Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Massis
Masis və ya Massis bu mənaları ifadə edə bilər: Masis (ad) Massis (soyad) Masis dağı — Türkiyədə yerləşən, ermənilərin Masis olaraq adlandırdığı Ağrı dağı. Masis (Ermənistan) — Ermənistanın Ararat mərzində yerləşən şəhər. Masis rayonu — Ermənistanda mövcud olmuş və hazırda ləğv olunmuş Zəngibasar rayonunun sonradan dəyişdirilmiş adı. Masis (kənd) — Ermənistanın Ararat mərzində yerləşən kənd. Massis (qəzet) — Los-Ancelesdə yaradılan, hazırda Kaliforniyanın Pasadena şəhərində erməni və ingilis dillərində nəşr olunan həftəlik erməni qəzeti.
Masis
Masis və ya Massis bu mənaları ifadə edə bilər: Masis (ad) Massis (soyad) Masis dağı — Türkiyədə yerləşən, ermənilərin Masis olaraq adlandırdığı Ağrı dağı. Masis (Ermənistan) — Ermənistanın Ararat mərzində yerləşən şəhər. Masis rayonu — Ermənistanda mövcud olmuş və hazırda ləğv olunmuş Zəngibasar rayonunun sonradan dəyişdirilmiş adı. Masis (kənd) — Ermənistanın Ararat mərzində yerləşən kənd. Massis (qəzet) — Los-Ancelesdə yaradılan, hazırda Kaliforniyanın Pasadena şəhərində erməni və ingilis dillərində nəşr olunan həftəlik erməni qəzeti.
Masnis dağı
Masnis – Ordubad rayonu ərazisində dağ (hünd. 2081,9 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Səfərdərə yüksəkliyindən (3826,4 m) cənub-qərbə ayrılan Xoşkeşin qolunda zirvə. Parağa kəndindən 2,3 km şərqdə, Parağaçayın sol sahilindədir. Alt Eosenin İpr mərtəbəsinin yuxarı hissəsinə aid Kələki lay dəstəsinin trerrigen- və vulkanogen-çökmə süxurlarından təşkil olunmuş, şimal və cənub yamacları sıldırımlı günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin mərkəzi strukturu olan Şurud-Vənənd sinklinalının şimal-şərq qanadında, eyni zamanda Zəngəzur qalxım zonasını hüdudlandıran Şərqi Ordubad dərinlik qırılmasının düşmüş cənub-qərb qanadında yerləşir.
Massis (qəzet)
Massis (erm. Մասիս) - Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının Pasadena şəhərində nəşr olunan ermənicə qəzet. Qəzet Hnçak təşkilatının rəsmi orqanı hesab olunur və 1980-cı ildən etibarən həftədə bir dəfə olmaqla nəşr edilir.
Mesrop Maştos
Mesrop Maştots (erm. Մեսրոպ Մաշտոց; təq. 362 – 17 fevral 440, Üçkilsə) — qədim erməni din xadimi və dilçisi, erməni əlifbasını 405-ci ildə Sasanilər dövründə tərtib etmişdir. Mesrop Maştots Erməni Qriqoryan Kilsəsi tərəfindən dəstəklənməsindən sonra İncil başda olmaqla, həmin dövrə aid bir çox dini və elmi ədəbiyyatı erməni əlifbası əsasında yazmışdır.
Typhlodromips mastus
Masis rayonu
Zəngibasar rayonu, Masis rayonu — Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası) Zəngibasar mahalı ərazisində rayon. Mərkəzi Uluxanlı şəhəridir. == Haqqında == İlk dəfə 1937-ci il, dekabrın 31-də, ikinci dəfə isə 1969-cu il yanvarın 14-də yaradılıb. Rayon mərkəzi Uluxanlı (dəyişdirilmiş adı Masis) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 20 km-dir. Rayonun indiki ərazisi VII–XI əsrlərə qədər ərəb işğalı altında olmuşdur. XI əsrdən Səlcuq türklərinin, 1230-cu ildə monqol-tatarlarının tabeliyində olmuşdur. XVI əsrdən Çuxur Səd bəylərbəyliyinin, XVIII əsrdən XIX əsrin əvvəllərinə kimi İrəvan xanlığının tərkibinə, XlX əsrdən XX əsrin 20-ci illərinə qədər İrəvan quberniyasının İrəvan qəzasının tərkibinə daxil edilmişdir. Zəngibasar mahalı özünün Uluxanlı (sonradan Zəngibasar və Əzizbəyov adına məktəb) məktəbi ilə Azərbaycan tarixində mühüm yer tutur. 1887-ci ildə Cəlil Məmmədquluzadə bu məktəbdə işləmək üçün təyinat almış və uzun müddət burada çalışmışdır.
Matis Burqis
Matis Burqis (31 avqust 1989) — Latviyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Matis Burqis Latviyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.
Masis (Ermənistan)
Uluxanlı / Masis — Qərbi Azərbaycanda, (indiki Ermənistanda) etnik Azərbaycan torpaqlarında, Zəngibasar mahalında qəsəbə. Hazırda Ermənistanda şəhər, Zəngibasar rayonunun (Masis rayonu) mərkəzi. Şəhər Uluxanlı, Nərimanlı və Zəngibasar kəndlərinin birləşməsiylə yaradılmışdır. Azərbaycanlıların qədim yaşayış yeri olan Uluxanlı, 1950-ci ildə "Masis" (Ağrı dağının erməni dilindəki adlarından biri) adıyla adlandırılmışdır. == Tarixi == “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə (1590-ci il) kənd Karbi nahiyəsinin Uluxanbəyli qışlağı, “İrəvan əyalətinin icmal dəftəri”ndə (1728) isə Qırxbulaq nahiyəsinin Uluxanlı kəndi kimi qeydə alınmışdır. Sonrakı mənbələrdə də (1831, 1873, 1886 və s.) kəndin adı Uluxanlı göstərilmişdir. Rus ordusunun İrəvan şəhərinin ətraf bölgələrini işğal etdiyi zaman həmin ərazilərdən müsəlman əhalisinin didərgin edilməsi haqda Paskeviç 1827-ci il iyulun 27-də qraf Nesselorda göndərdiyi məktubunda bildirmişdi ki, qüvvətli Uluxanlı tayfasından 600 ailə Bəyazidə qaçmışlar. Ermənistan SSR Ali Sovetinin 19 sentyabr 1950-ci il fərmanı ilə Uluxanlı dəmir yolunun adını dəyişdirilərək Masis adlandırılmışdır. 1983-cü il aprelin 24-də ermənilər genosid gününü bəhanə edərək Masis (Zəngibasar) rayonunun mərkəzində (Uluxanlıda) azərbaycanlılar yaşayan evlərə basqınlar etmiş, qəsəbədəki qəbiristanlıqda qəbir daşlarını qırıb dağıtmışdılar. Müdafiəsiz əhali Türkiyə sərhədinə sığınmağa məcbur olmuşdu.
Boris Matis
Boris Matiz (15 avqust 1997-ci ildə anadan olub) — Everton klubundan icarə əsasında Liqa 1 təmsilçilərindən olan Northempton Taun klubunda hücumçu kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == Matis Olimpik Lion klubu ilə inkişaf etmişdir. Matis 2015-ci ildə Liqa 1 təmsilçilərindən olan Metz klubu ilə müqavilə imzalamışdır. O, Liqa 1-də debütünü 5 aprel 2017-ci ildə Lion klubuna qarşı oyunda etmişdir. Matis üç gün sonra Metz klubu ilə Liqa 1-də Bordo klubuna qarşı oyunda da iştirak etmişdir. Hər iki oyun Metz klubunun 0-3 hesablı məğlubiyyəti ilə başa çatmışdır. 5 iyul 2017-ci ildə Matis Everton klubunun U-23 yığması ilə iki illik müqavilə imzalamışdır. O, 2018-ci ilin yanvar ayında Northempton Taun klubuna icarəyə verilmişdir.
Matis Tel
Matis Tel (27 aprel 2005, Sarsel) — Almaniya Bundesliqası klubu olan Bayern Münhen klubunda hücumçu kimi çıxış edən fransalı peşəkar futbolçudur . == Klub karyerası == === Renn === Paris FK- nın gənclər akademiyası oyunçusu Tel 2020-ci ildə Renn-ə transfer olunub. Peşəkar debütünü 15 avqust 2021-ci ildə keçirilən "Brest" ilə liqa matçında edib. Matç 1—1 hesablı heç-heçə ilə yekunlaşıb. 16 yaş 110 gündə debütü onu Renn üçün rəsmi matçda meydana çıxan ən gənc oyunçu etdi. Bu rekord əvvəllər Eduardo Kamavinqa'ya məxsus idi. === Bayern Münhen === 26 iyul 2022-ci ildə Tel Bundesliqa klubu Bayern Münhen ilə 5 illik müqavilə imzaladı. Renn-ə ödənilən transfer haqqı bonuslar daxil olmaqla 28,5 milyon avro olub. 31 avqust 2022-ci ildə DFB-Pokalda Viktoria Köln üzərində 5-0 hesabı ilə qalib gəldikləri oyunda ilk qolunu vuraraq, 17 yaş 126 gündə olan matçda klub tarixində ən gənc qol vuran oyunçusu oldu. O Bundesliqada ilk qolunu 10 sentyabr 2022-ci ildə Ştutqartla matçda vurdu.
Masis (kənd)
Toxanşalı - İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 8 km məsafədə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Toğanşahlı, erməni mənbələrində Toxanşahlı formalarında qeyd edilmişdir. Toponim türk dilində «böyük arx», «dəhnə, bənd» mənasında işlənən toqan sözü ilə şahılı (> şahlı) etnonimi əsasında əimələ gəlmişdir. Etnotponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR AS RH-nin 20. VIII. 1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Masis qoyulmuşdur.
Ararat Massis erməni qəbiristanlığı
Ararat Massis erməni qəbiristanlığı və ya sadəcə Ararat qəbiristanlığı — ABŞ-də, Kaliforniya ştatının Fresno şəhərində erməni qəbiristanlığı. 1885-ci ildə əsası qoyulan qəbiristanlıq ABŞ ermənilərinin tarixində bir çox görkəmli şəxsiyyətin, o cümlədən Soqomon Teyliryan, Viktor Maqakyan və Vilyam Saroyanın dəfn olunduğu yerdir. Ararat Massis qəbiristanlığı bir əsrdən artıq müddətdə Ermənistan və Yaxın Şərqdən kənarda tikilmiş yeganə erməni qəbiristanlığı idi.
Martes martes
Meşə dələsi (lat. Martes martes) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin dələ cinsinə aid heyvan növü. Azərbaycanda nəsli kəsilmək üzrə olan növdür. == Təsviri == Daşlıq dələsindən fərqli olaraq bir birinə yaxınlaşmış və iri qulaqlı yumru başa malikdir. Kütləsi 0.5 - 2 kq, bədənin uzunluğu 36 - 58, quyruğu 17 - 26 sm-dir (erkəklər dişilərdən iridir). Xəzin rəngi kürəni çalarlarla tutqun qəhvəyidir. Boğazındakı xal qollarının arasına kimi paz şəklində uzanmış sarı rəngdədir. == Yayılması == Arealı Avropa, Qərbi Sibir və Ön Asiyanı əhatə edir. Təsvir olunmuş 7 yarımnövdən Qafqazda və Kiçik Asiyada ən iri forma (Qafqaz meşə dələsi) yayılmışdır. Dəniz səviyyəsindən 2700 m-dək olan meşə landşaftları ilə sıx əlaqədardır.
Amitis
ı Amitis (e.ə. 630 – e.ə. 565) — Midiya hökmdarı Kiaksarın qızı və ya nəvəsi, Babil hökmdarı II Navuxadonosorun arvadı olmuşdur. == Evlənməsi == Amitis Midiya və Babil çarlığı arasında ittifaqa uyğun şəkildə, formal olaraq Babil hökmdarı II Navuxadonosora ərə verilmişdir. == Babil Asma bağı == Babilə köçdükdən sonra çox darıxan və həmişə qəmgin olan Amitisdən bunun səbəbini soruşduqda o, vətəni Midiya, onun bağları və meşələri, təmiz bulaqları və saf havası üçün darıxdığını qeyd edir. Bu sözləri eşidən hökmdar, Babilin ən böyük memarlarını çağıraraq, arvadının darıxmaması üçün Babildə Midiya bağlarına oxşar bağ salmağı əmr edir. Bundan sonra midiyalı xanım Amitisin şərəfinə qədim dünyanın yeddi möcüzəsindən biri olan Babil Asma Bağı salınır.
Isatis
Rəngotu (lat. Isatis) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi.
Kastos
Kastos (Yunanca: Καστός)- Yunanıstanda yerləşən adadır. Ada Lefkada və İon adasından şərqdə yerləşmişdir. 2011-ci ildən yerli idarətmə islahatlarından sonra adanın bələdiyyəsi Lefkada bələdiyyəsinin tabeliyinə keçib. Ada Lefkada prefekturasına daxil olmazdan əvvəl, yəni 1974-cü ilə qədər Çefaloniya prefekturasının tabeliyində olub. Adaya ən yaxın ada Kalamos adasıdır. Ada təxminən Aetoliya- Akarnaniya regionundan 5 km şimalda yerləşmişdir. == Coğrafiyası == Adanın yalnız bir kəndi Kastos adasının şərq sahilində yerləşmişdir. Əsasən balıqçılıq və turizm xidmətləri ilə məşğul olan adanın 80 nəfər əhalisi var. Adada Kastrioti diasporu yay ərzində mövsümi xarakter daşıyan, yaxta ilə gələn qonaqlar üçün bayramlar təşkil edirlər. Adanın şimaldan cənuba doğru uzunluğu 7 km, eni isə 800 m-dir.
Kastris
Kastri — Sent-Lüsiya dövlətinin paytaxtı və iqtisadi mərkəzi. Adanın şimal-qərbində, Port-Kastri körfəzinin kənarında və Viqi yarımadasında yerləşir. Burada adanın üçdə biri yaşayır, xarici ticarət əlaqələrinin 80 % keçir və əsas təşkilatlar və müəssisələr yerləşir. Əhalisi 60 200 nəfər (2003). Fransızlar tərəfindən XVIII əsrdə salınıb, üç dəfə 1785, 1812 və 1948 illərdə güclü yanğından zərər çəkib, ona görə də tarixi binaları yoxdur. Turizm inkişaf edib.
Makvis
Makvis (fr. Magius) – həmişəyaşıl sərtyarpaqlı və tikanlı kolların və alçaqboylu ağacların (mərsin, ardıc və s.) cəngəlliyi. Aralıq dənizi ölkələrində aşağı dağ qurşağında sıx cəngəlliklər əmələ gətirir. Makvisə əsasən, tikanlı kollar daxildir: əksəriyyəti efiryağlı və kəskin qoxulu olur. Makvisin analoqları Avstraliyada skreb, Şimali Amerikada çapparal adlanır.
Maltus
Tomas Robert Maltus (ing. Thomas Robert Malthus, 13 fevral 1766, Hilford - 23 dekabr 1834) — ingilis iqtisadçı, demoqraf alim, kilsə xadimi. == Həyatı == Tomas Maltus London yaxınlığındakı bir kənddə, mülkədar ailəsində anadan olmuşdur. O, Kembric Universitetini bitirərək ingilis kilsəsində ruhani rütbəsi almış və kənd keşişi işləmişdir. 1807- ildən o, Ost-hind kompaniyasının kollecində siyasi iqtisad professoru dərəcəsi almışdır. Maltus elmdə demoqrafik problemləri və əhalinin sayının dəyişməsi qanunauyğunluqlarını öyrənən ilk adam olmamışdır, lakin yarandığı gündən ictimai elmlər sahəsində mübahisəyə səbəb olmuş əhali nəzəriyyəsinin yaranması onun adı ilə bağlıdır. Tomas Maltus dünya əhalisinin sayının tənzimlənməyəcəyi halda bütün dünyanın aclıq çəkəcəyi ilə bağlı pessimist iqtisadi nəzəriyyəninin müəllifi kimi şöhrət qazanmışdır. Maltus göstərir ki, insan cəmiyyəti yarandığı vaxtdan əhali yaşayış vasitələrinə nisbətən daha sürətlə artma meylinə malikdir. Bunu sübut etmək üçün o, əhalinin və yaşayış vasitələrinin artımının müxtəlif meyllərini kəşf edir: "Hər 25 ildə əhali 2 dəfə, yəni, həndəsi silsilənin ədəd sırası kimi-2, 4, 8, 16, 32, 64, ... arta bilər, yaşayış vasitələri isə ən yaxşı halda həmin vaxt ərzində ədədi silsilə üzrə-1, 2, 3, 4, 5, 6, 7...
Mantaş
Mantaş (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. Çeşmə Mantaş (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Martes
Dələ və ya bəzi bölgələrdə sovsar (lat. Martes) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinə aid heyvan cinsi.
Martin
Martin — ad. Bu soyadı olanlar Vilyam Martin — ingilis təbiətşünası. Bu adı olanlar Martin Haynriş Klaprot — Alman kimyaçısı. Martin Val — Danimarka botaniki.
Masaşi
Masaşi — ad. Masaşi Vatanabe — Yaponiya futbolçusu.
Maslin
Brüs Rocer Maslin (ing. Bruce Roger Maslin 3 may 19463 may 1946) Avstraliya botaniki.
Massiv
Massiv – proqramlaşdırmada eynitipli verilənlərin siyahısı. Massivin hər hansı bir elementinə müraciət etmək üçün massivin adından və indeks ifadəsindən ibarət olan ifadədən istifadə etmək olar. Massivin hər bir elementinə müraciət onun öz nömrəsi ilə olur. Yəni hər bir elementin öz nömrəsi var. Bu nömrəyə massivin indeksi deyilir. Hər elementin massivdə vəziyyəti onun indeksi ilə müəyyən olunur. Buna görə də massiv nizamlanmış olur. == Həmçinin bax == Kompüter Fayl == İstinadlar == == Ədəbiyyat == KAZIMOV TOFİQ, f.-r.e.n., AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, "Alqoritmləşdirmə və proqramlaşdırmanın əsasları (Üçüncü mühazirə)".
Mastail
Mastail — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 1049 nəfərdir. == Toponimiyası == Oykonim talış dilində Mastəyl adlanır. Kəndin adı talış dilindəki most (qatıq) və əyi (Əli adının yerli tələffüz formasıdır) sözlərindən düzəlib, “qatıq satan Əli, qatıqçı Əli” mənasındadır. Həqiqətən də Əli adlı bir nəfər vaxtilə uzun müddət həmin kənddə qatıq satmaqla məşğul olmuşdur. Digər mülahizələrə görə, bu oykonim talış dilindəki mıstəyl sözündən olub, mis filizinin çıxdığı yer” deməkdir.
Maşlıq
Maşlıq — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Muğan kənd inzibati ərazi dairəsində kənd. Kəndin əsas təsərrüfatı kartof əkinçiliyidir. Bununla yanaşı heyvandarlıq və ovçuluq da inkişaf etmişdir. == Tarixi == == Toponimikası == Lənkəran ovalığındadır. Yaşayış məntəqəsi XIX əsrdə müxtəlif kəndlərdən çıxmış ailələrin Maşlıq adlı yerdə (Azərb. dilində maş paxlalı bitki, lobyanın bir növü) məskunlaşması nəticəsində yaranmışdır. Oykonim maş əkilən yer mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 3654 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı (kartofçuluq-əkinçilik, maldarlıq və heyvandarlıq) təşkil edir. == Din == Kənddə "Şəhidlər" məscidi dini icması fəaliyyət göstərir.
Martia
Dazı (lat. Hypericum) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin dazıkimilər fəsiləsinə aid bitki cinsi.
Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir (kitab)