Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Taldom
Taldom — Rusiya Federasiyasında yerləşən şəhər Moskva vilayətinə daxildir.
Şalom
Şalom (ivrit. שָׁלוֹם, Sülh) – İstanbulda yayımlanan həftəlik ictimai-siyasi qəzet. 29 oktyabr 1947-ci ildə yəhudi əsilli jurnalist Avram Leyon tərəfindən yaradılan qəzet Türkiyə yəhudilərinin yayım orqanıdır. Qəzet sefard dilində olan bir səhifəsi istisna olmaqla türk dilində çıxır. 2005-ci ildə orta hesabla gündə 5 000 ədəd tirajla çap edilmişdir. Qəzet hər həftənin çərşənbə günləri dərc olunur. Qəzetin baş redaktoru İvo Molinas, redaktoru Yakup Barokasdır. Qəzetin sahibi "Gözlem Gazetecilik Basın ve Yayın A.Ş." şirkətidir.
Anadrom miqrasiya
Anadrom miqrasiya — dənizdən çaya getmək. == Ədəbiyyat == R. Ə. Əliyeva, Q. T. Mustafayev, S. R. Hacıyeva. "Ekologiyanın əsasları" (Ali məktəblər üçün dərslik). Bakı, "Bakı Universiteti" nəşriyyatı, 2006, s. 478 – 528.
Semyon Nadson
Semyon Yakovleviç Nadson (rus. Семён Яковлевич Надсон; d. 14 dekabr, 1862, Peterburq – ö. 19 yanvar 1887, Yalta, Ukrayna) — rus şairi. Semyon Nadson 14 dekabr 1862-ci ildə Rusiya imperiyasının Peterburq şəhərində anadan olmuşdur. Semyon Nadson 19 yanvar 1887-ci ildə Ukraynanın Yalta şəhərində vərəmdən vəfat etmiş və Rusiya imperiyasının Peterburq şəhərində dəfn olunmuşdur. Semyon Nadsonun yaradıcılığı xalqçılığın böhranı dövründə qabaqcıl gənclərin əhvali-ruhiyyəsini əks etdirmiş, poeziyasında bədbinlik, vətəndaşlıq kədəri ifadə olunmuşdur. Şeirlərində mövcud ictimai quruluşa, ədalətsizliyə qarşı barışmazlığa çağırsa da, həyatda fəal inqilabi münasibət bəsləyə bilməmişdir. Poeziyasındakı dərin səmimiyyət, şəxsi taleyi şeirlərinin geniş yayılmasına səbəb olmuşdur. S.V.Raxmaninov və başqaları onların bir çoxuna musiqi bəstələtmişdir.
Vasili Radlov
Vasili Radlov (rus. Васи́лий Васи́льевич Ра́длов; 5 (17) yanvar 1837[…] və ya 17 yanvar 1837, Berlin – 12 may 1918[…], Petroqrad) — alman əsilli məşhur Rusiya şərqşünası, türkoloq, etnoqraf və arxeoloqu. 1837-ci ildə anadan olmuşdur. Berlin Universitetində ali təhsil almışdır.1858-ci ildə Berlin Universitetini bitirdikdən sonra Rusiyaya gəlmiş və sonrakı həyatını bu ölkə ilə bağlamışdır. Radlovun Rusiyadakı fəaliyyəti üç dövrə bölünür: Altay (1859–1871), Kazan (1874–1884) və Peterburq (1884–1918) dövrləri. Altay dövründə Radlov Altay və Qərbi Sibir türkləri arasında dil etnoqrafiya və folklor materiallarını toplayır, yerli dialektləri və şivələri öyrənir və "Aus Sibirien" adlı əsərini yazır. Kazan dövründə pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olmuşdur. Bu zaman alim "Vergleichende Grammatik der nördlichen Türksprachen" adlı əsərinin "Phonetik der nördlichen Türksprachen" hissəsini yazmışdır. Peterburq dövründə Radlov Rus Elmlər Akademiyasına üzv seçilir. Ən böyük əsəri "Opyt slovarja tjurkskix narecij"dir.
Elizabet Salom
Elizabet Salom (d. 23 yanvar 1989) — İspaniyanı təmsil edən bədii gimnast. Elizabet Salom, İspaniyanı 2008-ci ildə baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Elizabet Salom, 2008-ci ildə İspaniyanın bayrağı altında Çinin paytaxtı Peкin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Lara Qonzalez, Barbara Qonzalez, Ana Pelaz, Veronika Ruiz və İsabel Paqan ilə təsnifat mərhələsində 30.100 xal topladı və 11-ci yeri tutaraq mübarizəni dayandırdı.
Gideon Adlon
Gideon Adlon (30 mart 1997, Los-Anceles, Kaliforniya) — ABŞ aktrisası. Əsasən komediya filmi "Blockers" (2018), dram filmi "The Mustang" (2019) və qorxu filmi "The Craft: Legacy" (2019) filmləri ilə tanınır.
Kadom tatarları
Kadom tatarları — Kadom şəhərində və ona bitişik ərazidə (hazırda Ryazanın şimal-şərqində və Nijni Novqorod vilayətlərinin cənub-qərbində) yaşayan tatar xalqının bir hissəsi kimi etnosinf qrupu. == Tarixi == Kadom tatarları Kadom şəhərində və ona bitişik ərazidə (hazırda Ryazanın şimal-şərqində və Nijni Novqorod vilayətlərinin cənub-qərbində) yaşayan tatarlardır. Etnik qrup genişlənən Rusiya dövlətinin tərkibinə daxil olan Orda əhalisinin ərazisi əsasında XV-XVIII əsrlərdə xidmət edən tatarlardan formalaşmışdır. Nə ərazi, nə də inzibati cəhətdən onların qonşu Qasım xanlığı (1452-1681) ilə əlaqəsi yoxdur. Lakin onlar hərbi xidməti çox vaxt Qasım tatarları ilə birlikdə keçirdilər. Sərhəd xidməti, bir qayda olaraq, isti mövsümdə növbə ilə iki qrup (“yarım”) tərəfindən həyata keçirilirdi. Hərbi yürüşlərdə hər iki "yarım" qrup eyni vaxtda çağırıla bilərdi. Ayrı-ayrı şəxslər tərcüməçi, katib, səfir kimi xidmət edən "inzibati xidmət"də çalışırdılar. Kadom tatarlarından ruslar Krım, Qazan və Həştərxan xanlıqları ilə danışıqlarda tərcüməçi kimi istifadə edirdilər. Üstəlik, bu fəaliyyət kadom tatarlarına o qədər doğma olub ki, irsi xarakter alıb.
Kristiana Sadlo
Kristiana Sadlo (25 yanvar 1954, Ravensburq[d], Baden-Vürtemberq) — Almaniyalı qadın jurnalist və yazıçı. İnqa Lindström təxəllüsü ilə tanınır. İnqa Lindström təxəllüsü ilə yazdığı bütün sevgi hekayələri lentə alınıb. Bir qızı olan heykəltaraş Karl Halt Trossbach ilə evlidir. == Əsərləri == Hohenşteyn qalası, 13 bölüm, ARD 1991-94 Dağ Doktoru, 12 bölüm və iki 90 min xüsusi, Sat.1 1991-94 Forsthaus Falkenau, 5-ci mövsüm, 2 bölüm, ZDF 1994 Ürəyin evdə olduğu yerdə Sat.1 1993 Sevgililər, seriallar, TV pilotu, 13 bölüm, Sat.1 1996/97 Sevgili, serial, epizod Das Abschiedsgeschenk , ZDF, Aprel 1998 Bədxah qətl - bir pastor səssizdir, Herrmann Kirchmann ilə həmmüəllif, cinayət triller, 1 sentyabr 1998 Lisa Falk, teleseriallar, epizod Professorun ölümü , ZDF, sentyabr 1998 Sommergewitter, ZDF, dekabr 1998 Bir sevgi nə qədər güclü olmalıdır, ZDF, Dekabr 1998 Mən qatil deyiləm, ZDF 1999 Ağ quşlar, ZDF 1999 Gül bağının sirri, ARD 1999 Rahibin ürəyi (iki hissə), ZDF 1999 Sonda sevgi qalib gəlir, ARD 1999 Ürək büdrəmə, 2001 Rosamunde Pilcher: Çay üzərində külək (ssenari), 2001 Midsummer Gecəsinin Gizli, 2001 Ağ yelkənlər altında sevgi, 2001 Köçəri eşq quşları, 2001 Rosamunde Pilcher: Xəyallar Sahili (Ssenari), 2001 Dostumun gəlini, 2001 Sevgi hədiyyəsi, 2001 Ürəyin səsi, 2000 Sonda sevgi qazandı, 2000 Rahibin ürəyi, 2000 Gül bağının sehrləri, 2000 Rosamunde Pilcher: Keçmişin Zəngi (Ssenari), 2000 Sevgi, yalan, ehtiras, 2002 Sizinlə vaxt, 2002 Rosamunde Pilcher: Sevginin gözü ilə, 2002 Rosamunde Pilcher: Sevgi Alovu, Ssenari, 2003 Rosamunde Pilcher: Federn im Külək, Ssenari, 2004 Gəlinimin uşaqları, 2004 Utta Danella: Ailə sirri (Ssenari), 2004 Dr.
Neve Şalom
Neve Şalom (ivr. ‏נְוֵה שָׁלוֹם‏‎, Sülh vadisi) və ya Vahat as-Salam (ərəb. واحة السلام‎) — İsrailin mərkəzində yerləşə qəsəbə. Qəsəbənin əsasını yəhudilər və ərəblər birgə qoymuş. Bununla da dünyaya göstərmək istəmişlər ki, bu iki xalq bir yerdə yaşaya bilir. Qəsəbədə iki xalq arasında dostluğun, anlaşmanın möhkəmlənməsi üçün daima təbliğat aparılır. Neve Şalom Latrun rayonunda, iki təpənin zirvəsində salınmış. Qəsəbə Tel-Əviv və Qüdsü birləşdirən mağistral yolunun ortasında yerləşir. Qəsəbə öz adını Tanaxın (Nəviimin ikinci fəsli olan Son Peyğəmbərlər fəsli) Yeşaya (ibranicə Yeşayahu) adlı hissəsindən götürmüş — «O zaman mənim xalqım təhlükəsiz və sülh məkanında xoşbəxt yaşayacaq» (Yeşaya. 32:19).
Silvan Şalom
Silvan Şalom (ivr. ‏ציון סילבן שלום‏‎; 4 avqust 1958, Qabes (Tunis)) — Likud partiyasından olub 1992-2015-ci illərdə Knessetin üzvü olan bir İsrail siyasətçisidir. Baş nazir müavini və Daxili İşlər Naziri olmaq üzrə bir sıra nazir vəzifələrini tutmuşdur. 24 dekabr 2015-ci ildə təcavüz iddialarından sonra istefa verdi. Daha sonra Baş prokuror bu istintaqı bağladı və bu iddiaların əsassız olduğunu bildirdi.
İrvin Yalom
İrvin Yalom David (ing. Irvin David Yalom; 13 iyun 1931, Vaşinqton) — amerikalı psixoloq və psixiatr, psixologiya elmlər doktoru, Stenford Universitetinin psixiatriya üzrə professoru. 13 iyun 1931-ci ildə Vaşinqtonda, Kolumbiya ştatında yəhudi və rus əsilli ailədə anadan olub. O psixoterapiya və psixoterapiya tarixi barədə bir çox kitabların müəllifidir. Onun kitablarından aşağıdakıları göstərmək olar: Nitsşe ağlayanda (1992) Yalançı passient (1996) Ekzistensional psxiatriya (2000) Sevgidən müalicə (2005) Şopenhauer dərman əvəzinə (2005) Psixoterapiyanın imkanları (2005) Anam və həyatın mənası (2006) Qrup psixoterapiya, nəzəriyyə və praktika. (2007) Günəşə baxmaq. Ölüm qorxusu olmadan yaşam (2008) 1993-cü ildə "Nitsşe ağlayanda" kitabına görə "Commonwealth Gold Medal" mükafatına layiq görülür. 2000-ci ildə İrvin Yaloma "Oskar Pfister" adına (Bu mükafat din və psixiatriya sahəsinə yeniliklər gətirən şəxslərə verilir) mükafat təqdim olundu. 2009-cu ildə 22 noyabrda İrvin Yalom həyat yoldaşı ilə Rusiyaya dəvət olundu. İrvin Yalom Ekzistensional psixologiyanın – müasir psixoloji nəzəriyyələrdən birinin əsasçılarındandır.
Şalom (qəzet)
Şalom (ivrit. שָׁלוֹם, Sülh) – İstanbulda yayımlanan həftəlik ictimai-siyasi qəzet. 29 oktyabr 1947-ci ildə yəhudi əsilli jurnalist Avram Leyon tərəfindən yaradılan qəzet Türkiyə yəhudilərinin yayım orqanıdır. Qəzet sefard dilində olan bir səhifəsi istisna olmaqla türk dilində çıxır. 2005-ci ildə orta hesabla gündə 5 000 ədəd tirajla çap edilmişdir. Qəzet hər həftənin çərşənbə günləri dərc olunur. Qəzetin baş redaktoru İvo Molinas, redaktoru Yakup Barokasdır. Qəzetin sahibi "Gözlem Gazetecilik Basın ve Yayın A.Ş." şirkətidir.
Aləm gözəl (ablom)
Hüseyn Nadim Naxçıvani
Hüseyn Nadim Naxçıvani (Hüseyn Abdulla oğlu Mehdiyevin təxəllüsü; 1871, Naxçıvan rayonu – 1927, Naxçıvan rayonu, Naxçıvan MSSR) — şair. == Həyatı == İlk təhsilini mollaxanada almış, sonra Cəlil Məmmədquluzadənin müəllim olduğu məktəbdə oxumuşdur. Atasını erkən itirdiyindən təhsilini davam etdirə bilməmiş, şəxsi mütaliə yolu ilə ərəb və fars dillərini, İslam tarixini və Şərq klassiklərinin əsərlərini öyrənmişdir. 1918–20-ci illərdə Azərbaycanda milli azadlıq hərəkatında iştirak etmiş, partizan dəstəsində daşnaklara qarşı vuruşmuş, Ələngəz dağı ətrafında ağır yaralanmış və sonralar həmin yaradan da vəfat etmişdir. == Fəaliyyəti == Nadim Naxçıvani ədəbi irsinin xeyli hissəsi itsə də, qalan şerləri onun 19-cu əsrin sonu – 20-ci əsrin əvvəllərində Azərbaycan şeirinin inkişafına töhfə vermiş sənətkarlardan olduğunu göstərir. Əsərlərinin böyük bir qismi klassik üslubda yazılmış dini məzmunlu şeirlərdən (mərsiyə, növhə, sinəzən, qəsidə) ibarətdir. Aşiqanə qəzəl və qoşmaları, ictimai məzmunlu didaktik və satirik şeirləri də var. Bəzi qəzəllərində tərənnüm olunan mücərrəd eşqdən fərqli olaraq, əsasən, real, həyati gözəllikləri vəsf etmişdir. bu cəhət onu Molla Pənah Vaqif və Qasım bəy Zakir realist üslubuna yaxınlaşdırır. İctimai məzmunlu şeirlərində xalq, vətən məhəbbəti başlıca yer tutur.
Mirzə Baxış Nadim
Mirzə Baxış Nadim (1785, Nəvai, Cavad qəzası – 1880, Nəvai, Cavad qəzası) — Azərbaycan şairi. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov və institutun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Raqub Kərimov indiyədək cəmi bir neçə şeiri məlum olan XIX əsrdə yaşamış görkəmli satirik şair Mirzə Baxış Nadimin Əlyazmalar İnstitutunda iki əlyazma şeir toplusunu aşkar etmiş, buradakı əsərləri bir kitab halında tərtib etmiş, Mirzə Baxışın qeyri-mətbu şeirləri barədə geniş məqalə yazaraq mətbuata təqdim etmişlər. Bu əsərləri ətraflı nəzərdən keçirdikdən sonra məlum olur ki, Mirzə Baxış Nadim satirik şair omaqla yanaşı bir sıra gözəl lirik və dini şeirlərin də müəllifi olmuşdur. Tədqiqatçılar bu fikirdədirlər ki, Mirzə Baxış Nadimin əsərlərinin bəzi əlyazmaları indiyə qədər əhalidə qalmışdır, onlar da üzə çıxarıldıqdan sonra şairin ədəbi irsi barədə, onun ədəbiyyat tariximizdəki mövqeyi barədə daha ətraflı fikir söyləmək mümkün olacaqdır.
Ola bilməz (ablom)
Ola bilməz – Azərbaycan Respublikasının xalq artisti, müğənni Faiq Ağayevin ilk studiya albomu. Tərkibində 14 mahnı olan alboma Tofiq Quliyev, Eldar Mansurov, İlham Abdullayev, Siyavuş Kərimi, Yaşar Baxış və Faiq Ağayevin bəstələri daxildir. Albom 21 mart, 1995-ci il tarixində işıq üzü görmüşdür.
Neve Şalom sinaqoqu
Neve Şalom sinaqoqu (türk. Neve Şalom Sinagogu, ivr. ‏בית הכנסת נווה שלום‏‎ ) — Türkiyənin İstanbul şəhərində, Beyoğlu rayonunun Karaköy məhəlləsində sinaqoq. Sinaqoq 1930-cu illərin sonlarında köhnə Qalata məhəlləsində iudaist əhalisinin artması səbəbilə tikilmişdir. Bu məqsədlə 1949-cu ildə bir yəhudi ibtidai məktəbi sökülmüş və onun xarabalıqları üzərində sinaqoq tikilmişdir. Tikinti 1951-ci ildə tamamlanmışdır.
Montenye-syur-l'Andlo
Montenye-sür-l'Andlo (fr. Monteignet-sur-l'Andelot) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Qanna kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03182. 2008-ci ildə əhalinin sayı 233 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 157 nəfər (15-64 yaş arasında) 122 nəfər iqtisadi cəhətdən, 35 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 77,7%, 1999-cu ildə bu 68.3%). Fəal olan 122 nəfərdən 113 nəfəri (57 kişi və 56 qadın), 9 nəfəri işsizdir (4 kişi və 5 qadın). 35 hərəkətsiz 4 nəfər arasında şagird və ya tələbə, 18 nəfər təqaüdçü, 13 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Montenye-sür-l'Andlo
Montenye-sür-l'Andlo (fr. Monteignet-sur-l'Andelot) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Qanna kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03182. 2008-ci ildə əhalinin sayı 233 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 157 nəfər (15-64 yaş arasında) 122 nəfər iqtisadi cəhətdən, 35 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 77,7%, 1999-cu ildə bu 68.3%). Fəal olan 122 nəfərdən 113 nəfəri (57 kişi və 56 qadın), 9 nəfəri işsizdir (4 kişi və 5 qadın). 35 hərəkətsiz 4 nəfər arasında şagird və ya tələbə, 18 nəfər təqaüdçü, 13 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Sen-Priyest-d'Andlo
Sen-Priyest-d'Andlo (fr. Saint-Priest-d'Andelot) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Qanna kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03255. 2008-ci ildə əhalinin sayı 134 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 76 nəfər (15-64 yaş) arasında 55 nəfər iqtisadi fəal, 21 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 72.4%, 1999-cu ildə 71.6%). Fəal olan 55 nəfərdən 51 nəfər (30 kişi və 21 qadın), 4 nəfər işsiz (1 kişi və 3 qadın) idi. 21 hərəkətsiz 7 nəfər arasında şagird və ya tələbə, 11 nəfər təqaüdçü, 3 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Yeşua D. Salom malikanəsi
Yeşua D. Salom malikanəsi ― Bosniya və Herseqovinanın Sarayevo şəhərinin mərkəzində yerləşən malikanə. Bina 2008-ci ilin noyabrından Bosniya və Herseqovinanın milli abidəsi olaraq siyahıya alınmışdır. Milyaşka çayının şimal sahilində, Avstriya-Macarıstan imperiyası dövründə tikilmiş binalar arasında Yeşua D. Salom malikanəsi, çayın qarşı sahilində isə Aşkenazi yəhudilərinə aid sinaqoq yerləşir. Yeşua D. Salom malikanəsi 1901-ci ildə, məşhur memar İosip Vankaşın dizaynı ilə, məşhur yəhudi taciri Yeşua D. Salom üçün tikilmişdir. Bu dövrdə 1893-cü ildə qəbul edilmiş "Paytaxt - Sarayevo İnşaat Nizamnaməsi"nə əsasən Milyaşkanın sağ sahili boyunca yalnız iki mərtəbəli binalar inşa edilə bilərdi. Malikanə yaşayış binaları arasında çiçək motivlərindən istifadə edilmiş ilk tikililərdən biridir. Bina tikildiyi ilk dövrlərdə su, daxili santexnika, elektrik enerjisi və istilik sisteminə sahib avanqard obyekt idi. Binanın arxasında daş fəvvarəli daxili həyət yerləşirdi. 1922-ci ildə bina Simo Krstiçə satıldı. 1931-ci ildə isə malikanəyə Bosniya və Herseqovina Mərkəzi Bankı tərəfindən əl qoyuldu və elə həmin ildə bank binanı ilk Bosniya kibrit fabriki olan Dolakın direktoru Jak Saloma satdı.