Ağdam – 14 sentyabr 2004) – coğrafiya elmləri doktoru, professor. == Həyatı == Maqbet Ədil oğlu Məmmədov 9 iyul 1937 ildə Ağdamda anadan olmuşdur.. Ağdam 1 nömrəli orta məktəbdə oxumuş, 1953–1958 illərdə Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) Hidromeliorasiya fakültəsində ali təhsil almışdır. Onun ilk elmi işi 1958 ildə Tbilisidə "Zaqafqaziya ali məktəblərinin elmi konfransının materialları" məcmuəsində dərc olunmuşdur. Maqbet Məmmədov Moskva İnşaat Mühəndisləri İnstitutunun Hidravlika kafedrasının aspirantı olmuş (1962), dissertasiya müdafiə edərək (1967), texnika elmləri namizədi alimlik dərəcəsini almışdır. Maqbet Məmmədov Bakıya qayıtdıqdan sonra Elmi-Tədqiqat Su Problemləri İnstitutunda ikifazalı axın laboratoriyasını təşkil etmişdir. 60-cı illərdə Şırlan mineral suyunun Şuşa şəhərinə boru kəməriylə nəqli ilə bağlı tədqiqatların rəhbəri olmuşdur. Şimali Qafqazda mineral suların boru kəməri ilə "daşınması" məsələsi ilə bağlı Pyatiqorsk Elmi-Tədqiqat Kurortologiya İnstitutuna dəvət alan Maqbet Məmmədov bir neçə il Kislovodskda "Narzan suyunu", Yessentukidə termal suyunu və sonra da Şırlan suyunu nəql edən kəmərlərdə tədqiqat işi aparmışdır. Maqbet Məmmədov Leninqrad Dövlət Hidrologiya İnstitutunun xüsusiləşdirilmiş müdafiə şurasında "Dağ çaylarının maksimal su sərfinin yaranma şəraiti və hesablama metodları" mövzusunda dissertasiya müdafiə edib (1984), coğrafiya elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür. O, 1990–2004 illərdə Bakı Dövlət Universitetinin Hidrometeorologiya kafedrasının müdiri işləmişdir.
Maqnum Foto
Maqnum Foto — beynəlxalq foto agentliyi. Nyu-York, Paris, London və Tokioda ofisləri olan agentlik 1947-ci ildə başda Anri Kartye-Bresson olmaqla müharibə fotoqrafları Robert Kapa, Devid Seymur və Corc Rocer tərəfindən yaradılmışdır. == Yaranması == Agentlik 1947-ci ildə Parisdə Robert Kapanın ideyası əsasında Robert Kapa, Anri Kartye-Bresson, Devid Seymur, Corc Rocer, Uilyam Vandivert, Rita Vandivert və Mariya Eyzner tərəfindən yaradılıb. Rita Vandivert agentliyin ilk prezidenti və Nyu-York ofisinin rəhbəri seçildi. Mariya Eyzner Paris ofisinə rəhbər təyin edildi. Plana görə, C.Rocer Afrika və Yaxın Şərq, A.Kartye-Bresson Cənubi və Şərqi Asiya, D.Seymur və U.Vandivert Avropa və ABŞ-dən fotolar çəkməli idilər. R.Kapa isə haranı və hansı hadisəni çəkəcəyini sərbəst şəkildə seçməli idi. Maqnum üzvləri tərəfindən yaradılan ilk fotoqrafiya koorporasiyadır. Heyət fotoqraflara dəstək göstərir və onların müəlliflik hüquqlarını müdafiə edirdi. == Yeni üzvlərin seçilməsi == Maqnumun yeni yarandığı illərdə üzvlük ümumi xarakter daşıyırdı və Robert Kapanın şəxsi dəvəti ilə qəbul edilirdi.
Market adamı
Market adamı (コンビニ人間, Kombini ninqen) – Yaponiya yazıçısı Sayaka Murata tərəfindən 2016-cı ildə nəşr olunmuş roman. Müəllifin sayca 10-cu romanıdır.Murata bu əsərinə görə Yaponiyada Akutaqava mükafatına layiq görülmüşdür. Romanın Yaponiyada 1,5 milyondan çox nüsxəsi satılmış və 30-dan çox dilə tərcümə olunmuşdur. == Məzmun == Romanın baş qəhrəmanı Keyko Furukura adlı qadındır. O, çox gənckən bir mağazada işləməyə başlayır. Furukura 36 yaşına çatmasına baxmayaraq, hələ də mağazadakı işləməyə davam edir və bakirədir, evlənməkdə maraqlı deyil. Buna görə də bacısı da daxil olmaqla bir çox şəxs onun anormal olduğunu düşünür və Furukura cəmiyyətin təzyiqləri ilə üzləşməli olur. == Analiz == Sayaka Murata roman yazmaqdan əlavə Tokioda bir mağazada kassir kimi işlədiyi üçün əldə etdiyi təcrübələr əsasında romanı yazmışdır. Buna görə baş qəhrəmanla müəllif arasında bir çox oxşarlıq mövcuddur. Lakin Murata Keykonun o olmadığını, ondan fərqli olaraq Keykonun güclü iradəyə malik olduğunu və insanların nə düşündüyünü vecinə almadığını bildirmişdir: "O, mənim üçün qəhrəmandır".
Möhkəm qoz
Məğlubedilməz və ya Çətin ölmək (ing. Die Hard) — 1988-ci ildə Brüs Uillisin baş rol adlığı ABŞ filmi. Film Oskar mükafatına və bir sıra nominasiyalara layiq görülmüşdür. Film amerika yazıçısı Roderik Torpun 1979-cu ildə yazdığı "Heç nə əbədi deyildir" (ing. Nothing Lasts Forever) novellası əsasında çəkilmişdir. == Məzmun == Nyu-York polisi Con MakKleyn (Brüs Uillis) Yeni il ərəfəsində Los-Anceles şəhərinə boşanmış həyat yoldaşı Holli (Bonni Bedelia) ilə barışmaq üçün gəlir. Con MakKleyn Hollinin işlədiyi Los-Ancelesin "Nakatomi Plaza" adlı göydələninə gəlir və onun burada olduğunu görür. Gecə vaxtı şənlik zamanı göydələni qəflətən mafiya başçısı Hans Qruber (Alan Rikman) başçılığı altında banda ələ keçirir. Quldurlar çox sayda işçiləri girov götürürlər. Bu işçilər sırasına MakKleynin həyat yoldaşı Holli də daxildir.
OBA Market
"OBA Market" MMC — Azərbaycanda fəaliyyət göstərən qonşu marketlər şəbəkəsidir. Şirkətin hal hazırda 1200-dən çox mağazası fəaliyyət göstərir. Market sayına görə "OBA Market" MMC Azərbaycanın 1 nömrəli marketlər şəbəkəsidir. == Tarix == "Veysəloğlu" Şirkətlər Qrupuna daxil olan "OBA Market" MMC yeni market konsepsiyası ilə 11 mart 2016-cı il tarixindən Azərbaycanda pərakəndə satış bazarına daxil olmuşdur. Şəbəkənin yaradılmasında əsas hədəf isə "gündəlik tələbat məhsullarını mümkün olan ucuz qiymət və yüksək keyfiyyətlə müştərilərə təqdim etməkdir".2020-ci ildən etibarən, çeşid sayını dəfələrlə artıran "OBA Market" MMC öz markaları (PL- Private Label) ilə yanaşı, yerli və xarici markaların satışını da həyata keçirir. Elə həmin ildən başlayaraq həyata keçirilən dəyişikliklərlə "discount" modelindən çıxaraq, qonşu market modelinə daxil olmuşdur. 2020-ci ildə həyata keçirilmiş dəyişikliklərə interyer, rəf saylarının artırılması, genişləndirilmiş mağaza sahəsi, eksteryer, loqo və cinql aiddir. 2023-ci il 11 Mart tarixində "OBA" market 7 yaşını qeyd etmişdir. == Market sayı == OBA Market MMC-nin marketləri Naxçıvan Muxtar Respublikası istisna olmaqla Azərbaycanın bütün bölgələrində mövcuddur. Hal-hazırda 1100-dən çox marketə malik olan market şəbəkəsidir.
Rafael Markes
Rafael Markes (isp. Rafael Márquez) — meksikalı futbolçu. Meksika millisinin oyunçusu olub. 5 FİFA Dünya Kubokuna iştirak edib.
Selina Markez
Selina Markez (d. 16 iyul 1999) — Salvadorlu üzgüçü. Selina Markez Salvadoru 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Selina Markez birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 200 m arxası üstə stilində, təsnifat mərhələsində iştirak etdi. 2:22.73 saniyəlik nəticəsi ilə 33 üzgüçü arasında 30-cu oldu və yarımfinala vəsiqə qazana bilmədi.
AL Market
Make
Make-faylların bir formadan başqa bir formaya çevrilməsi prosesini avtomatlaşdıran utilit. Çox zaman bu, ilkin kodun (SOURCE CODE) obyekt fayllarına (OBJECT CODE) kompilyasiyası və onların sonradan icra fayllarında, yaxud kitabxanalarda yığılması olur. Bu utilit faylların bir-birindən asılılığının və onların ödənilməsi qaydalarının göstərildiyi xüsusi make-fayllarından istifadə edir. Hər bir fayldakı son dəyişiklik haqqında informasiya əsasında make zəruri olan proqramları müəyyənləşdirir və başladır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Alber Marke
Alber Marke (fr. Albert Marquet, 27 mart 1875, Bordo — 14 iyun 1947, Paris) — fransız rəssam-postimpresionist. == Həyat və yaradıcılığı == Alber Marke 27 mart 1875-ci ildə Bordo şəhərində dəmiryol işçisinin ailəsində anadan olmuşdur . 1890-1895-ci illərdə Paris Gözəl Sənətlər Məktəbində Qyustav Monronun sinfində təhsil almışdır. Bir müddət Fovizmlərə yaxın idi, Matisse və Derain ilə dost idi, əsərləri 1905-ci il payız salonunda və 1906-cı ildə İstiqlal salonunda bir qrup sərgidə nümayiş etdirildi. Kitab illüstrasiyası ilə məşğul idi (Şarl-Lui Filippin "Montparnasse-dən Byub" romanı, 1903). 1919-cu ildən İle-de-Fransa bölgəsinin kiçik şəhərlərində yaşadı, çox səyahət etdi, o cümlədən SSRİ-də olmaq (1934). 1920-ci ildə rəssamın əsərinə dair ilk monoqrafiya nəşr olundu. İkinci Dünya Müharibəsi illərini 1911-ci ildə Matisse ilə ilk ziyarət etdiyi Əlcəzairdə keçirdi; Müqavimətdə iştirak etdi. 1945-ci ildə Parisə qayıtdı.