1. MÖHKƏM, MƏTİN (müxtəlif mənalarda) Belə bir zamanda gərək səhhətin; Başdan möhkəm olsun, poladdan mətin (Ə.Kürçaylı); DAŞ KİMİ (dan., məc.) Yaşasın daş kimi muskullarımız; Yaşasın tökmə, dəmir qollarımız (M.Müşfiq); DAVAMLI Soyuq su ilə yuyunmaqla bədənini bərkişdirən adamlar bir sıra soyuqdəymə xəstəliklərinə çox az tutulur, daha davamlı və möhkəm olurlar (Zərgərli); ƏYİLMƏZ (şair.) Mən əyilməz ata adı saxladım; Vicdanımı ovuclara sağmadım.. (M.Araz); QAİM (kl.əd.) ...Təzəcə dəyənək alıbsan ələ; Qaim tut ki, nagah düşər, ağlarsan (M.P.Vaqif); POLAD KİMİ (məc., dan.) [Ağalarov:] Ancaq mən o xəstəni sevirəm ki, ürəyi polad kimi olsun! (B.Bayramov).
2. MÖHKƏM, BƏRK, DAVAMLI, DÖZÜMLÜ, SƏRT
3. möhkəm bax sarsılmaz